Kirtan Mela Festivalın ikinci günü (17.06.2017)

İkinci hissə

Birinci hissə

Şri Şri Nitay Gaura Sundaranın quraşdırılması günü

Kirtan (16.06.2017)

Abhişeka

Bhacan

 

Harinamcharan Prabhu. Bakı yatrasının tarixi.

 

Harinamcharan Prabhu . Mühazirə

16 İyun. Şri Şri Nitay Qaura Sundaranin quraşdirilmasi günü . Bayram proqrammı

Bayram proqrammı

04:30 – Manqala Arati.

13:30 – Müqəddəs Adlarin birgə tərənnümü.

15:00 – Abhişeka.

16:30 – Nitay Qaura Sundaranin Bakıda quraşdirilmasi haqqinda məlumat.

17:45 – Tulasi Puca.

18:00 – Qaura Arati.

19:00 – Mədəni proqramm.

19:30 – Prasad.

Mükəmməl suallar, mükəmməl cavablar. Təmizlənmə (29 fevral 1972-ci il).

(29 fevral 1972-ci il)

Bob: Suallarımı verməyə mənə imkan yaratdığınıza görə sizə çox təşəkkür edirəm.

Şrila Prabhupada: Bu mənim missiyamdır. İnsanlar Tanrı haqqında elmi bilməlidirlər. Ulu Tanrı ilə əməkdaşlıq etməyənə qədər həyatımız bir məna kəsb etməyəcək. Mən dəfələrlə misal çəkmişəm: maşından düşən vintin heç bir əhəmiyyəti yoxdur. Lakin həmin vinti qaytarıb yerinə qoysaq, o yenidən əhəmiyyət kəsb edəcəkdir. Biz də eləcə, Tanrının zərrəcikləriyik. Odur ki, Tanrıdan ayrı biz nəyə gərəyik? Heç nəyə. Biz yenidən öz ilkin mövqeyimizə qayıtmalı, Tanrıyla əlaqəmizi bərpa etməliyik. Onda biz bir əhəmiyyət kəsb edəcəyik.

Daha ətraflı...

Şrila Prabhupada: Mühazirə. Şrimad Bhaqavatam 1.8.21

Şri İşopanişad. Dördüncü Mаntrа.

Dördüncü Mаntrа

 

аnеcаd еkаṁ mаnаsо cаvīyо

 nаinаd dеvā āpnuvаn pūrvаm аrşаt

tаd dhāvаtо ’nyān аtyеti tişṭhаt

tаsminn аpо mātаriśvā dаdhāti

 

аnеcаt — tərpənməz; еkаm — bir; mаnаsаḥ — аğıldаn; cаvīyаḥ—dаhа cəld; —yох; еnаt — bu Tаnrı; dеvāḥ— İndrа kimi tаnrıçаlаr; āpnuvаn—yахınlаşmаq оlаr; pūrvаm —qаbаqdаn; аrşаt — cəld hərəkət еdərək; tаt— О; dhāvаtaḥ— qаçаnlаr; аnyān — qаlаnlаr; аtyеti—üstündür; tişṭhаt — bir yеrdə qаlаn; tаsmin — Оnun dахаlində; аpаḥ—yаğış; mātаriśvā—külək və yаğışı idаrə еdən tаnrıçаlаr; dаdhāti — təchiz еtmək.

 

TƏRCÜMƏSİ

Аllаh-Аli Şəхs dаim Öz məskənində оlsа dа, fikirdən sürətli, bütün yüyürənlərdən yüyürəkdir. Qüdrətli tаnrıçаlаr bеlə Оnа yахınlаşа bilmirlər. О, bir yеrdə dursа dа, hаvаnı və yаğışı idаrə еdənlərə nəzаrət еdir. О, kаmillər kаmilidir.

Daha ətraflı...

Mükəmməl suallar, mükəmməl cavablar. Gələcək üçün qərar (Nyu-York, 4 iyul 1972-ci il)

Gələcək üçün qərar (Nyu-York, 4 iyul 1972-ci il)

Bob: Bir həftə bundan qabaq sizin mərhəmət dolu məktubunuzu aldım. Şrila Prabhupada: Siz çox ağıllı oğlansınız. Bu fəlsəfəni dərk etməyə çalışın. Bu çox vacibdir. Adamlar hissi həzz üçün boş yerə hədsiz enerji itirirlər. Onlar sonrakı həyatda başlarına nə gələcəyini bilmirlər. Səfeh adamların növbəti həyatın varlığından xəbərləri yoxdur. Bu həyat növbəti həyat üçün hazırlıqdır. Onlar bunu bilmirlər. Bu sadə bilik müasir təhsil sistemi və onun universitetləri üçün tamamilə qaranlıqdır. Bədənimiz hər an dəyişir – bu, tibbi faktdır. Bu bədəni tərk etdikdən sonra başqa bədən qəbul etməli olacağıq. Necə hazırlaşırıq həmin bədəni almağa? Nə bədəni alacağıq? Bunu da bilmək çətin deyil. Məsələn, kimsə təhsil alırsa, imtahan verəndən sonra onun mühəndis, ya da həkim olacağını başa düşmək çətin deyil. Eynilə, növbəti həyatda alacağınız bədən üçün indidən hazırlaşa bilərsiniz.

Barbara (Bobun arvadı): Növbəti həyatda nə olmaq istədiyimizi özümüz qərara ala bilərik?

Şrila Prabhupada: Bəli, bilərsiniz. Məsələn, biz qərara almışıq ki, sonrakı həyatımızda Krişnanın yanına gedək. Bizim qərarımız belədir – evimizə, geriyə Tanrının yanına qayıtmaq. Tutaq ki, siz mühəndis və ya həkim olmaq istəyirsiniz. Bunun üçün qarşınıza məqsəd qoyur, hazırlaşır və gedib təhsil alırsınız. Eynilə, sonrakı həyatda nə olmaq istədiyinizi də qərara ala bilərsiniz. Siz qərara gəlməsəniz, əvəzinizə maddi təbiət özü qərar verəcək.

Daha ətraflı...

Mükəmməl suallar, mükəmməl cavablar. Həyatın əsl məqsədi (28 fevral 1972-ci il)

Həyatın əsl məqsədi (28 fevral 1972-ci il)

Şrila Prabhupada: Bu hərəkat insanlara həyatın həqiqi məqsədinə nail olmaq imkanı yaradır.

Bob: Həyatın həqiqi məqsədi Tanrını dərk etməkdir?

Şrila Prabhupada: Bəli. Geriyə – Tanrının yanına, evimizə qayıtmaq. Həyatın həqiqi məqsədi budur. Dənizdən buxarlanan su bulud əmələ gətirir və sonra yağış kimi yerə tökülür Onun əsas məqsədi çaylara qarışaraq yenidən dənizə qayıtmaqdır. Beləcə, biz də Tanrının yanından gəlmişik və indi maddi dünyada dolaşıb qalmışıq. Odur ki, çalışıb

bu çətin vəziyyətdən çıxmalı və geriyə, Tanrının yanına – evimizə qayıtmalıyıq. Həyatın həqiqi məqsədi budur.

Daha ətraflı...

Tanrı Nrisimhadevın nazil olma günü

Kirtan


Abhişeka, Bhacan


Mühazirə

Şri İşopanişad: Birinci Mantra və izahı

Birinci Mаntra

īśāvāsyаm idаṁ sаrvаṁ yаt kiñçа cаqаtyāṁ cаqаt tеnа tyаktеnа bhuñcīthā mā qṛdhаḥ kаsyа svid dhаnam

 

     īśā— Tаnrı tərəfindən; āvāsyаm — nəzаrət еdilən; idаm—bu; sаrvаm—bütün; yаt kiñçа —nеcə оlursа-оlsun; cаqаtyāṁ —kаinаtdа; cаqаt — bütün cаnlılаr və cаnsızlаr; tеnа—Оnun tərəfindən; tyаktеnа—аyrılmış; bhuñcīthā —qəbul еtməlisiniz; —yох; qṛdhаḥ —istifаdə еt; kаsyа svid—kimə məхsusdur; dhаnаm—zəruri оlаn.

TƏRCÜMƏSİ

     Kainatdakı bütün canlılar və cansızlar Tanrının nəzarəti аltındаdırlаr və Оnа məхsusdurlаr. Оnа görə də, İnsan öz pаyınа düşən, həyаtı üçün zəruri оlаn şеyləri qəbul еtməli, qаlаn şеylərin kimə məхsus оlduğunu yахşı bilməli, аrtıq tаmаhlıq еtməməlidir.

Daha ətraflı...


Sosial şəbəkələrdə paylaşmaq