Mükəmməl suallar, mükəmməl cavablar. Həyatın əsl məqsədi (28 fevral 1972-ci il)

Həyatın əsl məqsədi (28 fevral 1972-ci il)

Şrila Prabhupada: Bu hərəkat insanlara həyatın həqiqi məqsədinə nail olmaq imkanı yaradır.

Bob: Həyatın həqiqi məqsədi Tanrını dərk etməkdir?

Şrila Prabhupada: Bəli. Geriyə – Tanrının yanına, evimizə qayıtmaq. Həyatın həqiqi məqsədi budur. Dənizdən buxarlanan su bulud əmələ gətirir və sonra yağış kimi yerə tökülür Onun əsas məqsədi çaylara qarışaraq yenidən dənizə qayıtmaqdır. Beləcə, biz də Tanrının yanından gəlmişik və indi maddi dünyada dolaşıb qalmışıq. Odur ki, çalışıb

bu çətin vəziyyətdən çıxmalı və geriyə, Tanrının yanına – evimizə qayıtmalıyıq. Həyatın həqiqi məqsədi budur.

mam upetya punar canma duhkhalayam aşaşvatam napnuvanti mahatmanah samsiddhim paramam qatah

[«Mənə yetişən böyük canlar, fədai yoqlar iztirablarla dolu bu müvəqqəti dünyaya bir daha qayıtmırlar, çünki artıq ən yüksək kamilliyə çatmışlar». (Bq. 8.15)] Bu, «Bhaqavad-qita»da deyilir: «Kimsə Mənə yetişirsə – mam upetya, bir daha qayıtmır». Haraya? Bu dünyaya – duhkhalayam aşaşvatam. Bu dünya iztirablar məkanıdır. Bunu hamı bilir. Lakin bəzi liderlər, üzdəniraq başçılar adamları aldadırlar. Maddi həyat iztirablarla doludur. Krişna – Tanrı deyir ki, bu dünya duhkhalayam – iztirablar məkanıdır və o, aşaşvatam müvəqqətidir. Burada kompromisə gəlmək mümkün deyil: «Yaxşı, qoy iztirablar məkanı olsun, amma mən burada amerikalı, ya da hindli olaraq qalacağam». Xeyr. Bu da mümkün deyil. Siz amerikalı kimi qala bilməyəcəksiniz. Siz Amerikada doğulduğunuza görə özünüzü çox xoşbəxt hesab edə bilərsiniz. Amma uzun müddət amerikalı kimi qala bilməyəcəksiniz. Sizi buradan çıxarıb atacaqlar, sonrakı həyatda isə nə olacağınızı bilmirsiniz! Ona görə də bu həyat duhkhalayam aşaşvatam (Bq. 8.15) – müvəqqəti və iztirablarla doludur. Bizim fəlsəfənin mahiyyəti bundan ibarətdir.

Bob: Yəqin Tanrı haqqında müəyyən biliyimiz olarsa, onda həyat bizim üçün iztirablı keçməz.

Şrila Prabhupada: Yox! Müəyyən bilik sizə kömək edə bilməz. Biliyiniz mükəmməl olmalıdır.

canma karma ça me divyam evam yo vetti tattvatah (Bq. 4.9)

Tattvatah «mükəmməl, kamil» deməkdir. Mükəmməl biliyin nə olduğu «Bhaqavad-qita»da verilib. Biz cəmiyyətdə hər bir adama «Bhaqavad-qita»nı olduğu kimi öyrənməyə və öz həyatını kamilləşdirməyə şans veririk. Krişna şüuru hərəkatının məqsədi budur. Ruhun bir bədəndən başqa bədənə keçməsi haqqında sizin elm nə deyir?

Bob: Məncə… elm… bunu nə inkar, nə də təsdiq edə bilər. Elm bu haqda bir şey bilmir.

Şrila Prabhupada: Ona görə də mən deyirəm ki, materialistlərin elmi mükəmməl deyil.

Bob: Buna baxmayaraq, elm nəsə deyir. Elm təsdiq edir ki, enerji heç vaxt itmir, o ancaq bir formadan başqa formaya keçir.

Şrila Prabhupada: Yaxşı. Ancaq enerji sonradan necə olur, elm bunu bilmir. O hara və necə yönəlir? O, müxtəlif yollarla müxtəlif şəkillərə necə düşür? Məsələn, elektrik enerjisinə baxaq. Ondan müxtəlif cür – qızdırıcı cihazlarda və soyuducularda istifadə edilir. Bunlar əks təyinatlı əşyalar olsa da, onlarda istifadə edilən elektrik enerjisi eynidir. Bəs

bu enerji – canlı enerji hara istiqamətləndirilib? Onu kim idarə edir? O necə fəaliyyət göstərir və bu, sonrakı həyatda hansı bəhrəni verir? Alimlər bunu bilmirlər. Amma «Bhaqavad-qita»da bu, çox sadə misalla izah edilir:

vasamsi cirnani yatha vihaya (Bq.2.22)

Sizin əyninizdə paltar, köynək var. Bu köynək köhnələndə, siz onu dəyişirsiniz. Eləcə də bu bədən köynəyə, yaxud pencəyə bənzəyir. O köhnələndə, biz onu dəyişməliyik.

Bob: Bədəni dəyişən o «biz» kimdir? Dəyişməz qalan nədir?

Şrila Prabhupada: Ruh.

Bob: Bir həyatdan digərinə keçən….?

Şrila Prabhupada: Ruhdur – «mən». İndi danışan «siz» kimdir? Siz! Danışan «mən» kimdir? Həmin şey – atma, yəni ruh.

Bob: Mənim ruhum sizinkindən fərqlidir?

Şrila Prabhupada: Bəli. Siz də fərdi ruhsunuz, mən də.

Bob: Siz karmanın təsirindən xilas olmusunuz. Əgər mən də xilas olmuş olsaydım, onda bizim ruhlarımız eyni, yoxsa fərqlimi olardı? Şrila Prabhupada: Ruhlar keyfiyyətcə hamısı eynidirlər. Hal-hazırda siz həyat haqqında müəyyən təsəvvürlərlə yaşayırsınız. Vaxtilə sizin bu yurddaşlarınız da [fədailər] müəyyən həyat konsepsiyası ilə yaşayırdılar. Lakin indi, təhsil prosesində onlar həyata başqa cür baxmağa başlamışlar. Təhsilin son məqsədi Krişna şüuruna gəlib çıxmaqdır. Buna kamillik deyirlər.

Bob: Əgər iki adam Krişna şüurundadırsa, onların ruhları eynidirmi? Şrila Prabhupada: Ruh həmişə eynidir.

Bob: Hamıda? Eynidir?

Şrila Prabhupada: Bəli.

Bob: (İki fədaini göstərərək.) Əgər bu iki nəfər Krişna şüurundadırlarsa, onların ruhları eynidirmi?

Şrila Prabhupada: Ruh eynidir, lakin o həmişə fərdidir, hətta adam Krişna şüurunda olmayanda da. Məsələn, siz insansınız, mən də insanam. Baxmayaraq ki, nə mən xristianam, nə də siz hindu, biz ikimiz də insanıq. Ruh da elə, o, Krişna şüurunda ola da bilər, olmaya da, bunun mənası yoxdur. Ruh ruhdur.

Bob: Bu barədə mənə bir qədər də danışa bilərsinizmi?

Şrila Prabhupada: Ruh – təmiz candır, bütün ruhlar bərabərdir, hətta heyvanlarda da. Bax, buna görə deyilir: panditah sama-darşinah – kim əsl biliyə malikdirsə, o, nə adamın, nə də heyvanın xarici örtüyünü “görmür”.

Bob: Mən bu barədə bir sual da verə bilərəmmi?

Şrila Prabhupada: Bəli.

Bob: Mən ruhu nəsə Tanrının zərrəsi kimi bir şey hesab edirəm. Bəzən mənə elə gəlir ki, mən Tanrını hiss edirəm. Mən buradayam və siz deyə bilərsiniz ki, Tanrı da buradadır. Əgər ruh mənim içimdədirsə, mən özümdə Tanrını hiss etməliyəmmi? Tanrını bütünlükdə nəzərdə tutmuram, yalnız…

Şrila Prabhupada: Onun zərrəsini.

Bob: Amma mən Tanrını özümdə hiss edə bilmirəm, bəlkə, haradasa Tanrı burada, mənim yanımdadır, ayrıca, məndən ayrıca. Mən Tanrını özümdə hiss etməliyəmmi? Axı mənim ruhum Tanrının zərrəsidir.

Şrila Prabhupada: Bəli. Tanrı həm də daxildədir. Tanrı hər yerdədir. Tanrı həm bizim içimizdədir, həm də bizdən kənarda. Bunu bilmək zəruridir.

Bob: Siz Tanrını özünüzdə necə hiss edirsiniz?

Şrila Prabhupada: Bu dərhal olmur. Siz əvvəlcə şastraları (müqəddəs yazılar) öyrənməlisiniz, Vedalardan bilik almalısınız. Məsələn, «Bhaqavad-qita»da deyilir: işvarah sarva-bhutanam hrid-deşe rcuna tişthati (Bq. 18.61)– Tanrı hər bir kəsin ürəyindədir. Paramanu-çayantara-stham – Tanrı həm də hər bir atomdadır. Bu, ilkin bilikdir. Bundan sonra yoqa metodu ilə bunu dərk etməlisiniz.

Bob: Yoqa metodu?

Şrila Prabhupada: Bəli.

Bob: Hare Krişna oxumaq da bu yoqa metoduna aiddir? Şrila Prabhupada: Bəli, bu da yoqa metodudur.

Bob: Bu deyilənləri duymaq – ruhu öz içimdə hiss etmək üçün mən hansı yoqa metodundan istifadə etməliyəm?

Şrila Prabhupada: Elədir, yoqa metodları çoxdur, amma bu dövr üçün bu metod ən yaxşısıdır.

Bob: Hare Krişna mantrasının oxunması?

Şrila Prabhupada: Bəli.

Bob: Onun köməyi ilə mən Tanrını yalnız kənarda deyil, həm də içimdə hiss edə bilərəm?

Şrila Prabhupada: Siz Tanrı haqqında hər şeyi başa düşə bilərsiniz: Tanrının daxildə necə olduğunu, kənarda necə olduğunu, necə fəaliyyət göstərdiyini. Hər şey sizə açılacaq. Tanrıya bu yolla xidmət etdiyinizə görə O, Özünü sizə açacaq. Siz Onu öz səyinizlə dərk edə bilməzsiniz. Bu, yalnız Tanrı Özünü açarsa mümkündür. Məsələn, Günəş batandan sonra siz onu nə məşəl, nə də başqa bir işıqla görə bilməzsiniz. Səhər gün çıxanda isə onu işıqsız da görmək olar. Siz də özünüzə belə şərait yaratmalısınız. Elə vəziyyət yaratmalısınız ki, Tanrı Özünü sizə açsın. Bu o demək deyil ki, siz hansısa metodun köməyilə Tanrıdan xahiş edəsiniz: «Zəhmət olmasa gəl, mən səni görüm». Yox, Tanrı sizin üçün buyruq qulu deyil.

Bob: Deməli, Tanrını razı salmalısan ki, O Özünü açsın. Düzdür?

Şrila Prabhupada: Bəli.

Şyamasundara: Necə bilmək olar ki, Tanrı bizdən razı qalır?

Şrila Prabhupada: Siz Onu görəndə. Özünüz başa düşəcəksiniz. Lap yemək yeyəndə olduğu kimi: sizə güc gəldiyini və aclığınızın keçdiyini başqasından soruşmaq lazım gəlmir. Yemək yeyəndə özünüz hiss edirsiniz ki, sizə güc gəlir. Bu barədə başqasından soruşmağa ehtiyac yoxdur. Eynilə bu cür, əgər siz doğrudan da Tanrıya xidmət edirsinizsə, onda hiss edəcəksiniz: «Tanrı mənə göstəriş verir. Tanrı buradadır. Mən Tanrını görürəm».

Fədai: Ya da Tanrının nümayəndəsini.

Şrila Prabhupada: Elədir.

Fədai: Bu daha asandır.

Şrila Prabhupada: Siz Tanrıya Onun nümayəndəsinin vasitəsi ilə tapınmalısınız.

yasya prasadad bhaqavat-prasadah

«Ruhani ustadın mərhəmətilə şagird Krişnanın mərhəmətini qazana bilər». Siz Tanrının nümayəndəsini razı salırsınızsa, Tanrı da sizdən razı qalır və beləliklə, siz bilavasitə Onu görə bilirsiniz.

Hindli qonaq: Bəs Tanrının nümayəndəsini necə razı salmaq olar? Şrila Prabhupada: Onun göstərişlərinə əməl etmək lazımdır, vəssalam. Tanrının nümayəndəsi qurudur. O sizdən xahiş edir ki, bunu edin, onu edin. Əgər siz onun dediklərini yerinə yetirirsinizsə, o razı qalır.

yasyaprasadan na qatih kuto pi

«Ruhani ustadın mərhəməti olmadan heç bir irəliləyiş mümkün deyil». O sizdən razı qalmasa, heç nəyə nail ola bilməzsiniz. Ona görə biz quruya sitayiş edirik.

sakşad-dharitvena samasta-şastrair uktas tatxa bhavyata eva sadbhih kintu prabhor yah priya eva tasya vande quroh şri-çaranaravindam

[«Ruhani ustada Uca Tanrının Özü qədər sitayiş edilməlidir. Çünki o, Tanrının ən yaxın xidmətçisidir. Bütün müqəddəs yazılar bunu təsdiq edir və ruhi bilik sahəsində nüfuz sahiblərinin hamısı buna əməl edirlər. Ona görə mən Tanrı Krişnanın həqiqi nümayəndəsi olan belə ruhani ustadın nilufər qədəmlərinə dərin hörmətlə baş əyirəm».] Qurunu Tanrı kimi qəbul etmək lazımdır. Bu, bütün şastraların göstərişidir.

Bob: Quru Tanrının nümayəndəsi kimi qəbul edilməlidir?

Şrila Prabhupada: Bəli, quru Tanrının nümayəndəsi, Onun xarici təzahürüdür.

Bob: Yəqin ki, o, Krişnanın bura gələn mücəssəmələrindən fərqlənir, elə deyilmi?

Şrila Prabhupada: Bəli.

Bob: Qurunun xarici təzahürü, Krişna və Çaitanyanın yerə gəldikləri zaman xarici təzahürlərindən nə ilə fərqlənir?

Şrila Prabhupada: Quru Krişnanın nümayəndəsidir. Onun müəyyən əlamətləri var. Vedalarda onun ümumi əlamətləri verilir.

tad-vicnanartham sa qurum evabhiqaççhet samit-panih şrotriyam brahma-niştham (MU 1.2.12)

Quru ruhani ustadlar ardıcıllığı silsiləsinə mənsub olmalı və ruhani ustadından Vedaları lazımi səviyyədə dinləyib öyrənməlidir. Ümumiyyətlə, qurunun əsas əlaməti onun kamil fədai olmasıdır. Bu kifayətdir, quru Krişnanın təlimini təbliğ etməklə Ona xidmət edir.

Bob: Bəs Tanrı Çaitanya? O sizdən fərqlənən başqa cür quru idi?

Şrila Prabhupada: Yox, yox. Qurular müxtəlif ola bilməzlər. Quruların hamısı eyni cürdür.

Bob: Ancaq O… O, həm də mücəssəmə idi?

Şrila Prabhupada: Bəli. O, Krişnanın Özü idi, amma quru rolunda çıxış edirdi.

Bob: Hə… başa düşdüm.

Şrila Prabhupada: Yaxşı.

Bob: Bir də ki…

Şrila Prabhupada: Krişna Tanrıdır, O tələb edirdi:

sarva-dharman parityacya mam ekam şaranam vraca (Bq. 18.66)

«Bütün dinləri bir kənara qoy, sadəcə Mənə tapın». Lakin adamlar Onu başa düşmədilər. Ona görə Krişna quru sifətilə yenidən gəldi və adamlara Ona – Krişnaya necə tapınmağı öyrətdi.

Şyamasundara: Məgər O, «Bhaqavad-qita»da demirmi ki: «Mən ruhani ustadam»?

Şrila Prabhupada: Bəli. O, ilkin ruhani ustaddır, çünki Arcuna özünə ruhani ustad kimi Onu qəbul etmişdi. Burada çətin bir şey yoxdur. Şişyas te ham şadhi mam tvam prapannam (Bq. 2.7). Arcuna Tanrıya deyir: «Mən Sənin şagirdin və Sənə tapınmış canam. Xahiş edirəm, mənə yol göstər». Krişna ruhani ustad olmasaydı, Arcuna necə Onun şagirdi ola bilərdi? Krişna ilkin qurudur. Tene brahma hrida ya adi-kavaye: «Canlıların ilk yaranmışı olan Brahmaya veda biliyini ilk dəfə məhz O vermişdir» (ŞB 1.1.1). Deməli, O, ilkin qurudur.

Bob: Krişna?

Şrila Prabhupada: Bəli. O, ilkin qurudur. Ustadlar ardıcıllığında növbəti quru Onun şagirdi Brahmadır. Növbəti quru Brahmanın şagirdi Naradadır. Ondan sonrakı quru Naradanın şagirdi Vyasadır. Quru-parampara [ruhani ustadlar silsiləsi] bu yolla yaranıb. Evam parampara-praptam (Bq. 4.2): transsendent bilik şagird ardıcıllığı silsiləsi ilə verilir

Bob: Deməli, quru biliyi birbaşa Krişnadan deyil, şagird ardıcıllığı silsiləsilə alır? Siz birbaşa Krişnadan nəsə bir bilik alırsınızmı?

Şrila Prabhupada: Bəli. Krişnanın birbaşa Özündən gələn nəsihətlər var – «Bhaqavad-qita».

Bob: Başa düşürəm, lakin…

Şrila Prabhupada: Lakin onları şagird ardıcıllığı vasitəsilə öyrənmək lazımdır, əks halda, siz onları düzgün başa düşə bilməyəcəksiniz.

Bob: Bəs hal-hazırda siz Krişnadan birbaşa bilik almırsınız? Yoxsa o yalnız şagird ardıcıllığı vasitəsilə kitablardan gəlir?

Şrila Prabhupada: Bu iki üsul arasında fərq yoxdur. Tutaq ki, mən deyirəm: «Bax, bu, karandaşdır»; siz kiməsə başqasına deyirsiniz: «Bu, karandaşdır»; o da yenə kiməsə deyir: «Bu, karandaşdır», – onunla mənim öyrətdiklərimin arasında nə fərq var?

Bob: Sizin indi bunu bilməyinizin səbəbi Krişnanın mərhəməti deyilmi?

Şrila Prabhupada: Siz də Krişnanın mərhəmətindən yararlana bilərsiniz. Bir şərtlə ki, biz «Bhaqavad-qita»nı öyrədərkən etdiyimiz kimi, siz də bu biliyi başqalarına olduğu kimi çatdırasınız. Krişna «Bhaqavad-qita»da deyir:

sarva-dharman parityacya mam ekam şaranam vraca (Bq. 18.66)

«Bütün dinləri bir kənara qoy, sadəcə Mənə tapın». İndi biz də deyirik ki, siz hər şeyi bir kənara qoymalı və Krişnaya tapınmalısınız. Ona görə Krişnanın öyrətməsilə bizim öyrətməmiz arasında fərq yoxdur. Əgər siz biliyi belə kamil surətdə alırsınızsa, onda, demək olar ki, siz onu birbaşa Krişnanın Özündən almış olursunuz. Biz heç bir dəyişiklik etmirik.

Bob: Mən dərin inam və ehtiramla dua edərkən Krişna məni eşidirmi?

Şrila Prabhupada: Bəli.

Bob: Birbaşa?

Şrila Prabhupada: Bəli, çünki O, sizin qəlbinizdədir. O, sizi dua etsəniz də, etməsəniz də həmişə eşidir. Boş-boş şeylərlə məşğul olanda da O, sizi eşidir. Dua edirsinizsə, daha yaxşı. Davam edin.

Bob: Dualar mənasız sözlərdən daha yaxşı eşidilirmi?

Şrila Prabhupada: Xeyr. O, kamildir. O, hər şeyi eşidir. Hətta siz heçnə deməyib, sadəcə «mən belə edəcəyəm» düşünəndə də O, sizi eşidir. Sarvasya çaham hridi sanniviştah: Krişna hər kəsin ürəyindədir.

Bob: Lakin dua etmək lazımdır, elə deyilmi?

Şrila Prabhupada: Bəli, dua etmək onun vəzifəsidir. Bob: Kimin vəzifəsidir?

Şrila Prabhupada: Hər bir canlı varlığın. Bu hər bir kəsin yeganə vəzifəsidir. Eko bahunam yo vidadhati kaman (Katha Upanişad 2.2.13). Vedalar belə deyir.

Bob: Nə deməkdir o?

Şrila Prabhupada: Uca Tanrı hamını hər şeylə təchiz edir. O, hamını qida ilə təmin edir. Deməli, O, bizim atamızdır. Belə olan halda, nə üçün Ona dua etməyəsiniz: «Ata, mənə filan şey ver». Xristianların müqəddəs kitabı Bibliyada olduğu kimi: «Ata, bizim ruzimizi yetir». Bu, yaxşıdır – onlar Ali Atanı qəbul edirlər. Lakin yaşlı uşaqlar atadan heç nə xahiş etməməlidirlər; əksinə, ona xidmət etməyə hazır olmalıdırlar. Buna bhakti (sədaqət) deyirlər.

Bob: Siz mənim suallarıma elə gözəl cavablar verirsiniz ki. (Hamı razılıq hissilə gülür.)

Şrila Prabhupada: Çox sağ olun.

Bob: Yenə sual verə bilərəmmi?

Şrila Prabhupada: Bəli, əlbəttə!