BAŞQA PLANETLƏRƏ ASAN SƏYAHƏT

RUHANİ USTADIM

ŞRİ ŞRİMAD BHAKTİSİDDHANTA SARASVATİ QOSVAMİ MAHARACIN XEYİR-DUASI İLƏ

D Ü N Y A     A L İ M L Ə R İ N Ə  İTHAF OLUNUR

 

Canlı varlıq keyfiyyətinə görə para prakritidir (ali-

 

antimaterial enerji). Onun özünü apara prakriti (aşağı maddi enerji) ilə eyniləşdirməsi iztirabların əsas səbəbidir. Müasir illüzor tərəqqi ilə aldadılmış məxluq öz maddi xəstəliynin əsl müalicəsinə əhəmiyyət vermir. Əsl müalicə üsulu kitabda tövsiyyə edilir. Müasir-mədəni cəmiyyət burada göstərilən bhakti-yoqa üsulundan istifadə edərək fayda əldə edə və kamil həyata nail ola bilər.

 

Müəllif: Onun İlahi Mərhəməti A.Ç. Bhaktivedanta Svami Prabhupada


 

MÜQƏDDİMƏ

 

Hər bir canlı məxluq, xüsusilə də mədəni insan xoşbəxt olmaq və daimi yaşamaq arzusundadır. Bu, heç də təəccüblü deyil, çünki öz təbiətinə görə canlı varlıq əbədi və xoşbəxtdir. Lakin o, hazırda mövcud olduğu həyat şəraitində təkrarlanan doğuluş və ölümlə mübarizə aparır. Bu isə ona əsas verir ki, o, xoşbəxtlik və ölməzliyə hələ nail ola bilməmişdir.

 

Müasir insanın arzularından biri başqa planetlərə səyahətdir və həmçinin bu da təbiidir, çünki onun maddi, yaxud ruhi fəzanın istənilən yerinə getməsinə ixtiyarı vardır. Belə səyahət çox cazibədar və həyəcanlandırıcıdır. Bu isə ona görədəir ki, həmin fəzalar saysız-hesabsız planetlərlə və bu planetlərdə yaşayan müxtəlif canlılarla doludur. Bu cür səyahət etmək arzusu yoqa prosesinin köməyilə həyata keçirilə bilər, hansı ki, bu metodun köməyilə insan istədiyi planetə, o cümlədən əbədi və həzz içində, həmçinin hər cür zövq verən enerjilərlə dolu planetlərə də düşə bilər. Ruhi planetlərə düşmüş kəs həqiqi azadlığı əldə edərək, doğuluş, qocalıq, xəstəlik və ölüm kimi iztirabların hökm sürdüyü yer üzünə bir daha qayıtmır.

 

Bu kamillik pilləsinə səy göstərərək asanlıqla çatmaq olar. Hətta evdə də bhakti-yoqanın tövsiyyə edilən üsuluna əməl etmək olar. Əgər bu üsul təcrübəli ustadın nəzarəti ilə həyata keçirilərsə, o çox sadə və xoşagəlimli olur. Bu kitabda insanların əksəriyyətinə, xüsusilə də filosoflara və din xadimlərinə bhakti-yoqa (ən yüksək yoqa) prosesinin köməyilə başqa planetlərə necə keçmək barədə məlumat verməyə təşəbbüs göstərilmişdir.

 

A.Ç. Bhaktivedanta Svami Prabhupada


ANTİMADDİ       DÜNYALAR

 

Ola bilsin ki, maddi elm qatı materialist boşboğazlara uzun müddət naməlum olan əbədi antimaddi dünyanı haçansa açacaqdır. Hansı ki, antimateriya barədə müasir elm xadimlərinin fikirlərinə dair 27 oktaybr 1959-cu il tarixli «Tayms of İndia» qəzetində aşağıdakı məlumatlar dərc edilmişdir:

 

«Stokholm, 26 oktyabr, 1959-cu il. Bu gün iki amerika atomçusuna materiyanın iki formada – hissə və antihissə kimi mövcud olduğunu təsdiq edən antiprotonu kəşf etdiklərinə görə fizika üzrə Nobel mükafatı verilmişdir. Bu alimlərdən biri 69 yaşlı, İtaliyalı doktor Emilio Seqre və San Fransiskolu doktor Ouen Çemberlendir… Yeni nəzəriyyənin əsas fərziyyələrindən birinə görə antimateriyadan ibarət olan başqa bir dünya və yaxud da antidünya mövcud ola bilər. Antimaddi dünya bizə məlum olan dünyadakı orbitlərə əks olan orbitlərdə hərlənən atomik və subatomik hissəciklərdən ibarətdir. Bu iki dünya toqquşarsa, bundan gözqamaşdırıcı partlayış baş verəcək və hər ikisi məhv olacaqdır.

Bu bəyanatda aşağıdakı müddəalar davam etdirilir:

 

  1. Antimaddi atom, yaxud maddi atomların keyfiyyətlərinə əks olan hissəciklər mövcuddur.

 

  1. Bu maddi dünyadan başqa, bizə demək olar ki, məlum olmayan digər bir dünya da vardır.

 

  1. Antimaddi və maddi dünyalar toqquşub bir birini məhv edə

 

bilərlər.» Biz – Allah barədə elmə yiyələnənlər, bu üç bənddən 1-ci və 2-

 

ci bəndi bütünlüklə qəbul edir, 3-cü bəndlə isə yalnız antimaddinin məhdud elmi tərifi çərçivəsində razılaşırıq. Çətinlik ondadır ki, alimlər antimateriyanı maddi enerjinin daha bir təzahürü kimi təsvir edir, hərçənd antimateriya, əslində tamamilə qeyri-maddidir. Materiya quruluşuna görə məhvə məhkumdur, lakin maddi xassələrdən azad olan antimateriya təbiətinə görə məhv ola bilməz. Əgər materiya məhv olan və bölünəndirsə, antimateriya məhv olmaz və bölünməzdir. Biz bu müddəaları

 

 

– 8 –

 

həqiqi müqəddəs kitabların (vedaların) nöqteyi nəzərindən müzakirə etməyə çalışacağıq.

 

Vedalar dünyada ən tanınmış müqəddəs kitablardır. Onlara dörd hissədən ibarət olaraq «Sama», «Yacur», «Riq»«Atharva» adlanır. Vedalar orta təfəkkürlü adam üçün çox çətin olduğuna görə onlar «Mahabharata» adlanan tarixi eposda və on səkkiz «Puranada» izah edilmişdir. «Ramayana» da Vedalardakı zəruri məlumatları tərkibinə daxil edən tarixi epos sayılır. Beləliklə, Vedaları ümumilikdə dörd «Veda», Valmiki tərəfindən yazılmış ilk «Ramayana», «Mahabharata»,«Puranalar» təmsil edir.

 

Upanişadlar dörd Vedanın hissələridir, «Vedanta-sutra» isə veda ədəbiyyatının qaymağı hesab edilir. Bütün bu veda ədəbiyyatlarını Upanişadların cövhəri sayılan və «Vedanta-sutra»nın ilkin izahı kimi tanınmış «Bhaqavad-qita» yekunlaşdırır. Beləliklə, təkcə «Bhaqavad-qita» kifayətdir ki, Vedaların ümumi məğzi başa düşülsün, çünki o, maddi dünyaya antimaddi dünyadan enən Allah-Ali Şəxs Şri Krişna tərəfindən enerjinin ali forması barədə tam məlumat vermək üçün söylənilmişdir.

 

Tanrının enerjisinin ali forması «Bhaqavad-qita»da para prakriti kimi təsvir edilmişdir. Alimlər bu yaxınlarda müvəqqəti materiyanın iki formada olduğunu kəşf etsələr də, «Bhaqavad-qita»da bu iki enerji forması – materiya və antimateriya kimi təsvir edilərək daha mükəmməl izah olunur. Maddi dünya elə bir enerjidən yaranır ki, həmin enerji özünün ali formasında antimaddi (transsendental) dünyanı yaradır. Canlı varlıqlar ali enerji növünə aiddirlər. Aşağı, yəni maddi enerji apara prakriti adlanır. Beləliklə, «Bhaqavad-qita»da yaradıcı enerji aparapara prakriti adlanaraq iki cürə izah edilir.

 

Materiya özlüyündə yaradıcı qüvvəyə malik olmadığı təqdirdə, canlı enerji onu idarə etdikdə müxtəlif maddi şeylər yaranır. Buna görə də materiya təmiz formada Ali Varlığın gizli enerjisi adlanır. Hər dəfə enerji barədə söhbət getdiyi zaman təbii olaraq biz onun mənbəyi barədə də düşünürük. Məsələn, biz elektrik enerjisini təsəvvürümüzə gətirdikdə, bu enerjini yaradan elektrik stansiyası

 

 

– 9 –

 

barədə də düşünürük. Enerji öz özlüyündə müstəqil olmayıb, ali canlı varlığını nəzarəti altındadır. Məsələn, od iki digər enerjinin

 

– işıq və istiliyin mənbəyidir. İşıq və istilik oddan ayrı mövcud ola bilməz. Eləcə də aşağı və ali enerji müxtəlif adlarla adlana bilən mənbədən çıxır. Bu enerji mənbəyi hər şeyi tam şəkildə dərk edən canlı varlıq olmalıdır. Bu ali canlı varlıq Allah-Ali Şəxs Şri Krişnadır, başqa sözlə desək, hər şeyi cəlb edən varlıq. Vedalarda ali canlı varlıq, yaxud Mütləq Həqiqət – Bhaqavan, yəni sərvətlər sahibi adlanır, hansı ki, bütün enerjilərin ilkin mənbəyidir. Alimlərin bu gün kəşf etdikləri məhdud enerjinin iki forması elmi tərəqqinin başlanğıcıdır. İndi isə onlar davam edib maddi və antimaddi adlandırılan hissəciklərin, yaxud atomların mənbəyini kəşf etməlidirlər.

 

Antimaddi hissəcik dedikdə nə başa düşülür? Biz maddi hissəcik

 

– atomlar barədə bilirik, lakin antimaddi atomlar haqda heç nə bilmirik. Ancaq «Bhaqavad-qita» (2.13) antimaddi hissəciyin aşağıdakı aydın təsvirini verir:

dehino smin yatha dehe       kaumaram yauvanam cara

tatha dehantara-praptir     dhiras tatra na muhyati

 

«Təcəssüm etmiş can bu bədəndə tədricən uşaqlıq, cavanlıq və qocalıq mərhələlərindən keçdiyi kimi, bədən öldükdən sonra, o, başqa bədənə keçir. Bu cür dəyişikliklər düşüncəli şəxsi çaşdırmır.»

 

Maddi bədəndə antimaddi hissəcik (can) yerləşir. Antimaddi hissəciyin sayəsində maddi bədən inkişaf edərək uşaqlıqdan cavanlığa, cavanlıqdan qocalığa keçir. Sonra isə maddi bədən qoca və faydasız olduqda antimaddi hissəcik bu bədəni tərk edib başqa birisini alır.

 

Canlı varlığın bu təsvirini enerjinin iki formada mövcudluğu barədə elmi kəşf təsdiq edir. Elə ki, antimaddi hissəcik maddi bədəni tərk edir, o, tamamilə faydasız olur. Deməli, antimaddi hissəcik maddi enerjiyə nisbətən üstünlük təşkil edir. Bunu «Bhaqavad-qita» (2.14) bu cür izah edir:

matra-sparşas tu kaunteya               şitoşna-sukha-duhkha-dah

aqamapayino nityas                              tams titikşasva bharata


 

– 10 –

 

«Ey Kuntinin oğlu, xoşbəxtliklə bədbəxtliyin təzahürü və sonradan yox olması qışın və yayın gəlib-getməsinə bənzəyir. Bunlar hissi qavrayışdan əmələ gəldiyi üçün, ey Bharata övladı, həyəcanlanmadan onlara dözməyi öyrənmək lazımdır».

 

Buna görə də maddi enerjinin itirilməsindən ötrü kədərlənmək lazım deyil. Müxtəlif hissi duyğular necə ki, ilin fəsilləri bir-birini dəyişir, eləcə də isti və soyuq, xoşbəxtlik və bədbəxtlik yalnız maddi enerji ilə təmasdan yaranır. Bu maddi hisslərin müvəqqəti təzahürü və yox olması onu isbat edir ki, maddi enerjidən təşkil olunmuş maddi bədən civa enerjisinə, yəni canlı qüvvəyə nisbətən aşağı mövqe tutur.

yam hi na vyathayanty ete puruşam puruşarşabha
sama-duhkha-sukham dhiram so mritatvaya kalpate

 

«Ey insanların ən yaxşısı, kim ki, xoşbəxtlik və bədbəxtlik üz verdikdə müvazinətini saxlayır, həmişə rahat və təmkinlidir, o, həqiqətən qurtuluşa layiqdir». (Bh.-qita 2.15)

 

Xoşbəxtlik və bədbəxtliyə qarşı soyuqqanlı olan, onların aşağı enerji ilə təmasdan yarandığını anlayan hər bir dərrakəli şəxs əbədi həyat, tam bilik və həzz məskəni olan antimaddi dünyaya qayıtmağa layiqdir.

 

Burada məlumat verilərək deyilir ki, antimaddi dünyada fəsil dəyişmələri yoxdur. Orada hər şey dəyişməz, həzz və biliklə doludur. Ancaq burada dünya barədə dedikdə yadda saxlamalıyıq ki, o, bizim maddi təcrübəmizin xaricində olan formalara və

xassələrə malikdir.

nasato vidyate bhavo            nabhavo vidyate satah

ub hayor api drişto ntas      tv anayos tattva-darşibhih

 

«Həqiqəti bilənlər bu nəticəyə gəlmişlər ki, müvəqqəti olan (maddi bədən) fanidir, əbədi olan (can) isə dəyişməzdir. Onlar hər ikisinin təbiətini öyrəndikdən sonra belə nəticə çıxarmışlar».

«Bhaqavad-qita» (2.16).

 

Maddi bədən fanidir və buna görə də dəyişkən və müvəqqətidir. Bütün maddi dünya belədir. Lakin antimaddi canlı qüvvə

 

 

– 11 –

 

dağılmaz olduğuna görə əbədidir. Beləliklə, təcrübəli alimlər maddi və antimaddi hissəciklərin müxtəlif xassəli olub birincinin müvəqqəti, ikincinin isə əbədi olduğu qənaətinə gəlmişlər. Materiyanın iki formasını kəşf etmiş alimlər hələ də antimateriyanın keyfiyyətlərini müəyyən etməyə çalışırlar. Lakin «Bhaqavad-qita»da artıq bunun aydın təsviri verilmişdir. Alimlər bu qiymətli məlumatlara əsaslanıb tədqiqatlarını davam etdirə bilərlər. «Bil və agah ol, bütün bədənə nüfuz edən dağılmazdır. Ölməz canı heç kəs məhv edə bilməz».

 

«Bhaqavad-qita» (2.17). Antimaddi hissəcik ən incə maddi elementdən də incədir. Bu hissəciyin həyat qüvvəsi o qədər güclüdür ki, o, öz təsirini bütün maddi bədənə yayır. Maddi hissəciklə müqayisədə antimaddi hissəcik ölçüyə gəlməz enerjiyə malik olduğna görə məhv edilməzdir.

 

Bu, antimaddi hissəciyin «Bhaqavad-qita»da verilmiş təsvirinin başlanğıcıdır. Sonra bu, bu cürə davam edir:

antavanta ime deha                nityasyoktah şaririnah

anaşino prameyasya              tasmad yudhyasva bharata

 

«Dağılmaz, ölçüyə gəlməz və əbədi olan canlı varlığın maddi bədəni ölümə məhkumdur. Buna görə də vuruş, ey Bharata övladı». «Bhaqavad-qita» (2.18).

 

Hər şeydən incə olan antimaddi hissəcik qaba və incə maddi bədənlərin daxilində yerləşir. Maddi bədənlər (qaba və incə) fani olsalar da, daha incə olan antimaddi hissəcik əbədidir. Ona görə də yalnız bu, tədqiq edilməyə layiqdir.

 

Elm o vaxt mükəmməl ola bilər ki, materialist-alimlər antimaddi hissəciyin xassəsini tədqiq edib, onu müvəqqəti maddi hissəciyin əhatəsindən azad etsinlər. Bu cür xilas etmə elmi tərəqqinin zirvədə olduğunu göstərərdi.

 

Alimlər antimaddi atomlardan ibarət olan başqa bir dünyanın mövcudluğunu, maddi və antimaddi dünyaların toqquşması nəticəsində onların hər ikisinin məhv olmasını fərz edirlər. Burada müəyyən həqiqət vardır. Bu cür toqquşma daim baş verir: maddi hissəciklər hər an məhv olur, qeyri-maddi hissəcik isə

 

 

 

– 12 –

 

qurtuluşa can atır. Bu, «Bhaqavad-qita»da (2.19) aşağıdakı kimi

izah olunur:

ya enam vetti hantaram         yaş çainam manyate hatam

ubhau tau na vicanito           nayam hanti na hanyate

 

«Canlı varlığın öldürüb-öldürülə bildiyini düşünən insan biliksizdir, çünki can öldürmür və öldürülə bilməz».

 

Qeyri-maddi hissəcik olan canlı varlıq maddi hissəciyi hərəkətə gətirir. Bu canlı varlıq məhv edilə bilməz. Nə qədər ki, qaba və incə bədənlər adlanan maddi enerji topasının daxilində qeyri-maddi hissəcik mövcuddur, onda həyat nişanəsi var. İki hissəciyin daim toqquşmasına baxmayaraq, qeyri-maddi hissəcik heç vaxt məhv olmur. Heç kəs və heç vaxt nə indi, nə də gələcəkdə antimaddi hissəciyi məhv edə bilməz.

 

Buna görə də biz zənn edirik ki, maddi və antimaddi dünyaların toqquşma ehtimalı nəticəsində hər ikisnin məhv olması barədə nəzəriyyə, alimlərin təsəvvürlərinin antimateriya haqqında məhdud olduğunu bildirir. Məhv edilməz antimaddi hissəciyin təbiəti «Bhaqavad-qita»da (2.21-22) bu cürə izah edilir:

vedavinaşinam nityam ya enam acam avyayam
katham sa puruşah partha kam qhatayati hanti kam
vasamsi cirnani yatha vihaya navani qrhnati naro parani
tatha şaririani vihaya cirnany anyani samyati navani dehi

 

«Ey Partha, neçə ola bilər ki, canın dağılmaz, əbədi, doğulmaz və dəyişməz olduğunu bilən şəxs, kimisə öldürsün və ya ölməyə məcbur etsin? İnsan köhnə paltarı çıxarıb təzə paltar geydiyi kimi, can da qoca və faydasız bədəni tərk edib, təzə maddi bədən alır».

 

İncə və ölçüyə gəlməz antimaddi hissəcik dağılmaz, dəyişməz və əbədidir. Canın məhkum olduğu və maddi hissəciklərin təşkil etdiyi bədən müəyyən müddət keçdikdən sonra dağılır. Bu maddi və antimaddi dünyalara da aiddir. Antimaddi hissəciyin məhvindən qorxmaq lazım deyil. Çünki o, maddi dünya dağıldıqdan sonra da qalır. Yaradılmış her bir şey müəyyən vaxtdan sonra məhv ediləcəkdir. Həm maddi bədən, həm də

 

 

– 13 –

 

maddi dünya yaradılmışdır və buna görə də məhv olacaqdır. Lakin antimaddi hissəcik yaradılmadığından heç vaxt məhv olmur. Bu, «Bhaqavad-qita»da (2.20) həmçinin təsdiq olunur:

 

na cayate mriyate va kadaçin nayam bhutva bhavita va na bhuyah aco nityah şaşvato yam purano na hanyate hanyamane şarire

 

«Can heç vaxt doğulmur və ölmür. O, həyata gəlməyib, gəlmir və gəlməyəcək. O, doğulmazdır, əbədidir, həmişə mövcud olandır və əzəlidir. Bədən öldürüldükdə o, ölmür».

 

Antimaddi hissəcik – canlı qüvvə – heç vaxt doğulmur və yaradılmır. O, əbədi olaraq mövcuddur. Onun nə doğulduğu, nə də öləcəyi tarix var. O, təkrarən nə doğulur, nə də məhv olur. O, əbədi mövcud olduğuna görə ululardan uludur, lakin buna baxmayaraq, o, gənc və təravətlidir. Maddi hissəcik məhv olsa da, bu qanun antimaddi hissəciyə aid deyil. Bu müddəa necə ki, antimaddi hissəcyə, eləcə də antimaddi kainata aiddir. Hətta maddi kainatın məhvindən sonra da, antimaddi kainat, öz mövcudluğunu davam etdirir. Bu, daha sonra müfəssəl şəkildə izah ediləcək.

Alimlər həmçinin aşağıda , «Bhaqavad-qita» (2.30)-dakı

mətndən öyrənə bilərlər:

dehi nityam avadhyo yam                  dehe sarvasya bharata

tasmat sarvani bhutani                        na tvam şoçitum arhasi

 

«Ey Bharata övladı, bu bədəndə olan öldürülə bilməz. Buna görə də sən heç bir canlı məxluq üçün dərd çəkməməlisən».

 

Antimaddi hissəciyin ölməz olduğunu anlayan müdrik insan bilir ki, onu heç cür məhv etmək olmaz. Atomçu-alimlər hesab edirlər ki, nüvə silahının köməyilə maddi dünyanı dağıda bilərlər, lakin bu silah antimaddi dünyanı məhv edə bilməz. Antimaddi hissəciyin daha dəqiq izahı aşağıda qeyd edilir:

nainam çhindanti şastrani                nainam dahati pavakah

na çainam kledayanty apo                na şoşayati marutah

 

aççhedyo yam adahyo yam               akledyo şoşya eva ça

nityah sarva-qatah sthanur              açalo yam sanatanah


 

– 14 –

 

avyakto yam açintyo yam                   avikaryo yam uçyate

tasmad evam viditvainam                   nanuşoçitum arhasi

 

«Canı heç vaxt silahla doğramaq, odla yandırmaq, su ilə islatmaq, küləklə qurutmaq olmaz. Bu fərdi can hissələrə bölünməz, əridilməzdir və o, nə yandırıla nə qurudula bilər. Dəyişməz, hərəkətsiz, və əbədi olaraq, o, hər yerdə mövcud olan və həmişə öz xassəsini saxlayandır. Can görünməz, dərk olunmaz və dəyişməzdir. Bunu bilərək, sən bədənə görə kədərlənməməlisən». Bh.-qita (2.23-25).

 

Antimaddi hissəcik (can) nə maddi silahla tikələrə doğrana, nə odda yandırıla, nə su ilə isladala, küləklə qurudula, yaxud buxarlana bilməz. O, bölünməz, yandırılmaz və əridilməzdir. O, əbədi olduğuna görə hər cür bədənə daxil olub, sonra onu tərk edə bilir. Onun mahiyyəti dəyişmədiyinə görə, keyfiyyətləri daimidir. Onun keyfiyyətləri maddi keyfiyyətlərin əksinə olduğu üçün izahedilməzdir. Adi adam onu təsəvvür edə bilməz. O, dəyişməzdir. Buna görə də əbədi antimaddi ünsürdən ötrü kədərlənməyə ehtiyac yoxdur.

 

Beləliklə, «Bhaqavad-qita» və digər veda ədəbiyyatlarında ali enerji (antimaddi ünsür) həyat gücü, yaxud canlı ruh kimi təsvir olunaraq civa adlanır. Bu canlı hissəciyi maddi elementlərin hər hansı birləşməsindən almaq qeyri-mümkündür. Aşağı enerji kimi təsvir olunan əsas səkkiz maddi ünsür mövcuddur: 1) torpaq, 2) su, 3) od, 4) hava, 5) efir, 6) ağıl, 7) dərrakə, 8) yalançı mən. Bundan əlavə ali enerji kimi təsvir olunan canlı qüvvə mövcuddur. Onlar ali canlı varlığın, yəni Allah-Ali Şəxs Krişnanın nəzarəti altında olduğuna görə «enerjilər» adlandırılır. Uzun müddət materialistlər, yuxarıda adları çəkilən səkkiz maddi ünsürün hüdudlarından kənara çıxmamışlar. Bu günsə onların antimaddi ünsür və antimaddi kainat barədə bir qədər ilkin məlumatları olduğu adamı sevindirir. Ümid edirik ki, alimlər tədricən maddiyyatın izi belə olmayan antimaddi dünyanı layiqincə qiymətləndirəcəklər. «Antimaddi» sözün özü onu bildirir ki, bu dünyanın xüsusiyyəti maddiyyata tamamilə ziddir.

 

 

– 15 –

 

Sözsüz ki, antimaddi ünsür barədə şəxsi mühakimələr yürüdənlər də var. Onlar iki əsas qrupa bölünür və hər ikisi də səhv edirlər. Qruplardan biri qatı materialistdir, hansı ki, antimaddini bir başa inkar edərək, yalnız maddi ünsürlərin müəyyən vaxtda (ölüm zamanı) dağıldığını iddia edir. Digər qrup isə antimaddi ünsürün mövcudluğunu iyirmi dörd növə bölünən maddi ünsürlərə tamamilə əks olan şəkildə qəbul edir. Bu, sankyaçılar qrupu adlanır: onlar maddi ünsürləri hərtərəfli tədqiq və təhlil edərək, nəticədə transsendental (antimaddi) ünsürü qəbul edirlər, lakin fəaliyyətsiz formada. Bütün bu mütəfəkkirlər mücərrəd mühakimələrini aşağı enerjinin köməyilə yürütdüklərinə görə onlar müxtəlif çətinliklərlə üzləşirlər. Onlar Ali Şəxsiyyətin verdiyi məlumatları qəbul etmirlər. Antimaddi ünsürün həqiqi vəziyyətini dərk etmək üçün insana ali enerjinin yerləşdiyi transsendental səviyyəyə qalxmaq lazımdır. Bhakti-yoqa – ali enerjinin həqiqi fəaliyyətidir.

 

Maddi dünyada olmaqla antimaddi dünyanın həqiqi mahiyyətini dərk etmək mümkün deyil. Bununla belə, onu dərk etməyə cəhd edən insan quyuda yaşayan və Sakit okeanın enini və dərinliyini təsəvvür etməyə çalışan qurbağaya bənzəyir. Qurbağa düşünür:

 

«Yəqin ki, okean buradan iki dəfə böyükdür. Yaxud da ola bilsin ki, üç dəfə, yaxud da dörd dəfə böyükdür». Aydındır ki, bu üsulla məsələnin həllini tapmaq mümmkün deyildir. Lakin maddi və antimaddi enerjilərin sahibi olan Tanrı səbəbsiz mərhəməti sayəsində bu dünyaya enib, antimaddi dünya haqqında bizə hər tərəfli məlumat verir. Yalnız bu yolla antimaddi dünya barədə öyrənmək olar. Deyilir ki, Tanrı və canlı varlıqlar təbiətlərinə görə antimaddidirlər. Buna görə də, canlı varlıqları müfəssəl surətdə öyrənməklə, Tanrı barədə məlumat ala bilərik. Hər bir canlı varlıq şəxsiyyət olduğundan, deməli ali canlı varlıq da ali şəxsiyyət olmalıdır. Veda ədəbiyyatlarında təsdiq edilir ki, ali şəxsiyyət Krişnadır. Allahı nişan verən «Krişna» adı Uca Tanrını düzgün ifadə edən yeganə addır. O, maddi və antimaddi enerjiləri idarə edir və «Krişna» sözü Onun ali hökmdar olduğunu bildirir. «Bhaqavad-qita»da (7.4-6) Tanrı bunu aşağıdakı kimi təsvir edir:

 

 

– 16 –

 

bhumir apo nalo vayuh                  kham mano buddhir eva ça

ahankara itiyam me                bhinna prakritir aştadha

 

apareyam itas tv anyam                prakritim viddhi me param

çiva-bhutam maha-baho                     yayedam dharyate çaqat

 

etat-yonini bhutani                                 sarvaniti upatharaya

aham krito nasya caqatah                 prabhavah prala tatha

 

«Torpaq, su, od, hava, efir, ağıl, dərrakə, yalançı mən – bu səkkiz amil Mənim ayrılmış maddi enerjilərimdir. Bundan əlavə, ey qolu güclü Arcuna, bu maddi, aşağı təbiətin ehtiyatlarından istifadə edən canlı varlıqları özündə toplayan Mənim ali enerjim də vardır. Bu iki təbiət yaradılmış bütün məxluqların mənbəyidir. Bil ki, Mən bu dünyadakı bütün maddi və ruhi şeylərin hamısının əvvəli və sonuyam».

 

Maddi və antimaddi dünyanı Tanrının iki enerjisi (aşağı və ali) təşkil etdiyinə görə, O, Mütləq Həqiqət adlanır. Həzrət Krişna

bunu «Bhaqavad-qita»da (7.7) izah edir:

matah parataramnanyat                     kinçid asti dhanancaya

mayi sarvam idam pratam                 sutre mani qana iva

 

«Ey sərvətlər istilaçısı, Məndən ali həqiqət yoxdur. Hər şey sapa düzülmüş mirvarilər kimi Mənim üzərimdə durur».

 

Antimateriyanın və antimaddi dünyanın kəşfindən hələ çox-çox əvvəl bu mövzu «Bhaqavad-qita»da təsvir edilmişdir. Orada deyilir ki, bu fəlsəfə ilk dəfə Günəş tanrıçasına verilmişdir. Bu, o deməkdir ki, «Bhaqavad-qita»nın prinsipləri Kurukşetra döyüşündən dəfələrlə əvvəl (təxminən 120.000.000 il əvvəl) Allah-Ali Şəxs tərəfindən izah edilmişdir. Müasir elm isə «Bhaqavad-qita»da olan həqiqətin cüzi bir hissəsini açıqlayır. Antimaddi kainat barədə həmçinin «Bhaqavad-qita»da deyilənlərə əsaslanaraq, qəti anlamaq olar ki, antimaddi dünya antimaddi fəzada yerləşir və bu fəza sananata-dhama, yəni əbədi təbiət adlandırılır.

 

Maddi atomlar maddi dünyanı təşkil etdiyi kimi, antimaddi atomlar da antimaddi dünyanı (onun bütün atributları ilə) təşkil

 

 

– 17 –

 

edir. Antimaddi dünyada antimaddi canlı məxluqlar yaşayır. Antimaddi dünyada ölü materiya yoxdur. Orada olan hər bir şey canlıdır və Ali Şəxsiyyət isə Tanrının özüdür. Antimaddi dünyanın sakinlərinin biliyi və həzzi əbədidir, çünki onlar Tanrının malik olduğu bütün keyfiyyətləri aşılayırlar.

 

Maddi dünyada ən yüksək planet Satyaloka, yaxud Brahmaloka adlanır. Bu planetdə son dərəcə yüksək istedadlı məxluqlar yaşayırlar. Brahmalokanı Brahma idarə edir, hansı ki, maddi dünyada ilk yaradılmış məxluqdur. Hərçənd ki, o, bizə bənzəsə də, amma maddi dünyada ən dərrakəli şəxsiyyətdir. Lakin buna baxmayaraq, Brahma o qədər də zəkalı deyildir ki, Tanrı ilə bir səviyyədə olsun, o, Allah tərəfindən bilavasitə idarə edilən canlı məxluqlara aiddir. Həm Allah, həm də canlı varlıqlar antimaddi dünyaya aiddirlər. Buna görə də alimlər antimaddi dünyanın təbiətini – onun necə idarə edildiyini, oradakı canlıların görkəmini, oranın sakinlərini, orada kimin hökmranlıq etdiyini və s. tədqiq etsəydilər, hamı üçün böyük bir fayda olardı. Bütün «Veda» ədəbiyyatları içərisində «Şrimad Bhaqavatam» bu mövzuları daha müfəssəl surətdə izah edir. Adətən, «Bhaqavat-qita», «Şrimad Bhaqavatam»ın girişi sayılır. Bu iki bilik kitabını dünyanın bütün alimləri diqqətlə oxuyub öyrənməlidirlər. Bu kitablar elmi tərəqqiyə böyük təkan verə və bir çox təzə kəşflərə səbəb ola bilər.

 

Transsendentalistlər və materialistlər bir-birindən fərqlənən iki sinif adamlardır. Transsendentalistlər biliklərini «Vedalar» kimi nüfuzlu kitablardan alırlar. Materialistlər isə qavrayışlarına əsaslanırlar. Veda ədəbiyyatı transsendental şagird ardıcıllığına mənsub olan nüfuzlu şəxslərdən alınmışdır. Bu şagird ardıcıllığı «Bhaqavad-qita»da həmçinin xatırladılır. Krişna «Qita»da deyir ki, yüz minillərlə əvvəl «Qita» Günəş tanrısı Vivasvana danışılmışdı. Vivasvan bu biliyi bəşəriyyətin əcdadı olan oğlu Manuya ötürmüşdür. Manu öz növbəsində bu transsendental biliyi Həzrət Şri Ramanın peyda olduğu sülalənin əcdadına, oğlu şah İkşvakuya ötürmüşdür. Bu uzun şagird ardıcıllığı silsiləsi Allah – Ali Şəxs Krişnanın yer üzünə gəldiyi vaxtda (beş min il əvvəl)

 

 

– 18 –

 

artıq dağılmışdı. Bu səbəbdən Krişna «Bhaqavad-qita»nı Arcunaya (o, hazırkı dövrdə bu biliyə yiyələnmiş ilk şagirddir) söyləmişdi. Buna görə də bu dövrün transsendentalistləri Arcunadan başlanan şagird silsiləsinə mənsubdurlar. Transsendentalistlər özlərini materialist tədqiqat işlərilə çətinliyə salmayaraq materiya və antimateriyaya dair həqiqəti mükəmməl yolla (şagird ardıcıllığı vasitəsilə) əldə edirlər və beləliklə, özlərini bir çox vəziyyətlərdən azad edirlər. Lakin qatı materialistlər Allah – Ali Şəxsin antimaddi dünyasına inanmırlar. Buna görə də onlardan bəziləri istedadlı, təhsilli və s. olsalar da bədbəxtdirlər. Onlar maddi enerjinin təsiri altına düşərək çaşdırılmışlar və antimaddi şeylərdən xəbərsizdirlər. Beləliklə, bu, çox yaxşı əlamətdir ki, materialist alimlər antimaddi dünya sahəsində tədricən inkişaf edirlər. Onlar hətta kifayət qədər inkişaf edib antimaddi dünya barədə hərtərəfli bilik əldə edə bilərlər, harada ki, hökmranlıq edən Tanrıya Onunla yaşayan canlı varlıqlar xidmət edirlər. Tanrıya xidmət edən canlı varlıqlar keyfiyyətcə Ona bərabərdirlər, lakin eyni zamanda tabelikdə olan xidmətçilərdir. Antimaddi dünyada tabelikdə olan və hökmranlıq edən şəxslər arasında fərq yoxdur, çünki orada olan münasibətlər materializmdən azad və mükəmməldir.

 

Maddi dünya təbiətinə görə əbədi deyil. «Bhaqavad-qita»ya görə, maddi və antimaddi dünyaların təsadüfən toqquşduqda məhv olacaqları barədə fizikaçıların fərziyyəsində bir qədər həqiqət var. Maddi dünya dəyişkən keyfiyyətlər dünyasıdır. Bu keyfiyyətlər (qunalar) sattva (xeyirxahlıq), racas (ehtiras) və tamas (cəhalət) kimi məlumdur. Maddi dünyanı raca-quna yaradır, sattva-quna saxlayır və tama-quna məhv edir. Bu qunalar mddi dünyanın hər bir yerində mövcuddur. Buna görə də bütün maddi kainatda hər saat, hər dəqiqə və hər saniyə yaratma, saxlama və məhv etmə prosesləri baş verir. Maddi kainatın ən yüksək planeti olan Brahmaloka da təbiət qanunlarının təsiri altındadır, hərçənd sattva-qunanın üstünlük təşkil etdiyinə görə bu planetin ömür müddəti 4.300.000 x 1.000 x 2 x 30 x 12 x100 günəş ilinə bərabərdir. Lakin ömrünün bu qədər uzun olduğuna

 

 

– 19 –

 

baxmayaraq, Brahmaloka da həmçinin məhvə məhkumdur. Brahmalokadakı həyat yerdəki həyatdan fantastik dərəcədə uzun olsa da, o, qeyri-maddi dünyadakı əbədi həyatla müqayisədə yalnız işartıdır. Buna görə də «Bhaqavat-qita»nın hekaytçisi Allah – Ali Şəxs Şri Krişna Onun məskəni olan antimaddi kainatın vacibliyini qeyd edir.

 

Allah – Ali Şəxs Şri Krişna deyir ki, 4.300.000 x1.000 x x 2 x 30 x 12 x100 günəş ili keçdikdən sonra maddi dünyanın bütün planetləri məhv ediləcək, eyni zamanda burada yaşayan canlı varlıqların hamısı da maddi cəhətdən məhv olacaqlar. Canlı varlıq təbiətinə görə antimaddidir, ancaq o, antimaddi fəaliyyət icra edərək antimaddi dünyaya qalxmırsa maddi dünya dağıldıqda maddi cəhətdən məhv olur. Maddi kainat yenidən əmələ gəldikdə isə, o, maddi formada yenidən doğulmağa məcburdur. Başqa sözlə, o, təkrar olunan doğuluş və ölüm iztirablarına yenidən məruz qalır. Yalnız o şəxslər maddi bədənlərini tərk edib antimaddi dünyaya keçə biləcəklər, hansılar ki, maddi həyatda mövcud olduğu zaman Allah – Ali Şəxsə məhəbbətlə xidmət ediblər. Ölməzliyə nail olmaq, antimaddi fəaliyyəti həyata keçirərək Tanrının yanına qayıtmaqla mümkündür.

 

Antimaddi fəaliyyət nədən ibarətdir? O, bir növ müalicədir. Əgər insan xəstələnərsə, o, həkimə müraciət edir və həkim ona dərman təyin edir ki, xəstə tədricən sağalsın. Eləcə də materialist xəstədir və o, təcrübəli transsendentalist-həkimə müraciət etməlidir. Onun xəstəliyi nədir? O, təkrar olunan doğuluş, ölüm, xəstəlik və qocalıqdan iztirab çəkir. Lakin o, «Geriyə, Allahın yanına» adlanan müalicəni qəbul etdikdə, o, antimaddi dünyaya çatıb doğuluş və ölüm əvəzinə əbədi həyata nail ola bilər. Maddi dünya iki yolla məhv edilir. Hər bir 4.300.000 x1.000 günəş ilindən sonra, yəni maddi dünyanın ən yüksək planeti olan Brahmalokanın hər gününün sonunda natamam məhv edilmə baş verir. Bu zaman bütün aşağı və orta planetlər sistemi məhv edilir. Natamam məhv edilmə zamanı ən yüksək planet olan Brahmaloka dağılmır, amma hər bir 4.300.000 x1.000 x 2 x 30 x12 x100 günəş ilindən sonra bütün maddi kainat antimaddi

 

 

 

– 20 –

 

bədənə daxil olur (harada ki, maddi ünsürlər bu antimaddi bədəndən çıxır, təzahür olur və məhv edilir). Maddi fəzadan dəfələrlə uzaqda yerləşən antimaddi dünya heç vaxt dağılmır. Maddi dünya ona daxil olur. Ehtimal ki, alimlərin fərziyyəsi doğrudur, haçan ki, maddi və antimaddi dünyalar toqquşsa maddi dünya məhv olsun, lakin bu zaman antimaddi dünya məhv olmur.

 

Əbədi mövcud olan antimaddi dünya materialist-alimlərə əl çatmazdır. Onlar yalnız bu barədə onu bilərlər ki, antimaddi dünyanın keyfiyyətləri maddi dünyanın keyfiyyətlərinin əksinədir.

Antimaddi kainat haqda müfəssəl məlumatı onun mahiyyətini bütünlüklə dərk etmiş etibarlı mənbədən – qurtuluşa nail olmuş nüfuzlu şəxslərdən almaq olar. Bu biliyə Allah – Ali Şəxsin müti şagirdi ustadını dinləməklə yiyələnə bilər.

 

Veda biliyi maddi kainatın ilk canlı məxluqu olan Brahmanın ürəyinə məhz bu cürə salınmışdır. Brahma bu biliyi müdrik Narada Muniyə ötürmüşdür. Eynilə də Allah – Ali Şəxs Şri Krişna «Bhaqavad-qita»nı Günəş tanrıçası Vivasvana söyləmişdi. O, şagird ardıcıllığı silsiləsi qırıldığına görə «Bhaqavad-qita»nı Arcunaya Kurukşetra döyüş meydanında təkrar söyləmişdi. Bu zaman transsendental biliyi Şri Krişnadan qəbul etmək üçün Arcuna şagird rolunu öz üzərinə götürmüşdür. Qatı materialistlərin hər cür şübhələrini yox etmək üçün Arcunanın yerində verdiyi sualları Krişna elə cavablandırırdı ki, hər bir dünyəvi adam onu anlasın. Maddi dünyanın cazibəsilə məftunlanmış insanlar Allah – Ali Şəxs Şri Krişnanın nüfuzunu qəbul etmirlər. Antimaddi dünyanı müfəssəl qavramaq üçün insan öz vərdişlərini və ürəyini tam təmizləməlidir. Bhakti-yoqa o qədər dolğun elmi transsendental fəaliyyətdir ki, həm təzə şagird, həm də kamil yoqi onu tətbiq edə bilər.

 

Maddi dünya antimaddi dünyanın yalnız kölgəsidir. Ürəyi və vərdişləri təmiz olan dərrakəli adam «Bhaqavad-qita»dan tez bir vaxtda antimaddi dünyanı bütöv şəkildə anlaya bilər, hansı ki, orada verilən bilik maddi dünya barədə məlumatdan daha hərtərəflidir. Qeyri-maddi dünyanın əlamətləri belədir:

 

 

 

– 21 –

 

Antimaddi dünyanın hökmdarı Şri Krişnadır, hansı ki, həm əzəli şəxsiyyət forması, həm də Özünün saysız-hesabsız ekspansiyaları vardır. Bu şəxsiyyəti və Onun tam ekspansiyalarını yalnız bhakti-yoqa (sədaqətli xidmət) adlanan antimaddi fəaliyyətin köməyilə dərk etmək olar. Allah – Ali Şəxs Şri Krişna Ali Həqiqətdir və O, tamamilə antimaddi varlıqdır. Maddi və antimaddi ünsürlər Ondan törəyir. O, ağacın kökü kimidir, yəni necə ki, ağacın kökü suvarıldıqda onun buduqları və yarpaqları qidalanır, eləcə də Allah – Ali Şəxs Şri Krişnaya sitayiş etməklə qeyri-maddi dünyanı aydın şəkildə dərk etmək olar. Bu zaman fədainin ürəyi sevinclə dolur, o, heç bir maddi fəaliyyətə maraq göstərmir. «Bhaqavad-qita»nın sirri bundadır.

 

Maddi vasitələr antimaddi dünyaya daxil olmağa yararlı deyildir. Hər bir fərdi canlı varlıq maddi dünyada olarkən antimaddi fəaliyyət həyata keçirərək asanlıqla antimaddi dünyaya çata bilər. Lakin qatı materialist olan, təcrübi biliyin, mücərrəd mühakimələrin və materialist elmin məhdud gücünə arxalanan şəxslər üçün antimaddi dünyalara düşmək çox çətindir. Qatı materialist çalışır ki, kosmosa göndərdiyi kosmik gəmilərin, raketlərin və s. köməyilə antimaddi dünyalara çatsın. Lakin bu mexanizmlərin köməyilə o, maddi fəzanın hətta yüksək qatlarında olan maddi planetlərə belə gedə bilmir, o ki, qaldı maddi kainatın xaricində yerləşən antimaddi fəzadakı planetlərə. Hətta mistik qüvvəni mükəmməl surətdə idarə edən yoqilər bu qatlara düşmək üçün böyük çətinliklərlə üzləşirlər. Maddi bədənin daxilindəki antimaddi hissəciyi idarə edə bilən kamil yoqilər mistik qüvvənin köməyilə maddi bədənlərini istədikləri əlverişli vaxtda tərk edib maddi və antimaddi dünyaları birləşdirən xüsusi keçiddən antimaddi dünyalara daxil ola bilərlər. Onlar buna qadirdilərsə, o zaman aşağıda «Bhaqavad-qita» (8.24)də göstərilən üsula müvafiq hərəkət edirlər:

 

aqnir cyotir ahah şuklah                    şan-masa uttarayanam

tatra prayata qaççhanti             brahma brahma-vido canah

 

«Ali Brahmanı dərk edənlər Ona o zaman nail olur, haçan ki, od yarımallahının təsir göstərdiyi zaman, işıqlı vaxtda, günün


 

– 22 –

 

münasib çağında, Ayın artdığı iki həftə ərzində, yaxud Günəşin şimal tərəflə hərəkət etdiyi altı ayın içində bu dünyanı tərk etsinlər».

 

Transsendenti dərk edənlər uttarayana zamanı – Günəşin şimal tərəflə hərəkət etdiyi vaxtda, yaxud od və işıq tanrıçalarının atmosferə nəzarət etdikləri münasib anlarda maddi bədənlərini tərk edirlərsə antimaddi dünyaya çata bilərlər. Kainatın idarə edilməsinin nə qədər mürəkkəb iş olduğunu anlamayan səfeh adamlar odun, havanın, elektrikin, günlərin və gecələrin və s. yarımallahlar tərəfindən idarə edildiyini eşitdikdə gülürlər. Lakin kamil yoqilər maddi işlərə rəhbərlik edən bu gözə-görünməz qüvvələri necə razı salmaq barədə xəbərdardırlar və bu rəhbərlərin xeyirxahlığından istifadə edib antimaddi kainata, yaxud maddi fəzanın yüksək planetlərinə çatmaq üçün münasib vaxtlarda maddi bədənlərini tərk edirlər. Maddi dünyanın yüksək planetlərində yoqilər daha rahat və xoş həyatdan yüz min illər boyu həzz ala bilərlər, lakin bu həyat əbədi deyil. Əbədi həyat arzulayanlar kainatın işlərinə rəhbərlik edən yarımallahlar tərəfindən təyin edilmiş müəyyən əlverişli vaxtlarda mistik qüvvənin köməyilə antimaddi kainata nail olurlar. «Yer» adlanan yeddinci dərəcəli planetdə yaşayan qatı materialistlər

yarımallahları görə bilmirlər.
«Bhaqavad-qita»da (8.25) Krişna deyir:
dhumo ratris tatha krişnah şan-masa dakşinayanam
tatra çandramasam çyotir yoqi prapya nivartate

 

«Bu dünyanı dumanlı havada, gecə vaxtı, Ayın kiçildiyi iki həftə ərzində və yaxud Günəşin cənub tərəflə hərəkət etdiyi altı ay ərzində tərk edən mistik, Ay planetinə çatır və yenidən Yerə geri qayıdır».

 

Yoqi olmayan, lakin maddi bədənləri münasib vaxtda ölən şəxslər mömin əməllər – qurbanlar, xeyriyyəçilik, zahidlik və s. sayəsində maddi bədənin ölümündən sonra yüksək planetlərə çata bilərlər, lakin sonra yenə də bu Yer planetinə qayıtmalı olacaqlar. Onlar maddi bədənlərini dhuma adlanan – ayın qaranlıq

 

 

 

– 23 –

 

vaxtında – aysız vaxtda, yaxud Günəşin cənub tərəflə hərəkət etdiyi zaman tərk edirlər.

 

Nəticədə, «Bhaqavad-qita» məsləhət görür ki, əgər insan antimaddi dünyaya çatmaq istəyirsə, o, sədaqətli xidmət, yəni antimaddi fəaliyyət həyata keçirməlidir. Sədaqətli xidməti təcrübəli transsendentalistin tövsiyyə etdiyi kimi həyata keçirən şəxsin antimaddi dünyaya çatması uğurlu olacaqdır. Çoxlu maneə olsa da, transsendentalistlərin nəsihətlərinə qəti əməl edən Həzrət Krişnanın fədailəri onları asanlıqla dəf edirlər. Tanrının antimaddi səltənətinə aparan yolla irəliləyən fədailər heç vaxt çaşmayacaqlar. Antimaddi kainata çatmaq üçün fədailik yolunu qəbul etmiş insana bu yol zəmanət verir. Bu yolu tutmuş kəs heç vaxt aldanmayacaq və təəssüflənməyəcəkdir.

 

«Vedalar»ı öyrənməklə, xeyriyyəçilik, qurbanlar və zahidliyin icra edilməsi sayəsində əldə edilən bəhrələri bhakti-yoqa adlanan sədaqətli xidmət prosesini həyata keçirməklə daha asan əldə etmək olar.

 

Beləliklə, bhakti-yoqa bəşəriyyət üçün təyin olunmuş universal üsuldur, xüsusilə də bu dəmir dövründə o, asanlıqla həyata keçirilə bilər. Bunun üçün Allah – Ali Şəxs Şri Krişna Özünün Həzrət Çaytanya Mahaprabhu (1486-1534) kimi ən comərd və səxavətli mücəssəməsində Benqaliyada peyda olmuş, sankirtana hərakatını (Tanrının adlarını oxumaq və rəqslə mədh etmək) bütün Hindistana yaymışdır. Həzrət Çaytanyanın mərhəmətilə insan asanlıqla bhakti-yoqanın prinsiplərinə əməl edə bilər. Bununla o, bütün şübhələrdən azad olacaq, maddi həyəcanlar odu sönəcək və transsendental həzz hissi keçirəcəkdir. «Brahma-samhita»nın beşinci fəslində maddi dünyanın müxtəlif planet sistemləri təsvir edilir. Həmçinin «Bhaqavad-qita»da göstərilir ki, yüz minlərlə maddi kainatda müxtəlif plaent sistemləri mövcuddur və bu kainatlar Tanrının yarardıcı enerjisinin yalnız cüzi bir (4\1) hissəsini təşkil edir. Tanrının yarardıcı enerjisinin əsas (4\3) hissəsi para-vyoma, yaxud Vaykunthaloka adlanan ruhi fəzada təzahür etmişdir. «Brahma-samhita» və «Bhaqavad-qita»nın bu nəsihətləri son nəticədə

 

 

 

– 24 –

 

materialist-alimlər tərfindən təsdiq edilə bilər, çünki onlar antimaddi dünyanı təsdiq etməyə çalışırlar.

 

«Moskou nyus» qəzetinin 21 fevral 1960-cı il tarixli nömrəsində aşağıdakı məlumat dərc edilmişdir: «Astronomiya üzrə tanınmış rus professoru Boris Vorontsov-Velyaminov demişdir ki, kaintda idraka malik olan məxluqların yaşadığı saysız-hesabsız planetlərin mövcudluğu mümkündür».

 

Rus astronomun sözlərini «Brahma-samhita»da verilən məlumatlar təsdiq edir. «Brahma-samhita»da deyilir:

 

yasya prabha prabhavato caqandanda-koti kotişv aşeşa-vasudhadi vibhuti-bhinnam tad brahma nişkalam anantam aşeşa-bhutam qovindam adi-puruşam tam aham bhacami

 

«Brahma-samhitanın» bu beytinə görə, rus astronomunun dediyi kimi, nəinki saysız-hesabsız planetlər, hməçinin saysız-hesabsız kainatlar da mövcuddur. Bütün bu saysız-hesabsız planetlərdən ibarət olan saysız-hesabsız kainatlar Maha-Vişnunun transsendental bədənindən çıxan parıltıdan (Brahmana) törəmişlər və bu parıltıda üzürlər. Hansı ki, bizim yaşadığımız kainatı idarə edən yarımallah Brahma bu Maha-Vişnuya sitayiş edir. Rus astronomu həmçinin təsdiq edir ki, sayı təxminən yüz milyona yaxın olan bu planetlərin hamısının əhalisi var. «Brahma-samhita»da göstərilir ki, saysız-hesabsız kainatların hər birində saysız-hesabsız planetlər mövcuddur.

 

Biologiya üzrə professor Vladimir Alpatov rus astronomun nöqteyi-nəzərini təsdiq edərək demişdir ki, yuxarıda xatırladılan planetlərin bəzilərinin səviyyəsi yer planetinin səviyyəsindədir. Daha sonra «Moskou nyus» xəbər verir: «Ola bilsin ki, yerdəki həyata bənzər həyat o biri planetlərdə də mövcuddur. Kimya elmləri doktoru Nikolay Jirov bu planetlərdəki atmosfer barədə söhbət açdıqda göstərmişdir ki, Mars sakini aşağı temperaturlu bədəndə normal həyat sürə bilər. O, hesab edir ki, Marsın atsmosferinə öyrənmiş canlı məxluqlar üçün bu atmosfer yaşamaq üçün tamamilə yararlıdır».

 

Orqanizmlərin müxtəlif planetlərdəki şəraitlərə uyğunlaşması «Brahma-samhita»da vibhuti-bhinnam kimi təsvir edilir. Bu o

 

– 25 –

 

deməkdir ki, kainatların daxilindəki saysız-hesabsız planetlərdən hər birinin müəyyən tipli atmosferə – yüksək (əlverişli), yaxud aşağı (əlverişsiz) malik olmasına və bu atmosferə uyğun elmdə, psixologiyada və s. inkişaf etməsinə müvafiq canlı məxluqlar məskunlaşmışdır. Vibhuti «xüsusi qüvvət», bhinnam isə «müxtəlif» deməkdir. Kosmosu tədqiq etməyə və mexaniki qurğuların köməyilə başqa plnetlərə çatmağa cəhd edən alimlər bilməlidirlər ki, Yerin atmosferinə öyrəşmiş canlı orqanizmlər başqa planetlərin atmosferində yaşa bilməzlər. Buna görə də Aya, Günəşə yaxud Marsa çatmaq cəhdləri tamamilə mənasıızdır, çünki bu planqetlər başqa tipli atmosferə malikdirlər. Lakin hər kəs özü istədiyi hər hansı planetə düşməyə səy göstərə bilər. Bu isə ağıldakı psixoloji dəyişikliklər nəticəsində mümkündür. Ağıl

 

– maddi bədənin nüvəsidir. Maddi bədənin təkamül yolunun tədrici inkişafı ağılda baş verən psixoloji dəyişikliklərdən asılıdır. Tırtıl bədəninin dəyişikliklərə uğrayaraq kəpənəyə çevrilməsi, yaxud müasir tibb elminə məlum olan kişi bədəninin qadın bədəninə və ya əksinə dönməsi az, ya çox psixoloji dəyişikliklərdən asılıdır.

 

«Bhaqvad-qita»da deyilir ki, insan ölüm anında ağlını Allah – Ali Şəxs Şri Krişnanın formasında cəmləşdirib bədənini tərk edirsə, o, dərhal antimaddi dünyadakı ruhi həyata qədəm qoyur. Bu, o deməkdir ki, ağlını sədaqətli xidmətin təyin olunmuş qaydaları ilə maddi şeylərdən yayındıraraq onu Tanrının ruhi formasına yönəltməyə öyrəşdirmiş hər kəs Tanrının antimaddi fəzadakı səltənətinə asanlıqla çata bilər. Buna heç bir şübhə ola bilməz. Eləcə də əgər insan maddi fəzadakı hər hansı başqa planetə nail olmaq istəyirsə, o, bu yolla bədənini tərk etdikdə (yəni ölümdən sonra) oraya gedə bilər. Beləliklə, Aya, Günəşə, yaxud Marsa getmək üçün buna müvafiq fəaliyyət göstərilməlidir. Bu, «Bhaqavad-qita»da (8.6) bu cürə təsdiq olunur:

yam yam vapi smaran bhavam       tyacaty ante kalevaram

tam tam evaiti kaunteya                      sada tad-bhava-bhavitah


 

 

 

 

– 26 –

 

«Ey Kuntinin oğlu, canlı varlıq bədənini tərk edərkən, hansı həyat tərzini yada salırsa, növbəti həyatında hökmən ona nail olur».

 

Maharac Bharata sərt zahidliklə dolu həyat sürdüyünə baxmayaraq, ölüm anında maral barədə düşündüyünə görə ölümdən sonra maral olmuşdur. Lakin o, əvvəlki həyatını xatırlayaraq öz səhvini başa düşmüşdür. İnsanın həyatda icra etdiyi hərəkətlərin ölüm anında onun düşüncəsinə təsir etməsini bilməsi çox vacibdir.

 

«Şrimad-Bhaqavatam» (3.32)də Aya çatmaq prosesi aşağıdakı kimi təsvir olunur:

 

«Tanrının səltənənti barədə məlumatları olmayan materialist düşüncəli adamlar maddi var-dövlət, şöhrət və ehtiram dəlisidirlər. Bu cür adamlar yalnız rahatlıqlarını düşünərək ailə vəzifələrinin yerinə yetirməsilə məşğul olurlar, həmçinin ictimai və milli məsələlərlə maraqlanaraq özlərinin xudbin niyyətlərini güdürlər. Bu cür insanlar öz məqsədlərinə maddi fəaliyyətin köməyilə çatırlar. Onlar təyin olunmuş ayin və vəzifələrin mexaniki olaraq yerinə yetirməklə müqəddəs kitablarda təyin olunmuş qurbanları icra edib pitaları (keçmiş əcdadlarını) və yarımallahları razı salmağa çalışırlar. Qurbanların və ayinlərin icrasına bağlı olan canlar bədənin ölümündən sonra Aya düşərək soma-rasa adlanan ilahi içkidən həzz almaq imkanına nail olurlar. Ay planetinə Çandra adlı yarımallah hökmranlıq edir, hansı ki, oranın atmosferi və həyat şəraiti Yerdəkinə nisbətən daha xoş və rahatdır. Aya çatmış can daha yüksək planetlərə yüksəlmək imkanından istifadə etmirsə, o, düşgünləşərək Yerə, yaxud ona bənzər planetə qayıtmağa məcbur olur. Beləliklə, materialist insan yüksək planetlər sisteminə nail ola bilsə də, maddi dünya dağıldıqda hökmən məhv olacaqdır».

 

Ruhi fəzadakı planetlər sisteminə (para-vyoma) gəldikdə demək lazımdır ki, orada yerləşən saysız-hesabsız Vaykuntha planetləri mövcuddur. Ruhi plnetlər olan Vaykuntha Tanrının daxili enerjisinin təzahürüdür və onlar sayca maddi fəzadakı planetlərlə (xarici enerji) müqayisədə üçün birə nisbətindədirlər. Beləliklə, bədbəxt materialistər Tanrının yaratdığı dünyalarda ən

 

 

– 27 –

 

əhəmiyyətsiz olan planetlərin birində siyasi tədbirlər həyata keçirirlər. Saysız-hesabsız planetlər və qalaktikalardan ibarət olan bütün kainat xardalla dolu kisədə bir toxumcuq dənəsini xatırladırsa, onda bu planet barədə nə demək olar. Lakin bədbəxt materialistəlr burada rahat yaşamaq üçün planlar qururlar və beləliklə, insana xas olan qiymətli enerjilərini uğursuzluğa düçar olacaq işlərə sərf edirlər. Vaxtını pul toplamağa sərf etməkdənsə, o, sadə həyata cəhd edib, yüksək fikirlərə dala bilər və bununla da özünü maddi iztirablardan həmişəlik qurtarar.

 

Materialist maddi şeylərdən həzz almaq istəyirsə, o, Yer planetində aldığı həzzdən qat-qat üstün maddi həzz ala biləcəyi planetlərə keçə bilər. Lakin bədənini tərk etdikdən sonra ruhi fəzaya qayıtmaq üçün özünü hazırlaşdırsa, bu daha yaxşı olar. Bununla belə, insan daha güclü maddi həzz almaq arzusundadırsa, o, yoqa gücünün köməyilə maddi fəzanın başqa planetlərinə keçə bilər. Gülünc kosmik gəmilər sadəcə olaraq uşaq oyuncaqlarıdır və bu məqsəd üçün yararlı deyildir.

 

Aştanqa-yoqa sistemi həmçinin maddidir, çünki o, maddi bədənin daxilindəki hava axınlarını necə idarə etməyi öyrədir. Ruhi qığılcım olan can bədənin daxilindəki hava axınında üzür və nəfəs alma, həmçinin nəfəs vermə canı tərkibinə alan havanın dalğalarıdır. Beləliklə, yoqa sistemi bu havnı idarə etmək üçün təyin olunmuş maddi üsuldur. Onun köməyilə insan bədənindəki havanı qarından köbək nahiyəsinə, oradan döş qəfəsinə, sonra boğaza, oradan gözlərin almacığına, sonra beyinciyə, oradan isə hər hansı arzuladığı planetə göndərə bilər. Küləyin və işığın sürəti materialist alimə məlum olsa da, o, ağıl və dərrakənin sürəti barədə heç bir şey bilmir. Bizim ağlın sürəti barədə çox məhdud təsəvvürümüz vardır. Biz bir anda ağlımızı bizdən yüz minlərələ kilometr uzaqda yerləşən obyektlərə yayındıra bilərik. Dərrakə bundan da incədir. Can isə dərrakədən də incədir. O, ağıl və dərrakə kimi maddi yox, ruhi, yəni antimaddidir. Can dərrakədən yüz minlərələ dəfə incə və qüvvətlidir. Beləliklə, canın bir planetdən başqa planetə səyahətlərinin sürətini biz heç təsəvvürümüzə gətirə bilmərik. Canın hər hansı maddi qurğunun

 

 

 

– 28 –

 

köməyilə deyil, öz gücü sayəsində səyahət etdiyi barədə deməyə ehtiyac yoxdur.

 

Həyatın mənasını yeyib-içməkdə, yatmaqda, qorunmaqda və cinsi əlaqədə görən heyvani cəmiyyət müasir insanı çaşdırdığına görə o, canının nə qədər qüdrətli olduğunu tamamilə unutmuşdur. Yuxarıda təsvir edildiyi kimi, can Günəşdən, Aydan və elektrikdən dəfələrlə güclü işığa, parıltıya və gücə malik olan ruhi qığılcımdır. İnsan özünün ruhi can olduğunu dərk etmədikdə onun həyatı uğursuz olur. İnsanları bu cür çaşdırıcı cəmiyyətdən xilas etmək üçün Həzrət Çaytanya öz həvvarisi Nityananda ilə peyda olmuşdur.

 

«Şrimad Bhaqavatm»da yoqilərin kainatdakı bütün planetlərə necə səyahət edə bildikləri barədə danışılır. Canlı qüvvə beyinciyə qalxdıqda onun gözdən, burundan, qulaqlardan və ağızdan çıxma təhlükəsi var. Çünki bu yerlər canlı qüvvənin yeddinci orbiti kimi tanınmışdır. Lakin yoqi havanı bütünlüklə dayandıraraq bu dəlikləri bağlaya bilər. Sonra o, canlı qüvvəni orta mövqedə, yəni qaşlarının arasında cəmləşdirib bədənini tərk etdikdən sonra hansı planetə düşmək istəyirsə, bu vəziyyətdə həmin planet barədə düşünür. Bu halda yoqi ya transsendental Vaykunthada yerləşən Krişnanın məskəninə, hansı ki, oradan maddi dünyaya qayıtmağa ehtiyac yoxdur, ya da maddi kainatın yüksək planetlərinə gedə bilər. Kamil yoqi bu iki yoldan hansını istəsə seçə bilər.

 

Bədənini şüurulu surətdə tərk edən kamil yoqi üçün bir planetdən başqa planetə səyahət etmək adi adamın dükana getməsi kimi bir şeydir. Artıq izah edilmişdir ki, maddi bədən ruhi canın sadəcə olaraq örtüyüdür. Ağıl və dərrakə canın alt, torpaqdan, sudan, havadan və s. ibarət olan qaba bədən isə üst örtüyüdür. Buna görə də yoqa prseseinin köməyilə özünü dərk etmiş, ruhla materiya arasındakı əlaqədən xəbərdar olan yoqi canın qaba örtüyünü çətinlik çəkmədən istədiyi vaxtda tərk edə bilər. Tanrının mərhəməti sayəsində biz tamamilə azadıq. O, bizə mərhəmət etdiynə görə ruhi, ya da maddi fəzadakı planaetlərdən istədiymizi seçib yaşaya bilərik. Lakin bu azadlıqdan sui-istifadə etdikdə

 

 

– 29 –

 

canlı varlıq maddi dünyaya düşərək məhdudlandırılmış həyatı üçlü iztirablarla üzləşir. Canın seçdiyi, maddi dünyadakı iztirablarla dolu həyat Miltonun «İtirilmiş cənnət» kitabında çox gözəl təsvir edilmişdir. Eləcə də can bu dəfə yenidən cənnəti seçib evinə, Tanrının yanına qayıda bilər.

 

Böhranlı ölüm anında insan həyat qüvvəsini qaşlarının arasında yerləşdirib haraya getmək istədiyini həll edə bilər. O, maddi dünya ilə heç bir əlaqə saxlamaq istəmirsə bir saniyədən də tez transsendental Vaykunthaya nail ola və orada ruhi atmosferə uyğun ruhi bədəndə təzahür edə bilər. O, maddi dünyada həm incə, həm də qaba formalarda yaşamaqdan imtina edə bilər və həyat qüvvəsini başının yuxarı hissəsinə yönəldib başdakı brahma-randhra adlanan dəlikdən bədənini tərk edə bilər. Bu yoqa məşğələlərinin mükəmməl səviyyəsidir.

 

Əlbəttə, insan azad iradəyə malikdir. Buna görə də o, maddi dünyadan azad olmaq istəmirsə, brahma-padadan (Brahmanın tutduğu mövqe) həzz ala bilər, yaxud da siddhalokaya, yəni qravitasiya qüvvəsinə, kosmosa, zamana və s. nəzarət edə bilən kamil canlı məxluqların planetinə gedə bilər. Maddi kainatın bu yüksək planetlərinə çatmaq üçün insana ağıl və dərrakəsini (incə materiya) tərk etməyə ehtiyac yoxdur, o, yalnız qaba materiyanı (maddi bədəni) tərk etməlidir.

 

İnsanlar düzəltdikləri peyk və kosmik gəmilərin vasitəsilə uzaqda yerləşən planetlərə heç vaxt nail ola bilməyəcəklər. Əvvəl dediyimiz kimi, yüksək planetlərin atmosferi Yerin atmosferindən fərqlənir. Hər bir planet müəyyən atmosferə malikdir və insan maddi kainatdakı hər hansı planetə səyahət etmək istəyirsə, o, bu planetin iqlim şəraitinə tamamilə uyğunlaşdırılmış maddi bədənə malik olmalıdır. Məsələn, insan iqlim şəraiti Hindistandan fərqlənən Avropaya getmək istəyirsə, o, müvafiq olaraq paltarını dəyişməlidir. Eləcə də, insan transsendental Vaykuntha planetlərinə getmək istəyirsə, o, bədənini dəyişməlidir.

 

İnsan yüksək maddi planetlərə getmək istəyirsə, o, ağıl, dərrakə və yalançı eqodan ibarət olan incə paltarını saxlaya bilər, lakin o, torpaqdan, sudan və s. düzəldilmiş qaba paltarı (bədəni) tərk

 

 

– 30 –

 

etməlidir. Lakin canlı varlıq transsendental planetə yollanırsa o, həm incə, həm də qaba bədənlərini dəyişməlidir, çünki ruhi fəzaya yalnız ruhi formada nail olmaq mümkündür. İnsan bunu arzulayırsa, ölüm anında örtüyün bu cür dəyişməsi öz-özünə baş verəcək. O, bu arzuya bütün ömrü boyu can atırsa, ölüm anında da bunu arzulayacaqdır. Adamın malı harada canı da orada. İnsan sədaqətli xidmətlə məşğuldursa, Tanrının səltənətini arzulayır. Aşağıdakı bəndlərdə elə zəruri fəaliyyət göstərilir ki, insan onun köməyilə doğuluş, qocalıq, xəstəlik və ölümdən azad olan Vaykuntha (antimaddi) planetlərinə asan səyahətə özünü hazırlaşdıra bilsin.

Zəruri fəaliyyətin (pozitiv vəzifələr) metodları:

 

  1. Ciddi namizəd elmi surətdə təlim almaq üçün həqiqi ruhani ustad qəbul etməlidir. Hisslər maddi olduğundan onların vasitəsilə Transsendenti dərk etmək qeyri-mümkündür. Buna görə də hisslər ruhani ustadın köməyilə ruhiləşdirilməlidir.

 

  1. Namizəd həqiqi ruhani ustadı qəbul etdikdən sonra şagirdliyə keçirilməlidir. Bu, ruhi təlimin başlanğıcıdır.

 

  1. Şagird həmişə ruhani ustadı razı salmağa hazır olmaldır.

 

«Bhaqavad-qita», «Vedanta», «Şrimad-Bhaqavatam»

 

«Upanişadlar» kimi müqəddəs kitablarda ruhi elmin üsullarını mükəmməl bilən, özünü dərk etmiş can olan, Tanrı ilə əlaqəsi olan, şagirdi Vaykunthaya aparan yola yönəldən şəffaf vasitəçi insan həqiqi ruhani ustaddır. Ruhani ustad buna görə hər cəhətdən razı salınmalıdır ki, onun xeyir-duası sayəsində şagird bu yolda çox tez inkişaf edə bilsin.

 

  1. Dərrakəli şagird bütün şübhələrdən azad olmaq üçün ruhani ustada ağıllı suallar verməlidir. Ruhani ustad yol göstərərkən özbaşına hərəkət etmir, o, bu yolu keçmiş mötəbər şəxslərin verdiyi prinsiplərə əsaslanır. Bu mötəbər şəxslərin adları müqəddəs kitablarda göstərilmişdir və insan ruhani ustadın rəhbərliyi altında onların yolu ilə getməlidir. Ruhani ustad mötəbər şəxslərin göstərdiyi yoldan heç vaxt yayınmır.

 

  1. Şagird bu üsulu tətbiq etmiş və müvəffəqiyyət qazanmış böyük müdriklərin yolu ilə getməyə çalışmalıdır. Bu onun

 

  • 31 –

 

həyatının məqsədi olmalıdır. O, şəraitin və zamanın tələblərini nəzərə alaraq səmimiyyətlə onların yoluyla getməli, onları təqlid etməməlidir.

 

  1. Şagird mötəbər kitablardakı göstərişlərə müvafiq olaraq vərdişlərini dəyişməyə hazır olmalı, Tanrını razı salmaq üçün o, Arcuna tək həm məmnunluq, həm də tərkidünyalıq istəyindən imtina etməlidir.

 

  1. Şagird ruhi şəraitdə yaşamalıdır.

 

  1. O, yalnız həyat üçünü zəruri olan vəsaitlə kifayətlənməli, sadə həyat sürmək üçün zəruri olan vəsaitdən artıq var-dövlət toplamağa çalışmamalıdır.

 

  1. O, bədrlənmiş və təzə ayın on birinci günlərində pəhriz qaydalarına riayət etməlidir.

 

  1. O, banyan ağacına, inəyə, elmli brahmana və fədaiyə ehtiram göstərməlidir.

 

Bu, sədaqətli xidmət yolunda ilk addımlardır. İnsan tədricən aşağıdakı bəndlərdə deyilənlərə də riayət etməlidir.

  1. Sədaqətli xidmət və müqəddəs adların tərənnümü zamanı təhqirlərə yol verməmək.

 

  1. Qeyri-fədailərlə ünsiyyət saxlamamq.

 

  1. Həddindən artıq şagird qəbul etməmək. Bu, o deməkdir ki, şagird sinif nümayəndəsi olduğu kimi, birinci on iki bəndə müvəffəqiyyətlə əməl edən fədai də ruhani ustad ola bilər.

 

  1. Kitablardan sitat gətirərək özünü çox elmli göstərməmək. Başqa kitablara həddindən artıq qapılmayıb, zəruri olan kitabları dərindən öyrənmək.

 

  1. Yuxarıda göstərilmiş on dörd bəndə müntəzəm surətdə və müvəffəqiyyətlə əməl edən şagird hətta maddi itki və nailiyyətlərdən ibarət olan böyük müsibətlər zamanı da ağıl tarazılığını saxlaya biləcək.
  2. Növbəti mərhələdə kədər və illüziya təsir etmir.

 

  1. O, başqa din və sitayiş növlərini, həmçinin Allah – Ali Şəxsi və Onun fədailərini lağa qoymamalıdır.

 

  1. Kimsə Tanrını və Onun fədailərini təhqir edirsə, o, buna dözməməlidir.

 

  • 32 –

 

  1. O, kişi və qadın arasındakı münasibətlərdən və başqalarının ailə həyatından bəhs edən mənasız söhbətlərdə iştirak etməməlidir.

 

  1. O, başqa canlı məxluqlara nə fiziki, nə də psixi iztirablar verməməlidir.

 

Yuxarıda adları çəkilən iyirmi bənddən əvvəlinci üç pozitiv bənd ən zəruri sayılır və ciddi şagird üçün çox vacibdir.

 

İyirmi dörd başqa bir bənd də vardır ki, ciddi şagird onlara əməl etməlidir. Lakin Həzrət Çaytanya onlardan beşini ən vacib hesab etmişdir. O, aşağıda göstərilən bu beş bəndi indiki həyat şəraitləri

üçün seçmişdir:

 

  1. İnsan fədailərlə ünsiyyət saxlamalıdır. Fədailərlə ünsiyyət onları diqqətlə dinləməkdən, münasib suallar verməkdən, onlara yemək təklif etməkdən, onlardan yemək qəbul etməkdən, onlara ianə vermək və onlardan ianə qəbul etməkdən ibarətdir.

 

  1. İnsan Tanrının müqəddəs adlarını hər bir şəraitdə tərənnüm etməlidir. Tanrının müqəddəs adlarının tərənnümü asan və ucuz başa gələn özünügerçəkləşdirmə prosesidir. İnsan Tanrının saysız-hesabsız adlarından hər hansı birini həmişə tərənnüm etməli və bu zaman təhqirlərə yol verməməlidir. Transsendental adların tərənnümü zamanı on cür təhqirə yol vermə ehtimalı var. Buna görə də insan bunlardan özünü mümkün qədər gözləməlidir. Lakin hər nə olursa olsun insan Tanrının müqəddəs adlarını tərənnüm etməyə çalışmalıdır.

 

  1. «Şrimad-Bhaqavatam»da təsvir olunan mövzuları dinləməlidir. Bu cür dinləmə həqiqi fədailərin mühazirələri və «Bhaqavatam»ın mötəbər tərcüməsi vasitəsi ilə mümkündür.

 

  1. Mathurada – Tanrının nazil olduğu yerdə yaşamalıdır. Yaxud da insan evini Mathuraya çevirməlidir. Bunun üçün onun ailə üzvləri ruhani ustad tərəfindən şagirdliyə keçirilməlidir və Tanrının murtisinə sitayiş etməlidirlər.

 

  1. İnsan Tanrının murtisinə diqqət və sədaqətlə sitayiş etməlidir ki, evi Tanrının məskənini xatırlatsın. Bu transsendental fəaliyyətə bələd olan və şagirdə düzgün üsulu göstərə bilən ruhani ustadın rəhbərliyi altında mümkündür.

 

  • 33 –

 

Yuxarıda göstərilən beş bənd dünyanın hər bir yerində, hər bir insan tərəfindən keçirilə bilər. Beləliklə, bu dövrdəki düşgün canları xilas etmək üçün Şri Çaytanya Mahaprabhu kimi mötəbər şəxs tərəfindən verilmiş bu sadə üsulun köməyilə hər kəs evinə – Tanrının yanına qayıtmaq üçün özünü hazırlaşdıra blər.

 

Bu mövzunu daha dərindən öyrənmək üçün insan «Bhakti-rasamrita-sindhu» kitabına müraciət edə bilər. Hansı ki, tərcümədə «Sədaqət cövhəri» adı altında təqdim olunmuşdur. Sədaqətli fəaliyyətin yuxarıda adları çəkilmiş beş bəndi elə ruhi gücə malikdir ki, fədai tərəfindən onların səmimi həyata keçirilməsi, hətta ilk mərhələdə onun tezliklə bhava səviyyəsinə (Tanrıya məhəbbətin birinci mərhələsi), yaxud ağlın və dərrakənin fəaliyyətinə nəzərən transsendental olan ruhi səviyyədəki hissə çatdıracaq. İnsan bhavaya (Tanrıya məhəbbət) qapıldıqda maddi bədənini tərk etdikdən sonra ruhi fəzaya keçməyə iqtidarlı olacaq. Tanrıya məhəbbətin kamil pilləsinə nail olmuş fədai maddi bədəndə olsa da ruhi səviyyəyə yüksəlir. O, odla təmasdan közərmiş və artıq dəmir kimi yox, od kimi təsir göstərən dəmir parçasına bənzəyir. Bu, Tanrının qəribə, dərkedilməz və maddi elmin vasitəsilə aşkar olunmayan enerjisi sayəsində mümkündür. Buna görə də insan qəti inamla sədaqətli xidmətlə məşğul olmalı və bu inamı möhkəmləndirmək üçün Tanrının nümunəvi fədailəri ilə şəxsən (əgər bu mümkündürsə), yaxud onlar barədə düşünərək ünsiyyət saxlamalıdır. Bu cür ünsiyyət Tanrıya sədaqətli xidməti inkişaf etdirməyə kömək edəcək və sədaqətli xidmətin sayəsində bütün maddi şübhələr ani şəkildə yox olacaqdır. Şagird ruhi gerçəkləşmənin bu müxtəlif mərhələlərini şəxsən hiss edəcək və bu, onda ruhi yolda inkişaf etdiyinə görə möhkəm inam oyadacaqdır. Sonra o, Tanrıya və Onun məskəninə ürəkdən bağlanacaq. İnsan üçün zəruri olan Tanrıya məhəbbətin tədricən inkişaf prosesi belədir. Bu prosesin köməyilə bir çox şəxsiyyətlər, müdriklər və şahlar kamilliyə çatmışlar. Onlardan bəziləri sədaqətli xidmətin yalnız bircə bəndinə inam və qətiyyətlə əməl edərək müvəffəqiyyət əldə etmişlər. Aşağıda bu şəxsiyyətlərdən bəzilərinin adları çəkilir.

 

 

 

 

– 34 –

 

  1. İmperator Parikşit mötəbər şəxsiyyət olan Şri Şukadeva Qosvamini dinləyərək ruhi səviyyəyə çatmışdır.

 

  1. Şri Şukadeva Qosvami öz Dahi atası Şri Vyasadevadan almış transsendental nəsihətnaməni nəql edərək həmin nəticəyə nail olmuşdur.

 

  1. İmperator Prahlad böyük övliyya və fədai Şri Naradamuninin göstərişlərinə əməl edərək Tanrını daim xatırlamaqla ruhi müvəffəqiyyət qazanmışdır.

 

  1. Bəxt ilahəsi olan Lakşmi Tanrının nilüfər qədəmlərinin yanında oturub onlara xidmət edərkən müvəffəqiyyətə nail olmuşdur.

 

  1. Şah Prithu Tanrıya sitayiş etməklə müvəffəqiyyətə nail olmuşdur.

 

  1. Gərdunəçi Akrura Tanrıya dua edərək Müvəffəqiyyət qazanmışdır.

 

  1. Həzrət Şri Ramaçandranın böyük fədaisi Xanuman

 

(Mahavira) Tanrının əmrlərini yerinə yetirərək müvəffəqiyyət qazanmışdır.

 

  1. Tanrıdan «Bhaqavad-qita» nəsihətnaməsini almış böyük döyüşçü Arcuna Tanrının dostu olub kamilliyə çatmışdır.
  2. İmperator Bali hər şeyi, hətta bədənini belə Tanrıya həsr edib müvəffəqiyyət qazanmışdır.

 

Burada Tanrıya sədaqətli xidmətə dair doqquz nümunəvi misal gətirilir və şagird onlardan istədiyi birini, yaxud hamısını seçə bilər. Bu xidmət növlərinin hamısı Mütləq üçün edildiyinə görə özləri də mütləqdir və maddi səviyyədə olan şeylərdən seçilərək keyfiyyət və kəmiyyətcə bir-birindən fərqlənmirlər. Ruhi səviyyədə transsendental rəngarənglik mövcud olduğuna baxmayaraq bir şey digərindən fərqlənmir. İmperator Ambariş doqquz bəndin hamısını qəbul etmiş və müvəffəqiyyətə nail olmuşdur. O, ağlını Tanrının nilufərə bənzər qədəmlərinə cəmləşdirmiş, səsi ilə ruhi dünyanı mədh etmiş, əlləri ilə Tanrının məbədini təmizləmiş, qulaqları ilə müti surətdə Tanrı – Şri Krişnanın nəsihətnaməsini dinləmiş, gözlərilə Tanrının təsvıirini seyr etmiş, bədəni ilə fədailərin bədəninə toxunmuş,

 

  • 35 –

 

burnu ilə Tanrıya təklif edilmiş gülləri qoxlamış, dili ilə Tanrıya təklif olunmuş qidanı dadmış, ayaqları ilə Tanrının məbədinə getmişdir. O, bu zaman azacıq da olsun hissi həzz arzulamadan bütün enerjisini Tanrıya xidmətə yönəltmişdir. Bütün bu fəaliyyət ona maddi elmdəki anlayışlar xaricində olan həyat kamilliyinə nail olmağa kömək etmişdir.

 

Deməli kamilliyə nail olmaqdan ötrü bu ruhi gerçəkləşmə prinsiplərini qəbul etmək hamı üçün çox vacibdir. İnsanın yeganə vəzifəsi ruhi gercəkləşdirmədən ibarətdir. Bədbəxtlikdən müasir dövrdə insanlar milli vəzifələri yerinə yetirməklə məşğuldurlar. Əslində, milli-ictimai və insanpərvərlik vəzifələri yalnız ruhi vəzifələri olmayanlar üçün mövcuddur. Yer üzündə doğulduğu andan insanın milli, ictimai və insanpərvərlik vəzifələrindən savayı onu, hava, işıq, su, və s. ilə təchiz edən yarımallahlar qarşısında vəzifələri vardır. O, həmçinin həyatda ona yol göstərmək üçün böyük bilik xəzinələri qoyub getmiş müdriklərə də borcludur. O, bütün canlı məxluqlara, öz əcdadlarına, ailə üzvlərinə və s. borcludur. Lakin insan özünü bircə vəzifəyə – ruhi inkişafa həsr edən kimi bütün digər vəzifələr və ayrı-ayrı istiqamətlərdə səy göstərmək zərurəti aradan qaldırılır.

 

Tanrı fədaisi heç vaxt cəmiyyətin rahatlığını pozmur, əksinə onun cəmiyyətə böyük xeyri dəyir. Səmimi fədai günah əməllərə uymadığına və təmiz niyyətli olduğuna görə həm bu, həm də sonrakı həyatında cəmiyyətin firavanlığı və əmin-amanlığı naminə böyük iş görə bilər. Lakin hətta bu fədai müəyyən namünasib hərəkətlərə yol verərsə, Tanrı Özü bunları tezliklə yoluna salır. Deməli fədainin maddi biliklərə yiyələnməyə, hər şeydən əl çəkməyə və tənhalığa çəkilməyə ehtiyacı yoxdur. O, sədəcə olaraq evində qalıb nə cür həyat tərzi sürsə də sədaqətli xidmətlə məşğul ola bilər. Tarixdə elə hadisələr olub ki, ən qəddar adamlar belə sədaqətli xidmətlə məşğul olmaqla xeyirxah insanlara çevrilmişlər. Pak fədai təbii olaraq və əlavə səy göstərmədən biliyə yiyəyələnir və pis əlamətlərdən azad olur. Ruhi təlim və sədaqətli xidmət barədə elm hind müdriklərinin bütün dünyaya miras qoyduğu böyük bəxşişdir. Buna görə də

 

 

 

– 36 –

 

Hindistanda doğulan hər bir kəs bu böyük təlimi mənimsəyərək həyatını kamilləşdirməyə və elmin prinsiplərini və onu həyatın son məqsədini bilməyən insanların yaşadıqları başqa yerlərə yaymağa borcludur. İnsanların vəzifəsi tədricən biliklərə yiyə-lənməklə bu kamillik pilləsinə çatmaqdan ibarətdir. Lakin hind müdrikləri artıq bu pilləyə nail olmuşlar. Bəs nə üçün başqaları bu yüksək pilləyə çatmaqdan ötrü min illər boy gözləməlidirlər? Vaxt və enerjilərinə qənaət etsinlər deyə nə üçün onlara bu məlumat indidən müntəzəm surətdə verilməsin? Onlar milyon illər vaxt sərf etmədən belə xoşbəxt həyata nail ola bilərlər.

 

Bir rus yazıçısı bu yaxınlarda dünyaya müraciət edərək belə bir fikir irəli sürür ki, elmin inkişafı insana əbədi yaşamağa kömək edə bilər. Əlbəttə ki, o, Ali Varlığa – Yaradana inanmır. Bununla belə biz onun fərziyyəsini alqışlayırıq. Çünki inanırıq ki, elmin inkişafı insanları ruhi fəzaya çatdıracaq və alimlərə materialist elmi nəzəriyyənin izah edə bilmədiyi potensialara malik olan ali yaradıcı varlığı aşkar edəcəkdir.

 

Qeyd edildiyi kimi hər bir canlı varlıq əbədi formaya malikdir, ancaq o, qaba və incə xarici örtüyünü dəyişir, hansı ki, bədənin bu prosesi doğuluş və ölüm adlanır. Nə qədər ki, canlı varlıq maddiyyat boyunduruğundadır, o, hətta maddi həyatın ən yüksək mərhələsində də davam edən bu prosesdən azad olmayacaq. Rus yazıçısı bütün yazıçılar kimi mücərrəd mühakimələr yürüdə bilər, lakin təbiət qanunlarından azca da olsa xəbəri olan sağlam düşüncəli insanlar bu maddi dünyada insanın əbədi yaşaya bilməsi ilə razılaşmayacaqlar. Təbiətşünas hər hansı bir meyvəni tədqiq etdikdə maddi təbiətin inkişaf yollarını keçə bilər. Meyvə çiçəkdən əmələ gəlir, böyüyür, müəyyən vaxt budaqdan asılı qalır, yetişir, sonra isə xarab olmağa başlayıb günbəgün quruyur, nəhayət ağacdan düşüb çürüyür və torpağa qarışır, özündən sonra toxum qoyur və bu toxumdan ağac bitir. Vaxtı çatdıqda çoxlu meyvə verir ki, onları da həmin aqibət gözləyir və s.

 

Eləcə də canlı varlıq «Ali Şəxsin hissəciyi olan ruhi qığılcım» cinsi əlaqədən sonra dərhal ana bətnində üzvi forma alır, tədricən böyüyür, dünyaya gəlir, böyüməyi davam edir. Sonra o, körpə

 

 

– 37 –

 

uşaq, gənc, kişi, yaşlı adam olur, daha sonra isə qocalıb əldən düşür və əbədi həyat haqqında arzu və ümidlərinə baxmayaraq ölümlə üzləşir. Müqayisədən aydındır ki, insanla meyvə arasında fərq yoxdur. Meyvə kimi insan da özündən sonra toxumlar, yəni uşaqlar qoyub gedə bilər, lakin o, maddi bədəndə əbədi olaraq yaşaya bilməz. Maddi dünyanın qanunları belədir.

 

Kim maddi dünyanın qanunlarını nəzərə almaya bilər? Nə qədər olsa da heç bir materialist alim təbiətin sərt qanunlarını dəyişə bilməz. Onlar yalnız faydasız bir oyuncaq olan süni peyk yarada bilərlər. Balaca uşaqlar bu peykə gözlərini bərəldib baxır, peyk və digər aparatların yaradıcılarına böyük etimad bəsləyirlər, lakin insanların daha dərrəakəli qismi günəş, ulduzlar və planetlər adlanan, materialist alimin görə bilmədiyi saysız-hesabsız nəhəng peyklərin yaradıcılığına böyük ehtiram bəsləyirlər. Kiçik oyuncaq peyki Rusiyada, yaxud Amerikada istehsal edilərsə, nəhəng peyklər ruhi fəzada yaradılır. Əgər oyuncaq peykin yaradılması üçün alimlərin bu qədər ağlı gərəkdirsə, onda qalaktikalar yaradıb onları öz orbitlərində saxlamaq üçün necə mükəmməl ağıl gərəkdir? İndiyədək ateistlər bu suala cavab verə bilməmişlər. Allahsızlar yaradılış barədə öz nəzəriyyələrini irəli sürürlər və adətən bunlar aşağıdakı iddialara gətirib çıxarırdı: «Bunu başa düşmək çətindir», «Bizim təfəkkürümüz bunu qavaraya bilmir, lakin bu mümkündür», «Bu dərkedilməzdir» və s. Bu, o deməkdir ki, onların verdiyi məlumatın nüfuzlu mənbəyi yoxdur və o, elmi dəlillərə əsaslanmır. Bu yalnız fərziyyədir, lakin nüfuzlu məlumat «Bhaqavad-qita»da verilir. Məsələn, «Bhaqavad-qita»da deyilir ki, maddi dünyanın hüdudlarında elə məxluqlar yaşayırlar ki, onların ömür müddəti 4.300.000 x1.000 x2 x30 x12 x100 işıq ilinə bərabərdir. Biz «Bhaqavad-qita»nı mötəbər mənbə kimi qəbul edirik, çünki bu bilik kitabı Şankaraçarya, Şri Ramanucaçarya, Şri Madhvaçarya, Şri Çaytanya Mahaprabhu kimi müdriklər tərəfindən qəbul edilmişdir. «Bhaqavad-qita»da deyilir ki, maddi dünyadakı bütün formalar ömür müddətindən asılı olmayaraq məhvə və ölümə məhkumdur.

 

 

 

 

– 38 –

 

Deməli, hər cür materiya dəyişiklik qanununa tabedir. Hərçənd maddi enerji potensial halda dəyişməz qalır. Potensial halda hər şey əbədidir, lakin maddi dünyada materiya müəyyən formanı alır, onu müəyyən müddət ərzində saxlayır, yetkinlik dövrünə qədəm qoyur, qocalır, üzülür və nəhayət yox olur. Maddi obyktlərin hamısının aqibəti bu cürdür. Bu maddi kainatın xaricində gözə görünməz, anlaşılmaz, və dərkedilməz «başqa bir formanın» mövcudluğu barədə materialistlərin fərziyyələri ruhi kainatın mövcudluğunu qeyri-şüuri surətdə etiraf etmək deməkdir. Lakin ruhi dünya bizdən çox da uzaqda deyildir, çünki daxilimizdəki ruhi zərrəcik bizi onunla bağlayır. Bu ruhi zərrəcik bədəni tərk etdikdə bədən məhv olur. Məsələn, uşaq bədənində həmin zərrəcik olduğuna görə bədəndə dəyişikliklər baş verir və o, inkişaf edir. Lakin ruh bədəni tərk etdikdə bədənin inkişafı dayanır. Bu qanun bütün maddi obyektlərə aiddir. Materiya ruhla əlaqəyə girdikdə bir şəkildən başqa şəklə düşür. Ruh olmasa bu cür transformasiya olmaz. Bütün kainat bu yolla inkişaf edir. O, transsendentin enerjisindən, Onun ruhi qüdrəti sayəsində təzahür edir və Günəş, Ay, Yer və s. kimi nəhəng formalara çevrilir. On dörd cür planet sistemi mövcuddur və onlar ölçülərinə və təbii şəraitinə görə müxtəlif olsalar da vahid inkişaf qanununa tabedir. Ruhi qüvvə yaradıcıdır və yalnız bu ruhi zərrəciyin sayəsində transformasiya, dəyişikliklər və inkişaf baş verir.

 

Qəti demək olar ki, həyat bir çox səfehlərin dediyi kimi kimyəvi reaksiyalara bənzər adi maddi proseslərin nəticəsində yaranmır. Materiya Ali Varlığın təsiri nəticəsində hərəkətə gəlir və Ali Varlıq ruhi həyat qüvvəsinin yayılması üçün münasib şərait yaradır. Ali enerji materiyanı ruhi varlığın istəyinə müvafiq olaraq, lazımi tərzdə idarə edir. Məsələn, inşaat materialları öz-özünə yaşayış binasına çevrilə bilməz. Ruhi canlı varlıq inşaat materiallarından lazımi qaydada istifadə edərək istəyinə müvafiq ev tikir. Eləcə də materiya, sadəcə olaraq, tərkib hissə, ruh isə yaradıcıdır. Yalnız bilikdən kasad olan adam bu fikrə etinasız yanaşa bilər. Yaradıcı gözə görünməyə, kölgədə qala bilər, ancaq bu o demək deyildir ki, o, yoxdur. Maddi kainatın nəhəngliyi bizi

 

 

– 39 –

 

çaşdırmamalıdır. Əksinə, bütün maddi təzahürün arxasında ali zəkanın mövcud olduğunu anlamaq lazımdır. Həmçinin Ali dərrakə sahibi olan Ali Varlıq baş yaradıcı, hər şeyi cəlb edən Allah – Ali Şəxs Şri Krişnadır. İnsan bunu dərk etməsə də

 

«Bhaqavad-qita» və xüsusilə «Şrimad-Bhaqavatam» kimi veda kitablarında bu barədə məlumat verilir. Həyatın «Təsadüfən, əlverişli şəraitdə yaranması» nəzəriyyəsini «Bhaqavad-qita» inkar edir. Bu aşağıdakı kimi izah edilir, «Bhaqavad-qita» (9.7-8,10):

 

 

sarva-bhutani kaunteya kalpa-kşaye punas tani prakritim svam avaştabhya bhuta-qramam imam kritsnam mayadhyakşena prakritih hetunanena kaunteya

prakritim yanti mamikam kalpadau visricamy aham visricami punah punah avaşam prakriter vaşat suyate sa-çaraçaram caqad viparivartate


 

«Ey Kuntinin oğlu, hər dövrün sonunda bütün maddi kainat Mənim təbiətimə daxil olur, növbəti başlanğıcda isə Mən onu Öz qüdrətim sayəsində yenidən yaradıram. Bütün maddi kainat Mənə tabedir. Mənim hökmümlə o, təkrarən yaradılır və hər dövrün sonunda məhv edilir. Enerjilərimdən biri olan maddi təbiət bütün hərəkət edən və hərəkət etməyən varlıqları Mənim nəzarətim altında yaradır, ey Kuntinin oğlu. Onun idarəsi altında kainat hər dəfə yenidən yaradılır və məhv edilir».

 

Bu sözlərlə Tanrı göstərir ki, O, Ali nəzarətçidir. Kosmasa peyk buraxıldıqda, yalnız uşaq bunun arxasında

 

alimlərin zəkası durduğunu başa düşməyə bilər, yaşa dolmuş ağıllı adam isə anlayır ki, alim yerdən bu peyki idarə edir. Eləcə də dərrakəsiz adamlar yaradan, görmə qabiliyyətimizin imkanları xaricində yerləşən Onun ruhi dünyadakı əbədi məskəni barədə heç nə bilmirlər. Əslində isə ruhi fəza və maddi dünyadakı planetlərdən dəfələrlə böyük və sayca qat-qat üstün olan ruhi planetlər mövcuddur. «Bhaqavad-qita»dan məlumat alırıq ki, maddi kainat yaradılışın yalnız dörddə bir hissəsini təşkil edir. Bu

 

 

 

– 40 –

 

məlumat «Şrimad-Bhaqavatam» və digər veda ədəbiyyatında aydın şəkildə verilir.

 

Əgər həyat enerjisi «müəyyən kimyəvi birləşmələrin qarşılıqlı əlaqəsi vasitəsilə əmələ gəlirsə», onda nə üçün lovğa materialist alimlər labaratoriyada canlı yarada bilmirlər? Onlar bilməlidirlər ki, ruhi qüvvə maddi qüvvədən fərqlənir və bu enerji materiyadan alına bilməz. Hal-hazırda ruslar və amerikalılar elmin bir çox texniki sahələrində sözsüz ki, çox irəli getsələr də, ancaq ruhi elm sahəsində biliksiz olaraq qalırlar. Onlar cəmiyyəti kamil və tərəqqipərvər etmək üçün Ali dərrakədən dərs almalıdırlar. Ruslar bilmirlər ki, soializmin fəlsəfəsi «Şrimad-Bhaqavatam»da daha mükəmməl surətdə izah edilmişdir. «Bhaqavatam»da deyilir ki, hər cür sərvətlər – bütün təbii ehtiyatlər «əkin sahələri, filiz və s.» bunların hamısı Ali yaradıcı tərəfindən yaradılmışdır. Buna görə də hər bir canlı məxluq bu dövlətin bir hissəsindən istifadə etmək hüququna malikdir. Daha sonra əlavə etmək lazımdır ki, insan yalnız bədənini saxlamaq üçün zəruri olan şeylərlə kifayət-lnəməlidir və əgər o, çox, yaxud öz payından artıq götürmək istəyirsə cəzalandırılacaqdır. Həmçinin deyilir ki, öz uşaqlarımız-la necə rəftar ediriksə, heyvanlarla da o cür rəftar etməliyik. Biz əminik ki, yer üzündə heç kəs sosializmi «Şrimad-Bhaqavatam»-dakı kimi təsvir edə bilməz. İnsandan fərqli canlı məxluqlara yalnız o vaxt qardaşcasına münasibət bəslənər ki, insan Ali yaradıcını və bütün canlıların həqiqi mahiyyətini dərk etsin. İnsanın əbədi olmaq arzusu yalnız ruhi dünyada mümkündür. Öncə deyildiyi kimi insanın əbədi həyata can atması onun yuxuya getmiş ruhi təbiətinin əlamətidir. Bu ruhi təbiətin dərk edilməsi bəşəriyyətin məqsədi olmalıdır. Hər bir kəs burada deyildiyi kimi, bhakti-yoqa prosesin köməyilə ruhi fəzaya çata bilər. Bu böyük elmdir və Hindistan dünyaya bu mövzuda çoxlu elmi ədəbiyyat bəxş etmişdir. Bu ədəbiyyatın köməyilə həyat kamilliyinə çatmaq olar.

 

 

Bhakti-yoqa insanın əbədi dinidir. Cəmiyyətdə maddi elm əsas rol oynayaraq bütün sahələri, o cümlədən, dini ehkamları da arxa plana keçirdiyi bir vaxtda əbədi dinin prinsiplərinə müasir alimin

 

 

– 41 –

 

nöqteyi-nəzərindən baxmaq maraqlı olardı. Hətta doktor S. Rad-hakrişnan bu cür ümumdünya dini konfransda etiraf etmişdir ki, din elmi surətdə əsaslandırılmasa, müasir cəmiyyət tərəfindən qəbul edilməyəcək. Buna cavab olaraq həqiqət axtaranlara bildir-məyə şadıq ki, bhakti-yoqa əbədi bəşərin dinidir və o, Tanrı ilə əbədi bağlı olan bütün canlı varlıqlar üçün təyin olunmuşdur. «Şripada Ramanucaçarya sanatana, yəni əbədi sözünə əvvəli və sonu olmayan bir şey kimi tərif vermişdir». Biz sanatana-dhar-ma, yəni əbədi din barədə danışdıqda bu tərifi nəzərə alırıq. Əvvəli və axırı olmayan bir şeyin hüdudları və sərhədləri olan digər nəyəsə bənzəməsi tamamilə ziddiyyətdir. Müasir elmi təd-qiqatlar nöqteyi-nəzərindən baxsaq, görərik ki, sanatana-dharma bütün insanların, daha doğrusu kainatdakı bütün canlılıarın əsas məşğuliyyətidir. Sanatana olmayan dinin başlanğıcı bəşər tarixi-nin salnamələrinə girib-çıxa bilər. Lakin sanatana-dharmanın yaranma tarixi yoxdur. O, əbədi olaraq canlı varlıqlarladır.

 

İnsan hər hansı bir etiqada hindu, müsəlman, xristian, buddist, yaxud hər hansı təriqətə mənsub olduğunu ərz edirsə və müəy-yən vaxtla və doğulduğu şəraitlə məhdudlandırılırsa, bu sanata-na-dharma deyildir. Hindu müsəlman, müsəlman isə hindu ya da xristian ola bilər. Lakin hər halda onları birləşdirən bir şey var. Necə olursa-olsun insan başqalarına xidmət edir. Hindu, müsəlman, buddist, yaxud xristian hər bir şəraitdə kiməsə xidmət edirlər: hər hansı bir etiqad növü sanatana-dharma deyildir. O, daim canlı varlıqladır və bütün dinləri birləşdirir. Sanatana-dharma xidmət etmək deməkdir.

 

«Bhaqavad-qita»da sanatananın bir neçə səciyyəvi xüsusiyyəti verilir. Gəlin bu mötəbər kitaba müraciət edərək, sanatana-dharmanın vacibliyinə əmin olaq.

 

Yeddinci fəslin onuncu beytində sanatana sözünə Tanrı tərif verir ki, O, bütün mövcudatın əbədi ilkin mənbəyidir və deməli

 

sanatamdır. Bu, ilk mənbə «Upanişadlar»da bütöv tam kimi təsvir edilir. Onun bütün ekspansiyaları, həmçinin öz-özlüyündə tamdır. Tam olan mənbədən saysız-hesabsız tam hissəciklər çıxsa da sanatana olan ilkin mənbə keyfiyyət və kəmiyyətcə azalmır.

 

 

– 42 –

 

Bu, «Şri İşopanişad»da izah edilir:

 

om purnam adah purnam idam purnat purnam udaçyate purnasya purnam adaya purnam evavaşişyate

 

«Tanrı tam və mükəmməldir. O, tamamailə mükəmməl oldu-ğu üçün Ondan çıxan hər şeyi, eləcə də bu fenomenal dünya bir bütov tam kimi bütün zəruri şeylərlə təchiz edilmişdir. Bütöv Tamdan törəyən hər şey, həmçinin öz-özlüyündə tamdır. O, Bütöv Tam olduğuna görə Ondan saysız-hesabsız tamlar çıxdıqdan sonra da tam müvazinətini saxlayır».

 

Bu, ona görədir ki, sanatananın təbiəti dəyişməzdir. Zamanın və şəraitin təsiri üzündən dəyişən şeylərin heç biri sanatana deyildir. Deməli forma və xüsusiyyətləri dəyişən hər bir şey sanatana kimi qəbul edilə bilməz. Misal üçün yaradılmış maddi obyekt olan Günəşi götürsək, görərik ki, o, milyon illər ərzində öz şəfəqlərini yayır və maddi cisim olduğuna baxmayaraq, onun forması və şüaları indiyədək dəyişməzdir. Deməli, heç vaxt yaradaılmayan bir şey hərçənd ki, hər şeyin toxumunu verən mənbədir, lakin xüsusiyyətinə və quruluşuna görə dəyişməzdir. Tanrı deyir ki, O, bütün canlı məxluqların atasıdır. O, deyir ki, səciyyəvi xüsusiyyətlərindən asılı olmayaraq bütün canlılar Onun ayrılmaz hissəcikləridir. Buradan belə nəticə çıxarmaq olar ki, «Bhaqavad-qita» bütün canlı məxluqlar üçün təyin olunmuşdur. Burada Tanrının snatana təbiəti barədə məlumat verilir. Orada həmçinin Onun maddi fəzanın hüdudları xaricində yerləşən məskəni və bütün canlı varlıqların sanatana təbiəti barədə də məlumat vardır.

 

Tanrı «Bhaqavad-qita»da deyir ki, bu maddi dünya doğuluş, qocalıq, xəstəlik və ölüm şəklində gələn iztirablarla doludur. Hətta maddi kainatın ən yüksək planeti olan Brahmalokada da bu iztirablar vardır. Təkcə Onun əbədi məskənində heç bir iztirab yoxdur. Orada Günəşin, Ayın, yaxud odun işığına ehtiyac yoxdur. Planetlər özləri özlərini işıqlandırır. Orada həyat əbədi, həzz və biliklə doludur. Sanatana-dhama elə budur. Buradan belə nəticə çıxır ki, bütün canlı varlıqlar sanatana-dhamada sanatana-puruşa, yaxud puruşottama, yəni Tanrı Şri Krişna ilə birgə

 

 

– 43 –

 

həyatdan həzz almaq üçün evlərinə Tanrının yanına qayıtmalıdırlar. Onlar maddi həyatın acınacaqlı şəraitlərində qalıb mənasız həyat sürməməlidirlər. Maddi dünyada, hətta Brahmalokada da xoşbəxtlik yoxdur və maddi kainatın yüksək planetlərinə yetişmək istəyənlər, sadəcə olaraq, çox da dərrakəli deyildirlər. Dərrakəsiz adamlar, həmçinin yarımallahlara sığınır və qısa bir müddət ərzində bunun faydasını görürlər. Beləliklə, onların dini fəaliyyəti və bundan əldə etdikləri fayda müvəqqətidir. Dərrakəli adam bu cür fəaliyyətdən imtina edib, Allah – Ali Şəxsə sığınıp və Ali Ata tərəfindən mütləq şəkildə müdafiə edilir. Beləliklə, sanatana-dharma bhakti-yoqa

 

prrosesidir. Bu prosesin köməyilə insan Tanrının və Onun məskəninin sanatana olduğunu dərk edə bilər. Yalnız bu prosesin vasitəsilə insan sanatana (əbədi) olan həzzin hökm sürdüyü ruhi kainata yəni sanatana-dhamaya qayıda bilər. Sanatana-dharmaya əməl edənlər «Bhaqavad-qita»nın prinsiplərini qəbul edə bilərlər. Bu əbədi prinsipləri həyata keçirmək üçün heç bir maneə yoxdur. Hətta çox da bilikli olmayan adam da Tanrının yanına qayıda bilər. Bu barədə «Şrimad-Bhaqavatam»da deyilir və Tanrı Özü bunu «Bhaqavat-qita»da qeyd edir. Bu imkandan istifadə etmək üçün bəşəriyyətə şans vermək lazımdır. «Bhaqavat-qita» Bharata-varşa torpağında danışıldığına görə hər bir hindli həqiqi sanatana-dharma nəsihətnaməsini dünyanın başqa yerlərinə çatdırmağa borcludur. Bu, xüsusilə hazırkı dövrdə materializm zülmətində iztirab çəkərək çaşmış insanlar üçün çox zəruridir. Onların təhsili bu gün atom bombasının kəşfinə gətirib çıxarmışdır və bununla onlar məhv edilmə təhlükəsi qarşısındadırlar. Lakin sanatana-dharma insanlara həyatın həqiq qayəsi barədə bilik verir və bu biliyin yayılması insanlara rifah gətirəcəkdir.

 

Sanatana-dharma bəşəriyyətin son sığınacağıdır və onun kömə-yilə insan əbədiliyə, biliyə və həzzə nail olaraq Tanrı ilə ünsiyyət saxlamaq üçün ruhi planetlərə asanlıqla səyahət edə bilər.

 

 

 

 

– 44 –

 

MÜXTƏLİF PLANET SİSTEMLƏRİ

 

İnsanların  Aya çatmağa səy göstərdikləri hazırkı dövrdə biz Krişnanı dərketmə prosesinə nə isə köhnəlmiş bir şey kimi baxmamalıyıq. Bəşəriyyətin tərəqqi yolunda olduğu və insanların Aya çatmağa səy göstərdikləri bir dövrdə biz Hare Krişna oxuyuruq. Lakin insanlar səhvən düşünməməlidir ki, guya biz müasir elmdən geri qalırıq. Müasir elmin nailiyyətləri bizə çoxdan məlumdur. «Bhaqavat-qita»da deyilir ki, insanın yüksək planetlərə çatmaq arzusu yenilik deyildir. Qəzet sərlövhələrində deyilir: «Ay üzərində insnanın ilk addımları». Lakin müxbirlər bilmirlər ki, milyonlarla adamlar orada olub geri qayıtmışlar. Bu, yenilik deyil, çoxdankı məşğuliyyətdir. «Bhaqavat-qita»da Arcunaya aydın şəkildə deyilir ki, hətta Brahmaloka adlanan ən yüksək planetə yetişsə belə yenidən geri qayıtmağa məcbur olacaq. Deməli planetlərarası səyahət yenilik deyildir. Bu, Krişnanı dərk edən fədailərə məlumdur.

 

Biz Krişnanı dərk etdiyimizə görə Onun dediklərinin mütləq həqiqət olduğunu qəbul edirik. Veda ədəbiyyatına görə külli miqdarda planet sistemləri mövcuddur. Bizim yaşadığımız planet sistemi Bhurloka adlanır. Ondan yuxarıda Bhuvarloka planet sistemi mövcuddur. Daha yuxarıda Svarloka (Ay bu planet sisteminə aiddir) yerləşir. Svarlokadan yuxarıda Maharloka, daha yuxarıda Canaloka və bunların hamısından yüksəkdə Satyaloka yerləşir. Həmçinin aşağı planet sistemləri də vardır. Ümumiyyətlə bu kainatın daxilində on dörd müxtəlif səviyyədə yerləşən planet sistemləri mövcuddur və Günəş əsas planetdir. «Brahma-samhita»da Günəş barədə deyilir:

 

yaç çakşur aşa savita sakala qrahanat raca samasta-sura-murtir aşeşa-tecah yasyaqyaya bramati sambhrita-kala-çakro qovindam adi puruşam tam aham bhacami

 

«Mən Qovindaya, əzəli Allah – Ali Şəxs olan Krişnaya sitayiş edirəm. Onun əmri ilə Günəş işıq və istilik yayır və öz


 

 

– 45 –

 

orbitindən çıxmır. Əsas planet olan Günəş Tanrının gözüdür».

 

Əslində, Günəş olmasa biz heç görə də bilmirik. Biz öz gözlərimizə çox güvənsək də, heç qonşu mənzildəki adamları belə görə bilmirik. Adamlar meydan oxuyurlar ki, «Allahı mənə göstərə bilərsinizmi?». Axı onlar nəyi görə bilirlər ki?! Onların gözlərindən nə fayda? Allahı görmək o qədər də asan deyil. Nəinki Allahı, Günəş işığı olmasa biz heç nəyi görə bilmərik. Günəş işığı yoxdursa, biz koruq. Gecə vaxtı Günəş olmadığı üçün heç nəyi görə bilmirik və elektrikdən istifadə edirik.

 

Maddi dünyada bir deyil, milyon və trilyonlarla Günəşlər vardır. Bu barədə «Brahma-samhita»da (5.40) deyilir:

 

yasya prabha prabhavato caqadanda-koti kotişv aşeşa-vasudhadi-vibhuti-bhinnam tad brahma nişkalam anantam aşeşa-bhutam qovindam adi puruşam tam aham bhacami

Allah – Ali Şəxs Krişnanın bədəninin ruhi şəfəqi brahmacyoti adlanır və brahmacyotidə külli miqdarda planetlər vardır. Günəş külli miqdarda planetləri işıqlandırdığı kimi, Krişnanın da bədəninin şəfəqində saysız-hesabsız planetlər və kainatlar vardır. Bizə hər birinin öz Günəşi olan külli miqdarda kainatların mövcud olduğu məlumdur. Beləliklə, milyon və milyardlarla Günəşlər, planetlər və peyklər vardır. Lakin Krişna deyir ki, insan hər hansı bir planetə getməyə cəhd edirsə, o, sadəcə olaraq boş yerə vaxt itirəcəkdir.

 

Bax, kimsə Aya uçdu, amma bu, insanlara bir şey verdimi? Bu qədər vəsait və enerji sərf etdikdən və on illərlə davam edən səylərdən sonra insan Aya çatır və ona toxunur. Bundan nə fayda? Həmin adam orada qalıb dostlarını yanına çağıra bilərmi? Hətta o, oraya uçub orada qalırsa, bunun bir faydası varmı? Bu maddi dünyanın hansı planetində oluruqsa-olaq həmin iztirablar – doğuluş, ölüm və qocalıq bizi müşaiyət edəcəkdir. Biz onlardan yaxa qurtara bilmirik.

 

Biz Ayda yaşamağın mümkün olduğunu zənn edib, orada qalmaq qərarına gəliriksə, oksigen balonunun köməyilə biz orada nə

 

 

– 46 –

 

qədər qala bilərik və bunun bizə nə faydası olacaq? Lap ömür müddətimizi uzada bilsək də, orada əbədi olaraq yaşaya bilməyəcəyik. Bu, mümkün deyil. Uzun ömür bizim nəyimizə gərəkdir? «Taravah kim na civanti – ağaclar uzun illər boyu yaşamırmı? San Fransisko yaxınlağındakı meşədə mən yeddi min yaşı olan ağac görmüşdüm. Nə olsun? Əgər kimsə bir yerdə yeddi min il dayanmağı ilə fəxr edirsə, bu onun adını ucaltmır.

 

Aya getmək, geri qayıtmaq və s. əlbəttə, maraqlıdır və bunların hamısı veda ədəbiyyatında təsvir olunmuşdur. Bunu tamamimlə yeni bir şey adlandırmaq olmaz. Lakin bizim Krişnanı Dərketmə Cəmiyyətimizin məqsədi başqadır. Biz öz qiymətli vaxtımızı boş yerə sərf etmək istəmirik. Krişna deyir: «Bu və ya başqa planetə çatmağa cəhd edərək vaxtını boş yerə sərf etmə. Bununla sən nəyə nail olacaqsan? Hara gedirsən get, maddi iztirablar ardınca gələcək». «Çaytanya Çaritamrita»da Adi (3.97) bu mövzuya dair yaxşı bir beyt vardır:

 

keha pape, keha punye kare vişaya-bhoqa bhakti-qandha nahi, yate yaya bhava-roqa

 

«Bu maddi dünyada kimsə həzz alır, kimsə yox, əslində isə hamı iztirab çəkir. Bəziləri həzz aldıqlarını düşünsələr də, başqaları iztirab çəkdiklərini başa düşürlər».

 

Əslində hamı iztirab çəkir. Bu maddi dünyada kim xəstəliklərdən istirab çəkmir? Qocalıq kimə iztirab gətirmir? Kim ölümdən azaddır? Heç kəs qocalmaq və xəstəliklərdən iztirab çəkmək istəmir, ancaq hamı bu şeylərə məruz qalır. Bəs hanı həzz? Bu həzz yalançıdır, çünki maddi dünyada həzz yoxdur. Maddi həzz sadəcə olaraq, bizim təxəyyülümüzün məhsuludur. İnsan, bu həzzdir, bu iztirabdır deyə düşünməməlidir. Hər şey iztirabdır. Bununla əlaqədar «Çaytanya Çaritamrita»da deyilir: Qida, yuxu, cinsi əlaqə və qorunma kimi təlabatlar daim mövcuddur, lakin onlar müxtəlif səviyyədə ödənilir. Məsələn, amerikanlılır əvvəlki həyatlarındakı mömin əməllərinə görə amerikada doğulmuşlar. Hindistanda adamlar ehtiyac və əzab içindədirlər, lakin amerikanlılar çörəyi qalın yağ qatı ilə, hindlilər isə yavan yeyir. Hindistanın nisbətən kasıb olması əhalinin acından qırılmasına

 

 

– 47 –

 

səbəb olmamışdır. Bədənimizin dörd əsas təlabatı – qida, yuxu, cinsi əlaqə və qorunma birimizin allahsız, o birimizin isə mömin mühitdə doğulmasından asılı olmayaraq hər cür şəraitdə təmin edilə bilər. Çətinlik maddi həyatın doğuluş, ölüm, qocalıq və xəstəlik kimi dörd qanunundan azad olmaqdır. Çətinlik bundan ibarətdir. İnsan «mən nə yeyim?», deyə düşünməməlidir. Quşlar və heyvanların bu cür problemləri yoxdur, sübh tezdən onlar dərhal çikkildəməyə başlayırlar: «çik-çik-çik-çik». Onlar öz paylarını alacaqlarını bilirlər. Heç kəs ölmür və əhali artıqlığı baş vermir, çünki Tanrı hər şeyi qabaqcadan nəzərə almışdır. Həyatın məqsədi ən yüksək maddi həzz almaqdan ibarət deyildir. Əsl problem doğuluş, ölüm, qocalıq və xəstəlikdən azad olmaq problemidir. Kainatı səyahət edərək boş yerə vaxt itirməklə bu problemi həll etmək olmaz. Hətta ən yüksək planetlərə nail olsaq da, bu poblemi həll edə bilməyəcəyik, çünki ölüm hər yerdə mövcuddur.

 

«Vedalar»dakı məlumata görə Ayda ömür müddəti on min ilə bərabərdir və orada bir gün buradakı altı aya bərabərdir. Deməli on mini yüz səksənə vursaq Aydakı ömür müddətini alırıq. Lakin Yer əhli üçün Aya köçüb orada uzun müddət yaşamaq mümkün deyildir. Əks təqdirdə veda ədəbiyyatı uydurma olardı. Biz Aya çatmağa cəhd edə bilərik, ancaq orada yaşamaq qeyri-mümkündür. Bunu Vedalar təsdiq edir. Odur ki, biz hər hansı planetə çatmaq həsrətində deyilik. Biz Krişnanın yaşadığı planetə can atırıq. «Bhaqavad-qita»da (9.25) Krişna deyir:

yanti deva vrata devan        pitri yanti pitri vratah

bhutani yanti bhuteçiya      yanti matya çinno pimam

 

«Yarımallahlara sitayiş edən yarımallahların arasında doğulacaq; əcdadlara sitayiş edən əcdadların yanına kedəcək; kabuslara və ya ruhlara sitayiş edən onların arasında doğulacaq; Mənə sitayiş edən isə Mənimlə yaşayacaqdır».

Bizim məqsədimiz budur. Özünü Krişnanı Dərketməyə həsr edən insan son nəticədə ali planet olan Krişnalokaya çatmaq imkanı qazanır. Biz bekar oturmuruq, biz də müəyyən planetə çatmağa can atırıq, ancaq vaxtımızı boş yerə itirmirik.

 

 

– 48 –

 

Sağlam düşüncəli və dərrakəli adam başqa maddi planetlərə çatmanı arzulamır, çünki maddi iztirablar orada da vardır. «Bhaqavad-qita»nı oxuyub başa düşə bilərik ki, bu kainatda ən yüksək planet olan Brahmalokaya çatsaq da, dörd cür iztirabdan yaxa qurtara bilməyəcəyik. «Bhaqavat-qita»dan məlum olur ki, Brahmalokadakı bir günün uzunluğu bizim vaxtla milyonlarla ilə bərabərdir. Bu, faktdır.

 

Hətta ən yüksək planet olan Brahmalokaya da çatmaq olar, lakin alimlər deyirlər ki, oraya çatmaq üçün kosmik raketlə qırx min il səyahət etmək lazımdır. Lakin kim qırx min il ərzində kosmosda səyahət edə bilər? Veda ədəbiyyatından bilirik ki, biz özümüzü hazırlasaq, istədiyimiz planetə çata bilərik. Əgər biz özümüzü yarımallahların yaşadığı yüksək planet sistemlərinə çatmaq üçün hazırlasaq, buna nail olacağıq. Eləcə də aşağı planet sistemlərinə düşmək olar və insan istəyirsə orada qala bilər. Nəhayət, insanın istəyi olarsa, o, Allah – Ali Şəxsin planetinə çata bilər. Hər şey hazırlıqdan asılıdır. Lakin maddi kainatdakı planet sistemləri daimi deyildir. Müəyyən maddi planetlərdə həyat uzun müddət davam etsə də, lakin maddi kainat qatında canlı məxluqların bədənləri son nəticədə onların yeni bədən alması üçün məhv olmalıdır. Müxtəlif növ bədənlər vardır. İnsan bədəni yüz il yaşaya bildiyi halda həşərat bədəni on iki saat yaşayır. Beləliklə, bu bədənlərin ömür müddəti nisbidir. Canlı varlıq Vaykunthaloka adlanana ruhi planetə çatırsa, ölməzliyə, həzz və biliklə dolu həyata nail olur. İnsan səy göstərərsə bu cür kamilliyə çata bilər. Bu, Tanrının «Bhaqavad-qita»dakı sözlərində təsdiq edilir:

 

«Allah – Ali Şəxs barədə həqiqi biliyi olan kəs Mənim məskənimə nail ola bilər».

 

Çox adam deyir: «Allah böyükdür», ancaq bu ibarə artıq bayağılaşmışdır. Allahın nə qədər böyük olduğunu bilmək lazımdır və bu biliyi mötəbər müqəddəs kitablardan almaq olar. «Bhaqavad-qita»da Tanrı Öz gəlişini təsvir edir. O, deyir,

 

«Mənim gəlişim adi məxluqun gəlişinə bənzəsə də, o əslində transsendentaldır». Tanrı elə mərhəmətlidir ki, bizim qarşımızda adi adam kimi peyda olur, lakin Onun bədəni insan bədəni kimi

 

 

– 49 –

 

deyildir. Krişnanı tanımayan səfehlər Onu bizlərdən biri hesab edirlər. Bu barədə «Bhaqavad-qita»da (9.11) deyilir:

avacananti mam mudha                      manuşim tanum aşritam

param bhavam açananto mama bhuta-maheşvaram

 

«Mən insan formasında enəndə səfehlər Mənə istehza edirlər. Onlar bilmirlər ki, Mən hər şeyin ağasıyam və Mənim təbiətim transsendentaldır».

 

Biz düzgün rəhbərlik altında lazımi kitabları oxusaq Krişnanı tanıya bilərik və Tanrının təbiətini öyrənməklə qurtuluşa nail olmaq olar. İnsan Tanrının Mütləq Ali Şəxsiyyətini tam şəkildə dərk edə bilməz, lakin Allah – Ali Şəxsin nəsihətləri olan «Bhaqavat-qita»nın və ruhani ustadın izahlarının köməyilə biz Onu imkanımız daxilində dərk edə bilərik. Biz Onu həqiqətən tanıya bilsək onda bədənimizi tərk edən kimi dərhal Tanrının məskəninə daxil ola bilərik. Krişna «Bhaqavad-qita»da (4.9) deyir:

canma karma ça me divyam             evam yo vetti tattvatah

tyaktva deham punar canma            naiti mam eti so rcuna

 

«Mənim gəlişimin və fəaliyyətimin transsendental təbiətini anlayan insan bir daha maddi dünyada doğulmur. O, bədənini tərk etdikdə Mənim əbədi məskənimə çatır, ey Arcuna».

 

Bizim Krişnanı Dərketmə hərəkatımızın məqsədi bu qabaqcıl elmi nəzəriyyəni və çox sadə ruhi presesi təbliğ etməkdir. İnsan Tanrının müqəddəs adlarını Hare Krişna, Hare Krişna, Krişna Krişna, Hare Hare; Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare tərənnüm etməklə ürəyini çirkabdan təmizləyir və Tanrının ayrılmaz hissəciyi olduğunu anlayıraq borcunun Ona xidmət etməkdən ibarət olduğunu dərk edir. Bu proses adama həzz verir. Biz Hare Krişna mantrasını oxuyur, rəqs edir və ləziz prasadam dadırıq. Biz bu həyatdan həzz alır və sonrakı həyatımızda Tanrının məskəninə daxil olmağa hazırlaşırıq. Bu, uydurma deyil, həqiqətdir. Dünyəvi adam bunu uydurma hesab etsə də, ancaq Krişna Onu dərk etməyə qəti qərarlı olana Özünü açır. Həm Krişna, həm də ruhani ustad səmimi cana kömək edirlər. Ruhani

 

 

 

– 50 –

 

ustad hər kəsin ürəyində Yüksək Can kimi mövcud olan Tanrının zahiri təzahürüdür. O, Allah – Ali Şəxsi dərk etmək istəyən adama köməklik göstərərək onu həqiqi ruhani ustada istiqamətləndirir. Beləliklə, ruhi biliyə yiyələnən adama hər tərəfli, həm daxildən və həm də xaricdən köməklik göstərilir. «Bhaqavata-purana»ya görə Mütləq Həqiqət üç mərhələdə dərk edilir. Birinci şəxssiz Brahman, yaxud şəxssiz Mütləq, daha sonra hər bir atoma daxil olan Paramatma, yaxud Brahmanın lokallaşmış aspekti, bu «Brahma-samhita»da təsvir edilmişdir. Lakin son nəticədə Ali İlahi Varlığın hər şeydən uca və sonsuz dövlətə, gücə, şöhrətə, gözəlliyə, bilik və tərki-dünyalığa malikliyi ilə hər şeyi cəlb edən (Krişna) olduğu dərk edilir. Bu altı sərvəti Şri Rama və Şri Krişna canlı məxluqların yanına nazil olduqda tam şəkildə nümayiş etdirmişlər. İnsanların yalnız bir qismi pak fədailərə, mötəbər mənbələrə – müqəddəs kitablara əsaslanaraq Krişnanı tanıya bilərlər, başqaları isə maddi enerji tərəfindən çaşdırılırlar. Deməli, Mütləq Həqiqət nə tayı-bərabəri, nə də rəqibi olmayan Mütləq Şəxsiyyətdir. Günəş şüaları onun şəfəqləri olduğu kimi, şəxssiz Brahmanın şüaları da onun transsendental bədəninin şəfəqidir.

 

«Vişnu Purana»da maddi enerji avidya, yəni cəhalət adlanır və hissi həzzə yönəldilmiş həzzgüdən fəaliyyətdə təzahür edir. Lakin canlı məxluq yanılsa da və hissi həzzə uyub maddi enerjinin tələsinə düşsə də o, antimaddi, yəni ruhi enerjiyə mənsubdur. Bu baxımdan canlı varlıq müsbət, materiya isə mənfi enerjidir. Materiya ruhi bütövün ayrılmaz hissəyciyi olan ruhi, yəni antimaddi enerji ilə təmasda olmadan inkişaf etmir.

 

Canlı məxluqlarda təzahür edən bu ruhi enerjinin mahiyyətini başa düşmək adi insan üçün çox çətindir. Buna görə də o, bu barədə eşitdikdə heyrətə gəlir. Bəzən o, bunu özünün qeyri-mükəmməl hisslərinin köməyilə dərk etməyə çalışır, lakin tam şəkildə anlaya bilmir. Buna görə də ən yaxşı yol biliyi ali nüfuz sahiblərindən, yəni, Şri Krişnadan, yaxud Onun şagird ardıcıllığına mənsub olan fədaisindən almaqdır.

 

 

 

– 51 –

 

Krişnanı Dərketmə hərəkatının məqsədi Tanrını dərk etməkdir. Krişnanın nümayəndəsi olan ruhani ustad insana xaricdən köməklik göstərir. Krişna isə Yüksək Can şəklində daxildən yardım edir. Canlı məxluq bu cür rəhbərliyə arxalanaraq həyatını uğurlu edə bilər. Biz hər kəsə bizim hərəkatımızın mahiyyətini başa düşməsi üçün mötəbər kitabları oxumağı təklif edirik. Biz

 

«Bhaqavad-qita olduğu kimi», «Həzrət Çaytanyanın təlimi», «Şrimad-Bhaqavatam», «Allah –Ali Şəxs» «Sədaqət cövhəri»

kitablarını nəşr etdirmişik. Həmçinin bir çox dillərdə «Geriyə, Allahın yanına» adlı jurnal nəşr olunur. Bizim vəzifəmiz cəmiyyəti doğuluş-ölüm dövranından – tənasüx tələsindən xilas etməkdir.

 

Hamı Krişnanın yanına qayıtmağa çalışmalıdır. «Geriyə, Allahın yanına» jurnalında biz «Kainat xaricində» adlanan məqalə dərc etdirmişik. Bu məqalədə kainat xaricindəki fəza «Bhaqavat-qita»da deyildiyi kimi təsvir edilmişdir. «Bhaqavad-qita» çox məşhur kitabdır. O, həm Amerikada, həm də Hindistanda dəfələrlə nəşr olunmuşdur. Lakin, bədbəxtlikdən qərbdə «Bhaqavad-qita»nı təbliğ edən adamların çoxu fırıldaqçı olmuşlar. Onlar ona görə fırıldaqçı adlandırılır ki, yalan danışır və düzgün məlumat verməmişlər. Bizim nəşr etdirdiyimiz «Bhaqavad-qita olduğu kimi» kitabında ruhi təbiətin təsviri mötəbərdir.

 

Bu maddi dünya «təbiət» adlanır, lakin başqa ali təbiət vardır. Bu maddi dünya aşağı təbiətdir, lakin təzahür edən və etməyən təbiətin xaricində sanatana, yəni əbədi adlanan başqa təbiət mövcuddur. Təzahür edən hr şeyin müvəqqəti olduğunu başa düşmək çətin deyil. Bizim bədənimiz buna əyani misaldır. Əgər adamın otuz yaşı varsa, onda otuz il əvvəl onun bədəni hələ təzahür etməmişdir. Əlli ildən sonra o, yenidən təzahür etməmiş hala qayıdacaq. Bu təbiətin qanunudur. Təzahür etmə və məhv olma, bu, dənizdə dalğaların qalxıb-enməsinə bənzəyir. Materialist adam hər an kəsilə bilən bu müvəqqəti həyata çox bərk bağlanmışdır. Bundan savayı, bizim bədənimiz öldüyü kimi nəhəng maddi bədən olan bütün kainat da məhv olur və hansı

 

 

– 52 –

 

planetdə oluruqsa olaq, xoşbəxt olub-olmamağımızdan asılı olmayaraq hər şey sona yetəcəkdir. Bir halda ki, bu planetlərdə heç nə əbədi deyildir, onda nə üçün biz onlara çatmağa cəhd edərək boş yerə vaxt itiririk? Biz Krişnalokaya çatmağa can atmalıyıq. Bu, ruhi elmdir, biz bunu başa düşməyə çalışmalı və bunu başa düşdükdən sonra bu elmi bütün dünyaya yaymalıyıq. Hamı zülmət içindədir. Biliksiz olduqlarına baxmayaraq, insanlar çox təkəbbürlüdürlər. Lakin on illik əzab-əziyyətdən sonra Aya uçub, oradan daş götürüb geri qayıtmaq elmin inkişafı demək deyildir. Kosmosun tədqiqatçıları bununla çox fəxr edirlər. «Mən ona toxunmuşam». Bəs bunun nəticəsində onlar nə əldə etmişlər? Biz hətta orada yaşaya bilsək də, bu çox çəkməyəcək. Əvvəl-axır bu şeylərin hamısı məhv olacaqdır.

 

Heç kimin geri qayıtmadığı, sakinlərinin əbədi yaşadığı Krişna ilə rəqs etməyə imkan verən planeti tapmağa çalışın. Krişnanı dərketmə hərəkatının məqsədi bundan ibarətdir. Bu hərəkata ciddi yanaşın, çünki Krişnanı dərk edən şəxsə Krişnaya nail olub, onunla əbədi olaraq rəqs etməyə imkan verilir. Veda ədəbiyyatından məlumat alırıq ki, bu maddi dünya Tanrının xəlq etdiyinin dörddə bir hissəsidir. Dörddə üçü isə ruhi dünyadır. Bu «Bhaqavad-qita»da təsdiq edilir. Krişna deyir: «Maddi dünya tamın yalnız kiçik bir hissəsidir». Biz başımızın üstündəki səmaya diqqətlə baxsaq görmə qabiliyyətimizin imkanlarının məhdud olduğunu anlayarıq, vahid kainat xaricində olan şeylərin heç birini görə bilmirik. Maddi dünya adlandırılan məkanın daxidində isə saysız-hesabsız bu cür kainatlar mövcuddur. Lakin bir birinə birləşmiş saysız-hesabsız kainatların xaricində isə ruhi fəza yerləşir və «Bhaqavad-qita»da bu barədə məlumat verilir. Orada Tanrı deyir ki, maddi dünyanın xaricində olan başqa bir dünya vardır, onun nə əvvəli, nə də axırı yoxdur. «Əbədi» o şeyə deyirlər ki, onun əvvəli və axırı olmasın. Veda dini elə ona görə əbədi adlandırılır ki, onun heç kəs nə vaxt yarandığını deyə bilməz. Xristian dini iki min ildir ki, mövcuddur, islam dininin də tarixi vardır, ancaq veda dininin mənsəbini axtarmağı qərara alsaq onu tapmayacağıq. Buna görə də əbədi adlandırılır.

 

 

 

– 53 –

 

Biz açıq deyə bilərik ki, maddi dünyanı Tanrı yaratmışdır və bu onu göstərir ki, Tanrı dünyanın yaranmasından əvvəl mövcud idi. «Yaradılmış» sözü öz-özlüyündə isbat edir ki, Tanrı maddi dünyanın yaranmasından əvvəl mövcud olmuşdur. Deməli, O, yaradılmazdır. Əgər O, yaradılmış olsaydı, onda necə yarada bilərdi? O, özü yaradılmış şeylərdən biri olardı. Lakin Tanrı yaradılmazdır. O, yaradandır, deməli əbədidir.

 

Ruhi kainat mövcuddur və o, ruhi canlı varlıqların yaşadıqları külli miqdarda ruhi planetləri özünə daxil edir və bu canlı varlıqlar hər hansı bir səbəb üzündən ruhi dünyada yaşamaq üçün yararsız olduqda maddi dünyaya göndərilirlər. Biz maddi bədənimizi istəyimizə müvafiq olaraq almışıq, əslində isə biz bu bədəni almağa ehtiyacı olmayan ruhi canlarıq. Bu bədənə nə vaxt və neçə düşdüyümüzü müəyyən etmək mümkün deyil. Məhdudlandırılmış canın ilk maddi bədəni nə vaxt aldığını heç kəs müəyyən edə bilməz. 8.400.000 canlı növü vardır. Onlardan 900.000 suda yaşayanlar, 2.000.000 isə bitkilərdir. Təəssüf ki, bu veda biliyi heç bir universitetdə tədris edilmir. Lakin bu həqiqətdir. Qoy botaniklər və antropoloqlar «Vedalar»dakı xülasələri tədqiq etsinlər. Üzvi materiyanın təkamülü barədə Ç. Darvin nəzəriyyəsi əlbəttə ki, elmi müəssisələrdə geniş tədris edilir. Elmi əhəmiyyətli «Bhaqavata-Purana» və digər mötəbər kitablardan isə canlı varlıqların cismani örtüklərinin təkamül prosesi barədə geniş məlumat almaq olar. Bu, yenilik deyildir, lakin maarif xadimləri təkcə Darvin nəzəriyyəsinə diqqət yetirirlər, hərçənd ki, veda ədəbiyyatında bu maddi dünyadakı həyat şəraitləri barədə hər tərəfli məlumat vardır.

 

Biz maddi dünyanın bir çox planetlərində yaşayan canlı məxluqların yalnız azacıq bir hissəsini əmələ gətiririk. Maddi dünyada və maddi bədənlərdə onlar bir növ dustaqları xatırladırlar. Məsələn, həbsxanada olan dustaqlar əhalinin yalnız bir hissəsini təşkil edirlər. Bu, o demək deyildir ki, hamı həbsxanalara düşür, kimsə qoşuna tabe olmur və həbs edilir. Eləcə də maddi dünyadakı məhdudlandırılmış canlar Tanrının yaratdığının yalnız bir hissəsini təşkil edirlər və Tanrıya tabe

 

 

– 54 –

 

olmadıqlarına görə, yəni Krişnanın qoyduğu qaydaya əməl etmədiklərinə görə maddi dünyaya salınmışlar. Əgər insan dərrakəlidirsə və hər şeyi bilməyə can atırsa, o, bu məhdudlandırılmış həyata nə üçün salındığını, iztirab çəkmək istəmədiyini anlamağa çalışmalıdır.

 

Bədən və ağıldan törəyən iztirablar da daxil olmaqla üç cür iztirab mövcuddur. Havayada qaldığımız evlə üzbəüz evdə bir kişi yaşayırdı. O, kəsmək üçün mal-qara və toyuq saxlayırdı. Mən şagirdlərimə belə bir misal çəkirdim: «Bu heyvanlar burada dayanmışlar və əgər siz onlara desəniz ki, əzizlərim, nə üçün burada durmusunuz? Gedin! Sizi sallaqxanaya aparacaqlar», onlar getməyəcəklər. Onların dərrakələri yoxdur. İztirab çəkdiyini bilməyən və çıxış yolundan xəbərsiz olan insanın həyatı heyvan həyatıdır. İztirab çəkdiyini anlamayan və xoşbəxt olduğunu zənn edən adam insani şüura deyil, heyvani şüura malikdir. İnsan bu planetdə məruz qaldığı üç cür iztirablardan xəbərdar olmalıdır. Doğuluş, ölüm, xəstəlik və qocalığın insana iztirab verdiyini bilmək lazımdır və hər kəs iztirablardan necə yaxa qurtarmaqla maraqlanmalıdır. Bu, əsl tədqiqatdır.

 

Biz hələ dünyaya gəlməmiş artıq iztirab çəkirik. Ana bətnində olarkən uşaq doqquz ay müddətində hava ilə dolu qişada qalır. O, heç yerə tərpənə bilmir və onu dişləyən kiçik canlı məxluqlardan özünü müdafiə edə bilmir. Nəhayət uşaq dünyaya gəlir, amma onun iztirabları davam edir. Əlbəttə, ana öz uşağına qayğı göstərir, ancaq o, yenə də ağlayır, çünki iztirab çəkir. Taxtabitilər onu dişləyir, yaxud o, qarınağrısından əzab çəkir, uşaq ağlayır, anası isə bilmir ki, onu necə sakitləşdirsin. İztirablar ana bətnindən başlanır. Doğulduqdan sonra uşaq böyüdükcə iztirabları da artır. O, məktəbə getmək istəmir, o oxumaq istəmir, müəllim isə tapşırıq verir. Əgər həyatımız barədə düşünsək görəcəyik ki, o, iztirablarla doludur. Onda nə üçün biz bu dünyaya gəlirik? Məhdudlandırılmış canlar çox da xoşbəxt deyildirlər. Biz özümüzə sual verməliyik: «Mən niyə iztirab çəkirəm?». Əgər çıxış yolu varsa, biz ondan istifadə etməliyik.

 

 

 

 

– 55 –

 

Biz əbədi olaraq Tanrıya bağlıyıq, ancaq bu və ya digər yolla materiya ilə çirklənmişik. Deməli biz ruhi dünyaya qayıtmağa imkan verən üsuldan istifadə etməliyik. Bu üsul birləşmə üsulu olub yoqa adlanır. Yoqa sözünün dəqiq mənası «üstəgəlmə» deməkdir. Hal-hazırda biz Tanrıdan çıxılmışıq. Lakin biz özümüzü üstəgəliriksə, birləşdiririksə, onda bizim insan həyatımız kamilləşir. Həyatımız boyu biz hökmən kamillik pilləsinə çatmaq üçün hazırlaşmalıyıq, maddi bədəni tərk etdikdə isə bu kamilliyi gerçəkləşdirməliyik. Hər kəs ölüm anına hazır olmalıdır. Məsələn, tələbələr kollecdə 2 ya 5 il ərzində hazırlaşırlar və bu yolda onların son sınağı imtahandır. Onlar imtahanı verirlərsə, diplom alırlar. Eləcə də həyatda imtahana – ölümə hazırlaşırıqsa və onu veririksə ruhi dünyaya keçirik. Ölüm anında hər şey sınaqdan keçirilir.

 

Benqal atalar sözlərindən birində deyilir ki, kamilləşmək yolunda nə edirsənsə, ölüm anında sınaqdan keçirirlir. Ölüm anında hazırkı bədənimizi tərk edərkən nə etməli olduğumuz barədə «Bhaqavad-qita»da məlumat verilir. Dhyana-yoqa (meditasiya) üçün Şri Krişna aşağıdakı beytləri deyir:

 

yad akşaram veda-vido vadanti vişanti yad yatayo vita-raqah yad iççhanto brahmaçaryam çaranti

tat te padam sanqrahena pravakşye

 

sarva-dvarani samyamya mano hridi nirudhya ça murdhny adhayatmanah pranam asthito yoqa-dharanam

 

«Vedaları bilən, omkaranı tələffüz edən, tərki-dünya həyat tərzi sürən böyük müdriklər Brahmana daxil olurlar. Belə kamillik arzulayanlar nigahsızlıq vəd edirlər. İndisə Mən sənə maddi əsarətdən qurtuluşa kömək edən təcrübənin xüsusiyyətlərini izah edəcəyəm. Yoqa halında olan insan hər cür hissi fəaliyyətdən əl çəkməlidir. O, hisslərin qapılarını bağlayıb, ağlı ürəkdə, həyat havasını isə başın yuxarı


 

– 56 –

 

hissəsində cəmləşdirərək trans halına gəlməlidir».

(Bhaqavad-qita 8.11-12)

 

Yoqa sistemində bu proses pratyahara, yəni əks adlanır. Əgər hal hazırda gözlər ətraf aləmin gözəlliklərini seyr etməklə məşğuldursa, onları bu gözəlliklərdən ayırıb daxili gözəlliyimizin seyrinə yönəltməliyik. Bu, elə pratyaharadır. Həmçinin daxilimizdəki omkara sədasını eşitməliyik.

om ity ekakşaram brahma vyaharan mam anusmaran
yah prayati tyaçan deham sa yati paramam qatim

 

«Yoqa halına nail olmuş, ali hərf birləşməsini – müqəddəs Om hecasını təkrar edən şəxs bədənini tərk edərkən Allah – Ali Şəxsi düşünürsə, hökmən ruhi planetlərə çatır».

«Bhaqavad-qita» (8.13)

 

Deyildiyi kimi hisslərin hamısı xarici fəaliyyəti dayandırmalı, ağıl isə Vişnu-murtidə, yəni İlahi Vişnunun formasında cəmləşdirilməlidir. Bu, elə yoqa kamilliyidir. Ağıl çox narahatdır və buna görə də onu ürəkdə cəmləşdirmək lazımdır. Ağıl ürəyi seyr etdikdə prana (həyat havası) isə başın təpəsində cəmləşdirildikdə yoqa kamilliyi əldə edilir.

 

Kamil yoqi sonra öz canını hara köçürəcəyini qərara alır. Külli miqdarda maddi planetlər vardır, onların arxasında isə ruhi dünya yerləşir. Yoqi bunu veda ədəbiyyatından öyrənir. Məsələn, Birləşmiş Ştatlara gəlməzdən əvvəl mən bu ölkə barədə kitablardan oxumuşdum. Eləcə də «Vedalar»da yüksək planetlərin və ruhi dünyanın təsvirinə rast gəlmək olar. Yoqi hər şeyi bilir, o, istədiyi planetə keçə bilər. Onun kosmik gəmilərə ehtiyacı yoxdur.

 

Materialist alimlər bir çox illər ərzində səy göstərmişlər, bundan sonra da yüz və min illər boyu öz səylərini davam etdirəcəklər, lakin heç vaxt heç bir planetə çatmayacaqlar. Bəlkə elmin nailiyyətləri nəticəsində bir, ya iki nəfər hər hansı planetə yetişəcək, lakin bu proses hamı üçün deyildir. Başqa planetlərə getmək üçün hamı tərəfindən qəbul edilən üsul yoqa praktikası və ya qyana sistemidir. Bhakti sistemi isə maddi planetlərə qalxmaq üçün təyin olunmamışdır. Krişnaya, yəni Allaha

 

 

– 57 –

 

sədaqətlə xidmət edənlər üçün maddi dünyanın planetləri maraqlı deyil, çünki onlar bilirlər ki, hansı planetə qalxsalar da, yenə maddi həyatın dörd qanunu ilə rastlaşacaqlar. Bəzi planetlərdə ömür müddəti Yerdəkinə nisbətən qat-qat artıq olsa da, amma ölüm orada da mövcuddur. Krişnanı dərk edənlər isə doğuluş, ölüm, xəstəlik və qocalığın labüd olduğu maddi həyatdan yüksəyə qalxırlar.

 

Ruhi həyat bu iztirab və əziyyətlərdən azad olmaq deməkdir. Ona görə də dərrakəli şəxslər maddi dünyanın hər hansı bir planetinə yüksəlməyə cəhd etmirlər. Adamlar Aya çatmağa çalışır, hərçənd oraya çatmaq çox çətin olsa da əgər buna nail oluruqsa, ömür müddətimiz uzanır. Əlbəttə, bu hazırkı bədəndəki ömrə aid deyildir. Biz bu bədəndə Aya düşsək söz yox ki, dərhal ölərik.

 

Bu və ya digər planet sisteminə daxil olmaq üçün münasib bədən tələb olunur. Hər bir planetdə bu planetə münasib bədənləri olan canlı varlıqlar yaşyırlar. Məsələn, biz suya girə bilərik, lakin orada yaşaya bilmərik. Suda 15, yaxud 16 və hətta 24 saat qalmaq olar, artıq yox. Suda yaşayan heyvanların isə bütün ömürlərini suda keçirmələri üçün münasib bədənləri vardır. Balığı sudan çıxarıb torpaq üzərinə qoysaq, o, tez bir zamanda öləcəkdir. Bildiyimiz kimi, hətta bu planetdə də müxtəlif şəraitlərə uyğunlaşdırılmış külli miqdarda müxtəlif bədənlər vardır. Buna görə də əgər biz başqa planetə getmək istəyiriksə həmin planetdə yaşamaq üçün münasib olan bədən almalıyıq. Yoqa prosesi nəticəsində Aya yetişmiş can daha uzun ömür alır. Yüksək planetlərin bir günü bizim altı aya bərabərdir. Deməli, oradakı məxluqlar 10.000 il yaşayırlar. Bu veda ədəbiyyatında təsvir edilir. Beləliklə, daha uzun ömür əldə etməyə şübhə yoxdur, lakin hətta bu halda da ölümdən qaçmaq mümkün deyildir. On min il, iyirmi min il, hətta milyonlarla ildən sonra olsa da (bunun heç bir əhəmiyyəti yoxdur) ölüm baş verir.

 

 

Əslində isə biz ölümə tabe deyilik. Bu «Bhaqavat-qita»nın (2.20) başlanğıcında təsdiq edilir: na hanyate hanyamane şarire. Biz ruhi canlarıq və deməli əbədiyik. Onda nə üçün biz doğuluş və

 

 

– 58 –

 

ölümə tabe olmalıyıq? Bu barədə düşünmək çox ağıllı iş olardı. Krişnanı dərk etmiş şəxslər çox dərrakəlidirlər, çünki onlar ölümün mövcud olduğu digər planetlərlə maraqlanmırlar, hərçənd orada ömür müddəti çox uzundur. Əlbəttə, axı onlar Allahın bədəninə bənzər bədən almaq istəyirlər. İşvarah paramah Krişnah saç-çid-ananda-viqrahah (Brahma-samhita 5.1). Allahın bədəni saç-çid-anandadır. Saç «əbədi», çit «biliklə dolu», ananda isə «həzz içində» deməkdir.

 

«Həzz mənbəyi» kitabında deyilir ki, biz ruhi dünyaya – Krişnanın planetinə, yaxud hər hansı başqa bir ruhi planetə keçiriksə Allahın bədəninə bənzər, yəni əbədi, bilik və həzzlə dolu bədən alırıq. Buna görə də Krişnanı dərk etməyə çalışanlarla maddi dünyanın yüksək planetlərinə qalxmaq istəyinlərin həyat məqsədləri bir-birindən fərqlənir. Allah – Ali Şəxs Şri Krişna deyir: «Yoqa kamilliyi ruhi dünyaya keçməkdən ibarətdir».

 

Ruhi can insanın bədənindəki kiçik bir hissəcikdir və biz onu görə bilmirik. İnsan yoqa ilə məşğul olur ki, onu başın yuxarı hissəsinə keçirə bilsin. Bununla bütün ömrü boyu məşğul olan yoq o zaman kamilliyə çatır ki, özünü başın yuxarı hissəsinə keçirsin və sonda bədənini tərk etsin. Bundan sonra o, istədiyi yüksək planetə yetişə bilər. Bu yoqa kamilliyidir.

 

Əgər yoqa Ay planeti maraqlıdırsa, o, Avropaya, Kaliforniyaya, Kanadaya, yaxud digər ölkələrə səyahət edən səyahətçi kimi deyə bilər: «Qoy bir gedim Aya baxım, sonra isə o biri yüksək planetlərə yollanaram». Yoqa sisteminin köməyilə müxtəlif planetlərə yollanmaq olar, ancaq hər yerdə viza və gömrük sistemləri vardır. Planetlərarası səyahət etmək üçün təcrübə gərəkdir.

 

Müvəqqəti planetlərdə ömür müddəti uzun olsa da, Krişnanı dərk etmiş şəxs onlarla maraqlanmır. Əgər yoqi ölüm anında transsendental vibrasiyanın qısa forması olan om hecasını təkrar edə və eyni zamanda mam anusmaran, yəni Krişnanı (Vişnunu)

 

 

– 59 –

 

xatırlaya bilərsə, o, kamilliyə nail olur. Yoqa sistemində məqsəd diqqəti Vişnu üzərində cəmləşdirməkdən ibarətdir. İmpersonalistlər Vişnunun, yəni Allahın formasını təsəvvürlərində canlandırırlar, lakin personalistlər belə etmirlər. Onlar Tanrının formasını həqiqətən görürlər. İnsan təsəvvürünün köməyiləmi, ya həqiqətən görməkləmi hər bir halda ağlını Vişnunun forması üzərində cəiləşdirməlidir. Mam «İlahi Vişnuya» deməkdir. Bədənini tərk edərkən ağlını Vişnu üzərində cəmləşdirən hər bir kəs bədənini tərk etdikdən sonra ruhi səltənətə nail olur. Həqiqi yoqilər başqa planetə yetişmək istəmirlər çünki onlar müvəqqəti planetlərdə həyatın əbədi olmadığını bilir və buna görə də onlarla maraqlanmırlar. Bu, çox ağıllı işdir.

 

Müvəqqəti xoşbəxtliklə, müvəqqəti həyatla və müvəqqəti şəraitlərlə razılaşan adamlar «Bhaqavad-qita»ya (7.23) görə dərrakəsizdirlər: «antavat tu phalam teşam tad bhavity alpa-

 

medhasam… Az dərrakəli adamlar tanrıçalara sitayiş edirlər və onların əldə etdikləri nəticələr məhdud və müvəqqətidir».

 

Beyin substansiyası az olanlar müvəqqəti şeylərlə maraqlanırlar. «Şrimad Bhaqavad-qita»nın rəyi bu cürdür. Mən əbədiyəmsə, əbədi olmayan şey mənim nəyimə lazımdır? Müvəqqəti həyat kimin xoşuna gəlir? Heç kəs bunu istəmir. Əgər yaşadığımız mənzilin sahibi bizdən evi tərk etməyi xahiş edirsə, biz çox kədərlənirik, lakin daha yaxşı mənzilə köçürüksə kədərlənmirik. Bu təbiidir. Biz ölmək istəmirik, çünki əbədiyik.

 

Maddi atmosferdə biz əbədilikdən məhrumuq. «Şrimad-Bhaqavatam»da deyilir, – Günəş çıxıb-batmaqla bizim ömrümüzü azaldır». Biz hər gün ömür müddətimizin müəyyən bir hissəsini itiririk. Günəş səhər saat 05.30-da çıxırsa, axşam saat 05.30-da bizim ömrümüz on iki saat qısalır. Biz bu zamanı heç vaxt geri qaytara bilmərik. Hər hansı alimə on iki milyon dollar vəd edib, bu on iki saatı geri qaytarmağı xahiş etsək, o, «bu mümkün deyil»

  • deyə cavab verəcəkdir. Alim bunu edə bilməz. Buna görə də

 

  • 60 –

 

«Bhaqavatam»da deyilir ki, Günəşin çıxıb-batması ilə bizim ömrümüz azalır.

 

Zaman, kala – keçmiş, indi və gələcək adlanır. Bu gün indi olan şey sabah keçmiş olacaq, hal hazırda gələcək olan şey sabah indi olacaq. Lakin bu keçmiş, indi, gələcək bizim bədənimizə aiddir. Biz keçmiş, indi, yaxud gələcək kateqoriyalarına aid deyilik. Biz əbədiyyətə aidik. Buna görə də insan əbədiyyət mövqeyinə nail olmaqla maraqlanmalıdır. Yüksək inkişafa malik olan insan şüuru qidaya, cinsi əlaqəyə və yaxud qorunmağa olan təlabatlarını razı salmaq üçün deyil, əbədi həyata nail olmağa kömək edən mühüm yolu tapmaq üçün işlədilməlidir.

 

Artıq deyilmişdir ki, Günəş bizim ömrümüzü hər dəqiqə, hər saat, hər gün yavaş-yavaş azaldır. Lakin biz Uttama-şlokanın, yəni Tanrı barədə kitabların oxunmasına qapılırıqsa, bu vaxt hədər getmir. Krişnanı dərketmə məbədində keçirilən vaxt hədər gedə bilməz. Bu böyük işdir, özü də mənfi yox, müsbət. Bizim bədənimiz nə qədər həyəcan keçirirsə, onun ömür müddəti bir o qədər azalır. Biz onu nə qədər qorumaq istəsək də, bu mümkün deyil. Lakin Krişnanı dərketmə yolunda aldığımız ruhi biliyə Günəş təsir edə bilmir. O, bizim daimi keyfiyyətimizə çevrilir.

 

Hare Krişna, Hare Krişna, Krişna krişna, Hare Hare

 

Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare

 

Bu mantranı oxumaq qətiyyən çətin deyil. Buna sərf edilmiş vaxt bədənə həsr edilmiş vaxt kimi yox ola bilməz. Əlli il əvvəl mən gənc idim, ancaq o vaxt ötüb keçib və geri qaytarıla bilməz. Ruhani ustadımdan aldığım bilik isə yox olmayıb və həmişə mənimlə qalacaqdır. Hətta mən bədənimi tərk etsəm də, o mənimlə gedəcəkdir. Əgər o, mükəmməldirsə məni ruhi səltənətə gətirib çıxaracaqdır.

 

 

 

 

– 61 –

 

Həm maddi, həm də ruhi dünyalar Krişnaya məxsusdur. Biz heç bir şeyin sahibi deyilik. Dövlətin hər şeyi, hətta həbsxana da hökumətə məxsus olduğu kimi, eləcə də hər şey Tanrıya məxsusdur. Məhdudlandırılmış ömür həbsxana həyatına bənzəyir. Dustaq istədiyi vaxt bir kameradan o birinə keçə bilməz. Azadlıqda olan adam bir evdən o birinə keçə bilər, həbsxanada isə bunu etmək olmaz və insan öz kamerasında qalmağa məcburdur. Bütün bu planetlər kameraları xatırladır. Biz Aya uçmağa cəhd edirik, lakin mexaniki qurğularla bunu həyata keçirmək mümkün deyil. Amerikanlı, hindli, çinli, yaxud rus olmağımızdan asılı olmayaraq yaşamaq üçün bizə bu planet verilmişdir. Milyon və milyardlarla planetlər var və bizi oraya çatdıra bilən raketlər mövcud olsa da, biz buranı tərk edə bilmərik, çünki biz təbiətin, Tanrının qanunları ilə məhdudlandırılmışıq. Kameraya salınmış adam nüfuzlu şəxsin köməyi olmadan onu istədiyi vaxt dəyişə bilməz. Krişna «Bhaqavd-qita»da deyir ki, kameranı dəyişməyə çalışmaq lazım deyil. Bu, heç kəsi xoşbəxt etməyəcək. Əgər dustaq fikirləşirsə ki, – İndi mən bu kameradayam, gəl bir rəisdən xahiş edim məni o biri kameraya keçirsinlər və mən orada xoşbəxt olacağam», o yanılır. Həbsxana divarları arasında xoşbəxt olmaq mümkün deyil. Biz öz kameralarımızı – kapitalizmi kommunizmə dəyişməklə xoşbəxt olmaq istəyirik. Məqsəd isə bu və ya digər «izm»dən azad olmaqdır. «İzm»dən – materializmdən imtina etmək lazımdır. Yalnız bu cür xoşbəxtlik əldə etmək olar. Krişnanı dərketmə yolunun proqramı bu cürdür.

 

Biz Ali Şəxsiyyətin nəsihətlərinə diqqət yetirirk. O, deyir: «Əziz Arcuna, sən sakinlərinin ömür müddəti çox uzun olduğuna görə cəlbedici olan ən yüksək planet sisteminə – Brahmalokaya çata bilərsən». Biz bu planetin hətta yarımgününün uzunluğunu belə hesablaya bilmirik. Riyazi hesablamalarla bu mümkün deyil. Lakin hətta Brahmalokada da ölüm var. Buna görə də Krişna deyir: «Bir planetdən başqa planetə keçməyə cəhd edərək vaxtınızı boş yerə sərf etməyin».

 

 

– 62 –

 

Mən Amerikada adamlarla görüşdükdə onların çox həyəcanlı olduqlarını görürdüm. Onlar bir evdən başqa evə, bir ölkədən başqa ölkəyə səyahət edirlər. İnsanlar bir yerdə qərar tutmurlar, çünki biz həqiqi evimizi axtarırıq. Bir yerdən başqa yerə keçmək insana əbədi həyat bəxş etməyəcəkdir. Əbədi həyat Krişna ilə mümkündür və Krişna deyir: «Hər şey Mənə məxsusdur və Mənim Qoloka Vrindavan adlı son dərəcə gözəl məskənim – planetim vardır». Əgər biz oraya çatmaq istəyiriksə, sadəcə olaraq Krişnanı dərk etməli, Krişnanın nazil olub gözdən itməsini, Onun və bizim mövqelərimizi, bizim Onunla münasibətlərimizi və necə yaşamaq lazım olduğunu başa düşməliyik. Sadəcə olaraq, bu fikirləri elmi nöqteyi-nəzərdən anlamağa çalışın. Krişnanı dərketmə yolunda hər şey elmidir. Bu, yalançı elm, əcaib bir şey, sentimentalizm, fanatizm, yaxud təfəkkürün məhsulu deyildir. Bu, həqiqət, fakt, gerçəklikdir. Krişnanın həqiqət olduğun dərk etmək lazımdır.

 

İstəsək də, istəməsək də bədənimizi tərk etməyə məcburuq. Gün gələcək və biz təbiətin qanunlarına tabe olub bədənimizi tərk edəcəyik. Hətta prezident Kennedi də dəfn mərasimi zamanı təbiətin qanununa tabe olaraq bədənini başqa bədənə dəyişməyə məcbur olmuşdur. O, deyə bilməzdi: «Mən prezident cənab Kennediyəm. Mən bunu etməyəcəyəm». O, bunu etməyə məcburdur. Təbiət bu cür hərəkət edir.

 

Yüksək inkişaflı insan şüurunun məqsədi təbiətin incə hərəkət etdiyini başa düşməkdən ibarətdir. İnsandan savayı itlərin, pişiklərin, soğulcanların, ağacların, quşların, yırtıcıların və digər heyvan və bitki növlərinin də şüuru vardır. Lakin biz belə şüur səviyyəsində yaşamaq üçün təyin olunmamışıq. «Şrimad-Bhaqavatam»da deyilir ki, biz çoxlu doğuluşlardan sonra insan bədəni alırıq. İndi biz bundan sui-istifadə etməməliyik. Zəhmət olmasa, bu insan ömrünü Krişnanı dərketmə hərəkatının genişlənməsinə həsr edin və xoşbəxt olun.

 

 

 

– 63 –

 

Müəllif       haqqında

 

Şri Şrimad A. Ç. Bhaktivedanta Svami Prabhupada 1896-cı ildə Hindistanın Kəlküttə şəhərində bu dünyaya gəlmişdir. O, 1922-ci ildə öz ruhani ustadı Şrila Bhaktisiddhanta Sarasvati Qosvami ilə ilk dəfə Kəlküttədə görüşmüşdür. Din sahəsində görkəmli alim və altımış dörd Qaudiya Mathın (veda cəmiyyətinin) banisi Bhaktisiddhanta Sarasvatinin bu savadlı gəncdən xoşu gəlir və onu, öz həyatını veda biliyinin yayılmasına həsr etməli olduğuna inandırır. Beləliklə, o, Şrila Prabhupadanın ruhani ustadı olur və on bir il keçdikdən sonra Şrila Prabhupada şagirdliyi qəbul edir. Onların birinci görüşündə Sarasvati Thakura veda biliyini ingilis dilində yaymağı ondan xahiş edir. Sonrakı illərdə Şrila Prabhupada Qaudiya Mathın işinə çox kömək edir. Eyni zamanda, o Bhaqavad-qytaya izahlar yazır və 1944-cü ildə iki həftədən bir çıxan «Geriyə, Allahın yanına» adlı jurnalın nəşrinə başlayır. Hal-hazırda otuzdan çox dildə çıxan bu jurnal onun şagirdləri tərəfindən Qərbdə nəşr olunur.

 

1947-ci ildə Qaudiya Vayşnava Cəmiyyəti Şrila Prabhupadanın alimliyini və Allaha sədaqətini təsdi edərək, ona «Bhaktivedanta» fəxri adı verir. 1950-ci ildə əlli dörd yaşlı Şrila Prabhupada ailə həyatından imtina edib bütün vaxtını elmi işlərə və ədəbi əsərlərə həsr etmək üçün vanaprastha (tənhalıq) həyat tərzini qəbul edir. Şrila Prabhuda müqəddəs Vrindavan şəhərinə köçür, orta əsrlərdə tikilmiş Radha–Damodara məbədində sadə şəraitdə yaşayır. Bir neçə il ərzində o öz vaxtını tamamilə elmi və ədəbi işlərə sərf edir. 1959 –cu ildə isə tərki–dünya həyat tərzi (sannyasa) qəbul edir. O, Radha-Damodora məbədinə özünün şah əsərinin – on səkkiz min bənddən ibarət olan Şrimad-Bha qavatamın (Bhaqavata- Purana) çoxcildli tərcümə və izahları üzərində işləməyə başlayır. Elə orada da «Başqa planetlərə asan səyahət» kitabını yazır.

 

1965-ci ildə Şrimad-Bhaqavatamdan üç cild nəşr etdirən Şrila Prabhupada ruhani ustadının tapşırıqlarını yerinə yetirmək üçün Birləşmiş Ştatlara yola düşür. Sonrakı illərdə o, altımış cilddən

 

 

– 64 –

 

çox tərcümələr, izahlar, hind klassik fəlsəfə və dini əsərlərinin icmalı xülasələrini yazır .

 

1965-ci ildə yük gəmisi ilə Nyu-Yorka gələn Şrila Prabhupadanın yaşayış üçün heç bir vəsait yox idi. Təxminən bir illik böyük çətinliklərdən sonra,1966-cı ilin iyulunda o, Beynalxalq Krşna Şüuru Cəmiyyətinin (İSKKON) əsasını qoyur. 1977-ci ilin 14 noyabrınadək, yəni bu dünyanı tərk edənə kimi, Bhaktivedanta Svami Prabhupadanın rəhbərlik etdiyi cəmiyyət yüzdən çox aşram, məktəb, məbəd, institut və kənd təsərrüfatı icmalarından ibarət ümümdünya miqyaslı ittifaqa çevrilir. 1968-ci ildə Şrila Prabhupada ABŞ–da ilk veda kənd təsərrüfatı eksperimental icmasının əsasını qoyur. Şrila Prabhupadanın şagirdləri də onun bu uğurundan ruhlanaraq ABŞ-da və onun hüdudlarından kənarda çoxlu belə icmalar yaratmışlar.

 

1972-ci ildə o, veda ibtidai və orta (qurukulu) təhsil sistemini Qərbdə (Dallasda) tətbiq etmişdir. O vaxtdan başlayaraq, onun bilavasitə rəhbərliyi altında, bütün dünyanın uşaqları üçün məktəblər təşkil etmişlər və İSKKON-un iki belə əsas mərkəzi Vrindavanada və Mayapurdadır (Hindistan).

 

Şrila Prabhuda Hindistanda da bir neçə iri beynəlxalq mədəni mərkəzlərin tikilməsinin ilhamçısı olmuşdur. Qərbi Benqaliyada Şri dhama Mayapur mərkəzi ətrafında ruhi şəhər salınması planlaşdırılmışdır ki, bu nəhəng layihənin həyata keçirilməsi bu gün tamamlanmaq üzrədir. Hindistanın Vrindavan şəhərində əzəmətli Krişna-Balarama məbədi və dünyanın hər yerindən gələn qonaqlar üçün mehmanxana tikilmişdir. İSKKON-un əsas mədəni-maarifləndirici mərkəzləri Bombeydə və Hind subkontinentinin digər şəhərlərində yerləşir.

 

Lakin, Şrila Prabhupadanın ən böyük xəzinəsi onun kitablarıdır. Bu sahədəki, mütəxəsislərin yüksək qiymətləndirdiyi həmin kitablardan bir çox kolleclərdə dərslik kimi istifadə olunur. Onun əsərləri əlliyə yaxın dilə tərcümə edilmişdir. 1972-ci ildə yaradılmış «Bhaktivedanta-Buk-Trast» nəşriyyatı hind fəlsəfi və dini əsərlərinin nəşrinə görə birinci yeri tutur.

 

 

 

– 65 –

 

Yaşının ötməsinə baxmayaraq Şrila Prabhupada on iki il ərzində yer üzünü 14 dəfə dolanmış, altı qitənin hamısında mühazirələr oxumuşdur. Vaxtının azlığına baxmayaraq, Şrila Prabhupada özünün məhsuldar ədəbi fəaliyyətini davam etdirmişdir. Onun əsərləri veda fəlsəfəsinin, dininin, ədəbiyyatının və mədəniyyətinin əsl kitabxanasını təşkil etmişdir.

 

– 66 –

 

Mantra Yoqa

 

Müqəddəs adların tərənnümü xoşbəxtlik əldə etmək, bütün iztirab və həyacanlardan azad olmaq istəyən adam üçün çox vacibdir. Tərənnüm etmək gözəl səslə yavaşdan oxumaq deməkdir. Ağlı narahat edən gündəlik həyacanlardan xilas olmaq üçün insan maddi səviyyədən ruhi səviyyəyə yüksəlməli və orada bərqərar olmağa çalışmalıdır. Bunun üçün o, Tanrının adlarını daim tərənnüm etməli və beləliklə, Onunla ünsiyyət saxlamalıdır. Müxtəlif dini kitablarda deyildiyi kimi, Tanrının çoxlu adları var. Krişna, Allah, Rama, İeqova, Budda və s. Onun adlarıdır. Tanrının adlarının tərənnüm edilməsi təmizləyici təsir göstərir və insanı maddi səviyyədən ruhi səviyyəyə qaldırır. Min illər boyu insanlar Tanrının adlarını mantra şəklində tərənnüm edirlər. Sanskrit dilində mana «ağıl» traya isə «azadlıq» deməkdir. Beləliklə, mantra ağlı həyacanlardan azad edən transsendental səslərin ahəngidir.

 

Veda ədəbiyyatı bir mantrını maha-mantra (böyük mantra)

 

adlandırır. Kali-santarana Upanişadda (müqəddəs kitab) deyilir ki, on altı səsdən ibarət olan maha-mantranıHare Krşna, Hare Krşna, Krşna, Krşna, Hare, Hare, Hare Rama, Hare Rama,

 

Rama, Rama, Hare, Hare xüsusilə Kali-yuqada – küsüşmələr, həyəcan və riyakarlıq dövründə tərənnüm etmək məsləhət görülür. Dörd yüz otuz iki min il davam edən bu dövr, beş min il əvvəl başlanmışdır.

 

Hare Allahın enerjisinə, Krşna Rama isə Onun Özünə müraciətdir. Krşna «hər şeyi cəlb edən», Rama «hər şeyi sevindirən», Hare isə Onun sədaqətli xidmət enerjisinə müraciətdir. Beləliklə, maha-mantra: «Ey hər şeyi cəlb edən, ey hər şeyi sevindirən İlahi, ey Tanrının enerjisi, xahiş edirəm, izn ver Sənə sədaqətlə xidmət edim», deməkdir.

 

Hare Krşna maha-mantrasını oxuduqda son dərəcə ciddi qaydalara riayət etmək tələb olunmur. Mantranın üstün cəhəti ondan ibarətdir ki, onu hər yerdə və hər bir vaxt evdə, işdə, avtobusda, metroda, yaxud iş başında oxumaq olar.

 

 

– 67 –

 

Mantra oxumağın birinci üsulu üçün dairəvi təsbeh lazımdır. Onu mağazadan almaq olar. Əgər bu mümkün deyilsə, onu özünüz də düzəldə bilərsiniz. Bunun üçün aşağıdakılar tələb olunur:

 

1)Taxtadan düzəldilmiş 1-2 sm diametrində 109 ədəd yumru muncuq, 3-5 m uzunluğunda neylon sap alın.

 

2)Sapın ucundan 15 sm ayırıb düyünləyin. Sonra muncuqları sapa keçirərək, aralarını sapın qalınlığından asılı olaraq 1 və ya 2 dəfə düyünləyin.

 

3)108 muncuq düzdükdən sonra sapın hər iki ucunu axırıncı muncuqdan keçirin.

 

4)Bu muncuq Krişna muncuğu adlanır və o, başqalarından iri olsa daha yaxşı olar. Sapın hər iki ucunu bu muncuqdan keçirib düyünləyin, artıq qalan sapı kəsin. Budur, sizin capa üçün təsbehiniz hazırıdır.

Mantranı oxuyarkən, Krişna muncuğundan sonra gələn muncuğu sağ əlin baş və orta barmaqları arasında sıxıb: Hare Krşna, Hare Krşna, Krşna Krşna, Hare Hare, Hare Rama, Hare Rama,

 

Rama Rama, Hare Hare – deyin. Sonra növbəti muncuğu sıxıb maha-mantranı yenidən deyin, sonra o birini və i.a. Bu qayda ilə Krişna muncuğuna çatanadək təsbehin hər bir muncuğunda mantranı oxuyun. Beləliklə siz capanın bir dövrəsini keçmiş

 

 

– 68 –

 

olursunuz. Capanın bir dövrə oxunması yeddi dəqiqə çəkməlidir. Hərçənd bu müddət on dəqiqə və daha artıq ola bilər. Mantranı Krişna muncuğunda oxumadan təsbehi çevirin və əks tərəfə yeni dövrəni oxumağa başlayın. Beləliklə, bu proses on altı dəfə davam etdirilməlidir. Təsbeh capa üçün çox vacibdir. O, fikrin cəmləşdirilməsində toxunma hissinin iştirakını təmin edir ki, bu da fikri mantranın oxunmasına cəmləşdirir.

 

Oxunan dövrələrin sayını bilmək üçün sayğacdan istifadə edilir. Sayğac sapa düzülmüş muncuqlardan ibarətdir. Düyünlər yalnız sapın uclarında olur və hər bir dövrənin oxunuşu qurtardıqdan sonra sayğac muncuqları bir tərəfdən o biri tərəfə ötürülür. Siz mantranı otaqda, bayırda, ucadan və pəsdən (onu özünüz eşitməlisiniz) oxuya bilərsiniz. Ən başlıcası hər sözün dəqiq və aydın tələffüz edilməsidir. Fikriniz hər hansı kənar şeylərə yayınacaq, çünki ağıl narahat və səbatsızdır. O, daim nəyisə düşünməyə adət edib. Diqqətinizi Hare Krişna maha-mantranın sədasına yönəldin və oxuduqca sözləri eşidin.

 

Mantranı gün ərzində istənilən vaxt oxumaq olar. Lakin veda ədəbiyyatında göstərilir ki, ruhi inkişaf üçün əlverişli olan müəyyən saatlar vardır. Sübh çağı ruhi inkişaf üçün ən xeyirli vaxtdır. Yaxşı olar ki, mantra günün həmişə eyni vaxtında oxunsun. Bir və ya iki dövrədən başlayaraq tədricən onların sayını on altıya çatdırın. Ruhi inkişafa can atan və Allahın fədaisi olmaq istəyənlər mantranı ən azı on altı dövrə oxumalıdırlar. Fərdi tərənnüm olunan capadan fərqli kirtana – birgə tərənnüm də vardır. Kirtana zaman Hare Krişna mantrası mahnı şəklində oxunur. Bu cür tərənnüm çalğı alətləri ilə müşaiyət edilə bilər. Kirtananı evdə ailənizlə, dostlarınızla, qonaq getdikdə, yaxud təbiətin qoynunda keçirə bilərsiniz. Əvvəlcə aparıcı Hare Krişna mantrasını tək oxuyur, qalanları isə onun oxuduğunu təkrar edir. Beləliklə də, Hare Krişna mantrası təkrar-təkrar oxunur, iştirakçıların ruhi həzzi getdikcə artır.

 

Kirtananın üstünlüyü ondandır ki, Hare Krişna mantarsını təkcə siz özünüz yox, başqaları oxuduqda da eşidirsiniz. Mantranı istənilən hallarda hər-hansı çalğı alətlərinin müşaiyəti ilə oxumaq

 

 

– 69 –

 

olar. Kirtanalarda uşaqlar da iştirak edə bilərlər. Bu onların inkişafına yaxşı təsir göstrəcək. Beləliklə bütün ailə axşamlar kirtana üçün yığışa bilər və onu hər gün keçirmək daha yaxşıdır. Hare Krişna mantrasını oxumaq sizə ruhi həzz gətirəcək və bu daim güclənəcəkdir. Buna özünüz də əmin olacaqsınız. Sınaq üçün hər-hansı başqa bir sözü, yaxud ibarəni beş dəqiqə ərzində ifadə edin. «Badamlı» sözünü təkrar etməyə başlasanız, bir neçə dəqiqədən sonra bu sizi təngə gətirəcək və heç bir həzz duymayacaqsınız. Krişna adının ahəngi isə transsendentaldır və insan Onun adını tərənnüm etdikcə daha da həvəslənir. Maha-mantranı oxumaq ruhi inkişaf üçün çox xeyirlidir və bu mantranın hansı şəraitdə oxunmasından qətiyyən asılı deyil. Mantranın oxunması üç mərhələdən keçir. Birinci mərhələdə ağıl yəni daxili duyğu təmizlənir. Ağıl aldığı təəssüratları formalaşdırmaq üçün güzgü kimi onları əks etdirmək qabiliyyətinə malikdir. Materiya ilə əlaqədə olduğu üçün ağıl toz basmış güzgü kimi tutqun olur. Belə bir halda təmiz, maneəsiz meditasiya qeyri-mümkündür. Ancaq maha-mantranın oxunması ağıl güzgüsünü təmizləyir. İkinci mərhələdə isə mntra-yoqa insanı əsəbilik və narahatlıqdan azad edir. Bunlar təlaş, kədər və alçaldlıcı istəklərlə birlikdə maddi həyatın əlamətləridir. Məhz onların təsirindən insanın fikri dağınıq olur. Belə vəziyyətdə düzgun düşünmək və fikri cəmləşdirmək mümkün deyil. Mantranın müntəzəm oxunması bizi narahat və ikili haldan, kədər və alçaldıcı istəklərdən azad edir. Mantra oxumağın üçüncü mərhələsində insan tam xoşbəxtliyə – samadhi halına çatır. Yoqa sisteminin və meditasiyanın son məqsədi samadhi halına çatdırmaqdır.

 

Min illərin təcrübəsi göstərir ki, mantra-yoqanın təsirini artırmaq üçün ət yeməyini azaltmaq lazımdır. Mümkün qədər tərəvəz, meyvə və süd məhsulları yemək məsləhətdir. Təkcə vedalar deyil, müasir alimlərin və həkimlərin də çoxu insan orqanizminin (dişlər, mədə turşusunun tərkibi, bağırsağın quruluşu və s.) ət yemək üçün uyğunlaşdırılmadığını təsdiq edir. Vegetarian həyat tərzi sayəsində insan öldürülmüş heyvanların bəzilərində əmələ

 

 

– 70 –

 

gələn zəhərlərin zərərli təsirindən xilas ola bilər. Bu birləşmələr ət yeyən adamın qanına keçərək onu əsəbi və təcavüzkar edir. Mümkün qədər bol vitaminli qida qəbul edin, ancaq tamamilə vegetarian qida rejiminə keçsəniz daha yaxşı olar. Lazımi miqdarda zülal almayacağınızdan qorxmayın. Cürbəcür vegetarian yeməklərində bolluca zülal var. Məsələn, pendirdə, lobyada, xüsusilə paxlada çoxlu zülal olduğuna görə narahat olmaq lazım deyil. Hindistanda yüz illər boyu milyonlarla adam vegetarian olmuşlar. Hazırda qərbdə də getdikcə daha çox adam ət, balıq və yumurtadan imtina edir. Əgər insan sağlam olmaq istəyirsə, spirtli içkilərdən, narkotik maddələrdən və tütündən istifadə etməməlidir. Yoqa, sağlamlıq deməkdir. Yoqa sistemi bədəni və canı sağlam etmək məqsədi güddüyünə görə bu zərərli məhsulları rədd etmək lazımdır. İnsanın əsəb sisteminə qumar oynamağın da böyük zərəri var. Ağıl bu zaman son dərəcə həyəcanlanır və narahat olur. İnsan ağıl və hisslərinə nəzarəti tamamilə itirir. Sonra isə güclü iztirab keçirərək əsəb xəstəliyinə tutulur. Vedaların və başqa müqəddəs kitabların əsas göstərişlərindən biri kişi ilə qadın arasındakı münasibətlərin təmizliyi barədədir. İnsan yalnız öz arvadı ilə yaxın əlaqədə olmalıdır. Nizamsız cinsi əlaqə insanı heyvan səviyyəsinə endirir. Ağlın və zehnin qabiliyyəti itir, yaddaş zəifləyir, əsəb sistemi pozulur. İnsan mənəvi saflığını itirərək təmizi natəmizdən, düzü əyridən, yol veriləni qadağan olunandan ayıra bilmir. Lakin ailə qurmaqla cinsi əlaqədən uşaq doğulması üçün istifadə edib, onlara ruhi bilik, mənəvi saflıq, Allaha sədaqətli olmağı öyrədərək və ailəliklə Hare Krişnanı oxuyaraq insan həqiqətən məhəbbət və xoşbəxtliyə nail olacaq.

 

Hare Krişna maha-mantrasının oxunması, yaxud mantra-yoqa

 

mötəbər, sadə və eyni zamanda təsirli prosesdir. Vedalarda deyilir ki, bu proses hazırkı dövr üçün məsləhət görülmüş, müvəffəqiyyətlə yerinə yetirilə bilən yeganə yoqa üsuludur.

 

harer nama harer nama harer namayva kevalam kalau nasti eva nasti eva nasti eva qatir anyatha


 

– 71 –

 

«Bu kali dövründə qurtuluş üçün maha-mantranın oxunmasından savayı başqa yol yoxdur, başqa yol yoxdur,

başqa yol yoxdur». (Bhirad-naradiya Purana)

 

Biz artıq demişik ki, yoqa etiqad deyil, bunun həqiqiliyi əməli surətdə sübut olunan ruhi bilikdir. Əgər biz zəruri biliyimiz olmadan yoqaya kor-koranə inanır və yaxud da inkar ediriksə, bu hər iki halda etiqaddır. Biz onu sınamalı, ciddi surətdə təcrübədən keçirməliyik. Yalnız biz o zaman mantra-yoqanın həqiqi təsirinə əmin ola bilərik. Biz bu kitabı oxuyan hər bir adamdan mantra-yoqanı təcrübədən keçirərək xoşbəxt olmağı itaətlə xahiş edirik.

 

– 72 –

 

Yoqada qida qəbulu

 

Bhaqavad –qitada Tanrı bhakti-yoqa (sədaqət yoqası) prosesini təsvir edərək deyir: «Ey Kyntinin oğlu, gördüyün hər bir işi, təklif etdiyin, verdiyin hər şeyi və bütün zahidanə fəaliyyətini Mənə həsr et». (Bh.-q. 9.27).

 

Elə oradaca Uca Tanrı deyir ki, insana yalnız öncə Ona təklif olunmuş qidanı yemək vacibdir. Beləliklə, Krişnaya qida təklif edilməsi bhakti-yoqa sisteminin ayrılmaz hissəsidir.

Tanrı Ona təklif edilən qida növlərini belə təsvir edir: «Siz Mənə məhəbbət və sədaqətlə yarpaq, gül, bəhər, yaxud su təklif etsəniz Mən bunu qəbul edərəm». Krişna bu siyahıya ət, balıq, yumurta daxil etmədiyinə görə fədai bu cür qidanı Ona təklif etmir. Fədai Krişnaya yalnız ən yaxşı, ən təmiz qida təklif edir. Söz yox ki, bura heyvan cəsədindən və cücə rüşeymindən (yumurta) hazırlanmış yeməklər aid deyil. Krişna şüurunda fədai Tanrıya qida təklif etməklə Ona öz məhəbbətini bildirir. Hətta adi həyatda da birinin digərinə xörək bişirməsi məhəbbət və ehtiram əlamətidir və həmin adam da təkcə xörək yox, xörək bişirənin məhəbbət və ehtiramını qiymətləndirir. Əlbəttə, kimisə görmədən sevmək çətindir. Müqəddəs veda yazıları Tanrının surətini hər tərəfli təsvir edir. Dünyanın digər əsas dini kitablarında Tanrı ötəri olaraq Ali Ata kimi xatırlanır. Onun şəxsiyyəti barədə isə çox cüzi məlumat verilir. İsa peyğəmbər Allahın oğlu, Məhəmməd peyğəmbər isə Allahın rəsulu olduğunu deyirdi, Tanrı isə qeyri-müəyyən vəhy, yanan kol və s. – Özünü bilvasitə təzahür etdirir. Belə olduqda Tanrı kimdir?

 

Əgər Onun bizi yaratdığını qəbul ediriksə, Allahın Özünün də şəxsiyyətə xas bütün əlamətlərə – forma və görkəmə, müxtəlif hisslərin və üzvlərin bütün imkan və bacarıqlarına malik olduğunu məntiqi olaraq inkar edə bilmərik. Bizdə olan forma və xarakterin guya Allahda olmadığını demək nə dərəcədə doğrudur. Belə çıxır ki, biz bu cəhətdən Ondan üstünük? Yaradılanın yaradıcıdan nədəsə üstün olduğunu zənn etmək məntiqi deyildir. Allah da bizim kimi şəxsiyyətdir, ruhi formaya malik olan sonsuz

 

 

– 73 –

 

qüdrətli şəxsiyyət. Hər halda şəxsiyyət. Bir də axı deyilir ki, biz Allahın surətində xəlq olunmuşuq.

 

Qərb rəssamları öz təsəvvürlərini işə salıb, Allahı adətən qüdrətli saqqallı qoca kimi təsvir edirlər. Lakin veda ədəbiyyatında Tanrının xarici görünüşünün və şəxsiyyət cizgilərinin də dəqiq təsviri verilir, bir də ki, planetimizin bu, ən qədim müqəddəs kitabları bu cür məlumatların yeganə mənbəyidir. Hər şeydən qabaq Tanrı həmişəcavandır. O, hətta qurtulmuş canların ürəklərini və ağıllarını cəlb edən qeyri-adi keyfiyyətlərə malikdir. O, ən yaxşı rəssam, ən yaxşı musiqiçidir. O, son dərəcə bəlağətli, hədsiz dərəcədə ağıllı, xasiyyətcə şən və tərki-dünyadır. O, Öz əbədi yoldaşları ilə birlikdə təkrarolunmaz transsendental əyləncələrlə məşğuldur. Vedalarda Allah – Ali Şəxsin cazibədar xüsusiyyətlərinin təsvirləri sonsuzdur. Buna görə də Onu Krişna, yəni «hər şeyi cəlb edən» adlandırırlar. Biz Allahın şəxsiyyət oduğunu dərk etsək, fikrimizi Onun üzərində cəmləşdirmək xeyli asan olacaq (xüsusən Ona qida təklif edərkən).

 

Həzrət Krişna hər şeyə qadir və tamammilə ruhi olduğu üçün Onunla əlaqəyə girən hər bir şey pak və ruhi olur. Hətta maddi dünyada da bəzi şeylər təmizləyici xüsusiyyətə malikdir. Məsələn, günəş özünün güclü şüaları vasitəsilə çirklənmiş gölü buxarlandırıb, onun təmiz suyunu çəkə bilir. Əgər günəş – maddi obyekt belə qabiliyyətə malikdirsə, heç bir qüvvə sərf etmədən milyonlarla belə günəş yaratmış Allah – Ali Şəxs Krişnanın təmizləyici gücünü təsəvvür edə bilərikmi?

 

Krişna Özünün transsendental enerjilərinin köməyilə materiyanı həqiqətən ruhi edə bilər. Əgər biz dəmir çubuğu oda tutsaq, o, tezliklə qıpqırmızı közərəcək və odun bütün əsas keyfiyyətlərini alacaq. Eləcə də qida (maddi substansiya) Krişnaya təklif edildikdə tamamilə ruhi olur. Belə qida prasadama çevrilir. Prasadam sanskrit dilində Allahın mərhəməti deməkdir. Bhakti-yoqada prasadam böyük əhəmiyyətə malikdir. Digər yoqa formalarında insandan suni sürətdə hisslərininin qarşısını almaq tələb olunduğu halda , bhakti-yoqada o, öz hisslərini zövq

 

 

– 74 –

 

verən müxtəlif fəaliyyət növləri ilə məşğul edə bilər. Belə olduqda hisslər tədricən ruhiləşir və onları maddi təcrübədə əldə etdiklərindən qat-qat üstün olan ruhi həzzlər cəlb edir. Prasadam və onun təsirinin veda ədəbiyyatında çoxlu təsvirləri vardır. Beş yüz il bundan qabaq Allahın Hindistanda nazil olan Mücəssəməsi həzrət Çaytanya prasadam haqqında demişdir: «Əvvəllər də hamı maddi qida dadıb, prasadam isə son dərəcə dadlı və ətirlidir. Ətri və dadı bir yana, o, adamı heyran edir və hər cür başqa dadı unutdurur». Bu onu bildirir ki, Kirişnanın dodaqlarının ruhi cövhəri bu adi qidaya toxunmuş və Özünün bütün ruhi keyfiyyətlərini ona ötürmüşdür.

 

İnsan yalnız Həzrət Krişnaya təklif olunmuş qidanı qəbul edirsə, bu, ən yüksək səviyyli vegetarianlıqdır. Özü-özündə vegetarianlıq heç də böyük məziyyət deyildir, çünki bir çox heyvanlar, məsələn, göyərçin də, meymun da ət yemir. Bedalarda deyilir ki, insan həyatının məqsədi canın Allahla əzəli əlaqəsini bərpa etməkdir. Prasadam isə bu məqsədə çatmağa çox kömək edir. Allaha təklif edilən məhsulların seçilməsində çox diqqətli olmaq lazımdır. Bhaqavad-qitada Tanrı bildirir ki, maddi aləmin qunalarından (xeyirxahlıq, etiras və cahələt) aslı olaraq, qidanı da üç kateqoriyaya bölmək olar. Süd məhsulları, dənli bitkilər, şəkər, meyvə-tərəvəz, göyərti, qoz-fındıq xeyirxahlıq qunasına aid ərzaq növləri olduğu üçün onları Krişnaya təklif etmək olar. Bhaqavat-qitada (17.9-10) Tanrı bildirir ki, ehtiras və cəhalət qunasında olan qida dadsız, çürümüş və pis qoxulu olub iztiraba, bədbəxtliyə, xəstəliklərə səbəb olur. Buna görə də bir qayda olaraq belə qidanı Krişnaya təklif etmirlər. Ət, balıq və yumurta kimi sarımsaq, soğan və göbələyin də aşağı qunalara aid olduğunu başa düşmək bir o qədər də çətin deyil.

 

Ərzaq məhsulları aldıqda yadda saxlamaq lazımdır ki, başqa məhsulların tərkibində ət, balıq və yumurta ola bilər. Buna görə də etiketləri diqqətlə öyrənmək, şübhəli hallarda isə satıcıya, yaxud fabrikə müraciət etmək lazımdır. Məsələn, bəzi qatıq və xama növlərinin tərkibində sallaqxanalarda öldürülmüş heyvanların buynuz, dırnaq və sümüklərdən hazırlanmış jelatin

 

 

– 75 –

 

vardır. Eləcə də aldığımız pendirə qursaq mayası qatılmadığına əmin olmalıyıq.

 

Eyni zamanda Həzrət Krişnanın fədailəri olmayan adamların hazırladığı qidadan (xüsusilə dənli bitkilərdən) imtina etmək lazımdır. Təbiətin həssas qanunlarına uyğun olaraq, aşpaz bişirdiyi xörəyə təkcə fiziki deyil, həm də şüuru ilə həssas səviyyədə təsir edir. Beləliklə, qida şüurumuza hiss edilmədən təsir göstərir. Bu prinsipi başqa misalla aydınlaşdıraq: kətan üzərində çəkilmiş şəkil sadəcə rənglərin yaxılması deyil, rəssamın əhval-ruhiyyəsini ifadə etməklə, ona baxana sirayət edir. Beləliklə, biz ruhi şüurdan məhrum adamların (məsələn, hər hansı fabrikin fəhlələrinin) hazırladığı qidanı yedikdə sözsüz ki, onların materialist şüuru müəyyən miqdarda bizə yoluxmuş olur. Bundan əlavə, biz imkan daxilində yalnız təzə və təbii məhsullardan istifadə etməliyik.

 

Təmizlik möminliklə yanaşı durduğu üçün, xörək hazırlayarkən təmizliyə riayət etmək olduqca vacibdir. Mətbəxinizi səliqəli saxlayın, Krişnaya natəmiz şeylər təklif etmək olmaz. Xörək hazırlamaqdan əvvəl əllərinizi təmiz yuyun. Xörək hazırlayarkən onun dadına baxmayın. Bu, meditasiya prosesinin bir hissəsidir, axı siz xörəyi özünüz üçün deyil, Krişnanı razı salmaq üçün hazırlayırsınız. Buna görə xörəyin dadına baxan və ondan həzz alan birinci O, olmalıdır. Xörəyi yoxlanılmış qaydalara əsasən hazırlasanız, səhv buraxmazsınız. Bişdikdən sonra isə onu Krişnaya təklif edə bilərsiniz.

 

Yaxşı olar ki, yalnız Krişna üçün ayrılmış qab-qacaq olsun. Onlar təzə olmalı və heç kəs heç vaxt ondan özü üçün istifadə etməməlidir. Yemək hazır olduqda, bu xüsusi boşqaba hər xörəkdən bir az qoyaraq bu cür sadə üsulla təklif edə bilərsiniz: «Mənim əziz Tanrım Krişna, xahiş edirəm bu qidanı qəbul et». Yadda saxlamaq lazımdır ki, əsas məqsəd sizin sədaqət və təşəkkürünüzü Allaha bildirməkdir. Buna görə də, Krişnaya qidanı məhəbbətlə hazırlayın. Belə olduqda, O, sizin təklifinizi qəbul edecək. Allah Özü-Özündə tamdır. Ona heç nə lazım deyil, bu təqdim Ona olan məhəbbət və minnətdarlığımızı bildirmək

 

 

 

– 76 –

 

qaydasıdır. Yeməyi Krişnaya təklif etdikdən sonra bir neçə dəqiqə ərzində Hare Krişna mantrasını – Hare Krşna, Hare Krşna, Krşna, Krşna, Hare, Hare, Hare Rama, Hare Rama,

 

Rama, Rama, Hare, Hare tərənnüm etmək lazımdır. Sonra prasadamı (Allahın mərhəməti) süfrəyə vermək olar. Bu zaman xörək Krişnaya təklif edilmiş hesab olunur. Krişnanın boşqabında olan xörəyə xüsusi ehtiram göstərilir və o, maha-prasadam adlanır. Bizi karmanın təsirindən azad etdiyini nəzərə alaraq, prasadamın ruhi keyfiyyətini qiymətləndirməyə çalışın. Lakin hər şeydən əvvəl ondan zövq alın!

 

HARE KRİŞNA!

 

– 77 –

 

LÜĞƏT

 

Avidya – cəhalət Apara-prakriti – maddi enerji: Tanrının ən aşağı enerjisi (materiya)

 

Aştanqa-yoqa aşta (səkkiz), anqa (hissə), səkkizpilləli yoqa: yama niyama (əxlaq qaydalarına əməl etmə), asana (fiziki məşğələ), pranayama (nəfəsə nəzarət), pratyahara (hisslərə nəzarət), dharana (ağlın sabitləşdirilməsi), samadhi (Tanrının ürəkdəki Vişnu formasını seyr etmə)

 

Brahma – maddi kainatda yaradılmış ilk canlı məxluq, kainatı ehtiras qunasında (keyfiyyət) idarə edən tanrıça Brahmacyoti – Krişnanın bədəninin ruhi şəfəqi Brahman – Həzrət Krşnanın transsendental bədəninin nuru Brahma-pada – Brahmanın səlahiyyəti

 

Brahma-randhra – başın yuxarı hissəsində dəlik. Yoqi həyat gücünü bu nöqtəyə qaldırmağın sayəsində qaba və incə örtükləri tərk edib transsendental Vaykuntha planetlərinə çatır Bhava – bağlılıq; bhaktinin Allaha saf məhəbbətdən əvvəl yaranan pilləsi

 

Bhaqavan – «hər şeyin sahibi»; bütün enerjilərin mənbəyi olan Allah-Ali Şəxs

 

Bhakti – bax, Bhakti-yoqa Bhakti-yoqa – Krişna ilə əlaqə üçün göstərilən sədaqətli xidmət

 

Vaykunthaloka – müxtəlif ruhi planetlər sistemi Vibhuti-bhinnam – müxtəlif planetlərdəki həyat tərzi. Hər planetin öz atmosferi olduğuna görə başqa planetdə yaşamaq üçün orqanzm fizioloji və psixoloji dəyişiklilərə uğramalıdır Vişnu-murti – məbəddə qoyulmuş Həzrət Vişnunun forması Quna – canlı varlıqlara sirayət edən maddi təbiətin keyfiyyəti: Dhuma – qaranlıq, aysız gecə. Ölüm üçün əlverişli olan bu vaxtda bədənini tərk edən şəxs yüksək planetlərə yetişə bilər, lakin ölümdən sonra yenidən Yerə qayıdır Kala – əbədi zaman

 

– 78 –

 

Para-vyoma – Allahın yaradıcı enejisinin dörddə üç hissəsini təşkil edən rəngarəng ruhi planet sistemi. O, həmçinin

Vaykunthaloka da adlanır

 

Para Prakriti – antimaddi dünyanı yaradan ali enerji Pitalar – ulu əcdadlar Pratyahara – hissləri cilovlama, yoqada inkişaf etmək

 

məqsçədilə həyata keçirilən fəaliyyət. Bu prosesin köməyilə insan bütün hisslərin qapılarını bağlayır, ağlı ürəkdə, həyat havasını isə başın yuxarı hissəsində cəmləşdirir və beləliklə yoqa halına gəlir.

 

Racas – maddi düqyadakı ehtiras qunası (keyfiyyəti) Sanatana – əbədi, əvvəli və axırı olmayan Sanatana-dhama – əbədi məskən, maddi kainatın hüdudları xaricində yerləşən antimaddi fəza Sanatana-dharma – əbədi din: Allaha sədaqətli xidmət üçün canlı varlığın əzəli vəziyyəti Sankhyaçılar – maddi dünyanın təşkil olunduğu maddi elementləri öyrənən filosoflar

 

Satyaloka – maddi dünyanın ən yüksək planeti, həmçinin

Brahmaloka da adlanır

 

Sattva – maddi dünyanın xeyirxahlıq qunası Siddhaloka – sakinləri maddi cəhətdən kamilliyə çatmış

planetlər sistemi, hansı ki, buradakı məxluqlar cazibə qüvvəsinə, məkana, zamana və s. bütünlüklə nəzarət etmək qabliyyətinə malikdirlər Soma-rasa – göylər şərbəti, Ayda içilən içki

 

Tamas – maddi dünyadakı cəhalət qunası Uttarayana – Günəşin şimal tərəflə hərəkət etdiyi dövr. Bu vaxt

 

atmosferi od və işıq tanrıçaları idarə edirlər. Həqiqəti dərk edənlərə maddi bədəni tərk edib antimaddi dünyaya çatmaq üçün əlverişli vaxt.

 

Hare – Allahın enerjisinə müraciət Civa – əbədi fərdi can: Tanrının ayrılmaz hissəciyi olan canlı ruh və ya həyat gücü