Bhaqavad-gita – BİRİNÇİ FƏSİL

Kurukşetra döyuş meydanında
orduların nəzərdən keşirilməsi

 

MƏTN 1

dhritaraştra uvaça

dharma-kşetre kuru-kşetre

samaveta yuyutsavah

mamakah pandavaş çaiva

kim akurvata sancaya

 

dhritaraştrah uvaça – şah Dhritaraştra dedi; dharma-kşetre – ziyarət yerində; kuru-kşetre – Kurukşetra adlanan yerdə; samavetah – toplaşan; yuyutsavah – döyuşmək istəyi ilə; mamakah – tərəfdarlarım (oğullar); pandavah – Pandunun oğulları; ça – və; eva – hökmən; kim – nə; akurvata – onlar etdilər; sancaya – ey Sancaya.

Dhritaraştra dedi: Ey Sancaya, mənim oğullarımla Pandunun oğulları döyuşmək məqsədilə Kurukşetra ziyarətgahına toplaşıb nə etdilər?

İZAHI: Bhaqavad-gita geniş oxunulan teist elmi əsərdir. Onun xulasəsi Gita-mahatmya (Gitanın mədhi) kitabında verilmişdir. Orada deyilir ki, insan Bhaqavad-gitanı Şri Krişnanın fədaisinin köməyilə əsaslı surətdə öyrənməli, onu istədiyi kimi yozmadan anlamağa çalışmalıdır. Bhaqavad-gitanı dəqiq anlamağın yolu onun özundə, Gitanı Tanrının Özundən eşitmiş Arcunanın timsalında göstərilir. Bhaqavad-gitanı şagird ardıcıllığı ilə ötürüldüyü kimi, yozmadan anlamaq insana nəsib olarsa, onun biliyi bütün Veda müdrikliyindən və dünyanın bütün muqəddəs kitablardan alacağı bilikdən də üstün olacaq. Bütün başqa müqəddəs kitablarda olan, eləcə də oxucunun heç yerdə rast gəlməyəcəyi şeyləri Bhaqavad-gitada tapmaq olar. Gitanın səciyyəvi xususiyyəti bundan ibarətdir. Bu mukəmməl teist elmdir, çunki onu bilavasitə Allahın Ali Şəxsiyyəti Şri Krişnanın Özu vermişdir.

Dhritaraştra ilə Sancayanın Mahabharatada təsvir edilən söhbəti bu böyuk fəlsəfənin əsas prinsipini təşkil edir. Bu fəlsəfə Veda dövrünün əvvəlindən ziyarətgah olan muqəddəs torpaqda – Kurukşetra döyuş meydanında izhar edilmişdir. Bəşəriyyətə yol göstərmək uçun planetimizdə şəxsən olduğu zaman,Tanrının Özu onu söyləmişdir.

Kurukşetra döyuş meydanında Ulu Tanrı Arcunanın tərəfində olduğu uçun dharma-kşetra (dini ayinlər icra olunan yer) sözu böyük əhəmiyyət kəsb edir. Kuruların atası Dhritaraştra öz oğullarının qalib gələcəyinə o qədər də inanmırdı. O şubhə içində köməkçisi Sancayadan soruşur: “Onlar nə etdilər?” O bilirdi ki, onun oğulları ilə kiçik qardaşı Pandunun oğulları Kurukşetra meydanında həlledici döyüş üçün toplaşıblar. Bununla belə, bu sual çox əhəmiyyətlidir. O əmoğlular arasında sazişə razı deyildi, lakin eyni zamanda da öz övladlarının taleyindən arxayın olmaq istəyirdi. Vedalarda Kurukşetra çölünün, hətta səma sakinlərinin də sitayiş yeri olduğu göstərilir və döyüşün də məhz orada keçirilməsi qərara alınmışdı. Buna görə də bu muqəddəs yerin döyüşün nəticəsinə təsir edəcəyindən narahat olan Dhritaraştra Arcuna və onun qardaşlarının mömin təbiətli olduqlarından bu təsirin onlar üçün əlverişli olacağını yaxşı bilirdi. Sancaya Vyasanın şagirdi olduğu üçün onun mərhəməti ilə hətta Dhritaraştranın otağında ola-ola Kurukşetra döyüş meydanını görmək qabiliyyətinə malik idi. Bunu bildiyi üçün də Dhritaraştra döyüş meydanındakı vəziyyəti ondan xəbər alır.

Burada Dhritaraştranın niyyəti aşkar olur: həm Pandular, həm də onun oğulları bir ailəyə mənsub olsalar da, o qəsdən yalnız öz oğullarını Kuru adlandırır, Pandunun oğullarını isə ailə varisliyindən kənar edir. Beləliklə, Dhritaraştranın öz qardaşı oğullarına (Pandunun oğulları) xüsusi munasibəti uzə çıxır. Düyü zəmisi alaq otlarından təmizləndiyi kimi, dinin atası Şri Krişnanın iştirak etdiyi muqəddəs Kurukşetra çölündə də Dhritaraştranın oğlu Duryodhana kimi alaq otlarının məhv ediləcəyi, Yudhişthiranın rəhbərlik etdiyi həqiqi dindar insanların isə Tanrının köməyilə qələbə çalacaqları hekayətin əvvəlindən hiss edilir. Dharma-kşetrekuru-kşetre sözləri tarixi və Veda mədəniyyəti baxımından əhəmiyyətli olmaqla bərabər bu cür məna kəsb edir.

 

MƏTN 2

sancaya uvaça

driştva tu pandavanikam

vyudham duryodhanas tada

açaryam upasanqamya

raca vaçanam abravit

 

sancayah uvaça – Sancaya dedi; driştva – görərək; tu – lakin; pandava-anikam – Pandavaların döyüşçülərini; vyudham – hərbi falanqalara düzülmüş; duryodhanah – şah Duryodhana; tada – bu zaman; açaryam – müəllim; upasanqamya – yaxınlaşaraq; raca – şah; vaçanam – sözlər; abravit – dedi.

Sancaya dedi: Şahım, şah Duryodhana Panduların düzdüyü qoşunu nəzərdən keçirib öz ustadına yaxınlaşdı və ona bu sözlərlə müraciət etdi:

İZAHI: Dhritaraştra anadangəlmə kor idi. Bədbəxtlikdən o, ruhi görmə qabiliyyətindən də məhrum idi. O öz oğullarının dini cəhətdən eyni dərəcədə kor olduqlarını çox yaxşı bilirdi və anadangəlmə mömin olan Pandavalarla onların heç vaxt dil tapa bilməyəcəklərinə əmin idi. O, ziyarətgahın döyüşün nəticəsinə təsir edəcəyindən narahat idi; Sancaya onun döyüş meydanındakı vəziyyəti xəbər almasının səbəbini anlayırdı. O, ruhdan düşmüş şahı ürəkləndirmək məqsədilə müqəddəs yerin təsirinə baxmayaraq, onun oğullarının heç bir saziş bağlamaq fikrində olmadıqlarını xəbər verir. Buna görə də Sancaya şaha Duryodhananın Pandavaların hərbi qüvvələrini gözdən keçirdikdən sonra vəziyyəti xəbər vermək üçün dərhal baş sərkərdə Dronaçaryanın yanına gəldiyini deyir. Bu beytdə deyildiyi kimi, Duryodhana şah olsa da, vəziyyətin ciddiliyi onu sərkərdənin yanına getməyə məcbur etdi. Buradan onun yaxşı siyasətçi olduğu aydın olur. Lakin bir diplomat kimi zahiri parlaqlığına baxmayaraq Duryodhana Pandavaların hərbi qaydada düzülmüş döyüşçülərini gördükdə keçirdiyi qorxunu gizlədə bilmirdi.

 

MƏTN 3

paşyaitam pandu-putranam

açarya mahatim çamum

vyudham drupada-putrena

tava şişyena dhimata

 

paşya – bax; etam – bu; pandu-putranam – Pandunun oğullarına; açarya – ey müəllim; mahatim – böyük; çamum – hərbi güvvə; vyudham – cərgəyə düzülmüş; drupada-putrena – Drupadanın oğlu tərəfindən; tava – sənin; şişyena – şagird; dhi-mata – çox dərrakəli.

Ustad, Panduların böyük ordusuna bax, gör sənin istedadlı şagirdin Drupadanın oğlu onları necə düzüb.

İZAHI: Böyük siyasətçi Duryodhana ulu brahmana və baş sərkərdə Dronaçaryaya onun səhvlərini göstərmək istəyirdi. Dronaçarya ilə Arcunanın qayınatası şah Drupada arasında siyasi küsüşmə baş vermişdi. Bunun nəticəsində Drupada Dronaçaryanı öldürə biləcək oğul arzusu ilə böyük qurban mərasimi keçirərək xeyir-dua almışdı. Dronaçarya bunu çox yaxşı bilirdi. Lakin Drupadanın oğlu Dhriştadyumna hərbi təhsil almaq üçün ona həvalə edildikdə, comərd brahmana olduğuna görə tərəddüd etmədən öz bütün hərbi sirlərini ona öyrətmişdi. İndi isə Kurukşetra döyüş meydanında Dhriştadyumna Pandavaların tərəfində idi və hərbi falanqaları, məhz o, bu sənəti Dronaçaryadan öyrənib düzmüşdü. Duryodhana Dronaçaryanın döyüşdə ayıq və əzmli olması üçün onun bu səhvinə işarə edirdi. Bununla o həm də qeyd etmək istəyirdi ki, Dronaçarya sevimli şagirdləri olan Pandavalara qarşı üzgörənlik etməməlidir. Arcuna onlardan ən sevimlisi və bacarıqlısı idi. Duryodhana belə üzgörənliyin döyüşdə məğlubiyyətlə nəticələnəcəyini xəbərdar edirdi.

 

MƏTN 4

atra şura maheşv-asa

bhimarcuna-sama yudhi

yuyudhano virataş ça

drupadaş ça maha-rathah

 

atra – burada; şurah – qəhrəmanlar; maha-işu-asah – mahir oxatanlar; bhima-arcuna – Bhimaya və Arcunaya; samah – bərabər; yudhi – döyüşdə; yuyudhanah – Yuyudhana; viratah – Virata; ça – həmçinin; drupadah – Drupada; ça – həmçinin; maha-rathah – böyük döyüşçü.

Bu orduda döyüşdə hər biri Bhimaya və Arcunaya bərabər olan çoxlu cəsur oxatanlar var; orada Yuyudhana, Virata və Drupada kimi böyük döyüşçülər də var.

İZAHI: Hərbi işdə mahir olan Dronaçarya üçün Dhriştadyumna çox da qorxulu olmasa da, orada ehtiyat edilməli çox adam var idi. Duryodhana qeyd edir ki, hər biri Bhima və Arcuna qədər təhlükəli olduğu üçün onlar qələbə yolunda böyük maneə ola bilərlər. Bhima və Arcunanın gücü ona məlum idi, buna görə də o digər döyüşçüləri onlarla müqayisə edir.

 

MƏTN 5

dhriştaketuş çekitanah

kaşiracaş ça viryavan

purucit kuntibhocaş ça

şaibyaş ça nara-punqavah

 

dhriştaketuh – Dhriştaketu; çekitanah – Çekitana; kaşiracah – Kaşiraca; ça – həmçinin; virya-van – böyük qüvvətə malik olan; purucit – Purucit; kuntibhocah – Kuntibhoca; ça – və; şaibyah – Şaibya; ça – və; nara-punqavah – insanlar arasında qəhrəman.

Onların arasında Dhriştaketu, Çekitana, Kaşiraca, Purucit, Kuntibhoca və Şaibya kimi böyük, şücaətli və qüdrətli döyüşçülər var.

 

MƏTN 6

yudhamanyuş ça vikranta

uttamaucaş ça viryavan

saubhadro draupadeyaş ça

sarva eva maha-rathah

 

yudhamanyuh – Yudhamanyu; ça – və; vikrantah – qüdrətli; uttamaucah – Uttamauca; ça – və; virya-van – böyük qüvvəyə malik olan; saubhadrah – Subhadranın oğlu; draupadeyah – Draupadinin oğulları; ça – və; sarve – hamısı; eva – hökmən; maha-rathah – gərdunə döyüşündə məharətli olanlar.

Qüdrətli Yudhamanyu, zəhmli Uttamauca, Subhadranın və Draupadinin oğulları da oradadırlar. Bütün bu döyüşçülər gərdunə döyüşündə çox məharətlidirlər.

 

MƏTN 7

asmakam tu vişişta ye

tan nibodha dvicottama

nayaka mama sainyasya

samqyartham tan bravimi te

 

asmakam – bizim; tu – lakin; vişiştah – olduqca qüdrətli; ye – hansı; tan – onları; nibodha – sadəcə olaraq nəzərə al; dvica-uttama – ey brahmanalardan ən yaxşısı; nayakah – sərkərdələr; mama – mənim; sainyasya – döyüşçülərin; samqya-artham – məlumat üçün; tan – onları; bravimi – mən deyirəm; te – sənə.

Ey brahmanaların ən yaxşısı, izn ver mənim hərbi qüvvələrimə başçılıq etmək üçün xüsüsilə yararlı olan sərkərdələr barədə sənə məlumat verim.

 

MƏTN 8

bhavan bhişmaş ça karnaş ça

kripaş ça samitim-cayah

aşvatthama vikarnaş ça

saumadattis tathaiva ça

 

bhavan – sən özün; bhişmah – dədə Bhişma; ça – həmçinin; karnah – Karna; ça – və; kripah – Kripa; ça – və; samitim-cayah – həmişə döyüşdən qalib çıxan; aşvatthama – Aşvatthama; vikarnah – Vikarna; ça – necə ki; saumadattih – Somadattanın oğlu; tatha – necə ki; eva – hökmən; ça – həmçinin.

Onların arasında sənin kimi həmişə döyüşlərdən qalib çıxan Bhişma, Karna, Kripa, Aşvatthama, Vikarna və Somadattanın oğlu Bhurişrava kimi döyüşçülər var.

İZAHI: Duryodhana döyüşlərdən həmişə qalib çıxan məşhur igidlərin adlarını çəkir. Vikarna Duryodhananın qardaşı; Aşvatthama Dronaçaryanın, Saumadatti, yaxud Bhurişrava isə Bahlikasın oğlu idi. Karna Arcunanın ana bir, ata ayrı qardaşı idi, çünki o, Kuntinin şah Pandu ilə kəbinindən əvvəl dünyaya gəlmişdi. Kripaçaryanın əkiz bacısı isə Dronaçaryaya ərə getmişdi.

 

MƏTN 9

anye ça bahavah şura

mad-arthe tyakta-civitah

nana-şastra-praharanah

sarve yuddha-vişaradah

 

anye – başqaları; ça – həmçinin; bahavah – külli miqdarda; şurah – igidlər; mat-arthe – məndən ötrü; tyakta-civitah – həyatlarını təhlükə altına qoymağa hazır olanlar; nana – çoxlu; şastra – silah; praharanah – ilə təchiz edilmiş; sarve – onların hamısı; yuddha-vişaradah – hərbi işdə mahir olanlar.

Orada məndən ötrü həyatını qurban verməyə hazır olan bir çox başqa igidlər də var. Onların hamısı müxtəlif silahlarla yaxşı silahlanmışlar və hərb elmində təcrübəlidirlər.

İZAHI: Cayadratha, Kritavarma və Şalya kimi başqalarına gəldikdə isə onlar Duryodhanadan ötrü həyatlarını qurban verməyə tam hazırdırlar. Başqa sözlə, günahlı Duryodhanaya qoşulduqlarına görə Kurukşetradakı döyüşdə onların hamısının həlak olacağı artıq həll olunmuşdu. Duryodhana isə, əlbəttə, yuxarıda adları sadalanan dostlarının birləşmiş qüvvələri hesabına qələbə çalacağına əmin idi.

 

MƏTN 10

aparyaptam tad asmakam

balam bhişmabhirakşitam

paryaptam tv idam eteşam

balam bhimabhirakşitam

 

aparyaptam – ölçüyə gəlməyən; tat – o; asmakam – bizlərdən; balam – qüvvə; bhişma – baba Bhişma tərəfindən; abhirakşitam – çox yaxşı müdafiə olunan; paryaptam – məhdud; tu – lakin; idam – bütün bunlar; eteşam – Pandavaların; balam – qüvvə; bhima – Bhima tərəfindən; abhirakşitam – səylə müdafiə olunan.

Bizim qüvvələrimizin həddi-hüdudu yoxdur, dədə Bhişma bizi çox yaxşı müdafiə edir; halbuki Pandavaların qüvvələri Bhima çox səylə müdafiə etsə də, məhduddur.

İZAHI: Burada Duryodhana qüvvələri müqayisəli surətdə qiymətləndirir. O, təcrübəli sərkərdə Bhişmanın rəhbərliyi altında olan ordusunun misilsiz gücə malik olduğunu düşünür, Bhişma ilə müqayisədə əhəmiyyətsiz görünən təcrübəsiz sərkərdə Bhimanın rəhbərliyi altında olan Pandavaların qüvvələrini məhdud hesab edirdi. Duryodhana məhz Bhimanın əlində öləcəyini bildiyi üçün ona nifrət edirdi. Lakin böyük sərkərdə Bhişmaya arxalandığı üçün o öz qələbəsinə əmin idi. Beləliklə onun çıxardığı bu nəticə çox yaxşı əsaslandırılmışdı.

 

MƏTN 11

ayaneşu ça sarveşu

yatha-bhaqam avasthitah

bhişmam evabhirakşantu

bhavantah sarva eva hi

 

ayaneşu – strateji mövqelərində; ça – həmçinin; sarveşu – hər yerdə; yatha-bhaqam – çünki onlar müxtəlif mövqelərdə yerləşirlər; avasthitah – yerləşən; bhişmam – dədə Bhişmaya; eva – hökmən; abhirakşantu – dayaq olmaq; bhavantah – siz; sarve – hamı müvafiq olaraq; eva hi – hökmən.

İndi siz hamınız ordu falanqalarında strateji mövqelərinizi tutub dədə Bhişmaya dayaq olmalısınız.

İZAHI: Duryodhana Bhişmanın şücaətini təriflədikdə düşündü ki, birdən başqaları elə bilərlər onlar az əhəmiyyətli sayılırlar, ona görə də özünəməxsus ustalıqla, yuxarıda deyilən sözlərin köməyilə vəziyyəti düzəltməyə çalışdı. O qeyd etdi ki, şücaətli olduğuna baxmayaraq, Bhişmadeva hər halda cavan deyil, buna görə hamı ona hər tərəfdən dayaq olmalıdır. O hər hansı bir istiqamətdə döyüşə qapılarsa, düşmən bundan istifadə edə bilər. Buna görə də düşmən falanqanı yara bilməsin deyə, digər döyüşçülər öz mövqelərində möhkəm dayanmalıdırlar. Duryodhana yaxşı başa düşürdü ki, Kuruların qələbəsi Bhişmadevanın döyüşdə iştirakından asılıdır. O, Bhişmadevanın və Dronaçaryanın döyüşdə iştirak edəcəklərinə tamamilə əmin idi, belə ki, böyük sərkərdələrin yığıncağında Arcunanın arvadı Draupadi zorla soyundurularkən kömək etmələri üçün onlara yalvardıqda, onlardan heç birinin bir kəlmə də demədiyi yaxşı yadında idi. Hər iki sərkərdənin Pandavalara bir qədər rəğbət bəslədiklərini bildiyinə baxmayaraq o, ötən oyunda olduğu kimi onların indi də öz hisslərini unudacaqlarına ümid edirdi.

 

MƏTN 12

tasya sancanayan harşam

kuru-vriddhah pitamahah

simha-nadam vinadyoççaih

şankham dadhmau pratapavan

 

tasya – onun; sancanayan – artan; harşam – gümrahlıq; kuru-vriddhah – Kuru sulaləsinin dədəsi (Bhişma); pitamahah – baba; simha-nadam – şir nəriltisinə bənzər səs; vinadya – titrəyən; uççaih – ucadan; şankham – çanaq; dadhmau – üfürdü; pratapa-van – casur.

Bu zaman Kuru sülaləsinin cəsur ağsaqqalı, döyüşcülərin dədəsi Bhişma çanağını ucadan çaldı və şir nəriltisinə bənzər səs Duryodhananın ürəyini sevinclə doldurdu.

İZAHI: Kuru sülaləsinin ağsaqqalı öz qardaşı nəvəsi Duryodhananın əhvalını yaxşı başa düşürdü. Qardaşı nəvəsinə canı yanan Bhişma onu ürəkləndirmək məqsədilə eyni zamanda özünün əbəs yerə şirə bənzədilmədiyini təsdiq emək üçün çanağını ucadan çaldı. Çanağın səs işarələrindən istifadə edərək o qardaşının sarsılmış nəvəsi Duryodhanaya dolayı yolla bildirdi ki, Ulu Tanrı Krişna rəqib tərəfdə olduğuna görə onun döyüşdə qələbə çalacağına güman yoxdur, eyni zamanda döyüşmək və bunun üçün heç bir səy əsirgəməmək onun vəzifəsidir.

 

MƏTN 13

tatah şankhaş ça bheryaş ça

panavanaka-qomukhah

sahasaivabhyahanyanta

sa şabdas tumulo ‘bhavat

 

tatah – bundan sonra; şankhah – çanaqlar; ça – həmçinin; bheryah – böyük təbillər; ça – və; panava-anaka – kiçik təbillər və nağaralar; qo-mukhah – şeypurlar; sahasa – hamısı gözlənilmədən; eva – hökmən; abhyahanyanta – bir vaxtda səsləndilər; sah – o; şabdah – birləşmiş səs; tumulah – qarışıq; abhavat – olur.

Bundan sonra gözlənilmədən bütün çanaqlar, böyüklü-kiçikli təbillər, nağaralar və şeypurlar vahiməli səs-küy yaratdılar.

 

MƏTN 14

tatah şvetair hayair yukte

mahati syandane sthitau

madhavah pandavaş çaiva

divyau şankhau pradadhmatuh

 

tatah – bundan sonra; şvetaih – ağ; hayaih – atlar; yukte – qoşulmuş; mahati – çox böyük; syandane – gərdunə; sthitau – yerləşmiş; madhavah – Krişna (bəxt ilahəsinin əri); pandavah – Arcuna (Pandunun oğlu); ça – həmçinin; eva – hökmən; divyau – transsendental; şankhau – çanaqlar; pradadhmatuh – səsləndilər.

Meydanın o biri başında Krişna ilə Arcuna ağ atlar qoşulmuş böyük arabada dayanaraq, öz transsendental çanaqlarını səsləndirdilər.

İZAHI: Bhişmadevanın çaldığı çanaqdan fərqli olaraq Krişna və Arcunanın əlindəki çanaqlar transsendental adlandırılmışdır. Tanrı Krişna Pandavaların tərəfində olduğu üçün çanaqların səsi rəqibin məğlubiyyətə məhkum olduğunu bildirirdi. Cayas tu pandu-putranam yeşam pakşe canardanah. Qələbə həmişə Pandunun öğulları kimi insanların tərəfindədir, çünki Ulu Tanrı Krişna onlarladır. Tanrı haradadırsa bəxt ilahəsi də oradadır, çünki o heç vaxt ərindən ayrılmır. Beləliklə Arcunanı qələbə və uğur gözləyirdi və Vişnunun, yənu Ulu Tanrı Krişnanın çanağının transsendental səsi bunu bildirdi. Bundan başqa, hər iki dostun əyləşdiyi arabanı Arcunaya Aqni (od tanrıçası) hədiyyə vermişdi, bu isə onu bildirirdi ki, onunla hər üç dünyada istənilən yeri fəth etmək olar.

 

MƏTN 15

pançacanyam hrişikeşo

devadattam dhanancayah

paundram dadhmau maha-şankham

bhima-karma vrikodarah

 

pançacanyam – Pançacanya adlı çanaq; hrişika-işah – Hrişikeşa (Tanrı Krişna, fədailərinin hisslərini idarə edən Ulu Tanrı); devadattam – Devadatta adlanan çanaq; dhanam-cayah – Dhanancaya (Arcuna, sərvətlər istilaçısı); paundram – Paundra adlanan çanaq; dadhmau – üfürdü; maha-şankham – böyük çanaq; bhima-karma – fövqəladə qoçaqlıqlar göstərən; vrika-udarah – doymaq bilməyən (Bhima).

Tanrı Krişna Öz Pançacanya adlanan çanağına, Arcuna öz Devadattasına, qeyri-adi igidliklər göstərən, yedikcə doymayan Bhima isə Paundra adlanan çanağına üfürdü.

İZAHI: Tanrı Krişna bütün hisslərin ağası olduğu üçün bu beytdə Hrişikeşa adlandırılır. Canlı varlıqlar Onun ayrılmaz hissəcikləri olduğu üçün canlı varlıqların hissləri də Onun hisslərinin ayrılmaz hissəsidir. İmpersonalistlər canlı varlıqların hisslərini izah edə bilmədiklərinə görə həmişə canlı varlıqları hissiz, yaxud şəxssiz kimi təsvir etməyə çalışırlar. Tanrı bütün canlı varlıqların ürəyində olub, onların hisslərini istiqamətləndirir. O, canlı varlıqları tapınmaqlarından asılı olaraq istiqamətləndirir, pak fədailərinin hisslərinə isə bilavasitə nəzarət edir. Kurukşetra döyüş meydanında Arcunanın transsendental hisslərinə bilavasitə nəzarət etdiyinə görə burada O, Hrişikeşa adlandırılır. Tanrının müxtəlif işlərinə müvafiq olaraq müxtəlif adları vardır. Məsələn, O, Madhu adlı iblisi öldürdüyü üçün Onu Madhusudana adlandırırlar. İnəklərə və hisslərə həzz verdiyi üçün Onu Qovinda adlandırırlar. Vasudevanın oğlu kimi təzahür etdiyi üçün Onu Vasudeva adlandırırlar. Devakini Öz anası kimi qəbul etdiyi üçün Onu Devaki-nandana adlandırırlar. Onu Yaşoda-nandana adlandırırlar, çünki O, Vrindavanada Öz uşaqlığını Yaşoda ilə keçirmişdir. Dostu Arcunanın gərdunəçisi olduğu üçün Onu Partha-sarathi adlandırırlar. Eləcə də Kurukşetra döyüş meydanında Arcunaya yol göstərdiyi üçün Onu Hrişikeşa adlandırırlar.

Arcuna bu beytdə Dhanancaya adlandırılır çünki o, böyük qardaşı şah Yudhişthiraya müxtəlif qurbanların icrası üçün lazım olan vəsaiti əldə etməyə kömək etmişdir. Eləcə də Bhima Vrikodara kimi məşhurdur, çünki iblis Hidimba üzərindəki qələbəsinə bənzər şücaətləri qədər onun iştahası da qeyri-adi idi. Beləliklə, Tanrının çanağından başlayaraq, Pandavaların tərəfdarlarının çaldığı bütün çanaqlar onların döyüşçülərini ruhlandırırdı. Digər tərəfin isə bu cür üstünlükləri yox idi. Nə ali idarəedici – Ulu Tanrı Krişna, nə də bəxt ilahəsi onlarla deyildi. Beləliklə, onların qisməti döyüşü uduzmaq idi. Çanaqların səsi bunu xəbər verirdi.

 

MƏTNLƏR 16 – 18

anantavicayam raca

kunti-putro yudhişthirah

nakulah sahadevaş ça

suqhoşa-manipuşpakau

 

kaşyaş ça parameşv-asah

şikhandi ça maha-rathah

dhriştadyumno virataş ça

satyakiş çaparacitah

 

drupado draupadeyaş ça

sarvaşah prithivi-pate

saubhadraş ça maha-bahuh

şankhan dadhmuh prithak prithak

 

ananta-vicayam – Ananta-vicaya adlanan çanaq; raca – şah; kunti-putrah – Kuntinin oğlu; yudhişthirah – Yudhişthira; nakulah – Nakula; sahadevah – Sahadeva; ça – və; suqhoşa-manipuşpakau – Suqhoşa və Manipuşpaka adlanan çanaqlar; kaşyah – Kaşının şahı (Varanasi); ça – və; parama-işu-asah – sərrast oxatan; şikhandi – Şikhandi; ça – həmçinin; maha-rathah – min nəfərə qarşı tək döyüşə bilən; dhriştadyumnah – Dhriştadyumna (şah Drupadanın oğlu); viratah – Virata (Pandavalar özlərinin kim olduqlarını gizlətdikləri zaman onlara sığınacaq vermiş şahzadə); ça – həmçinin; satyakih – Satyaki (Yuyudhana kimi o da Tanrı Krişnanın gərdunəçisi idi); ça – və; aparacitah – heç vaxt məğlub olmayan; drupadah – Pançalanın şahı Drupada; draupadeyah – Draupadinin oğulları; ça – həmçinin; sarvaşah – hamısı; prithivi-pate – ey şah; saubhadrah – Subhadranın oğlu Abhimanyu; ça – həmçinin; maha-bahuh – qoluqüvvəli; şankhan – çanaqlar; dadhmuh – üfürdü; prithak prithak – ayrı-ayrılıqda.

Kuntinin oğlu şah Yudhişthira Ananta-vicaya çanağına, Nakula və Sahadeva isə Sughoşa və Manipuşpaka çanaqlarına üfürdülər. Ey şah, böyük oxatan Kaşi şahı, qüdrətli döyüşçü Şikhandi, Dhriştadyumna, Virata, məğlubedilməz Satyaki, Drupada, Draupadinin oğulları, Subhadranın qoluqüvvəli oğlu və başqaları da öz çanaqlarına üfürdülər.

İZAHI: Sancaya şah Dhritaraştraya çox incə bir məharətlə işarə etdi ki, onun Pandavaları aldatmaq və öz oğullarını taxtda oturtmaq məqsədilə yeritdiyi ağılsız siyasət bir o qədər də tərifəlayiq deyil. Artıq bir çox əlamətlər bu böyük vuruşmada bütün Kuru sülaləsinin məhv olacağını göstərirdi. Burada nəslin ağsaqqalı Bhişmadan tutmuş Abhimanyu kimi nəvələrə və bir çox ölkələrin bu müharibədə iştirak edən şahlarınadək hamısı ölümə məhkum idilər. Bu faciənin səbəbi şah Dhritaraştra idi, çünki öz oğullarını bu siyasətə o şirnikləndirmişdi.

 

MƏTN 19

sa qhoşo dhartaraştranam

hridayani vyadarayat

nabhaş ça prithivim çaiva

tumulo ‘bhyanunadayan

 

sah – o; qhoşah – vibrasiya; dhartaraştranam – Dhritaraştranın oğulları; hridayani – ürəkləri; vyadarayat – qırıldı; nabhah – səma; ça – həmçinin; prithivim – yer üzü; ça – həmçinin; eva – hökmən; tumulah – hay-küylü; abhyanunadayan – gurlayaraq.

Bütün çanaqların səsi bir-birinə qarışaraq, yeri-göyü titrədən, arası kəsilməyən bir uğultuya çevrildi və Dhritaraştranın oğullarının ürəyini lərzəyə saldı.

İZAHI: Duryodhananın tərəfdarları öz çanaqlarına üfürdükdə, Pandavaların ürək sarsıntısı keçirdikləri heç yerdə deyilmir. Bu beytdə isə deyilir ki, Pandavaların çanaqlarının yaratdığı səsdən Dhritaraştranın oğullarının ürəkləri lərzəyə düşdü. Bu Pandavaların Tanrı Krişnaya olan inamından irəli gəlirdi. Ulu Tanrıya sığınmış insana ən böyük fəlakətlər belə qorxulu deyil.

 

MƏTN 20

atha vyavasthitan driştva

dhartaraştran kapi-dhvacah

pravritte şastra-sampate

dhanur udyamya pandavah

hrişikeşam tada vakyam

idam aha mahi-pate

 

atha – bunun ardınca; vyavasthitan – yerləşmiş; driştva – nəzər salan; dhartaraştran – Dhritaraştranın oğulları; kapi-dhvacah – bayrağında Hanumanın şəkli olan; pravritte – döyüşə hazır olan; şastra-sampate – oxlarını ataraq; dhanuh – yay; udyamya – götürüb; pandavah – Pandunun oğlu (Arcuna); hrişikeşam – Ulu Tanrı Krişnaya; tada – bu vaxt; vakyam – sözlər; idam – bu; aha – dedi; mahi-pate – ey şah.

Elə bu vaxt üstündə Hanumanın şəkli olan bayraq sancılmış gərdunəsində oturmuş Pandu oğlu Arcuna yayını götürüb ox atmağa hazırlaşdı. Şahım, Arcuna Dhritaraştranın hərbi qaydada düzülmüş oğullarına nəzər salıb Tanrı Krişnaya belə dedi.

İZAHI: Döyüşün başlanmasına az qalmışdı. Yuxarıdakı sözlərdən aydın olur ki, döyüş meydanında şəxsən Tanrı Krişnanın göstərişlərini əldə rəhbər tutan Pandavaların hərbi qüvvələrini gözlənilməz düzülüşdə gördükdə, Dhritaraştranın oğullarının ürəyini az-çox ümidsizlik bürüdü. Arcunanın bayrağındakı Hanumanın şəkli isə Pandavaların qələbəsinin digər əlaməti idi. Belə ki, Hanuman İlahi Ramanın Ravanaya qalib gəldiyi döyüşdə Ona kömək etmişdi. İndi isə həm Rama, həm də Hanuman Arcunanın gərdünəsində idilər və ona kömək edirdilər. Tanrı Krişna Ramanın Özüdür. İlahi Rama isə harada olursa-olsun Onun əbədi nökəri Hanuman və əbədi həyat yoldaşı – bəxt ilahəsi Sita da oradadır. Odur ki, Arcunanın düşmənlərdən qorxmağına səbəb yox idi. Bundan əlavə, hisslərin ağası Tanrı Krişna ona yol göstərmək üçün şəxsən orada idi. Beləliklə, hərb işində ən yaxşı məsləhətçilər Arcunanın sərəncamında idilər. Tanrının Öz əbədi fədaisi üçün yaratdığı bu əlverişli şərait qələbəyə zəmanət verirdi.

 

MƏTNLƏR 21 – 22

arcuna uvaça

senayor ubhayor madhye

ratham sthapaya me ‘çyuta

yavad etan nirikşe ‘ham

yoddhu-kaman avasthitan

 

kair maya saha yoddhavyam

asmin rana-samudyame

 

arcunah uvaça – Arcuna dedi; senayoh – orduların; ubhayoh – hər iki tərəfin; madhye – onların arasında; ratham – cəng arabası; sthapaya – rica edirəm saxla; me – mənim; açyuta – ey qüsursuz; yavat – hələlik; etan – bütün bunlar; nirikşe – qoy baxım; aham – mən; yoddhu-kaman – vuruşmaq istəyənlər; avasthitan – döyüş meydanında düzülənlər; kaih – kiminlə; maya – mənimlə; saha – birlikdə; yoddhavyam – döyüşəcəyəm; asmin – bunda; rana – mübarizə; samudyame – cəhd edərək.

Arcuna dedi: Ey qüsursuz, rica edirəm, gərdunəmi iki ordunun arasına sür, mən vuruşmaq arzusu ilə buraya toplaşanları, bu böyük döyüşdə kimlərlə vuruşacağımı görmək istəyirəm.

İZAHI: Tanrı Krişna Allahın Ali Şəxsiyyəti olduğuna baxmayaraq səbəbsiz mərhəməti sayəsində dostuna xidmət edirdi. Heç vaxt fədailərinə vəfasızlıq etmədiyinə görə burada Ona “qüsursuz” deyə müraciət olunur. Gərdunəçi kimi O, Arcunanın əmrlərini yerinə yetirməli idi və bunu etməkdən çəkinmədiyi üçün O, “qüsursuz” adlandırılır. Fədaisinin xatirinə gərdunəçi mövqeyini tutduğuna baxmayaraq, Onun ali mövqeyi şübhə doğurmurdu. Hər cür şəraitdə O, Allahın Ali Şəxsiyyəti, bütün hisslərin ağası Hrişikeşadır. Tanrı ilə xidmətçisi arasındakı münasibətlər çox xoş və transsendentaldır. Tanrının xidmətçisi daim Ona xidmət etməyə hazır olduğu kimi, Tanrı da Öz fədaisinə hər hansı bir xidmət göstərməyə imkan axtarır. Pak fədai üstün mövqe tutub Tanrıya əmr etdikdə Tanrı Özü əmr etdiyi zaman aldığı həzzdən daha çox həzz alır. Ali Hökmdar olduğuna görə hamı Ona tabedir və heç kəs Ondan yüksək mövqe tutmadığı üçün Ona əmr verə bilməz. Tanrı hər cür şəraitdə qüsursuz hökmdardır. Lakin pak fədailər Ona əmr verdikdə O, transsendental həzz alır.

Arcuna pak fədai olduğu üçün öz əmisi oğulları ilə döyüşmək istəmirdi. Lakin o, sülh danışıqlarına heç vaxt razı olmayan Duryodhananın tərsliyi üzündən döyüş meydanına gəlməyə məcbur olmuşdu. Bu səbəbdən o, döyüş meydanında aparıcı şəxslərin kim olduqlarını görmək istəyirdi. Döyüş meydanında sülh sazişi bağlamağa cəhd etmək mümkün deyildi. Arcuna sadəcə olaraq onlara bir də baxmaq və bu arzuolunmaz müharibədə iştirak etməyə nə qədər meylli olduqlarını görmək istəyirdi.

 

MƏTN 23

yotsyamanan avekşe ‘ham

ya ete ‘tra samaqatah

dhartaraştrasya durbuddher

yuddhe priya-çikirşavah

 

yotsyamanan – döyüşməli olanlar; avekşe – qoy baxım; aham – mən; ye – kim; ete – onlar; atra – burada; samaqatah – toplaşanlar; dhartaraştrasya – Dhritaraştranın oğluna görə; durbuddheh – bədniyyət; yuddhe – döyüşdə; priya – yaxşı; çikirşavah – arzulayaraq.

İzin ver Dhritaraştranın bədniyyət oğlunu razı salmaq üçün buraya vuruşmağa toplaşanlara nəzər salım.

İZAHI: Duryodhananın öz atası Dhritaraştra ilə birlikdə kinli planlar qurub Pandavaların şahlığını ələ keçirmək istəyi hamıya məlum idi. Deməli, Duryodhananın tərəfdarlarının hamısı “bir yuvanın quşu” idilər. Arcuna döyüş meydanında döyüşdən qabaq onlara sülh danışıqları təklif etmək məqsədilə deyil, kim olduqlarını bilmək üçün baxmaq istəyirdi. Krişna yanında olduğuna görə qələbəsinə tam əmin olsa da, o toqquşacağı qüvvəni qiymətləndirmək üçün onlara nəzər salmaq istəyirdi.

 

MƏTN 24

sancaya uvaça

evam ukto hrişikeşo

qudakeşena bharata

senayor ubhayor madhye

sthapayitva rathottamam

 

sancayah uvaça – Sancaya dedi; evam – beləliklə; uktah – müraciət etdi; hrişikeşah – Tanrı Krişna; qudakeşena – Arcuna tərəfindən; bharata – ey Bharata övladı; senayoh – orduların; ubhayoh – hər ikisinin; madhye – ortasında; sthapayitva – yerləşdirib; ratha-uttamam – olduqca gözəl gərdunə.

Sancaya dedi: Ey Bharata övladı, Tanrı Krişna Arcunanın xahişi ilə yaraşıqlı gərdunəni sürüb iki ordu arasında saxladı.

İZAHI: Bu beytdə Arcuna Qudakeşa adlandırılır. Qudaka yuxu deməkdir. Yuxuya qalib gələn adama isə qudakeşa deyirlər. Yuxu həm də cəhalət deməkdir. Arcuna Krişna ilə dostluq etdiyinə görə həm yuxuya, həm də cəhalətə qalib gəlmişdi. O, Tanrının böyük fədaisi olduğu üçün bir an belə Onu unuda bilmirdi. Bu, fədainin təbiətinə xasdır. Tanrının fədaisi istər yuxuda, istərsə də oyaq olanda daim Krişnanın adı, forması, keyfiyyətləri və əyləncələri barədə düşünür. Beləliklə həmişə Krişnanı düşünməklə fədai həm yuxuya, həm də cəhalətə qalib gələ bilər. Bu, Krişna şüuru, yaxud samadhi adlanır. Krişna Hrişikeşa, yəni hər bir canlı varlığın hisslərinin və ağlının hökmdarı olduğu üçün Krişna Arcunanın gərdunəni iki ordu arasında saxlatmaqda məqsədini bilirdi. O belə də etdi və dedi.

 

MƏTN 25

bhişma-drona-pramukhatah

sarveşam ça mahi-kşitam

uvaça partha paşyaitan

samavetan kurun iti

 

bhişma – dədə Bhişma; drona – ustad Drona; pramukhatah – qarşıda; sarveşam – hamı; ça – həmçinin; mahi-kşitam – dünyanın hökmdarları; uvaça – dedi; partha – ey Prithanın oğlu; paşya – bir nəzər sal; etan – onların hamısı; samavetan – toplaşanlar; kurun – Kuru sülaləsinin üzvləri; iti – beləliklə.

Bhişmanın, Dronanın və dünyanın bütün hökmdarlarının qarşısında Tanrı dedi: Partha, buraya toplaşan Kurulara nəzər sal.

İZAHI: Tanrı Krişna bütün canlı varlıqların Yüksək Canı olduğu üçün Arcunanın ağlında baş verənləri bilirdi. Elə Hrişikeşa sözü də Onun hər şeyi bildiyini göstərir. Arcunaya aid olan Partha, yəni Kuntinin – Prithanın oğlu sözü də böyük əhəmiyyət kəsb edir. Krişna bir dost kimi Arcunaya bildirmək istəyirdi ki, bibisi Prithanın oğlu olduğuna görə onun gərdunəçisi olmağa razılaşmışdı. Burada Krişna “Kurulara nəzər sal” sözləri ilə nə demək istəyirdi? Arcuna döyüşdən imtina etmək istəyirdimi? Krişna heç vaxt bibisi Prithanın oğlundan belə hərəkət gözləmirdi. Beləliklə, Ulu Tanrı dostcasına və zarafatyana tərzdə Arcunanın fikirlərinin Ona bəlli olduğunu bildirdi.

 

MƏTN 26

tatrapaşyat sthitan parthah

pitrin atha pitamahan

açaryan matulan bhratrin

putran pautran sakhims tatha

şvaşuran suhridaş çaiva

senayor ubhayor api

 

tatra – orada; apaşyat – o görə bildi; sthitan – dayanan; parthah – Arcuna; pitrin – atalar; atha – həmçinin; pitamahan – babalar; açaryan – müəllimlər; matulan – dayılar; bhratrin – qardaşlar; putran – oğullar; pautran – nəvələr; sakhin – dostlar; tatha – həm də; şvaşuran – qayınatalar; suhridah – xeyirxahlar; ça – həmçinin; eva – əlbəttə; senayoh – orduların; ubhayoh – hər iki tərəfdən; api – daxil olmaqla.

Arcuna hər iki orduda ata-babalarını, müəllimlərini, dayılarını, qardaşlarını, oğullarını, nəvələrini, dostlarını, həmçinin qayınatasını və xeyirxahlarını gördü.

İZAHI: Döyüş meydanında Arcuna bütün qohumlarını gördü. O, atasının yaşıdı Bhurişravanı, ağsaqqal Bhişma və Somadattanı, müəllimləri Dronaçarya və Kripaçaryanı, dayıları Şalya və Şakunini, Duryodhananı və digər əmisi oğlanlarını, oğlu Lakşmananı və digər oğullarını, Aşvatthama kimi dostlarını, Kritavarma kimi xeyirxahlarını və başqalarını gördü. Hər iki tərəfdə onun çoxlu dostları var idi.

 

MƏTN 27

tan samikşya sa kaunteyah

sarvan bandhun avasthitan

kripaya parayavişto

vişidann idam abravit

 

tan – onların hamısı; samikşya – görərək; sah – o; kaunteyah – Kuntinin oğlu; sarvan – hər cür; bandhun – qohumlar; avasthitan – düzülmüş; kripaya – mərhəmətlə; paraya – yüksək dərəcəli; aviştah – dolu olan; vişidan – kədərlənərək; idam – beləliklə; abravit – dedi.

Kuntinin oğlu Arcuna dostlarını və qohumlarını gördükdə ürəyi mərhəmətlə doldu və dedi.

 

MƏTN 28

arcuna uvaça

driştvemam sva-canam krişna

yuyutsum samupasthitam

sidanti mama qatrani

mukham ça parişuşyati

 

arcunah uvaça – Arcuna dedi; driştva – görüb; imam – bütün bu; sva-canam – qohumlar; krişna – ey Krişna; yuyutsum – hamısı döyüş əhval-ruhiyyəsində; samupasthitam – iştirak edənlər; sidanti – titrəyir; mama – mənim; qatrani – bədən üzvləri; mukham – ağız; ça – həmçinin; parişuşyati – quruyur.

Arcuna dedi: Əzizim Krişna, qarşımda dostlarımı və qohumlarımı bu cür döyüş əhval-ruhiyyəsində gördükdə, bədənimin əsdiyini, ağzımın quruduğunu hiss edirəm.

İZAHI: Tanrıya həqiqi sədaqəti olan insan ilahi şəxsiyyətlərin, yaxud tanrıçaların bütün məziyyətlərinə malikdir, halbuki fədai olmayan adam təhsildə və mədəniyyətdə əldə etdiyi bütün maddi uğurlarına baxmayaraq, ilahi keyfiyyətlərə malik deyil. Arcuna bir-biri ilə vuruşmağı qərara almış qohumlarını, dostlarını və yaxınlarını döyüş meydanında gördükdə dərhal ürəyi şəfqətlə doldu. Əvvəlcə onun yalnız öz döyüşçülərinə ürəyi yanırdı, indi isə əks-tərəfdəkilərin ölümünün labüd olduğunu gördükdə, onlara da yazığı gəldi. Bu cür fikirlərdən onun bədəni əsdi və ağzı qurudu. Onların döyüş əhval-ruhiyyəsini gördükdə o heyrətə gəlmişdi. Əslində, bütün icma – Arcunanın bütün qohumları onunla vuruşmağa gəlmişdilər. Bu Arcuna kimi xeyirxah fədaini sarsıtmışdı. Burada qeyd edilmədiyinə baxmayaraq, asanlıqla təsəvvür etmək olar ki, Arcunanın nəinki bədəni əsir və ağzı quruyurdu, o hətta canıyananlıqdan ağlayırdı. Bu Arcunanın zəifliyi yox, Tanrının pak fədaisinə xas olan ürəyiyumşaqlığının əlaməti idi. Şrimad-Bhaqavatamda (5.18.12) deyilir:

yasyasti bhaktir bhaqavaty akinçana

sarvair qunais tatra samasate surah

harav abhaktasya kuto mahad-quna

mano-rathenasati dhavato bahih

 

“Allahın Şəxsiyyətinə sarsılmaz sədaqəti olan insan tanrıçaların bütün məziyyətlərinə malikdir. Tanrı fədaisi olmayan adamın keyfiyyətləri isə maddi olub bir o qədər dəyərli deyildir. Çünki o, əqli səviyyədədir və maddi enerjinin cazibəsi qarşısında acizdir.”

 

MƏTN 29

vepathuş ça şarire me

roma-harşaş ça cayate

qandivam sramsate hastat

tvak çaiva paridahyate

 

vepathuh – bədənin titrəməsi; ça – həmçinin; şarire – bədən üzərində; me – mənim; roma-harşah – tükkləri biz-biz olur; ça – həmçinin; cayate – yeri var; qandivam – Arcunanın kamanı; sramsate – sürüşüb düşmək; hastat – əlindən; tvak – dəri; ça – həmçinin; eva – hökmən; paridahyate – yanır.

Bütün cismim titrəyir və tüklərim biz-biz olur. Qandiva yayım əlimdən sürüşüb düşür və bədənim od tutub yanır.

İZAHI: Bədənin titrəməsi və tüklərin biz-biz durması iki səbəbdən – insan böyük ruhi vəcdə gəldikdə, yaxud hər hansı maddi şəraitin təsiri altında böyük qorxu hissi keçirdikdə ola bilər. Transsendental dərketmə səviyyəsinə nail olmuş insan üçün qorxu mövcud deyil. Arcunanın halında baş verən dəyişikliklər isə maddi qorxunun, yəni həyatını itirmək qorxusunun əlamətləri idi. Digər əlamətlər də bunu təsdiq edirdi: o elə həyacanlanmışdı ki, məşhur Qandiva yayı əlindən sürüşüb düşür və qəlbi alovlandığı üçün ona elə gəlirdi ki, bədəni də od tutub yanır. Bütün bunlar həyat barədə maddi təsəvvürlərin nəticəsi idi.

 

MƏTN 30

na ça şaknomy avasthatum

bhramativa ça me manah

nimittani ça paşyami

viparitani keşava

 

na – deyil; ça – həmçinin; şaknomi – bacararammı; avasthatum – qalmaq; bhramati – unudaraq; iva – necə; ça – və; me – mənim; manah – ağıl; nimittani – səbəblər; ça – həmçinin; paşyami – mən görürəm; viparitani – tamamilə əks; keşava – ey iblis Keşini öldürən (Krişna).

Mən artıq burada qala bilmirəm, özümü itirmişəm və ağlım dumanlanır. Ey iblis Keşini məhv etmiş Krişna, mən irəlidə yalnız fəlakət görürəm.

İZAHI: Arcuna o qədər təlaş içində idi ki, artıq döyüş meydanında qala bilmirdi. Ağlı zəiflədiyi üçün o özünü itirmişdi. Maddi şeylərə həddən artıq bağlılıq adamı karıxdırır. Bhayam dvitiya abhiniveşatah syat. “Maddi şəraitlərdən həddən artıq asılı olan adam qorxu hissi keçirir və ağlının tarazlığını itirir.” (ŞB 11.2.37)

Arcuna döyüş meydanında yalnız bədbəxtliklər görürdü və o hətta düşmənə qalib gəlsə də xoşbəxt olmayacaqdı. Burada nimittani viparitani sözləri əhəmiyyət kəsb edir. Ümidlərinin boşa çıxdığını görən insan “Mən nə üçün buradayam?” – deyə düşünür. Hamı özü ilə, öz əmin-amanlığı ilə maraqlanır. Ali Şəxsiyyət heç kəsi maraqlandırmır. Krişnanın iradəsi ilə Arcuna özünün əsl mənafeyinə laqeydlik göstərir. İnsanın əsl mənafeyi Vişnuda, yəni Krişnadadır. Şərtləndirilmiş can bunu unutduğu üçün maddi iztirablar keçirir. Arcuna bu döyüşdə çalacağı qələbənin yalnız qəm-qüssə gətirəcəyini zənn edirdi.

 

MƏTN 31

na ça şreyo ‘nupaşyami

hatva sva-canam ahave

na kankşe vicayam krişna

na ça racyam sukhani ça

 

na – deyil; ça – həmçinin; şreyah – fayda; anupaşyami – qabaqcadan görürəm; hatva – öldürülməsindən; sva-canam – öz qohumlarımızın; ahave – döyüşdə; na – deyil; kankşe – arzulayırammı; vicayam – qələbə; krişna – ey Krişna; na – deyil; ça – həmçinin; racyam – şahlıq; sukhani – bundan gələn xoşbəxtlik; ça – həmçinin.

Qohumlarımın məhv olacağı bu döyüş yaxşı nə verə bilər? Əzizim Krişna, mənə bunun bahasına qazanılan qələbə, şahlıq və xoşbəxtlik lazım deyil.

İZAHI: Şərtləndirilmiş canlar insanın əsl mənafeyinin Vişnuda (yəni Krişnada) olduğunu bilmədikləri üçün cismani münasibətlərə aludə olur və bu cür şəraitdə xoşbəxt olacaqlarına ümid edirlər. Həyat barədə yanlış təsəvvürü olan bu adamlar unudurlar ki, maddi xoşbəxtliyin də səbəbi Krişnadır. Arcuna hətta kşatriyanın əxlaq kodeksini də unutmuşdu. Deyilir ki, iki cür şəxslər nəhəng və gözqamaşdırıcı Günəş planetinə düşməyə qadirdirlər: bilavasitə döyüş meydanında Krişnanın əmri ilə vuruşaraq həlak olan kşatriyalar və özünü bütünlükdə ruhi inkişafa həsr etmiş, tərki-dünya həyat tərzi sürən şəxslər. Arcuna nəinki öz qohumlarını, hətta düşmənlərini belə öldürmək istəmirdi. Həmin anda ac olmadığı üçün xörək hazırlamaq istəməyən adam kimi, o da fikirləşirdi ki, qohumlarını öldürsə xoşbəxt ola bilməyəcək. Buna görə də döyüşmək istəmirdi. O, meşəyə getməyi, qəm-qüssə içində tənha yaşamağı qərara alır. Ancaq bir kşatriya kimi dolanmaq üçün onun şahlığa ehtiyacı vardı, çünki kşatriyaların başqa peşəsi yoxdur. Lakin Arcunanın şahlığı yox idi. Arcunanın əmisi oğlanları ilə vuruşması və atasından irs qalmış şahlığı geri alması ona sahib olmaq üçün yeganə yol idi, o isə bunu etmək istəmirdi. Buna görə o meşəyə getməyi, orada qəm-qüssə içində tənha yaşamağı düşünürdü.

 

MƏTNLƏR 32 – 35

 

kim no racyena qovinda

kim bhoqair civitena va

yeşam arthe kankşitam no

racyam bhoqah sukhani ça

 

ta ime ‘vasthita yuddhe

pranams tyaktva dhanani ça

açaryah pitarah putras

tathaiva ça pitamahah

 

matulah şvaşurah pautrah

şyalah sambandhinas tatha

etan na hantum iççhami

qhnato ‘pi madhusudana

 

api trailokya-racyasya

hetoh kim nu mahi-krite

nihatya dhartaraştran nah

ka pritih syac canardana

 

kim – nə faydası; nah – bizə; racyena – şahlıq; qovinda – ey Krişna; kim – nə; bhoqaih – həzz; civitena – yaşayaraq; va – yaxud; yeşam – kimin; arthe – xatirinə; kankşitam – arzu edilən idi; nah – bizim; racyam – şahlıq; bhoqah – maddi həzz; sukhani – tam xoşbəxtlik; ça – həmçinin; te – onların hamısı; ime – bunlar; avasthitah – düzülənlər; yuddhe – bu döyüş çölündə; pranan – həyatdan; tyaktva – imtina edərək; dhanani – var-dövlət; ça – həmçinin; açaryah – müəllimlər; pitarah – atalar; putrah – oğullar; tatha – həmçinin; eva – əlbəttə; ça – həmçinin; pitamahah – babalar; matulah – dayılar; şvaşurah – qayınatalar; pautrah – nəvələr; şyalah – kürəkənlər; sambandhinah – qohumlar; tatha – həmçinin; etan – bütün bunlar; na – heç vaxt; hantum – öldürmək; iççhami – arzu edirəmmi; qhnatah – öldürüldükdə; api – hətta; madhusudana – ey iblis Madhunu öldürən (Krişna); api – əgər; trai-lokya – üç dünyanın; racyasya – şahlığının; hetoh – əvəzinə; kim nu – nəinki; mahi-krite – torpaqdan ötrü; nihatya – öldürərək; dhartaraştran – Dhritaraştranın oğulları; nah – bizim; ka – nə; pritih – həzz; syat – onda olacaq; canardana – ey bütün canlı varlıqları qoruyub saxlayan.

Ey Qovinda, bu döyüş meydanında düzülmüş adamlardan ötrü arzuladığımız şahlıq, xoşbəxtlik və həyatın özü belə onların ölümündən sonra nəyə gərəkdir? Ey Madhusudana, müəllimlər, atalar, oğullar, babalar, dayılar, qayınatalar, nəvələr, kürəkənlər və başqa qohumlar həyatlarından və hər şeylərindən keçməyə razı olub qarşımda durublarsa, sağ qalım deyə onları öldürə bilərəmmi? Ey bütün varlıqların dayağı, nəinki bu planeti, hətta üç dünyanı versələr də mən onlarla vuruşa bilmərəm.

İZAHI: Arcuna Tanrı Krişnaya Qovinda deyə müraciət edir, çünki Krişna inəklərin və hisslərin həzz obyektidir. Bu mühüm sözü işlədərək Arcuna göstərir ki, Krişna onun hisslərini məmnun edə bilər. Qovinda bizim hisslərimizi məmnun etməyə borclu olmasa da, biz Qovindanın hisslərini məmnun etməyə çalışırıqsa, hisslərimiz də öz-özünə məmnun olur. Maddi dünyada hamı öz hisslərini məmnun etməyə çalışır və Allahdan da bunu istəyir. Tanrı isə canlı varlıqların hisslərini onların istəklərinə görə yox, əməllərinə müvafiq olaraq məmnun edir. Lakin insan başqa yol seçib öz hisslərinin əvəzinə Qovindanın hisslərini razı salmağa çalışırsa, onda Qovindanın mərhəmətilə onun bütün arzuları yerinə yetir. Burada Arcunanın nəslinə və ailə üzvlərinə dərin rəğbət bəsləməsinin səbəblərindən biri də onlara olan təbii şəfqət hissi idi. Buna görə də o, döyüşə hazır deyildi. Hamı öz var-dövlətini qohum-əqrabasına göstərmək istəyir, Arcuna da qorxurdu ki, döyüş meydanında onun bütün qohum-əqrabası öldürülərsə qələbədən sonra var-dövlətini bölə bilməyəcək. Bu, maddi həyata xas olan düşüncə tərzidir. Transsendental həyat isə fərqlidir. Fədai Tanrının arzularını yerinə yetirməyə can atır: Tanrı istəyərsə o, Tanrıya xidmət üçün bütün dünyanın sərvətini qəbul edər; əgər Tanrı istəməzsə, o bir qəpik də götürməz. Arcuna qohumlarını öldürmək istəmirdi, lakin onların öldürülməsi vacib idisə, o istəyirdi ki, Krişna Özü bunu etsin. Arcuna bilmirdi ki, Krişna onları döyüş meydanına toplaşmazdan əvvəl öldürüb, o isə Krişnanın əlində yalnız vasitədir. Bu sonrakı fəsillərdən aydın olur. Əsl Tanrı fədaisi olan Arcuna yaramaz əmisi oğullarından qisas almaq istəmirdi. Lakin Tanrının planına əsasən onlar öldürülməli idilər. Tanrı fədaisi ona pislik edən adamdan qisas almır, amma yaramazlar fədaiyə zərər yetirdikdə Tanrı buna dözmür. Tanrı Onu təhqir edən adamı bağışlaya bilər, ancaq O, fədaisinə pislik edən şəxsi bağışlamır. Arcuna yaramazları bağışlamaq istəsə də, Tanrı onları öldürməyi qərara almışdı.

 

MƏTN 36

papam evaşrayed asman

hatvaitan atatayinah

tasman narha vayam hantum

dhartaraştran sa-bandhavan

sva-canam hi katham hatva

sukhinah syama madhava

 

papam – günah; eva – hökmən; aşrayet – gələr; asman – bizə; hatva – öldürərək; etan – bütün bunlar; atatayinah – təcavüzkarlar; tasmat – buna görə; na – heç vaxt; arhah – qazanan; vayam – bizi; hantum – öldürmək; dhartaraştran – Dhritaraştranın oğulları; sa-bandhavan – dostlarla birlikdə; sva-canam – qohumlar; hi – hökmən; katham – necə; hatva – öldürərək; sukhinah – xoşbəxt; syama – biz olacağıq; madhava – ey bəxt ilahəsinin əri Krişna.

Təcavüzkar olsalar da, Dhritaraştranın oğullarını və dostlarımızı öldürsək günaha batacağıq. Biz onları öldürməməliyik. Bununla biz nəyə nail olacağıq, ey bəxt ilahəsinin sevgilisi, ey Krişna, qohumlarımızı öldürməklə axı biz necə xoşbəxt ola bilərik?

İZAHI: Vedalarda deyilir ki, təcəvüzkarlar altı cür olur: 1) zəhər verənlər, 2) ev yandıranlar, 3) silahla hücum edənlər, 4) başqasının mal-dövlətini oğurlayanlar, 5) başqasının torpağını zəbt edənlər, 6) başqasının arvadını qaçıranlar. Belə təcavüzkarlar dərhal öldürülməlidirlər və bu günah deyil. Hər bir adi adamın bu cür təcavüzkarları öldürməyə ixtiyarı var. Arcuna isə övliya təbiətli olduğu üçün onlarla övliya kimi rəftar etmək istəyirdi. Lakin bu cür hərəkət kşatriyaya yaraşmır. Doğrudur, ölkəni idarə edən şəxs möminliyi ilə seçilməlidir, ancaq o, ağciyər olmamalıdır. Məsələn, İlahi Rama o qədər övliya idi ki, insanlar Onun şahlığında (rama-racya) yaşamağa can atırdılar. Lakin İlahi Rama heç vaxt ağciyərlik etməmişdi. Ravana təcavüzkarlıq edərək Onun arvadı Sitanı qaçırdıqda, İlahi Rama ona dünya tarixində misli olmayan ibrət dərsi vermişdi. Arcunanın qarşısındakı təcavüzkarlara gəldikdə isə nəzərə almaq lazımdır ki, onlar adi təcavüzkar deyil, onun babası, müəllimləri, dostları, əmisi oğlanları və s. idilər. Buna görə də Arcuna fikirləşirdi ki, adi təcavüzkarlarla olduğu kimi onlara qarşı sərt tədbirlərə əl atmamalıdır. Bundan əlavə, övliya şəxslərə başqalarını əhv etmək məsləhət görülür. Övliya şəxslər üçün bu cür təlimatlar siyasi məqsədlə həyata keçirilən sərt tədbirlərdən daha vacibdir. Arcuna dini prinsiplərə və övliya əməllərinə əsaslanaraq qohumlarını əhv etməyi, onları siyasi səbəblər üzündən öldürməkdən üstün tuturdu. Buna görə o, müvəqqəti cismani xoşbəxtliyə çatmaq üçün bu cür qətlə ehtiyac olmadığını düşünürdü. Nəhayət, şahlığın və onun gətirdiyi həzzin müvəqqəti olduğunu bildiyi halda nə üçün qohumlarını öldürüb, həyatını və əbədi qurtuluşunu təhlükə altına qoymalıdır? Arcunanın Krişnaya Madhava, yəni bəxt ilahəsinin əri deyə müraciət etməsi də əhəmiyyət kəsb edir. O, Krişnaya demək istəyirdi ki, bəxt ilahəsinin əri olduğu halda, onu bədbəxtliyə aparan işə girişməyə məcbur etməməlidir. Krişna isə heç vaxt heç kimə, xüsusilə də Öz fədailərinə bədbəxtlik gətirmir.

 

MƏTNLƏR 37 – 38

yady apy ete na paşyanti

lobhopahata-çetasah

kula-kşaya-kritam doşam

mitra-drohe ça patakam

 

katham na qyeyam asmabhih

papad asman nivartitum

kula-kşaya-kritam doşam

prapaşyadbhir canardana

 

yadi – əgər; api – hətta; ete – onlar; na – deyil; paşyanti – görmək; lobha – tamahkarlıqdan; upahata – tutulmuş; çetasah – onların ürəkləri; kula-kşaya – ailə üzvlərini öldürərək; kritam – edilmiş; doşam – təqsir; mitra-drohe – dostlarla küsüşərək; ça – həmçinin; patakam – günahların əks-təsirləri; katham – nə üçün; na – deyil; qyeyam – məlumdur; asmabhih – bizim tərəfimizdən; papat – günahlardan; asmat – bunlar; nivartitum – dayandırmaq; kula-kşaya – sülalənin məhv edilməsində; kritam – edilib; doşam – cinayət; prapaşyadbhih – görə bilənlər tərəfindən; canardana – ey Krişna.

Ey Canardana, tamahkarlıqdan gözləri tutulmuş bu adamlar ailə üzvlərini öldürməkdə, yaxud dostlarla düşmənçilik etməkdə qəbahət görmürlərsə, qoy görməsinlər, bəs biz bunun günah olduğunu bilə-bilə nə üçün bu cür işlər tutmalıyıq?

İZAHI: Kşatriyanın rəqibi onu döyüşə, yaxud oyuna çağırdıqda çağırışı rədd etməməlidir. Arcunanı da Duryodhana döyüşə çağırdığı üçün o, çağırışı rədd edə bilməzdi. Bununla əlaqədar Arcuna qarşı tərəfin bu çür çağırışın nəticələrini görmədiyini düşünürdü. Lakin o, çağırışın pis nəticələrini gördüyü halda onu qəbul edə bilməzdi. Vəzifənin yerinə yetirilməsi yaxşı nəticə verirsə insan onu həyata keçirməli, əks halda isə ondan imtina etməlidir. Arcuna bu dəlillərin yaxşı və pis cəhətlərini ölçüb-biçib, vuruşmamağı qərara aldı.

 

MƏTN 39

kula-kşaye pranaşyanti

kula-dharmah sanatanah

dharme naşte kulam kritsnam

adharmo ‘bhibhavaty uta

 

kula-kşaye – ailəni məhv edərək; pranaşyanti – pozulur; kula-dharmah – ailə ənənələri; sanatanah – əbədi; dharme – din; naşte – dağılır; kulam – ailə; kritsnam – hamı; adharmah – dinsiz; abhibhavati – çevrilir; uta – deyilir.

Sülalənin dağılması nəticəsində ailənin əbədi ənənələri pozulur və beləliklə yerdə qalan ailə üzvləri dinsizliyə düçar olur.

İZAHI: Varnaşrama sistemində ailə üzvlərinin düzgün tərbiyə olunmasına, onların ruhi sərvətlərə yiyələnməsinə kömək edən bir çox dini ənənələr mövcuddur. Doğuluşdan başlanan və ölüm anınadək davam edən bu təmizlənmə prosesi üçün ailənin yaşlı üzvləri məsuliyyət daşıyırlar. Lakin yaşlı ailə üzvlərinin ölümü bu çür təmizlənmə ənənələrinin kəsilməsinə və yerdə qalan cavan ailə üzvlərində dinə zidd vərdişlərin əmələ gəlməsinə səbəb ola bilər ki, bununla da onlar ruhi qurtuluş imkanını itirmiş olurlar. Buna görə də yaşlı ailə üzvlərini heç bir vəchlə öldürmək olmaz.

 

MƏTN 40

adharmabhibhavat krişna

praduşyanti kula-striyah

strişu duştasu varşneya

cayate varna-sankarah

 

adharma – dinsizlik; abhibhavat – üstün gələrək; krişna – ey Krişna; praduşyanti – pozğunlaşmaq; kula-striyah – ailə qadınları; strişu – qadınlar; duştasu – o qədər pozğunlaşacaqlar ki; varşneya – ey Vrişni övladı; cayate – yaradır; varna-sankarah – arzuedilməz nəsil.

Ey Krişna, ailədə dinsizlik hökm sürəndə bu ailənin qadınları pozğunlaşır; qadınların düşgünlüyü isə, ey Vrişni övladı, arzuedilməz nəslin həyata gəlməsi ilə nəticələnir.

İZAHI: Yaxşı insanlar cəmiyyətdə sülh, firavanlıq və ruhi tərəqqi üçün əsas şərtdir. Varnaşrama prinsipləri elə tərtib edilib ki, dövlətin və cəmiyyətin ruhi inkişafı üçün yaxşı insanlar sayca üstünlük təşkil etsinlər. Belə adamların dünyaya gəlməsi isə qadınların əxlaqlı və sədaqətli olmasından asılıdır. Uşaqlar yalana inanan olduqları kimi, qadınlar da düşgünlüyə meyllidirlər. Buna görə həm uşaqlar, həm də qadınlar yaşlı ailə üzvlərinin himayəsi altında olmalıdırlar. Qadınlar dini fəaliyyətlə məşğul olsalar, zinaya uymazlar. Çanakya Panditanın dediyinə görə qadınlar əsas etibarilə çox da dərrakəli olmadıqlarına görə etimada layiq deyildirlər. Beləliklə, onlar həmişə ailə ənənələrinə müvafiq olan dini fəaliyyətdə məşğul olmalıdırlar. Belə olduqda, onların əxlaqı və sədaqəti varnaşrama sistemində iştirak etmək üçün yararlı olan yaxşı insanların dünyaya gəlməsilə nəticələnəcək. Əgər varnaşrama-dharma dağılırsa, təbii ki, qadınlar fəaliyyət müstəqilliyi, kişilərlə ünsiyyət azadlığı alırlar ki, bu da zinakarlığa, arzuedilməz əhalinin həyata gəlməsi təhlükəsinə səbəb olur. Eləcə də məsuliyyətsiz kişilər cəmiyyətdə zina törədirlər ki, bunun nəticəsində arzuedilməz uşaqlar bəşəriyyəti müharibələr və epidemiyalar təhlükəsi altına qoyurlar.

 

MƏTN 41

sankaro narakayaiva

kula-qhnanam kulasya ça

patanti pitaro hy eşam

lupta-pindodaka-kriyah

 

sankarah – belə arzuedilməz uşaqlar; narakaya – cəhənnəm həyatı üçün etmək; eva – hökmən; kula-qhnanam – ailə üzvlərinin qatilləri; kulasya – ailə üçün; ça – həmçinin; patanti – aşağı düşmək; pitarah – ulu babalar; hi – hökmən; eşam – onların; lupta – dayandırılmış; pinda – qida təklifi; udaka – və su; kriyah – icra etmə.

Arzuedilməz əhalinin artması istər ailə üçün, istərsə də ailə ənənələrini dağıdanlar üçün hökmən cəhənnəm əzabına səbəb olur. Belə pozulmuş ailələrdə ulu babalara su və qida təklif edilmir.

İZAHI: Bəhrəgüdən fəaliyyətin qayda və təlimatlarına əsasən ailənin ulu babalarına vaxtaşırı qida təklif edilməlidir. Bu qurbanlar Vişnuya sitayiş vasitəsilə icra edilir, çünki Vişnuya təklif olunan qidanın qalıqlarının qəbul edilməsi insanı hər cür günah əməllərin əks-təsirlərindən azad edə bilər. Bəzən əcdadlar müxtəlif günahların əks-təsirlərindən iztirab çəkə bilərlər. Onların bir qismi hətta qaba maddi bədən də ala bilmir, incə bədəndə kabus kimi qalmağa məcbur olurlar. Lakin övladlar əcdadlarına prasadamın qalıqlarını təklif edəndə, əcdadlar kabus halında yaşamaqdan, yaxud iztirablarla dolu olan digər həyat növlərindən azad olurlar. Əcdadlara bu cür kömək etmək ailə ənənəsidir və sədaqətli xidmət yolunda olmayanlar belə ayinləri yerinə yetirməlidirlər. Sədaqətli xidmətlə məşğul olan şəxsdən isə bu cür fəaliyyət tələb olunmur. Sadəcə olaraq, sədaqətli xidmət göstərməklə insan yüzlərlə və minlərlə əcdadını hər cür iztirablardan xilas edə bilər. Bu Bhaqavatamda (11.5.41) təsdiq edilir:

devarşi-bhutapta-nrinam pitrinam

na kinkaro nayam rini ça racan

sarvatmana yah şaranam şaranyam

qato mukundam parihritya kartam

 

“Qurtuluş bəxş edən Mukundanın nilufər qədəmlərinə sığınan və hər cür vəzifələrindən əl çəkib tam ciddiyyətlə bu yola qədəm qoyan hər bir kəs bundan sonra nə tanrıçalara, nə müdriklərə, nə canlı varlıqlara, nə ailə üzvlərinə, nə bəşəriyyətə, nə də əcdadlarına borclu deyil.” Allahın Ali Şəxsiyyətinə sədaqətli xidmət göstərməklə bütün bu vəzifələr öz-özünə yerinə yetirilmiş olur.

 

MƏTN 42

doşair etaih kula-qhnanam

varna-sankara-karakaih

utsadyante cati-dharmah

kula-dharmaş ça şaşvatah

 

doşaih – bu cür qüsurlar üzündən; etaih – bütün bunlar; kula-qhnanam – ailə dağıdanlar; varna-sankara – arzuedilməz uşaqlar; karakaih – səbəbkarlar; utsadyante – məhv olur; cati-dharmah – icmanın vəzifələri; kula-dharmah – ailə ənənələri; ça – həmçinin; şaşvatah – əbədi.

Ailə ənənələrini dağıdanların qüsurlu əməlləri üzündən cəmiyyətə və ailəyə firavanlıq gətirən hər cür fəaliyyət dayandırılır.

İZAHI: Cəmiyyətdəki dörd silk üçün təyin edilmiş vəzifələr, o cümlədən ailənin rifahına xidmət edən vəzifələr sanatana-dharma, yəni varnaşrama-dharma sistemində canlı məxluqa ali qurtuluşa nail olmağa imkan vermək üçün təyin olunmuşdur. Odur ki, sanatana-dharma ənənəsinin cəmiyyətin məsuliyyətsiz liderləri tərəfindən pozulması cəmiyyətdə hərc-mərcliyə səbəb olur və nəticədə insanlar həyatın məqsədini – Vişnunu unudurlar. Belə liderlər kordurlar, onların ardınca gedən adamlar da hərc-mərcliyə uğrayacaqlar.

 

MƏTN 43

utsanna-kula-dharmanam

manuşyanam canardana

narake niyatam vaso

bhavatity anuşuşruma

 

utsanna – korlanmış; kula-dharmanam – ailə ənənələri olan insan; manuşyanam – belə adamları; canardana – ey Krişna; narake – cəhənnəmə; niyatam – həmişə; vasah – məskən; bhavati – belə olur; iti – beləliklə; anuşuşruma – şagird ardıcıllığından eşitmişəm.

Ey insanların dayağı Krişna, mötəbər mənbədən eşitmişəm ki, ailə ənənələrini dağıdanlar həmişə cəhənnəmə düşürlər.

İZAHI: Arcuna öz dəlillərini şəxsi təcrübəsinə deyil, şagird ardıcıllığına mənsub ustadlardan eşitdiklərinə əsaslandırır. Bu, həqiqi bilik almaq yoludur. İnsan həqiqi biliyə, ona yiyələnmiş münasib şəxsin köməyi olmadan nail ola bilməz. Varnaşrama ictimai quruluşunda mövcud olan qaydaya əsasən, adam ölümdən qabaq günahlarının təmizlənməsi prosesindən keçməlidir. Həmişə günah işlər görən adam prayaşçitta adlanan təmizlənmə prosesindən keçməlidir. Belə etmədikdə o, günah əməllərinin nəticəsində hökmən cəhənnəm planetlərinə düşəcək və iztirablarla dolu həyat sürəcəkdir.

 

MƏTN 44

aho bata mahat papam

kartum vyavasita vayam

yad racya-sukha-lobhena

hantum sva-canam udyatah

 

aho – əfsus; bata – qəribədir ki; mahat – böyük; papam – günahlar; kartum – etmək; vyavasitah – qərara almışıq; vayam – biz; yat – ona görə ki; racya-sukha-lobhena – şahlıq edərək xoşbəxt olmaq arzusu ilə; hantum – öldürmək; sva-canam – qohumlar; udyatah – cəhd edərək.

Əfsus, qəribə olsa da, biz böyük günah etməyə çalışırıq. Şahlıq edib xoşbəxt olmaq arzusu ilə qohumlarımızı öldürmək fikrindəyik.

İZAHI: Xudbin niyyətli adam öz doğma qardaşını, atasını yaxud anasını öldürmək kimi günah işlər görə bilər. Dünya tarixində buna çoxlu misallar vardır. Lakin Arcuna Tanrının övliya fədaisi olduğu üçün həmişə əxlaq qaydalarına riayət edir və buna görə də belə işlərdən özünü gözləməyə çalışırdı.

 

MƏTN 45

yadi mam apratikaram

aşastram şastra-panayah

dhartaraştra rane hanyus

tan me kşemataram bhavet

 

yadi – hətta; mam – mənə; apratikaram – müqavimət göstərməmək; aşastram – silahsız; şastra-panayah – əllərində silahla; dhartaraştrah – Dhritaraştranın oğulları; rane – döyüş çölündə; hanyuh – öldürə bilər; tat – o; me – mənim üçün; kşema-taram – daha yaxşı; bhavet – olacaq.

Dhritaraştranın oğulları ilə döyüşməkdənsə, qoy mən silahsız olum, onlara müqavimət göstərməyim, qoy məni öldürsünlər.

İZAHI: Bir ənənə kimi kşatriyaların döyüş qaydalarına uyğun olaraq, silahı olmayan və vuruşmaq istəməyən düşmənə hücum edilmir. Arcuna qarşı tərəfin vuruşmağa böyük həvəsi olduğuna əhəmiyyət vermədən qərara aldı ki, düşmənin hücumuna məruz qalsa da, vuruşmayacaq. Bütün bu əlamətlər onun Allaha sədaqətindən doğan ürəyiyumşaqlığının nəticəsi idi.

 

MƏTN 46

sancaya uvaça

evam uktvarcunah sankhye

rathopastha upavişat

visricya sa-şaram çapam

şoka-samviqna-manasah

 

sancayah uvaça – Sancaya dedi; evam – beləliklə; uktva – deyərək; arcunah – Arcuna; sankhye – döyüş çölündə; ratha – gərdunə; upasthe – oturacağına; upavişat – yenə oturdu; visricya – kənara qoyaraq; sa-şaram – oxlarla birlikdə; çapam – yay; şoka – təəssüf edərək; samviqna – iztirab çəkərək; manasah – fikrində.

Sancaya dedi: Bu sözləri deyib, Arcuna ox-kamanını kanara atdı və qəm-qüssə içində gərdunədə oturdu.

İZAHI: Düşmənin mövqeyini nəzərdən keçirərkən Arcuna gərdunədə ayaq üstə idi. Lakin dərdi çox ağır olduğuna görə ox-kamanını kənara atıb oturdu. Tanrıya sədaqətli xidmətdə xoşxasiyyət və ürəyiyumşaq olan bu cür şəxs özünüdərk haqda bilik almağa layiqdir.

 

Şrimad Bhaqavad-gitanın Kurukşetra döyüş meydanında orduların nəzərdən keçirilməsi adlanan birinci fəslinə Bhaktivedantanın izahları belə qurtarır.