Arxiv: May, 2017

Mükəmməl suallar, mükəmməl cavablar. Gələcək üçün qərar (Nyu-York, 4 iyul 1972-ci il)

Gələcək üçün qərar (Nyu-York, 4 iyul 1972-ci il)

Bob: Bir həftə bundan qabaq sizin mərhəmət dolu məktubunuzu aldım. Şrila Prabhupada: Siz çox ağıllı oğlansınız. Bu fəlsəfəni dərk etməyə çalışın. Bu çox vacibdir. Adamlar hissi həzz üçün boş yerə hədsiz enerji itirirlər. Onlar sonrakı həyatda başlarına nə gələcəyini bilmirlər. Səfeh adamların növbəti həyatın varlığından xəbərləri yoxdur. Bu həyat növbəti həyat üçün hazırlıqdır. Onlar bunu bilmirlər. Bu sadə bilik müasir təhsil sistemi və onun universitetləri üçün tamamilə qaranlıqdır. Bədənimiz hər an dəyişir – bu, tibbi faktdır. Bu bədəni tərk etdikdən sonra başqa bədən qəbul etməli olacağıq. Necə hazırlaşırıq həmin bədəni almağa? Nə bədəni alacağıq? Bunu da bilmək çətin deyil. Məsələn, kimsə təhsil alırsa, imtahan verəndən sonra onun mühəndis, ya da həkim olacağını başa düşmək çətin deyil. Eynilə, növbəti həyatda alacağınız bədən üçün indidən hazırlaşa bilərsiniz.

Barbara (Bobun arvadı): Növbəti həyatda nə olmaq istədiyimizi özümüz qərara ala bilərik?

Şrila Prabhupada: Bəli, bilərsiniz. Məsələn, biz qərara almışıq ki, sonrakı həyatımızda Krişnanın yanına gedək. Bizim qərarımız belədir – evimizə, geriyə Tanrının yanına qayıtmaq. Tutaq ki, siz mühəndis və ya həkim olmaq istəyirsiniz. Bunun üçün qarşınıza məqsəd qoyur, hazırlaşır və gedib təhsil alırsınız. Eynilə, sonrakı həyatda nə olmaq istədiyinizi də qərara ala bilərsiniz. Siz qərara gəlməsəniz, əvəzinizə maddi təbiət özü qərar verəcək.

Daha ətraflı...

Mükəmməl suallar, mükəmməl cavablar. Həyatın əsl məqsədi (28 fevral 1972-ci il)

Həyatın əsl məqsədi (28 fevral 1972-ci il)

Şrila Prabhupada: Bu hərəkat insanlara həyatın həqiqi məqsədinə nail olmaq imkanı yaradır.

Bob: Həyatın həqiqi məqsədi Tanrını dərk etməkdir?

Şrila Prabhupada: Bəli. Geriyə – Tanrının yanına, evimizə qayıtmaq. Həyatın həqiqi məqsədi budur. Dənizdən buxarlanan su bulud əmələ gətirir və sonra yağış kimi yerə tökülür Onun əsas məqsədi çaylara qarışaraq yenidən dənizə qayıtmaqdır. Beləcə, biz də Tanrının yanından gəlmişik və indi maddi dünyada dolaşıb qalmışıq. Odur ki, çalışıb

bu çətin vəziyyətdən çıxmalı və geriyə, Tanrının yanına – evimizə qayıtmalıyıq. Həyatın həqiqi məqsədi budur.

Daha ətraflı...

Tanrı Nrisimhadevın nazil olma günü

Kirtan


Abhişeka, Bhacan


Mühazirə

BAŞQA PLANETLƏRƏ ASAN SƏYAHƏT

RUHANİ USTADIM

ŞRİ ŞRİMAD BHAKTİSİDDHANTA SARASVATİ QOSVAMİ MAHARACIN XEYİR-DUASI İLƏ

D Ü N Y A     A L İ M L Ə R İ N Ə  İTHAF OLUNUR

 

Canlı varlıq keyfiyyətinə görə para prakritidir (ali-

 

antimaterial enerji). Onun özünü apara prakriti (aşağı maddi enerji) ilə eyniləşdirməsi iztirabların əsas səbəbidir. Müasir illüzor tərəqqi ilə aldadılmış məxluq öz maddi xəstəliynin əsl müalicəsinə əhəmiyyət vermir. Əsl müalicə üsulu kitabda tövsiyyə edilir. Müasir-mədəni cəmiyyət burada göstərilən bhakti-yoqa üsulundan istifadə edərək fayda əldə edə və kamil həyata nail ola bilər.

Daha ətraflı...