Kirtan
Onun Mərhəməti Kaviçandra Svami
Onun Mərhəməti B.B Qovinda Svami
(29 fevral, 1972-ci il, axşam)
Şyamasundara: Şrila Prabhupada, gündüz biz zahidlik haqqında danışdıq.
Şrila Prabhupada: Mm?
Şyamasundara: Əgər biz könüllü surətdə zahidlik etməsək, onda bunu məcburi surətdə etməli olacağıq.
Şrila Prabhupada: Elədir, ruhani ustadın rəhbərliyi altında onun göstərişlərinə… Siz zahidliklə məşğul olmağa meylli deyilsiniz, lakin ruhani ustad qəbul edib onun şagirdi olmağa könüllü razılıq versəniz, onun göstərişlərini mütləq yerinə yetirməlisiniz. Bu elə zahidlik deməkdir.
Şyamasundara: Hətta biz zahidliklə məşğul olmaq istəməsək belə, onu etməliyik.
Şrila Prabhupada: Bəli, etməlisiniz. Bir halda ki özünüzü ruhani ustada etibar etmisiniz, onun göstərişləri sizin üçün qanundur. Hətta xoşunuza gəlməsə belə, siz onlara əməl etməlisiniz. Məni məmnun etmək üçün.
ISKCON © Copyright 1966-2018, All rights reserved
Son Şərhlər