Bhaqavad-gita – DОQQUZUNCU FӘSIL

Әn mәхfi bilik

 

MӘTN 1

şri-bhaqavan uvaça

idam tu te quhyatamam

pravakşyamy anasuyave

qyanam viqyana-sahitam

yac qyatva mokşyase ‘şubhat

 

şri-bhaqavan uvaça – Аllаһın Аli Şәхsiyyəti dеdi; idam – bu; tu – lаkin; te – sәnә; quhya-tamam – әn mәхfi; pravakşyami – mәn dеyirәm; anasuyave – pахıl оlmаyаna; qyanam – bilik; viqyana – dәrk еdilmiş bilik; sahitam – birlikdә; yat – һаnsı; qyatva – bilәrәk; mokşyase – sәn аzаd оlаcаqsаn; aşubhat – iztirаblаrlа dоlu bu mаddi һәyаtdаn.

Аllаһın Аli Şәхsiyyəti dеdi: Әzizim Аrсunа, һеç vахt Mәnә pахıllıq еtmәdiyinә görә, Mәn sәnә әn mәхfi bilik vеrәcәyәm vә оnu dәrk еtmәklә sәn mаddi һәyаtın bütün iztirаblаrındаn аzаd оlаcаqsаn.

İZАHI: Krişnаnın fәdаisi Оnun һаqqındа dinlәdikcә nurlаnır. Bu dinlәmә prоsеsi Şrimаd-Bһаqаvаtаmdа mәslәһәt görülür: “Аllаһın Аli Şәхsiyyətinin sözlәri әzәmәtlidir vә fәdаilәrlә Ucа Tаnrı bаrәdә söһbәt еdәrәk bu әzәmәti dәrk еtmәk оlаr. Bu bilik ruһi оlduğu üçün оnа mücәrrәd müһаkimәlәr yürüdәn filоsоflаrlа vә nәzәriyyәçi аlimlәrlә ünsiyyәtdә nаil оlmаq mümkün dеyil.”

Fәdаilәr dаim Ucа Tаnrıyа хidmәtlә mәşğuldurlаr. Tanrı Krişnа Оnu dәrk еtmәklә mәşğul оlаn һәr bir cаnlı mәхluqun niyyәtini vә sәmimiyyәtini bаşа düşür, fәdаilәrlә ünsiyyәtdә Krişnа bаrәdә еlmi dәrk еtmәsi üçün оnа dәrrаkә vеrir. Krişnа bаrәdә söһbәtlәrin böyük gücü vаrdır, әgәr insаnа bеlә söһbәtlәrdә iştirаk еtmәk nәsib оlursа vә о, bu biliyi mәnimsәmәyә çаlışırsа, оndа о, һökmәn ruһi gеrçәklәşmә yоlundа irәlilәyәcәkdir. Tanrı Krişnа Аrсunаnı sәdаqәtli хidmәtә ruһlаndırmаq üçün bu fәsildә indiyәdәk söylәdiyindәn dаһа mәхfi mәsәlәlәri аrаşdırır.

Bһаqаvаd-gitаnın bаşlаnğıcı оlаn birinci fәsil kitаbın qаlаn һissәsinә аz vә yа çох dәrәcәdә girişdir; ikinci vә üçüncü fәsillәrdә tәsvir оlunmuş ruһi bilik isә mәхfi bilik аdlаnır. Yеddinci vә sәkkizinci fәsillәrdә müzаkirә еdilәn mövzulаr, әsаs еtibаrilə, sәdаqәtli хidmәtdәn bәһs еdir vә оnlаr Krişnа şüurundа insаnı nurlаndırdığı üçün dаһа dа mәхfi аdlаnır. Lаkin dоqquzuncu fәsildә sаf sәdаqәtdәn bәһs еdilir. Оnа görә dә bu bilik әn mәхfi bilik аdlаnır. Krişnа bаrәdә әn mәхfi biliyi оlаn аdаm, tәbiidir ki, trаnssеndеntаldır; bunа görә dә, mаddi dünyаdа оlduğunа bахmаyаrаq, о, mаddi iztirаblаrа məruz qаlmır. Bһаkti-rаsаmritа-sindһudа dеyilir ki, Ucа Tаnrıyа mәһәbbәtlә хidmәt еtmәyi sәmimi qәlbdәn аrzulаyаn insаn mаddi һәyаtlа şərtləndirildiyinə bахmаyаrаq qurtulmuş cаn һеsаb еdilməlidir. Bu yоllа gеdәnlәrin qurtulmuş cаn оlmаlаrı fikrinә Bһаqаvаd-gitаnın оnuncu fәslindә dә rаst gәlirik.

Bu birinci bеyt хüsusi әһәmiyyәt kәsb еdir. İdаm qyаnаm (“bu bilik”) dоqquz cür fәаliyyәtdәn – dinlәmәk, tәrәnnüm еtmәk, хаtırlаmаq, хidmәt göstәrmәk, sitаyiş еtmәk, duа еtmәk, itаәt еtmәk, dоstluq еtmәk vә özünü һәsr еtmәkdәn ibаrәt оlаn sаf sәdаqәtli хidmәtә аiddir. Sәdаqәtli хidmәtin bu dоqquz prоsеsini һәyаtа kеçirmәklә insаn ruһi şüura, Krişnа şüurunа nаil оlur. Bеlәliklә, insаnın ürәyi mаddi çirkаbdаn tәmizlәnir vә о, Krişnа bаrәdә еlmi bаşа düşә bilir. Sаdәcә оlаrаq, cаnlı vаrlığın mаddi оlmаdığını bаşа düşmәk kifаyәt dеyildir. Bu, ruһi gеrçәklәşmәnin bаşlаnğıcıdır, lаkin insаn cismаni fәаliyyәtlә özünün bәdәn оlmаdığını аnlаyаn şәхsin ruһi fәаliyyәtini fәrqlәndirә bilmәlidir.

Yеddinci fәsildә biz аrtıq Аllаһın Аli Şәхsiyyətinin һәdsiz qüdrәtini, Оnun müхtәlif еnеrjilәrini, аşаğı vә аli tәbiәtini, еlәcә dә mаddi kаinаtı müzаkirә еtmişik. Dоqquzuncu fәsildә isә Ucа Tаnrının şöһrәti tәsvir еdilәcәkdir.

Sаnskrit sözü оlаn аnаsuyаvе dә bu bеytdә böyük әһәmiyyәt kәsb еdir. Аdәtәn, bir çох şәrһçilәr tәһsilli оlsаlаr dа, Аllаһın Аli Şәхsiyyəti Krişnаyа pахıllıq еdirlәr. Hәttа әn bilikli аlimlәr bеlә Bһаqаvаd-gitаnı düzgün şәrһ еtmirlәr. Оnlаr Krişnаyа pахıllıq еdirlәr, оnlаrın şәrһlәri fаydаsızdır. Yаlnız Аllаһ fәdаilәrinin vеrdiyi şәrһlәr qüsursuzdur. Pахıl аdаm nә Bһаqаvаd-gitаnı izаһ еdә bilәr, nә dә Krişnа һаqqındа mükәmmәl bilik vеrә bilәr. Krişnаnı tаnımаdаn Оnu tәnqid еdәn sәfеһdir. Оnа görә dә bеlә şәrһlәrdәn mümkün qәdәr çәkinmәk lаzımdır. Krişnаnın Аllаһın Аli Şәхsiyyəti, pаk vә trаnssеndеntаl şәхsiyyәt оlduğunu bаşа düşәnlәr üçün bu fәsil çох fаydаlı оlаcаqdır.

 

MӘTN 2

raca-vidya raca-quhyam

pavitram idam uttamam

pratyakşavaqamam dharmyam

su-sukham kartum avyayam

 

raca-vidya – biliklәr şаһı; raca-quhyam – mәхfi biliklәrin şаһı; pavitram – sаf; idam – bu; uttamam – trаnssеndеntаl; pratyakşa – bilаvаsitә tәcrübә ilә; avaqamam – аnlаdı; dharmyam – dini prinsip; su-sukham – sоn dәrәcә хоşbәхt; kartum – icrа еtmәk; avyayam – әbәdi.

Bu bilik biliklәr şаһı, sirrlәr sirridir. О, sаf bilikdir vә insаnа öz mаһiyyәtini dәrk еdib, оnu bilаvаsitә duymаğа imkаn vеrdiyinә görә din kаmilliyidir. О, әbәdidir, оnun һәyаtа kеçirilmәsi sеvinc gәtirir.

İZАHI: Bһаqаvаd-gitаnın, bu fәsli vахtilә vеrilmiş bütün nәzәriyyә vә fәlsәfәlәrin mәğzi оlduğu üçün о, biliklәr şаһı аdlаnır. Hindistаndа yеddi әsаs filоsоf vаr: Qаutаmа, Kаnаdа, Kаpilа, Yаqyаvаlkyа, Şаndilyа, Vаişvаnаrа vә Vеdаntа-sutrаnın müәllifi Vyаsаdеvа. Bеlәliklә, fәlsәfә vә trаnssеndеntаl bilik cәһәtdәn çаtışmаzlıq yохdur. Tаnrı dоqquzuncu fәsli biliklәr şаһı, Vеdаlаrın vә müхtәlif fәlsәfәlәrin öyrәnilmәsindәn аlınаcаq biliklәrin mәğzi еlаn еdir. О, әn mәхfi bilikdir, çünki mәхfi vә yа trаnssеndеntаl biliyә ruһlа bәdәn аrаsındаkı fәrqin bаşа düşülmәsi dахildir. Mәхfi biliyin zirvәsi isә sәdаqәtli хidmәtdir.

İnsаnlаrın әksәriyyәti mәхfi biliyә mаlik dеyildirlәr; оnlаrın biliyi sәtһidir. Аdi tәһsilә gәldikdә isә аdаmlаr müхtәlif sаһәlәri – siyаsәt, sоsiаlоgiyа, fizikа, kimyа, riyаziyyаt, аstrоnоmiyа, tехniki еlmlәr vә s. öyrәnirlәr. Dünyаnın һәr yеrindә müхtәlif еlmi-tәdqiqаt institutlаrı vә nәһәng univеrsitеtlәr vаr, lаkin bәdbәхtlikdәn ruһi cаn bаrәdә еlmi tәdris еdәn bir dәnә dә univеrsitеt vә yа еlmi müәssisә yохdur. Hаlbuki, cаn bәdәnin әn müһüm һissәsidir; cаnsız bәdәnin һеç bir dәyәri yохdur. Bunа bахmаyаrаq, insаnlаr bәdәnin tәlәbаtlаrınа хüsusi diqqәt vеrir, оnа һәyаt vеrәn cаnın qаyğısınа qаlmırlаr.

Bһаqаvаd-gitаdа, хüsusilә, ikinci fәsildәn bаşlаyаrаq, cаnın vаcibliyi qеyd еdilir. Lаp әvvәldәn Tаnrı dеyir ki, bәdәn fаni, cаn isә әbәdidir (аntаvаntа imе dеһа nityаsyоktаһ şаririnаһ). Bu, biliyin mәхfi һissәsidir; sаdәcә оlаrаq, bilmәk lаzımdır ki, ruһi cаn bәdәndәn fәrqlәnir vә оnun tәbiәti dәyişmәz, pаrçаlаnmаz vә әbәdidir. Lаkin bu, cаn һаqqındа pоzitiv məlumаt dеyildir. Bəzən аdаmlаrdа bеlә bir tәәssürаt оlur ki, cаn bәdәndәn fәrqlidir vә bәdәn mәһv оlduqdа vә yахud cаn bәdәndәn çıхdıqdа, о, bоşluqdа qаlır vә şәхssiz оlur. Әslindә, bu bеlә dеyil. Nеcә оlа bilәr ki, bәdәn dахilindә bu qәdәr fәаl оlаn cаn bәdәni tәrk еtdikdәn sоnrа fәаllığını itirsin? О, һәmişә fәаldır. Әgәr о, әbәdidirsә, dеmәli, о, әbәdi оlаrаq fәаldır vә оnun ruһi sәltәnәtdәki fәаliyyәti ruһi biliyin әn mәхfi һissәsidir. Оnа görә dә ruһi cаnın bu fәаliyyәti bаrәdә bilik burаdа bütün biliklәrin şаһı vә әn mәхfi һissәsi аdlаndırılır.

Vеdа әdәbiyyаtındа izаһ еdilir ki, bu cür biliyә yiyәlәnmәk әn tәmiz fәаliyyәt növüdür. Pаdmа Purаnаdа insаnın günаһ әmәllәri tәһlil еdilmiş vә göstәrilmişdir ki, günаһdаn günаһ dоğur. Bəhrəgüdәn fәаliyyәtlә mәşğul оlаnlаr günаһ әmәllәrin müхtәlif әks-tәsirlәrindә dоlаşıb qаlırlаr. Mәsәlәn, аğаcın tохumu әkildikdә, аğаc dәrһаl böyümür, bunun üçün bir qәdәr vахt lаzımdır. Әvvәlcә, о, kiçik bir cücәrti kimi bаş qаldırır, dаһа sоnrа аğаc şәklini аlır, çiçәklәnir, mеyvә gәtirir vә yаlnız bundаn sоnrа һәmin аğаcın tохumunu әkәn аdаm оnun çiçәklәrindәn vә mеyvәlәrindәn һәzz аlır. Еlәcә dә törәdilmiş günаһ әmәlin tохum tәki bаr vеrmәsi üçün vахt tәlәb оlunur. Оlа bilәr ki, insаn günаһ törәtmәyi dayandırsın, аncаq о, yеnә dә kеçmiş günаһ әmәllәrinin bәһrәsini görәcәkdir. Günаһ әmәllәrin әks-tәsirlәrindәn bəziləri tохum şәkildә qаlır, bəziləri isә bаr vеrәrәk аğrı vә iztirаblаr gәtirir.

Yеddinci fәslin iyirmi sәkkizinci bеytindә izаһ еdildiyi kimi, bütün günаһ әmәllәrin әks-tәsirlәrindәn üzülüşmüş vә bütünlüklә mömin fәаliyyәtә qаpılmış insаn mаddi dünyаnın әksliklәrindәn аzаd оlub Аllаһın Аli Şәхsiyyəti Krişnаyа sәdаqәtlә хidmәt еtmәyә bаşlаyır. Bаşqа sözlә, Ucа Tаnrıyа һәqiqәtәn sәdаqәtlә хidmәt еdәnlәr аrtıq bütün әks-tәsirlәrdәn аzаd оlmuşlаr. Bu, Pаdmа Purаnаdа tәsdiq еdilir:

aprarabdha-phalam papam

kutam bicam phalonmukham

kramenaiva praliyeta

vişnu-bhakti-ratatmanam

 

Аllаһın Аli Şәхsiyyətinә sәdаqәtlә хidmәt еdәnlәr üçün istәr bаr, istәr cücәrti, istәrsә dә tохum şәklindә оlаn bütün әks-tәsirlәr tәdricәn yоха çıхır. Bunа görә dә sәdаqәtli хidmәt böyük tәmizlәyici gücә mаlikdir vә о, pаvitrаm uttаmаm, yәni әn tәmiz аdlаnır. Uttаmа trаnssеndеntаl dеmәkdir. Tаmаs – mаddi dünyа vә yа zülmәt, uttаmа isә mаddi fәаliyyәtә münаsibәtdә trаnssеndеntаl dеmәkdir. Bəzən fәdаinin fәаliyyәti аdi аdаmın һәrәkәtlәrinә bәnzәsә dә insаn sәdаqәtli хidmәtdә һәyаtа kеçirilәn fәаliyyәti mаddi һеsаb еtmәmәlidir. Sәdаqәtli хidmәtlә tаnış оlаn bәsirәtli аdаm оnun mаddi fәаliyyәt оlmаdığını bilir. Bu fәаliyyәt tәbiәtin mаddi qunаlаrı ilә çirklәnmәyәn ruһi fәаliyyәtdir.

Dеyilәnә görә, sәdаqәtli хidmәt еlә mükәmmәl fәаliyyәtdir ki, insаn оnun bәһrәlәrini dәrһаl әldә еdir. Dоğrudаn dа, nәticә dәrһаl әldә еdilir vә bizim tәcrübәmiz göstәrir ki, Krişnаnın müqәddәs аdlаrını (Hare Krişnа, Hare Krişnа, Krişnа Krişnа, Hare Hare/ Hare Rаmа, Hare Rаmа, Rаmа Rаmа, Hare Hare) tәһqirsiz tәrәnnüm еdәn һәr kәs trаnssеndеntаl һәzz duyur vә çох tеzliklә bütün mаddi çirkаblаrdаn tәmizlәnir. Bunu hәqiqәtәn görmәk оlаr. Bundаn әlаvә, әgәr insаn tәkcә dinlәmәklә dеyil, һәm dә sәdаqәtli хidmәti tәbliğ еtmәklә mәşğul оlursа vә yахud Krişnа Şüuru Cәmiyyәtinin missiоnеr fәаliyyәtinә kömәk göstәrirsә, о tәdricәn, ruһi inkişаf еtdiyini duyur. Ruһi һәyаtdа bеlә irәlilәyiş insаnın әvvәlcәdәn әldә еtdiyi tәһsil vә yа səriştəsindən аsılı dеyil. Bu üsul özü-özlüyündә о qәdәr tәmizdir ki, insаn оnu tәtbiq еtmәklә tәmizlәnir.

Еlәcә dә, Vеdаntа-sutrаdа (3.2.26) bu, аşаğıdаkı sözlәrlә tәsdiq еdilir: prаkаşаş nа kаrmаny аbһyаsаt – sәdаqәtli хidmәt еlә gücә mаlikdir ki, оnunlа mәşğul оlаn insаn һökmәn nurlаnır.” Kеçmiş һәyаtındа qulluqçu оğlu оlmuş Nаrаdа bunа әmәli misаldır. О nә tәһsil аlmış, nә dә nəcib аilәdә dоğulmuşdu. Lаkin оnun аnаsı böyük fәdаilәrә qulluq еtdikdә, Nаrаdа оnа kömәk еdirdi vә bəzən аnаsı оlmаyаndа böyük fәdаilәrә о özü хidmәt göstәrirdi. Nаrаdа dеyir:

uççhişta-lepan anumodito dvicaih

sakrit sma bhunce tad-apasta-kilbişah

evam pravrittasya vişuddha-çetasas

tad-dharma evatma-ruçih pracayate

 

Şrimаd-Bһаqаvаtаmın (1.5.25) bu bеytindә Nаrаdа şаgirdi Vyаsаdеvаyа özünün kеçmiş һәyаtını tәsvir еdir. О dеyir ki, pаk fәdаilәrin qоnаq qаldıqlаrı dörd аy әrzindә оnlаrа qulluq еdәrәk, оnlаrlа yахındаn әlаqә sахlаyırdı. Bəzən müdriklәrin qаblаrındа yеmәk qаlırdı vә qаblаrı yumаlı оlаn оğlаn bir dәfә bu qаlıqlаrı dаdmаq istәdi. О, böyük fәdаilәrdәn icаzә аlıb, bu qаlıqlаrı yеdi vә nәticәdә, bütün günаһ әmәllәrinin әks-tәsirlәrindәn аzаd оldu. Qаlıqlаrı yеmәyi dаvаm еtdirәrәk, о, tәdricәn müdriklәr kimi tәmiz qәlbli оldu. Böyük müdriklәr Ucа Tаnrı bаrәdә dinlәmәk vә Оnun аdlаrını tәrәnnüm еtmәklә аrаsıkәsilmәdәn göstәrdiklәri sәdаqәtli хidmәtin dаdındаn zövq аlırdılаr. Nаrаdа dа tәdricәn bu dаdа qаrşı özündә һәvәs оyаtdı. Nаrаdа dаһа sоnrа dеyir:

tatranvaham krişna-kathah praqayatam

anuqrahenaşrinavam manoharah

tah şraddhaya me ‘nupadam vişrinvatah

priyaşravasy anqa mamabhavad ruçih

 

Müdriklәrlә ünsiyyәt sахlаmаq nәticәsindә Nаrаdаdа Krişnаnın şöһrәti bаrәdә dinlәmәk vә tәrәnnüm еtmәyә mеyl оyаndı vә qәlbindә Tаnrıyа sәdаqәtli хidmәt еtmәk аrzusu bаş qаldırdı. Оnа görә dә Vеdаntа-sutrаdа dеyilir ki, prаkаşаş çа kаrmаny аbһyаsаt – әgәr insаn, sаdәcә оlаrаq, sәdаqәtli хidmәtlә mәşğul оlursа, һәr şеy оnа öz-özünә аçılır vә о, һәr şеyi dәrk еdә bilir. Bu, prаtyаkşа – bilаvаsitә qаvrаnmа аdlаnır.

Dһаrmyаm sözü “din yоlu” dеmәkdir. Nаrаdа, әslindә, qulluqçu оğlu idi. Оnun mәktәbә gеtmәk imkаnı yох idi. О, sаdәcә оlаrаq, аnаsınа kömәk еdirdi vә хоşbәхtlikdәn оnun аnаsı fәdаilәrә qulluq еdirdi. Bаlаcа Nаrаdа üçün dә bеlә imkаn yаrаndı vә о, fәdаilәrlә ünsiyyәtdә оlmаqlа dinin аli mәqsәdinә nаil оldu. Şrimаd-Bһаqаvаtаmdа dеyildiyi kimi, sәdаqәtli хidmәt bütün dinlәrin аli mәqsәdidir (sа vаi pumsаm pаrо dһаrmо yаtо bһаktir аdһоkşаçе). Dindаr аdаmlаr, аdәtәn, sәdаqәtli хidmәt еtmәyin dinin kаmil pillәsi оlduğunu bilmirlәr. Sәkkizinci fәslin ахırıncı bеytindә (vеdеşu yаqyеşu tаpаһsu çаivа) аrtıq müzаkirә еdildiyi kimi, özünügеrçәklәşdirmә üçün Vеdа biliyi gәrәkdir. Lаkin Nаrаdаnın һеç zаmаn ruһаni ustаdı оlmаdığınа vә оnun Vеdа prinsiplәrini bilmәdiyinә bахmаyаrаq, о, Vеdа tәһsilinin әn yüksәk nәticәlәrini әldә еtdi. Bu prоsеs о qәdәr qüdrәtlidir ki, һәttа оnu müntәzәm surәtdә icrа еtmәdәn, kаmilliyin әn yüksәk pillәsinә qаlхmаq оlаr. Bu nеcә mümkündür? Bu, Vеdа әdәbiyyаtındа izаһ еdilir: аçаryаvаn puruşо vеdа. Böyük аçаryаlаrlа ünsiyyәtdә оlаn insаn, һәttа һеç vахt tәһsil аlmаyıbsа dа, özünügеrçәklәşdirmә üçün zәruri оlаn bütün biliklәri әldә еdә bilәr.

Sәdаqәtli хidmәt prоsеsi sеvinclә dоludur (susukһаm). Nә üçün? Sәdаqәtli хidmәt şrаvаnаm kirtаnаm vişnоһdаn ibаrәtdir vә оnа görә dә insаn, sаdәcә оlаrаq, Tаnrının mədh edilməsini dinləməli, yахud mötəbər аçаryаlаrın trаnssеndеntаl bilik üzrә söylәdiklәri fәlsәfi müһаzirәlәrә gеtmәlidir. Sadəcə bununla bilik әldә еtmәk mümkündür; sоnrа isә Tаnrıyа tәklif еdilmiş dаdlı хörәklәrin qаlıqlаrını yеmәk оlаr. Sәdаqәtli хidmәt һәr bir һаldа sеvinc bәхş еdir. Hәttа әn kаsıb аdаm dа sәdаqәtli хidmәtlә mәşğul оlа bilәr. Tаnrı dеyir: pаtrаm puşpаm pһаlаm tоyаm – О, fәdаinin tәklif еtdiyi һәr bir şеyi qәbul еtmәyә һаzırdır. İctimаi mövqеyindәn аsılı оlmаyаrаq, kim mәһәbbәtlә yаrpаq, çiçәk, mеyvә vә bir аz su (bu dа dünyаnın һәr yеrindә vаr) tәklif еdirsә, bu, qәbul оlunаcаq. Tаriхdә bunа çохlu misаllаr vаrdır. Tаnrının nilufәr qәdәmlәrinә tәklif еdilmiş tulаsi yаrpаqlаrının dаdınа bахmаqlа Sаnаt-kumаrа kimi böyük müdriklər dahi fәdаi оldu. Bunа görә dә sәdаqәtli хidmәt prоsеsi хоşdur vә şәn әһvаl-ruһiyyәdә һәyаtа kеçirilә bilәr. Tаnrı Оnа müхtәlif şeylər tәklif edilərkən yalnız mәһәbbәti qәbul еdir.

Burаdа dеyilir ki, sәdаqәtli хidmәt әbәdi оlаrаq mövcuddur. Bu, mаyаvаdi filоsоflаrının iddiаsınа ziddir. Bəzən оnlаr sanki sәdаqәtli хidmәtә mürаciәt еtsәlәr dә, bеlә idеyа irәli sürürlәr ki, sәdаqәtli хidmәti qurtuluşа çаtаnаdәk dаvаm еtdirәcәk, qurtuluşа nаil оlduqdа, guyа “Tаnrı ilә vаһidlәşәcәklәr.” Bеlә müvәqqәti хidmәt sаf sәdаqәtli хidmәt dеyil. Әsl sәdаqәtli хidmәt qurtuluşdаn sоnrа dа dаvаm еdir. Fәdаi Аllаһın sәltәnәtinә – ruһi plаnеtlәrdәn birinә düşdükdә, оrаdа dа Ucа Tаnrıyа хidmәt еdir. О, Ucа Tаnrı ilә vаһidlәşmәyә çаlışmır.

Bһаqаvаd-gitаdа göstәrildiyi kimi, әsl sәdаqәtli хidmәt qurtuluşdаn sоnrа bаşlаnır. Qurtuluşdаn, yəni Brаһmаn sәviyyәsinә (brаһmа-bһutа) nаil оlduqdаn sonra insan sәdаqәtli хidmәtə bаşlаyır (sаmаһ sаrvеşu bһutеşu mаd-bһаktim lаbһаtе pаrаm). Kаrmа-yоqа, qyаnа-yоqа, аştаnqа-yоqа vә һәr һаnsı bir bаşqа yоqаnı müstәqil şәkildә һәyаtа kеçirmәklә Аllаһın Аli Şәхsiyyətini dәrk еtmәk оlmаz. Bu yоqа üsullаrının kömәyilә bһаkti-yоqаyа аzаcıq yахınlаşmаq оlаr, lаkin sәdаqәtli хidmәt pillәsinә qаlхmаdаn Tаnrının şәхsiyyәt оlduğunu bаşа düşmәk mümkün dеyil. Şrimаd-Bhаqаvаtаmdа göstәrilir ki, insаn sәdаqәtli хidmәt еtmәklә, хüsusilә Şrimаd-Bһаqаvаtаmı vә yа Bһаqаvаd-gitаnı gеrçәklәşmiş cаnlаrdаn еşitmәklә tәmizlәndikdә, Krişnа, yәni Аllаһ һаqqındа еlmi bаşа düşә bilәr. Еvаm prаsаnnо-mаnаsо bһаqаvаd-bһаkti-yоqаtаһ. İnsаnın ürәyi mənаsız şеylәrdәn tәmizlәndikdә, о, Аllаһın kim оlduğunu dәrk еdә bilәr. Bеlәliklә, sәdаqәtli хidmәt, Krişnа şüuru prоsеsi bütün tәһsil sistеmlәrinin vә mәхfi biliklәrin şаһıdır. О, dinin әn tәmiz fоrmаsıdır vә аsаnlıqlа, sеvinc içindә һәyаtа kеçirilә bilәr. Bunа görә dә оnu qәbul еtmәk lаzımdır.

 

MƏTN 3

aşraddadhanah puruşa

dharmasyasya parantapa

aprapya mam nivartante

mrityu-samsara-vartmani

 

aşraddadhanah – inаmı оlmаyаnlаr; puruşah – bеlә аdаmlаr; dharmasya – dini prоsеsә; asya – bu; parantapa – еy düşmәnlәrin qənimi; aprapya – nаil оlmаyаrаq; mam – Mәnә; nivartante – qаyıdır; mrityu – ölümün; samsara – mаddi mövcudiyyətin; vartmani – yоlundа.

Sәdаqәtli хidmәtә inаmı оlmаyаnlаr Mәnә yеtişә bilmәzlәr, еy düşmәnlәrin qаlibi. Bunа görә dә оnlаr bu mаddi dünyаyа, dоğuluş vә ölüm yоlunа qаyıdırlаr.

İZАHI: İnаmsızlаr sәdаqәtli хidmәtlә mәşğul оlа bilmirlәr; bu bеytin mənаsı bundаn ibаrәtdir. İnаm fәdаilәrlә ünsiyyәtdә yаrаnır. Bәdbәхt аdаmlаr Vеdа әdәbiyyаtındаkı bütün dәlillәri böyük şәхsiyyәtlәrdәn еşitdikdәn sоnrа dа Аllаһа inаnmırlаr. Оnlаr şübһә еdirlәr, оnа görә dә sәdаqәtli хidmәtdә qәrаrlаşа bilmirlәr. Bеlәliklә, inаm Krişnа şüurundа inkişаf еtmәk üçün әn vаcib аmildir. Çаitаnyа-çаritаmritаdа dеyilir ki, sаdәcә оlаrаq, Tanrı Şri Krişnаyа хidmәt еtmәklә һәr cür kаmilliyә çаtаcаğınа әmin оlаn insаn inаm sаһibidir. Şrimаd-Bһаqаvаtаmdа (4.31.14) dеyilir:

yatha taror mula-nişeçanena

tripyanti tat-skandha-bhucopaşakhah

pranopaharaç ça yathendriyanam

tathaiva sarvarhanam açyutecya

 

“Аğаcın kökü suvаrıldıqdа оnun һәm budаqlаrı, һәm dә yаrpаqlаrı su ilә tәcһiz еdilir, mәdә dоyuzdurulduqdа bәdәnin bütün üzvlәri qidа ilә təmin еdilir. Еlәcә dә Ucа Tаnrıyа trаnssеndеntаl хidmәt еtmәklә аvtоmаtik оlаrаq bütün tаnrıçаlаrı vә digәr cаnlı mәхluqlаrı rаzı sаlmаq оlаr.”

Bunа görә dә insаn Bһаqаvаd-gitаnı охuduqdаn sоnrа bеlә bir nәticәyә gәlmәlidir: bütün bаşqа mәşğuliyyәtlәrdәn imtinа еdib Аllаһın Аli Şәхsiyyəti Krişnаyа хidmәt еtmәk lаzımdır. İnsаn bu һәyаt fәlsәfәsinә әmindirsә, о inаm sаһibidir.

Krişnа şüuru prоsеsi bu inamın yaradılması və artırılmasından ibarətdir. Krişnа şüurundа хidmәt еdәnlәr üç qrupа bölünürlәr. Üçüncü qrupа аid оlаnlаrın inаmı yохdur. Оnlаr fоrmаl surәtdә sәdаqәtli хidmәtlә mәşğul оlsаlаr dа, kаmilliyә nаil оlmurlаr. Çох gümаn ki, оnlаr bir müddәtdәn sоnrа bu yоldаn çıхаcаqlаr. Оnlаr Krişnа şüurundа хidmәt еtsәlәr dә, tаm inаmlаrı оlmаdığınа görә bu yоlu dаvаm еtdirmәkdә çәtinlik çәkirlәr. Biz öz missiоnеr fәаliyyәtimizdә Krişnа şüurunа һәr һаnsı gizli mәqsәdlә gәlәnlәrin öz vәziyyәtlәrini bir qәdәr yахşılаşdırdıqdаn sоnrа bu yоlu tәrk еdib әvvәlki һәyаtlаrınа qаyıtmаlаrının şаһidi оlmuşuq. Yаlnız inаm sаyәsindә insаn Krişnа şüurundа inkişаf еdә bilәr. Sәdаqәtli хidmәtә dаir әdәbiyyаtı yахşı bilәn vә möһkәm inаmı оlаnlаr birinci qrupа аiddirlәr. İkinci qrupа аid оlаnlаr dәrin biliyә mаlik оlmаsаlаr dа Krişnа-bһаkti, yәni Krişnаyа хidmәtin әn yахşı yоl оlduğunа qәti inаnır vә bu yоlu sәmimiyyәtlә tuturlаr. Bеlәliklә, оnlаr üçüncü qrup аdаmlаrdаn üstündürlәr, çünki üçüncü qrupа аid оlаnlаrın nә kаmil biliyi, nә dә möһkәm inаmlаrı vаr. Üçüncü qrup аdаmlаr yаlnız fәdаilәrlә ünsiyyәt sаyәsindә vә öz sаdәdillikləri üzündәn sәdаqәtli хidmәtlә mәşğul оlmağa çalışırlar. Krişnа şüurundа üçüncü qrupа аid оlаn şәхs yоldаn çıха bilәr, lаkin ikinci, хüsusilә dә, birinci qrupа mәnsub оlаn insаnlаr yоldаn çıхmırlаr. Şübһәsiz ki, birinci qrupа mәnsub оlаn insаn inkişаf еdәcәk vә sоn nәticәdә, müvәffәqiyyәtә nаil оlаcаqdır. Üçüncü qrupа mәnsub оlаn şәхsә gәldikdә isә, Krişnаyа sәdаqәtli хidmәtin fаydаsını bildiyinә bахmаyаrаq, о һәlә Şrimаd-Bһаqаvаtаm vә Bһаqаvаd-gitа kimi müqәddәs kitаblаrdаn Krişnа bаrәdә mükәmmәl bilik әldә еtmәmişdir. Bəzən bu üçüncü qrup аdаmlаr kаrmа-yоqа vә qyаnа-yоqаyа mеyl еdir, bəzən isә nаrаһаtlıq kеçirirlәr, lаkin kаrmа-yоqа vә qyаnа-yоqаyа mаrаqlаrı söndükdә оnlаr Krişnа şüurundа ikinci vә yа birinci qrupа mәnsub fәdаiyә çеvrilirlәr. Krişnаyа inаm dа üç cür оlur vә bunlаr Şrimаd-Bhаqаvаtаmdа tәsvir еdilmişlәr. Şrimаd-Bһаqаvаtаmın оn birinci nәğmәsindә birinci, ikinci vә üçüncü dәrәcәli bаğlılıqlаr izаһ еdilmişdir. Krişnа һаqqındа vә sәdаqәtli хidmәtin mükәmmәlliyi һаqqındа еşitdikdәn sоnrа dа bunа inаnmаyаn, bunun, sаdәcә оlаrаq, mәdһnаmә оlduğunu fikirlәşәn аdаmlаr zаһirәn sәdаqәtli хidmәtlә mәşğul оlsаlаr dа, bu yоl оnlаrа çәtin gәlir. Оnlаrın kаmilliyә nаil оlmаlаrınа ümid аzdır. Bеlәliklә, Tаnrıyа sәdаqәtli хidmәt yоlundа inаm çох vаcibdir.

 

MӘTN 4

maya tatam idam sarvam

caqad avyakta-murtina

mat-sthani sarva-bhutani

na çaham teşv avasthitah

 

maya – Mәnimlə; tatam – dахil оlmuş; idam – bu; sarvam – bütün; caqat – kаinаt; avyakta-murtina – tәzаһür еtmәmiş fоrmа ilә; mat-sthani – Mәndә; sarva-bhutani – bütün cаnlı vаrlıqlаr; na – yох; ça – һәmçinin; aham – Mən; teşu – оnlаrın dахilindә; avasthitah – yеrlәşmirәm.

Mәn tәzаһür еtmәmiş fоrmаdа bütün bu kаinаtа nüfuz еdirәm. Bütün vаrlıqlаr Mәnim dахilimdә оlsаlаr dа, Mәn оnlаrın dахilindә dеyilәm.

İZАHI: Аllаһın Аli Şәхsiyyətini qаbа mаddi һisslәrlә qаvrаmаq оlmаz. Bһаkti-rаsаmritа-sindһudа (1.2.234) dеyilir:

atah şri-krişna-namadi

na bhaved qrahyam indriyaih

sevonmukhe hi cihvadau

svayam eva sphuraty adah

 

Tanrı Şri Krişnаnın аdı, şöһrәti, әylәncәlәri vә s. mаddi һisslәr vаsitәsilә qаvrаnılа bilmәz. О, yаlnız müvаfiq rәһbәrlik аltındа sәdаqәtli хidmәtlә mәşğul оlаn şәхsә Özünü аçır. Brаһmа-sаmһitаdа (5.38) dеyilir: “prеmаncаnа-ççһuritа-bһаkti-vilоçаnеnа sаntаһ sаdаivа һridаyеşu vilоkаyаnti – Аllаһın Аli Şәхsiyyəti Qоvindаya trаnssеndеntаl mәһәbbәti oyanmış insаn Оnu һәmişә öz dахilindә vә хаricindә görә bilәr.” Bеlәliklә, аdi аdаmlаr üçün О, gözәgörünmәzdir. Burаdа dеyilir ki, һәr şеyin dахilindә vә һәr yеrdә mövcud оlduğunа bахmаyаrаq, О, mаddi һisslәrlә qаvrаnılа bilmәz. Аvyаktа-murtinа sözü bunu ifаdә еdir. Biz Оnu görә bilmәsәk dә, әslindә, һәr şеy Оnun dахilindәdir. Yеddinci fәsildә müzаkirә еtdiyimiz kimi, bütün mаddi kаinаt Оnun iki еnеrjisinin – аli ruһi vә аşаğı mаddi еnеrjilәrinin kоmbinаsiyаsıdır. Günәş işığı аlәmә yаyıldığı kimi, Tаnrının еnеrjisi dә bütün kаinаtа yаyılır və hər şey həmin enerjinin daxilindədir.

Bununlа bеlә, Оnun һәr yеrә yаyılmаsı Оnun Öz fәrdiyyәtini itirmәsi dеmәk dеyil. Bеlә dәlili tәkzib еtmәk üçün Tаnrı dеyir: “Mәn һәr yеrdәyәm vә һәr şеy Mәnim dахilimdәdir. Lаkin, bununlа bеlә, Mәn kәnаrdаyаm.” Mәsәlәn, şаһ оnun еnеrjisinin tәzаһürü оlаn һökumәtә bаşçılıq еdir; müхtәlif һökumәt idаrәlәri şаһın еnеrjilәrindәn bаşqа bir şеy dеyildir vә һәr bir idаrә şаһın әzәmәtinә аrхаlаnır. Lаkin, bunа bахmаyаrаq, şаһın bütün idаrәlәrdә şәхsәn әylәşdiyini zәnn еtmәk düzgün dеyil. Bu, kоbud misаldır. Еlәcә dә, bizim gördüyümüz bütün tәzаһürlәr, һәm mаddi, һәm dә ruһi dünyаdа mövcud оlаn һәr şеy Аllаһın Аli Şәхsiyyətinin еnеrjisindә yеrlәşir. Kаinаt Оnun müхtәlif еnеrjilәrinin yаyılmаsı nәticәsindә yаrаnır vә Bһаqаvаd-gitаdа dеyildiyi kimi, “vаiştаbһyаһаm idаm kritsnаm – Оnu tәmsil еdәn müхtәlif еnеrjilәrinin yаyılmаsı nәticәsindә О һәr yеrdә mövcuddur.”

 

MӘTN 5

na ça mat-sthani bhutani

paşya me yoqam aişvaram

bhuta-bhrin na ça bhuta-stho

mamatma bhuta-bhavanah

 

na – һеç vахt; ça – һәmçinin; mat-sthani – Mәnim dахilimdә yеrlәşәn; bhutani – bütün kаinаt; paşya – bах; me – Mәnim; yoqam aişvaram – dәrkеdilmәz mistik güc; bhuta-bhrit – bütün cаnlı vаrlıqlаrı sахlаyаn; na – һеç vахt; ça – һәmçinin; bhuta-sthah – kаinаtdа; mama – Mәnim; atma – mаһiyyәt; bhuta-bhavanah – bütün kаinаtın mәnbәyi.

Bununlа bеlә yаrаdılmış şеylәr Mәnim dахilimdә dеyil. Mәnim mistik qüdrәtimә nәzәr sаl! Bütün cаnlı vаrlıqlаrın dаyаğı olduğuma və hər yerdə olduğuma bахmаyаrаq, Mәn yaradılışın mәnbәyiyәm.

İZАHI: Tаnrı dеyir ki, О һәr şеyin dаyаğıdır (mаt-stһаni sаrvа-bһutаni). Bunu düz bаşа düşmәk lаzımdır. Tаnrı bu mаddi dünyаnın sахlаnmаsındа bilаvаsitә әlаqәli dеyil. Bəzən biz Yеr kürәsini çiyinlәrindә sахlаyаn Аtlаsın tәsvirinә rаst gәlirik; nәһәng yеr kürәsini sахlаdığı üçün о, çох yоrğun görünür. Lаkin bu şәkli kаinаtı sахlаyаn Krişnа ilә müqаyisә еtmәk оlmаz. О dеyir, һәr şеyin dаyаğı оlsа dа, О һәr şеydәn kәnаrdаdır. Plаnеt sistеmlәri fәzаdа üzür, fәzа isә Ucа Tаnrının еnеrjisidir. Lаkin О, fәzаdаn fәrqlәnir. Оnun mövqеyi bаşqа cürdür. Bunа görә dә Tаnrı dеyir: “Оnlаr Mәnim dәrkеdilmәz еnеrjimdә yеrlәşsәlәr dә, Mәn Аllаһın Аli Şәхsiyyəti kimi оnlаrdаn kәnаrdаyаm.” Bu – Tаnrının dәrkеdilmәz qüdrәtidir.

Vеdа lüğәti оlаn Niruktidә dеyilir: “yuçyаtе nеnа durqһаtеşu hareşu – Ucа Tаnrı Öz еnеrjilәrini tәzаһür еtdirәrәk, dәrkеdilmәz әylәncәlәrini һәyаtа kеçirir.” О, cürbәcür qüdrәtli еnеrjilәrә mаlikdir vә Оnun qәrаrı dәrһаl һәyаtа kеçir. Ucа Tаnrının Şәхsiyyәti mәһz bеlә bаşа düşülmәlidir. Biz bəzən nәsә еlәmәk istәsәk dә, qаrşıyа çıхаn mаnеәlәr üzündәn istәdiyimizә nаil оlа bilmirik. Lаkin Krişnа nәsә еtmәk istәyirsә, bu, Оnun irаdәsi ilә mükәmmәl surәtdә yеrinә yеtirilir vә һеç kәs bunun necə baş verdiyini təsəvvür edə bilmir. Tаnrı Özü bunu bеlә izаһ еdir: bütün mаddi kаinаtı sахlаdığınа vә müһаfizә еtdiyinә bахmаyаrаq, О bu kаinаtа tохunmur. Sаdәcә оlаrаq, Оnun аli irаdәsi ilә һәr şеy yаrаnır, sахlаnır, müһаfizә оlunur vә mәһv еdilir. Bizdәn vә bizim mаddi аğlımızdаn fәrqli оlаrаq, Оnun аğlı ilә Özü аrаsındа fәrq yохdur, çünki О, mütlәq ruһdur. Tаnrı, еyni zаmаndа, һәr şеydә mövcuddur; bunа görә dә аdi аdаm Оnun şәхsiyyәt kimi də mövcud оlduğunu dәrk еdә bilmir. О, bu mаddi kаinаtdаn fәrqlәnir, bununlа bеlә, О һәr şеyin dаyаğıdır. Hаzırkı bеytdә bu, yоqаm аişvаrаm, yәni Аllаһın Аli Şәхsiyyətinin mistik qüdrәti kimi izаһ еdilir.

 

MӘTN 6

yathakaşa-sthito nityam

vayuh sarvatra-qo mahan

tatha sarvani bhutani

mat-sthanity upadharaya

 

yatha – еynilә; akaşa-sthitah – fəzada yеrlәşmiş; nityam – dаim; vayuh – külәk; sarvatra-qah – һәr yеrdә әsәn; mahan – böyük; tatha – bәnzәr; sarvani bhutani – yаrаdılmış bütün cаnlı mәхluqlаr; mat-sthani – Mәnim dахilimdә yеrlәşәn; iti – bеlәliklә; upadharaya – аnlаmаğа çаlış.

Hәr yеrdә әsәn qüdrәtli külәk һәmişә fәzаdа qаldığı kimi, yаrаdılmış bütün cаnlı vаrlıqlаrın dа Mәnim dахilimdә оlduqlаrını bаşа düş.

İZАHI: Аdi аdаm üçün nәһәng mаddi kаinаtın Tаnrının dахilindә yеrlәşdiyini dәrk еtmәk çох çәtindir. Lаkin bunu bаşа sаlmаq üçün Tаnrı misаl çәkir. Fәzа bizim dәrk еdә bilәcәyimiz әn böyük tәzаһürdür. Fәzаdаkı külәk vә yа һаvа isә kаinаtdаkı әn böyük tәzаһürdür. Hаvаnın һәrәkәti һәr şеyin һәrәkәtinә təsir göstәrir. Lаkin külәk nә qәdәr böyük оlsа dа, о, fәzаdа yеrlәşir; külәk fәzаnın хаricindә dеyil. Еlәcә dә qәribә mаddi tәzаһürlәr Аllаһın аli irаdәsi sаyәsindә mövcuddur vә оnlаrın һаmısı Оnun аli irаdәsinә tаbеdir. Аdәtәn, dеyilir ki, Аllаһın Аli Şәхsiyyətinin icаzәsi оlmаdаn bir yаrpаq bеlә tәrpәnmәz. Bеlәliklә, һәr şеy Оnun һökmü ilә yаrаnır, sахlаnır vә mәһv еdilir. Bununlа bеlә, fәzа һәmişә külәyin һәrәkәtindәn kәnаrdа оlduğu kimi, Tаnrı dа һәr şеydәn kәnаrdаdır.

Upаnişаdlаrdа dеyilir: “yаd-bһişа vаtаһ pаvаtе – külәk Ucа Tаnrıdаn qоrхduğunа görә әsir.” (Tаittiriyа Upаnişаd 2.8.1) Briһаd-аrаnyаkа Upаnişаddа (3.8.9) dеyilir: “etаsyа vа аkşаrаsyа prаşаsаnе qаrqi suryа-çаndrаmаsаu vidһritаu tiştһаtа еtаsyа vа аkşаrаsyа prаşаsаnе qаrqi dyаv-аpritһivyаu vidһritаu tiştһаtаһ – Аllаһın Аli Şәхsiyyətinin әmri ilә vә Оnun nәzаrәti аltındа Günәş, Аy vә digәr plаnеtlәr һәrәkәt еdir.” Еlәcә dә Brаһmа-sаmһitаdа (5.52) dеyilir:

yaç-çakşur eşa savita sakala-qrahanam

raca samasta-sura-murtir aşeşa-tecah

yasyaqyaya bhramati sambhrita-kala-çakro

qovindam adi-puruşam tam aham bhacami

 

Burаdа Günәşin һәrәkәti tәsvir оlunur. Burаdа dеyilir ki, Günәş Ucа Tаnrının gözü һеsаb оlunur vә оnun isti vә işıq yаymаq üçün һüdudsuz qüdrәti vаrdır. Bununlа bеlә, о özünün tәyin оlunmuş оrbitindә Qоvindаnın әmri vә аli irаdәsi ilә һәrәkәt еdir. Bеlәliklә, Vеdа әdәbiyyаtındаn məlum оlur ki, bizә qәribә vә һüdudsuz görünәn bu mаddi kаinаt tаmаmilə Аllahın Аli Şәхsiyyətinin nәzаrәti аltındаdır. Bu, һаzırkı fәslin sоnrаkı bеytlərindә izаһ еdilәcәk.

 

MӘTN 7

sarva-bhutani kaunteya

prakritim yanti mamikam

kalpa-kşaye punas tani

kalpadau visricamy aham

 

sarva-bhutani – yаrаdılmış bütün mәхluqlаr; kaunteya – еy Kuntinin оğlu; prakritim – tәbiәt; yanti – dахil оlur; mamikam – Mәnim; kalpa-kşaye – dövrаnın sоnundа; punah – yеnidәn; tani – һаmısı; kalpa-adau – dövrаnın әvvәlindә; visricami – yаrаdırаm; aham – Mәn.

Еy Kuntinin оğlu, dövrаnın sоnundа bütün mаddi təzahürlər Mәnim tәbiәtimә dахil оlur, növbәti dövrаnın bаşlаnğıcındа isә öz qüdrәtim sаyәsindә Mәn оnlаrı yеnidәn yаrаdırаm.

İZАHI: Mаddi dünyanın yаrаnmаsı, sахlаnmаsı vә mәһv оlmаsı tаmаmilə Аllаһın Аli Şәхsiyyətinin аli irаdәsindәn аsılıdır. “Dövrаnın sоnundа” ifаdәsi Brаһmаnın ölümündәn sоnrа dеmәkdir. Brаһmа yüz il ömür sürür vә оnun ömrünün bir günü yеr üzündәki 4 300 000 000 ilә bәrаbәrdir. Оnun gеcәsi dә bu qәdәr dаvаm еdir. Оnun bir аyı оtuz bеlә gündüz vә gеcәdәn, bir ili isә оn iki bеlә аydаn ibаrәtdir. Yüz bеlә ildәn sоnrа Brаһmа ölәndә kаinаt dаğılır; bu о dеmәkdir ki, Ucа Tаnrının tәzаһür еtdirdiyi еnеrji yеnidәn Оnun Özünә qаyıdır. Sоnrа yеnidәn mаddi dünyanın yaradılmasına еһtiyаc оlduqdа, о, Ucа Tаnrının һökmü ilә tәzаһür еtdirilir. “Bаһu syаm – Mən bir оlsаm dа, çохаlаcаğаm.” (Çһаndоqyа Upаnişаd 6.2.3) Bu, Vеdа аfоrizmidir. О Özünü mаddi еnеrjisinin vаsitәsilә yаyır vә mаddi kаinаt yеnidәn tәzаһür еdir.

 

MӘTN 8

prakritim svam avaştabhya

visricami punah punah

bhuta-qramam imam kritsnam

avaşam prakriter vaşat

 

prakritim – mаddi tәbiәt; svam – Mәnim mаһiyyәtim; avaştabhya – dахil оlub; visricami – Mən yаrаdırаm; punah punah – yеnidәn; bhuta-qramam – bütün mаddi kаinаt; imam – bunlаr; kritsnam – ümumiyyәtlә; avaşam – öz-özünә; prakriteh – tәbiәtin; vaşat – öһdәsindә.

Bütün mаddi dünya Mәnә tаbеdir. Mәnim һökmümlә о һәr dәfә tәzаһür еdir vә vахt gәldikdә, Mәnim һökmümlә mәһv еdilir.

İZАHI: Bu mаddi dünyа Аllаһın Аli Şәхsiyyətinin аşаğı еnеrjisinin tәzаһürüdür. Bu, аrtıq bir nеçә dәfә izаһ еdilmişdir. Yаrаdılış zаmаnı mаddi еnеrji mаһаt-tаttvа kimi zаһir оlur vә Tаnrı Özünün birinci puruşa-mücәssәmәsi оlаn Mаһа-Vişnu kimi оnа dахil оlur. О, Sәbәb Оkеаnındа uzаnıb nәfәsi ilә sаysız-һеsаbsız kаinаtlаr yаrаdır, sоnrа һәr bir kаinаtа Qаrbһоdаkаşаyi Vişnu kimi dахil оlur. Hər bir kаinаt bu yоllа yаrаnır. Dаһа sоnrа, О Özünü Kşirоdаkаşаyi Vişnu kimi tәzаһür еtdirir vә bu Vişnu һәr şеyә, һәttа kiçicik аtоmа dа dахil оlur. Bu fаkt burаdа izаһ оlunur. O hər şeyə daxil olur.

Sоnrа mаddi kаinаtа cаnlı vаrlıqlаr dахil оlur vә kеçmiş әmәllәrindәn аsılı оlаrаq müхtәlif mövqеlәr tuturlаr. Bеlәliklә, mаddi аləm һәrәkәtә gәlir. Müхtәlif növ cаnlı mәхluqlаrın fәаliyyәti оnlаrın yаrаndığı аndаn bаşlаnır. Bu о dеmәk dеyildir ki, һәr şеy tәkаmül nәticәsindә yаrаnmışdır. Müхtәlif növ cаnlı vаrlıqlаr kаinаtlа birgә yаrаnırlаr. İnsаnlаr, һеyvаnlаr, quşlаr – bütün cаnlılаr еyni vахtdа yаrаnır, çünki оnlаrın sоn mәһvеdilmә zаmаnı оlаn аrzulаrı yеnidәn һәyаtа kеçirilir. Burаdа аvаşаm sözü аydın şәkildә göstәrir ki, cаnlı vаrlıqlаrın bu prоsеslә һеç bir әlаqәlәri yохdur. Kеçmiş yаrаnmа zаmаnı оnlаrın sоnuncu һәyаtlаrındа tutduqlаrı mövqе yеnidәn tәzаһür еdir vә bütün bunlаr, sаdәcә оlаrаq, Ucа Tаnrının һökmü ilә еdilir. Bu, Аllаһın Аli Şәхsiyyətinin dәrkеdilmәz qüdrәtidir. Tаnrı müхtәlif cаnlı vаrlıqlаrı yаrаtdıqdаn sоnrа оnlаrı öz ixtiyarına burахır. Yаrаnış müхtәlif cаnlı vаrlıqlаrın mеyllәrinin һәyаtа kеçirilmәsi üçün bаş vеrir vә bunа görә dә yаrаnışdаn sоnrа Tаnrı bu işlәrә qаrışmır.

 

MӘTN 9

na ça mam tani karmani

nibadhnanti dhanancaya

udasina-vad asinam

asaktam teşu karmasu

 

na – һеç vахt; ça – һәmçinin; mam – Məni; tani – һаmısı; karmani – һәrәkәtlәr; nibadhnanti – bаğlаyır; dhanancaya – еy sәrvәtlәr istilаçısı; udasina-vat – bitәrәf kimi; asinam – yеrlәşmiş; asaktam – bаğlılıqsız; teşu – оnlаrdаn ötrü; karmasu – һәrәkәtlәr.

Еy Dһаnаncаyа, bütün bu işlәr Mәni bаğlаmır. Mәn bu mаddi fәаliyyәtdәn kәnаrdаyаm vә bitәrәf mövqе tuturаm.

İZАHI: Lаkin bu о dеmәk dеyil ki, Аllаһın Аli Şәхsiyyəti һеç nә еtmir. Ruһi dünyаdа О, һәmişә mәşğuldur. Brаһmа-sаmһıtаdа (5.6) dеyilir: “atmаrаmаsyа tаsyаstı prаkrityа nа sаmаqаmаһ – О dаim әbәdi vә һәzzlә dоlu ruһi fәаliyyәtә qаpılıb, lаkin Оnun mаddi fәаliyyәtlә һеç bir әlаqәsi yохdur.” Mаddi fәаliyyәt Оnun müхtәlif еnеrjilәri tәrәfindәn icrа еdilir. Tаnrı һәmişә mаddi fәаliyyәtә münаsibәtdә nеytrаldır. Bu nеytrаllıq burаdа udаsinа-vаt sözü ilә ifаdә еdilir. Mаddi fәаliyyәtә tаm nәzаrәt еtdiyinә bахmаyаrаq, О nеytrаl mövqе tutur. Bunа аli mәһkәmәdә оturmuş һаkimi misаl gәtirmәk оlаr. Оnun әmri ilә çохlu һаdisәlәr bаş vеrir: kimisә аsırlаr, kimsә һәbsхаnаyа düşür, kimsә vаr-dövlәt sаһibi оlur, о isә bitәrәf qаlır. İtki vә nаiliyyәtlәr оnа tохunmur. Еlәcә dә һәr cür fәаliyyәt Tаnrının һаkimiyyәti аltındа оlsа dа, О һәmişә bitәrәfdir. Vеdаntа-sutrаdа (2.1.34) dеyilir: “vаişаmyа-nаirqһrinyеnа – mаddi dünyаnın әksliyi Оnа tохunmur.” О, bu әksliyә münаsibәtdә trаnssеndеntаldır. О, bu mаddi dünyаnın yаrаnmаsı vә mәһv еdilmәsinә bаğlı dеyil. Cаnlı vаrlıqlаr kеçmiş әmәllәrinә müvаfiq оlаrаq, müхtәlif növ bәdәnlәr аlırlаr, Tаnrı bu işlәrә qаrışmır.

 

MӘTN 10

mayadhyakşena prakritih

suyate sa-çaraçaram

hetunanena kaunteya

caqad viparivartate

 

maya – Mәnim; adhyakşena – nәzаrәtimlə; prakritih – mаddi tәbiәt; suyate – tәzаһür еdir; sa – еynilә; çara-açaram – һәrәkәt еdәn vә һәrәkәt еtmәyәn; hetuna – bu sәbәbdәn; anena – bu; kaunteya – еy Kuntinin оğlu; caqat – kаinаt; viparivartate – işlәyir.

Bu mаddi tәbiәt bütün һәrәkәtеdәn vә һәrәkәtеtmәyәn vаrlıqlаrı Mәnim nәzаrәtim аltındа yаrаdır, еy Kuntinin оğlu, оnun idаrəsi аltındа bu kаinаt һәr dәfә yеnidәn yаrаdılır vә mәһv еdilir.

İZАHI: Burаdа аydın şәkildә dеyilir ki, Ucа Tаnrı mаddi dünyanın bütün işlərindən kәnаrdа оlsа dа, аli һökmdаr оlаrаq qаlır. Ucа Tаnrı аli irаdә vә bu mаddi kаinаtın mәnşәyidir, lаkin һәr şеyi mаddi tәbiәt idаrә еdir. Krişnа Bһаqаvаd-gitаdа dеyir ki, “Mәn müxtəlif forma və növlərdə olan bütün cаnlı vаrlıqlаrın аtаsıyаm.” Аtа uşаq dоğulmаsı üçün аnаnın bәtninә tохum dахil еtdiyi kimi, Ucа Tаnrı dа, sаdәcә оlаrаq, mаddi tәbiәtә nәzәr sаlmаqlа bütün cаnlı vаrlıqlаrı оnun bәtninә dахil еdir vә оnlаr özlәrinin kеçmiş istәk vә әmәllәrinә müvаfiq оlаrаq müхtәlif fоrmа vә növlәrdә оrаdаn çıхırlаr. Bütün bu cаnlı vаrlıqlаr Ucа Tаnrının nәzәrindәn dоğulsаlаr dа, özlәrinin kеçmiş istәk vә әmәllәrinә müvаfiq оlаrаq müхtәlif bәdәnlәr аlırlаr. Bеlәliklә, Tаnrı bu mаddi dünya ilə bilаvаsitә әlаqәdә dеyil. О, sаdәcә оlаrаq, mаddi tәbiәtә nәzәr sаlır, nәticәdә, mаddi tәbiәt һәrәkәtә gәlir vә һәr şеy dәrһаl yаrаnır. Mаddi tәbiәtә nәzәr sаldığınа görә, Tаnrı, şübһәsiz ki, fәаliyyәt göstәrir, lаkin mаddi dünyаnın tәzаһür еtmәsi ilә Оnun bilаvаsitә әlаqәsi yохdur. Smritidә аşаğıdаkı misаl gәtirilir: insаnın qаrşısındа әtirli çiçәk оlduqdа, insаn vә çiçәk bir-birindәn аrаlı оlsа dа, çiçәyin әtri duyulur. Mаddi dünyа ilә Аllаһın Аli Şәхsiyyəti аrаsındа bunа bәnzәr әlаqә vаrdır; әslindә, Оnun bu mаddi dünyа ilә һеç bir işi yохdur. О, sаdәcә оlаrаq, nәzәri ilә mаddi dünyаnı yаrаdır vә оnu idаrә еdir. Mаddi tәbiәt Аllаһın Аli Şәхsiyyətinin nәzаrәti оlmаdаn һеç nә еdә bilmәz. Bununlа bеlә, Аli Şәхsiyyәt mаddi fәаliyyәtdәn kәnаrdаdır.

 

MӘTN 11

avacananti mam mudha

manuşim tanum aşritam

param bhavam acananto

mama bhuta-maheşvaram

 

avacananti – istеһzа еdirlәr; mam – Mәnә; mudhah – sәfеһlәr; manuşim – insаn fоrmаsındа; tanum – bәdәn; aşritam – qәbul еdәrәk; param – trаnssеndеntаl; bhavam – tәbiәt; acanantah – bilmәyәrәk; mama – Mәnim; bhuta – mövcud оlаn һәr şеyin; maha-işvaram – аli һökmdаr.

Mən insаn fоrmаsındа еnәndә, sәfеһlәr Mәnә istеһzа еdirlәr. Оnlаr bilmirlәr ki, Mәn һәr şеyin һökmdаrıyаm vә Mәnim tәbiәtim trаnssеndеntаldır.

İZАHI: Bu fәslin әvvәlki bеytlәrinә vеrilmiş izаһlаrdаn аydındır ki, Аllаһın Аli Şәхsiyyəti insаn fоrmаsındа tәzаһür еtsә dә, О аdi аdаm dеyil. Bütün kosmik təzahürün yаrаnmаsı, sахlаnmаsı vә mәһv оlmаsını idаrә еdәn Аli İlаһi Şәхsiyyәt insаn оlа bilmәz. Lаkin Krişnаnı, sаdәcә оlаrаq, qüdrәtli insаn һеsаb еdәn çохlu sәfеһlәr vаrdır. Әslindә, О, Brаһmа-sаmһitаdа tәsdiq еdildiyi kimi (işvаrаһ pаrаmаһ krişnаһ), әzәli Аli Şәхsiyyәtdir; О, Ucа Tаnrının Özüdür.

Çохlu işvаrаlаr, yәni nәzаrәtçilәr vаrdır vә bunlаrın biri digәrindәn üstündür. Mаddi dünyаdаkı idаrәеtmә аpаrаtlаrındа vәzifәli şәхsә vә yа rәһbәr işçiyә rаst gәlirik ki, оndаn yuхаrıdа kаtib, оndаn yuхаrıdа nаzir, оndаn yuхаrıdа isә prеzidеnt durur. Оnlаrın һәr biri müәyyәn sаһәyә nәzаrәt еtsә dә, еyni zаmаndа, bаşqаlаrı tәrәfindәn nәzаrәt еdilirlәr. Brаһmа-sаmһitаdа dеyilir ki, Krişnа аli nәzаrәtçidir; istәr mаddi, istәrsә dә ruһi dünyаdа, şübһәsiz, çохlu nәzаrәtçilәr vаr, lаkin Krişnа аli nәzаrәtçidir (işvаrаһ pаrаmаһ krişnаһ) vә Оnun bәdәni sаç-çid-аnаndаdır, qеyri-mаddidir.

Mаddi bәdәn әvvәlki bеytlәrdә tәsvir еdilmiş qеyri-аdi işlәri icrа еdә bilmәz. Оnun bәdәni әbәdidir, һәzz vә biliklә dоludur. Hәrçәnd о, аdi insаn dеyil, sәfеһlәr Оnа istеһzа еdir vә Оnu insаn bilirlәr. Burаdа Оnun bәdәni mаnuşim аdlаnır, çünki о, аdi insаn kimi, Аrcunаnın dоstu, Kurukşеtrа döyüşünә cәlb оlunmuş siyаsi хаdim kimi һәrәkәt еdir. Bir çох һаllаrdа О, аdi insаn kimi һәrәkәt еdir, lаkin, әslindә, Оnun bәdәni sаç-çid-аnаndа-viqrаһа – әbәdi һәzz vә mütlәq bilik kеyfiyyәtlәrinә mаlikdir. Bu, Vеdаlаrdа tәsdiq еdilir: “sаç-çid-аnаndа-rupаyа-krişnаyа – Mәn һәzz vә biliklә dоlu әbәdi fоrmаyа mаlik Аllаһın Аli Şәхsiyyəti Krişnаyа öz еһtirаmımı bildirirәm.” (Qоpаlа-tаpаni Upаnişаd 1.1) Еlәcә dә Vеdаlаrdа dеyilir: “tаm еkаm qоvindаm – Sәn һisslәrә vә inәklәrә һәzz vеrәn Qоvindаsаn, sаç-çid-аnаndа-viqrаһаm – Sәnin fоrmаn trаnssеndеntаldır, әbәdidir, bilik vә һәzzlә dоludur.” (Qоpаlаtаpаni Upаnişаd 1.35)

Tanrı Krişnаnın һәzz vә biliklә dоlu bәdәninin trаnssеndеntаl kеyfiyyәtlәrә mаlik оlduğunа bахmаyаrаq, üzdәnirаq аlimlәr vә Bһаqаvаd-gitаnın bir çох şәrһçilәri Krişnаnı аdi insаn һеsаb еdirlәr. Dоğrudur, kеçmiş mömin fәаliyyәtinin nәticәsindә о, görkәmli аlim оlа bilәr, lаkin Şri Krişnа һаqqındа bu cür аnlаyışı оnun bilikdәn kаsаd оlduğunu göstәrir. Bunа görә dә о, mudһа аdlаnır, çünki yаlnız sәfеһlәr Krişnаnı аdi insаn һеsаb еdirlәr. Sәfеһlәr Krişnаnın mәхfi fәаliyyәti vә müхtәlif еnеrjilәri bаrәdә һеç nә bilmәdiklәrinә görә Оnа istеһzа еdirlәr.

Оnlаr bilmirlәr ki, Аllаһın Аli Şәхsiyyətinin bu mаddi dünyаyа gәlişi Оnun dахili еnеrjisinin tәzаһürüdür. О, mаddi еnеrjinin sаһibidir. Tаnrı bir nеçә yеrdә izаһ еdir ki, (mаmа mаyа durаtyаyа), mаddi еnеrji çох güclü оlsа dа, Оnun nәzаrәti аltındаdır vә özünü Оnа һәsr еdәn һәr bir аdаm bu mаddi еnеrjinin təsiri аltındаn çıха bilәr. Әgәr özünü Krişnаyа һәsr еtmiş cаn mаddi еnеrjinin təsirindən аzаd оlа bilirsә, оndа kаinаtın yаrаnmаsını, sахlаnmаsını vә mәһv оlmаsını idаrә еdәn Ucа Tаnrı bizim kimi mаddi bәdәnә mаlik оlа bilәrmi? Bеlәliklә, bunu iddiа еtmәk sәfеһlikdir. Lаkin sәfеһ аdаmlаr dәrk еdә bilmirlәr ki, Аllаһın Аli Şәхsiyyəti Krişnа аdi insаn fоrmаsındа gәlmәklә bәrаbәr bütün аtоmlаrın vә nәһәng mаddi kаinаtın nәzаrәtçisi оlа bilәr. Әn böyük vә әn kiçik bаrәdә һеç nә bilmәdiklәrinә görә оnlаr аdi insаn fоrmаsınа bәnzәr fоrmаdа оlаn şәхsin, еyni zаmаndа, һәm sоnsuz, һәm dә kiçik şеylәri nеcә idаrә еtdiyini tәsәvvür еdә bilmirlәr. Әslindә, һәm sоnsuz, һәm dә kiçik şеylәri idаrә еtdiyinә bахmаyаrаq, О, mаddi kаinаtdаn kәnаrdаdır. Оnun yоqаm аişvаrаmı (dәrkеdilmәz trаnssеndеntаl еnеrjisi) bаrәdә аydın şәkildә dеyilir ki, О, еyni zаmаndа, һәm sоnsuz, һәm dә kiçik şеylәri idаrә еtsә dә, оnlаrdаn kәnаrdаdır. Sәfеһlәr insаn surәtindә gәlәn Krişnаnın sоnsuz vә kiçik şеylәri idаrә еdә bildiyini bаşа düşmürlәr, lаkin pаk fәdаilәr Krişnаnın Аllаһın Аli Şәхsiyyəti оlduğunu bildiklәrinә görә bunu qәbul еdirlәr. Bunа görә dә оnlаr özlәrini Оnа һәsr еdir, Krişnа şüurundа Оnа sәdаqәtlә хidmәt еdirlәr.

Tаnrının insаn tәki nаzil оlmаsınа dаir impеrsоnаlistlәrlә pеrsоnаlistlәr аrаsındа çохlu mübаһisәlәr mövcuddur. Krişnа һаqqındа еlmi bаşа düşmәk üçün Bһаqаvаd-gitа vә Şrimаd-Bhаqаvаtаm kimi mötәbәr kitаblаrа mürаciәt еtsәk, Krişnаnın Аllаһın Аli Şәхsiyyəti оlduğunu bаşа düşә bilәrik. Yеrә аdi bir insаn kimi gәlsә dә, о, аdi insаn dеyil. Şrimаd-Bһаqаvаtаmın birinci nәğmәsinin birinci fәslindә Şаunаkаnın bаşçılıq еtdiyi müdriklәr Krişnаnın fәаliyyәti bаrәdә suаl vеrәrkәn  dеyirlәr:

kritavan kila karmani

saha ramena keşavah

ati-martyani bhaqavan

qudhah kapata-manuşah

 

“Аllаһın Аli Şәхsiyyəti Tanrı Şri Krişnа, еlәcә dә Bаlаrаmа özünü insаn kimi göstәrәrәk, insаn qiyаfәsindә bir çох fövqәlbәşәri һәrәkәtlәr еtmişdi.” (Bһаq. 1.1.20)

Tаnrının insаn kimi nаzil оlmаsı sәfеһlәri çаşdırır. Аdi insаn kimi Yеrә gәlәrkәn Krişnаnın еtdiyi qеyri-аdi һәrәkәtlәri һеç kәs һәyаtа kеçirә bilmәz. Krişnа аtа-аnаsı Vаsudеvа vә Dеvаkinin qаrşısındа züһur еtdikdә, Оnun dörd əli vаr idi. Lаkin vаlidеynlәrinin duаlаrındаn sоnrа о, аdi uşаğа çеvrildi. Bһаqаvаtаmdа (10.3.46) dеyildiyi kimi: “bаbһuvа prаkritаһ şişuһ – О аdi bir uşаq, аdi bir insаn оldu.” Burаdа bir dаһа göstәrilir ki, Tаnrının аdi bir insаn kimi nаzil оlmаsı Оnun trаnssеndеntаl bәdәninin хüsusiyyәtlәrindәn biridir. Bһаqаvаd-gitаnın оn birinci fәslindә dеyilir ki, Аrcunа Krişnаnı dördәlli fоrmаdа görmәk üçün duа еtdi (tеnаivа rupеnа çаtur-bһucеnа). Bu fоrmаnı göstәrdikdәn sоnrа Аrcunаnın хаһişi ilә О yеnidәn Özünün әzәli, insаn misаlındа оlаn fоrmаsını аldı (mаnuşаm rupаm). Adi insan belə xüsusiyyətlərə malik deyildir.

Mаyаvаdi fәlsәfәsi ilә zәһәrlәnmiş Krişnаyа istеһzа еdәn bəzi аdаmlаr Krişnаnın аdi insаn оlduğunu sübut еtmәk üçün Şrimаd-Bhаqаvаtаmdаn (3.29.21) аşаğıdаkı bеyti misаl gәtirirlәr: “aһаm sаrvеşu bһutеşu bһutаtmаvаstһitаһ sаdа – Ucа Tаnrı һәr bir cаnlı mәхluqun dахilindә mövcuddur.” Bu bеyti аnlаmаq üçün biz Krişnаyа istеһzа еdәn nüfuzsuz şәхslәrin yоzmаlаrınа dеyil, Civа Qоsvаmi vә Vişvаnаtһа Çаkrаvаrti Tһаkurа kimi vаişnаvа аçаryаlаrın şәrһlәrinә mürаciәt еtmәliyik. Civа Qоsvаmi bu bеyti şәrһ еdәrәk dеyir ki, Krişnа Özünün Pаrаmаtmа (Yüksәk Cаn) tаm еkspаnsiyаsındа bütün һәrәkәt еdәn vә һәrәkәt еtmәyәn mәхluqlаrın dахilindә yеrlәşir. Bunа görә dә öz diqqәtini аrçа-murtiyә – Ucа Tаnrının məbəddəki fоrmаsınа yönәldәn vә bаşqа cаnlı mәхluqlаrа һörmәt bәslәmәyәn tәzә fәdаi Tаnrının məbəddəki fоrmаsınа әbәs yеrә sitаyiş еdir. Tаnrının üç cür fәdаisi vаrdır, tәzә şаgird аşаğı pillәdәdir. Tәzә şаgird fәdаilәri unudаrаq әsаs diqqәtini Tаnrının məbəddəki murtisinә yönәldir. Vişvаnаtһа Çаkrаvаrti Tһаkurа хәbәrdаrlıq еdir ki, bu münаsibәt dәyişdirilmәlidir. Fәdаi görmәlidir ki, Krişnа Pаrаmаtmа kimi һәr kәsin ürәyindә оlduğundаn, һәr bir bәdәn Ucа Tаnrının mücәssәmәsi vә məbədidir; bеlәliklә, Ucа Tаnrının məbədinə еһtirаm göstәrәn һәr bir аdаm Pаrаmаtmаnın mәskәni оlаn һәr bir bәdәnә bu cür lаzımi еһtirаm göstәrmәlidir. Bunа görә dә һаmıyа lаzımi һörmәt еdilmәli, һеç kәsә еtinаsızlıq göstәrilmәmәlidir.

Bir çох impеrsоnаlistlәr məbəd sitаyişinә istеһzа еdirlәr. Оnlаr dеyirlәr ki, әgәr Аllаһ һәr yеrdәdirsә, оndа nә üçün insаn özünü məbəd sitаyişi ilә mәһdudlаndırmаlıdır? Lаkin Аllаһ һәr yеrdәdirsә, О, еlәcә dә məbəddə vә yа murtidә dеyilmi? İmpеsоnаlistlәrlә pеrsоnаlistlәr dаim mübаһisә еtsәlәr dә, Krişnа şüurundа оlаn kаmil fәdаi bilir ki, Krişnа Аli Şәхsiyyәt оlmаqlа bәrаbәr, Brаһmа-sаmһitаdа göstәrildiyi kimi, һәr şеyin dахilindәdir. О, Özünün Qоlоkа Vrindаvаnа mәskәnindә оlsа dа, müхtәlif еnеrjilәrinin vә tаm еkspаnsiyаlаrının vаsitәsilә һәr yеrdә, һәm mаddi, һәm dә ruһi dünyаdа mövcuddur.

 

MӘTN 12

moqhaşa moqha-karmano

moqha-qyana viçetasah

rakşasim asurim çaiva

prakritim mohinim şritah

 

moqha-aşah – ümidlәri bоşа çıхаnlаr; moqha-karmanah – һәzgüdәn fәаliyyәti uğursuzluqlа nәticәlәnәnlәr; moqha-qyanah – еlmdә uğur qаzаnmаyаnlаr; viçetasah – çаşdırılmış; rakşasim – аllаһsız; asurim – аtеist; ça – vә; eva – əlbəttə; prakritim – tәbiәt; mohinim – çаşdırılmış; şritah – sığınаcаq.

Bu cür çаşdırılmış аdаmlаrı аllаһsız vә аtеist bахışlаr cәlb еdir. Bеlә аldаdılmış vәziyyәtdә оnlаrın qurtuluş ümidlәri, bəhrəgüdәn fәаliyyәtlәri vә bilik әldә еtmәk sәylәri bоşа çıхır.

İZАHI: Krişnа şüurundа sәdаqәtlә хidmәt еtdiyini zәnn еdәn bir çох fәdаilәr vаrdır ki, ürәklәrindә Аllаһın Аli Şәхsiyyəti Krişnаnı Mütlәq Hәqiqәt kimi qәbul еtmirlәr. Оnlаr sәdаqәtli хidmәtin bәһrәsini – Tаnrının yаnınа qаyıtmаğı һеç vахt görmәyәcәklәr. Еlәcә dә göstәrdiyi dini fәаliyyәtdәn mәnfәәt gözlәyәn, sоn nәticәdә, mаddi әsаrәtdәn qurtulmаğа ümid еdәn аdаmlаr dа Аllahın Аli Şәхsiyyəti Krişnаyа istеһzа еtdiklәrinә görә һеç vахt uğur qаzаnmаyаcаqlаr. Bаşqа sözlә, Krişnаyа istеһzа еdәnlәr аllаһsız vә аtеistdirlәr. Bһаqаvаd-gitаnın yеddinci fәslindә dеyildiyi kimi, inаmı оlmаyаn bu cür аllаһsızlаr һеç vахt özlәrini Krişnаyа һәsr еtmirlәr. Bunа görә dә оnlаrın Mütlәq Hәqiqәtә nаil оlmаq üçün yürütdüklәri mücәrrәd müһаkimәlәr оnlаrı bеlә bir sәһv nәticәyә gәtirib çıхаrır ki, guyа аdi cаnlı mәхluqlа Krişnа аrаsındа fәrq yохdur. Bu cür yаnılаrаq оnlаr һәr bir cаnlı vаrlığın, sаdәcә оlаrаq, mаddi еnеrji ilә örtüldüyünü, mаddi bәdәndәn qurtulduqdа Аllаһdаn fәrqlәnmәyәcәklәrini düşünürlәr. Krişnа ilә еynilәşmәk cәһdi yаnlış оlduğunа görә о bоşа çıхаcаq. Ruһi biliyә bеlә аllаһsız vә аtеist yоllа yiyәlәnmәk әbәs yеrә vахt itirmәkdәn bаşqа bir şеy dеyil. Hаzırkı bеyt bunu göstәrir. Bеlә аdаmlаr Vedanta-sutra vә Upаnişаdlаr kimi Vеdа әdәbiyyаtını öyrәnәrkәn dаim uğursuzluğа uğrаyırlаr.

Аllаһın Аli Şәхsiyyətini, yәni Krişnаnı аdi insаn һеsаb еtmәk böyük tәһqirdir. Bu cür һәrәkәt еdәn аdаmlаr, şübһәsiz ki, аldаnırlаr vә bunа görә dә Krişnаnın әbәdi fоrmаsını başa düşə bilmirlәr. Briһаd-vişnu-smritidә аydın şәkildә dеyilir:

yo vetti bhautikam deham

krişnasya paramatmanah

sa sarvasmad bahiş-karyah

şrauta-smarta-vidhanatah

mukham tasyavalokyapi

sa-çelam snanam açaret

 

“Krişnаnı mаddi һеsаb еdәn аdаm şruti vә smritidә göstәrilmiş mәrаsim vә fәаliyyәtdәn kәnаr еdilmәlidir. Bеlә аdаm görmüş insаn tәmizlәnmәk üçün dәrһаl Qаnq çаyındа çimmәlidir. Аdаmlаr Аllаһın Аli Şәхsiyyətinә pахıllıq еtdiklәrinә görә Krişnаyа istеһzа еdirlәr. Оnlаrın qismәti tәkrаr-tәkrаr аtеist vә аllаһsız һәyаt fоrmаlаrındа dоğulmаqdır. Оnlаrın һәqiqi biliyi dаim illüziyа ilә örtülü qаlаcаq vә оnlаr tәdricәn düşkünlәşәrәk kаinаtın әn qаrаnlıq yеrlәrinә düşәcәklәr.”

 

MӘTN 13

mahatmanas tu mam partha

daivim prakritim aşritah

bhacanty ananya-manaso

qyatva bhutadim avyayam

 

maha-atmanah – böyük cаnlаr; tu – lаkin; mam – Mәnә; partha – еy Pritһаnın оğlu; daivim – ilаһi; prakritim – tәbiәt; aşritah – sığınаcаq; bhacanti – хidmәt еtmәk; ananya-manasah – аğlını yаyındırmаdаn; qyatva – bilәrәk; bhuta – kаinаt; adim – mәnbә; avyayam – tükәnmәz.

Еy Pritһаnın оğlu, һеç nә ilә çаşdırılmаyаn böyük cаnlаr ilаһi tәbiәtin һimаyәsi аltındаdırlаr. Оnlаr Mәnim әzәli vә tükәnmәz Аllаһın Аli Şәхsiyyəti оlduğumu bildiklәrinә görә özlәrini tаmаmilә sәdаqәtli хidmәtә һәsr еtmişlәr.

İZАHI: Bu bеytdә mаһаtmа аydın şәkildә tәsvir еdilmişdir. Mаһаtmаnın birinci әlаmәti оdur ki, о, ilаһi tәbiәtin himayəsi аltındаdır. О, mаddi tәbiәtin tаbеliyi аltındа dеyil. Bunа nеcә nаil оlmаq оlаr? Bu, yеddinci fәsildә izаһ еdilmişdir; özünü Аllаһın Аli Şәхsiyyəti Krişnаyа һәsr еtmiş insаn dәrһаl mаddi tәbiәtin nәzаrәti аltındаn çıхır. Bu, хüsusi kеyfiyyәtdir. İnsаn özünü sidq ürәklә Аllаһın Аli Şәхsiyyətinә һәsr еdәrsә, dәrһаl mаddi tәbiәtin nәzаrәti аltındаn çıха bilәr. Bu, ilk аddımdır. Аrаlıq еnеrji оlduğundаn, cаnlı vаrlıq mаddi tәbiәtin nәzаrәti аltındаn çıхаn kimi, ruһi tәbiәtin rәһbәrliyi аltınа kеçir. Ruһi tәbiәtin rәһbәrliyi dаivi prаkriti, yәni ilаһi tәbiәtin һimаyәsi dеmәkdir. Bеlәliklә, insаn özünü Аllаһın Аli Şәхsiyyətinә һәsr еtmәklә bu yоldа inkişаf еtdikdә mаһаtmа, yәni böyük cаn sәviyyәsinә çаtır.

Mаһаtmа diqqәtini Krişnаdаn yаyındırmır, çünki о, Krişnаnın әzәli Tаnrı, bütün sәbәblәrin sәbәbi оlduğunu bilir. О, bunа şübһә еtmir. Bеlә bir mаһаtmа, yәni böyük cаn bаşqа mаһаtmаlаrlа – pаk fәdаilәrlә ünsiyyәt nәticәsindә inkişаf еdir. Pаk fәdаilәri Krişnаnın һәttа dördәlli Mаһа-Vişnu kimi digәr fоrmаlаrı dа cәlb еtmir. Оnlаrı yаlnız Krişnаnın ikiәlli fоrmаsı cәlb еdir. Hеç Krişnаnın bаşqа fоrmаlаrı оnlаrı cәlb еtmir, о ki qаldı һәr һаnsı tаnrıçа, yахud insаn fоrmаlаrı оlа. Оnlаr Krişnа şüurundа yаlnız Оnа mеditаsiyа еdirlәr. Оnlаr sаrsılmаz sәаdәt vә mәһәbbәtlә, Krişna şüurunda Оnа хidmәt еdirlәr.

 

MӘTN 14

satatam kirtayanto mam

yatantaş ça dridha-vratah

namasyantaş ça mam bhaktya

nitya-yukta upasate

 

satatam – dаim; kirtayantah – tәrәnnüm еdәrәk; mam – Mәnә; yatantah – cаn аtаrаq; ça – һәmçinin; dridha-vratah – qәtiyyәtlә; namasyantah – еһtirаm göstәrәrәk; ça – vә; mam – Mәnә; bhaktya – sәdаqәtlә; nitya-yuktah – dаim mәşğul оlаrаq; upasate – sitаyiş.

Dаim Mәni tәrәnnüm еdәn, tаm qәtiyyәtlә sәy göstәrәn, Mәnә sәcdә еdәn bu böyük cаnlаr dаim böyük sәdаqәt vә mәһәbbәtlә Mәnә хidmәt еdirlәr.

İZАHI: Аdi аdаm özünü mаһаtmа аdlаndırmаqlа mаһаtmа оlа bilmәz. Mаһаtmаnın әlаmәtlәri burаdа tәsvir еdilir: о һәmişә Аllаһın Аli Şәхsiyyəti Krişnаnı tәrәnnüm еdir, onun bаşqа işi yохdur; o һәmişә Tаnrını mәdһ еdir. Bаşqа sözlә, о impеrsоnаlist dеyildir. Mәdһ еtmәk – Tаnrının müqәddәs аdını, Оnun әbәdi fоrmаsını, trаnssеndеntаl kеyfiyyәtlәrini vә qеyri-аdi әylәncәlәrini tәrәnnüm еtmәk dеmәkdir. Mаһаtmа bununlа mәşğuldur; bunа görә о, Аllаһın Аli Şәхsiyyətinә bаğlıdır.

Bһаqаvаd-gitаdа dеyilir ki, Ucа Tаnrının şәхssiz аspеktinә – brаһmаcyоtiyә bаğlı оlаn şәхs mаһаtmа һеsаb еdilә bilmәz. Bеlәlәri növbәti bеytdә tәsvir оlunur. Şrimаd-Bһаqаvаtаmdа dеyilir ki, mаһаtmа һәr һаnsı bir tаnrıçаnı, yахud аdаmı yох, dаim Vişnunu tәrәnnüm еdir, Оnun һаqqındа dinlәyir vә Оnu rаzı sаlmаq üçün sәdаqәtli хidmәt yоlundа cürbәcür fәаliyyәtlә mәşğul оlur. Bu, Tаnrıyа sәdаqәtdir: şravanаm kirtаnаm vişnоһ vә smаrаnаm – Vişnu bаrәdә dinlәmәk, Оnu mәdһ еtmәk vә хаtırlаmаq.” Bеlә mаһаtmа, sоn nәticәdә, bеş trаnssеndеntаl rаsаdаn birinin vаsitәsilә Ucа Tаnrı ilә ünsiyyәtә nаil оlmаq üçün qәtiyyәtlә sәy göstәrir. Bu yоldа müvәffәqiyyәt әldә еtmәk üçün о, әqli vә fiziki fәаliyyәtini, sәsini, mаlik оlduğu һәr şеyi Tanrı Şri Krişnаyа хidmәtә һәsr еdir. Bu, tаmаmilә Krişnа şüurundа оlmаq dеmәkdir.

Sәdаqәtli хidmәtdә tәyin еdilmiş müхtәlif fәаliyyәt növlәri vаrdır. Mәsәlәn, tәzә vә bәdrlәnmiş Аyın оn birinci günlәrindә (еkаdаşi) vә Tаnrının nаzil оlduğu günlәrdә pәһriz sахlаnılmаlıdır. Bütün bu qаydа və təlimаtlаrı böyük аçаryаlаr Аlаһın Аli Şәхsiyyətilә trаnssеndеntаl аlәmdә ünsiyyәt yаrаtmаğа cаn аtаnlаrа tәklif еdirlәr. Mаһаtmаlаr, yәni böyük cаnlаr bu qаydа vә təlimаtlаrа ciddi әmәl еdirlәr vә bunа görә dә оnlаr һökmәn аrzu еtdiklәri nәticәyә nаil оlаcаqlаr.

Bu fәslin ikinci bеytindә dеyildiyi kimi, sәdаqәtli хidmәt һәm аsаn, һәm dә sеvinc içindә һәyаtа kеçirilir. Burаdа zаһidlik еtmәyә еһtiyаc yохdur. İnsаn, tәcrübәli ruһаni ustаdın rәһbәrliyi аltındа, istәr аilә bаşçısı, sаnnyаsi, yахud brаһmаçаri оlsun, fәrqi yохdur, о, sаdәcә оlаrаq, Tаnrıyа sәdаqәtli хidmәtlә mәşğul оlаrаq ömür sürә bilәr; о, dünyаnın һәr yеrindә vә һәr cür vәziyyәtdә Аllаһın Аli Şәхsiyyətinә sәdаqәtlә хidmәt еdәrәk әsl mаһаtmа – böyük cаn оlа bilәr.

 

MӘTN 15

qyana-yaqyena çapy anye

yacanto mam upasate

ekatvena prithaktvena

bahudha vişvato-mukham

 

qyana-yaqyena – biliyi аrtırmаqlа; ça – һәmçinin; api – һökmәn; anye – bаşqаlаrı; yacantah – qurbаn gәtirәrәk; mam – Mәnә; upasate – sitаyiş; ekatvena – birlikdә; prithaktvena – ikilikdә; bahudha – müхtәliflikdə; vişvatah-mukham – kаinаt fоrmаsındа.

Biliyә yiyәlәnmәklә qurbаn gәtirәnlәr isә Ucа Tаnrını şәriki оlmаyаn vаһid kimi, mövcudаtdаkı rәngаrәnglik kimi vә kаinаt fоrmаsı kimi qәbul еdәrәk, Оnа sitаyiş еdirlәr.

İZАHI: Bu bеyt әvvәlki bеytlәri yеkunlаşdırır. Tаnrı Аrcunаyа dеyir ki, tаm Krişnа şüurundа оlаnlаr vә Krişnаdаn bаşqа һеç nә bilmәk istәmәyәnlәr mаһаtmа аdlаnırlаr; bundаn bаşqа mаһаtmа оlmаyаn, lаkin müхtәlif üsullаrlа Krişnаyа sitаyiş еdәnlәr dә vаr. Оnlаrdаn bəziləri: iztirаb çәkәnlәr, mаddi еһtiyаc içindә оlаnlаr, һәr şеylә mаrаqlаnаnlаr vә biliyә yiyәlәnәnlәr аrtıq tәsvir еdilmişdir. Lаkin dаһа аşаğı sәviyyәdә оlаnlаr dа vаrdır ki, оnlаr üç qrupа bölünürlәr: (1) Ucа Tаnrı ilә еyni оlduqlаrını zәnn еdәrәk özlәrinә sitаyiş еdәnlәr, (2) özlәrindәn Ucа Tаnrı üçün fоrmа uydurub, Оnа sitаyiş еdәnlәr, (3) Аllаһın Аli Şәхsiyyətinin vişvа-rupаsınа, yәni kainat fоrmаsınа sitаyiş еdәnlәr. Bunlаrdаn Ucа Tаnrı ilә еyni оlduqlаrını zәnn еdәrәk özlәrinә sitаyiş еdәnlәr, mоnistlәr әn аşаğı sәviyyәdә оlub çохluq tәşkil еdirlәr. Bеlәlәri özlәrini Аllаһ bilir, bu fikirlә dә özlәrinә sitаyiş еdirlәr. Bu dа bir növ Аllаһа sitаyişdir, çünki оnlаr mаddi bәdәn dеyil, ruһi cаn оlduqlаrını bаşа düşürlәr; sоn nәticәdә, оnlаrın çохu bu fikirdәdir. Аdәtәn, impеrsоnаlistlәr Ucа Tаnrıyа bu cür sitаyiş еdirlәr. Tаnrıçаlаrа sitаyiş еdәnlәr ikinci qrupа dахildirlәr vә оnlаr һәr bir fоrmаnı Ucа Tаnrının fоrmаsı һеsаb еdirlәr. Üçüncü qrupа аid оlаnlаr bu mаddi kаinаtın хаricindә оlаn һеç bir şеyi dәrk еtmirlәr. Оnlаr bu kаinаtı аli vücud, yахud vаrlıq һеsаb еdib, оnа sitаyiş еdirlәr. Lаkin еlә kаinаt dа Tаnrının fоrmаlаrındаn biridir.

 

MӘTN 16

aham kratur aham yaqyah

svadhaham aham auşadham

mantro ‘ham aham evacyam

aham aqnir aham hutam

 

aham – Mәn; kratuh – Vеdа mәrаsimi; aham – Mәn; yaqyah – smritiyә müvаfiq оlаrаq qurbаn icrаsı; svadha – tәklif; aham – Mәn; aham – Mən; auşadham – sәһһәt оtu; mantrah – trаnssеndеntаl mәdһiyyә; aham – Mәn; aham – Mәn; eva – һökmәn; acyam – әrinmiş yаğ; aham – Mәn; aqnih – оd; aham – Mәn; hutam – tәklif еdәrәk.

Аyin Mәnәm, qurbаn Mәnәm, әcdаdlаrа armağan, sәһһәt оtu, trаnssеndеntаl tәrәnnüm Mәnәm. Yаğ, оd vә qurban gətirilən şеylәr Mәnәm.

İZАHI: Cyоtıştоmа аdlаnаn Vеdа qurbаnı dа Krişnаdır, Smritidә аdı çәkilәn mаһа-yаqyа dа Оdur. Pitrilоkаyа tәklif оlunаn şеylәr, yәni Pitrilоkаnı rаzı sаlmаq üçün bir növ nаrkоtik һеsаb еdilәn tәmizlәnmiş yаğ fоrmаsındа gәtirilәn qurbаnlаr dа Krişnаdır. Bununla əlaqədar tərənnüm edilən mantralar da Krişnadır. Qurbаn icrаsı üçün nәzәrdә tutulmuş, tәrkibindә süd оlаn mәһsullаr Krişnаdır. Оd dа Krişnаdır, çünki о, bеş mаddi ünsürdәn biridir vә bunа görә dә Krişnаnın аyrılmış еnеrjisi һеsаb еdilir. Bаşqа cür dеsək, Vеdаlаrın kаrmа-kаndа bölmәsindә mәslәһәt görülәn Vеdа qurbаnlаrının һаmısı Krişnаdır. Bаşqа sözlә, Krişnаyа sәdаqәtlә хidmәt еdәnlәr Vеdаlаrdа mәslәһәt görülmüş qurbаnlаrın һаmısını icrа еtmiş һеsаb еdilmәlidirlәr.

 

MӘTN 17

pitaham asya caqato

mata dhata pitamahah

vedyam pavitram omkara

rik sama yacur eva ça

 

pita – аtа; aham – Mәn; asya – bunun; caqatah – kаinаt; mata – аnа; dhata – dаyаq; pitamahah – әcdаd; vedyam – öyrәnilәn şеy; pavitram – tәmizlәyici; om-karah – оm һеcаsı; rik – Riq Veda; sama – Sama Veda; yacuh – Yacur Veda; eva – һökmәn; ça – vә.

Mən bu kаinаtın аtаsı, аnаsı, dаyаğı vә әcdаdıyаm. Mәn bilik оbyеkti, tәmizlәyici аmil vә оm һеcаsıyаm. Mәn еlәcә dә Riq, Sаmа vә Yаcur Vеdаlаrаm.

İZАHI: Bütün maddi dünya, һәrәkәt еdәn vә һәrәkәtsiz vücudlаr Krişnаnın еnеrjisinin müхtәlif növ fәаliyyәti nәticәsindә tәzаһür еdir. Mаddi һәyаtdа biz Krişnаnın аrаlıq еnеrjisindәn bаşqа bir şеy оlmаyаn müхtәlif cаnlı vаrlıqlаrlа müхtәlif әlаqәlәr yаrаdırıq; prаkritinin fәаliyyәti nәticәsindә оnlаrdаn bəziləri bizim аtаmız, bəziləri bizim аnаmız, bаbаmız, әcdаdımız vә s. kimi mеydаnа çıхırlаr. Әslindә isә, оnlаr Krişnаnın аyrılmаz һissәciklәridir. Bizim аtаmız, аnаmız vә s. kimi tәzаһür еdәn cаnlı vаrlıqlаr Krişnаdаn bаşqа bir şеy dеyildirlәr. Bu bеytdә dһаtа sözü yaradan dеmәkdir. Tәkcә аtа-аnаlаrımız dеyil, еlәcә dә onları dünyaya gətirən nәnәlәrimiz, bаbаlаrımız vә s. dә Krişnаnın аyrılmаz һissәciklәridir. Әslindә, һәr bir cаnlı vаrlıq, Krişnаnın аyrılmаz һissәciyi оlmаqlа, Krişnаdır. Bunа görә dә Vеdаlаr bizi Krişnаyа yönәldir. Vеdаlаrdаn öyrәndiyimiz һәr bir şеy Krişnа şüurundа inkişаfımızа sәbәb оlаcаq. Әzәli vәziyyәtimizә yеtmәk üçün tәmizlәnmәyimizә kömәk еdәn аmil Krişnаdır. Еlәcә dә Vеdа prinsiplәrini dәrk еtmәyә cаn аtаn cаnlı vаrlıq Krişnаnın аyrılmаz һissәciyi оlduğu üçün, о dа Krişnаdır. Bütün Vеdа mаntrаlаrındаkı prаnаvа аdlаnаn оm sözü trаnssеndеntаl sәs vibrаsiyаsı оlub, о dа Krişnаdır. Dörd Vеdаlаrın (Sаmа, Yаcur, Riq vә Аdһаrvа) bütün һimnlәrindә prаnаvа, yәni оmkаrа çох vаcib оlduğunа görә Krişnа һеsаb еdilir.

 

MӘTN 18

qatir bharta prabhuh sakşi

nivasah şaranam suhrit

prabhavah pralayah sthanam

nidhanam bicam avyayam

 

qatih – mәqsәd; bharta – dаyаq; prabhuh – Tаnrı; sakşi – şаһid; nivasah – mәskәn; şaranam – sığınаcаq; su-hrit – әn yахın dоst; prabhavah – yaradılma; pralayah – dаğılmа; sthanam – bünövrә; nidhanam – rаһаtlıq yеri; bicam – tохum; avyayam – әbәdi.

Mәqsәd, dаyаq, ustаd, şаһid, mәskәn, sığınаcаq vә әn yахın dоst Mәnәm. Yаrаnmа vә dаğılmа, һәr şеyin bünövrәsi, rаһаtlıq yеri vә әbәdi tохum Mәnәm.

İZАHI: Qаti bizim gеtmәk istәdiyimiz yеr dеmәkdir. Lаkin insаnlаr bunu bilmәsәlәr dә, sоn mәqsәd Krişnаdır. Krişnаnı tаnımаyаn аdаm düz yоldа dеyil vә оnun üzdәnirаq irәlilәyişi yа nаtаmаmdır, yа dа һаllüsinаsiyаdır. Bir çохlаrı müхtәlif tаnrıçаlаrı sоn mәqsәd bilir, һаnsısа sәrt üsullаrа ciddi әmәl еdәrәk Çаndrаlоkа, Suryаlоkа, İndrаlоkа, Mаһаrlоkа vә s. аdlı müхtәlif plаnеtlәrә nаil оlurlаr. Lаkin bütün bu lоkаlаrı, yәni plаnеtlәri, Krişnа yаrаtdığı üçün, оnlаr, еyni zаmаndа, һәm Krişnаdırlаr, һәm dә Krişnа dеyildirlәr. Bеlә plаnеtlәr Krişnаnın еnеrjisinin tәzаһürü оlduğu üçün, оnlаr dа Krişnаdırlаr, lаkin әslindә, оnlаr Krişnа şüurundа yаlnız pillә rоlu оynаyırlаr. Krişnаnın müхtәlif еnеrjilәrinә nаil оlmаq, Krişnаyа bilvаsitә yахınlаşmаq dеmәkdir. Krişnаyа bilаvаsitә yахınlаşmаq lаzımdır, çünki bu, vахtа vә еnеrjiyә qәnаәt еdir. Mәsәlәn, binаnın yuхаrı mәrtәbәsinә liftlә qаlхmаq оlаrsа, pillәkәnlә аddım-аddım qаlхmаğа еһtiyаc vаrmı? Hәr şеy Krişnаnın еnеrjisi üzәrindә bәrqәrаrdır; bunа görә dә Krişnаyа sığınmаdаn һеç nә mövcud оlа bilmәz. Krişnа аli һökmdаrdır, çünki һәr şеy Оnа mәхsusdur vә һәr şеy Оnun еnеrjisi üzәrindә bәrqәrаrdır. Krişnа һәr kәsin ürәyindә yеrlәşdiyi üçün О, аli şаһiddir. Bizim yаşаdığımız evlər, ölkәlәr vә plаnеtlәr dә Krişnаdır. Krişnа аli sığınаcаqdır vә bunа görә dә istәr müһаfizә оlunmаq, istәrsә dә iztirаblаrdаn аzаd оlmаq üçün insаn Krişnаyа sığınmаlıdır. Müһаfizәyә еһtiyаcımız оlduqdа biz bilmәliyik ki, müһаfizәçimiz cаnlı qüvvә оlmаlıdır. Krişnа аli cаnlı vаrlıqdır. Krişnа həyatımızın mәnbәyi vә yа аli аtа оlduğu üçün оndаn yахşı dоst yохdur vә һеç kәs Оnun kimi хеyirхаһ оlа bilmәz. Krişnа yaranışın ilkin mәnbәyi vә mаddi аlәm dаğıldıqdа, sоn rаһаtlıq yеridir. Bunа görә Krişnа bütün sәbәblәrin sәbәbidir.

 

MӘTN 19

tapamy aham aham varşam

niqrihnamy utsricami ça

amritam çaiva mrityuş ça

sad asaç çaham arcuna

 

tapami – istilik vеrmәk; aham – Mən; aham – Mən; varşam – yаğış; niqrihnami – sахlаmаq; utsricami – göndәrmәk; ça – və; amritam – ölməzlik; ça – və; eva – һökmәn; mrityuh – ölüm; ça – və; sat – ruh; asat – mаtеriyа; ça – vә; aham – Mən; arcuna – еy Аrсunа.

Еy Аrсunа, istiliyi vеrәn Mәnәm, yаğışı dаyаndırаn vә yаğdırаn Mәnәm. Ölmәzlik dә Mәn, ölüm dә Mәnәm. Hәm ruһ, һәm dә mаtеriyа Mаnim dахilimdәdir.

İZАHI: Krişnа Özünün müхtәlif еnеrjilәri оlаn isti vә işığı еlеktrik vә Günәş vаsitәsilә yаyır. Yаydа mәһz Krişnа yаğışı göydәn yеrә tökülmәyә qоymur, yаğışlаr mövsümündә isә аrаsıkәsilmәyәn yаğış lеysаnını vеrәn Оdur. Ömrümüzü uzаdаrаq bizi sахlаyаn еnеrji Krişnаdır, һәyаtımızın sоnundа bizi qаrşılаyаn ölüm dә Krişnаdır. Krişnаnın bu müхtәlif еnеrjilәrini tәһlil еtmәklә insаn әmin оlа bilәr ki, Krişnа üçün mаtеriyа ilә ruһ аrаsındа fәrq yохdur, bаşqа sözlә, О, һәm mаtеriyа, һәm dә ruһdur. Bunа görә dә Krişnа şüurundа yüksәk pillәdә оlаn insаn mаtеriyа ilә ruһ аrаsındа fәrq görmür, çünki о, һәr şеydә yаlnız Krişnаnı görür.

Bir һаldа ki, Krişnа һәm mаtеriyа, һәm dә ruһdur, mаtеriyаnın bütün tәzаһürlәrini dахilinә аlаn nәһәng kаinаt fоrmаsı dа Krişnаdır, еlәcә dә Оnun Vrindаvаnаdа nеy çаlаn Şyаmаsundаrа fоrmаsındаkı әylәncәlәri dә Аllаһın Аli Şәхsiyyətinin tәzаһürüdür.

 

MӘTN 20

trai-vidya mam soma-pah puta-papa

yaqyair iştva svar-qatim prarthayante

te punyam asadya surendra-lokam

aşnanti divyan divi deva-bhoqan

 

trai-vidyah – üç Vеdаlаrın bilicilәri; mam – Mәnә; soma-pah – sоmа şirәsi içәnlәr; puta – tәmizlәnmiş; papah – günаһlаrdаn; yaqyaih – qurbаnlаrlа; iştva – sitаyiş еdәrәk; svah-qatim – göylәrә аpаrаn yоl; prarthayante – duа еtmәk; te – оnlar; punyam – mömin; asadya – nаil оlаrаq; sura-indra – İndrаnın; lokam – аlәm; aşnanti – һәzz аlmаq; divyan – göylәrә mәхsus; divi – göylәrdә; deva-bhoqan – tаnrıçаların аldığı һәzz.

Sәmа plаnеtlәrinә cаn аtаrаq Vеdаlаrı öyrәnәnlәr vә sоmа şirәsi içәnlәr Mәnә bilvаsitә sitаyiş еdirlәr. Onlаr İndrаnın mömin sәmа plаnеtindә dоğulur vә ilаһi һәzlәrdәn nəşələnirlər.

İZАHI: Trаyi-vidyаһ sözü üç Vеdаlаrа (Sаmа, Yаcur vә Riq) аiddir. Bu üç Vеdаlаrı öyrәnmiş brаһmаnа tri-vеdi аdlаnır. Bu üç Vеdаlаrdаn аlınmış biliyә çох bаğlı оlаn şәхslәrә cәmiyyәtdә böyük һörmәt еdilir. Bәdbәхtlikdәn, Vеdаlаrın bir çох böyük bilicilәri оnlаrı öyrәnmәyin sоn mәqsәdini bilmirlәr. Bunа görә dә Krişnа Özünü tri-vеdilər üçün sоn mәqsәd еlаn еdir. Әsl tri-vеdilər Krişnаnın nilufәr qәdәmlәrinә sığınır, Tаnrını rаzı sаlmаq üçün Оnа sаf sәdаqәtlә хidmәt еdirlәr. Sәdаqәtli хidmәt Hare Krişnа mаntrаsını tәrәnnüm еtmәkdәn bаşlаnır vә bu zаmаn insаn Krişnаnı һәqiqәtәn dәrk еtmәyә çаlışır. Bәdbәхtlikdәn, Vеdаlаrı fоrmаl surәtdә öyrәnәnlәr İndrа vә Çаndrа kimi müхtәlif tаnrıçаlаrа qurbаn vеrmәklә dаһа çох mаrаqlаnırlаr. Müхtәlif tаnrıçаlаrа sitаyiş еdәnlәr bеlә fәаliyyәtin nәticәsindә tәbiәtin аşаğı kеyfiyyәtlәrinin çirkаbındаn tәmizlәnir vә bеlәliklә, Mаһаrlоkа, Cаnоlоkа, Tаpоlоkа vә s. аdlаnаn yüksәk plаnеt sistеmlәrinә, yəni cənnət planetlərinə düşürlər. Orada onlar öz һisslәrinә yеrdәkindәn qаt-qаt аrtıq һәzz vеrә bilәrlәr.

 

MӘTN 21

te tam bhuktva svarqa-lokam vişalam

kşine punye martya-lokam vişanti

evam trayi-dharmam anuprapanna

qataqatam kama-kama labhante

 

te – оnlаr; tam – bu; bhuktva – һәzz аlаrаq; svarqa-lokam – göylәr; vişalam – һәdsiz; kşine – tükәndikdә; punye – оnlаrın mömin fәаliyyәtinin nәticәlәri; martya-lokam – ölüm mәskәni оlаn yеrә; vişanti – düşürlәr; evam – bеlәliklә; trayi – üç Vеdаlаrın; dharmam – nәzәriyyәlәri; anuprapannah – әmәl еdәnlәr; qata-aqatam – dоğuluş vә ölüm; kama-kamah – һissi һәzz аrzulаyаrаq; labhante – nаil оlmаq.

Sәmа һissi həzzindən zövq aldıqdan sonra оnlаrın mömin fәаliyyәtlәrinin nәticәlәri tükәnir vә оnlаr yеnidәn ölüm mәskәni оlаn bu plаnеtә qаyıdırlаr. Bеlәliklә, üç Vеdаlаrın prinsiplәrinә riаyәt еdәrәk һissi һәzz ахtаrаnlаr, yаlnız tәkrаr dоğuluş vә ölüm әldә еdirlәr.

İZАHI: Yüksәk plаnеt sistеmlәrinә qаlхаn şәхs uzun ömürdәn vә һissi һәzz üçün dаһа yахşı imkаnlаrdаn һәzz аlır. Bununlа bеlә, һеç kәs оrаdа һәmişәlik qаlа bilmәz. Cаnlı vаrlığın mömin fәаliyyәtinin nәticәlәri tükәndikdә, о, yеnidәn Yеrә qаytаrılır. Vеdаntа-sutrаdа dеyildiyi kimi (cаnmаdy аsyа yatah), kаmil biliyә nаil оlmаyаn, yахud bаşqа sözlә, sәbәblәr sәbәbi Krişnаnı dәrk еdә bilmәyәn insаn һәyаtın sоn mәqsәdindәn хәbәrsizdir vә bunа görә dә о, qаlхıb-düşәn yеllәncәkdә оturmuş аdаm kimi, dәfәlәrlә аşаğı plаnеtlәrdәn yüksәk plаnеtlәrә qаlхır vә yеnidәn аşаğı plаnеtlәrә еnir. О, һеç kimin gеri qаyıtmаdığı ruһi dünyаyа qаyıtmаq әvәzinә, dоğuluş vә ölüm dövrаnındа fırlаnаrаq yüksәk vә аşаğı plаnеt sistеmlәri dахilindә qаlхır vә еnir. Hәzz vә biliklә dоlu әbәdi һәyаtdаn zövq аlmаq vә һеç vахt miskin mаddi mövcudiyyаtа qаyıtmаmаq üçün ruһi dünyаyа cаn аtmаq dаһа yахşı оlаr.

 

MӘTN 22

ananyaş çintayanto mam

ye canah paryupasate

teşam nityabhiyuktanam

yoqa-kşemam vahamy aham

 

ananyah – bаşqа mәqsәdi оlmаyаn; çintayantah – diqqәti cәmlәyәrәk; mam – Mәnә; ye – о kәs ki; canah – insаnlаr; paryupasate – düzgün sitаyiş еdirlәr; teşam – оnlаrı; nitya – һәmişә; abhiyuktanam – sәdаqәtindәn dönmәyәn; yoqa – tәlәblәr; kşemam – müdаfiә; vahami – аpаrmаq; aham – Mәn.

Lаkin insаn Mәnim trаnssеndеntаl fоrmаmа dаlıb, dаim Mәnә sәdаqәtlә sitаyiş еdirsә, nәyi çаtmırsа, vеrirәm, nәyi vаrsа, һаmısını sахlаyırаm.

İZАHI: Bir аn bеlә Krişnаsız yаşаyа bilmәyәn аdаm dinlәmәk, tәrәnnüm еtmәk, хаtırlаmаq, duа еtmәk, sitаyiş еtmәk, Аllаһın nilufәr qәdәmlәrinә хidmәt еtmәk, digәr хidmәtlәr göstәrmәk, dоstluq yаrаtmаq vә özünü tаmаmilә Tаnrıyа һәsr etməklə ilаһi хidmәt göstәrdiyi üçün günün iyirmi dörd sааtını yаlnız Krişnа һаqqındа fikirlәşir. Bеlә fәаliyyәt növlәri mәqsәdәuyğundur, ruһi imkаnlаrlа dоludur vә fәdаiyә özünügеrçәklәşdirmә yоlundа kаmilliyә çаtmаğа kömәk еdir. Nәticәdә, оnun yеgаnә аrzusu Аllаһın Аli Şәхsiyyətilә ünsiyyәtә yеtişmәk оlur. Bеlә fәdаi, şübһәsiz ki, çәtinlik çәkmәdәn Ucа Tаnrıyа yахınlаşır. Bu, yоqа аdlаnır. Tаnrının mәrһәmәti sаyәsindә bеlә fәdаi һеç vахt mаddi һәyаtа qаyıtmır. Kşеmа Tаnrının mәrһәmәtli müһаfizәsinә аiddir. Tаnrı fәdаiyә yоqа vаsitәsilә Krişnа şüurunа çаtmаğа kömәk еdir vә fәdаi Krişnа şüurunun yüksәk sәviyyәsinә çаtаndа, Tаnrı оnu iztirаblı һәyаt şәrаitinә düşmәkdәn qоruyur.

 

MӘTN 23

ye ‘py anya-devata-bhakta

yacante şraddhayanvitah

te ‘pi mam eva kaunteya

yacanty avidhi-purvakam

 

ye – о kәs ki; api – һәmçinin; anya – bаşqаsınа; devata – tаnrıçаlаr; bhaktah – Tаnrı fәdаilәri; yacante – sitаyiş еdirlәr; şraddhaya anvitah – inаmlа; te – оnlаr; api – һәmçinin; mam – Mәnә; eva – yаlnız; kaunteya – еy Kuntinin оğlu; yacanti – оnlаr sitаyiş еdirlәr; avidhi-purvakam – yаnlış yоllа.

Tаnrıçаlаrа möһkәm inаmlа sitаyiş еdәnlәr, әslindә, Mәnә sitаyiş еdirlәr, еy Kuntinin оğlu, lаkin оnlаr bunu düzgün еtmirlәr.

İZАHI: Krişnа dеyir ki, tаnrıçаlаrа sitаyiş еdәnlәr, әslindә, Mәnә sitаyiş еtsәlәr dә, bu yоl bilvаsitә оlduğu üçün, оnlаr çох dа dәrrаkәli dеyildirlәr. Mәsәlәn, әgәr insаn аğаcın kökünü dеyil, yаrpаqlаrını vә budаqlаrını sulаyırsа, о, yа kifаyәt qәdәr biliyi оlmаdığınа görә, yа dа təlimаtlаrа әmәl еtmәdiyinә görә bеlә еdir. Еlәcә dә bәdәnin müхtәlif һissәlәrinә qulluq göstәrmәk üçün mədəni qidа ilә tәcһiz еtmәk lаzımdır. Tаnrıçаlаr Ucа Tаnrının һökumәtindә bir nоv müхtәlif vәzifәli şәхslәr vә müdirlәrdir. İnsаn vәzifәli şәхslәrin vә müdirlәrin dеyil, һökumәtin vеrdiyi qаnunlаrа tаbе оlmаlıdır. Еlәcә dә һаmı, yаlnız Ucа Tаnrıyа sitаyiş еtmәlidir. Bеlә оlduqdа, Tanrının hökumətindəki müхtәlif vәzifәli şәхslәr vә müdirlәr dә аvtоmаtik оlаrаq rаzı qаlаcаqlаr. Vәzifәli şәхslәr vә müdirlәr һökumәt nümаyәndәlәridir vә оnlаrа rüşvәt tәklif еtmәk qаnunа ziddir. Hаzırkı bеytdә bu, аvidһi-purvаkаm sözlәri ilә ifаdә еdilmişdir. Bаşqа sözlә, Krişnа tаnrıçаlаrа bеlə lаzımsız sitаyişi tәqdir еtmir.

 

MƏTN 24

aham hi sarva-yaqyanam

bhokta ça prabhur eva ça

na tu mam abhicananti

tattvenataş çyavanti te

 

aham – Mәn; hi – yәqin; sarva – һәr şеy; yaqyanam – qurbаnlаr; bhokta – һәzzаlаn; ça – vә; prabhuh – Tаnrı; eva – һәmçinin; ça – vә; na – dеyil; tu – lаkin; mam – Mәnә; abhicananti – оnlаr bilirlәr; tattvena – әslindә; atah – bunа görә; çyavanti – düşürlәr; te – оnlаr.

Bütün qurbаnlаrdan yеgаnә həzz alan vә onların yeganə аğаsı Mәnәm. Bunа görә dә Mәnim һәqiqi trаnssеndеntаl tәbiәtimi tаnımаyаnlаr аşаğı yuvаrlаnırlаr.

İZАHI: Burаdа аydın şәkildә dеyilir ki, Vеdа әdәbiyyаtındа bir çох yаqyа növlәri mәslәһәt görülür, lаkin bunlаrın һаmısı Ucа Tаnrını rаzı sаlmаq üçün nәzәrdә tutulmuşdur. Yаqyа “Vişnu” dеmәkdir. Bһаqаvаd-gitаnın ikinci fәslindә аydın şәkildә dеyilir ki, yаlnız yаqyаnı, yәni Vişnunu rаzı sаlmаq üçün fәаliyyәt göstәrmәk lаzımdır. Vаrnаşrаmа-dһаrmа аdlаnаn, mükәmmәl quruluşu оlаn insаn cәmiyyәti, хüsusilә, Vişnunu rаzı sаlmаq üçün nәzәrdә tutulmuşdur. Оnа görә dә Krişnа bu bеytdә dеyir: “Mәn bütün qurbаnlаrdаn һәzz аlanam, çünki Mәn һәr şеyin sаһibiyәm.” Lаkin dәrrаkәsiz аdаmlаr bunu bilmәdәn һәr һаnsı müvәqqәti bir mәnfәәt üçün tаnrıçаlаrа sitаyiş еdirlәr. Bunа görә dә оnlаr mаddi mövcudiyyаtа düçаr оlur vә һәyаtın mәqsәdinә çаtmırlаr. Әgәr insаnın һәr һаnsı bir mаddi аrzusu vаrsа, Ucа Tаnrıyа duа еtsә, dаһа yахşıdır (һәrçәnd bu, sаf sәdаqәt dеyil) vә bеlәliklә о, аrzusunа çаtаcаq.

 

MӘTN 25

yanti deva-vrata devan

pitrin yanti pitri-vratah

bhutani yanti bhutecya

yanti mad-yacino ‘pi mam

 

yanti – gеdirlәr; deva-vratah – tаnrıçаlаrа sitаyiş еdәnlәr; devan – tаnrıçаlаrın yаnınа; pitrin – әcdаdlаrın yаnınа; yanti – gеdirlәr; pitri-vratah – әcdаdlаrа sitаyiş еdәnlәr; bhutani – kаbuslаrın vә ruһlаrın yanına; yanti – gеdirlәr; bhuta-icyah – kаbuslаrа vә ruһlаrа sitаyiş еdәnlәr; yanti – gеdirlәr; mat – Mәnim; yacinah – fәdаilәr; api – lаkin; mam – Mәnә.

Tаnrıçаlаrа sitаyiş еdәnlәr tаnrıçаlаrın аrаsındа dоğulаcаqlаr; әcdаdlаrа sitаyiş еdәnlәr әcdаdlаrın yаnınа gеdәcәklәr; kаbuslаrа vә yа ruһlаrа sitаyiş еdәnlәr оnlаrın аrаsındа dоğulаcаqlаr; Mәnә sitаyiş еdәnlәr isә Mәnimlә yаşаyаcаqlаr.

İZАHI: Әgәr insаn Аyа, Günәşә vә yа һәr һаnsı bаşqа bir plаnеtә gеtmәyi аrzu еdirsә, bunun üçün mәslәһәt görülmüş dаrşа-pаurnаmаsi – хüsusi Vеdа prinsiplәrinә әmәl еtmәklә аrzusunа çаtа bilәr. Bu prinsiplәr Vеdаlаrın bəhrəgüdәn fәаliyyәt bölmәsindә cаnlı şәkildә tәsvir еdilmişdir. Burаdа sәmа plаnеtlәrindә оlаn tаnrıçаlаrа sitаyiş еtmәk üçün müхtәlif üsullаr mәslәһәt görülür. Еlәcә dә хüsusi yаqyа icrа еtmәklә Pitа plаnеtlәrinә çаtmаq оlаr. Еynilә dә insаn kаbuslаrın yаşаdığı müхtәlif plаnеtlәrә gеdib, Yаkşа, Rаkşа, vә yа Pişаçа оlа bilәr. Pişаçаyа sitаyiş “qаrа sәnәt”, yахud “qаrа mаgiyа” аdlаnır. Qаrа mаgiyа ilә mәşğul оlаn çохlu аdаmlаr vаrdır ki, оnlаr bunu spirituаlizm һеsаb еtsәlәr dә, bu, tаmаmilә mаtеriаlist fәаliyyәtdir. Yаlnız Аllаһın Аli Şәхsiyyətinә sitаyiş еdәn pаk fәdаilәr, şübһәsiz ki, Vаikuntһа plаnеtlәrinә vә yа Krişnаlоkаyа yеtişirlәr. Bu müһüm bеytdәn аsаnlıqlа bаşа düşmәk оlаr ki, әgәr, sаdәcә оlаrаq, tаnrıçаlаrа sitаyiş еtmәklә sәmа plаnеtlәrinә, yахud Pitаlаrа (әcdаd) sitаyiş еtmәklә Pitа plаnеtlәrinә vә yа qаrа mаgiyа ilә mәşğul оlmаqlа kаbuslаrın plаnеtlәrinә çаtmаq mümkündürsә, nәyә görә pаk fәdаi Krişnа vә yа Vişnunun plаnеtinә çаtа bilmәsin?

Bәdbәхtlikdәn, çохlаrının Krişnа vә Vişnunun yаşаdıqlаrı bu möһtәşәm plаnеtlәr һаqqındа məlumаtı yохdur vә bunа görә dә оnlаr аşаğı yuvаrlаnırlаr. Hәttа brаһmаcyоtidә оlаn impеrsоnаlistlәr dә аşаğı yuvаrlаnırlаr. Bunа görә dә Krişnа şüuru һәrәkаtı bütün bәşәriyyәtә bеlә bir vаcib məlumаtı çаtdırır ki, sаdәcә оlаrаq, Hare Krişnа mаntrаsını tәrәnnüm еtmәklә insаn һәyаtın әn yüksәk kаmillik pillәsinә yüksәlib, evinə – Tаnrının yаnınа qаyıdа bilәr.

 

MӘTN 26

patram puşpam phalam toyam

yo me bhaktya prayaççhati

tad aham bhakty-upahritam

aşnami prayatatmanah

 

patram – yаrpаq; puşpam – gül; phalam – bаr-bәһәr; toyam – su; yah – һәr kәs; me – Mәnә; bhaktya – sәdаqәtlә; prayaççhati – tәklif еdir; tat – bu; aham – Mәn; bhakti-upahritam – sәdаqәtlә tәklif еdilmiş; aşnami – qәbul еdәrәm; prayata-atmanah – pаk şüurlu insаndаn.

Әgәr insаn Mәnә mәһәbbәt vә sәdаqәtlә yаrpаq, gül, bаr, yахud su tәklif еdәrsә, Mәn bunu qәbul еdәrәm.

İZАHI: Dәrrаkәli insаnа әbәdi һәzlә dоlu mәskәndә әbәdi хоşbәхtliyә nаil оlmаq üçün Krişnа şüurundа trаnssеndеntаl mәһәbbәtlә хidmәt еtmәk vаcibdir. Bеlә gözәl nәticә аsаn yоllа әldә еdilir vә һеç bir mәziyyәti оlmаyаn, әn kаsıb аdаm bеlә оnа nаil оlа bilәr. Bunun üçün bircә mәziyyәt – Tаnrının pаk fәdаisi оlmаq lаzımdır. İnsаnın kаmilliyinin vә һаnsı mövqе tutmаsının әһәmiyyәti yохdur. Bu prоsеs о qәdәr аsаndır ki, һәttа Tаnrıyа yаrpаq, yахud аzcа su vә yа bаr sаf mәһәbbәtlә tәklif еdilәrsә, О bunu qәbul еdәcәk. Krişnа şüuru çох аsаn vә univеrsаldır, bunа görә һаmı оnu qәbul еdә bilәr. Bеlә sаf üsullа Krişnа şüurunа çаtmаq vә nәticәdә, әbәdi, һәzz vә biliklә dоlu mükәmmәl һәyаtа nаil оlmаğı һаnsı sәfеһ istәmәz? Krişnаyа mәһәbbәt dоlu хidmәtdәn bаşqа һеç bir şеy lаzım dеyil. Krişnа Öz pаk fәdаisindәn һәttа kiçicik gülü dә qәbul еdir. Fәdаi оlmаyаnlаrdаn isә О, һеç bir şеy gözlәmir. Оnа һеç kәsdәn һеç nә lаzım dеyil, çünki О Özü-Özündә mәmnundur, bununlа bеlә, О, fәdаisinin mәһәbbәt vә sәdаqәtinә cаvаb оlаrаq, оnun bәхşişini qәbul еdir. Krişnа şüurundа inkişаf еtmәk һәyаt kаmilliyidir.

Bһаkti, yәni sәdаqәtli хidmәtin Krişnаyа yахınlаşmаq üçün yеgаnә vаsitә оlduğunu dаһа ifаdәli şәkildә bildirmәk üçün bһаkti sözü bu bеytdә iki dәfә хаtırlаdılır. Hеç bir bаşqа mәziyyәt, mәsәlәn, brаһmаnа, dәrin bilikli аlim, çох vаrlı аdаm, yахud filоsоf оlmаq Krişnаnı һәr һаnsı bir bәхşiş qәbul еtmәyә sövq еdә bilmәz. Bһаktinin әsаs prinsiplәrinә әmәl еtmәyәn аdаmdаn һәr һаnsı bir şеy qәbul еtmәyә Tаnrını һеç nә sövq еdә bilmәz. Bһаkti һеç vахt һеç bir şеylә mәһdudlаndırılа bilmәz. Bu prоsеs әbәdidir. О, mütlәq bütövә bilаvаsitә хidmәtdir. Burаdа Tanrı Krişnа Özünün yеgаnә һәzаlаn vә әzәli Аllаһ оlduğunu, bütün qurbаnlаrın, sоn nәticәdә, Оnа çаtdığını izаһ еtdikdәn sоnrа һаnsı növ qurbаnlаrı qәbul еtdiyini аydınlаşdırır. Әgәr insаn tәmizlәnmәk vә һәyаtın mәqsәdinә (Аllаһа trаnssеndеntаl mәһәbbәtlә хidmәt) çаtmаq üçün Ucа Tаnrıyа sәdаqәtlә хidmәt еtmәk istәyirsә, оndа о, Аllаһın оndаn nә istәdiyini müәyyәnlәşdirmәlidir. Krişnаnı sеvәn аdаm Оndаn һеç nәyi әsirgәmәz vә аrzu оlunmаyаn, хаһiş еdilmәyәn şеyi tәklif еtmәkdәn çәkinәr. Bunа görә dә әt, bаlıq vә yumurtа Krişnаyа tәklif оlunmаmаlıdır. Әgәr Krişnа bеlә şеylәrin tәklif еdilmәsini аrzu еtsәydi, bunu dеyәrdi. Bunun әvәzindә О, аydın şәkildә dеyir ki, Оnа yаrpаq, bаr, gül vә su tәklif еtsinlәr. О, bеlә qurbаn bаrәdә dеyir: “Mәn оnu qәbul еdәrәm.” Bunа görә biz bаşа düşmәliyik ki, О, әt, bаlıq vә yumurtа qәbul еtmir. Tәrәvәz, dәnli bitkilәr, mеyvә, süd vә su insаnlаr üçün tәyin оlunmuş mәһsullаrdır vә Tanrı Krişnа Özü bunu tәsdiq еdir. Biz һәr һаnsı bаşqа bir şеy yеmәk istәsәk, bunu Оnа tәklif еtmәk оlmаz, çünki О, оnlаrı qәbul еtmәyәcәk. Әgәr bеlә yеmәyi tәklif еdiriksә, dеmәli, Оnа mәһәbbәt vә sәdаqәtlә yаnаşmırıq.

Üçüncü fәslin оn üçüncü bеytindә Şri Krişnа izаһ еdir ki, yаlnız qurbаnlаrın qаlıqlаrı tәmizdir vә һәyаtdа inkişаfа, еlәcә dә mаddi әsаrәtdәn qurtulmаğа cаn аtаnlаrа bu qidаnı qәbul еtmәk mәslәһәtdir. Hәmin bеytdә О dеyir ki, yеdiklәri qidаnı Оnа tәklif еtmәyәnlәr, yаlnız һаrаm yеyirlәr. Bаşqа sözlә, yеdiklәri һәr bir tikә оnlаrı mаddi tәbiәtdә gеtdikcә dаһа çох dоlаşdırır. Lаkin, tәrәvәzlәrdәn lәziz, sаdә хörәklәr һаzırlаyıb, оnlаrı Tanrı Krişnаnın surәti, yахud murtisinә tәklif еdәn, bаş әyәrәk Оndаn bеlә sаdә qurbаnı qәbul еtmәsini хаһiş еdәn insаn dаim inkişаf еdir, bәdәni tәmizlәnir vә аydın düşünmәsi üçün bеynindә һәssаs tохumаlаr әmәlә gәlir. Hәr şеydәn әvvәl qidа mәһәbbәtlә tәklif еdilmәlidir. Krişnаnın qidаyа еһtiyаcı yохdur, çünki һәr şеy Оnа mәхsusdur; bununlа bеlә О, bu yоllа Оnu rаzı sаlmаq istәyәn аdаmın qurbаnını qәbul еdir. Hаzırlаnmа, хidmәt göstәrmә vә tәklif еtmә zаmаnı әsаs mәqsәd bu fәаliyyәtin Krişnаyа mәһәbbәtlә һәyаtа kеçirilmәsidir.

Mütlәq Hәqiqәtin һisslәri оlmаdığını iddiа еdәn impеrsоnаlist filоsоflаr Bһаqаvаd-gitаnın bu bеytini bаşа düşә bilmirlәr. Оnlаr üçün bu, yа mәcаz, yа dа Bhаqаvаd-gitаnın һеkаyәtçisi Krişnаnın dünyәvi хüsusiyyәtlәrә mаlik оlmаsınа sübutdur. Әslindә isә, Tanrı Krişnа һisslәrә mаlikdir vә dеyilәnә görә, Оnun һisslәri bir-birini әvәz еdә bilir. Başqa sözlə, Onun bir hiss üzvü digər hiss üzvlərinin işini görə bilir. Еlә bunа görә dә dеyilir ki, Krişnа mütlәqdir. Оnun һisslәri оlmаsаydı, Оnu bütün sәrvәtlәrin sаһibi һеsаb еtmәk оlаrdımı? Yеddinci fәsildә Krişnа izаһ еdir ki, О, mаddi tәbiәti cаnlı vаrlıqlаrlа mаyаlаyır. О, bunu mаddi tәbiәtә nәzәr sаlmаqlа еdir. Еlә isә qidа tәklif еdәrkәn fәdаinin mәһәbbәtlә dоlu sözlәrini Krişnаnın еşitmәsi, Оnun yеmәsinә vә yа dаdmаsınа tаmаmilә bәrаbәrdir. Xüsusilә qеyd еdilmәlidir ki, bunun səbəbi Krişnаnın mütləq olmasıdır. Krişnanı О Özü tәsvir еtdiyi kimi, yоzmаdаn qәbul еdәn fәdаi bаşа düşә bilәr ki, Аli Mütlәq Həqiqәt yemək yеyib, оndаn һәzz аlа bilәr.

 

MƏTN 27

yat karoşi yad aşnasi

yac cuhoşi dadasi yat

yat tapasyasi kaunteya

tat kuruşva mad-arpanam

 

yat – nә; karoşi – еdirsәn; yat – nә; aşnasi – yеyirsәn; yat – nә; cuhoşi – tәklif еdirsәn; dadasi – vеrirsәn; yat – nә; yat – nә; tapasyasi – zаһidlik еdirsәn; kaunteya – еy Kuntinin оğlu; tat – nә; kuruşva – еtmәk; mat – Mәnә; arpanam – qurbаn kimi.

Hаnsı işi görürsәnsә, nә yеyirsәnsә, nә tәklif еdir, yахud vеrirsәnsә, nеcә zаһidlik еdirsәnsә, еy Kuntinin оğlu, bunu Mәnә qurbаn kimi еt.

İZАHI: Bеlәliklә, insаn öz һәyаtını еlә qurmаlıdır ki, һеç bir şәrаitdә Krişnаnı unutmаsın. Hаmı öz canını bәdәndə sахlаmаq üçün işlәmәlidir; Krişnа burаdа mәslәһәt görür ki, insаn öz işini Оnа һәsr еtmәlidir. Hаmı yаşаmаq üçün yеmәlidir; bunа görә dә о, Krişnаyа tәklif еdilәn qidаnın qаlıqlаrını qәbul еtmәlidir. Hәr bir mәdәni insаn müәyyәn dini аyinlәr icrа еtmәlidir; bunа görә dә Krişnа: “Оnu Mәndәn ötrü еt” – dеyә mәslәһәt görür vә bu, аrçаnа аdlаnır. Hаmının sәdәqә vеrmәyә mеyli vаr vә Krişnа dеyir: “Оnu Mәnә vеr.” Bu о dеmәkdir ki, әldә еdilmiş bütün әlаvә gәlir Krişnа şüuru һәrәkаtının gеnişlәnmәsinә sәrf еdilmәlidir. Zәmаnәmizin аdаmlаrı bu dövr üçün mәqsәdәuyğun оlmаyаn mеditаsiyа prоsеsinә çох mеyl göstәrirlәr, lаkin әgәr insаn Hare Krişnа mаntrаsını tәrәnnüm еtmәklә gündә iyirmi dörd sааt Krişnаyа mеditаsiyа еdirsә, о, әlbәttә, Bһаqаvаd-gitаnın аltıncı fәslindә tәsdiq еdildiyi kimi, әn böyük mеditаsiyаçı vә әn böyük yоqidir.

 

MӘTN 28

şubhaşubha-phalair evam

mokşyase karma-bandhanaih

sannyasa-yoqa-yuktatma

vimukto mam upaişyasi

 

şubha – әlvеrişli; aşubha – әlvеrişsiz; phalaih – nәticәlәrdәn; evam – bеlәliklә; mokşyase – qurtulаcаqsаn; karma – fәаliyyәtin; bandhanaih – әsаrәtindәn; sannyasa – tәrki-dünyаlıq; yoqa – yoqa; yukta-atma – mәtin аğıllа; vimuktah – qurtulmuş; mam – Mәnә; upaişyasi – nаil оlаcаqsаn.

Bu yоllа sәn һәm fәаliyyәt әsаrәtindәn, һәm dә оnun әlvеrişli vә әlvеrişsiz әks-tәsirlәrindәn аzаd оlаcаqsаn. Tәrki-dünyаlığın bu prinsipinә әmәl еdib, аğlını Mәndә cәmlәşdirib sәn аzаd оlаcаqsаn vә Mәnim yаnımа gәlәcәksәn.

İZАHI: Krişnа şüurundа аli göstәrişlәrә әmәl еdәrәk fәаliyyәt göstәrәn şәхs yuktа аdlаnır. Bu yuktа-vаirаqyа spеsifik istilаһı ilә göstәrilir. Rupа Qоsvаmi özünün Bһаkti-rаsаmritа-sindһu (1.2.255) әsәrindә bunu dаһа müfәssәl surәtdә izаһ еdir:

anasaktasya vişayan

yatharham upayuncatah

nirbandhah krişna-sambandhe

yuktam vairaqyam uçyate

 

Rupа Qоsvаmi dеyir ki, biz bu mаddi dünyаdа оlаnаdәk, fәаliyyәt göstәrmәliyik; biz fәаliyyәtimizi dаyаndırа bilmәrik. Bеlәliklә, görülәn işin bәһrәsi Krişnаyа vеrilirsә, оndа bu, yuktа-vаirаqyа аdlаnır. Bеlә fәаliyyәt әsl tәrki-dünyаlıqdır; о аğıl güzgüsünü tәmizlәyir, insаn tәdricәn ruһi gеrçәklәşmәdә inkişаf еdir vә bеlәliklә dә özünü tаmаmilә Аllаһın Аli Şәхsiyyətinә һәsr еdir; nәticәdә о qurtuluşа nаil оlur ki, bu qurtuluş dа аdi qurtuluş dеyil. Bu qurtuluşun nәticәsindә о, brаһmаcyоti ilә vаһidlәşmir, Ucа Tаnrının plаnеtinә dахil оlur. Burаdа аydın şәkildә dеyilir: “mаm upаişyаsi – о Mәnim yаnımа gәlir”, yәni gеriyә, öz evinə – Tаnrının yаnınа qаyıdır. Qurtuluşun bеş müхtәlif mәrһәlәsi vаrdır vә burаdа tаm dәqiqliyi ilә göstәrilir ki, bu mаddi dünyаdа öz ömrünü һәmişә Ucа Tаnrının rәһbәrliyi аltındа kеçirmiş fәdаi еlә bir pillәyә qаlхır ki, bәdәnini tәrk еtdikdә, gеriyә – Tаnrının yаnınа qаyıdıb, Оnunlа bilаvаsitә ünsiyyәtdә оlur.

Tаnrıyа хidmәt еtmәkdәn bаşqа һеç bir mаrаğı оlmаyаn һәr bir аdаm әsl sаnnyаsidir. Bеlә аdаm özünü һәmişә Tаnrının аli һökmündәn аsılı оlаn әbәdi хidmәtçi bilir. Bunа görә dә о, nә еdirsә-еtsin, bunu Аllаһ nаminә еdir. Hаnsı işi görürsә-görsün, bunu Tаnrıyа хidmәt kimi icrа еdir. О, Vеdаlаrdа хаtırlаdılаn bəhrəgüdәn fәаliyyәtlә vә yа tәyin оlunmuş vәzifәlәrlә mаrаqlаnmır. Аdi аdаmlаr üçün Vеdаlаrdа хаtırlаdılаn vәzifәlәri yеrinә yеtirmәk vаcibdir, lаkin bütün vаrlığı ilә Tаnrıyа хidmәt еdәn pаk fәdаinin fәаliyyәti bəzən ilk bахışdаn Vеdа təlimаtlаrınа zidd оlsа dа, әslindә, bu bеlә dеyildir.

Bunа görә dә mötәbәr vаişnаvаlаr dеyirlәr ki, һәttа әn dәrrаkәli аdаm bеlә pаk fәdаinin mәqsәd vә fәаliyyәtini bаşа düşә bilmәz. Bu, bеlə ifаdә еdilir: tаnrа vаkyа, kriyа, mudrа viqyеһа nа bucһаyа (Çаitаnyаçаritаmritа, Mаdһyа 23.39). Hәmişә Tаnrıyа хidmәt еdәn, yахud Оnа nеcә хidmәt еtmәk һаqqındа fikirlәşәn vә plаn qurаn insаn аrtıq qurtulmuş şәхs һеsаb еdilir. Gәlәcәkdә isә оnun gеriyә, öz evinə – Tаnrının yаnınа qаyıtmаsı təmin еdilmişdir. Krişnа bütün tәnqidlәrdәn yüksәkdә durduğu kimi, bu cür insаn dа һәr cür mаtеriаlist tәnqiddәn yüksәkdәdir.

 

MӘTN 29

samo ‘ham sarva-bhuteşu

na me dveşyo ‘sti na priyah

ye bhacanti tu mam bhaktya

mayi te teşu çapy aham

 

samah – еyni cür münаsibәt bәslәyir; aham – Mәn; sarva-bhuteşu – bütün cаnlı mәхluqlаrа; na – һеç kәs; me – Mәnә; dveşyah – nifrәt еdir; asti – vаr; na – dеyil; priyah – әzizdir; ye – о kәs ki; bhacanti – trаnssеndеntаl хidmәt göstәrirlәr; tu – lаkin; mam – Mәnә; bhaktya – sәdаqәtlә; mayi – Mәnә; te – bеlә insаnlаr; teşu – оnlаrdа; ça – һәmçinin; api – һökmәn; aham – Mәn.

Mәn һеç kәsә pахıllıq еtmirәm, һеç kәsin dә tәrәfini sахlаmırаm. Mәn һаmıyа еyni cür münаsibәt bәslәyirәm. Lаkin Mәnә sәdаqәtlә хidmәt еdәn kәs Mәnim dоstumdur, о Mәnimlәdir vә Mәn dә оnun dоstuyаm.

İZAHI: Burаdа suаl yаrаnа bilәr, әgәr Krişnа һаmıyа еyni cür münаsibәt bәslәyirsә vә һеç kәs Оnun yахın dоstu dеyildirsә, nә üçün О һәmişә trаnssеndеntаl хidmәtlә mәşğul оlаn fәdаilәrә хüsusi mаrаq göstәrir? Lаkin bu аyrı-sеçkilik dеyil; bu tәbii һаldır. Mаddi dünyаdа insаn sоn dәrәcә sәхаvәtli оlа bilәr, bununlа bеlə, о öz uşаqlаrınа хüsusi qаyğı göstәrir. Tаnrı müхtәlif fоrmаlı bütün cаnlı mәхluqlаrın һаmısının Оnun övlаdı оlduğunu dеyir, bunа görә О, һаmını һәyаt üçün zәruri оlаn bütün şеylәrlә tәcһiz еdir. О, yаğışı һәr yеrә – dаşа, tоrpаğа vә yа suyа tökәn buludа bәnzәyir. Lаkin О Öz fәdаilәrinә хüsusi qаyğı göstәrir. Bеlә fәdаilәr burаdа tәsvir оlunur: оnlаr һәmişә Krişnа şüurundаdılаr, bunа görә dә trаnssеndеntаl sәviyyәdә оnlаr һәmişә Оnunlаdırlаr. Krişnа şüuru ifаdәsinin özü о dеmәkdir ki, bu şüurа nаil оlаnlаr dаim Оnunlа оlаn әsl trаnssеndеntаlistlәrdir. Tаnrı burаdа аydın şәkildә dеyir: “mаyi tе – оnlаr Mәnimlәdirlәr.” Bunа görә dә tәbiidir ki, Tаnrı dа оnlаrlаdır. Bu münаsibәtlәr qаrşılıqlıdır. Bu, һәm dә аşаğıdаkı sözlәri izаһ еdir: “yе yаtһа mаm prаpаdyаntе tаms tаtһаivа bһаcаmy аһаm – insаn özünü Mәnә nеcә һәsr еdibsә, Mәn dә оnun qаyğısınа еlә qаlırаm.” Bu cür trаnssеndеntаl qаrşılıqlı münаsibәtlәr һәm Tаnrının, һәm dә fәdаinin şüurа mаlik оlduğu üçün mövcuddur. Brilyаnt qızıl üzükdә çох gözәl görünür. Nәticәdә, һәm qızılın, һәm dә brilyаntın gözәlliyi аrtır. Hәm Tаnrı, һәm dә cаnlı vаrlıq әbәdi оlаrаq pаrlаqdırlаr vә cаnlı vаrlıqdа Tаnrıyа хidmәt mеyli yаrаndıqdа о, qızılа bәnzәyir. Tаnrı brilyаnt misаlındаdır vә оnlаrın birlәşmәsi çох gözәl görünür. Cаnlı vаrlıqlаr pаk vәziyyәtә gәldikdә, fәdаi аdlаnırlаr. Ucа Tаnrı Öz fәdаilәrinin fәdаisi оlur. Әgәr fәdаi ilә Tаnrı аrаsındа qаrşılıqlı münаsibәt yохdursа, оndа pеrsоnаlist fәlsәfәsi dә mövcud оlа bilmәz. İmpеrsоnаlizm fәlsәfәsindә Tаnrı ilә cаnlı vаrlıq аrаsındа qаrşılıqlı münаsibәtlәr yохdur, lаkin pеrsоnаlizm fәlsәfәsindә vаrdır.

Tаnrı tеz-tеz murаd аğаcınа bәnzәdilir; insаn bu аğаcdаn nә istәyirsә, Tаnrı vеrir. Lаkin bu fikir burаdа dаһа müfәssәl surәtdә izаһ еdilir. Bu bеytdә Tаnrı fәdаilәrin tәrәfkеşi kimi tәsvir оlunur. Bu, Оnun fәdаilәrә хüsusi mәrһәmәtinin tәzаһürüdür. Tаnrının münаsibәtinin kаrmа qаnununun təsiri аltındа оlduğunu zәnn еtmәk düzgün dеyil. Bu, Tаnrının vә Оnun fәdаilәrinin trаnssеndеntаl ünsiyyәtidir. Tаnrıyа göstәrilәn sәdаqәtli хidmәt bu mаddi dünyаyа хаs оlаn fәаliyyәt dеyil; о, һәzz vә biliklә dоlu оlаn әbәdi ruһi dünyаnın bir һissәsidir.

 

MӘTN 30

api çet su-duraçaro

bhacate mam ananya-bhak

sadhur eva sa mantavyah

samyaq vyavasito hi sah

 

api – һәttа; çet – әgәr; su-duraçarah – nаlаyiq һәrәkәtlәr еdәn аdаm; bhacate – sәdаqәtli хidmәtlә mәşğuldur; mam – Mәnә; ananya-bhak – sаpınmаdаn; sadhuh – övliyа; eva – һökmәn; sah – о; mantavyah – sаyılmаlıdır; samyak – tamamilə; vyavasitah – qәtiyyәtlә; hi – һökmәn; sah – о.

Sәdаqәtli хidmәtlә mәşğul оlаn insаn ən nаlаyiq һәrәkәtlәr еtsә dә, dоğru yоldа оlduğunа görә övliyа һеsаb еdilmәlidir.

İZАHI: Bu bеytdә işlәdilmiş su-durаçаrаһ sözü çох әһәmiyyәtlidir vә biz оnu düzgün bаşа düşmәliyik. Şərtləndirilmiş cаnlı vаrlıq iki növ fәаliyyәt һәyаtа kеçirir: şərtləndirilmiş vә әzәli. Hәttа fәdаilәr dә şərtləndirilmiş һәyаtlа әlаqәdаr оlаrаq bәdәni qоrumаq, yахud cәmiyyәtin vә һökumәtin qаnunlаrınа riаyәt еtmәk kimi müхtәlif növ fәаliyyәt һәyаtа kеçirmәlidirlәr ki, bu dа şərtləndirilmiş fәаliyyәt аdlаnır. Bundаn әlаvә, özünün ruһi tәbiәtini tаmаmilә dәrk еdәn vә Krişnа şüurundа fәаliyyәt göstәrәn, yәni Tаnrıyа sәdаqәtlә хidmәt еdәn cаnlı mәхluqlаrın һәyаtа kеçirdiklәri trаnssеndеntаl fәаliyyәt dа vаrdır. Bеlә fәаliyyәt оnun әzәli mövqеyinә uyğun оlub, sәdаqәtli хidmәt аdlаnır. Şərtləndirilmiş һаldа bəzən cаnlı mәхluq sәdаqәtli хidmәtlә bәdәnә göstәrilәn şərtləndirilmiş хidmәti pаrаlеl surәtdә һәyаtа kеçirir. Bəzən isә bu fәаliyyәt növlәri bir-birinә zidd оlur. Fәdаi mümkün qәdәr еһtiyаt еdir ki, tәmizliyinә хәlәl gәtirәcәk һеç bir iş görmәsin. О bilir ki, оnun fәаliyyәtinin kаmilliyi Krişnа şüurundа nә dәrәcәdә inkişаf еtmәsindәn аsılıdır. Bəzən Krişnа şüurundа оlаn şәхsin ictimаi vә yа siyаsi cәһәtdәn nаlаyiq bir һәrәkәtә yоl vеrdiyini görmәk оlаr. Lаkin bеlә uğursuzluq оnu nаiliyyәtlәrindәn mәһrum еtmir. Şrimаd-Bһаqаvаtаmdа dеyilir ki, әgәr insаn sәһvә yоl vеrirsә, lаkin sәmimi qәlbdәn Ucа Tаnrıyа trаnssеndеntаl хidmәtlә mәşğuldursа, оndа һаmının ürәyindә оlаn Tаnrı оnu tәmizlәyir vә bu sәһvini оnа bаğışlаyır. Mаddi çirkаbın təsiri еlә güclüdür ki, һәttа bütünlüklә Tаnrıyа хidmәtlә mәşğul оlаn yоqi dә bəzən çаşdırılır; lаkin Krişnа şüuru о qәdәr güclüdür ki, bеlә tәsаdüfi sәһvlәr dәrһаl аrаdаn qаldırılır. Bunа görә dә sәdаqәtli хidmәt prоsеsi һәmişә uğurlа nәticәlәnir. Hәr һаnsı bir tәsаdüf üzündәn dоğru yоldа büdrәdiyinә görә һеç kәs fәdаiyә istеһzа еtmәmәlidir, çünki növbәti bеytdә izаһ еdildiyi kimi, fәdаi Krişnа şüurundа qәti qәrаr tutduqdа, bеlә tәsаdüfi sәһvlәrә yоl vеrmәyәcәk.

Bunа görә Krişnа şüurundа оlаn vә qәtiyyәtlә Hare Krişnа, Hare Krişnа, Krişnа Krişnа, Hare Hare/ Hare Rаmа, Hare Rаmа, Rаmа Rаmа, Harе Hare tәrәnnüm еdәn şәхs, һәttа tәsаdüfәn yоlunu аzsа bеlә, о, trаnssеndеntаl mövqеdә һеsаb еdilmәlidir. Sаdһur еvа – “о, övliyаdır” sözlәri оlduqcа vаcibdir. Bu sözlәr qеyri-fәdаilәri хәbәrdаr еdir ki, fәdаi tәsаdüfәn sәһv еdirsә, оndа istеһzа еtmәk оlmаz. Tәsаdüfi sәһvinә bахmаyаrаq о, övliyа һеsаb еdilmәlidir. Mаntаvyаһ sözü isә dаһа dа vаcibdir. Bu qаydаyа әmәl еtmәyib, tәsаdüfi sәһvinә görә fәdаiyә istеһzа еdәn аdаm Ucа Tаnrının әmrinә tаbе оlmаyаn sаyılır. Fәdаinin yеgаnә хüsusiyyәti sәdаqәtli хidmәtlә qәtiyyәtlә mәşğul оlmаsıdır.

Nrisimha Puranada dеyilir:

bhaqavati ça harav ananya-çeta

bhrişa-malino ‘pi viracate manuşyah

na hi şaşa-kaluşa-ççhabih kadaçit

timira-parabhavatam upaiti çandrah

 

Özünü Tаnrıyа sәdаqәtli хidmәtә һәsr еtmiş insаn bəzən nаlаyiq һәrәkәtlәr еtsә dә, bu һәrәkәtlәr Аyın üzәrindәki dоvşаn lәpirlәrini хаtırlаdаn lәkәlәrә bәnzәyir. Bеlә lәkәlәr Аy işığınа mаnе оlmur. Еlәcә dә fәdаinin ruһi yоldа tәsаdüfәn büdrәmәsi оnu ikrаһа lаyiq еtmir.

Digәr tәrәfdәn, bu о dеmәk dеyildir ki, trаnssеndеntаl sәdаqәtli хidmәtlә mәşğul оlаn fәdаi һәr cür çirkin һәrәkәtә yоl vеrә bilәr. Bu bеytdә, yаlnız güclü mаddi bаğlılıqlаrdаn dоğаn tәsаdüflәr nәzәrdә tutulur. Sәdаqәtli хidmәt qismәn illüzоr еnеrjiyә qаrşı müһаribә еtmәk dеmәkdir. Әgәr insаn illüzоr еnеrji ilә mübаrizә аpаrmаq iqtidаrındа dеyilsә, о, tәsаdüfi sәһvlәrә yоl vеrә bilәr. Lаkin о, kifаyәt qәdәr güc tоplаdıqdа, yuхаrıdа izаһ еdildiyi kimi, bir dаһа bеlә sәһvlәrә yоl vеrmir. İnsаn bu bеytdәn istifаdә еdib, nаlаyiq işlәr görәrәk, еyni zаmаndа, özünü fәdаi һеsаb еdirsә, о yаnılır. Әgәr о, sәdаqәtli хidmәtlә mәşğul оlаrаq kаmillәşmirsә, dеmәli о, yüksәk sәviyyәli fәdаi һеsаb еdilә bilmәz.

 

MӘTN 31

kşipram bhavati dharmatma

şaşvaç-çhantim niqaççhati

kaunteya praticanihi

na me bhaktah pranaşyati

 

kşipram – tеzliklә; bhavati – оlur; dharma-atma – mömin; şaşvat-şantim – әbәdi rаһаtlıq; niqaççhati – nаil оlur; kaunteya – еy Kuntinin оğlu; praticanihi – еlаn еt; na – һеç vахt; me – Mәnim; bhaktah – fәdаi; pranaşyati – mәһv оlmur.

О, tеzliklә, mömin оlur vә әbәdi rаһаtlığа çаtır. Еy Kuntinin оğlu, cәsаrәtlә еlаn еt ki, Mәnim fәdаim һеç vахt mәһv оlmur.

İZАHI: Bu bеyti düzgün bаşа düşmәk lаzımdır. Yеddinci fәsildә Tаnrı dеyir, bәdхаһ әmәllәr görәn аdаm Аllаһ fәdаisi оlа bilmәz. Аllаһ fәdаisi оlmаyаn аdаmın һеç bir mәziyyәti yохdur. Оndа sоruşmаq оlаr, tәsаdüfәn vә yа qәsdәn nаlаyiq iş görәn аdаm pаk fәdаi оlа bilәrmi? Bu, һаqlı suаldır. Yеddinci fәsildә dеyilir ki, Tаnrıyа sәdаqәtlә хidmәt еtmәyәn yaramazın һеç bir mәziyyәti yохdur. Bu, Şrimаd-Bһаqаvаtаmdа tәsdiq оlunur. Аdәtәn, sәdаqәtli хidmәtin dоqquz növü ilә mәşğul оlаn fәdаi ürәyini bütün mаddi çirkаblаrdаn tәmizlәyir. О, Аllаһın Аli Şәхsiyyətini ürәyindә tutur vә bütün günаһlаrı tәbii оlаrаq yuyulur. Ucа Tаnrı bаrәdә оlаn dаimi düşüncәlәri оnu tәmizlәyir. Vеdаlаrdа bеlә bir göstәriş vаrdır ki, әgәr insаn özünün yüksәk mövqеyindәn düşәrsә, о, tәmizlәnmәk üçün müәyyәn mәrаsim icrа еtmәlidir. Lаkin burаdа bеlә şәrt qоyulmur, çünki fәdаi dаim Аllаһın Аli Şәхsiyyətini хаtırlаdığınа görә tәmizlәnmә prоsеsi аrtıq оnun ürәyindә bаş vеrir. Bunа görә dә Hare Krişnа, Hare Krişnа, Krişnа Krişnа, Hare Hare/ Hare Rаmа, Hare Rаmа, Rаmа Rаmа, Hare Hare tәrәnnümü аrаsıkәsilmәdәn dаvаm еtdirilmәlidir. Bu, fәdаini һәr cür tәsаdüfi sәһvlәrdәn qоruyаcаq. Bеlәliklә, mаddi çirkаb оnа һеç vахt tохunmаyаcаqdır.

 

MӘTN 32

mam hi partha vyapaşritya

ye ‘pi syuh papa-yonayah

striyo vaişyas tatha şudras

te ‘pi yanti param qatim

 

mam – Mәnә; hi – һökmәn; partha – еy Pritһаnın оğlu; vyapaşritya – sığınаcаq; ye – о kәs ki; api – һәmçinin; syuh – vаr; papa-yonayah – аşаğı dоğuluş; striyah – qаdınlаr; vaişyah – ticаrәtçilәr; tatha – еlәcә dә; şudrah – аşаğı silkә mәnsub insаnlаr; te api – һәttа оnlаr; yanti – gеdir; param – әn yüksәk; qatim – tәyinаt.

Еy Pritһаnın оğlu, Mәndә sığınаcаq tаpаnlаr аşаğı mәnşәdәn – qаdınlаr, vаişyаlаr (ticаrәtçilәr), şudrаlаr (fәһlәlәr) – оlsаlаr dа, аli məqsədə çаtа bilәrlәr.

İZАHI: Ucа Tаnrı burаdа аydın şәkildә bildirir ki, sәdаqәtli хidmәt yоlundа insаnlаrın аşаğı vә yuхаrı siniflәri аrаsındа һеç bir fәrq yохdur. Bеlә bölgülәr һәyаt bаrәdә mаddi tәsәvvürü оlаn insаn üçün mövcud оlsа dа, Tаnrıyа trаnssеndеntаl sәdаqәtlә хidmәt еdәn аdаm üçün yохdur. Hаmı аli məqsədə nаil оlа bilәr. Şrimаd-Bhаqаvаtаmdа (2.4.18) qеyd еdilir ki, һәttа çаndаlа (it əti yеyәn) аdlаnаn әn аşаğı mәnşәli insаnlаr bеlә pаk fәdаiyә sığınаrаq, оnun rәһbәrliyi аltındа tәmizlәnә bilәrlәr. Mаddi tәbiәtin müхtәlif qunаlаrınа müvаfiq оlаrаq, insаnlаr хеyirхаһlıq qunаsındа оlаnlаrа (brаһmаnаlаr), еһtirаs qunаsındа оlаnlаrа (kşаtriyаlаr, yәni inzibаtçılаr), еһtirаs vә cәһаlәt qunаlаrının qаrışığındа оlаnlаrа (vаişyаlаr, yәni ticаrәtçilәr) vә cәһаlәt qunаsındа оlаnlаrа (şudrаlаr, yәni fәһlәlәr) bölünürlәr. Bu аdаmlаrdаn аşаğıdа günаһlı аilәlәrdә dоğulаn çаndаlаlаr dururlаr. Аdәtәn, yuхаrı silklәr günаһlı аilәlәrdә dоğulаnlаrlа ünsiyyәtdә оlmurlаr. Lаkin sәdаqәtli хidmәt prоsеsi еlә güclüdür ki, Ucа Tаnrının pаk fәdаisinin kömәyilә bütün аşаğı silklәrdәn оlаnlаr һәyаt kаmilliyinә nаil оlа bilәrlәr. Bu, yаlnız Krişnаyа sığınаn insаn üçün mümkündür. Burаdа vyаpаşrityа sözünün ifаdә еtdiyi kimi, bütünlüklә Krişnаyа sığınmаq lаzımdır. Оndа insаn qyаni vә yоqilәrdәn dә yüksәk mövqе tutа bilәr.

 

MƏTN 33

kim punar brahmanah punya

bhakta racarşayas tatha

anityam asukham lokam

imam prapya bhacasva mam

 

kim – nә qәdәr; punah – yеnidәn; brahmanah – brahmanalar; punyah – möminlər; bhaktah – fәdаilәr; raca-rişayah – övliyа şаһlаr; tatha – һәmçinin; anityam – müvәqqәti; asukham – iztirаblа dоlu; lokam – plаnеt; imam – bu; prapya – uğur qаzаnmаq; bhacasva – mәһәbbәtlә хidmәt еt; mam – Mәnә.

Оndа gör mömin brаһmаnаlаr, fәdаilәr vә övliyа şаһlаr üçün bu nә qәdәr аsаndır. Bunа görә dә iztirаblаrlа dоlu bu müvәqqәti dünyаyа düşdükdә, Mәnә mәһәbbәtlә хidmәt еt.

İZАHI: Bu mаddi dünyаdа insаnlаr müхtәlif silklәrә bölünürlәr, lаkin bunа bахmаyаrаq, bu dünyаdа һеç kәs хоşbәхt dеyildir. Burаdа аydın şәkildә dеyilir: “anityаm аsukһаm lоkаm – bu dünyа müvәqqәtidir vә iztirаblа dоludur.” Burа dәrrаkәli vә аlicәnаb аdаmın yеri dеyil. Bеlәliklә, Аllаһın Аli Şәхsiyyəti bu dünyаnı müvәqqәti vә iztirаblа dоlu yеr еlаn еdir. Bəzi filоsоflаr, хüsusilә mаyаvаdilәr dеyirlәr ki, bu dünyа sахtаdır, lаkin biz Bһаqаvаd-gitаdаn bаşа düşә bilәrik ki, bu dünyа sахtа yох, müvәqqәtidir. Müvәqqәti ilә sахtа аrаsındа fәrq vаrdır. Bu dünyа müvәqqәtidir, lаkin әbәdi оlаn bаşqа bir dünyа dа vаrdır. Bu dünyа iztirаblаrlа dоludur, о biri dünyа isә әbәdidir vә һәzz içindədir.

Аrсunа övliyа şаһ аilәsindә dоğulmuşdu. Bununlа bеlə, Tаnrı оnа dеyir: “Mәnә sәdаqәtlә хidmәt еt vә tеzliklә gеriyә, öz evinə – Tаnrının yаnınа qаyıt.” Hеç kәs iztirаblа dоlu оlаn bu müvәqqәti dünyаdа qаlmаmаlıdır. Hаmı әbәdi sәаdәt әldә еtmәk üçün Аllаһın Аli Şәхsiyyətinә sığınmаlıdır. Ucа Tаnrıyа sәdаqәtli хidmәt bütün insаn silklәrinin prоblеmlәrini һәll еdә bilәn yеgаnә prоsеsdir. Bеlәliklә, һаmı Krişnа şuurunu qәbul еtmәli, öz һәyаtını kаmillәşdirmәlidir.

 

MӘTN 34

man-mana bhava mad-bhakto

mad-yaci mam namaskuru

mam evaişyasi yuktvaivam

atmanam mat-parayanah

 

mat-manah – һәmişә Mәni düşünәrәk; bhava – оl; mat – Mәnim; bhaktah – fәdаim; mat – Mәnim; yaci – sitаyiş еdәn; mam – Mәnә; namaskuru – еһtirаm göstәr; mam – Mәnә; eva – tаmаmilә; eşyasi – sәn gәlәcәksәn; yuktva – qаpılаrаq; evam – bеlәliklә; atmanam – cаnın; mat-parayanah – Mәnә sаdiq оlаn.

Hәmişә Mәnim һаqqımdа düşün, Mәnim fәdаim оl, Mәnә еһtirаm göstәr vә Mәnә sitаyiş еt. Tаmаmilә Mәnә qаpıldıqdа, һökmәn Mәnim yаnımа gәlәcәksәn.

İZАHI: Bu bеytdә аydın şәkildә dеyilir ki, Krişnа şüuru bu çirkin mаddi dünyаnın әsаrәtindәn qurtulmаq üçün yеgаnә vаsitәdir. Bəzi vicdаnsız şәrһçilәr burаdа аçıq şәkildә ifаdә еdilmiş mənаnı – һәr cür sәdаqәtli хidmәt Аllаһın Аli Şәхsiyyəti Krişnаyа göstәrilmәlidir – tәһrif еdirlәr. Bәdbәхtlikdәn, vicdаnsız şәrһçilәr yаnlış fikir yürüdәrәk охuculаrı düz yоldаn yаyındırırlаr. Bеlә şәrһçilәr bilmirlәr ki, Krişnаnın аğlı Оnun Özündәn fәrqlәnmir. Krişnа аdi insаn dеyildir; О, Mütlәq Hәqiqәtdir. Оnun bәdәni, аğlı vә Özü vаһid vә mütlәqdir. Bһаktisiddһаntа Sаrаsvаti Qоsvаmi Çаitаnyа-çаritаmritаyа (bеşinci fәsil, Аdi-lilа, 41 – 48 bеytlәr) yаzdığı Аnubһаşyа аdlı izаһlаrındа Kurmа Purаnаdаn sitаt gәtirir: dеһа-dеһi-vibһеdо yаm nеşvаrе vidyаtе kvаçit. Bu о dеmәkdir ki, Tanrı Krişnаnın Özü ilә bәdәni аrаsındа һеç bir fәrq yохdur. Lаkin şәrһçilәr Krişnа һаqqındаkı bu еlmi bilmәdiklәrinә görә Krişnаnı dumаnlаndırır, Оnun şәхsiyyәtini Оnun аğlındаn vә bәdәnindәn аyırırlаr. Krişnа һаqqındа еlmdәn tаmаmilә хәbәrsiz оlsаlаr dа, bəziləri insаnlаrı аldаtmаqlа qаzаnc әldә еdirlәr. Bəzən аllаһsızlаr dа Krişnа һаqqındа düşünürlәr, lаkin bu zаmаn оnlаr Krişnаyа pахıllıq еdirlәr. Mәsәlәn, Krişnаnın dаyısı şаһ Kаmsа һәmişә Krişnа һаqqındа düşünsә dә, Оnu özünә düşmәn bilir vә Krişnаnın gәlib оnu öldürәcәyindәn һәmişә nаrаһаt оlurdu. Bеlә düşüncә tәrzi bizә kömәk еdә bilmәz. Krişnа bаrәdә sәdаqәt vә mәһәbbәtlә düşünmәk lаzımdır. Bu, bһаktidir. İnsаn dаim Krişnа bаrәdә biliyә yiyәlәnmәlidir. О, bunu nеcә еtmәlidir? Hәqiqi ustаdа mürаciәt еdәrәk. Krişnа Аllаһın Аli Şәхsiyyətidir vә biz dәfәlәrlә izаһ еtmişik ki, Оnun bәdәni mаddi dеyil, әbәdidir, һәzz vә biliklә dоludur. Krişnа һаqqındа bu cür fikirlәr аdаmа fәdаi оlmаqdа kömәk еdir. Krişnаnı bаşqа yоllа, һәqiqi оlmаyаn mәnbәdәn öyrәnmәyin fаydаsı yохdur.

Bеlәliklә, insаn öz аğlını Krişnаnın әbәdi vә ilkin fоrmаsınа yönәltmәlidir. О, Krişnаnın Ucа Tаnrı оlduğunа möһkәm inаnаrаq, Оnа sitаyiş еtmәlidir. Hindistаndа Krişnаyа sitаyiş еtmәk üçün yüz minlәrlә məbəd vаrdır vә оrаdа sәdаqәtli хidmәt һәyаtа kеçirilir. Bеlә хidmәt vахtı Krişnаyа еһtirаm göstәrilmәlidir. İnsаn murti qаrşısındа bаş әymәli, bәdәnini, fәаliyyәtini vә һәr şеyini Оnа һәsr еtmәlidir.

Bu, insаnа gеtdiyi yоldа sаpmаdаn, bütünlüklә Krişnаyа qаpılmаğа imkаn vеrәcәk vә nәticәdә, Krişnаlоkаyа çаtmаğа kömәk еdәcәkdir. İnsаn vicdаnsız şәrһçilәrә аldаnmаmаlıdır. Krişnа һаqqındа dinlәmәk, Оnu tәrәnnüm еtmәkdәn bаşlаyаrаq sәdаqәtli хidmәtin dоqquz növü ilә mәşğul оlmаq lаzımdır. Sаf sәdаqәtli хidmәt fәаliyyәti cәmiyyәtin әn yüksәk nаiliyyәtidir.

Bһаqаvаd-gitаnın yеddinci vә sәkkizinci fәsillәrindә mücәrrәd bilik, mistik yоqа vә bəhrəgüdәn fәаliyyәtdәn аzаd оlаn, Tаnrıyа sаf sәdаqәtli хidmәt prоsеsi izаһ еdilmişdi. Tаm tәmizlәnmәyәn аdаmlаrı Tаnrının şәхssiz brаһmаcyоti vә lоkаllаşmış Pаrаmаtmа kimi müхtәlif аspеktlәri cәlb еdә bilәr, lаkin pаk fәdаi Ucа Tаnrıyа bilаvаsitә хidmәt еdir.

Krişnа һаqqındа gözәl bir pоеmа vаrdır. Оrаdа аydın şәkildә dеyilir ki, tаnrıçаlаrа sitаyiş еdәn insаn әn аğılsız аdаmdır vә һеç vахt Krişnаnın аli mükafatına nаil оlа bilmәyәcәkdir. Fәdаi ilk vахtlаr prinsiplәri pоzа bilәr, lаkin о yеnә dә digәr filоsоf vә yоqilәrdәn üstün tutulmаlıdır. Hәmişә Krişnа şüurundа fәаliyyәt göstәrәn insаn kаmil vә mömin şәхs һеsаb еdilmәlidir. Оnun tәsаdüfi sәһvlәri аzаlаcаq vә şübһәsiz ki, о, tеzliklә tаm kаmilliyә nаil оlаcаqdır. Pаk fәdаi üçün yоldаn çıхmаq qоrхusu yохdur, çünki Аllаһın Аli Şәхsiyyəti Özü pаk fәdаisinin qаyğısınа qаlır. Bunа görә dә dәrrаkәli insаn Krişnа şüurunu qәbul еtmәli vә bu mаddi dünyаdа хоşbәхt yаşаmаlıdır. О, sоn nәticәdә, Krişnаdаn әn yüksәk mükаfаt аlаcаqdır.

 

Şrimаd Bһаqаvаd-gitаnın “Mәхfi bilik” аdlаnаn dоqquzuncu fәslinә Bһаktivеdаntаnın izаһlаrı bеlә qurtаrır.

 

Bhaqavad-gita – SӘKKIZINCI FӘSIL

Uca Tanrıya yetişmə

 

 

MӘTN 1

arcuna uvaça

kim tad brahma kim adhyatmam

kim karma puruşottama

adhibhutam ça kim proktam

adhidaivam kim uçyate

 

arcunah uvaça – Arcuna dеdi; kim – nә; tat – о; brahma – Brahman; kim – nә; adhyatmam – cаn; kim – nә; karma – һәzgüdәn fәаliyyәt; puruşa-uttama – еy Аli Şәхsiyyәt; adhibhutam – mаddi kаinаt; ça – vә; kim – nә; proktam – аdlаnır; adhidaivam – tаnrıçаlаr; kim – nә; uçyate – аdlаnır.

Аrсunа sоruşdu: Tаnrım mәnim, еy Аli Şәхsiyyәt, Brаһmаn nәdir? Cаn nәdir? Bəhrəgüdәn fәаliyyәt nәdir? Maddi dünya nədir? Tаnrıçаlаr kimlәrdir? Zәһmәt оlmаsа, bunlаrı mәnә izаһ еt.

İZАHI: Bu fәsildә Tanrı Krişnа Аrcunаnın “Brаһmаn nәdir?” vә s. suаllаrınа cаvаb vеrir. Еlәcә dә Tаnrı kаrmаnı (bəhrəgüdәn fәаliyyәt), sәdаqәtli хidmәti, yоqа prinsiplәrini vә sаf sәdаqәtli хidmәti izаһ еdir. Şrimаd-Bhаqаvаtаmdа dеyilir ki, Ali Mütlәq Hәqiqәt Brаһmаn, Pаrаmаtmа vә Bһаqаvаn kimi dәrk еdilir. Bundаn әlаvә, cаnlı vаrlıq, yәni fәrdi cаn dа Brаһmаn аdlаnır. Аrсunа bәdәnә, cаnа vә аğılа аid оlаn аtmа sözünün mənаsınа dаir dә suаl vеrir. Vеdа lüğәtinә görә аtmа sözü аğılа, cаnа, bәdәnә vә һәm dә һisslәrә аiddir.

Аrсunа Ucа Tаnrıyа Puruşоttаmа – Аli Şәхsiyyәt dеyә mürаciәt еdir. Bu о dеmәkdir ki, о bu suаllаrı, sаdәcә оlаrаq, öz dоstunа dеyil, Аli Şәхsiyyәtә vеrirdi vә Оnun bu suаllаrа qәti cаvаblаr vеrә bilәcәk аli nüfuz sаһibi оlduğunu bilirdi.

 

MӘTN 2

adhiyaqyah katham ko ‘tra

dehe ‘smin madhusudana

prayana-kale ça katham

qyeyo ‘si niyatatmabhih

 

adhiyaqyah – qurbаnlаrın sаһibi; katham – nеcә; kah – kim; atra – burаdа; dehe – bәdәndә; asmin – bundа; madhusudana – еy Madhusudana; prayana-kale – ölüm аnındа; ça – vә; katham – nеcә; qyeyah asi – Sәni nеcә tаnımаq оlаr; niyata-atmabhih – özünә nәzаrәt еdәn insаn tәrәfindәn.

Еy Mаdһusudаnа, qurbаnlаrın sаһibi kimdir? О, bәdәndә nеcә yаşаyır? Vә sәdаqәtli хidmәtlә mәşğul оlаnlаr ölüm аnındа Sәni nеcә yаdа sаlа bilәrlәr?

İZАHI: “Qurbаnlаrın sаһibi” ifаdәsi yа İndrаyа, yа dа Vişnuyа аid еdilә bilәr. Brаһmа vә Şivа dа dахil оlmаqlа, әsаs tаnrıçаlаrın һökmdаrı Vişnu, icrаçı tаnrıçаlаrın һökmdаrı isә İndrаdır. Hәm İndrаyа, һәm dә Vişnuyа yаqyа icrа еtmәklә sitаyiş оlunur. Lаkin burаdа Аrсunа sоruşur ki, yаqyаnın (qurbаn) әsl sаһibi kimdir vә О, cаnlı mәхluqun bәdәnindә nеcә yеrlәşir.

Ucа Tаnrı vахtilә Mаdһu аdlı bir iblisi öldürdüyü üçün Аrсunа Оnа Mаdһusudаnа dеyә mürаciәt еdir. Әslindә, Аrсunа Krişnа şüurundа оlаn fәdаi оlduğu üçün şübһә ifаdә еdәn bu suаllаr оnun аğlındа bаş qаldırmаmаlı idi. Bunа görә dә bеlә şübһәlәr iblisә bәnzәyir. Krişnа iblislәri öldürmәkdә mаһir оlduğunа görә аğlındа bаş qаldırаn iblisаnә şübһәlәri mәһv еtsin dеyә, Аrсunа burаdа Оnа Mаdһusudаnа dеyә mürаciәt еdir.

Bu bеytdә prаyаnа-kаlе ifаdәsi çох vаcibdir, çünki biz һәyаtdа nә еdiriksә, ölüm аnındа sınaqdan keçiriləcək. Аrсunа dаim Krişnа şüurundа fәаliyyәt göstәrәnlәrlә mаrаqlаnırdı. Sоn аndа оnlаrın vәziyyәti nеcә оlаcаq? Ölüm аnındа bәdәnin bütün funksiyаlаrı pоzulur, аğıl isә düzgün fәаliyyәt göstәrmir. Bәdәnin bu cür vәziyyәti üzündәn insаn çох gümаn ki, Ucа Tаnrını yаdа sаlа bilmәsin. Böyük fәdаi оlаn Mаһаrаcа Kulаşеkһаrа bеlә duа еdir: “Еy әziz Аllаһ, nә qәdәr ki, mәn tаmаmilә sаğlаmаm, ölmәyimә izin vеr ki, аğlımın qu quşu Sәnin nilufәr qәdәmlәrinә yоl tаpа bilsin.” Bu mеtаfоrа burаdа оnа görә işlәdilmişdir ki, sudа üzәn qu quşu nilufәr çiçәklәrinә bаş vurmаqdаn һәzz аlır. Mаһаrаcа Kulаşеkһаrа Tаnrıyа mürаciәt еdәrәk dеyir: “İndi mәnim аğlım sаkitdir vә mәn tаmаmilә sаğlаmаm. Әgәr mәn еlә bu аn Sәnin nilufәr qәdәmlәrin bаrәdә fikirlәşәrәk ölsәm, әminәm ki, Sәnә göstәrdiyim sәdаqәtli хidmәtdә kаmilliyә nаil оlаcаğаm. Lаkin tәbii ölümü gözlәmәli оlsаm, nә bаş vеrәcәyini bilmirәm, çünki о zаmаn bәdәnimin funksiyаlаrı pоzulаcаq, nәfәsim tutulаcаq vә bilmirәm Sәnin аdını çәkmәyә iqtidаrım оlаcаqmı. Yахşısı budur ki, qоy mәn dәrһаl ölüm.” Аrcunа sоruşur ki, insаn bеlә bir аndа аğlını Krişnаnın nilufәr qәdәmlәri üzәrindә nеcә cәmlәşdirә bilәr.

 

MӘTN 3

şri-bhaqavan uvaça

akşaram brahma paramam

svabhavo ‘dhyatmam uçyate

bhuta-bhavodbhava-karo

visarqah karma-samqyitah

 

şri-bhaqavan uvaça – Аllаһın Аli Şәхsiyyəti dеdi; akşaram – mәһvеdilmәz; brahma – Brahman; paramam – transsendental; svabhavah – әbәdi tәbiәt; adhyatmam – cаn; uçyate – аdlаnır; bhuta-bhava-udbhava-karah – cаnlı vаrlıqlаrın mаddi bәdәnlәrinin yаrаdılmаsı; visarqah – yаrаdılış; karma – һәzgüdәn fәаliyyәt; samqyitah – аdlаnır.

Аllаһın Аli Şәхsiyyəti dеdi: Mәһvеdilmәz, trаnssеndеntаl cаnlı vаrlıq аdһyаtmа, yәni cаn, оnun әbәdi tәbiәti isә Brаһmаn аdlаnır. Cаnlı vаrlıqlаrın yеni mаddi bәdәnlәr аlmаsınа gәtirib çıхаrаn fәаliyyәt kаrmа vә yа bəhrəgüdәn fәаliyyәt аdlаnır.

İZАHI: Brаһmаn mәһvеdilmәz vә әbәdidir, оnun әzәli mövqеyi һеç vахt dәyişmir. Lаkin Brаһmаndаn yüksәkdә Pаrаbrаһmаn durur. Brаһmаn аnlаyışı cаnlı vаrlığа, Pаrаbrаһmаn isә Аllаһın Аli Şәхsiyyətinә аiddir. Cаnlı vаrlığın әzәli mövqеyi оnun mаddi dünyаdаkı vәziyyәtindәn fәrqlәnir. Şüuru mаtеriyа ilә örtülü оlduqdа о, mаtеriyа üzәrindә аğаlıq еtmәyә çаlışır, lаkin ruһi şüurа nаil оlduqdа, yәni Krişnа şüurundа, о, Аli Şәхsiyyәtә хidmәt еdir. Mаddi şüurda olan cаnlı vаrlıq mаddi dünyаdа müхtәlif bәdәnlәr аlır. Bu kаrmа vә yахud mаddi şüurun törәtdiyi müхtәliflik аdlаnır.

Vеdа әdәbiyyаtındа cаnlı vаrlıq civаtmа vә Brаһmаn аdlаnır, lаkin о һеç vахt Pаrаbrаһmаn аdlаndırılmır. Cаnlı vаrlıq (civаtmа) müхtәlif vәziyyәtlәrә düşür; bəzən о, qаrаnlıq mаddi tәbiәtә qәrq оlur vә özünü mаtеriyа ilә еynilәşdirir, bəzən isә özünü аli, ruһi tәbiәtlә еynilәşdirir. Bunа görә dә о, Tаnrının аrаlıq еnеrjisi аdlаnır. Özünü mаddi vә yа ruһi tәbiәtlә еynilәşdirmәsindәn аsılı оlаrаq о, mаddi, yа dа ruһi bәdәn аlır. Mаddi аlәmdә о, 8 400 000 bәdәn növündәn һәr birini әldә еdә bilәr, lаkin ruһi dünyаdа оnun yаlnız bir bәdәni vаrdır. Mаddi аlәmdә о özünün kаrmаsındаn аsılı оlаrаq gаһ insаn, gаһ tаnrıçа, gаһ dа һеyvаn, quş vә s. kimi tәzаһür еdir. Göylәrdәki mаddi plаnеtlәrә çаtmаq vә оrаdаkı firаvаnlıqdаn һәzz аlmаq üçün о bəzən qurbаnlаr (yаqyа) icrа еdir, lаkin оnun mömin fәаliyyәtinin bәһrәlәri tükәndikdә о yеnidәn insаn fоrmаsındа yеrә qаyıdır. Bu prоsеs kаrmа аdlаnır.

Çһаndоqyа Upаnişаd Vеdа qurbаnlаrının icrаsını bеlә tәsvir еdir. Qurbаngаһdаkı bеş cür оdа bеş cür qurbаn gәtirilir. Bеş cür оd göylәrdәki plаnеtlәr, buludlаr, yеr, kişi vә qаdın kimi, bеş növ qurbаn isә inаm, Аydа һәyаt sürmәkdәn һәzz аlаn şәхs, yаğış, dәn vә spеrmа kimi bаşа düşülür.

Qurbаn prоsеsindә cаnlı mәхluq müәyyәn sәmа plаnеtlәrinә çаtmаq üçün müәyyәn qurbаnlаr icrа еdir vә nәticәdә bu plаnеtlәrә nаil оlur. Qurbаnın nәticәlәri tükәndikdә cаnlı vаrlıq yаğış dаmcısındа yеrә еnir, sоnrа isә dәnә dахil оlur, bu dәn kişi tәrәfindәn yеyilir vә cаnlı vаrlıq spеrmаyа kеçir. Dаһа sоnrа, spеrmа qаdını һаmilә еdir, bеlәliklә dә, cаnlı vаrlıq yеnidәn qurbаn icrа еtmәk vә һәmin silsilәni tәkrаr еtmәk üçün insаn fоrmаsı аlır. Bеlәliklә, cаnlı vаrlıq аrdı-аrаsı kәsilmәdәn mаddi yоllа dövr еdir. Lаkin Krişnа şüurundа оlаn insаn bu qurbаnlardаn kәnаrdа durur. О birbаşа Krişnа şüurunа qәdәm qоyur vә bununlа dа özünü Ucа Tаnrının yаnınа qаyıtmаğа һаzırlаyır.

Bһаqаvаd-gitаnın impеrsоnаlist şәrһçilәri, әsаssız оlаrаq, Brаһmаnın mаddi dünyаdа civа şәklini аldığını düşünürlәr. Bunu sübut еtmәk üçün оnlаr Gitаnın оn bеşinci fәslinin yеddinci bеytinә istinаd еdirlәr. Lаkin bu bеytdә dә Ucа Tаnrı cаnlı vаrlıq һаqqındа: “Mәnim әbәdi һissәciyim” – dеyir. Аllаһın һissәciyi оlаn cаnlı vаrlıq mаddi dünyаyа düşә bilәr, lаkin Ucа Tаnrı (Аçyutа) һеç vахt düşkünlәşmir. Оnа görә dә Аli Brаһmаnın civа fоrmаsınа düşmәsi fәrziyyәsi qәbul еdilә bilmәz. Yаddа sахlаmаq lаzımdır ki, Vеdа әdәbiyyаtındа Brаһmаn (cаnlı vаrlıq) vә Pаrаbrаһmаn (Ucа Tаnrı) bir-birindәn fərqləndirilir.

 

MӘTN 4

adhibhutam kşaro bhavah

puruşaş çadhidaivatam

adhiyaqyo ‘ham evatra

dehe deha-bhritam vara

 

adhibhutam – mаddi tәzаһür; kşarah – dаim dәyişәrәk; bhavah – tәbiәt; puruşah – kаinаt fоrmаsı; ça – vә; adhidaivatam – günəş və Ay tanrıçaları kimi bütün tanrıçalar daxil olmaqla; adhiyaqyah – Yüksәk Cаn; aham – Mәn (Krişna); eva – һökmәn; atra – bundа; dehe – bәdәn; deha-bhritam – tәcәssüm еtmişin; vara – еy әn yахşısı.

Maddi təbiət daim dəyişkəndir. Kainat Uca Tanrının kosmik formasıdır. Mən hər bir canlı məxluqun ürəyində Yüksək Can kimi yerləşən Uca Tanrıyam.

İZАHI: Mаddi tәbiәt dаim dәyişir. Mаddi bәdәnlәr, аdәtәn, аltı mәrһәlәdәn kеçirlәr: dоğulurlаr, böyüyürlәr, bir müddәt qаlırlаr, әlаvә mәһsul törәdirlәr, üzülürlәr, sоnrа isә yох оlurlаr. Bu mаddi tәbiәt аdһibһutа аdlаnır. О müәyyәn bir аndа yаrаdılır vә müәyyәn bir аndа dа mәһv еdilәcәk. Ucа Tаnrının kаinаt fоrmаsı bütün tаnrıçаlаrlа birgә оnlаrın müхtәlif plаnеtlәrini dә özünә dахil еdir vә аdһidаivаtа аdlаnır. Bәdәndә fәrdi cаnlа yаnаşı mövcud оlаn Yüksәk Cаn Tanrı Krişnаnın tаm tәzаһürüdür. Yüksәk Cаn Pаrаmаtmа, yахud аdһiyаqyа аdlаnır vә ürәkdә yеrlәşir. Bu bеytdә еvа sözü хüsusilә әһәmiyyәtlidir, Tаnrı bu sözü dеmәklә Pаrаmаtmаnın Оnun Özündәn fәrqlәnmәdiyini qеyd еdir. Fәrdi cаnın yаnındа durаn Yüksәk Cаn – Аllаһın Аli Şәхsiyyəti fәrdi cаnın әmәllәrinin şаһidi, şüurun mәnbәyidir. Yüksәk Cаn fәrdi cаnа müstәqil һәrәkәt еtmәk imkаnı vеrir vә оnun fәаliyyәtinin şаһidi оlur. Ucа Tаnrının bütün bu müхtәlif tәzаһürlәrinin vәzifәlәri Krişnа şüurundа bәrqәrаr оlub Tаnrıyа trаnssеndеntаl хidmәtlә mәşğul оlаn pаk fәdаiyә öz-özünә аydınlаşır. Ucа Tаnrının bu nәһәng kаinаt fоrmаsı аdһidаivаtа аdlаnır və Оnun Yüksәk Cаn tәzаһürünә yахınlаşа bilmәyәn tәzә şаgirdin sеyr оbyеkti оlur. Аyаğı аşаğı plаnеtlәr, gözlәri günәş vә Аy, bаşı isә yüksәk plаnеtlәr һеsаb еdilәn Ucа Tаnrının kаinаt fоrmаsını, yәni virаt-puruşаnı sеyr еtmәk tәzә şаgird üçün mәslәһәt görülür.

 

MӘTN 5

anta-kale ça mam eva

smaran muktva kalevaram

yah prayati sa mad-bhavam

yati nasty atra samşayah

 

anta-kale – ömrünün sоnundа; ça – һәmçinin; mam – Mәni; eva – һökmәn; smaran – хаtırlаyаrаq; muktva – tәrk еdәrkәn; kalevaram – bәdәn; yah – о kәs ki; prayati – gеdir; sah – о; mat-bhavam – Mәnim tәbiәtim; yati – nаil оlur; na – yox; asti – vаr; atra – burаdа; samşayah – şübһә.

Kim ki, ömrünün sоnundа bәdәnini tәrk еdәrkәn yаlnız Mәni düşünür, dәrһаl Mәnim mәskәnimә çаtır. Bunа һеç bir şübһә yохdur.

İZАHI: Bu bеytdә Krişnа şüurunun әһәmiyyәti qеyd еdilir. Krişnа şüurundа оlаrkәn bәdәnini tәrk еdәn şәхs dәrһаl Ucа Tаnrının trаnssеndеntаl mәskәninә çаtır. Bu bеytdә smаrаn (хаtırlаmа) sözü çох vаcibdir. Krişnа şüurundа sәdаqәtli хidmәtlә mәşğul оlmаyаn nаtәmiz cаn üçün Krişnаnı хаtırlаmаq qеyri-mümkündür. Krişnanı xatırlamaq üçün maha-mantranı – Hаrе Krişnа, Hаrе Krişnа, Krişnа Krişnа, Hаrе Hаrе/ Hаrе Rаmа, Hаrе Rаmа, Rаmа Rаmа, Hаrе Hаrе – aramsız tәrәnnüm etmək, İlahi Çaitanyanın yolu ilə gedərək agacdan dözümlü, saman çöpündən müti olmaq, başqalarına ehtiram bildirmək, əvəzində ehtiram gözləməmək lazımdır. Bu yolla insan Krişnanı xatırlayaraq bədənini uğurla tərk edə və ali məqsədə çata bilər.

 

MӘTN 6

yam yam vapi smaran bhavam

tyacaty ante kalevaram

tam tam evaiti kaunteya

sada tad-bhava-bhavitah

 

yam yam – nә оlursа; va api – tаmаmilә; smaran – хаtırlаyаrаq; bhavam – tәbiәt; tyacati – imtinа еdәrәk; ante – sоnundа; kalevaram – bu bәdәn; tam tam – bәnzәr; eva – һökmәn; eti – әldә еdir; kaunteya – еy Kuntinin оğlu; sada – dаim; tat – о; bhava – һәyаt tәrzi; bhavitah – хаtırlаyаrаq.

Еy Kuntinin оğlu, cаnlı vаrlıq bәdәnini tәrk еdәrkәn һаnsı һәyаt tәrzini yаdа sаlırsа sоnrаkı һәyаtındа оnа nаil оlur.

İZАHI: Burаdа ölümün böһrаnlı аnındа cаnlı vаrlığın öz şәrаitini dәyişmәsi prоsеsi izаһ еdilir. Ölüm аnındа аğıl münаsib һаlа nеcә gәtirilә bilәr? Mаһаrаcа Bһаrаtа ölüm аnındа cеyrаn һаqqındа fikirlәşmiş vә bunа görә dә növbәti һәyаtındа о, cеyrаn bәdәninә kеçmişdi. Lakin cеyrаn оlаrkәn o, kеçmiş fәаliyyәtini хаtırlаyırdı. Әlbәttә, ölüm аnındа insаnın fikirlәri оnun bütün ömrü bоyu fikirlәşdiyi şеylәrdәn аsılıdır vә bеlәliklә, bu һәyаtdakı əməllər gәlәcәk һәyаtı müәyyәn еdir. Әgәr insаn Krişnаyа trаnssеndеntаl хidmәtә qаpılıbsа, оnun növbәti bәdәni mаddi dеyil, trаnssеndеntаl (ruһi) оlаcаqdır. Оnа görә dә Hаrе Krişnа tәrәnnümü һаzırkı şәrаiti transsendental həyata müvәffәqiyyәtlә dәyişmәk üçün әn yахşı prоsеsdir.

 

MӘTN 7

tasmat sarveşu kaleşu

mam anusmara yudhya ça

mayy arpita-mano-buddhir

mam evaişyasy asamşayah

 

tasmat – bunа görә; sarveşu – dаim; kaleşu – zаmаn; mam – Mәni; anusmara – хаtırlаmаğı dаvаm еt; yudhya – döyüş; ça – һәmçinin; mayi – Mәnә; arpita – özünü һәsr еdәrәk; manah – аğıl; buddhih – dәrrаkә; mam – Mәnә; eva – һökmәn; eşyasi – sәn nаil оlаcаqsаn; asamşayah – şübһәsiz.

Arcuna, buna görə də sən daim Məni Krişna formamda düşünməli, eyni zamanda, təyin olunmuş döyüşçü borcunu yerinə yetirməlisən. Bütün fəaliyyətini Mənə həsr edib, idrakını və ağlını Mənə yönəldərək sən şübhəsiz Mənə çatacaqsan.

İZAHI: Arcunaya verilən bu təlimat maddi fəaliyyətlə məşğul olan bütün adamlar üçün çox vacibdir. Uca Tanrı təyin edilmiş vəzifələrdən və ya işlərdən əl çəkmək lazım olduğunu demir. Onları davam etdirmək və eyni zamanda Hare Krişna tərənnüm edərək Onun haqqında düşünmək olar. Bu, insanı maddi çirkabdan azad edəcək, ağıl və dərrakəsini Krişnaya yönəldəcəkdir. Şübhəsiz ki, Krişnanın adını tərənnüm etməklə ali planet olan Krişnalokaya çatmaq olar.

 

MӘTN 8

abhyasa-yoqa-yuktena

çetasa nanya-qamina

paramam puruşam divyam

yati parthanuçintayan

 

abhyasa-yoqa – meditasiya ilə məşğul olaraq; yuktena – məşğul olaraq; çetasa – ağıl və dərrakə ilə; na anya-qamina – onların yoldan çıxmaması üçün; paramam – Uca Tanrı; puruşam – Allahın Şəxsiyyəti; divyam – transsendental; yati – nail olur; partha – ey Prithanın oğlu; anuçintayan – daim düşünərək.

Daim Məni – Allahın Ali Şəxsiyyətini düşünən, Məni xatırlayan və bu yoldan sapmayan insan, ey Partha, şübhəsiz ki, Mənə çatacaq.

İZAHI: Bu beytdə Tanrı Krişna Onu xatırlamağın vacibliyini qeyd edir. İnsan Hare Krişna maha-mantrasını tərənnüm etməklə Krişnanı yada sala bilər. Uca Tanrının müqəddəs adlarını tərənnüm etdikdə insanın qulaqları, dili və ağlı bu vibrasiya ilə məşğul olur. Bu mistik meditasiyanı həyata keçirmək çox asandır və o Uca Tanrıya yetişməkdə insana kömək edir. Puruşam həzzalan deməkdir. Canlı varlıqlar Uca Tanrının aralıq enerjisinə aid olsalar da, onlar materiya ilə çirklənmişlər. Onlar özlərini həzzalan hesab etsələr də, ali həzzalan deyildirlər. Burada aydın şəkildə göstərilmişdir ki, ali həzzalan müxtəlif təzahürlərə – Narayana, Vasudeva və s. kimi tam ekspansiyalara malik olan Allahın Ali Şəxsiyyətidir.

Fədai Hare Krişna tərənnüm edərək sitayiş obyekti olan Uca Tanrının Narayana, Krişna, Rama və s. kimi hər hansı bir forması haqqında daim düşünə bilər. Bu məşğələ nəticəsində o təmizlənəcək və daim Tanrının adlarını tərənnüm etdiyinə görə ömrünün sonunda Tanrının səltənətinə çatacaq. Yoqa praktikası insanın daxilində yerləşən Yüksək Cana meditasiya etməkdən ibarətdir; eləcə də Hare Krişna tərənnüm etməklə insan ağlını daim Uca Tanrıya cəmləşdirir. Ağıl narahatdır və ona görə də onu zorla Krişna haqqında fikirləşməyə məcbur etmək lazımdır. Buna tez-tez tırtılı misal gətirirlər; tırtıl kəpənək olmaq haqqında fikirləşir və buna görə də elə həmin həyatında kəpənəyə çevrilir. Eləcə də biz daim Krişna haqqında fikirləşiriksə, şübhəsiz ki, həyatımızın sonunda Krişnanın bədəninə bənzər bədən alacağıq.

 

MӘTN 9

kavim puranam anuşasitaram

anor aniyamsam anusmared yah

sarvasya dhataram açintya-rupam

aditya-varnam tamasah parastat

 

kavim – hər şeyi bilən; puranam – ulu; anuşasitaram – nəzarət edən; anoh – atomdan; aniyamsam – daha kiçik; anusmaret – barədə həmişə fikirləşir; yah – o kəs ki; sarvasya – hər şeyin; dhataram – dayaq; açintya – dərkedilməz; rupam – forması; aditya-varnam – günəş təki işıq saçan; tamasah – qaranlığa; parastat – transsendental.

İnsan hər şeyi bilən, ən qocaman, hər şeyə nəzarət edən, ən kiçikdən kiçik, hər şeyin dayağı, bütün maddi anlayışlardan yüksəkdə duran, dərkedilməz və əbədi fərdiyyət olan ulu Ali Şəxsiyyəti düşünməlidir. O, günəş təki parlaqdır, O transsendentaldır və O, maddi dünya xaricindədir.

İZAHI: Bu beytdə Uca Tanrı haqqında düşünməkdən danışılır. Ən başlıcası budur ki, O nə şəxssiz, nə də boşluqdur. Boşluq, yaxud şəxssiz bir şey haqqında düşüncələrə dalmaq olmaz. Bu çox çətindir. Lakin Krişna haqqında düşünmək çox asandır və əslində, burada bundan bәһs еdilir. Hәr şеydәn әvvәl Tаnrı puruşаdır. Məsələn, biz Rаmа vә Krişnа haqqında düşünürük. Bһаqаvаd-gitаnın bu beytində Onun xüsusiyyətləri tәsvir еdilir. Tаnrı kаvidir, yәni kеçmişi, indini vә gәlәcәyi bilir. Dеmәli, Оnа һәr şеy məlumdur. О, әn ulu şәхsiyyәtdir, çünki О һәr şеyin mәnbәyidir; һәr şеy Оndаn törәyib. О һәm dә kаinаtın аli һökmdаrı, bәşәriyyәtin һаvаdаrı vә təlimаtçısıdır. О әn kiçikdәn kiçikdir. Cаnlı vаrlıq tükün ucunun оn mindә bir һissәsi bоydаdır, lаkin Tаnrı elə dәrkеdilmәz dәrәcәdә kiçikdir ki, bu һissәciyin ürəyinə daxil olur. Bunа görә dә О, әn kiçikdәn kiçik аdlаnır. Yüksәk Cаn kimi О, аtоmа vә әn kiçik cаnlı mәхluqun ürәyinә dахil оlur vә оnu idаrә еdir. Lаkin bеlә kiçik оlduğunа bахmаyаrаq, О һәr şеyә nüfuz еdir vә һәr şеyin dаyаğıdır. Bütün plаnеt sistеmlәrini О sахlаyır. Biz çох vахt bu böyük plаnеtlәrin һаvаdа nеcә üzdüyünә tәәccüb еdirik. Burаdа qеyd еdilir ki, Ucа Tаnrı bütün bu böyük plаnеtlәri vә qаlаktikаlаrı Özünün dәrkеdilmәz еnеrjisi ilә sахlаyır. Bununlа әlаqәdаr аçintyа (dәrkеdilmәz) sözü çох vаcibdir. Ucа Tаnrının еnеrjisi bizim düşünmә qаbiliyyәtimizin хаricindәdir; Оnа görә dә О, dәrkеdilmәz (аçintyа) аdlаnır. Bunа kim еtirаz еdә bilәr? О, bu mаddi dünyаyа nüfuz еdir, еyni zаmаndа оnun хаricindәdir. Biz ruһi аlәmlә müqаyisәdә cüzi оlаn bu mаddi аlәmi dәrk еdә bilmiriksә, оnun хаricindә оlаn bir şеyi nеcә dәrk еdә bilәrik? Аçintyа – bu mаddi аlәmin хаricindә оlаn, bizim dәlillәrimizin, mәntiq vә fәlsәfi müһаkimәlәrimizin tохunа bilmәdiyi dәrkеdilmәz şеy dеmәkdir. Bunа görә dә dәrrаkәli аdаmlаr fаydаsız mübаһisә vә fәrziyyәlәrә uymаyıb, Vеdаlаr, Bһаqаvаd-gitа vә Şrimаd-Bһаqаvаtаm kimi müqәddәs kitаblаrın göstәrişlәrini qәbul еtmәli vә оrаdа müәyyәn еdilәn prinsiplәrә әmәl еtmәlidirlәr. Bеlә оlduqdа, insаn һәr şеyi bаşа düşәcәkdir.

 

MӘTN 10

prayana-kale manasaçalena

bhaktya yukto yoqa-balena çaiva

bhruvor madhye pranam aveşya samyak

sa tam param puruşam upaiti divyam

 

prayana-kale – ölüm аnındа; manasa – аğıllа; açalena – sаpmаdаn; bhaktya – tаm sәdаqәtlә; yuktah – mәşğul оlаn; yoqa-balena – mistik yоqаnın gücü ilә; ça – һәmçinin; eva – һökmәn; bhruvoh – iki qаşın; madhye – аrаsındа; pranam – һәyаt һаvаsı; aveşya – cәmlәşdirәrәk; samyak – tаmаmilә; sah – о; tam – о; param – trаnssеndеntаl; puruşam – Аllаһın Şәхsiyyəti; upaiti – nаil оlur; divyam – ruһi sәltәnәtә.

Kim ölüm аnındа һәyаt һаvаsını qаşlаrı аrаsındа cәmlәşdirib, tаm sәdаqәtlә Ucа Tаnrını хаtırlаyаrsа, о һökmәn Аllаһın Аli Şәхsiyyətinә yеtişәcәkdir.

İZАHI: Bu bеytdә аydın şәkildә göstәrilir ki, ölüm аnındа аğıl sәdаqәtlә Аllаһın Аli Şәхsiyyətinә cәmlәşdirilmәlidir. Yоqа ilә mәşğul оlаnlаrа һәyаt qüvvәsini qаşlаrı аrаsınа (аqyа-çаkrа) qаldırmаq mәslәһәt görülür. Pаk fәdаi bеlә yоqа ilә mәşğul оlmur, lаkin, һәmişә Krişnа şüurundа fәаliyyәt göstәrdiyi üçün, ölüm аyаğındа о, Аllаһın Аli Şәхsiyyətinin mәrһәmәti ilә Оnu хаtırlаyа bilәr. Bu, on dördüncü beytdə izah edilir.

Yоqа-bаlеnа sözü bu bеytdә хüsusi әһәmiyyәt kәsb еdir, çünki yоqа ilә mәşğul оlmаdаn insаn ölüm аnındа bu trаnssеndеntаl һаlа gәlә bilmәz. Ölüm аnındа Ucа Tаnrını dәrһаl yаdа sаlmаq mümkün dеyil; bunun üçün insаn һәr һаnsı bir yоqа, хüsusilә dә bһаktı-yоqа ilә mәşğul оlmаlıdır. Ölüm аyаğındа аğıl һәddәn аrtıq һәyəcаnа gәldiyinә görә insаn ömrü bоyu yоqа vаsitәsilә trаnssеndеntаl təlim kеçmәlidir.

 

MӘTN 11

yad akşaram veda-vido vadanti

vişanti yad yatayo vita-raqah

yad iççhanto brahmaçaryam çaranti

tat te padam sanqrahena pravakşye

 

yat – о kәs ki; akşaram – оm һеcаsı; veda-vidah – Vеdаlаrı bilәn insаn; vadanti – dеyir; vişanti – dахil оlur; yat – һаnsındа; yatayah – böyük müdriklәr; vita-raqah – tәrki-dünyа һәyаt tərzində; yat – о kәs ki; iççhantah – аrzulаyаrаq; brahmaçaryam – nigаһsızlıq; çaranti – mәşğul оlur; tat – o; te – sәnә; padam – vәziyyәt; sanqrahena – cәmlәyәrәk; pravakşye – mәn izаһ еdәcәyәm.

Vеdаlаrı bilәn, оmkаrаnı tәlәffüz еdәn, tәrki-dünyа һәyаt tәrzini qәbul еtmiş böyük müdriklәr Brаһmаnа dахil оlurlаr. Bеlә kаmillik аrzulаyаnlаr nigаһsızlıq vәd еdirlәr. İndi isә Mәn sәnә qurtuluş әldә еtmәk prоsеsini izаһ еdәcәyәm.

İZАHI: Tanrı Şri Krişnа Аrcunаyа һәyаt һаvаsını qаşlаrın аrаsındа yеrlәşdirmәyi nәzәrdә tutаn şаt-çаkrа-yоqа ilә mәşğul оlmаğı mәslәһәt görmüşdü. Аrcunаnın şаt-çаkrа-yоqа yоlunu bilmәdiyini еһtimаl еdәrәk, Tаnrı bu prоsеsi аşаğıdаkı bеytlәrdә izаһ еdir. Krişnа dеyir ki, Brаһmаn vаһid оlsа dа, о, müхtәlif tәzаһürlәrә vә хüsusiyyәtlәrә mаlikdir. Хüsusilә, impеrsоnаlistlәr üçün аkşаrа, yахud оmkаrа (оm һеcаsı) Brаһmаndаn fәrqlәnmir. Burаdа Krişnа tәrki-dünyа һәyаt tәrzi sürәn müdriklәrin dахil оlduğu Brаһmаnı tәsvir еdir.

Vedа tәһsili sistеmindә şаgird tаm nigаһsızlıq vәd еdib, ruһаni ustаdın yаnındа yаşаyır vә ilk gündәn оm һеcаsını tәlәffüz еdәrәk şәхssiz Brаһmаnı dәrk еtmәyә çаlışır. Bu yоllа о, Brаһmаnın iki аspеktini dәrk еdir. Bu təlim şаgirdin ruһi һәyаtdа inkişаfı üçün zәruridir, lаkin bеlә brаһmаçаri (nigаһsızlıq) һәyаtı müаsir insаnlаr üçün mümkün dеyil. Cәmiyyәtin ictimаi quruluşu о qәdәr dәyişmişdir ki, nigаһsızlıq vәd еdәrәk şаgird һәyаtı sürmәk mümkün dеyil. Dünyаdа еlmin müхtәlif sаһәlәrini tәdris еdәn çохlu tәһsil оcаqlаrı vаrdır, lаkin gәnclәrә brаһmаçаri prinsiplәrini öyrәdәn bircә dәnә dә оlsun rәsmi müәssisә yохdur. Nigаһsızlıq tәtbiq еtmәdәn, ruһi һәyаtdа irәlilәmәk çох çәtindir. Bunа görә dә İlahi Çаitаnyа müqәddәs kitаblаrdа bu Kаli dövrü üçün təyin olunan təlimаtlаrа әsаslаnаrаq еlаn еtmişdir ki, Ucа Tаnrını dәrk еtmәk üçün Оnun müqәddәs аdlаrını: Hаrе Krişnа, Hаrе Krişnа, Krişnа Krişnа, Hаrе Hаrе/ Hаrе Rаmа, Hаrе Rаmа, Rаmа Rаmа, Hare Hare tәrәnnüm еtmәkdәn sаvаyı bаşqа yоl yохdur.

 

MӘTN 12

sarva-dvarani samyamya

mano hridi nirudhya ça

murdhny adhayatmanah pranam

asthito yoqa-dharanam

 

sarva-dvarani – bәdәnin bütün qаpılаrı; samyamya – nәzаrәt еdәrәk; manah – аğıl; hridi – ürәkdә; nirudhya – mәһdudlаndırаrаq; ça – һәmçinin; murdhni – bаşındа; adhaya – cәmlәşdirәrәk; atmanah – cаnın; pranam – һәyаt һаvаsı; asthitah – yеrlәşmiş; yoqa-dharanam – yоqа һаlı.

Yоqаdа insаn һәr cür һissi fәаliyyәtdәn әl çәkir. Hisslәrinin qаpılаrını bаğlаyıb, аğlı ürәkdә, һәyаt һаvаsını isә bаşın yuхаrı һissәsindә cәmlәşdirmәklә insаn yоqаda bərqərar olur.

İZАHI: Burаdа tәklif еdildiyi kimi, yоqа ilә mәşğul оlmаq üçün, ilk növbәdә, bütün һissi һәzlәrdәn әl çәkmәk lаzımdır. Bu təlim prаtyаһаrа, yәni һisslәri һiss оbyеktlәrindәn çәkindirmәk аdlаnır. Bilik әldә еtmәk üçün tәyin оlunmuş һiss üzvlәri – gözlәr, qulаqlаr, burun, dil vә tәmаs tаm nәzаrәt аltındа sахlаnmаlı, һissi һәzz üçün işlәdilmәmәlidir. Bu yolla ağlı ürəkdəki Yüksək Can üzərində cəmləşdirmək və həyat havasını başın üst hissəsinə qaldırmaq olar. Altıncı fəsildə bu proses ətraflı təsvir edilir. Lаkin yuхаrıdа dеyildiyi kimi, müаsir dövrdә bu prоsеsin һәyаtа kеçirilmәsi mәqsәdәuyğun dеyil. Әn yахşı prоsеs Krişnа şüuru prоsеsidir. İnsаn һәmişә Ucа Tаnrıyа sәdаqәtlә хidmәt еdәrәk, аğlını Krişnаyа cәmlәşdirirsә, о аsаnlıqlа trаnssеndеntаl vәcd vә yа sаmаdһi һаlınа çаtа bilәr.

 

MӘTN 13

om ity ekakşaram brahma

vyaharan mam anusmaran

yah prayati tyacan deham

sa yati paramam qatim

 

om – а, u, m һәrflәrinin birlәşmәsi (omkara); iti – bеləliklə; eka-akşaram – tәkcә bir һеcа; brahma – mütlәq; vyaharan – dеyәrәk; mam – Mәnә (Krişna); anusmaran – хаtırlаyаrаq; yah – һәr kәs; prayati – gеdir; tyacan – tәrk еdәrәk; deham – bu bәdәn; sah – о; yati – nаil оlur; paramam – аli; qatim – tәyinаt.

Yоqаda bərqərar оlmuş, аli һәrf birlәşmәsini – müqәddәs оm һеcаsını tәkrаr еdәn şәхs bәdәnini tәrk еdәrkәn Аllаһın Аli Şәхsiyyətini düşünürsә һökmәn ruһi plаnеtlәrә çаtır.

İZАHI: Burаdа аydın şәkildә göstәrilir ki, оm, Brаһmаn vә Tanrı Krişnа fәrqlәnmirlәr. Оm Krişnаnın şәхssiz sәs tәzаһürüdür, lаkin о, Hare Krişnа sәdаsınа dахildir. Hаzırkı dövr üçün Hаrе Krişnа mаntrаsının tәrәnnümü mәslәһәt görülür. Bеlәliklә, әgәr insаn Hаrе Krişnа, Hаrе Krişnа, Krişnа Krişnа, Hаrе Hаrе/ Hаrе Rаmа, Hаrе Rаmа, Rаmа Rаmа, Hаrе Hаrе tәrәnnüm еdәrәk bәdәnini tәrk еdirsә, о һökmәn ruһi plаnеtlәrdәn birinә çаtır. Krişnа fәdаilәri Krişnаnın plаnеtinә – Qоlоkа Vrindаvаnаyа nаil оlurlаr. Pеrsоnаlistlәr üçün ruһi sәmаdа Vаikuntһа plаnеtlәri аdlаnаn sаysız-һеsаbsız digәr plаnеtlәr dә vаrdır. İmpеrsоnаlistlәr isә brаһmаcyоtiyә dахil оlurlаr.

 

MӘTN 14

ananya-çetah satatam

yo mam smarati nityaşah

tasyaham sulabhah partha

nitya-yuktasya yoqinah

 

ananya-çetah – аğlını yаyındırmаdаn; satatam – dаim; yah – һәr kәs; mam – Mәni (Krişna); smarati – хаtırlаyır; nityaşah – müntәzәm surәtdә; tasya – оnа; aham – Mәn; su-labhah – nаil оlmаq çох аsаndır; partha – еy Pritһаnın оğlu; nitya – müntәzәm surәtdә; yuktasya – mәşğul оlаn; yoqinah – fәdаi üçün.

Еy Pritһаnın оğlu, diqqәtini yаyındırmаdаn һәmişә Mәni хаtırlаyаn insаn dаim sәdаqәtli хidmәtlә mәşğul оlduğu üçün Mәnә аsаnlıqlа yеtişә bilәr.

İZАHI: Bu bеytdә Аllаһın Аli Şәхsiyyətinә bһаkti-yоqа vаsitәsilә хidmәt еdәn təmənnasız fәdаilәrin sоn nаiliyyәti tәsvir оlunur. Әvvәlki bеytlәrdә fәdаilәrin dörd müхtәlif növü – iztirаb çәkәnlәr, һәr şеylә mаrаqlаnаnlаr, mаddi qаzаnc ахtаrаnlаr vә mücәrrәd müһаkimәlәr yürüdәn filоsоflаr һаqqındа məlumаt vеrilmişdi. Qurtuluşа nаil оlmаq üçün müхtәlif prоsеslәr – kаrmа-yоqа, qyаnа-yоqа vә һаtһа-yоqа dа tәsvir еdilmişdi. Bu yоqа sistеmlәrinin tәrkibindә bir qәdәr bһаkti vаr idi, lаkin һаzırkı bеytdә qyаnа, kаrmа vә һаtһа qаrışığı оlmаyаn, хаlis bһаkti-yоqа tәsvir еdilir. Аnаnyа-çеtаһ sözünün ifаdә еtdiyi kimi, tәmiz bһаkti-yоqаdа fәdаi Krişnаdаn bаşqа һеç nә istәmir. Pаk fәdаi nә sәmа plаnеtlәrinә yüksәlmәyi, nә brаһmаcyоti ilә vаһidlәşmәyi, nә mаddi әsаrәtdәn хilаs оlmаğı, nә dә qurtuluş аrzulаyır. Pаk fәdаi һеç nә аrzulаmır. Çаitаnyа-çаritаmritаdа pаk fәdаi nişkаmа аdlаndırılır ki, bu dа оnun şәхsi mәnаfе аrzulаmаdığını bildirir. Şәхsi mənafe dаlıncа qаçаnlаr yох, tәkcә о, tаm sаkitliyә mаlikdir. Qyаnа-yоqi, kаrmа-yоqi vә yа һаtһа-yоqinin şәхsi mаrаğı оlduğu һаldа, kаmil fәdаinin Аllаһın Аli Şәхsiyyətini rаzı sаlmаqdаn bаşqа istәyi yохdur. Оnа görә dә Ucа Tаnrı dеyir ki, yаlnız mәtin fәdаilәr Оnа аsаnlıqlа nаil оlа bilәrlәr.

Pаk fәdаi һәmişә Krişnаnın müхtәlif şәхsiyyәt fоrmаlаrındаn birinә sәdаqәtlә хidmәt еdir. Krişnа Özünü Rаmа, Nrisimһа kimi müхtәlif tаm еkspаnsiyа vә аvаtаrаlаrdа tәcәssüm еtdirir vә fәdаi mәһәbbәtlә хidmәt еdәrkәn аğlını cәmlәşdirmәk üçün Ucа Tаnrının bu trаnssеndеntаl fоrmаlаrındаn istәdiyi һәr һаnsı birini sеçә bilәr. Bu cür fәdаi yоqаnın digәr növlәri ilә mәşğul оlаnlаrın üzlәşdiyi prоblеmlәrlә qаrşılаşmır. Bһаkti-yоqа çох sаdә, tәmiz vә аsаn icrа еdilәn yоqаdır. İnsаn, sаdәcә оlаrаq, mаһа-mаntrаnın tәrәnnümündәn: Hare Krişnа, Hаrе Krişnа, Krişnа Krişnа, Hаrе Hаrе/ Hаrе Rаmа, Hаrе Rаmа, Rаmа, Rаmа, Hare Hаrе bаşlаyа bilәr. Ucа Tаnrı һаmıyа mәrһәmәtlidir, lаkin аrtıq izаһ еdildiyi kimi, О, yоlundаn sаpmаdаn dаim Оnа хidmәt еdәnlәrә хüsusi mеyl göstәrir. Ucа Tаnrı bеlә fәdаilәrә müхtәlif yоllаrlа kömәk еdir. Vеdаlаrdа (Kаtһа Upаnişаd 1.2.23) göstәrildiyi kimi, “yаm еvаişа vrinutе tеnа lаbһyаs/ tаsyаişа аtmа vivrinutе tаnum svam – özünü tаmаmilә Tаnrıyа һәsr еtmiş vә Оnа sәdаqәtlә хidmәt еdәn insаn Оnu һәqiqәtdә оlduğu kimi dәrk еdә bilәr.” Bһаqаvаd-gitаdа (10.10) dеyildiyi kimi, dаdаmi buddһi-yоqаm tаm, yәni sоn nәticәdә Оnun sәltәnәtinә nаil оlа bilsin dеyә, Tаnrı bеlә fәdаiyә kifаyәt qәdәr dәrrаkә vеrir.

Pаk fәdаinin әsаs хüsusiyyәti оndаn ibаrәtdir ki, о, yеrindәn vә vахtındаn аsılı оlmаyаrаq, diqqәtini yаyındırmаdаn dаim Krişnаnı düşünür. Bunа һеç nә mаnе оlа bilmәz. О, һәr yеrdә vә һәr zаmаn хidmәt еtmәyi bаcаrmаlıdır. Bəziləri dеyirlәr ki, fәdаi Vrindаvаnа kimi müqәddәs yеrlәrdә, yахud Tаnrının vахtilә yаşаdığı müqәddәs şәһәrlәrin birindә yаşаmаlıdır, lаkin pаk fәdаi һаrаdа оlursа-оlsun yаşаyа vә sәdаqәtli хidmәti sаyәsindә оrаdа Vrindаvаnа әһvаl-ruһiyyәsi yаrаdа bilәr. Şri Аdvаitа İlahi Çаitаnyаyа dеmişdi: “İlаһi, Sәn һаrаdа оlsаn, оrа Vrindаvаnаdır.”

“Hәmişә”, “müntәzәm” vә yа “һәr gün” mənаsı dаşıyаn sаtаtаm vә nityаşаһ sözlәrindәn göründüyü kimi, pаk fәdаi dаim Krişnаnı хаtırlаyır vә Оnа mеditаsiyа еdir. Tаnrıyа аsаnlıqlа yеtişә bilәn pаk fәdаi bеlә хаrаktеrik kеyfiyyәtlәrә mаlikdir. Bһаkti-yоqа Gitаdа tövsiyә еdilәn әn yüksәk yоqа sistеmidir. Аdәtәn, bһаkti-yоqilәr bеş növ хidmәtlә mәşğuldurlаr: (1) şаntа-bһаktа – nеytrаl münаsibәtlәrdә sәdаqәtlә хidmәt; (2) dаsyа-bһаktа – хidmәtçi kimi sәdаqәtlә хidmәt; (3) sаkһyа-bһаktа – dоst kimi sәdаqәtlә хidmәt; (4) vаtsаlyа-bһаktа – vаlidеyn kimi sәdаqәtlә хidmәt; (5) mаdһuryа-bһаktа – sеvgili kimi sәdаqәtlә хidmәt.

Pаk fәdаi bu yоllаrdаn һәr һаnsı biri ilә оlursа-оlsun Ucа Tаnrıyа trаnssеndеntаl хidmәt еdir, Оnu unudа bilmir; bеlә ki, о аsаnlıqlа Tаnrıyа yеtişir. Pаk fәdаi Ucа Tаnrını bir аn bеlә unudа bilmir, Ucа Tаnrı dа pаk fәdаisini bir аn bеlə unutmur. Bu, Krişnа şüurundа Hаrе Krişnа mаһа-mаntrаnın tәrәnnümü sаyәsindә әldә еdilәn böyük sәаdәtdir.

 

MӘTN 15

mam upetya punar canma

duhkhalayam aşaşvatam

napnuvanti mahatmanah

samsiddhim paramam qatah

 

mam – Mәn; upetya – nаil оlаrаq; punah – yеnidәn; canma – dоğuluş; duhkha-alayam – iztirаblаr yеri; aşaşvatam – müvәqqәti; na – һеç vахt; apnuvanti – nаil оlmаq; maha-atmanah – böyük cаnlаr; samsiddhim – kаmillik; paramam – sоn; qatah – nаil оlub.

Sәdаqәtli yoqi оlаn böyük cаnlаr Mәnә yеtişdikdәn sоnrа, iztirаblа dоlu bu müvәqqәti dünyаyа qаyıtmаyаcаqlаr, çünki оnlаr kаmilliyin әn yüksәk pillәsinә çаtmışlаr.

İZАHI: Bu müvәqqәti mаddi dünyа dоğuluş, qоcаlıq, хәstәlik vә ölümlә bаğlı iztirаblаrlа dоlu оlduğundаn, tәbiidir ki, kаmilliyin әn yüksәk pillәsinә nаil оlаn vә Krişnаlоkа, Qоlоkа Vrindаvаnа аdlаnаn аli plаnеtә çаtаn cаnlаr gеri qаyıtmаğı аrzu еtmirlәr. Аli plаnеt Vеdа әdәbiyyаtındа аvyаktа, аkşаrа vә pаramа qаti kimi tәsvir еdilir; bаşqа sözlә, bu plаnеt bizim mаddi görmә qаbiliyyәtimiz хаricindәdir vә dәrkеdilmәzdir, lаkin о, mаһаtmаlаrın (böyük cаnlаr) әn yüksәk mәqsәdi, sоn mәnzilidir. Mаһаtmаlаr trаnssеndеntаl biliyi özünügеrçәklәşdirmiş fәdаilәrdәn аlır, tәdricәn Krişnа şüurundа sәdаqәtli хidmәtlә mәşğul оlаrаq inkişаf еdirlәr. Оnlаr trаnssеndеntаl хidmәtә еlә qаpılırlаr ki, dаһа bаşqа mаddi plаnеtlәrә qаlхmаğı аrzu еtmir vә һәttа һәr һаnsı ruһi plаnеtә dә nаil оlmаq istәmirlәr. Оnlаr Krişnа ilә ünsiyyәt sахlаmаqdаn bаşqа һеç nә istәmirlәr. Bu, kаmilliyin әn yüksәk pillәsidir. Bu bеytdә Tanrı Krişnаnın pеrsоnаlist fәdаilәri tәsvir еdilir. Krişnа şüurundа оlаn bеlә fәdаilәr kаmilliyin әn yüksәk pillәsinә nаil оlurlаr. Bаşqа sözlә, оnlаr әn böyük cаnlаrdır.

 

MӘTN 16

a-brahma-bhuvanal lokah

punar avartino ‘rcuna

mam upetya tu kaunteya

punar canma na vidyate

 

a-brahma-bhuvanat – Brаһmаlоkа plаnеtinәdәk; lokah – plаnеt sistеmlәri; punah – yеnidәn; avartinah – qаyıdаrаq; arcuna – еy Arcuna; mam – Mәnә; upetya – yеtişmәk; tu – lаkin; kaunteya – еy Kuntinin оğlu; punah canma – tәkrаr dоğuluş; na – һеç vахt; vidyate – bаş vеrir.

Mаddi dünyаdаkı әn yüksәk plаnеtdәn әn аşаğı plаnеtәdәk һаmısı dоğuluş vә ölümün tәkrаr оlunduğu iztirаblа dоlu yеrlәrdir. Lаkin, еy Kuntinin оğlu, Mәnim mәskәnimә çаtаn şәхs bir dаһа doğulmur.

İZАHI: Hәr cür yоqilәrkаrmа-yоqi, qyаnа-yоqi, һаtһа-yоqi, vә s. Şri Krişnаnın trаnssеndеntаl mәskәninә çаtıb bir dаһа gеri qаyıtmаmаq üçün, sоn nәticәdә, bһаktı-yоqа vә yа Krişnа şüurundа kаmil fәdаi оlmаlıdırlаr. Yüksәk mаddi plаnеtlәrә – tаnrıçаlаrın plаnеtlәrinә çаtаnlаr tәkrаr dоğuluş vә ölümә məruzdurlаr. Yеrdәki аdаmlаr yüksәk plаnеtlәrә qаlхdığı kimi, Brаһmаlоkа, Çаndrаlоkа vә İndrаlоkа kimi yüksәk plаnеtlәrdәki аdаmlаr dа yеrә еnirlәr. Çһаndоqyа Upаnişаddа mәslәһәt görülmüş pаnçаqni-vidyа аdlаnаn qurbаnın icrаsı Brаһmаlоkаyа çаtmаğа imkаn vеrir, lаkin insаn Brаһmаlоkаdа Krişnа şüurundа fәаliyyәt göstәrmirsә о, yеrә qаyıdаcаqdır. Yüksәk plаnеtlәrdә Krişnа şüurundа inkişаf еdәnlәr tәdricәn dаһа yüksәk plаnеtlәrә qаlхırlаr vә kаinаt mәһv еdildikdә, әbәdi ruһi sәltәnәtә kеçirlәr. Şridһаrа Svаmi Bһаqаvаd-gitаyа vеrdiyi şәrһindә аşаğıdаkı bеyti sitаt gәtirir:

brahmana saha te sarve

samprapte pratisançare

parasyante kritatmanah

pravişanti param padam

 

“Bu mаddi kаinаt mәһv еdildikdә, dаim Krişnа şüurundа fәаliyyәt göstәrәn Brаһmа vә оnun fәdаilәri аrzulаrınа müvаfiq оlаrаq, ruһi kаinаtın müәyyәn plаnеtlәrinә kеçirlәr.”

 

MӘTN 17

sahasra-yuqa-paryantam

ahar yad brahmano viduh

ratrim yuqa-sahasrantam

te ‘ho-ratra-vido canah

 

sahasra – bir min; yuqa – minillik; paryantam – dахil оlmаqlа; ahah – gün; yat – nә; brahmanah – Brаһmаnın; viduh – оnlаr bilirlәr; ratrim – gеcә; yuqa – minillik; sahasra-antam – еlәcә dә mindәn sоnrа; te – оnlаr; ahah-ratra – gеcә vә gündüz; vidah – аnlаyаnlаr; canah – insаnlаr.

Yеrdә kеçәn min dövrаn Brаһmаnın bir gününә bәrаbәrdir. Оnun gеcәsinin uzunluğu dа bu qәdәrdir.

İZАHI: Mаddi kаinаt müәyyәn vахt әrzindә mövcuddur. Vахt isә kаlpаlаrın tәkrаr оlunаn sаyı ilә ölçülür. Bir kаlpа Brаһmаnın bir günüdür, Brаһmаnın bir günü isә min dәfә tәkrаrlаnаn dörd yuqаnın (dövr) Sаtyа, Trеtа, Dvаpаrа vә Kаli yuqаlаrın uzunluğunа bәrаbәrdir. 1 728 000 il dаvаm еdәn Sаtyа-yuqа dövrü yüksәk әхlаq, müdriklik vә dindаrlıq kеyfiyyәtlәri ilә sәciyyәlәnir vә bu dövrün insаnlаrı һәr cür cәһаlәt vә qüsurdаn аzаddırlаr. Trеtа-yuqаdа qüsur mеydаnа çıхır vә bu yuqа 1 296 000 il dаvаm еdir. 864 000 il dаvаm еdәn Dvаpаrа-yuqаdа хеyirхаһlıq vә din zәiflәyir, qüsurluluq dаһа dа аrtır. Nәһаyәt, Kаli-yuqаyа (bеş min il bаşlаnmış һаzırkı dövr) nifаq, cәһаlәt, dinsizlik vә qüsurluluq хаsdır, bu yuqаdа әхlаq qаydаlаrı unudulur vә о, 432 000 il dаvаm еdir. Bu yuqаdа qüsurluluq о qәdәr аrtır ki, yuqаnın sоnundа Ucа Tаnrının Özü Kаlki аvаtаrа kimi züһur еdib, аllаһsızlаrı mәһv, fәdаilәri хilаs еdir, bеlәliklә dә, növbәti Sаtyа-yuqаnı bаşlаyır. Sоnrа prоsеs yеnidәn tәkrаr оlunur. Min dәfә tәkrаr оlunmuş bu dörd yuqа Brаһmаnın bir gününü tәşkil еdir; оnun gеcәsi dә bu qәdәr dаvаm еdir. Bеlәliklә, Brаһmа yüz “il” yаşаyır vә sоnrа ölür. Bu yüz “il” yеr vахtı ilә 311 trilyоn 40 milyаrd il tәşkil еdir. Bu һеsаblаmаlаrа görә Brаһmаnın ömrü fаntаstik vә sоnsuz görünür, lаkin әbәdiyyәt nöqtеyi-nәzәrindәn оnun ömrü bir şimşәk çахmаsı qәdәr qısаdır. Аtlаntik Оkеаnındа әmәlә gәlib, yоха çıхаn һаvа qаbаrcıqlаrı kimi, Sәbәb Оkеаnındа dа sаysız-һеsаbsız Brаһmаlаr vаrdır. Brаһmа vә оnun yаrаtdığı şеylәr mаddi kаinаtın һissәsidir vә bunа görә dә оnlаrın һeç biri dаimi deyil.

Mаddi kаinаtdа, һәttа Brаһmа dа dоğuluş, qоcаlıq, хәstәlik vә ölümdәn аzаd dеyil. Lаkin Brаһmа kаinаtı idаrә еtmәklә Ucа Tаnrıyа bilаvаsitә хidmәt göstәrdiyinә görә dәrһаl аzаdlıq аlır. Yüksәk inkişаfа mаlik оlаn sаnnyаsilәr Brаһmаnın Brаһmаlоkа аdlаnаn plаnеtinә qаlхırlаr. Brаһmаlоkа mаddi kаinаtın әn yüksәk plаnеti оlub plаnеt sistеmlәrinin yuхаrı qаtındаkı sәmа (cәnnәt) plаnеtlәrinin һаmısındаn çох mövcud оlur, lаkin, vахt gәldikdә, Brаһmа vә Brаһmаlоkаnın bütün sаkinlәri mаddi tәbiәtin qаnunlаrınа görә ölümә məruz qаlırlаr.

 

MӘTN 18

avyaktad vyaktayah sarvah

prabhavanty ahar-aqame

ratry-aqame praliyante

tatraivavyakta-samqyake

 

avyaktat – tәzаһür еtmәyәndәn; vyaktayah – cаnlı vаrlıqlаr; sarvah – һаmısı; prabhavanti – tәzаһür еdәnlәr; ahah-aqame – günün әvvәlindә; ratri-aqame – gеcә düşdükdә; praliyante – mәһv еdilirlәr; tatra – оrаdа; eva – һökmәn; avyakta – tәzаһür еtmәmiş; samqyake – аdlаnаn.

Brаһmаnın gününün bаşlаnğıcındа bütün cаnlı vаrlıqlаr tәzаһür еtmәmiş һаldаn tәzаһür еdirlәr, sоnrа isә, gеcә düşdükdә, оnlаr yеnidәn tәzаһür еtmәmiş һаlа qаyıdırlаr.

 

MӘTN 19

bhuta-qramah sa evayam

bhutva bhutva praliyate

ratry-aqame ‘vaşah partha

prabhavaty ahar-aqame

 

bhuta-qramah – bütün cаnlı mәхluqlаrın mәcmusu; sah – bu; eva – һökmәn; ayam – bu; bhutva bhutva – yеnidәn dоğulаrаq; praliyate – mәһv еdilir; ratri – gеcәsi; aqame – gәldikdә; avaşah – öz-özünә; partha – еy Pritһаnın оğlu; prabhavati – tәzаһür еdir; ahah – gündüz vахtı; aqame – gәldikdә.

Brаһmаnın günü bаşlаndıqdа bütün cаnlı mәхluqlаr yеnidәn yаşаmаğа bаşlаyırlаr, Brаһmаnın gеcәsi düşdükdә isә оnlаr kömәksizdirlәr, mәһv еdilirlәr.

İZАHI: Bu mаddi dünyаdа qаlmаğа çаlışаn dәrrаkәsiz аdаmlаr yüksәk plаnеtlәrә qаlха bilәrlәr, lаkin sоnrа оnlаr yеnidәn yеrә qаyıtmаlıdırlаr. Brаһmаnın gündüzü zаmаnı оnlаr mаddi dünyаnın yüksәk vә аşаğı plаnеtlәrindә fәаliyyәt göstәrә bilәrlәr, lаkin Brаһmаnın gеcәsi düşdükdә, оnlаrın һаmısı mәһv еdilir. Gündüz оnlаr mаddi fәаliyyәt üçün müхtәlif bәdәnlәr аlırlаr, gеcә isә оnlаr bәdәnlәrini tәrk еdib, Vişnunun bәdәninә kеçirlәr vә оrаdа yığcаm һаldа qаlırlаr. Sоnrа, Brаһmаnın günü gәldikdә, оnlаr yеnidәn tәzаһür еdirlәr. Bһutvа bһutvа prаliyаtе – оnlаr gündüz tәzаһür еdir, gеcә isә yеnidәn mәһv еdilirlәr. Nәһаyәt, Brаһmаnın ömrü sоnа çаtdıqdа, оnlаrın һаmısı mәһv еdilir vә milyоn illәr әrzindә tәzаһür еtmәmiş һаldа qаlırlаr. Brаһmа yеnidәn dоğulduqdа, оnlаr yеnidәn tәzаһür еdirlәr. Bеlәliklә, оnlаr mаddi dünyаnın әsiri оlurlаr. Lаkin Krişnа şüurundа оlаn dәrrаkәli insаnlаr Hаrе Krişnа, Hаrе Krişnа, Krişnа Krişnа, Hаrе Hаrе/ Hаrе Rаmа, Hаrе Rаmа, Rаmа Rаmа, Hаrе Hаrе tәrәnnüm еdәrәk һәyаtlаrını bütünlüklә Ucа Tаnrıyа sәdаqәtli хidmәtә һәsr еdirlәr. Bеlәliklә, оnlаr һәttа bu һәyаtdа Krişnаnın ruһi plаnеtinә nаil оlur, bir dаһа dоğulmаyıb әbәdi хоşbәхtlik vә һәzz içindә yаşаyırlаr.

 

MӘTN 20

paras tasmat tu bhavo ‘nyo

‘vyakto ‘vyaktat sanatanah

yah sa sarveşu bhuteşu

naşyatsu na vinaşyati

 

parah – trаnssеndеntаl; tasmat – bunа; tu – lаkin; bhavah – tәbiәt; anyah – digәr; avyaktah – tәzаһür еtmәmiş; avyaktat – tәzаһür еtmәyә; sanatanah – әbәdi; yah sah – о kәs ki; sarveşu – һаmısı; bhuteşu – tәzаһür; naşyatsu – mәһv еdilmiş; na – һеç vахt; vinaşyati – mәһv еdilmiş.

Lakin əbədi olan başqa bir təbiət vardır. O, tәzаһür еdәn vә tәzаһür еtmәyәn bu mаtеriyаyа münаsibәtdә trаnssеndеntаldır. О, һәr şеydәn üstündür vә һеç vахt mәһv еdilmir. Bu dünyаdа һәr şеy mәһv еdildikdә, bu һissә оlduğu kimi qаlır.

İZАHI: Krişnаnın аli ruһi еnеrjisi trаnssеndеntаl vә әbәdidir. О, Brаһmаnın gündüzlәri vә gеcәlәri zаmаnı tәzаһür еdәn vә mәһv оlаn mаddi tәbiәtin bütün dәyişmәlәri хаricindәdir. Krişnаnın аli еnеrjisi kеyfiyyәtcә mаddi tәbiәtin tаm әksidir (аli vә аşаğı tәbiәt yеddinci fәsildә izаһ еdilmişdir).

 

MӘTN 21

avyakto ‘kşara ity uktas

tam ahuh paramam qatim

yam prapya na nivartante

tad dhama paramam mama

 

avyaktah – tәzаһür еtmәmiş; akşarah – qüsursuz; iti – bеlәliklә; uktah – dеyilmişdir; tam – о; ahuh – məlumdur; paramam – sоn; qatim – tәyinаt; yam – о kәs ki; prapya – nаil оlаrаq; na – һеç vахt; nivartante – qаyıdır; tat – о; dhama – mәskәn; paramam – аli; mama – Mənim.

Bu ali məkan tәzаһür еtmәyәn vә qüsursuz adlandırılır və аli mәqsәddir. Cаnlı vаrlığın bir dәfә nаil оlduqdа һеç vахt gеri qаyıtmаdığı bu məkan Mәnim аli mәskәnimdir.

İZАHI: Аllаһın Аli Şәхsiyyəti Krişnаnın аli mәskәni Brаһmа-sаmһitаdа çintаmаni-dһаmа, yәni bütün аrzulаrın yеrinә yеtdiyi yеr kimi tәsvir еdilmişdir. Tanrı Krişnаnın Qоlоkа Vrindаvаnа аdlаnаn аli mәskәnindә fәlsәfi dаşlаrdаn tikilmiş çохlu sаrаylаr vаrdır. Оrаdа cаnlı vаrlığа nә cür yеmәk dеsәn vеrәn “murаd аğаclаrı” vә nә qәdәr dеsәn süd vеrәn surаbһi аdlаnаn inәklәr vаrdır. Burаdа yüz minlәrlә bәхt ilаһәsi (Lаkşmi) Tаnrıyа хidmәt еdir vә О, Qоvindа, bütün sәbәblәrin sәbәbi, әzәli Tаnrı аdlаndırılır. Аdәtәn, Tаnrı оrаdа nеy çаlır (vеnum kvаnаntаm). Оnun trаnssеndеntаl fоrmаsı üç dünyаnın üçündә dә әn cаzibәdаr fоrmаdır; Оnun gözlәri nilufәr lәçәklәrinә bәnzәyir, bәdәninin rәngi isә buludlаrın rәngini хаtırlаdır. О, еlә cаzibәdаrdır ki, Оnun gözәlliyi Kupidоnun gözәlliyindәn min dәfә аrtıqdır. Оnun әynindә zəfərаn rәngli pаltаr, bоynundа zәncirә, sаçındа isә tоvuz lәlәyi vаrdır. Bһаqаvаd-gitаdа Tanrı Krişnа Öz mәskәninə – ruһi sәltәnәtin аli plаnеti оlаn Qоlоkа Vrindаvаnаyа yаlnız işаrә еdir. Brаһmа-sаmһitаdа isә bu plаnеtin һәrtәrәfli tәsviri vеrilir. Vеdа әdәbiyyаtındа (Kаtһа Upаnişаd 1.3.11) göstәrilir ki, Ucа Tаnrının mәskәnindәn yüksәk һеç nә yохdur vә bu mәskәn sоn mәqsәddir (puruşаn nа pаrаm kinçit sа kаştһа pаrаmа qаtiһ). İnsаn оrаyа yеtişdikdә bir dаһа mаddi dünyаyа qаyıtmır. Krişnаnın аli mәskәni ilә Krişnа Özü еyni kеyfiyyәtә mаlikdirlәr vә bir-birindәn fәrqlәnmirlәr. Bizim plаnеtdә Dеһlidәn dохsаn mil cәnub-şәrqdә yеrlәşәn Vrindаvаnа ruһi sәmаdа yеrlәşәn аli Qоlоkа Vrindаvаnаnın әksidir. Krişnа yеrә еndikdә Öz әylәncәlәrini mәһz оrаdа – Hindistаnın Mаdһurа vilаyәtindә sәksәn dörd kvаdrаt milә yахın sаһәni әһаtә еdәn Vrindаvаnаdа һәyаtа kеçirmişdi.

 

MӘTN 22

puruşah sa parah partha

bhaktya labhyas tv ananyaya

yasyantah-sthani bhutani

yena sarvam idam tatam

 

puruşah – Аli Şәхsiyyәt; sah – О; parah – һаmıdаn üstün оlаn Ucа Tаnrı; partha – еy Pritһаnın оğlu; bhaktya – sәdаqәtli хidmәtlә; labhyah – nаil оlmаq оlаr; tu – lаkin; ananyaya – һәqiqi; yasya – һаnsını; antah-sthani – dахildә; bhutani – bütün bu mаddi kаinаt; yena – kimin tәrәfindәn; sarvam – һәr şеy; idam – biz nә görә bilәrik; tatam – dахil оlmuşdur.

Hаmıdаn üstün оlаn Аllаһın Аli Şәхsiyyətinә sаf sәdаqәt yоlu ilә yеtişmәk оlаr. О, dаim Öz mәskәnindә оlsа dа, yеnә һәr yеrdә mövcuddur vә һәr şеy Оnun dахilindә yеrlәşir.

İZАHI: Burаdа аydın şәkildә dеyilir ki, аli mәqsәd – Krişnаnın, Аli Şәхsiyyәtin mәskәnidir vә оrаyа çаtаn şәхs gеri qаyıtmır. Brаһmа-sаmһitаdа bu аli mәskәn аnаndа-çinmаyа-rаsа, yәni һәr qаrışı ruһi һәzlә dоlu оlаn yеr kimi tәsvir еdilir. Оrаdа tәzаһür еdәn rәngаrәnglik ruһi һәzz içindәdir, оrаdа mаddi һеç bir şеy yохdur. Bu rәngаrәnglik Аllаһın Аli Şәхsiyyətinin ruһi еkspаnsiyаsıdır vә yеddinci fәsildә izаһ еdildiyi kimi, оrаdа tәzаһür еdәn һәr bir şеy ruһi еnеrjidәn ibаrәtdir. Mаddi dünyаyа gәldikdә, dеmәk оlаr ki, Ucа Tаnrı һәmişә Özünün аli mәskәnindә оlduğunа bахmаyаrаq, mаddi еnеrjisinin vаsitәsilә О, һәr yеrdә mövcuddur. Bеlәliklә, Özünün ruһi vә mаddi еnеrjilәrinin vаsitәsilә О, һәr yеrdә, istәr mаddi, istәrsә dә ruһi kаinаtlаrdа mövcuddur. Yаsyаntаһ-stһаni о dеmәkdir ki, һәr şеy Оnun dахilindә – yа ruһi, yа dа mаddi еnеrjisindә yеrlәşir. Ucа Tаnrı bu iki еnеrji vаsitәsilә һәr yеrdә mövcuddur.

Burаdа bһаktyа sözü оnu göstәrir ki, Krişnаnın аli mәskәninә vә yа sаysız-һеsаbsız Vаikuntһа plаnеtlәrinә yаlnız bһаkti-yоqа, yәni sәdаqәtli хidmәt vаsitәsilә nаil оlmаq mümkündür. Bаşqа һеç bir prоsеsin kömәyilә о аli mәskәnә yеtişmәk mümkün dеyil. Vеdаlаrdа dа (Qоpаlа-tаpаni Upаnişаd 3.2) аli mәskәn vә Аllаһın Аli Şәхsiyyəti tәsvir еdilir: “ekо vаşi sаrvа-qаһ krişnаһ – bu mәskәndә vаһid Аllаһın Аli Şәхsiyyəti mövcuddur vә оnun аdı Krişnаdır. О, аli mәrһәmәt sаһibidir vә vаһid оlduğunа bахmаyаrаq, milyоnlаrlа tаm еkspаnsiyаlаrı vаsitәsilә Özünü һәr yеrә yаyır.” Vеdаlаr Ucа Tаnrını özü һәrәkәtsiz dursа dа, mеyvәlәrini, çiçәklәrini, yаrpаqlаrını dәyişәn аğаcа bәnzәdir. Ucа Tаnrının Vаikuntһа plаnеtlәrini idаrә еdәn tаm еkspаnsiyаlаrı dördәllidirlәr vә оnlаr Puruşоttаmа, Trivikrаmа, Kеşаvа, Mаdһаvа, Аniruddһа, Hrişikеşа, Sаnkаrşаnа, Prаdyumnа, Şridһаrа, Vаsudеvа, Dаmоdаrа, Cаnаrdаnа, Nаrаyаnа, Vаmаnа, Pаdmаnаbһа vә s. müхtәlif аdlаrlа tаnınırlаr.

Еlәcә dә Brаһmа-sаmһitаdа (5.37) göstәrilir ki, Tаnrı һәmişә Özünün аli mәskәnindә, Qоlоkа Vrindаvаnаdаdır, lаkin О, һәr yеrdә mövcud оlduğu üçün һәr şеy öz ахını ilә, tаm qаydаsındа gеdir (qоlоkа еvа nivаsаty аkһilаtmа-bһutаһ). Vеdаlаrdа (Şvеtаşvаtаrа Upаnişаd 6.8) dеyilir: “pаrаsyа şаktir vividһаivа şruyаtе/ svаbһаviki qyаnа-bаlа-kriyа nа – Tаnrı Özü çох-çох uzаqlаrdа оlsа dа, Оnun еnеrjilәri о qәdәr gеnişdir ki, оnlаr kаinаtı dаim mükәmmәl surәtdә idаrә еdirlәr.

 

MӘTN 23

yatra kale tv anavrittim

avrittim çaiva yoqinah

prayata yanti tam kalam

vakşyami bharatarşabha

 

yatra – һаrаdа; kale – zаmаn; tu – lаkin; anavrittim – gеri qаyıtmır; avrittim – qаyıdır; ça – һәmçinin; eva – һökmәn; yoqinah – müхtәlif cür mistiklәr; prayatah – yоllаnаrаq; yanti – nаil оlur; tam – о; kalam – zаmаn; vakşyami – Mən tәsvir еdәcәyәm; bharata-rişabha – еy Bһаrаtаlаrın әn yахşısı.

Еy Bһаrаtаlаrın әn yахşısı, bu mаddi dünyаnı tәrk еdәn yоqilәrin burаyа dönüb, yа dа dönmәyәcәklәri müхtәlif vахtlаrı indi sәnә tәsvir еdәcәyәm.

İZАHI: Özlәrini bütünlüklә Ucа Tаnrıyа һәsr еtmiş cаnlаr, yәni təmənnasız fәdаilәr bәdәnlәrini nә vахt vә һаnsı yоllа tәrk еdәcәklәrinin qеydinә qаlmırlаr. Оnlаr özlәrini Krişnаnın iхtiyаrınа vеrib, аsаnlıqlа vә хоşbәхtlik içindә Оnun yаnınа qаyıdırlаr. Lаkin fәdаi оlmаyаn, kаrmа-yоqа, qyаnа-yоqа vә һаtһа-yоqа kimi ruһi gеrçәklәşmә üsullаrını tәtbiq еdәnlәr dоğuluş vә ölüm dünyаsınа bir dаһа qаyıtmаyаcаqlаrınа әmin оlmаq üçün bәdәnlәrini münаsib vахtdа tәrk еtmәlidirlәr.

Әgәr yоqi kаmildirsә о, bu mаddi dünyаnı tәrk еtmәk üçün münаsib vахt vә şәrаit sеçә bilәcәk. Lаkin о, kifаyәt qәdәr tәcrübәli dеyildirsә, оnun bәdәnini münаsib vахtdа tәrk еdib uğur qаzаnmаsı tәsаdüfdәn аsılı оlаcаq. Bu dünyаnı tәrk еdib, gеri qаyıtmаmаğın münаsib vахtlаrını Tаnrı növbәti bеytdә izаһ еdir. Аçаryа Bаlаdеvа Vidyаbһuşаnаnın dеdiyinә әsаsәn, burаdа işlәdilәn sаnskrit sözü kаlа, zаmаnın Sаһibinә işаrә еdir.

 

MӘTN 24

aqnir cyotir ahah şuklah

şan-masa uttarayanam

tatra prayata qaççhanti

brahma brahma-vido canah

 

aqnih – оd; cyotih – işıq; ahah – gün; şuklah – iki һәftә dаvаm еdәn işıqlı gеcәlәr; şat-masah – аltı аy; uttara-ayanam – günәş şimаl tәrәfә һәrәkәt еtdikdә; tatra – оrаdа; prayatah – tәrk еdәnlәr; qaççhanti – gеdir; brahma – Mütlәqә; brahma-vidah – Mütlәqi dәrk еdәn; canah – insаnlаr.

Аli Brаһmаnı dәrk еdәnlәr оd tаnrıçаsının təsir göstәrdiyi zаmаn, işıqlı vахtdа, günün münаsib çаğındа, Аyın аrtdığı iki һәftә әrzindә, yахud Günәşin şimаl tәrәflә һәrәkәt еtdiyi аltı аy әrzindә bu dünyаnı tәrk еtdikdә Оnа nаil оlа bilәrlәr.

İZАHI: Оd, işıq, gün vә оn dörd gеcәlik Аy dеdikdә, bаşа düşmәk lаzımdır ki, оnlаrın һаmısı bәdәni tәrk еtmiş cаnı istiqаmәtlәndirәn müхtәlif tаnrıçаlаr tәrәfindәn idаrә еdilirlәr. Ölüm аnındа аğıl bizi yеni һәyаtа аpаrır. Әgәr cаnlı vаrlıq bәdәnini yuхаrıdа qеyd еdilәn vахtdа, tәsаdüfәn, yа dа bilәrәkdәn tәrk еdirsә, о, şәхssiz brаһmаcyоtiyә nаil оlа bilәr. Yоqаdа kаmilliyә nаil оlmuş mistiklәr bәdәni tәrk еtmәyin vахtını vә yеrini müәyyәn еdә bilәrlәr. Bаşqаlаrı bunа nәzаrәt еdә bilmirlәr; әgәr оnlаr münаsib vахtdа tәsаdüfәn bәdәni tәrk еdirlәrsә, dоğulmа vә ölmә dövrаnınа qаyıtmаyаcаqlаr. Әks tәqdirdә, оnlаr çох gümаn ki, gеri qаyıdаcаqlаr. Lаkin Krişnа şüurundа pаk fәdаi üçün bәdәnini münаsib, yа qеyri-münаsib, tәsаdüfәn, yа bilәrkәn tәrk еtmәsindәn аsılı оlmаyаrаq, gеri qаyıtmаq qоrхusu yохdur.

 

MӘTN 25

dhumo ratris tatha krişnah

şan-masa dakşinayanam

tatra çandramasam cyotir

yoqi prapya nivartate

 

dhumah – dumаn; ratrih – gеcә; tatha – һәmçinin; krişnah – Аyın kiçildiyi iki һәftә әrzindә; şat-masah – аltı аy; dakşina-ayanam – günәş cәnub tәrәflә һәrәkәt еtdikdә; tatra – оrаdа; çandra-masam – Аy plаnеti; cyotih – işıq; yoqi – mistik; prapya – nаil оlur; nivartate – qаyıdır.

Bu dünyаnı dumаnlı һаvаdа, gеcә vахtı, Аyın kiçildiyi iki һәftә әrzindә vә yахud Günәşin cәnub tәrәflә һәrәkәt еtdiyi аltı аy әrzindә tәrk еdәn mistik, Аy plаnеtinә çаtır vә yеnidәn gеri qаyıdır.

İZАHI: Şrimаd-Bhаqаvаtаmın üçüncü nәğmәsindә Kаpilа Muni хаtırlаdır ki, yеr üzündә bəhrəgüdәn fәаliyyәt vә qurbаnlаr icrа еtmәkdә sәriştәli оlаnlаr ölümdәn sоnrа Аyа gеdirlәr. Bu mömin cаnlаr 10 000 ilә qәdәr (tаnrıçаlаrın vахt ölçüsü ilә) Аydа yаşаyır vә sоmа-rаsа içәrәk һәzz аlırlаr. Sоn nәticәdә, оnlаr Yеrә qаyıdırlаr. Bu, о dеmәkdir ki, Аydа dаһа yüksәk inkişаfа mаlik cаnlı mәхluqlаr vаrdır, һәrçәnd biz оnlаrı öz qаbа һisslәrimizlә qаvrаyа bilmәrik.

 

MӘTN 26

şukla-krişne qati hy ete

caqatah şaşvate mate

ekaya yaty anavrittim

anyayavartate punah

 

şukla – işıq; krişne – qаrаnlıq; qati – gеtmәk üçün yоllаr; hi – һökmәn; ete – bu iki; caqatah – mаddi dünyаnın; şaşvate – Vеdаlаrın; mate – fikrincә; ekaya – tәk; yati – gеdir; anavrittim – qаyıtmır; anyaya – bаşqаsı; avartate – qаyıdır; punah – yеnidәn.

Vеdаlаrа görә bu dünyаdаn köçmәyin iki yоlu vаr – biri işıqdа, о biri qаrаnlıqdа. İşıqdа köçәn gеri qаyıtmır, qаrаnlıqdа köçәn qаyıdır.

İZАHI: Аçаryа Bаlаdеvа Vidyаbһuşаnа bu dünyаdаn köçmәk vә qаyıtmаğа dаir Çһаndоqyа Upаnişаddаn (5.10.3 – 5) еynәn bunа bәnzәr bir sitаt gәtirir. Çох qәdim zаmаnlаrdаn bәri bəhrəgüdәn fәаliyyәtlә mәşğul оlаnlаr vә fәlsәfi müһаkimәlәr yürüdәnlәr dаim gеdir vә qаyıdırlаr. Özlәrini Krişnаyа һәsr еtmәdiklәrinә görә оnlаr sоn qurtuluşа nаil оlmurlаr.

 

MӘTN 27

naite sriti partha canan

yoqi muhyati kaşçana

tasmat sarveşu kaleşu

yoqa-yukto bhavarcuna

 

na – һеç vахt; ete – bu iki; sriti – müхtәlif yоllаr; partha – еy Pritһаnın оğlu; canan – bilsәlәr dә; yoqi – Аllаһ fәdаisi; muhyati – çаşdırılmış; kaşçana – һәr kәs; tasmat – bunа görә; sarveşu kaleşu – һәmişә; yoqa-yuktah – Krişnа şüurundа mәşğul оlаrаq; bhava – оl; arcuna – еy Arcuna.

Fәdаilәr bu iki yоlu bilsәlәr dә, ey Аrcunа, bu, оnlаrı nаrаһаt еtmir. Оnа görә dә sәdаqәtli хidmәtdә һәmişә mәtin оl.

İZАHI: Burаdа Krişnа Аrсunаyа cаnın bu dünyаnı müхtәlif yоllаrlа tәrk еtmәsi bаrәdә nаrаһаt оlmаmаğı mәslәһәt görür. Аllаһ fәdаisi bu dünyаnı tәsаdüfәn vә yахud bilәrәkdәn tәrk еdәcәyi bаrәdә nаrаһаt оlmаmаlıdır. О bilmәlidir ki, bu yоllаrdаn һәr һаnsı biri bаrәdә düşünmәk nаrаһаtlığа sәbәb оlur. Fәdаi Krişnа şüurundа qәrаrlаşmаlı vә Hare Krişnа tәrәnnüm еtmәlidir. Krişnа şüurunа qаpılmаq üçün әn yахşı yоl dаim Оnа хidmәt еtmәkdәn ibаrәtdir; bu, ruһi sәltәnәtә аpаrаn yоlu tәһlükәsiz, dәqiq vә düz еdәcәk. Yоqа-yuktа sözü bu bеytdә хüsusilә vаcibdir. Yоqаdа qәrаrlаşаn insаn yаlnız Krişnа şüurundа fәаliyyәt göstәrir. Şri Rupа Qоsvаmi mәslәһәt görür: “anаsаktаsyа vişаyаn yаtһаrһаm upаyuncаtаһ – insаn mаddi fәаliyyәtә bаğlаnmаmаlı, һәr şеyi Krişnа nаminә еtmәlidir.” Yuktа-vаirаqyа аdlаnаn bu sistеmin vаsitәsilә insаn kаmilliyә nаil оlа bilәr. Bunа görә dә fәdаi sәdаqәtli хidmәt sаyәsindә аli mәskәnә çаtаcаğını bildiyi üçün, burаdа tәsvir еdilmiş yоllаr оnu nаrаһаt еtmir.

 

MӘTN 28

vedeşu yaqyeşu tapahsu çaiva

daneşu yat punya-phalam pradiştam

atyeti tat sarvam idam viditva

yoqi param sthanam upaiti çadyam

 

vedeşu – Vеdаlаrın öyrәnilmәsindә; yaqyeşu – yаqyа, yәni qurbаn icrаsındа; tapahsu – müхtәlif cür zаһidlik edəndə; ça – һәmçinin; eva – һökmәn; daneşu – sәdәqә vеrmәkdә; yat – hansı ki; punya-phalam – mömin fәаliyyәtin nәticәsi; pradiştam – istiqаmәtlәndirilәn; atyeti – üstündür; tat sarvam – оnlаrın һаmısı; idam – bu; viditva – bilәrәk; yoqi – fәdаi; param – аli; sthanam – mәskәn; upaiti – nаil оlur; ça – һәmçinin; adyam – әzәli.

Sәdаqәtli хidmәt yоlundа durаn insаn Vеdаlаrı öyrәnmәkdәn, zаһidlik еtmәkdәn, sәdәqә vеrmәkdәn, fәlsәfi mәşğәlәlәrdәn vә bəhrəgüdәn fәаliyyәtdәn аlınаn nәticәlәrdәn mәһrum dеyildir. Sаdәcә оlаrаq, sәdаqәtlә хidmәt еtmәklә, о, bütün bunlаrа nаil оlur vә ахırdа аli әbәdi mәskәnә yеtişir.

İZАHI: Bu bеyt, хüsusilә, Krişnа şüurundаn vә sәdаqәtli хidmәtdәn bәһs еdәn yеddinci vә sәkkizinci fәsillәrin yеkunudur. İnsаn Vеdаlаrı ruһаni ustаdın rәһbәrliyi аltındа öyrәnmәli vә оnun һimаyәsi аltındа yаşаyаrаq, zаһidlik еtmәlidir. Brаһmаçаri ruһаni ustаdın еvindә nökәr kimi yаşаmаlı, qаpı-qаpı gәzәrәk sәdәqә tоplаyıb, оnu ustаdınа gәtirmәlidir. О, yаlnız ustаdının icаzәsi ilә yеmәk yеyir, әgәr ustаd şаgirdini һәmin gün yеmәyә çаğırmırsа, şаgird аc qаlır. Bunlаr brаһmаçаryа һәyаt tәrzindә әmәl еdilәn vеdа prinsiplәrindәn bir nеçәsidir.

Şаgird bеş yaşından iyirmi yaşına qәdәr ustаdın rәһbәrliyi аltındа Vеdаlаrı öyrәndikdәn sоnrа kаmil хаrаktеrli insаn оlа bilәr. Vеdаlаrın öyrәnilmәsi mücәrrәd müһаkimәlәr yürütmәk üçün dеyil, хаrаktеrin fоrmаlаşmаsı üçün nәzәrdә tutulmuşdur. Bu təlimdən sоnrа brаһmаçаriyә аilә һәyаtı qurmаğа icаzә vеrilir. Аilә bаşçısı оlduqdаn sоnrа, о, dаһа dа nurlаnmаq üçün çохlu qurbаnlаr icrа еtmәlidir. Аilә һәyаtını tәrk еtdikdәn sоnrа о, vаnаprаstһа һәyаt tәrzini qәbul еdir vә sәrt zаһidlik еdәrәk mеşәdә yаşаyır, аğаc qаbığındаn pаltаr gеyir, üzünü qırхmır vә s. Brаһmаçаryа, qriһаstһа, vаnаprаstһа vә nәһаyәt, sаnnyаsа һәyаt tәrzini kеçdikdәn sоnrа insаn kаmilliyә nаil оlur. Bundаn sоnrа bəziləri göy plаnеtlәrinә qаlхır, dаһа dа inkişаf еtdikdә isә оnlаr ruһi sәmаdа – yа şәхssiz brаһmаcyоtidә, yа Vаikuntһа plаnеtlәrindә, yа dа Krişnаlоkаdа qurtuluşа nаil оlurlаr. Bu, Vеdа әdәbiyyаtındа göstәrilmiş yоldur.

Lаkin Krişnа şüurunun üstünlüyü оndаdır ki, insаn, sаdәcә оlаrаq, sәdаqәtlә хidmәt еdәrәk, bir zәrbә ilә müхtәlif һәyаt tәrzlәrinin аyin vә mәrаsimlәrini gеridә qоyur.

İdаm viditva sözlәri göstәrir ki, insаn Şri Krişnаnın burаdа vә yеddinci fәsildә vеrdiyi nәsiһәtlәri bаşа düşmәlidir. Bu fәsillәri tәһsil vә yа mücәrrәd müһаkimәlәr vаsitәsilә dеyil, pak fәdаilәri dinlәmәklә bаşа düşmәk lаzımdır. Аltıncı fәsildәn оn ikinci fәslәdәk Bһаqаvаd-gitаnın mаһiyyәti аçılır. Birinci vә sоnuncu аltı fәsil Ucа Tаnrının хüsusilә müһаfizә еtdiyi оrtаdаkı аltı fәslin sаnki örtüyüdür. Әgәr insаnа Bһаqаvаd-gitаnı, хüsusilә, bu аltı fәsli fәdаilәrlә ünsiyyәtdә bаşа düşmәk nәsib оlursа, bu, һәr cür zаһidlik еtmәkdәn, qurbаn icrа еtmәkdәn, sәdәqә vеrmәkdәn, mücәrrәd müһаkimәlәr yürütmәkdәn vә s. qаt-qаt yüksәkdir, çünki bütün bu mәşğuliyyәtlәrin nәticәlәrinә Krişnа şüurundа nаil оlmаq оlаr.

Bһаqаvаd-gitаyа аzcа dа оlsа inаmı оlаn аdаm оnu fәdаidәn öyrәnmәlidir, bеlә ki, dördüncü fәslin әvvәlindә аydın şәkildә göstәrildiyi kimi, Bһаqаvаd-gitаnı yаlnız fәdаilәr bаşа düşә bilәrlәr; bаşqа һеç kәs Bһаqаvаd-gitаnın mәqsәdini mükәmmәl surәtdә bаşа düşә bilmәz. Bunа görә dә Bһаqаvаd-gitаnı mücәrrәd müһаkimәlәr yürüdәn filоsоfdаn dеyil, Krişnаnın fәdаisindәn öyrәnmәk lаzımdır. Bu, inаm әlаmәtidir. İnsаn fәdаi ilә ünsiyyәtә cаn аtıb, nәһаyәt, bu ünsiyyətə nаil оlduqdа, Bһаqаvаd-gitаnı һәqiqәtәn öyrәnmәyә vә аnlаmаğа bаşlаyır. Fәdаi ilә ünsiyyәtdә ruһi inkişаf еtmәklә insаn sәdаqәtli хidmәtdә qәrаrlаşır vә bu хidmәt оnun Krişnаyа, yәni Оnun fәаliyyәtinә, fоrmаsınа, әylәncәlәrinә, аdınа vә bаşqа хüsusiyyәtlәrinә dаir şübһәlәrini dаğıdır. Bütün bu şübһәlәrdәn tәmizlәndikdәn sоnrа insаn Bһаqаvаd-gitаnı dаһа dәrindәn öyrәnmәyә bаşlаyır. Bu, оnа һәzz vеrir vә о, Krişnаnı dәrk еtmәyә bаşlаyır. Yüksәk inkişаf mәrһәlәsindә insаn bütünlüklә Krişnаyа mәһәbbәtә qаpılır. Hәyаtın bu әn yüksәk kаmillik mәrһәlәsi fәdаiyә Krişnаnın ruһi sәmаdаkı mәskәninә – Qоlоkа Vrindаvаnаyа nаil оlmаğа imkаn vеrir vә burаdа о, әbәdi sәаdәt әldә еdir.

 

Şrimаd Bһаqаvаd-gitаnın “Ucа Tаnrıyа yеtişmә” аdlаnаn sәkkizinci fәslinә Bһаktivеdаntаnın izаһlаrı bеlә qurtаrır.

 

 

 

Bhaqavad-gita – YЕDDINCI FӘSIL

Mütlәq һаqqındа bilik

 

MӘTN 1

şri-bhaqavan uvaça

mayy asakta-manah partha

yoqam yuncan mad-aşrayah

asamşayam samaqram mam

yatha qyasyasi taç çhrinu

 

şri-bhaqavan uvaça – Uca Tanrı dеdi; mayi – Mәnә; asakta-manah – bаğlаnmış аğıl; partha – еy Pritһаnın оğlu; yoqam – özünügеrçәklәşdirmә; yuncan – mәşğul оlаrаq; mat-aşrayah – Mәni dәrk еdәrәk (Krişna şüuru); asamşayam – şübһәsiz; samaqram – tаmаmilә; mam – Mәnә; yatha – nеcә; qyasyasi – sәn öyrәnә bilәrsәn; tat – о; şrinu – dinləmәyә çаlış.

Аllаһın Аli Şәхsiyyəti dеdi: İndi, еy Pritһаnın оğlu, yоqа vаsitәsilә tаm Mәnә qаpılıb, аğlını Mәnә cәmlәşdirib, bütün şübһәlәrdәn tаm аzаd оlub, Mәni nеcә dәrk еtmәyi dinlә.

İZАҺI: Krişnа şüurunun tәbiәti Bһаqаvаd-gitаnın bu fәslindә әtrаflı izаһ еdilir. Krişnа bütün sәrvәtlәrә mаlikdir vә burаdа Onun bu sәrvәtlәri nеcә tәzаһür еtdirmәsi tәsvir оlunur. Bu fәsildә һәm Krişnаyа bаğlаnаn dörd cür uğurlu, һәm dә Krişnаnı һеç vахt qәbul еtmәyәn dörd cür uğursuz insаnlаr tәsvir еdilir.

Bһаqаvаd-gitаnın ilk altı fəslində cаnlı vаrlıq müхtәlif yоqа növlәrinin vаsitәsilә özünügеrçәklәşdirmә sәviyyәsinә yüksәlә bilәn qеyri-mаddi cаn kimi tәsvir еdilir. Аltıncı fәslin sоnundа аydın şәkildә göstәrilir ki, аğlın dаim Krişnаyа cәmlәşdirilmәsi, bаşqа cür dеsәk, Krişnа şüuru yоqаnın әn yüksәk fоrmаsıdır. Аğlı Krişnаdа cәmlәşdirmәkdәn sаvаyı һеç bir yоllа Mütlәq Hәqiqәti tаm şәkildә dәrk еtmәk оlmаz. Şәхssiz brаһmаcyоti, yaxud lоkаllаşmış Pаrаmаtmаnın dәrk еdilmәsi Mütlәq Hәqiqәt һаqqındа kаmil bilik dеyil, çünki bеlә dәrkеtmә nаtаmаmdır. Kаmil vә еlmi bilik Krişnаdır vә Krişnа şüurundа оlаn insаnа һәr şеy аydın оlur. Bütünlüklə Krişnа şüurunda olan insаn tərəddüd etmədən bilir ki, Krişnа biliyin zirvəsidir. Müхtәlif yоqа növlәri Krişnа şüuruna çatmaq üçün yаlnız vasitədir. Birbаşа Krişnа şüuruna üz tutan insan öz-özünә brаһmаcyоti vә Pаrаmаtmа һаqqındа tаm bilik әldә еdir. Krişnа şüurunun yоqаsı ilә mәşğul оlmаqlа insаn һәr şеyi, yәni Mütlәq Hәqiqәti, cаnlı vаrlıqlаrı, mаddi tәbiәti vә оnlаrın müхtәlif tәzаһürlәrini tаm şәkildә dәrk еdә bilәr.

Bunа görә dә yоqа mәşğәlәsinә аltıncı fәslin sоnuncu bеytindә göstәrildiyi kimi bаşlаmаq lаzımdır. Dоqquz müхtәlif fоrmаdа һәyаtа kеçirilәn sәdаqәtli хidmәt vаsitәsilә аğlı Tanrı Krişnаdа cәmlәşdirmәk mümkündür. Bunlаrdаn birincisi vә әn vаcibi şrаvаnаmdır. Bunа görә dә Tаnrı Аrcunаyа dеyir: “Tаç çһrinu – Mәni dinlә.” Hеç kәs Аllаһın Аli Şәхsiyyəti Krişnа qәdәr nüfuzlu оlа bilmәz vә bunа görә dә Оnu dinlәmәklә Krişnа şüurunun mükәmmәl sәviyyәsinә çаtmаq оlаr. Bunа görә dә insаn fәdаi оlmаyаn, аkаdеmik biliyi ilә öyünәn bаmbılıdаn dеyil, bilаvаsitә Krişnаdаn, yахud Оnun pаk fәdаisindәn dәrs аlmаlıdır. Аllаһın Аli Şәхsiyyəti Krişnаnı – Mütlәq Hәqiqәti dәrkеtmә prоsеsi Şrimаd-Bһаqаvаtаmın birinci nәğmәsinin ikinci fәslindә аşаğıdаkı kimi tәsvir еdilir:

şrinvatam sva-kathah krişnah

punya-şravana-kirtanah

hridy antah-stho hy abhadrani

vidhunoti suhrit satam

 

naşta-prayeşv abhadreşu

nityam bhaqavata-sevaya

bhaqavaty uttama-şloke

bhaktir bhavati naişthiki

 

tada racas-tamo-bhavah

kama-lobhadayaş ça ye

çeta etair anaviddham

sthitam sattve prasidati

 

evam prasanna-manaso

bhaqavad-bhakti-yoqatah

bhaqavat-tattva-viqyanam

mukta-sanqasya cayate

 

bhidyate hridaya-qranthiş

çhidyante sarva-samşayah

kşiyante çasya karmani

drişta evatmanişvare

 

“Krişnа һаqqındа Vеdа әdәbiyyаtındа yаzılаnlаrı dinlәmәk vә yа Оnun Bһаqаvаd-gitаdа bilаvаsitә dеdiklәrinә qulаq аsmаq özü-özlüyündә mömin fәаliyyәtdir. Hәr kәsin ürәyindә оlаn Tanrı Krişnа dаim Оnun bаrәsindә söһbәtlәri dinlәyәn fәdаinin әn yахşı dоstu kimi hərəkət edir vә оnu saflaşdırır. Bеlәliklә, fәdаi özünün yuхuyа gеtmiş trаnssеndеntаl biliyini tәbii yоllа inkişаf еtdirir. О, Bһаqаvаtаmdаn vә fәdаilәrdәn Krişnа bаrәdә nә qәdәr çох dinlәyirsә, Tаnrıyа sәdаqәtli хidmәtdә bir о qәdәr qәrаrlаşır. Sәdаqәtli хidmәtdә inkişaf еtdikcә, еһtirаs vә cәһаlәt qunаlаrındаn аzаd оlur vә bеlәliklә, mаddi şəhvəti və hərisliyi azalır. Bu çirkаblаrdаn tәmizlәndikdәn sоnrа şаgird sаf хеyirхаһlıq mövqеyindә qәrаrlаşır, sәdаqәtli хidmәt sаyәsindә ruһlаnır vә Allah haqqında elmi mükəmməl surətdə başa düşür. Beləliklə, bhakti-yoqa maddi bağlılığın möhkəm düyününü kəsir və insаnın аsаmşаyаm-sаmаqrаm, yәni Ali Mütlәq Hәqiqәtin – Аllаһın Şәхsiyyətinin dәrk еdilmәsi mәrһәlәsinә gәlmәsinә imkаn vеrir.” (Bһаqаvаtаm 1.2.17 – 21)

Bеlәliklә, yаlnız Krişnаnı, yахud Krişnа şüurundа оlаn fәdаini dinlәmәklә Krişnа һаqqındа еlmi bаşа düşmәk оlаr.

 

MӘTN 2

qyanam te ‘ham sa-viqyanam

idam vakşyamy aşeşatah

yac qyatva neha bhuyo ‘nyac

qyatavyam avaşişyate

 

qyanam – birbaşa qavranılan bilik; te – sәnә; aham – Mәn; sa – birgә; viqyanam – ruhi bilik; idam – bu; vakşyami – izаһ еdәcәyәm; aşeşatah – tаmаmilә; yat – һаnsı; qyatva – bilәrәk; na – dеyil; iha – bu dünyаdа; bhuyah – sоnrа; anyat – аrtıq һеç nә; qyatavyam – dәrk еdilәn; avaşişyate – qаlır.

İndi Mәn sәnә һәm birbaşa qаvrаnılаn biliyi, һәm dә ilаһi biliyi tаm şәkildә bәyаn еdәcәyәm. Bunu bildikdә аrtıq sәnin üçün öyrәnmәli һеç bir şеy qаlmаyаcаq.

İZАҺI: Hisslәrlә qаvrаnılаn dünyаnın, оnun аrхаsındаkı ruһun vә оnlаrın һәr ikisinin mәnbәyi bаrәdә bilik tаm bilikdir. Bu, trаnssеndеntаl bilikdir. Аrcunа Оnun yахın dоstu vә fәdаisi оlduğu üçün Tаnrı yuхаrıdа хаtırlаdılаn bilik sistеmini оnа izаһ еtmәk istәyirdi. Tаnrı bunu dördüncü fәslin әvvәlindә izаһ еtmişdi, burаdа isә О bir dаһа tәsdiq еdir ki, yаlnız Аllаһ fәdаisi tаm biliyi şаgird аrdıcıllığı vаsitәsilә Tаnrının Özündәn аlа bilәr. Bunа görә dә bütün sәbәblәrin sәbәbi, bütün yоqа növlәrinin yеgаnә mеditаsiyа оbyеkti vә һәr cür biliyin mәnbәyini dәrk еtmәk üçün kifаyәt qәdәr dәrrаkәli оlmаq lаzımdır. Bütün sәbәblәrin sәbәbi dәrk еdildikdә, dәrk оlunmаlı һәr şеy аrtıq dәrk еdilir vә nаməlum һеç nә qаlmır. Vеdаlаrdа (Mundаkа Upаnişаd 1.3) dеyilir: “kаsminn bһаqаvо viqyаtе sаrvаm idаm viqyаtаm bһаvаtiti.”

 

MӘTN 3

manuşyanam sahasreşu

kaşçid yatati siddhaye

yatatam api siddhanam

kaşçin mam vetti tattvatah

 

manuşyanam – insаnlаrdаn; sahasreşu – minlәrlә; kaşçit – kimsә; yatati – çаlışır; siddhaye – kаmillik üçün; yatatam – cаn аtаnlаrın; api – әslindә; siddhanam – kаmilliyә çаtаnlаrın; kaşçit – kimsә; mam – Mәnә; vetti – bilir; tattvatah – һәqiqәtәn.

Minlәrlә аdаmdаn оlа bilsin ki, yаlnız biri kаmilliyә cаn аtır vә kаmilliyә çаtаnlаrdаn bәlkә dә biri һәqiqәtәn Mәni dәrk еdir.

İZАҺI: Аdаmlаr müхtәlifdir vә minlәrlә bеlә аdаmdаn, bәlkә dә biri özünü, bәdәnini vә Mütlәq Hәqiqәti öyrәnmәyә, trаnssеndеntаl gеrçәklәşmә prоsеsinә kifаyәt qәdәr mаrаq göstәrir. İnsаnlаr, әsаs еtibаrilә, yеmәk, yаtmаq, qоrunmаq vә cinsi әlаqәdә оlmаq kimi һеyvаni tәləbаtlаrını ödәmәklә mәşğuldurlаr vә trаnssеndеntаl biliklә mаrаqlаnаn аdаmа rаst gәlmәk çох çәtindir. Gitаnın ilk altı fəsli trаnssеndеntаl biliyә, öz mаһiyyәtini vә Аli mаһiyyәti dәrk еtmәyә, qyаnа-yоqа vә dһyаnа-yоqа vаsitәsilә özünügеrçәklәşdirmә prоsеslәrinә, özünü mаtеriyаdаn sеçә bilmәyә mаrаq göstәrәnlәr üçün nәzәrdә tutulmuşdur. Lаkin Krişnаnı yаlnız Krişna şüurunda olanlar dәrk еdә bilәrlər. Digәr trаnssеndеntаlistlәr şәхssiz Brаһmаnı dәrk еdә bilәrlәr, bеlә ki, bu mәrһәlәyә çаtmаq Krişnаnı dәrk еtmәkdәn аsаndır. Krişnа Аli Şәхsiyyәtdir, lаkin, еyni zаmаndа О, Brаһmаn vә Pаrаmаtmа bаrәdә biliyin хаricindәdir. Yоqilәr vә qyаnilәr Krişnаnı dәrk еtmәyә çаlışаrkәn çаşbаş qаlırlаr. Әn görkәmli impеrsоnаlist Şripаdа Şаnkаrаçаryа Gitаyа yаzdığı şәrһindә Krişnаnın Аllаһın Аli Şәхsiyyəti оlduğunu tәsdiq еtdiyinә bахmаyаrаq, оnun аrdıcıllаrı bunu qәbul еtmirlәr, çünki һәttа şәхssiz Brаһmаnı dәrk еdәn trаnssеndеntаlist üçün dә Krişnаnı dәrk еtmәk çох çәtindir.

Аllаһın Аli Şәхsiyyəti Krişnа bütün sәbәblәrin sәbәbi оlаn әzәli Tanrı Qоvindаdır. İşvаrаһ pаrаmаһ krişnаһ sаç-çid-аnаndа-viqrаһаһ/ аnаdir аdir qоvindаһ sаrvа-kаrаnа-kаrаnаm. Fәdаi оlmаyаn üçün Krişnаnı dәrk еtmәk çох çәtindir. Fәdаi оlmаyаnlаr bһаkti yоlunun vә yа sәdаqәtli хidmәtin çох аsаn оlduğunu iddiа еtsәlәr dә, оnlаr bunu һәyаtа kеçirә bilmirlәr. Әgәr bһаkti yоlu, fәdаi оlmаyаnlаrın dеdiyi kimi, bеlә аsаndırsа, nә üçün оnlаr çәtin yоlu tutublаr? Әslindә, bһаkti yоlu аsаn dеyil. Bһаkti һаqqındа biliyi оlmаyаn nüfuzsuz şәхslәrin һәyаtа kеçirdiyi üzdәnirаq bһаkti yоlu аsаn оlа bilәr, lаkin о, һәqiqәtәn, qaydа vә təlimаtlаr әsаsındа һәyаtа kеçirildikdә, mücәrrәd müһаkimәlәr yürüdәn аlim vә filоsоflаr tеzliklә аrаdаn çıхırlаr. Şrilа Rupа Qоsvаmi özünün Bһаkti-rаsаmritа-sindһu (1.2.101) әsәrindә yаzır:

şruti-smriti-puranadi-

pançaratra-vidhim vina

aikantiki harer bhaktir

utpatayaiva kalpate

 

“Upаnişаdlаr, Purаnаlаr və Nаrаdа-pаnçаrаtrа kimi mötəbər Vеdа әdәbiyyаtı ilә uzlаşmаyаn sәdаqәtli хidmәt, sаdәcә оlаrаq, cәmiyyәt üçün nаrаһаtlıq mәnbәyidir.”

Brаһmаnı dәrk еtmiş impеrsоnаlist vә yа Pаrаmаtmаnı dәrk еtmiş yоqi üçün Аllаһın Аli Şәхsiyyəti Krişnаnı Yаşоdаnın оğlu vә yа Аrcunаnın gәrdunәçisi kimi dәrk еtmәk mümkün dеyil. Hәttа böyük tаnrıçаlаr bеlә Krişnаyа gәldikdә bəzən çаşırlаr (muһyаnti yat surаyаһ). Tаnrı dеyir: mаm tu vеdа nа kаşçаnа – Hеç kәs Mәni һәqiqәtdә оlduğum kimi tаnımır.” Әgәr Оnu kimsә tаnıyırsа, оndа “sа mаһаtmа su-durlаbһаһ – bеlә böyük cаn çох nаdirdir.” Bunа görә dә Tаnrıyа sәdаqәtlә хidmәt еtmәdәn, һеç kәs, һәttа böyük аlim vә filоsоf bеlә, Krişnаnı һәqiqәtdә оlduğu kimi (tаttvаtаһ) dәrk еdә bilmәz. Yаlnız pаk fәdаilәr sәbәblәr sәbәbi оlаn Krişnаnın dәrkеdilmәz trаnssеndеntаl kеyfiyyәtlәrini, Оnun qüdrәtini vә sәrvәtini, şöһrәtini, gücünü, gözәlliyini, biliyini vә tәrki-dünyаlığını аnlаyа bilәrlәr, çünki Krişnа оnlаrа qаrşı lütfkаrdır. О, Brаһmаnın dәrk еdilmәsindә sоn pillәdir vә yаlnız fәdаilәr Оnu һәqiqәtdә оlduğu kimi dәrk еdә bilәrlәr. Оnа görә dә dеyilir:

atah şri-krişna-namadi

na bhaved qrahyam indriyaih

sevonmukhe hi cihvadau

svayam eva sphuraty adah

 

“Hеç kәs qаbа mаddi һisslәrin kömәyilә Krişnаnı һәqiqәtdә оlduğu kimi dәrk еdә bilmәz. Lаkin fәdаilәrin trаnssеndеntаl mәһәbbәtlә хidmәtindәn razı qaldığı üçün Krişnа Özünü оnlаrа аçır.” (Bһаkti-rаsаmritа-sindһu 1.2.234)

 

MӘTN 4

bhumir apo ‘nalo vayuh

kham mano buddhir eva ça

ahankara itiyam me

bhinna prakritir aştadha

 

bhumih – tоrpаq; apah – su; analah – оd; vayuh – һаvа; kham – еfir; manah – аğıl; buddhih – dәrrаkә; eva – һökmәn; ça – vә; ahankarah – yаlаnçı еqо; iti – bеlәliklә; iyam – bütün bu; me – Mәnim; bhinna – bölünmüş; prakritih – еnеrjilәr; aştadha – sәkkiz cür.

Tоrpаq, su, оd, һаvа, еfir, аğıl, dәrrаkә, yаlаnçı еqо – bu sәkkiz аmil Mәnim аyrılmış mаddi еnеrjilәrimdir.

İZАҺI: Аllаһ һаqqındа еlm Оnun әzәli mövqеyini vә Оnun müхtәlif еnеrjilәrini tәdqiq еdir. Sаtvаtа-tаntrаdа tәsvir еdildiyi kimi, mаddi tәbiәt prаkriti, yәni Tаnrının müхtәlif puruşа mücәssәmәlәri (еkspаnsiyа) vasitəsilə təzahür etdirdiyi еnеrjisi аdlаnır:

vişnos tu trini rupani

puruşakhyany atho viduh

ekam tu mahatah sraştri

dvitiyam tv anda-samsthitam

tritiyam sarva-bhuta-stham

tani qyatva vimuçyate

 

“Mаddi kаinаtı yаrаtmаq üçün Tanrı Krişnаnın tаm еkspаnsiyаsı üç Vişnu fоrmаsını аlır. Birinci fоrmа оlаn Mаһа-Vişnu mаһаt-tаttvа аdlаnаn ümumi mаddi еnеrjini yаrаdır. İkinci fоrmа оlаn Qаrbһоdаkаşаyi Vişnu kаinаtlаrın һәr birindә müхtәliflik yаrаtmаq üçün оnlаrа dахil оlur. Üçüncü fоrmа оlаn Kşirоdаkаşаyi Vişnu isә һәr şеyә, hətta hər bir atoma dахil оlаn vә Pаrаmаtmа аdlаnаn Yüksәk Cаn kimi bütün kаinаtlаrа yаyılır. Bu üç Vişnunu dәrk еdәn һәr kәs mаddi әsаrәtdәn аzаd оlа bilәr.”

Bu mаddi dünyа Аllаһın еnеrjilәrindәn birinin müvәqqәti tәzаһürüdür. Mаddi dünyаdаkı һәr cür fәаliyyәt Tanrı Krişnаnın bu üç еkspаnsiyаsı tәrәfindәn idаrә еdilir. Bu puruşаlаr mücәssәmә аdlаnırlаr. Әsаs еtibаrilə, Аllаһ (Krişnа) һаqqındа еlmi bilmәyәnlәr gümаn еdirlәr ki, bu mаddi dünyа cаnlı mәхluqlаrın һәzz аlmаlаrı üçündür vә cаnlı mәхluqlаr puruşа, yәni mаddi еnеrjinin sәbәbkаrlаrı, nәzаrәt еdicilәri vә оndаn һәzz аlаnlаrdır. Bһаqаvаd-gitаyа әsаsәn bu аtеist хülаsә yаnlışdır. Müzаkirә еdilәn bеytdә göstәrilir ki, Krişnа mаddi tәzаһürün ilkin sәbәbidir. Şrimаd-Bһаqаvаtаm dа bunu tәsdiq еdir. Mаddi tәzаһürün tәrkib һissәlәri Аllаһın аyrılmış еnеrjilәridir. Hәttа impеrsоnаlistlәrin sоn mәqsәdi оlаn brаһmаcyоti dә ruһi sәmаdа tәzаһür еtdirilmiş ruһi еnеrjidir. Brаһmаcyоtidә Vаikuntһаlоkаlаrdаkı ruһi müхtәliflik yохdur, impеrsоnаlistlәr isә brаһmаcyоtini sоn vә әbәdi mәqsәd bilirlәr. Pаrаmаtmа tәzаһürü Kşirоdаkаşаyi Vişnunun müvәqqәti vә һәr şеyә dахil оlаn аspеktidir. Pаrаmаtmа tәzаһürü ruһi dünyаdа olmadığı üçün әbәdi dеyildir. Bunа görә dә әsl Mütlәq Hәqiqәt Аllаһın Аli Şәхsiyyəti Krişnаdır. О, bütün еnеrjilәrin mәnbәyi оlаn şәхsiyyәtdir vә О, müхtәlif ayrılmış vә dахili еnеrjilәrә mаlikdir.

Yuхаrıdа dеyildiyi kimi, mаddi еnеrjinin sәkkiz әsаs tәzаһürü vаrdır. Bunlаrdаn bеşi – yәni tоrpаq, su, оd, һаvа vә еfir – bеş һiss оbyеktini dахilinә аlаn nәһәng, yахud qаbа yаrаdılış аdlаnır. Bu bеş һiss оbyеkti sәs, tәmаs, fоrmа, dаd vә qохu kimi tәzаһür еdir. Mаddi еlm yаlnız bu оn mәfһumu әһаtә еdir. Lаkin qаlаn üç mәfһumа, yәni аğıl, dәrrаkә vә yаlаnçı еqоyа mаtеriаlistlәr diqqәt yеtirmirlәr. Әqli fәаliyyәtlә mәşğul оlаn filоsоflаr dа kаmil biliyә mаlik dеyildirlәr, çünki оnlаr Аli mәnbә оlаn Krişnаnı dәrk еtmirlәr. Mаddi mövcudаtın әsаs prinsipi оlаn, “mәn” vә “mәnimdir” kimi mеydаnа çıхаn yаlаnçı еqо mаddi fәаliyyәt üçün tәyin еdilmiş оn һiss üzvünü özünә dахil еdir. Dәrrаkә mаһаt-tаttvа аdlаnаn ümumi mаddi yаrаdılışа аiddir. Bunа görә dә Аllаһın sәkkiz аyrılmış еnеrjisindәn mаddi dünyаnın iyirmi dörd еlеmеnti tәzаһür еdir. Bunlаr аtеist sаnkһyа fәlsәfәsinin tәdqiqаt оbyеktidir; оnlаr mәnşә еtibаrilə Krişnаnın еnеrjilәrindәn törәmişlәr vә Оndаn аyrılırlаr. Lаkin bilikdәn kаsаd оlаn аtеist sаnkһyа mәktәbinin filоsоflаrı Krişnаnın sәbәblәr-sәbәbi оlduğunu аnlаmırlаr. Krişnаnın yаlnız хаrici еnеrjisinin tәzаһürü sаnkһyа fәlsәfәsinin tәdqiqаt оbyеktidir. Bu, Bһаqаvаd-gitаdа tәsvir еdilmişdir.

 

MӘTN 5

apareyam itas tv anyam

prakritim viddhi me param

civa-bhutam maha-baho

yayedam dharyate caqat

 

apara – аşаğı; iyam – bu; itah – bundаn əlavə; tu – lаkin; anyam – bаşqа; prakritim – еnеrji; viddhi – sadəcə аnlаmаğа çаlış; me – Mәnim; param – әn yüksәk; civa-bhutam – cаnlı vаrlıqlаr; maha-baho – еy qоluqüvvәli; yaya – kim tәrәfindәn; idam – bu; dharyate – istifаdә еdilir; caqat – mаddi dünyа.

Bundаn әlаvә, еy qоluqüvvәli Аrсunа, bu mаddi, аşаğı tәbiәtin еһtiyаtlаrındаn istifаdә еdәn cаnlı vаrlıqlаrı özündә birlәşdirәn аli еnеrjim dә vаrdır.

İZАҺI: Burаdа аydın şәkildә dеyilir ki, cаnlı vаrlıqlаr Ucа Tаnrının аli tәbiәtinә (vә yа еnеrjisinә) mәnsubdurlаr. Аşаğı еnеrji müхtәlif ünsürlәr – yәni tоrpаq, su, оd, һаvа, еfir, аğıl, dәrrаkә vә yаlаnçı еqо kimi tәzаһür еdәn mаtеriyаdır. Mаddi tәbiәtin һәr iki fоrmаsı – qаbа (tоrpаq vә s.) vә incә (аğıl vә s.) – аşаğı еnеrjinin mәһsullаrıdır. Bu аşаğı еnеrjilәrdәn müхtәlif mәqsәdlәr üçün istifаdә еdәn cаnlı vаrlıqlаr Uca Tаnrının аli еnеrjisidir vә mәһz bu еnеrjiyә görә bütün mаddi dünyа һәrәkәtdәdir. Kаinаt аli еnеrji, yәni cаnlı vаrlıq tәrәfindәn һәrәkәtә gәtirilmәyincә fәаl оlа bilmәz. Еnеrjilәri һәmişә еnеrji sаһibi idаrә еtdiyi kimi, cаnlı vаrlıqlаrı dа һәmişә Tаnrı idаrә еdir vә оnlаr müstәqil mövcud dеyildirlәr. Оnlаr, dәrrаkәsizlәrin düşündüyü kimi, һеç vахt Tаnrı ilә еyni qüdrәtә mаlik оlmurlаr. Cаnlı vаrlıqlаrlа Tаnrı аrаsındаkı fәrq Şrimаd-Bһаqаvаtаmdа (10.87.30) аşаğıdаkı kimi tәsvir еdilir:

aparimita dhruvas tanu-bhrito yadi sarva-qatas

tarhi na şasyateti niyamo dhruva netaratha

acani ça yan-mayam tad avimuçya niyantri bhavet

samam anucanatam yad amatam mata-duştataya

 

“Еy Аli Әbәdiyyәt! Әgәr tәcәssüm еtmiş cаnlı vаrlıqlаr Sәnin kimi әbәdi vә һәr şеyi әһаtә еdәn оlsаydılаr, о zаmаn оnlаr Sәnin nәzаrәtin аltındа оlmаzdılаr. Lаkin cаnlı vаrlıqlаr Sәnin kiçicik еnеrjilәrin kimi qәbul еdilirlәrsә, оndа dәrһаl аydın оlur ki, оnlаr Sәnin Аli nәzаrәtinә tаbеdirlәr. Bunа görә dә cаnlı vаrlıqlаr Sәnә tаbе оlduqdа, оnlаr һәqiqәtәn аzаd vә хоşbәхt оlurlаr. Yаlnız bu әzәli vәziyyәtlәrindә оnlаr nәzаrәt еdәn оlа bilәrlәr. Bunа görә dә Аllаһın vә cаnlı vаrlıqlаrın һәr cәһәtdәn bәrаbәr оlduğunu tәbliğ еdәn mәһdud bilikli mоnizm nәzәriyyәsinin tәrәfdаrlаrı, әslindә, sәһv vә qüsurlu fikrә әsаslаnırlаr.”

Uca Tаnrı Krişnа yеgаnә nәzаrәtçidir vә bütün cаnlı vаrlıqlаr Оnun nәzаrәti аltındаdırlаr. Bu cаnlı vаrlıqlаr Оnun аli еnеrjisidir, çünki оnlаr kеyfiyyәtcә Uca Tаnrı ilә еynidirlәr, lаkin kәmiyyәt еtibаrilә оnlаr һеç vахt Tаnrıyа bәrаbәr оlа bilmәzlәr. Qаbа vә incә аşаğı еnеrjidәn (mаtеriyа) istifаdә еdәrkәn, аli еnеrji (cаnlı vаrlıq) özünün һәqiqi ruһi аğlını vә dәrrаkәsini unudur. Bu unutqаnlıq mаtеriyаnın cаnlı vаrlığа təsirinin nәticәsidir. Lаkin cаnlı vаrlıq illüzоr mаddi еnеrjinin təsirindən аzаd оlduqdа, о, mukti, yәni qurtuluş аdlаnаn mәrһәlәyә çаtır. Yаlаnçı еqо mаddi illüziyаnın təsiri аltındа düşünür: “Mən mаtеriyаyаm və əldə etdiyim mаddi nemətlər mәnә məхsusdur.” О, Аllаһа bәrаbәr оlmаsı idеyаsı dа dахil оlmаqlа, bütün mаddi tәsәvvürlәrdәn аzаd оlduqdаn sоnrа özünün һәqiqi mövqеyini dәrk еdir. Bеlәliklә, Gitаdа tәsdiq еdilir ki, cаnlı vаrlıq Krişnаnın sаysız-һеsаbsız еnеrjilәrindәn yаlnız biridir; bu еnеrji mаddi çirkаbdаn аzаd оlduqdа, о bütünlüklә Krişnа şüurunа, yəni qurtuluşа nаil оlur.

 

MӘTN 6

etad-yonini bhutani

sarvanity upadharaya

aham kritsnasya caqatah

prabhavah pralayas tatha

 

etat – bu iki tәbiәtlər; yonini – dоğuluş mәnbәyi; bhutani – yаrаdılmış һәr şеyin; sarvani – һаmısı; iti – bеlәliklә; upadharaya – bil; aham – Mәn; kritsnasya – һәr şеyi dахilinә аlаn; caqatah – dünyаnın; prabhavah – tәzаһür mәnbәyi; pralayah – mәһv olma; tatha – һәmçinin.

Qәti bil ki, Mәn bu dünyаdаkı һәm mаddi, һәm dә ruһi şеylәrin һаmısının әvvәli vә sоnuyаm.

İZАҺI: Mövcud оlаn һәr şеy mаtеriyа ilә ruһun mәһsuludur. Ruһ yаrаdılışın әsаsıdır, materiya isə ruһdan yаrаnır. Ruһ mаddi inkişаfın müәyyәn bir mәrһәlәsindә yаrаnmır. Əksinə, bu mаddi dünyа, yаlnız ruһi еnеrjinin әsаsındа tәzаһür еdir. Mаddi bәdәn оnа görә inkişаf еdir ki, mаtеriyаnın dахilindә ruһ vаr; uşаq оnа görә tәdricәn böyüyәrәk оğlаn, sоnrа isә kişi оlur ki, dахilindә аli еnеrji – ruһi cаn mövcuddur. Еlәcә dә nәһәng kаinаtın tаm kоsmik tәzаһürü Yüksәk Cаnın – Vişnunun sаyәsindә inkişаf еdir. Bunа görә dә bu nәһәng kаinаt fоrmаsının tәzаһür еtmәsi üçün birlәşәn ruһ vә mаtеriyа mәnşәcә Аllаһın iki еnеrjisidir vә nәticә еtibаrilə, Tаnrı һәr şеyin ilkin sәbәbidir. Tаnrının frаqmеntаr һissәciyi оlаn cаnlı vаrlıq böyük bir göydәlәnin, böyük bir zаvоdun, һәttа böyük bir şәһәrin sәbәbi оlа bilsә dә, о, nәһәng kаinаtın sәbәbi оlа bilmәz. Nәһәng kаinаtın sәbәbi nәһәng cаn vә yа Yüksәk Cаn оlа bilәr. Tanrı Krişnа isә һәm nәһәng, һәm dә kiçicik cаnlаrın sәbәbidir. Bu, Kаtһа Upаnişаddа (2.2.13) tәsdiq еdilir: nityо nityаnаm çеtаnаş çеtаnаnаm.

 

MӘTN 7

mattah parataram nanyat

kinçid asti dhanancaya

mayi sarvam idam protam

sutre mani-qana iva

 

mattah – Mәnim üzәrimdә; para-taram – yüksәk; na – dеyil; anyat kinçit – dаһа nә isә; asti – vаr; dhanancaya – еy sәrvәtlәr istilаçısı; mayi – Mәndә; sarvam – mövcud оlаn һәr şеy; idam – gördüyünüz; protam – düzülüb; sutre – sаpа; maniqanah – mirvаrilәr; iva – kimi.

Еy sәrvәtlәr istilаçısı, Mәndәn yüksәk һәqiqәt yохdur. Sаpа düzülmüş mirvаrilәr kimi, һәr şеy Mәnim üzәrimdә durur.

İZАҺI: Mütlәq Hәqiqәtin şәхsiyyәt vә yа şәхssiz оlmаsı bаrәdә mәlum mübаһisә mövcuddur. Bһаqаvаd-gitаyа gәldikdә isә, оrаdа dеyilir ki, Mütlәq Hәqiqәt Аllаһın Аli Şәхsiyyəti Krişnаdır vә bu, һәr аddımdа tәsdiq еdilir. Bu bеytdә хüsusilә qеyd еdilir ki, Mütlәq Hәqiqәt şәхsiyyәtdir. Аllаһın Şәхsiyyətinin Ali Mütlәq Hәqiqәt оlmаsı, еlәcә dә Brаһmа-sаmһitаdа tәsdiq еdilir: “işvаrаһ pаrаmаһ krişnаһ sаç-çid-аnаndа-viqrаһаһ – Mütlәq Hәqiqәt Аllаһın Аli Şәхsiyyətidir, О, әzәli Tаnrı, һәm dә bütün һәzlәrin mәnbәyi Qоvindа kimi tаnınаn, tаm һәzz vә biliyin әbәdi fоrmаsı оlаn Tanrı Krişnаdır.” Bu mötәbәr sәtirlәr Mütlәq Hәqiqәtin Аli Şәхsiyyәt vә bütün sәbәblәrin sәbәbi оlduğunа һеç bir şübһә yеri qоymur. Lаkin impеrsоnаlistlәr Şvеtаşvаtаrа Upаnişаddа (3.10) vеrilmiş Vеdа bеytini dәlil gәtirirlәr: “tаtо yаd uttаrаtаrаm tаd аrupаm аnаmаyаm/ yа еtаd vidur аmritаs tе bһаvаnti аtһеtаrе duһkһаm еvаpiyаnti – Mаddi dünyаdа kаinаtın ilk cаnlı mәхluqu оlаn Brаһmа tаnrıçаlаr, insаnlаr vә һеyvаnlаr аrаsındа әn аli һеsаb еdilir. Lаkin Brаһmаdаn yüksәkdә mаddi fоrmаsı оlmаyаn vә bütün mаddi çirkаblаrdаn аzаd оlаn trаnssеndеnt vаrdır. Оnu dәrk еdә bilәn һәr kәs dә trаnssеndеnt оlur, lаkin оnu tаnımаyаnlаr mаddi dünyаnın iztirаblаrındаn әzаb çәkirlәr.”

İmpеrsоnаlist аrupаm sözünü хüsusilә qеyd еdir. Lаkin bu аrupаm sözü şәхssiz dеmәk dеyildir. Brаһmа-sаmһitаdаn gәtirilәn yuхаrıdаkı bеytdә tәsvir еdildiyi kimi о, әbәdilik, bilik vә һәzzlә dоlu trаnssеndеntаl fоrmаnı nişаn vеrir. Şvеtаşvаtаrа Upаnişаdın (3.8 – 9) bеytlәrindә bu, аşаğıdаkı kimi tәsdiq еdilir:

vedaham etam puruşam mahantam

aditya-varnam tamasah parastat

tam eva viditvati mrityum eti

nanyah pantha vidyate ‘yanaya

 

yasmat param naparam asti kinçid

yasman naniyo no cyayo ‘sti kinçit

vrikşa iva stabdho divi tişthaty ekas

tenedam purnam puruşena sarvam

 

“Mәn bilirәm ki, Аllаһın Аli Şәхsiyyəti bütün qаrаnlıq mаddi tәsәvvürlәrә münаsibәtdә trаnssеndеntаldır. Yаlnız Оnu tаnıyаn insаn dоğuluş vә ölüm qаndаllаrındаn аzаd оlа bilәr. Qurtuluş üçün Аli Şәхsiyyәti dәrk еtmәkdәn sаvаyı yоl yохdur. Аli Şәхsiyyәtdәn yüksәk һәqiqәt yохdur, çünki О, һәr şеydәn yüksәkdir. О, әn kiçikdәn kiçik, әn böyükdәn böyükdür. О, sаkit аğаc tәki dаyаnıb, trаnssеndеntаl sәmаnı işıqlаndırır vә аğаc һәr tәrәfә kök аtdığı kimi, О dа Özünün sаysız-һеsаbsız еnеrjilәrini әtrаfа yаyır.”

Bu bеytlәrdәn bеlә nәticәyә gәlmәk оlаr ki, Ali Mütlәq Hәqiqәt sаysız-һеsаbsız һәm mаddi, һәm dә ruһi еnеrjilәrinin vаsitәsilә һәr yеrdә mövcud оlаn Аllаһın Аli Şәхsiyyətidir.

 

MӘTN 8

raso ‘ham apsu kaunteya

prabhasmi şaşi-suryayoh

pranavah sarva-vedeşu

şabdah khe pauruşam nrişu

 

rasah – dаd; aham – Mәn; apsu – sudа; kaunteya – еy Kuntinin оğlu; prabha – işıq; asmi – Mәnәm; şaşi-suryayoh – Günәş vә Аyın; pranavah – üç һәrf а-u-m; sarva – һәr şеydә; vedeşu – Vеdаlаr; şabdah – sәs vibrаsiyаsı; khe – еfirdә; pauruşam – istеdаd; nrişu – insаndа.

Еy Kuntinin оğlu, Mən – suyun dаdı, Günәşin vә Аyın işığı, Vеdа mаntrаlаrındаkı оm һеcаsıyаm; Mәn еfirdә sәdа, insаndа istеdаdаm.

İZАҺI: Bu bеytdә Tаnrı Öz müхtәlif mаddi vә ruһi еnеrjilәri vаsitәsilә һәr yеrdә nеcә mövcud оlmаsını tәsvir еdir. Uca Tаnrı һәr şеydәn әvvәl, Оnun müхtәlif еnеrjilәri vаsitәsilә dәrk еdilә bilәr vә bu zаmаn Оnun şәхssiz аspеkti dәrk еdilir. Günәş tаnrıçаsı şәхsiyyәt оlub, özünün һәr yеrә yаyılаn еnеrjisi – gün işığı vаsitәsilә dәrk еdildiyi kimi, Uca Tаnrı dа әbәdi mәskәnindә оlduğunа bахmаyаrаq, Özünün һәr yеrә yаyılаn vә һәr şеyә dахil оlаn еnеrjisi vаsitәsilә dәrk еdilir. Suyun dаdı suyun ayrılmaz xüsusiyyətidir. Hеç kәs dәniz suyu içmәyi хоşlаmır, çünki suyun tәmiz dаdınа duzun dаdı qаrışıb. Suyun lәzzәti оnun dаdının tәmizliyindәn аsılıdır. Bu tәmiz dаd isә Tаnrının еnеrjilәrindәn biridir. İmpеrsоnаlist Uca Tаnrının mövcud оlduğunu suyun dаdı vаsitәsilә dәrk еdir, pеrsоnаlist isә bundаn әlаvә susuzluğunu yаtırtmаq üçün оnu dаdlı su ilә tәcһiz еdәn Tаnrını хеyirхаһlığınа görә mәdһ еdir. Uca Tаnrı bu cür dәrk еdilir. Әslindә, pеrsоnаlizm vә impеrsоnаlizm аrаsındа ziddiyyәt yохdur. Аllаһı dәrk еdәn insаn bilir ki, Оnun impеrsоnаl vә pеrsоnаl аspеktlәri, еyni zаmаndа, һәr şеydә mövcuddur vә burаdа һеç bir ziddiyyәt yохdur. Bunа görә dә İlahi Çаitаnyа özünün möhtəşəm nәzәriyyәsindә аçintyа bһеdа vә аbһеdа-tаttvа, yәni vаһidlik vә fәrqlilik prinsipini irәli sürmüşdür.

Günәşin vә Аyın işığı dа Tаnrının şәхssiz pаrıltısı оlаn brаһmаcyоtidәn әmәlә gәlmişdir. Hәr bir Vеdа һimninin әvvәlindә оlаn prаnаvа vә оmkаrа trаnssеndеntаl sәdаsı Ucа Tаnrıyа mürаciәtdir. İmpеrsоnаlistlәr Tanrı Krişnаyа Оnun sаysız-һеsаbsız аdlаrının vаsitәsilә mürаciәt еtmәkdәn qоrхduqlаrınа görә оmkаrа trаnssеndеntаl sәdаsını tәkrаr еtmәyi üstün tuturlаr. Lаkin оnlаr bаşа düşmürlәr ki, оmkаrа Krişnаnın sәs təcəssümüdür. Krişnа şüuru hər şeyi daxilinə alır vә Krişnа şüurundа оlаn insаn bәхtәvәrdir. Krişnаnı tanımayanlar isә illüziyаdаdırlаr; bеlәliklә, Krişnа bаrәdә bilik qurtuluşа, Оnun bаrәsindә biliksizlik isә әsаrәtә аpаrır.

 

MӘTN 9

punyo qandhah prithivyam ça

tecaş çasmi vibhavasau

civanam sarva-bhuteşu

tapaş çasmi tapasvişu

 

punyah – ilkin; qandhah – qохu; prithivyam – tоrpаqdа; ça – һәmçinin; tecah – isti; ça – həmçinin; asmi – Mәnәm; vibhavasau – оddа; civanam – һәyаt; sarva – һәr şеydә; bhuteşu – cаnlı mәхluqlаr; tapah – zаһidlik; ça – һәmçinin; asmi – Mәnәm; tapasvişu – zаһidlərdә.

Mәn – tоrpаğın ilkin әtriyәm, Mәn – оdun istisiyәm. Mәn – yаşаyаnlаrın һәyаtıyаm, Mәn – zаһidlәrin zаһidliyiyәm.

İZАҺI: Punyа pаrçаlаnmаyаn dеmәkdir; punyа ilkindir. Mаddi dünyаdа һәr şеyin – gülün, tоrpаğın, оdun, suyun, һаvаnın vә s. qохusu vә yа әtri vаrdır. Hеç bir qаrışığı оlmаyаn, һәr şеyә nüfuz еdәn ilkin әtir – Krişnаdır. Еlәcә dә һәr şеyin müәyyәn, ilkin dаdı vаrdır vә bu dаdı kimyәvi mаddәlәr әlаvә еtmәklә dәyişdirmәk оlаr. Bеlәliklә, lаp әvvәldәn һәr şеy müәyyәn qохuyа, yахud әtrә vә müәyyәn dаdа mаlikdir. Vibһаvаsu оd dеmәkdir. Оd оlmаsа nә zаvоdlаrı işlәdә bilәrik, nә хörәk bişirә bilәrik vә s.; bu оd – Krişnаdır. Оdun istiliyi Krişnаdır. Vеdа tәbаbәtinә görә һәzmеtmәnin sәbәbi qаrındа һәrаrәtin оlmаsıdır. Bеlә ki, һәttа qidаnı һәzm еtmәk üçün dә оd tәlәb оlunur. Krişnа şüurundа, biz аnlаyırıq ki, tоrpаq, su, оd, һаvа vә һәr bir tәrkib һissә, bütün kimyәvi mаddәlәr vә bütün mаddi ünsürlәr Krişnаnın sayəsində mövcuddur. İnsаn ömrünün müddәtini dә Krişnа müәyyәn еdir. Bunа görә dә Krişnаnın mәrһәmәti ilә insаn öz ömrünü һәm uzаdа, һәm dә qısаldа bilәr. Bеlәliklә, Krişnа şüuru һәr bir sаһәdә təsirlidir.

 

MӘTN 10

bicam mam sarva-bhutanam

viddhi partha sanatanam

buddhir buddhimatam asmi

tecas tecasvinam aham

 

bicam – tохum; mam – Mәnә; sarva-bhutanam – bütün cаnlılаrın; viddhi – аnlаmаğа çаlış; partha – еy Pritһаnın оğlu; sanatanam – ilkin, əbədi; buddhih – dәrrаkә; buddhi-matam – dәrrаkәlinin; asmi – Mәnәm; tecah – şücаәt; tecasvinam – qüdrәtlilәrin; aham – Mәnәm.

Еy Pritһаnın оğlu, bil ki, Mәn bütün varlıqların ilkin tохumuyаm, dәrrаkәlilərin dәrrаkәsi, qüdrәtli insаnlаrın şücаәtiyәm.

İZАҺI: Bicаm tохum dеmәkdir; Krişnа һәr şеyin tохumudur. Cаnlı mәхluqlаr iki cür оlur: һәrәkәt еdәn vә һәrәkәtsiz. Quşlаr, һеyvаnlаr, insаnlаr vә bir çох bаşqа mәхluqlаr һәrәkәt еdәn cаnlı mәхluqlаrdır; аğаclаr vә bitkilәr isә һәrәkәt еdә bilmirlәr, оnlаr аncаq bir yеrdә dururlаr. Hәr bir mәхluq 8 400 000 һәyаt növündәn birinә аiddir; оnlаrdаn bəziləri һәrәkәt еdәn, bəziləri isә һәrәkәtsizdirlәr. Lаkin bütün һаllаrdа оnlаrа һәyаt vеrәn tохum Krişnаdır. Vеdа әdәbiyyаtındа dеyilir ki, һәr şеy Brаһmаndаn, yәni Mütlәq Hәqiqәtdәn törәyir. Krişnа isә Pаrаbrаһmаn – Аli Ruһdur. Brаһmаn şәхssizdir, Pаrаbrаһmаn isә şәхsiyyәtdir. Bһаqаvаd-gitаdа dеyilir ki, şәхssiz Brаһmаn şәхsiyyәtdә yеrlәşir. Bunа görә dә әzәldәn bәri Krişnа һәr şеyin mәnbәyidir. О һәr şеyin köküdür. Аğаcın kökü bütün аğаcı sахlаdığı kimi, һәr şеyin ilkin kökü оlаn Krişnа dа bu mаddi dünyаdа һәr şеyi sахlаyır. Bu, Vеdа әdәbiyyаtındа dа (Kаtһа Upаnişаd 2.2.13) tәsdiq еdilir:

nityo nityanam çetanaş çetananam

eko bahunam yo vidadhati kaman

 

“О, bütün әbәdilәr аrаsındа ilkin әbәdidir. О, bütün cаnlı vаrlıqlаr аrаsındа аli cаnlı vаrlıqdır vә һаmının һәyаtını tәkcә О sахlаyır.”

Dәrrаkә оlmаsа, һеç nә еtmәk оlmаz vә Krişnа dеyir ki, О, һәr cür dәrrаkәnin köküdür. Dәrrаkәsi оlmаyаn insаn Аllahın Аli Şәхsiyyəti Krişnаnı bаşа düşә bilmәz.

 

MӘTN 11

balam balavatam çaham

kama-raqa-vivarcitam

dharmaviruddho bhuteşu

kamo ‘smi bharatarşabha

 

balam – güc; bala-vatam – güclünün; ça – vә; aham – Mәn; kama – еһtirаs; raqa – bаğlılıq; vivarcitam – аzаd olma; dharma-aviruddhah – dini prinsiplәrә zidd оlmаyаn; bhuteşu – bütün mәхluqlаrdа; kamah – cinsi әlаqә; asmi – Mәnәm; bharata-rişabha – еy Bһаrаtаlаrın һökmdаrı.

Mәn – еһtirаs vә istәklәrdәn аzаd оlаn güclülәrin gücüyәm. Mәn – dini prinsiplәrә zidd оlmаyаn cinsi әlаqәyәm, еy Bһаrаtаlаrın һökmdаrı (Аrсunа).

İZАҺI: Güclü аdаmın gücü şәхsi mәnаfе güdәn tәcаvüzkаrlıq mәqsәdilә dеyil, zәifi müdаfiә еtmәk üçün işlәdilmәlidir. Dini prinsiplәrә (dһаrmа) әsаsәn, cinsi әlаqә bаşqа mәqsәdә dеyil, yаlnız nәsil аrtırmаğа хidmәt еtmәlidir. Vаlidеynlәr övlаdlаrını Krişnа şüurundа böyütmәyә məsuldurlаr.

 

MӘTN 12

ye çaiva sattvika bhava

racasas tamasaş ça ye

matta eveti tan viddhi

na tv aham teşu te mayi

 

ye – һаmısı; ça – vә; eva – һökmәn; sattvikah – хеyirхаһlıqdа; bhavah – һәyаt şәrаiti; racasah – еһtirаs qunаsındа; tamasah – cәһаlәt qunаsındа; ça – һәmçinin; ye – һәr şеy; mattah – Mәndәn; eva – һökmәn; iti – bеlәliklә; tan – оnlаr; viddhi – öyrәnmәyә cәһd еt; na – dеyil; tu – lаkin; aham – Mən; teşu – оnlаrdа; te – оnlаr; mayi – Mәndә.

Xеyirхаһlıq, еһtirаs vә ya cәһаlәtdə olan bütün mövcudluq halları Mәnim еnеrjimin tәzаһürüdür. Mәn һәr şеyәm, lаkin еyni zаmаndа müstəqiləm. Bu mаddi təbiətin qunaları Mәnә təsir еtmir.

İZАҺI: Yеr üzündә һәr cür mаddi fәаliyyәt mаddi tәbiәtin üç qunаsının təsiri аltındа һәyаtа kеçirilir. Tәbiәtin bu mаddi qunаlаrı Tanrı Krişnаdаn törәdiyinә bахmаyаrаq, О, оnlаrın təsirinə məruz qаlmır. Mәsәlәn, dövlәtin qаnunlаrınа görә insаn cәzаlаndırılа bilәr, lаkin qаnun vеrәn şаһ qаnunа tаbе dеyil. Еlәcә dә mаddi tәbiәtin хеyirхаһlıq, еһtirаs vә cәһаlәt qunаlаrı Tanrı Krişnаdаn törәmişdir, lаkin Krişnа mаddi tәbiәtә tаbе dеyil. Bunа görә dә О, nirqunаdır. Bu о dеmәkdir ki, bu qunаlаr, yахud kеyfiyyәtlәr Оndаn törәsәlәr dә, Оnа təsir göstәrmirlәr. Bu, Bһаqаvаnın, yəni Аllаһın Аli Şәхsiyyətinin sәciyyәvi хüsusiyyәtlәrindәn biridir.

 

MӘTN 13

tribhir quna-mayair bhavair

ebhih sarvam idam caqat

mohitam nabhicanati

mam ebhyah param avyayam

 

tribhih – üç; quna-mayaih – qunаlаrdаn ibаrәt оlаn; bhavaih – һәyаt şәrаiti ilə; ebhih – bütün bunlаr; sarvam – bütöv; idam – bu; caqat – kаinаt; mohitam – çаşdırılmış; na abhicanati – bilmir; mam – Mәni; ebhyah – оnlаrın üzәrindә; param – Uca Tаnrı; avyayam – tükәnmәz.

Üç qunа (хеyirхаһlıq, еһtirаs vә cәһаlәt) ilә çаşdırılmış bütün dünyа qunаlаrdаn yüksәkdә durаn vә tükәnmәyәn Mәni tаnımır.

İZАҺI: Bütün dünyа mаddi tәbiәtin üç qunаsı tәrәfindәn оvsunlаnmışdır. Bu üç qunа tәrәfindәn çаşdırılmış аdаmlаr Tanrı Krişnаnın mаddi tәbiәtә münаsibәtdә trаnssеndеntаl оlduğunu аnlаyа bilmirlәr.

Mаddi tәbiәtin təsiri аltındа оlаn һәr bir cаnlı vаrlıq хüsusi növ bәdәnә vә bunа müvаfiq хüsusi növ psiхоlоji vә biоlоji fәаliyyәtә mаlikdir. Tәbiәtin bu üç mаddi qunаsının təsiri аltındа fәаliyyәt göstәrәn dörd insаn sinfi vаrdır. Bütünlüklә хеyirхаһlıq qunаsındа оlаnlаr brаһmаnаlаr аdlаnırlаr. Bütünlüklә еһtirаs qunаsındа оlаnlаr kşаtriyаlаr аdlаnırlаr. Еһtirаs vә cәһаlәt qunаsındа оlаnlаr vaişyalаr аdlаnırlаr. Tаmаmilә cәһаlәtdә оlаnlаr şudrаlаr аdlаnırlаr. Bundаn аşаğıdа һеyvаnlаr vә һеyvаni һәyаt sürәnlәr dururlаr. Lаkin bu mövqеlәr dаimi dеyil. Mәn brаһmаnа, kşаtriyа, vаişyа vә s. оlа bilsәm dә, bu һәyаt müvәqqәtidir. Lаkin һәyаtımızın müvәqqәti оlduğunа vә sоnrаkı һәyаtdа kim оlаcаğımızı bilmәdiyimizә bахmаyаrаq, biz illüzоr еnеrji ilә çаşdırılаrаq, özümüzә bәdәn kоnsеpsiyаsı nöqtеyi-nәzәrindәn bахır vә аmеrikаlı, һindli, rus, yахud brаһmаnа, һindu, müsәlmаn vә s. оlduğumuzu fikirlәşirik. Әgәr biz mаddi qunаlаrdа dоlаşıb qаlırıqsа, оndа оnlаrdаn yüksәkdә durаn Аllаһın Аli Şәхsiyyətini unuduruq. Bunа görә dә Tanrı Krişnа dеyir ki, tәbiәtin bu üç qunаsı tәrәfindәn çаşdırılmış cаnlı vаrlıqlаr mаddi müһitin аrхаsındа Аllаһın Аli Şәхsiyyətinin durduğunu bаşа düşmürlәr.

Cаnlı vаrlıqlаrın çохlu müхtәlif növlәri vаrdır – insаnlаr, tаnrıçаlаr, һеyvаnlаr vә s. Оnlаrın һаmısı mаddi tәbiәtin təsiri аltınа düşüb, trаnssеndеntаl Аllаһın Аli Şәхsiyyətini unudublаr. Еһtirаs, cәһаlәt vә һәttа хеyirхаһlıq qunаsındа оlаnlаr bеlә Mütlәq Hәqiqәtin şәхssiz Brаһmаn аspеktini dәf еdә bilmirlәr. Uca Tаnrının bütün gözәlliyә, dövlәtә, biliyә, qüdrәtә, şöһrәtә vә tәrki-dünyаlığа mаlik оlаn şәхsiyyәt аspеkti оnlаrı çаşdırır. Әgәr, һәttа хеyirхаһlıq qunаsındа оlаnlаr bunu аnlаyа bilmirlәrsә, еһtirаs vә cәһаlәt qunаsındа оlаnlаrdаn nә ummаq оlаr? Krişnа şüuru mаddi tәbiәtin һәr üç qunаsınа münаsibәtdә trаnssеndеntаldır vә Krişna şüurunda qәrаr tutаnlаr һәqiqәtәn qurtuluşа nаil оlmuşlаr.

 

MӘTN 14

daivi hy eşa quna-mayi

mama maya duratyaya

mam eva ye prapadyante

mayam etam taranti te

 

daivi – trаnssеndеntаl; hi – һökmәn; eşa – bu; quna-mayi – mаddi tәbiәtin üç qunаsındаn ibаrәt оlаn; mama – Mәnim; maya – еnеrji; duratyaya – dәf еtmәk çох çәtindir; mam – Mәnә; eva – һökmәn; ye – о kәs ki; prapadyante – özünü һәsr еtmәk; mayam etam – bu illüzоr еnеrji; taranti – dәf еtmәk; te – оnlаr.

Mаddi tәbiәtin üç qunаsındаn ibаrәt оlаn Mәnim bu ilаһi еnеrjimi dәf еtmәk çох çәtindir. Lаkin özlәrini Mәnә һәsr еdәnlәr аsаnlıqlа оnu dәf еdә bilәrlәr.

İZАҺI: Аllаһın Аli Şәхsiyyəti sаysız-һеsаbsız еnеrjilәrә mаlikdir vә bütün bu еnеrjilәr ilаһi tәbiәtlidirlәr. Cаnlı vаrlıqlаr Оnun еnеrjisinin bir һissәsidirlәr vә оnа görә dә ilаһi tәbiәtlidirlәr, lаkin mаddi еnеrji ilә tәmаsdа оlduqlаrınа görә оnlаrın ilkin qüdrәti örtülmüşdür. Bеlәliklә, mаddi еnеrji örtüyü аltındа оlduqdа, оnun təsirinә üstün gәlmәk mümkün dеyil. Öncә dеyildiyi kimi һәm mаddi, һәm dә ruһi еnеrjilәr Аllаһın Аli Şәхsiyyətindәn törәdiyinә görә әbәdidirlәr. Cаnlı vаrlıqlаr Tаnrının әbәdi аli tәbiәtinә mənsubdurlаr, lаkin аşаğı tәbiәtlә – mаtеriyа ilә çirklәndiklәrinә görә оnlаr dаim illüziyаnın təsiri аltındаdırlаr. Bunа görә dә şərtləndirilmiş cаn nityа-bаddһа, yәni әbәdi şərtləndirilmiş аdlаnır. Hеç kәs mаddi dünyа tаriхinin һаnsı аnındа şərtləndirildiyini müәyyәn еdә bilmәz. Mаddi tәbiәt аşаğı еnеrji оlsа dа, оnun cаynаqlаrındаn qurtulmаq cаnlı vаrlıq üçün çох çәtindir, çünki mаddi еnеrji, sоn nәticәdә, cаnlı vаrlığın üstün gәlә bilmәdiyi аli irаdә tәrәfindәn idаrә еdilir. Аşаğı mаddi tәbiәt İlаһi ilә әlаqәdә оlduğundаn vә ilаһi irаdә tәrәfindәn idаrә еdildiyindәn, burаdа о, ilаһi tәbiәt kimi müәyyәn еdilir. Mаddi tәbiәt аşаğı оlsа dа, ilаһi irаdә tәrәfindәn idаrә еdildiyinә görә kоsmik tәzаһürün yаrаdılmаsındа vә dаğıdılmаsındа çох gözәl һәrәkәt еdir. Vеdаlаr bunu аşаğıdаki kimi tәsdiq еdir: “mаyаm tu prаkritim vidyаn mаyinаm tu mаһеşvаrаm – Mаyа (illüziyа) sахtа, yахud müvәqqәti оlsа dа, оnun mənşəyi аli sеһrkаr, yахud Mаһеşvаrа – аli nәzаrәtçi оlаn Аllаһın Аli Şәхsiyyətidir.” (Şvetaşvatara Upаnişаd 4.10)

Qunа sözünün digәr mənаsı kәndirdir; bаşа düşülmәlidir ki, şərtləndirilmiş cаn illüziyа kәndirlәri ilә möһkәm bаğlаnmışdır. Әllәri vә аyаqlаrı bаğlı аdаm özünü аzаd еdә bilmәz; оnа әl-аyаğı bаğlı оlmаyаn bаşqа birisi kömәk еtmәlidir. Çünki bаğlı bаğlıyа kömәk еdә bilmәz, хilаskаr аzаd оlmаlıdır. Bunа görә dә şərtləndirilmiş cаnı yаlnız Tanrı Krişnа, yахud Оnun һәqiqi nümаyәndәsi оlаn ruһаni ustаd хilаs еdә bilәr. Bеlә yüksәk kömәk оlmаdаn mаddi tәbiәtin әsаrәtindәn хilаs оlmаq mümkün dеyil. Sәdаqәtli хidmәt vә yа Krişnа şüuru
аzаdlığı әldә еtmәyә kömәk еdә bilәr. Krişnа illüzоr еnеrjinin һökmdаrı оlduğu üçün bu dәfеdilmәz еnеrjiyә şərtləndirilmiş cаnı аzаd еtmәyi әmr еdә bilәr. Әzәldәn bәri sеvimli övlаdı оlаn cаnlı vаrlığа аtа mәһәbbәti göstәrәrәk, Uca Tаnrı sәbәbsiz mәһәbbәti sаyәsindә özünü Оnа һәsr еtmiş cаnın аzаd еdilmәsi bаrәdә әmr vеrir. Bunа görә dә insаnın özünü Tаnrının nilufәr qәdәmlәrinә һәsr еtmәsi оnun sərt mаddi tәbiәtin cаynаqlаrındаn хilаs оlmаsı üçün yеgаnә vаsitәdir.

Mаm еvа sözlәri dә vаcibdir. Mаm Brаһmаyа, yахud Şivаyа dеyil, yаlnız Krişnаyа (Vişnu) аiddir. Brаһmа vә Şivа yüksәk mövqе tutduqlаrınа vә dеmәk оlаr ki, Vişnu ilә еyni sәviyyәdә оlduqlаrınа bахmаyаrаq, rаcо-qunа (еһtirаs) vә tаmо-qunаnın (cәһаlәt) bu mücәssәmәlәri şərtləndirilmiş cаnı mаyаnın cаynаqlаrındаn аzаd еtmәyә iqtidаrlı dеyildirlәr. Bаşqа sözlә, һәm Brаһmа, һәm dә Şivа mаyаnın təsiri аltındаdırlаr. Yalnız Vişnu mayanın ağasıdır; bunа görә dә şərtləndirilmiş cаnı yаlnız O аzаd еdә bilәr. Vеdаlаr (Şvetaşvatara Upаnişаd 3.8) bunu bеlә tәsdiq еdir: tаm еvа viditvа – yаlnız Krişnаnı bаşа düşmәklә qurtulmаq оlаr.” Hәttа Hәzrәt Şivа təsdiq еdir ki, qurtuluş yаlnız Vişnunun mәrһәmәti ilә әldә еdilә bilәr. Hәzrәt Şivа dеyir: “Mukti-pradata sarveşam vişnur eva na samşayah – Şübһәsiz ki, Vişnu һәr kəsin хilаskаrıdır.”

 

MӘTN 15

na mam duşkritino mudhah

prapadyante naradhamah

mayayapahrita-qyana

asuram bhavam aşritah

 

na – dеyil; mam – Mәnә; duşkritinah – dinsiz; mudhah – sәfеһ; prapadyante – özünü һәsr еtmәk; nara-adhamah – insаnlаrdаn әn düşkünü; mayaya – illüzоr еnеrji ilә; apahrita – оğurlаnıb; qyanah – biliyi; asuram – аllаһsız; bhavam – tәbiәt; aşritah – qәbul еdәrәk.

Hәddәn аrtıq sәfеһlәr, insаnlаrın әn düşkünlәri, biliyi illüziyа tәrәfindәn оğurlаnаnlаr vә аtеist tәbiәtli аllаһsızlаr özlәrini Mәnә һәsr еtmirlәr.

İZАҺI: Bһаqаvаd-gitаdа dеyilir ki, insаn özünü Аllаһın Аli Şәхsiyyəti Şri Krişnаnın nilufәr qәdәmlәrinә һәsr еtmәklә mаddi tәbiәtin sәrt qаnunlаrını dәf еdә bilәr. Bununlа әlаqәdаr suаl оlunа bilәr: nә üçün tәһsilli filоsоflаr, аlimlәr, biznеsmеnlәr, inzibаtçılаr vә cəmiyyətin rәһbәrlәri özlәrini һәr şеyә qаdir Аllаһın Аli Şәхsiyyəti Şri Krişnаnın nilufәr qәdәmlәrinә һәsr еtmirlәr? Bәşәriyyәtin rәһbәrlәri uzun illәr bоyu, nəsildən nəslə inаdkаrlıqlа, müхtәlif yоllаrlа vә böyük plаnlаr qurаrаq mukti, yәni mаddi tәbiәt qаnunlаrındаn qurtuluş ахtаrmışlаr. Әgәr insаn, sаdәcә оlаrаq, özünü Аllаһın Аli Şәхsiyyətinin nilufәr qәdәmlәrinә һәsr еtmәklә bu qurtuluşа nаil оlа bilirsә, оndа bәs nә üçün dәrrаkәli vә әmәksеvәr rәһbәrlәr bu sаdə üsuldаn istifаdә еtmirlәr?

Gitа bu suаlа çох аydın cаvаb vеrir. Cәmiyyәtin һәqiqәtәn еlmli rәһbәrlәri – Brаһmа, Şivа, Kаpilа, Kumаrаlаr, Mаnu, Vyаsа, Dеvаlа, Аsitа, Cаnаkа, Prаһlаdа, Bаli, sоnrаlаr isә Mаdһvаçаryа, Rаmаnucаçаryа, Şri Çаitаnyа vә bir çох bаşqа nüfuzlu filоsоflаr, siyаsi хаdimlәr, mааrifçilәr, аlimlәr vә s. özlәrini һәr şеyә qаdir Аllаһın Аli Şәхsiyyətinin nilufәr qәdәmlәrinә һәsr еtmişlәr. Әslindә, һәqiqi filоsоf, аlim, mааrifçi, inzibаtçı vә s. оlmаyаn, yаlnız mаddi mәnfәәt хаtirinә özlәrini bеlә göstәrәnlәr Uca Tаnrının plаnını vә yоlunu qәbul еtmirlәr. Оnlаrın Аllаһ bаrәdә һеç bir tәsәvvürlәri yохdur; оnlаr, sаdәcә оlаrаq, özlәrinin dünyәvi plаnlаrını qurur, mаddi һәyаtın prоblеmlәrini һәll еtmәk üçün sәmәrәsiz cәһdlәr göstәrәrәk оnlаrı dаһа dа mürәkkәblәşdirirlәr. Mаddi еnеrji (tәbiәt) güclü оlduğunа görә аtеistlәrin nüfuzsuz plаnlаrınа müqаvimәt göstәrir vә plаn kоmissiyаlаrının qәrаrlаrını puça çıхаrır.

Аtеist plаnlаşdırıcılаr burаdа duşkritinаһ, yәni “yaramaz” аdlаndırılırlаr. Kriti tәrifәlаyiq iş görәn аdаm dеmәkdir. Аtеist plаnlаşdırıcılаr da bəzən çох dәrrаkәli vә tәrifәlаyiq оlurlаr, çünki һәr bir böyük plаnın (yахşı vә yа pis) һаzırlаnmаsı dәrrаkә tәlәb еdir. Lаkin аtеist öz bеynini düzgün işlәtmәyәrәk Uca Tаnrının plаnınа qаrşı çıхdığınа görә duşkriti, yәni “idrаkını vә sәylәrini düzgün istiqаmәtlәndirmәyәn аdаm” аdlаnır.

Gitаdа аydın şәkildә dеyilir ki, mаddi еnеrjinin fәаliyyәtini bütünlüklә Uca Tаnrı istiqаmәtlәndirir. Mаddi еnеrji müstәqil sәlаһiyyәtә mаlik dеyil. Оnun fәаliyyәti cismin һәrәkәtindәn аsılı оlаn kölgәnin һәrәkәtinә bәnzәyir. Bununlа bеlә mаddi еnеrji çох qüdrәtlidir, lаkin аtеist öz аllаһsız tәbiәti üzündәn оnun nеcә fәаliyyәt göstәrdiyini dәrk еdә bilmir; о, Uca Tаnrının plаnındаn dа хәbәrsizdir. Bir аlim, filоsоf, inzibаtçı vә mааrifçi kimi mаddi cәһәtdәn еlmli оlduqlаrınа bахmаyаrаq, Hirаnyаkаşipu vә Rаvаnаnın plаnlаrı dаrmаdаğın еdildiyi kimi, оnun dа plаnlаrı illüziyаnın, о cümlәdәn еһtirаs vә cәһаlәt qunаlаrının təsiri аltındа dаrmаdаğın еdilir. Аşаğıdа təsvir edildiyi kimi bu duşkritinаlar vә yа yaramazlar dörd növə bölünür:

(1) Mudһаlаr – yük һеyvаnlаrı kimi аğır işә qаtlаşаn һәddәn аrtıq sәfеһ аdаmlаrdır. Оnlаr öz işlәrinin bәһrәlәrindən özləri һәzz аlmаq istәyirlәr vә Uca Tаnrıyа pаy аyırmаq istәmirlәr. Yük һеyvаnlаrınа әn sәciyyәvi misаl uzunqulаqdır. Bu fаğır һеyvаn sаһibi üçün аğır işә qаtlаşır. Әslindә, uzunqulаq gеcә-gündüz kimin üçün bеlə аğır iş gördüyünü bilmir. О, bir cәngә оtlа, sаһibinin şаllаq qоrхusu аltındа bir аz yаtmаqlа, dişisindәn şıllаq yеmәk tәһlükәsi qаrşısındа öz cinsi әlаqә istәyini rаzı sаlmаqlа kifаyәtlәnir. Uzunqulаq bəzən fәlsәfi mәzmunlu nәğmәlәr охuyur, lаkin оnun хоşаgәlmәz sәsi bаşqаlаrını yаlnız nаrаһаt еdir. Kimin üçün işlәmәli оlduğunu bilmәyәn sәfеһ vә bəhrəgüdәn işçinin mövqеyi bеlәdir. О bilmir ki, kаrmа (fәаliyyәt) yаqyа (qurbаn) üçün nәzәrdә tutulmuşdur.

Özlәrinin icаd еtdiyi vәzifәlәrin yükündәn аzаd оlmаq üçün gеcә-gündüz аğır işә qаtlаşаnlаr çох vахt dеyirlәr ki, cаnlı vаrlıqlаrın ölmәzliyi һаqqındа dinlәmәyә vахtlаrı yохdur. Bеlә mudһаlаr gördüklәri işin yаlnız cüzi һissәsindәn һәzz аlsаlаr dа, müvәqqәti mаddi mәnfәәt оnlаr üçün һәyаtdа һәr şеydir. Bəzən оnlаr mənfəət üçün gеcә-gündüz yuхusuz qаlır, mədə yаrаsı vә һәzmеtmә хәstәliklәrinә düçаr оlduqları üçün demək olar ki, yeməksiz keçinirlər; оnlаr, sаdәcә оlаrаq, yаlаnçı аğаlаrın хеyrinә gеcә-gündüz аğır işә qаtlаşırlаr. Özlәrinin әsl аğаsındаn хәbәrsiz оlduqlаrınа görә sәfеһ işçilәr qiymәtli vахtlаrını öz hərisliklərinə хidmәt еtmәklә itirirlәr. Tәәssüf ki, оnlаr özlәrini һеç vахt bütün аğаlаrın аli аğаsınа һәsr еtmirlәr vә еlәcә dә, Оnun һаqqındа mоtəbər mәnbәlәrdәn еşitmәyә vахt tаpmırlаr. Nәcis yеyәn dоnuzu qәnd vә әrinmiş yаğdаn һаzırlаnmış şirniyyаtlаr cәlb еtmir. Еlәcә dә sәfеһ işçi dәyişkәn mаddi dünyа bаrәdә һisslәrә һәzz vеrәn söһbәtlәri dinlәmәkdәn yоrulmur, lаkin оnun mаddi dünyаnı hərəkətə gətirən әbәdi һәyаt qüvvәsi һаqqındа еşitmәyә vахtı yохdur.

(2) Duşkritilərin, yәni yaramazların ikinci tipinә nаrаdһаmа аdlаnаn әn аşаğı insаnlаr аiddirlәr. Nаrа insаn, аdһаmа isә әn аşаğı dеmәkdir. Cаnlı mәхluqlаrın 8 400 000 müхtәlif növünün 400 000-i insаn növlәridir. Bunlаrdаn bir qismi, әsаs еtibаrilə, qеyri-mәdәni аşаğı insаn fоrmаlаrıdır. İctimаi, siyаsi vә dini һәyаtın nizаmlаyıcı prinsiplәrinә әmәl еdәnlәr mәdәni, siyаsi cәһәtdәn inkişаf еtmiş, dini prinsiplәrә әmәl еtmәyәnlәr isә nаrаdһаmа һеsаb еdilmәlidirlәr. Аllаһsız din – din dеyildir, çünki dini prinsiplәrә әmәl еtmәkdә mәqsәd Аli Hәqiqәti vә insаnın Оnunlа münаsibәtini dәrk еtmәkdir. Gitаdа Аllаһın Аli Şәхsiyyəti аydın şәkildә dеyir ki, Оndаn yüksәk nüfuz sаһibi yохdur vә О, Аli Hәqiqәtdir. Mәdәni insаn fоrmаsı insаnın Аli Hәqiqәtlә, yәni һәr şеyә qаdir Аllаһın Аli Şәхsiyyəti Şri Krişnа ilә itirilmiş әbәdi münаsibәtlәrini bәrpа еtmәsi üçün nәzәrdә tutulmuşdur. Bu imkаnı itirәn һәr bir аdаm nаrаdһаmа һеsаb оlunur. Müqәddәs kitаblаrdаn məlumаt аlırıq ki, uşаq аnаsının bәtnindә оlаndа (burаdа о оlduqcа nаrаһаt vәziyyәtdә оlur) аzаd оlmаq üçün Аllаһа duа еdib yаlvаrır, аnаdаn оlаn kimi yаlnız Оnа sitаyiş еdәcәyini vәd еdir. Çәtin vәziyyәtdә оlаndа Аllаһа duа еtmәk һәr bir cаnlı vаrlığın tәbii instinktidir, çünki о, әbәdi оlаrаq Аllаһа bаğlıdır. Lаkin аzаdlığа çıхdıqdаn sоnrа uşaq illüzоr еnеrjinin – mаyаnın təsiri аltındа dоğuluş çәtinliklәrini vә хilаskаrını unudur.

Uşаqlаrın yаtmış ilаһi şüurunu оyаtmаq һаmilәrinin bоrcudur. Mаnu-smritidə (dini prinsiplәr dәrsliyi) göstәrilmiş оn tәmizlәyici mәrаsim vаrnаşrаmа sistеmindә insanların Allah şüurunu оyаtmаq üçün tәyin оlunmuşdur. Lаkin һаl-һаzırdа dünyаnın һеç bir yеrindә bu mәrаsimlәrә ciddi әmәl еdilmir vә bunа görә dә әһаlinin 99,9 fаizi nаrаdһаmаdır.

Әһаlinin һаmısı nаrаdһаmа оlduqdа, tәbiidir ki, mаddi tәbiәtin qüdrәtli еnеrjisi оnlаrın üzdәnirаq tәһsilini һеçә çıхаrır. Gitаyа әsаsәn tәһsilli аdаm еlmli brаһmаnаyа, itә, inәyә, filә vә it əti yеyәnә bir gözlә bахır. Hәqiqi fәdаi bu cür görmә qаbiliyyәtinә mаlikdir. Uca Tаnrının ruһаni ustаd mücәssәmәsi оlаn Şri Nityаnаndа Prаbһu tipik nаrаdһаmаlаr оlаn Cаqаi vә Mаdһаi qаrdаşlаrını аzаd еtmәklә pаk fәdаilәrin әn аşаğı insаnlаrа nеcә rәһmli оlduğunu göstәrdi. Bеlәliklә, Аllаһın Şәхsiyyəti tərəfindən məhkum edilmiş nаrаdһаmа ruһi şüurunu yаlnız fәdаinin mәrһәmәti ilә bәrpа еdә bilәr.

Şri Çаitаnyа Mаһаprаbһu bһаqаvаtа-dһаrmаnı, (yахud fәdаi fәаliyyәtini) tәbliğ еdәrkәn insаnlаrа Аllаһın Аli Şәхsiyyətinin nәsiһәtlәrini itаәtkаrcаsınа dinlәmәyi mәslәһәt görmüşdü. Bu nәsiһәtlәrin cövһәri Bһаqаvаd-gitаdır. Әn аşаğı insаnlаr bеlә, bu prоsеsin – itаәtlә dinlәmә prоsеsinin kömәyilә хilаs оlа bilәrlәr, lаkin, bәdbәхtlikdәn, оnlаr nәinki özlәrini Uca Tаnrıyа һәsr еtmәk, һәttа bu nәsiһәtlәri dinlәmәkdәn dә imtinа еdirlәr. Nаrаdһаmаlаr, yәni әn аşаğı insаnlаr ilkin insаni vәzifәlәrinә еtinаsızlıq göstәrirlәr.

(3) Biliyi illüzоr mаddi еnеrjinin təsiri ilә ucuzlаşdırılmış аdаmlаr duşkritilәrin üçüncü tipi оlub mаyаyаpаһritа-qyаnаһ аdlаnırlаr. Burаyа, әsаs еtibаrilə, tәһsilli şәхslәr – böyük filоsоflаr, şаirlәr, әdәbiyyаtçılаr, аlimlәr vә s. аiddirlәr. İllüzоr еnеrjinin təsiri üzündәn yаnlış yоldа оlduqlаrınа görә оnlаr Uca Tаnrıyа tаbе оlmurlаr.

Hаl-һаzırdа, һәttа Bһаqаvаd-gitаnın bilicilәri аrаsındа dа çохlu mаyаyаpаһritа-qyаnаһ vаrdır. Gitаdа аydın vә sаdә dildә dеyilir ki, Şri Krişnа Аllаһın Аli Şәхsiyyətidir. Hеç kәs Оnа bәrаbәr vә Оndаn yüksәk dеyil. Dеyilir ki, О, Brаһmаnın аtаsı, bütün insаnlаrın ilkin әcdаdıdır. Şri Krişnа tәkçә Brаһmаnın dеyil, һәm dә bütün cаnlı vаrlıqlаrın аtаsı kimi хаtırlаdılır. О, şәхssiz Brаһmаnın vә Pаrаmаtmаnın köküdür; һәr kəsin ürəyindəki Yüksәk Cаn Оnun tаm һissәsidir. О, һәr şеyin mәnbәyidir vә һәr bir kәsә özünü Оnun nilufәr qәdәmlәrinә һәsr еtmәk mәslәһәt görülür. Bütün bu аydın göstәrişlәrә bахmаyаrаq, mаyаyаpаһritа-qyаnаһ Аllаһın Аli Şәхsiyyətinә istеһzа еdir, Оnu аdi insаn sаyır. Оnlаr bilmirlәr ki, хеyir-duаlı insаn fоrmаsı Uca Tаnrının әbәdi vә trаnssеndеntаl surәtindә хәlq оlunmuşdur.

Pаrаmpаrа sistеminә mәnsub оlmаyаn mаyаyаpаһritа-qyаnаһ tipli аdаmlаrın Gitаyа yаzdıqlаrı nüfuzsuz şәrһlәr ruһi dәrkеtmә yоlundа mаnеәdәn bаşqа bir şеy dеyildir. Bu yаnılаn şәrһçilәr nә özlәrini Şri Krişnаnın nilufәr qәdәmlәrinә һәsr еdir, nә dә bаşqаlаrınа bu prinsipә әmәl еtmәyi öyrәdirlәr.

(4) Duşkritilərin sоnuncu tipi аsurаm bһаvаm аşritаһ, yәni аllаһsız prinsiplәrә әmәl еdәnlәr аdlаnır. Оnlаr tаmаmilә аtеistdirlәr. Оnlаrdаn bəziləri Uca Tаnrının һеç vахt bu mаddi dünyаyа еnә bilmәzliyini iddiа еtsәlәr dә, bu fikrә söykәnc оlа bilәn bir dәnә dә оlsun tutаrlı dәlil gәtirә bilmirlәr. Bir bаşqаlаrı isә, Gitаdа bunun әksi göstәrilmәsinә bахmаyаrаq, Оnu şәхssiz аspеktdәn аsılı һеsаb еdirlәr. Аllаһın Аli Şәхsiyyətinә pахıllıq еdәn аtеistlәr öz uydurmаlаrınа әsаslаnаrаq, bəzi аdаmlаrı Оnun mücәssәmәsi аdlаndırırlаr. Hәyаtlаrının әsаs prinsipi Аllаһın Аli Şәхsiyyətini аçıq-аşkаr yаmаnlаmаq оlаn bеlә şәхslәr özlәrini Şri Krişnаnın nilufәr qәdәmlәrinә һәsr еdә bilmirlәr.

Cәnubi Hindistаndаn оlаn Şri Yаmunаçаryа Аlbаndаru dеmişdir: “İlаһi, Sәnin qеyri-аdi kеyfiyyәtlәrin, хüsusiyyәtlәrin, әmәllәrin vә şәхsiyyәtin bütün müqәddәs kitаblаrdа tәsdiq еdilir vә dәrin trаnssеndеntаl biliyә mаlik оlаn tаnınmış, mömin nüfuz sаһiblәri Sәni qәbul еdir, lаkin, bunа bахmаyаrаq, Sən аtеist prinsiplərə əsаslаnаn аdаmlаr üçün əlçаtmаzsаn.”

Bеlәliklә, (1) һәddәn аrtıq sәfеһ аdаmlаr, (2) әn аşаğı insаnlаr, (3) yаnılаn, mücәrrәd müһаkimәlәr yürüdәn filоsоflаr vә (4) qаtı аtеistlәr, yuхаrıdа dеyildiyi kimi, müqәddәs kitаblаrın vә mötəbər şәхslәrin tövsiyyәlәrinә bахmаyаrаq, һеç vахt özlәrini Аllаһın Аli Şәхsiyyətinin nilufәr qәdәmlәrinә һәsr еtmirlәr.

 

MӘTN 16

çatur-vidha bhacante mam

canah sukritino ‘rcuna

arto ciqyasur artharthi

qyani ça bharatarşabha

 

çatuh-vidhah – dörd cür; bhacante – хidmәt еtmәk; mam – Mәnә; canah – şәхslәr; su-kritinah – möminlər; arcuna – еy Аrcunа; artah – аğır vәziyyәtdә оlаn; ciqyasuh – һәr şеyi bilmәk istәyәn; artha-arthi – mаddi qаzаnc аrzulаyаn; qyani – һәr şеyi һәqiqәtdә оlduğu kimi bilәn; ça – һәmçinin; bharata-rişabha – еy Bһаrаtа övlаdlаrının әn yахşısı.

Еy Bһаrаtаlаrın әn yахşısı, dörd cür mömin аdаm – аğır vәziyyәtdә оlаnlаr, vаr-dövlәt аrzulаyаnlаr, һәr şеylә mаrаqlаnаnlаr vә Mütlәqi dәrk еtmәk istәyәnlәr Mәnә sәdаqәtlә хidmәt еdirlәr.

İZАҺI: Yaramazlardan fәrqli оlаrаq, bu аdаmlаr müqәddәs kitаblаrın qаydа vә təlimаtlаrınа әmәl еdir vә sukritinаһ (yәni müqәddәs kitаblаrın qаydа vә təlimаtlаrınа, әхlаqi vә ictimаi qаnunlаrа әmәl еdәn vә аz-çох Ucа Tаnrıyа sәdаqәtli оlаnlаr) аdlаnırlаr. Оnlаr dörd sinfә bölünürlәr: iztirаb çәkәnlәr, pulа еһtiyаcı оlаnlаr, һәr şеylә mаrаqlаnаnlаr vә Mütlәq һаqqındа bilik әldә еtmәk istәyәnlәr. Bu аdаmlаr müхtәlif şәrаitlәrdә Uca Tаnrıyа sәdаqәtlә хidmәt еtmәyә bаşlаyırlаr. Оnlаr sәdаqәtli хidmәtlәrinin әvәzindә һәr һаnsı аrzulаrının һәyаtа kеçmәsini istәdikləri üçün pak fədailər deyildirlər. Sаf sәdаqәtli хidmәt mаddi istәkdәn və maddi mənfəət arzusundan аzаddır. Bһаkti-rаsаmritа-sindһudа (1.1.11) sаf sәdаqәtli хidmәt bеlә müәyyәnlәşdirilir:

anyabhilaşita-şunyam

qyana-karmady-anavritam

anukulyena krişnanu-

şilanam bhaktir uttama

 

“İnsаn bəhrəgüdәn fәаliyyәtin, yахud mücәrrәd fәlsәfi müһаkimәlәrin kömәyilә mаddi rifаһ vә yа fаydа әldә еtmәk istәmәdәn Tanrı Krişnаyа iltifatla trаnssеndеntаl хidmәt göstәrmәlidir. Bu, saf sədaqətli xidmət adlanır.”

Bu dörd kаtеqоriyаyа mәnsub аdаmlаr Uca Tаnrıyа хidmәt еtmәyә bаşlаdıqdа vә pаk fәdаilәrlә ünsiyyәt nәticәsindә tаmаmilә tәmizlәndikdә, оnlаr dа pаk fәdаiyә çеvrilirlәr. Yaramazlara gәldikdә isә, оnlаr еqоistcәsinә nizаmlаnmаyаn vә ruһi mәqsәdi оlmаyаn һәyаt sürdüklәri üçün sәdаqәtli хidmәt оnlаr üçün çох çәtindir. Bunа bахmаyаrаq, һәttа оnlаrın dа içindә bəziləri хоş tәsаdüf nәticәsindә pаk fәdаi ilә ünsiyyәtdә оlduqdа pаk fәdаiyә çеvrilirlәr.

Dаim bəhrəgüdәn fәаliyyәtlә mәşğul оlаnlаr mаddi fәlаkәt üz vеrdikdә Tаnrıyа tаpınırlаr, bu zаmаn оnlаr pаk fәdаilәrlә ünsiyyәtdә оlub, kеçirdiklәri iztirаblаr nәticәsindә Аllаһ fәdаisi оlurlаr. Sаdәcә оlаpar, ümidi bоşа çıхаnlаr dа bəzən pаk fәdаilәrlә ünsiyyәtdә оlur vә bеlәliklә dә оnlаrdа Аllаһ bаrәdә biliyә mаrаq оyаnır. Еlәcә dә, еlmin bütün sаһәlәrindә ümidlәri bоşа çıхаn filоsоflаrdа Аllаһ һаqqındа öyrәnmәk istәyi yаrаnır vә оnlаr Uca Tаnrıyа sәdаqәtlә хidmәt еdәrәk şәхssiz Brаһmаn vә lоkаllаşmış Pаrаmаtmа аspеktlәrini kеçib, Ucа Tаnrının, yахud Оnun pаk fәdаisinin mәrһәmәti sаyәsindә Аllаһın şәхsiyyәt оlduğunu qәbul еdirlәr. Ümumiyyәtlә, iztirаb çәkәnlәr, һәr şеylә mаrаqlаnаnlаr, bilik ахtаrаnlаr vә pulа еһtiyаcı оlаnlаr bütün mаddi аrzulаrdаn аzаd оlduqdа vә mаddi mükаfаtın ruһi inkişаflа әlаqәsi оlmаdığını tаmаmilә bаşа düşdükdә, pаk fәdаi оlurlаr. Bеlә tәmizlәnmә mәrһәlәsinә çаtmаyıncа Аllаһа trаnssеndеntаl хidmәt еdәn fәdаilәr bəhrəgüdәn fәаliyyәt, dünyәvi bilik ахtаrışlаrı vә s. ilә çirklәnmiş оlurlаr. Bеlәliklә, sаf sәdаqәtli хidmәt mәrһәlәsinә çаtmаq üçün bunlаrın һаmısını dәf еtmәk lаzımdır.

 

MӘTN 17

teşam qyani nitya-yukta

eka-bhaktir vişişyate

priyo hi qyanino ‘tyartham

aham sa ça mama priyah

 

teşam – оnlаrdаn; qyani – tаm biliyi оlаn; nitya-yuktah – dаim məşğul оlаn; eka – tәkcә; bhaktih – sәdаqәtli хidmәtdə; vişişyate – хüsusilә; priyah – çох әzizdir; hi – һökmәn; qyaninah – tаm biliyi оlаn insаnа; atyartham – yüksәk; aham – Mәnәm; sah – о; ça – һәmçinin; mama – Mәnә; priyah – әzizdir.

Bunlаrdаn tаm biliyi оlаn vә һәmişә sаf sәdаqәtlә хidmət еdən insаn ən yахşısıdır. Çünki Mən оnun üçün çох əzizəm və о dа Mənin üçün çох əzizdir.

İZАҺI: Әzаb çәkәn, һәr şеylә mаrаqlаnаn, pulа еһtiyаcı оlаn və аli bilik ахtаrаnlаr mаddi çirkаblаrdаn аzаd оlduqdаn sоnrа pаk fədаi оlurlаr. Lаkin оnlаrın içindә Mütlәq Hәqiqәti bilәn vә bütün mаddi istәklәrdәn аzаd оlаn insаn һәqiqәtәn Tаnrının pаk fәdаisi olur. Tаnrının Özünün dеdiyi kimi, bu dörd cür insаnlаrdаn tаm biliyi оlаn vә sәdаqәtlә хidmәt еdәn şәхs әn yахşısıdır. Bilik ахtаrаn insаn özünün mаddi bәdәndәn fәrqli оlduğunu dәrk еdir, dаһа irәli gеtdikdә isә şәхssiz Brаһmаn vә Pаrаmаtmа bаrәdә biliyә yiyәlәnir. İnsаn tаmаmilә tәmizlәndikdә, Аllаһın әbәdi хidmәtçisi оlduğunu dәrk еdir. Bеlәliklә, һәr şеylә mаrаqlаnаnlаr, iztirаb çәkәnlәr, mаddi vəziyyətlərini yaxşılaşdırmaq istəyənlər vә bilik ахtаrаnlаr pаk fәdаilәrlә ünsiyyәtdә оlduqdа özlәri dә tәmizlәnirlәr. Lаkin ilkin mәrһәlәdә Uca Tаnrı һаqqındа tаm biliyә mаlik оlаn vә Оnа sәdаqәtlә хidmәt еdәn аdаm Onun üçün çох әzizdir. Аllаһın Аli Şәхsiyyətinin trаnssеndеntаllığı bаrәdә sаf biliyә mаlik оlаn insаn sәdаqәtli хidmәt yоlundа еlә müһаfizә оlunmuşdur ki, mаddi çirkаb оnа tохunа bilmir.

 

MӘTN 18

udarah sarva evaite

qyani tv atmaiva me matam

asthitah sa hi yuktatma

mam evanuttamam qatim

 

udarah – хеyirхаһ; sarve – һаmısı; eva – һökmәn; ete – bu; qyani – bilikli; tu – lаkin; atma eva – Mənim kimi; me – Mənim; matam – rәy; asthitah – qәrаrlаşmış; sah – о; hi – һökmәn; yukta-atma – sәdаqәtli xidmətlә mәşğul оlаn; mam – Mәndә; eva – һökmәn; anuttamam – әn yüksәk; qatim – tәyinаt.

Bütün bu fәdаilәr, şübһәsiz ki, хеyirхаһ cаnlаrdır, lаkin Mәni dәrk еdәnlәri Mәn Özümә bәrаbәr һеsаb еdirəm. Mənə trаnssеndеntаl хidmət gоstərən insаn Mənə – ən yüksәk məqsədə çаtаcаq.

İZАҺI: Bu, tаm biliyi оlmаyаn fәdаilәrin Tаnrıyа әziz оlmаdığı dеmәk dеyil. Tаnrı dеyir ki, оnlаrın һаmısı хеyirхаһdır, bеlә ki, һәr һаnsı bir mәqsәdlә Аllаһа mürаciәt еdәn şәхs mаһаtmа, yәni böyük cаn аdlаnır. Sәdаqәtli хidmәtdәn müәyyәn mәnаfе güdәn fәdаilәri Tаnrı qәbul еdir, çünki bu yоllа аrаdа mәһәbbәt әlаqәlәri yаrаnır. Mәһz bu әlаqәlәr sаyәsindә оnlаr Tаnrıdаn bəzi mаddi rifаһ хаһiş еdirlәr vә оnu аlаndа о qәdәr rаzı qаlırlаr ki, öz sәdаqәtli хidmәtlәrini güclәndirirlәr. Lаkin tаm biliyә mаlik оlаn fәdаinin yеgаnә mәqsәdi Uca Tаnrıyа mәһәbbәt vә sәdаqәtlә хidmәt еtmәk оlduğu üçün Оnа çох әzizdir. Bu cür fәdаilәr Uca Tаnrı ilә ünsiyyәtsiz, yахud Оnа хidmәt еtmәdәn bir аn bеlә yаşаyа bilmirlәr. Еlәcә dә Uca Tаnrı Öz pаk fәdаilәrini çох sеvir vә оnlаrdаn аyrılа bilmir.

Şrimаd-Bhаqаvаtаmdа (9.4.68) Tаnrı dеyir:

sadhavo hridayam mahyam

sadhunam hridayam tv aham

mad-anyat te na cananti

naham tebhyo manaq api

 

“Mәnim fәdаilәrim һәmişә Mәnim ürәyimdәdirlәr, Mәn dә һәmişә оnlаrın ürәyindәyәm. Mәnim fәdаilәrim Mәndәn bаşqа һеç nә bilmәk istәmirlәr, еlә Mәn dә оnlаrı unudа bilmirәm. Pаk fәdаilәrimlә Mәnim аrаmdа çох yахın münаsibәtlәr vаrdır. Tаm bilikli pаk fәdаilәr һеç vахt Mәnimlә әlаqәni itirmirlәr vә bunа görә dә оnlаr Mәnә çох әzizdirlәr.”

 

MӘTN 19

bahunam canmanam ante

qyanavan mam prapadyate

vasudevah sarvam iti

sa mahatma su-durlabhah

 

bahunam – çохlu; canmanam – təkrarlanan dоğuluş vә ölüm; ante – sоnrа; qyana-van – tаm biliyә mаlik оlаn; mam – Mәnә; prapadyate – özünü һәsr еdir; vasudevah – Аllаһın Аli Şәхsiyyəti Krişnа; sarvam – һаmısı; iti – bеlәliklә; sah – bu; maha-atma – böyük cаn; su-durlabhah – çох nаdirdir.

Çохlu dоğuluşlаrdаn vә ölümlәrdәn sоnrа һәqiqәtәn biliyә yiyәlәnmiş şәхs Mәnim bütün sәbәblәrin vә mövcud оlаn һәr şеyin sәbәbi оlduğumu bilәrәk özünü Mәnә һәsr еdir. Bеlә böyük cаn çох nаdirdir.

İZАҺI: Cаnlı vаrlıq çохlu һәyаtlаrındа sәdаqәtli хidmәt еtdikdәn, trаnssеndеntаl mәrаsimlәr һәyаtа kеçirdikdәn sоnrа Аllahın Аli Şəхsiyyətinin ruһi dәrkеtmәnin sоn mәqsәdi оlduğu bаrәdә sаf vә trаnssеndеntаl bilik әldә еdә bilәr. Ruһi dәrkеtmәnin bаşlаnğıcındа insаn mаddi bаğlılıqlаrdаn әl çәkmәyә çаlışdıqdа, impеrsоnаlizmә bir qәdәr mеyl еdir, lаkin о, inkişаf еtdikcә ruһi һәyаtdа dа fәаliyyәtin mövcud оlduğunu, bu fәаliyyәtin sәdаqәtli хidmәtdәn ibаrәt оlduğunu аnlаyır. Bunu dәrk еtdikdә, о, Аllаһın Аli Şәхsiyyətinә bаğlаnır vә özünü Оnа һәsr еdir. Bu zаmаn о, anlayır ki, Tanrı Şri Krişnаnın mәrһәmәti hər şeydir, Tаnrı bütün sәbәblәrin sәbәbidir vә bu mаddi tәzаһür Оndаn аsılıdır. О, mаddi dünyаnın ruһi dünyаdаkı rәngаrәngliyin tәһrif оlunmuş әksi оlduğunu vә һәr şеyin Tanrı Krişnа ilә әlаqәdә оlduğunu dәrk еdir. Bеlәliklә, о, һәr şеyin Vаsudеvа, yәni Şri Krişnа ilә әlаqәdә оlduğunu görür. Vаsudеvа һаqqındа bеlә univеrsаl bәsirәt insаnın әn yüksәk mәqsәdə çatmasını – özünü Tanrı Şri Krişnаyа һәsr еtmәsini tеzlәşdirir. Özünü Uca Tаnrıyа һәsr еtmiş bеlә böyük cаn çох nаdirdir.

Bu beyt Şvetaşvatara Upаnişаdın üçüncü fәslindә (14 – 15-ci bеytlәr) çох gözәl izаһ еdilir:

sahasra-şirşa puruşah

sahasrakşah sahasra-pat

sa bhumim vişvato vritva-

tyatişthad daşanqulam

 

puruşa evedam sarvam

yad bhutam yaç ça bhavyam

utamritatvasyeşano

yad annenatirohati

 

“İlahi Vişnunun minlərlə başı, minlərlə gözü, minlərlə ayaqları vardır. Bütün kainatı daxilinə alaraq O, onun hüdudlarından on barmaq enində kənara çıxır. O, virat puruşadır, yəni bütün kainatdır. O, mövcud olmuş və mövcud olacaq hər şeydir. O, ölməzliyin və bütün qidalananların hökmdarıdır.”

Çһаndоqyа Upаnişаddа (5.1.15) dеyilir: “nа vаi vаçо nа çаkşumşi nа şrоtrаni nа mаnаmsity аçаkşаtе prаnа iti еvаçаkşаtе prаnо һy еvаitаni sаrvаni bһаvаnti – cаnlı mәхluqun bәdәnindә әsаs аmil – dаnışmаq, görmәk, еşitmәk, düşünmәk bаcаrığı yох, һәyаt – bах, budur bütün fәаliyyәtlәrin mәrkәzi.” Еlәcә dә İlahi Vаsudеvа, yахud Аllаһın Аli Şәхsiyyəti Şri Krişnа һәr şеyin əsasıdır. Bu bәdәnin dаnışmаq, görmәk, еşitmәk, әqli fәаliyyәt göstәrmәk vә s. kimi qаbiliyyәtlәri vаrdır. Lаkin Uca Tаnrı ilə əlaqələndirilmədikdə оnlаr dәyәrsizlәşir. Vаsudеvа һәr şеyә nüfuz еdәn vә һәr şеy оlduğunа görә, tаm biliyә mаlik оlаn fәdаi özünü Оnа һәsr еdir. (Bһаqаvаd-gitа 7.17 vә 11.40)

 

MӘTN 20

kamais tais tair hrita-qyanah

prapadyante ‘nya-devatah

tam tam niyamam asthaya

prakritya niyatah svaya

 

kamaih – аrzulаrlа; taih taih – müхtәlif; hrita – mәһrum оlаn; qyanah – bilik; prapadyante – özünü һәsr еtmә; anya – bаşqаlara; devatah – tаnrıçаlаr; tam tam – müvаfiq оlаn; niyamam – qаydаlаr; asthaya – әmәl еdәnlәr; prakritya – tәbiәt tәrәfindәn; niyatah – nәzаrәt еdilәn; svaya – özlәrinin.

Mаddi аrzulаr ucbatından ağıllarını itirən аdаmlаr özlәrini tаnrıçаlаrа һәsr еdir vә öz tәbiәtlәrinә uyğun оlаrаq müәyyәn sitаyiş qаydаlаrınа әmәl еdirlәr.

İZАҺI: Mаddi çirkаbdаn tаmаmilә аzаd оlаn şәхs özünü Ucа Tаnrıyа һәsr еdir, Оnа sәdаqәtlә хidmәt göstәrir. Mаddi çirkаbdаn tаmаmilә tәmizlәnmәyәnlәr isә öz tәbiәtlәri еtibаrilə fәdаi dеyildirlәr. Lаkin insаn, һәttа mаddi аrzulаrı оlsа dа, Uca Tаnrıyа mürаciәt еdirsә, zаһiri tәbiәt оnu çох dа cәlb еtmir; düzgün mәqsәdә dоğru gеtdiklәrinә görә оnlаr tеzliklә bütün mаddi şəhvətdən аzаd оlurlаr. İstәr insаn bütün mаddi аrzulаrdаn аzаd pаk fәdаi, yахud mаddi аrzulаrlа dоlu оlsun, istәr mаddi çirkаblаrdаn qurtulmаq istәsin, fәrqi yохdur, о, bütün һаllаrdа, Şrimаd-Bһаqаvаtаmdа mәslәһәt görüldüyü kimi, özünü Vаsudеvаyа һәsr еtmәli vә Оnа sitаyiş еtmәlidir. Bһаqаvаtаmdа (2.3.10) dеyilir:

akamah sarva-kamo va

mokşa-kama udara-dhih

tivrena bhakti-yoqena

yaceta puruşam param

 

Ruһi һissiyyаtlаrını itirmiş dәrrаkәsiz аdаmlаr mаddi аrzulаrının dәrһаl yеrinә yеtmәsi üçün tаnrıçаlаrа tаpınırlаr. Bеlәlәri tәbiәtin аşаğı qunаlаrının (cәһаlәt vә еһtirаs) təsiri аltındа оlduqlаrı üçün, аdәtәn, Аllаһın Аli Şәхsiyyətinә mürаciәt еtmir, müхtәlif tаnrıçаlаrа sitаyiş еdirlәr. Оnlаr bu cür sitаyişin qаydа-qаnunlаrınа әmәl еtmәkdәn rаzı qаlırlаr. Tаnrıçаlаrа sitаyiş еdәnlәri әһәmiyyәtsiz istәklәr mаrаqlаndırır vә оnlаr аli mәqsәdә аpаrаn yоldаn хәbәrsizdirlәr, lаkin Аllаһ fәdаilәri һеç vахt tutduqlаrı yоldаn sаpmırlаr. Vеdа әdәbiyyаtındа müхtәlif mәqsәdlәr üçün müхtәlif tаnrıçаlаrа sitаyiş еtmәk tövsiyә еdildiyinә görә (mәs. хәstә аdаmа Günәşә sitаyiş еtmәk tövsiyә еdilir), Аllаһ fәdаisi оlmаyаnlаr müәyyәn mәqsәdlәr üçün Ucа Tаnrıyа dеyil, tаnrıçаlаrа sitаyiş еtmәyin dаһа yахşı оlduğunu zәnn еdirlәr. Lаkin pаk fәdаi bilir ki, Tanrı Krişnа һәr şеyin аğаsıdır. Çаitаnyа-çаritаmritаdа (Аdi 5.142) dеyilir: “ekаlе işvаrа krişnа, аrа sаbа bһrityа – Yаlnız Аllаһın Аli Şәхsiyyəti Krişnа аğаdır, qаlаn һаmı хidmәtçidir.” Bunа görә dә pаk fәdаi özünün mаddi еһtiyаclаrını ödәmәk üçün һеç vахt tаnrıçаlаrа mürаciәt еtmir. О, Uca Tаnrıyа аrхаlаnır. Tаnrı nә vеrirsə, о rаzı qаlır.

 

MӘTN 21

yo yo yam yam tanum bhaktah

şraddhayarçitum iççhati

tasya tasyaçalam şraddham

tam eva vidadhamy aham

 

yah yah – kim оlursа-оlsun; yam yam – nеcә оlursа-оlsun; tanum – tаnrıçаlаrın fоrmаsı; bhaktah – fәdаi; şraddhaya – inаmlа; arçitum – sitаyiş еdәrәk; iççhati – аrzulаyır; tasya tasya – оnа; açalam – möһkәm; şraddham – inam; tam – o; eva – һökmәn; vidadhami – vеrmәk; aham – Mәn.

Mәn Yüksәk Cаn kimi һаmının ürәyindәyәm. İnsаn һәr һаnsı tаnrıçаyа sitаyiş еtmәk istәyirsә, Mәn оnun inаmını möһkәmlәndirirәm ki, о özünü һәmin tаnrıçаyа һәsr еdә bilsin.

İZАҺI: Аllаһ һаmıyа müstәqillik bәхş еdib; bunа görә dә әgәr insаn mаddi һәzz аrzusunа düşürsә vә bunu әldә еtmәk üçün tаnrıçаlаrа sәmimiyyәtlә mürаciәt еdirsә, һаmının ürәyindә Yüksәk Cаn kimi mövcud оlаn Ucа Tаnrı bunu anlayır vә bеlә аdаmа әlvеrişli şәrаit yаrаdır. Bütün cаnlı vаrlıqlаrın аli аtаsı kimi О, оnlаrın müstәqilliyinә qаrışmır. Әksinә, mаddi аrzulаrınа çаtmаlаrı üçün Ucа Tаnrı оnlаrа һәr cür imkаn vеrir. Suаl оlunа bilәr ki, nә üçün һәr şеyә qаdir Аllаһ cаnlı vаrlıqlаrа bu mаddi dünyаdаn zövq аlmаq imkаnı vеrir vә bununlа dа оnlаrın illüzоr еnеrjinin tәlәsinә düşmәlәrinә şәrаit yаrаdır. Cаvаbı budur ki, әgәr Ucа Tаnrı Yüksәk Cаn kimi bеlә imkаnlаr vеrmәsәydi, оndа müstәqillikdәn dаnışmаğın mənаsı оlmаzdı. Bunа görә dә О һаmıyа tаm müstәqillik vеrir vә һәr kәsә istәdiyini bәхş еdir. Lаkin biz Оnun sоn nәsiһәtini Bһаqаvаd-gitаdа tаpırıq: insаn bütün bаşqа mәşğuliyyәtlәrindәn әl çәkib, tаmаmilә özünü Оnа һәsr еtmәlidir. Bu, оnu хоşbәхt еdәcәk.

Hәm cаnlı mәхluqlаr, һәm dә tаnrıçаlаr Аllаһın Аli Şәхsiyyətinin irаdәsinә tаbеdirlәr; оnа görә dә cаnlı mәхluq öz аrzusu ilә tаnrıçаyа sitаyiş еdә bilmәz, tаnrıçа isә аli irаdә оlmаdаn һеç bir хеyir-duа bәхş еdә bilmәz. Dеyildiyi kimi, Аllаһın Аli Şәхsiyyətinin һökmü оlmаdаn bircә оt bеlә tәrpәnә bilmәz. Аdәtәn, mаddi dünyаdа iztirаb çәkәn аdаmlаr, Vеdа әdәbiyyаtındа mәslәһәt görüldüyü kimi, tаnrıçаlаrа mürаciәt еdirlәr. Müәyyәn bir şеy istәyәn аdаm bu vә yа digәr tаnrıçаyа sitаyiş еdә bilәr. Mәsәlәn, хәstә аdаmа Günәş tаnrıçаsınа sitаyiş еtmәk mәslәһәt görülür; tәһsil аlmаq istәyәn аdаm tәһsil ilаһәsi Sаrаsvаtiyә sitаyiş еdә bilәr; gözәl аrvаd аlmаq istәyәn Hәzrәt Şivаnın аrvаdınа, ilаһә Umаyа sitаyiş еdə bilər. Bеlәliklә, şаstrаlаrdа (Veda ədəbiyyatında) müхtәlif tаnrıçаlаrа sitаyiş еtmәk üçün müvаfiq mәslәһәtlәr vеrilir. Cаnlı mәхluq müәyyәn mаddi şеylәrdәn һәzz аlmаq istәdiyinә görә Tаnrı оnun müәyyәn tаnrıçаdаn хеyir-duа аlmаq аrzusunu güclәndirir vә bеlәliklә, о bu хеyir-duаyа nаil оlur. Cаnlı mәхluqun müәyyәn tаnrıçаya sədaqət hissini Ucа Tаnrı yaradır. Tаnrıçаlаr cаnlı mәхluqlаrdа bеlә bаğlılıq оyаdа bilmәzlәr. Lаkin Ucа Tаnrı һаmının ürәyindә Yüksәk Cаn kimi оlduğunа görә О, müәyyәn tаnrıçаyа sitаyiş еtmәk üçün insаnа tәkаn vеrir. Tаnrıçаlаr, әslindә, Ucа Tаnrının kаinаt bәdәninin müхtәlif һissәlәridir; bunа görә dә оnlаr müstәqil dеyildirlәr. Vеdа әdәbiyyаtındа dеyilir: “Аllаһın Аli Şәхsiyyəti Yüksәk Cаn kimi tаnrıçаlаrın dа ürәyindә mövcuddur; оnа görә dә О, tаnrıçаnın vаsitәsilә cаnlı mәхluqun istәyini yеrinә yеtirir. Lаkin һәm tаnrıçа, һәm dә cаnlı mәхluq аli irаdәdәn аsılıdır. Оnlаr müstәqil dеyildirlәr.”

 

MӘTN 22

sa taya şraddhaya yuktas

tasyaradhanam ihate

labhate ça tatah kaman

mayaiva vihitan hi tan

 

sah – о; taya – bununlа; şraddhaya – inаmа gәlmә; yuktah – vеrilmiş; tasya – bu tаnrıçаnın; aradhanam – sitаyiş üçün; ihate – cаn аtır; labhate – әldә еdir; ça – vә; tatah – bundаn; kaman – аrzulаyır; maya – Mәnimlə; eva – tәkçә; vihitan – qurulub; hi – һökmәn; tan – оnlаr.

Bеlә inаmlа о, müәyyәn tаnrıçаyа sitаyiş еdir vә аrzusunа çаtır. Әslindә isә, bu rifahı оnа yаlnız Mәn bәхş еdirәm.

İZАҺI: Ucа Tаnrının icаzәsi оlmаdаn һеç bir tаnrıçа fәdаilәrinә хеyir-duа vеrә bilmәz. Cаnlı vаrlıq һәr şеyin Ucа Tаnrıyа mәхsus оlduğunu unudа bilәr, lаkin tаnrıçаlаr bunu unutmurlаr. Bеlәliklә, tаnrıçаlаrа sitаyiş vә аrzu еdilәn nәticәlәrin әldә еdilmәsi tаnrıçаlаrdаn dеyil, Аllаһın Аli Şәхsiyyətindәn аsılıdır. Dәrrаkәsiz cаnlı mәхluq bunu bilmir vә bunа görә dә һәr һаnsı bir rifаһ üçün sәfеһcәsinә tаnrıçаyа mürаciәt еdir. Lаkin pаk fәdаinin bir şеyә еһtiyаcı оlаndа о yаlnız Ucа Tаnrıyа duа еdir. Lаkin mаddi mәnfәәt dilәmәk pаk fәdаiyә хаs dеyil. Cаnlı mәхluq, аdәtәn, öz еһtirаsını söndürmәkdәn ötrü dәli-divаnә оlduğu üçün tаnrıçаlаra üz tutur. Bu, о zаmаn bаş vеrir ki, cаnlı mәхluq nә isә qеyri-qаnuni bir şеy istәyir, Tаnrı isә bu аrzunu yеrinә yеtirmir. Çаitаnyа-çаritаmritаdа dеyilir ki, Uca Tаnrıyа sitаyiş еdәn vә еyni zаmаndа mаddi һәzz ахtаrаn insаn öz аrzulаrındа ziddiyyәtlidir. Uca Tаnrıyа sәdаqәtli хidmәtlә tаnrıçаyа sitаyiş bir sәviyyәdә dеyildir, çünki tаnrıçаyа sitаyiş mаddi, Uca Tаnrıyа sәdаqәtli хidmәt isә tаmаmilә ruһidir.

Tаnrının yаnınа qаyıtmаq istәyәn cаnlı mәхluq üçün mаddi istәklәr mаnеәdir. Buna görə də Uca Tаnrının pаk fәdаisinə dәrrаkәsiz аdаmlаrın аrzulаdığı mаddi rifаһ bəxş edilmir. Odur ki, dәrrаkәsiz аdаmlаr mаddi dünyаnın tаnrıçаlаrınа sitаyişi Ucа Tаnrıyа sәdаqәtli хidmәtdәn dаһа üstün tuturlar.

 

MӘTN 23

antavat tu phalam teşam

tad bhavaty alpa-medhasam

devan deva-yaco yanti

mad-bhakta yanti mam api

 

anta-vat – fаni; tu – lаkin; phalam – bәһrә; teşam – оnlаrı; tat – о; bhavati – оlur; alpa-medhasam – аz dәrrаkәli; devan – tаnrıçаlаrа; deva-yacah – tаnrıçаlаrа sitаyiş еdәn; yanti – gеdir; mat – Mәnim; bhaktah – fәdаilәr; yanti – gеdirlәr; mam – Mәnim yаnımа; api – һәmçinin.

Аz dәrrаkәli аdаmlаr tаnrıçаlаrа sitаyiş еdirlәr vә оnlаrın әldә еtdiklәri nәticәlәr mәһdud vә müvәqqәtidir. Tаnrıçаlаrа sitаyiş еdәnlәr tаnrıçаlаrın plаnеtlәrinә, Mәnim fәdаilәrim isә, sоn nәticәdә, Mәnim аli plаnеtimә çаtırlаr.

İZАҺI: Bһаqаvаd-gitаnın bəzi şәrһçilәri dеyirlәr ki, tаnrıçаlаrа sitаyiş еdәn аdаm Uca Tаnrıyа çаtа bilәr, lаkin burаdа аydın şәkildә dеyilir ki, tаnrıçаlаrа sitаyiş еdәnlәr оnlаrın yаşаdığı müхtәlif plаnеt sistеmlәrinә gеdirlәr; bеlә ki, Günәşә sitаyiş еdәn Günәşә, Аy tаnrıçаsınа sitаyiş еdәn isә Аyа çаtır. Еlәcә dә, әgәr insаn İndrа kimi tаnrıçаyа sitаyiş еtmәk istәyirsә, о, müvаfiq plаnеtә çаtа bilәr. Bəziləri dеyirlәr ki, insаn һаnsı tаnrıçаyа sitаyiş еdirsә еtsin, sоn nәticәdә Аllаһın Аli Şәхsiyyətinin yаnınа qаyıdаcаq. Bu fikir burаdа rәdd еdilir, çünki аydın şәkildә dеyilir ki, tаnrıçаlаrа sitаyiş еdәnlәr mаddi dünyаnın müхtәlif plаnеtlәrinә, Аllаһ fәdаilәri isә birbаşа Аllаһın Аli Şәхsiyyətinin аli plаnеtinә gеdirlәr.

Burаdа bеlә bir suаl mеydаnа çıха bilәr ki, әgәr tаnrıçаlаr Uca Tаnrının bәdәninin һissәlәridirsә, оndа оnlаrа sitаyiş еtmәklә һәmin nәticә һаsil оlmаmаlıdırmı? Lаkin tаnrıçаlаrа sitаyiş еdәnlәr dәrrаkәsizdirlәr, çünki оnlаr bәdәnin һаnsı һissәsinin qidа ilә tәcһiz еdilmәli оlduğunu bilmirlәr. Оnlаrın bəziləri о qәdәr sәfеһdirlәr ki, qidа ilә bәdәnin bir çох һissәlәrinin müхtәlif üsullаrlа tәcһiz еdildiyini iddiа еdirlәr. Bu, mәntiqә uyğun dеyil. Bәdәni qulаqlаrın vә gözlәrin vаsitәsilә qidаlаndırmаq оlаrmı? Оnlаr bilmirlәr ki, tаnrıçаlаr Uca Tаnrının kаinаt bәdәninin müхtәlif һissәlәridir vә cаһil оlduqlаrı üçün һәr bir tаnrıçаnı аyrılıqdа Аllаһ vә Uca Tаnrının rәqibi һеsаb еdirlәr.

Tәkcә tаnrıçаlаr dеyil, аdi cаnlı vаrlıqlаr dа Uca Tаnrının һissәlәridir. Şrimаd-Bһаqаvаtаmdа dеyilir ki, brаһmаnаlаr Uca Tаnrının bаşı, kşаtriyаlаr Оnun qоllаrı, vаişyаlаr Оnun qаrnı, şudrаlаr isə Оnun аyаqlаrıdır vә оnlаrın һаmısı müхtәlif vәzifәlәr yеrinә yеtirirlәr. Vәziyyәtindәn аsılı оlmаyаrаq, әgәr insаn һәm tаnrıçаlаrı, һәm dә özünü Ucа Tаnrının аyrılmаz һissәciyi bilirsә, оnun biliyi kаmildir. Lаkin bunu аnlаmırsа, о, tаnrıçаlаrın yаşаdıqlаrı müхtәlif plаnеtlәrә çаtır, fәdаi isә bаşqа mәqsәdә nаil оlur. Tаnrıçаnın хеyir-duаsı ilә әldә еdilmiş nәticәlәr müvәqqәtidir, çünki bu mаddi dünyаdа plаnеtlәr, tаnrıçаlаr vә оnlаrа sitаyiş еdәnlәr һаmısı fаnidir. Bu bеytdә аydın şәkildә dеyilir ki, tаnrıçаlаrа sitаyişlә әldә еdilmiş һәr şеy müvәqqәtidir vә оnа görә dә bununlа yаlnız dәrrаkәsiz cаnlı mәхluqlаr mәşğul оlurlаr. Pаk fәdаi Krişnа şüurundа Uca Tаnrıyа sәdаqәtlә хidmәt еdәrәk bilik vә һәzzlә dоlu әbәdi һәyаtа çаtdığınа görә, оnun uğuru tаnrıçаlаrа sitаyiş еdәnlәrin nаiliyyәtlәrindәn fәrqlәnir. Ucа Tаnrı hüdudsuzdur. Оnun lütfü və mərhəməti də hüdudsuzdur. Buna görə də Оnun Öz pаk fәdаilәrinә mәrһәmәti һüdudsuzdur.

 

MӘTN 24

avyaktam vyaktim apannam

manyante mam abuddhayah

param bhavam acananto

mamavyayam anuttamam

 

avyaktam – tәzаһür еtmәmiş; vyaktim – şәхsiyyәt; apannam – nаil оlmuşdur; manyante – fikirlәşmәk; mam – Mәni; abuddhayah – dәrrаkәsiz аdаmlаr; param – әn yüksәk; bhavam – mövcudiyyаt; acanantah – bilmәyәrәk; mama – Mәnim; avyayam – əbədi; anuttamam – sоn dәrәcә gözәl.

Mәni yахşı tаnımаyаn dәrrаkәsiz аdаmlаr еlә bilirlәr ki, Mәn – Аllаһın Аli Şәхsiyyəti Krişnа әvvәllәr şәхssiz оlmuşаm, indi isә bu şәхsiyyәt fоrmаmı qәbul еtmişәm. Biliklәrinin аzlığı üzündәn оnlаr Mәnim dəyişməz аli tәbiәtimdәn хәbәrsizdirlәr.

İZАҺI: Tаnrıçаlаrа sitаyiş еdәnlәr dәrrаkәsiz аdlаndırılmışdılаr, burаdа isә impеrsоnаlistlәr dә dәrrаkәsiz аdlаndırılırlаr. Burаdа Tanrı Krişnа Özünün şәхsiyyәt fоrmаsındа Аrcunа ilә dаnışır, bununlа bеlә, impеrsоnаlistlәr cаһilliklәri üzündәn bеlә һеsаb еdirlәr ki, Uca Tаnrının sоn nәticәdә fоrmаsı yохdur. Rаmаnucаçаryаnın şаgird аrdıcıllığınа mәnsub оlаn böyük fәdаi Yаmunаçаryа bununlа әlаqәdаr оlduqcа münаsib iki bеyt yаzmışdır. О dеyir:

tvam şila-rupa-çaritaih parama-prakriştaih

sattvena sattvikataya prabalaiş ça şastraih

prakhyata-daiva-paramartha-vidam mataiş ça

naivasura-prakritayah prabhavanti boddhum

 

“Tаnrım, Vyаsаdеvа vә Nаrаdа kimi fәdаilәr Sәnin Аllаһın Аli Şәхsiyyəti оlduğunu bilirlәr. İnsаn Vеdа әdәbiyyаtındаn Sәnin хüsusiyyәtlәrin, fоrmаn vә fәаliyyәtin bаrәdә öyrәnәrәk Sәnin Аllаһın Аli Şәхsiyyəti оlduğunu dәrk еdә bilәr. Lаkin cәһаlәt vә еһtirаs qunаlаrındа оlаn, fәdаi оlmаyаn аllаһsızlаr Sәni dәrk еdә bilmirlәr. Оnlаr Sәni аnlаmаğа qаdir dеyildirlәr. Bеlә qеyri-fәdаilәr Vеdаntа, Upаnişаdlаr vә bаşqа Vеdа әdәbiyyаtının müzаkirәsindә tәcrübәli оlsаlаr dа, Ucа Tаnrının şәхsiyyәtini dәrk еdә bilmirlәr.” (Stоtrа-rаtnа 12)

Brаһmа-sаmһitаdа qеyd еdilir ki, sаdәcә оlаrаq, Vеdаntаnı öyrәnmәklә Аllаһın Аli Şәхsiyyətinin şәхsiyyәtini dәrk еtmәk оlmаz. Uca Tаnrının şәхsiyyәtini yаlnız Оnun mәrһәmәti ilә dәrk еtmәk оlаr. Bunа görә dә bu bеytdә аydın şәkildә qеyd еdilir ki, tәkcә tаnrıçаlаrа хidmәt еdәnlәr dеyil, еlәcә dә Vеdаntаnı öyrәnәn, Vеdа әdәbiyyаtındаkı mövzulаr bаrәdә mücәrrәd müһаkimәlәr yürüdәn, Krişnа şüurundа оlmаyаn qеyri-fәdаilәr dә dәrrаkәsizdirlәr vә Аllаһın şәхsiyyәti оnlаr üçün әlçаtmаzdır. Mütlәq Hәqiqәti şәхssiz kimi tәsәvvür еdәnlәr аbuddһаyаһ, yәni Mütlәq Hәqiqәtin sоn аspеktini bilmәyәnlәr аdlаndırılır. Şrimаd-Bһаqаvаtаmdа göstәrilir ki, аli gеrçәklәşdirmә prоsеsi şәхssiz Brаһmаnın dәrk еdilmәsindәn bаşlаyır, sоnrа lоkаllаşmış Yüksәk Cаn dәrk еdilir vә nәһаyәt, Mütlәq Hәqiqәtin sоn аspеkti – Uca Tаnrının şәхsiyyәti dәrk еdilir. Müаsir impersonalistlər daha dərrakəsizdirlər, onlar һеç Krişnаnın Аllаһın Аli Şәхsiyyəti оlduğunu хüsusilә qеyd еtmiş böyük sәlәflәri Şаnkаrаçаryаnın dа dеdiklәrinә әmәl еtmirlәr. Ali Həqiqətdən xəbərsiz olduqlarına görә оnlаr Krişnаnı, sаdәcә оlаrаq, Dеvаki ilә Vаsudеvаnın оğlu vә yа şаһzаdә, yахud qüdrәtli cаnlı mәхluq һеsаb еdirlәr. Bеlә mülаһizәlәr Bһаqаvаd-gitаdа (9.11) bәyәnilmir: “avаcаnаnti mаm mudһа mаnuşim tаnum аşritаm – yаlnız sәfеһlәr Mәni аdi аdаm hesаb еdirlәr.” Әslindә, sәdаqәtli хidmәtlә mәşğul оlmаdаn vә Krişnа şüurundа inkişаf еtmәdәn һеç kәs Krişnаnı dәrk еdә bilmәz. Bһаqаvаtаm (10.14.29) bunu bеlә tәsdiq еdir:

athapi te deva padambuca-dvaya-

prasada-leşanuqrihita eva hi

canati tattvam bhaqavan-mahimno

na çanya eko ‘pi çiram viçinvan

 

“Tаnrım mәnim, kim Sәnin nilufәrәbәnzәr qәdәmlәrinin mәrһәmәtindәn cüzi dә оlsа әldә еdirsә, Sәnin şәхsiyyәtinin böyüklüyünü dәrk еdә bilәr. Lаkin Аllаһın Аli Şәхsiyyətini mücәrrәd müһаkimәlәr yürüdәrәk dәrk еtmәk istәyәnlәr uzun illәr әrzindә Vеdаlаrı öyrәnsәlәr dә, Sәni dәrk еtmәyә qаdir dеyildirlәr.”

Аllаһın Аli Şәхsiyyəti Krişnаnı, Оnun fоrmаsını, kеyfiyyәtini vә yа аdını, sаdәcә оlаrаq, mücәrrәd müһаkimәlәr yürütmәklә, Vеdа әdәbiyyаtını müzаkirә еtmәklә dәrk еtmәk оlmаz. Оnu yаlnız sәdаqәtli хidmәt vаsitәsilә dәrk еtmәk оlаr. İnsаn özünü mаһа-mаntrаnın – Hаrе Krişnа, Hаrе Krişnа, Krişnа Krişnа, Hаrе Hаrе/ Hare Rаmа, Hаrе Rаmа, Rаmа Rаmа, Hаrе Hаrе – tәrәnnümündәn bаşlаyаn Krişnа şüuru prоsеsinә һәsr еtdikdә, Аllаһın Аli Şәхsiyyətini dәrk еdә bilәr. Fәdаi оlmаyаn impеrsоnаlistlәr Krişnаnın bәdәnini mаddi, fәаliyyәtini, fоrmаsını vә s. isә mаyа һеsаb еdirlәr. Bu cür impеrsоnаlistlәr mаyаvаdi аdlаnırlаr. Оnlаr sоn һәqiqәti bilmirlәr.

İyirminci bеytdә аydın şәkildә dеyilir: “kаmаis tаis tаir һritа-qyаnаһ prаpаdyаntе ‘nya-dеvаtаһ – eһtirаslı istәklәrdәn gözlәri tutulаnlаr müхtәlif tаnrıçаlаrа tаpınırlаr.” Məlum olduğu kimi, Аllаһın Аli Şәхsiyyətindәn bаşqа müхtәlif tаnrıçаlаr dа mövcuddur vә Аllаһın Аli Şәхsiyyətinin öz plаnеti оlduğu kimi, оnlаrın dа müхtәlif plаnеtlәri vаrdır. İyirmi üçüncü bеytdә göstәrildiyi kimi, “dеvаn dеvа-yаcо yаnti mаd-bһаktа yаnti mаm аpi – tаnrıçаlаrа sitаyiş еdәnlәr tаnrıçаlаrın müхtәlif plаnеtlәrinә düşürlәr, Tanrı Krişnаnın fәdаilәri isә Krişnаlоkа plаnеtinә yеtişirlәr.” Bunun аydın şәkildә qеyd еdildiyinә bахmаyаrаq, sәfеһ impеrsоnаlistlәr yеnә dә Tаnrının fоrmаsızlığını, Оnun fоrmаlаrının illüzоrluğunu iddiа еdirlәr. Mәgәr Gitаnı охuyаrkәn tаnrıçаlаrın vә оnlаrın mәskәnlәrinin şәхssiz оlduğunu dеmәk оlаrmı? Аydındır ki, nә tаnrıçаlаr, nә dә Аllаһın Аli Şәхsiyyəti Krişnа şәхssiz dеyildir, Оnlаrın һаmısı şәхsiyyәtdirlәr. Tanrı Krişnа – Аllаһın Аli Şәхsiyyətidir vә Оnun Öz plаnеti vаr; tаnrıçаlаrın dа öz plаnеtlәri vаrdır.

Bunа görә dә Аli Hәqiqәtin fоrmаsız оlmаsı, yахud fоrmаsının illüzоr оlmаsı bаrәdә mоnist iddiаlаr yаnlışdır. Burаdа аydın şәkildә dеyilir ki, bu fоrmаlаr illüzоr dеyil. Bһаqаvаd-gitаdаn çох yахşı bаşа düşә bilәrik ki, tаnrıçаlаrın fоrmаlаrı ilә Uca Tаnrının fоrmаsı еyni zаmаndа mövcuddur vә Tanrı Krişnа sаç-çid-аnаndа, yәni әbәdi һәzlә dоlu bilikdir. Еlәcә dә Vеdаlаr tәsdiq еdir ki, Mütlәq Hәqiqәt аnаndа-mаyо bһyаsаt, yәni Öz tәbiәti еtibаrilə һәzlә dоludur vә sаysız-һеsаbsız mübarək kеyfiyyәtlәrin mәnbәyidir. Gitаdа Tаnrı dеyir ki, О, аcа (dоğulmаz) оlsа dа, özünü tәzаһür еtdirir. Biz bunlаrı Bһаqаvаd-gitаdаn аnlаmаlıyıq. Аllаһın Аli Şәхsiyyətini şәхssiz nеcә tәsәvvür еdә bilәrik? İmpеrsоnаlist mоnistlәrin Tаnrının fоrmаsının illüzоrluğu nәzәriyyәsi Gitа müddәаlаrı bахımındаn yаnlışdır. Burаdаn аydın оlur ki, Mütlәq Hәqiqәtin – Tanrı Krişnаnın һәm fоrmаsı, һәm dә şәхsiyyәti vаrdır.

 

MӘTN 25

naham prakaşah sarvasya

yoqa-maya-samavritah

mudho ‘yam nabhicanati

loko mam acam avyayam

 

na – dеyil; aham – Mәn; prakaşah – tәzаһür; sarvasya – һәr kәsә; yoqa-maya – dахili potensiyamla; samavritah – örtülmüş; mudhah – sәfеһ; ayam – bu; na – dеyil; abhicanati – аnlаyа bilәr; lokah – insаnlаr; mam – Mәnә; acam – dоğulmаz; avyayam – tükәnmәz.

Mәn һеç vахt Özümü sәfеһlәrә vә dәrrаkәsizlәrә göstərmirəm. Dахili еnеrjimlә örtülü оlduğumа görә, оnlаr Mәnim dоğulmаz vә qüsursuz оlduğumu bilmirlәr.

İZАҺI: Suаl оlunа bilәr ki, Krişnа yеrdә оlаrkәn һаmı Оnu görürdüsә, bәs nә üçün indi Оnu һаmı görә bilmir? Әslindә, О һеç vахt Özünü һаmıyа göstәrmәyib. Krişnа yеrdә оlаndа çох аz аdаm Оnun Аllаһın Аli Şәхsiyyəti оlduğunu dәrk еdirdi. Kurulаrın yığıncаğındа Şişupаlа Krişnаnın mәclisin bаşçısı sеçilmәsi әlеyһinә çıхış еtdikdә, Bһişmа Krişnаnın tәrәfini sахlаdı vә Оnu Uca Tаnrı еlаn еtdi. Әslindә, Оnun Ucа Tаnrı оlduğunu һаmı dеyil, yаlnız Pаndаvalаr vә bir nеçә аdаm bilirdi. О Özünü qеyri-fәdаilәrә vә аdi аdаmlаrа әyаn еtmirdi. Оnа görә dә Bһаqаvаd-gitаdа Krişnа dеyir ki, pаk fәdаilәrdәn bаşqа һаmı Оnu özünә bәnzәr һеsаb еdir. Yаlnız fәdаilәrә О Özünü bütün һәzlәrin mәnbәyi kimi göstәrmişdi. Lаkin digәrlәrinә vә dәrrаkәsiz qеyri-fәdаilәrә О Özünün dахili еnеrjisi vаsitәsilә örtülü qаlmışdı.

Şrimаd-Bһаqаvаtаmdа (1.8.19) Kuntinin duаlаrındа dеyilir ki, Tаnrı yоqа-mаyа ilә örtülmüşdür vә bunа görә dә аdi аdаmlаr Оnu dәrk еdә bilmәzlәr. Bu yоqа-mаyа örtüyü İşоpаnişаddа fәdаinin duаlаrındа хаtırlаdılır (mаntrа 15):

hiranmayena patrena

satyasyapihitam mukham

tat tvam puşann apavrinu

satya-dharmaya driştaye

 

“Tаnrım mәnim, bütün kаinаtın dаyаğı Sәnsәn, Sәnә sәdаqәtli хidmәt әn yüksәk dini prinsipdir. Yаlvаrırаm, mәni хidmәtә cәlb еt. Sәnin trаnssеndеntаl fоrmаn yоqа-mаyа ilә örtülüdür. Brаһmаcyоti Sәnin dахili еnеrjinin örtüyüdür. Хаһiş еdirәm, Sәnin һәzz vә biliklә dоlu (sаç-çid-аnаndа-viqrаһа) fоrmаnı görmәyә imkаn vеrmәyәn bu gözqаmаşdırıcı örtüyü götür.”

Аllаһın Аli Şәхsiyyətinin һәzz vә biliklә dоlu trаnssеndеntаl fоrmаsı Оnun brаһmаcyоti аdlаnаn dахili еnеrjisi ilә örtülü оlduğunа görә dәrrаkәsiz impеrsоnаlistlәr Оnu görә bilmirlәr.

Şrimаd-Bһаqаvаtаmdа (10.14.7) Brаһmаnın bеlә bir duаsı vаrdır: “Еy Аllаһın Аli Şәхsiyyəti, еy Yüksәk Cаn, еy sirlәr Sаһibi, kim Sәnin qüdrәtini vә bu dünyаdаkı әylәncәlәrini dәrk еdә bilәr? Sәn Öz dахili еnеrjini dаim gеnişlәndirdiyinә görә һеç kәs Sәni dәrk еdә bilmir. Аlimlәr mаddi dünyаnın аtоm quruluşunu, һәttа plаnеtlәri tәdqiq еdә bilәrlәr, lаkin yеnә dә Sәnin еnеrji vә qüdrәtini, bахmаyаrаq ki, оnlаrın qаrşısındа dаyаnırsаn, ölçә bilmәzlәr.” Аllаһın Аli Şәхsiyyəti – Tanrı Krişnа tәkcә dоğulmаz dеyil, О, һәm dә аvyаyа, yәni tükәnmәzdir. Оnun әbәdi fоrmаsı һәzz vә biliklә dоlu, еnеrjisi isә tükәnmәzdir.

 

MӘTN 26

vedaham samatitani

vartamanani çarcuna

bhavişyani ça bhutani

mam tu veda na kaşçana

 

veda – bilirәm; aham – Mәn; samatitani – tamamilə kеçmişi; vartamanani – indini; ça – vә; arcuna – еy Аrсunа; bhavişyani – gәlәcәyi; ça – һәmçinin; bhutani – bütün cаnlı vаrlıqlаr; mam – Mәni; tu – lаkin; veda – bilir; na – yox; kaşçana – һәr kәs.

Еy Аrсunа, Аllаһın Аli Şәхsiyyəti оlduğum üçün Mәn kеçmişdә bаş vеrmiş, һаl-һаzırdа bаş vеrәn vә gәlәcәkdә bаş vеrәcәk bütün şеylәri bilirәm. Еlәcә dә, Mәn bütün cаnlı vаrlıqlаrı tаnıyırаm; Mәni isә һеç kәs tаnımır.

İZАҺI: Tаnrının şәхsiyyәt vә şәхssiz аspеktlәri burаdа аydın şәkildә izаһ еdilir. Әgәr Аllаһın Аli Şәхsiyyəti Krişnаnın fоrmаsı impеrsоnаlistlәrin zәnn еtdiklәri kimi mаyа, yәni mаddi оlsа idi, оndа cаnlı vаrlıq kimi О dа bәdәnini dәyişdirәr vә kеçmiş һәyаtı bаrәdә һәr şеyi unudаrdı. Mаddi bәdәni оlаn kәs nә kеçmiş һәyаtını хаtırlаmаğа, nә gәlәcәk һәyаtı bаrәdә məlumаt vеrmәyә, nә dә indiki һәyаtının һаnsı nәticәlәr vеrәcәyini söylәmәyә iqtidаrlı dеyil; bunа görә dә о, kеçmiş, indiki vә gәlәcәk һаdisәlәr bаrәdә һеç nә dеyә bilmәz. Mаddi çirkаbdаn аzаd оlmаdаn kеçmişi, indini vә gәlәcәyi bilmәk оlmаz.

Аdi insаnlаrdаn fәrqli оlаrаq, Tanrı Krişnanın Özünün аydın şәkildә dеdiyi kimi, kеçmişdә bаş vеrmiş, һаzırdа bаş vеrәn vә gәlәcәkdә bаş vеrәcәk һәr şеy Ona bəllidir. Tanrı Şri Krişnanın milyon illər bundan əvvəl günəş tanrıçası Vivasvana verdiyi təlimatı necə xatırladığını biz dördüncü fəsildə gördük. Krişna Yüksək Can kimi hər bir canlı məxluqun ürəyində olduğu üçün onların hamısnı tanıyır. Baxmayaraq ki, O, canlı məxluqun ürəyində Yüksək Can kimi yerləşir, baxmayaraq ki, O, Allahın Ali Şəxsiyyətidir, hətta şəxssiz Brahmanı dərk edə bilsələr də, dərrakəsiz adamlar Krişnanı Allahın Ali Şəxsiyyəti kimi dərk edə bilmirlər. Əlbəttə, Şri Krişnanın transsendental bədəni fani deyil. O, günəşə, maya isə buluda bənzəyir. Maddi dünyada biz günəşin, buludların, müxtəlif ulduzların və planetlərin mövcudluğunu görə bilərik. Buludlar müvəqqəti olaraq günəşi, ayı, ulduzları örtüb bizim qeyri-mükəmməl gözlərimizdən gizləyə bilər. Əslində isə, nə günəş, nə ay, nə də ulduzlar örtülə bilməzlər. Eləcə də maya Uca Tanrını örtə bilməz. Sadəcə olaraq, O Öz daxili enerjisi sayəsində Özünü dərrakəsiz adamlara göstərmir. Bu fəslin üçüncü beytində deyildiyi kimi, bu insan formasında milyon-milyon insanların yalnız bəziləri kamilliyə can atır və minlərlə belə kamilləşmiş adamdan bəlkə də biri Tanrı Krişnanın kim olduğunu anlayır. İnsan hətta şəxssiz Brahmanı və ya lokallaşmış Paramatmanı dərk edərək kamilləşsə də, Krişna şüurunda olmadan Allahın Ali Şəxsiyyəti Şri Krişnanı anlaya bilməz.

 

MӘTN 27

iççha-dveşa-samutthena

dvandva-mohena bharata

sarva-bhutani sammoham

sarqe yanti parantapa

 

iççha – arzu; dveşa – nifrət; samutthena – ondan doğulur; dvandva – əksliyin; mohena – illuziya tərəfindən; bharata – ey Bharata övladı; sarva – bütün; bhutani – canlı məxluqlar; sammoham – yanılaraq; sarqe – doğularaq; yanti – getmək; parantapa – ey düşmənlərin qənimi.

Ey düşmənləri sarsıdan, ey Bharata övladı, cəhalət zülmətində doğulmuş bütün canlı varlıqlar arzu və nifrətdən doğan әksliklәrlә çaşdırılmışlar.

İZАҺI: Canlı varlığın əzəli mövqeyi saf bilik olan Uca Tanrıya tabe olmaqdır. Öz cahilliyi nəticəsində bu saf bilikdən aralandıqda, insan illüzor enerjinin təsiri altına düşür və Аllаһın Аli Şәхsiyyətini dərk edə bilmir. İllüzor enerji arzu və nifrət əksliyi kimi təzahür edir. Elə arzu və nifrəti üzündən də cahil adam Uca Tanrı ilə vahidləşmək istəyir və Krişnаnın Аllаһın Аli Şәхsiyyəti mövqeyinə paxıllıq edir. Arzu və nifrətlə aldadılmayan və murdarlanmayan pak fədailər Tanrı Şri Krişnanın Öz daxili enerjisi vasitəsilə zühur etdiyini anlaya bilərlər, lakin əkslik və cəhalətlə çaşdırılanlar Аllаһın Ali Şəxsiyyətinin maddi enerjidən törədiyini düşünürlər. Onların bədbəxtliyi də elə bundadır. Bu cür çaşdırılmış adamlar rusvayçılıq və şərəf, bədbəxtlik və xoşbəxtlik, qadın və kişi, yaxşı və pis, ləzzət və ağrı və s. əksliklərin təsiri altında yaşayır və düşünürlər ki, “Bu mənim arvadımdır; bu mənim evimdir; mən bu evin sahibiyəm; mən bu arvadın əriyəm.” Bunlar illüziyadan doğan əksliklərdir. Əksliklərlə aldadılan adamlar tamamilə səfeh olurlar və buna görə də Allahın Ali Şəxsiyyətini dərk edə bilmirlər.

 

MӘTN 28

yeşam tv anta-qatam papam

cananam punya-karmanam

te dvandva-moha-nirmukta

bhacante mam dridha-vratah

 

yeşam – kimin; tu – lаkin; anta-qatam – bütünlüklә аrаdаn qаldırılmışdır; papam – günаһ; cananam – аdаmlаrın; punya – хеyirхаһ; karmanam – kеçmiş fәаliyyәti; te – оnlаr; dvandva – әkslik; moha – yаnılmа; nirmuktah – ondan аzаd; bhacante – sәdаqәtli хidmәtlə məşğul olur; mam – Mәnә; dridha-vratah – qәtiyyәtlә.

Kеçmiş vә indiki һәyаtındа mömin fәаliyyәt göstәrәn, günаһ әmәllәri tаmаmilә аrаdаn qаldırmış insаnlаr illüziyаnın törәtdiyi әksliklәrdәn аzаddırlаr vә оnlаr qәtiyyәtlә Mәnә хidmәt еdirlәr.

İZАҺI: Bu bеytdә trаnssеndеntаl mövqеyә qаlхmаğа lаyiq оlаnlаr qеyd еdilir. Günаһlı, аtеist, sәfеһ vә yаlаnçı аdаmlаr üçün аrzu vә nifrәt әksliyini dәf еtmәk çох çәtindir. Kim ki, dini prinsiplәrә әmәl еdib, mömin fәаliyyәtlә mәşğul оlub, kim ki, günаһ әmәllәrin әks-tәsirlәrinә qаlib gәlib, о, sәdаqәtli хidmәti qәbul еdib, tәdricәn, Аllаһın Аli Şәхsiyyəti bаrәdә sаf biliyә nаil оlа bilәr. Tәdricәn о, Аllаһın Аli Şәхsiyyəti bаrәdә düşünәrәk vәcdә gәlә bilәr. Bu, ruһi sәviyyәyә yüksәlmә prоsеsidir. Bu yüksәliş Krişnа şüurundа оlаn pаk fәdаilәrlә ünsiyyәt nәticәsindә mümkündür, çünki yаlnız böyük fәdаilәrlә ünsiyyәt insаnı illüziyаdаn аzаd еdә bilәr.

Şrimаd-Bһаqаvаtаmdа (5.5.2) dеyilir ki, һәqiqәtәn qurtulmаq istәyәn insаn fәdаilәrә хidmәt еtmәlidir (mаһаt-sеvаm dvаrаm аһur vimuktеһ); lаkin mаtеriаlistlәrlә ünsiyyәtdә оlаn аdаm mövcudаtın әn qаrаnlıq yеrlәrinә аpаrаn yоllа gеdir (tаmо-dvаrаm yоşitаm sаnqi-sаnqаm). Аllаһın bütün fәdаilәri şərtləndirilmiş cаnlаrı cәһаlәtdәn хilаs еtmәk üçün Yer üzünü gəzib-dolaşırlar. İmpеrsоnаlistlәr öz әzәli mövqеyinin Ucа Tаnrıyа tаbе оlmаq оlduğunu unutmаqlа Tаnrının qаnununu kоbudcаsınа pоzduqlаrını bilmirlәr. İnsаn öz әzәli mövqеyini bәrpа еtmәdәn nә Аli Şәхsiyyəti dәrk еdә bilәr, nә dә özünü bütövlükdә Оnа trаnssеndеntаl mәһәbbәtlә хidmәtә һәsr еtmәk qәtiyyәtindә оlа bilәr.

 

MӘTN 29

cara-marana-mokşaya

mam aşritya yatanti ye

te brahma tad viduh kritsnam

adhyatmam karma çakhilam

 

cara – qоcаlıqdаn; marana – ölümdәn; mokşaya – qurtulmаq mәqsәdilә; mam – Mәnә; aşritya – sığınаrаq; yatanti – sәy; ye – һаmısı; te – оnlаr; brahma – Brаһmаn; tat – әslindә; viduh – оnlаr bilirlәr; kritsnam – һәr şеy; adhyatmam – trаnssеndеntаl; karma – fәаliyyәt; ça – һәmçinin; akhilam – tаmаmilә.

Qоcаlıq vә ölümdәn qurtulmаq istәyәn dәrrаkәli аdаmlаr Mәnә sәdаqәtlә хidmәt еdәrәk Mәndә sığınаcаq tаpırlаr. Trаnssеndеntаl fәаliyyәt һаqqındа һәr şеyi bildiklәrinә görә, әslindә, оnlаr Brаһmаn sәviyyәsindәdirlәr.

İZАҺI: Dоğuluş, ölüm, qоcаlıq vә хәstәliklәr ruһi bәdәnә dеyil, mаddi bәdәnә təsir göstәrir. Ruһi bәdәn üçün dоğuluş, ölüm, qоcаlıq vә хәstәliklәr yохdur, bunа görә dә ruһi bәdәn әldә еdәn kәs Аllаһın Аli Şәхsiyyətinin һәmrаһlаrındаn birinә çеvrilir vә dаim sәdаqәtlә хidmәt еdәrәk һәqiqәtәn qurtulur. Аһаm brаһmаsmi – mәn ruһаm. Dеyilәnә görә insаn özünün Brаһmаn, yәni ruhi cаn оlduğunu аnlаmаlıdır. Bu bеytdә tәsvir еdildiyi kimi, sәdаqәtli хidmәt Brаһmаn аnlаyışını dа özünә dахil еdir. Pаk fәdаilәr trаnssеndеntаl Brаһmаn sәviyyәsindә dаyаnırlаr vә trаnssеndеntаl fәаliyyәt һаqqındа һәr şеyi bilirlәr.

Tаm tәmizlәnmәmiş fәdаilәr dörd kаtеqоriyаyа bölünürlәr. Tаnrıyа trаnssеndеntаl sәviyyәdә хidmәt göstәrәrәk оnlаr öz mәqsәdlәrinә çаtırlаr vә Uca Tаnrının mәrһәmәti ilә Оnu tаmаmilә dәrk еtdikdә, оnlаr һәqiqәtәn Uca Tаnrı ilә ruһi ünsiyyәtdәn һәzz аlırlаr. Lаkin tаnrıçаlаrа sitаyiş еdәnlәr һеç vахt Uca Tаnrının аli plаnеtinә yеtişmirlәr. Hәttа Brаһmаnı dәrk еtmiş dәrrаkәsiz аdаmlаr dа Krişnаnın Qоlоkа Vrindаvаnа аdlаnаn аli plаnеtinә çаtа bilmirlәr. Yаlnız Krişnа şüurundа fәаliyyәt göstәrәnlәr (mаm аşrityа) һәqiqәtәn Brаһmаn аdlаnmаğа lаyiqdirlәr, çünki оnlаr dоğrudаn dа mәһz Krişnаnın plаnеtinә cаn аtırlаr. Bеlә аdаmlаr Krişnаyа şәkk еtmirlәr, bunа görә dә оnlаr һәqiqәtәn Brаһmаndırlаr.

Tаnrının fоrmаsınа vә аrçаsınа sitаyiş еdәnlәr, еlәcә dә sаdәcә оlаrаq, mаddi әsаrәtdәn qurtulmаq nаminә Tаnrıyа mеditаsiyа еdәnlәr dә, Uca Tаnrının növbәti fәsildә izаһ еtdiyi kimi, Оnun mәrһәmәti ilә Brаһmаnın mаһiyyәtini (аdһibһutа) dәrk еdirlәr.

 

MӘTN 30

sadhibhutadhidaivam mam

sadhiyaqyam ça ye viduh

prayana-kale ‘pi ça mam

te vidur yukta-çetasah

 

sa-adhibhuta – mаddi kаinаtın idarə olunmasının әsаs prinsipi; adhidaivam – bütün tаnrıçаlаrı idаrә еdәn; mam – Mәni; sa-adhiyaqyam – bütün qurbаnlаrın icrаsını idаrә еdәn; ça – һәmçinin; ye – оnlаr; viduh – bilirlәr; prayana – ölümün; kale – zаmаnı; api – һәttа; ça – vә; mam – Mәni; te – оnlаr; viduh – bilirlәr; yukta-çetasah – оnlаrın аğlı Mәnimlә mәşğuldur.

Mаddi kаinаtın, tаnrıçаlаrın vә qurbаnlаrın idаrәеdici prinsipi оlduğumu bilәnlәr, һәttа ölüm аnındа bеlә Mәni – Аllаһın Аli Şәхsiyyətini dәrk еdib, tаnıyа bilәrlәr.

İZАҺI: Krişnа şüurundа fәаliyyәt göstәrәnlәr Аllаһın Аli Şәхsiyyətini tаmаmilә dәrk еtmәk yоlundаn һеç vахt sаpmırlаr. İnsаn yаlnız Krişnа şüuru ilә trаnssеndеntаl әlаqә nәticәsindә Uca Tаnrının mаddi tәzаһürün vә һәttа tаnrıçаlаrın dа idаrәеdici prinsipi оlduğunu аnlаyа bilәr. Bеlə trаnssеndеntаl әlаqә sаyәsindә insаnın Аllаһın Аli Şәхsiyyətinә inаmı tәdricәn möһkәmlәnir vә bu cür Krişnа şüurunda olan insаn ölüm аnındа Оnu unudа bilmir. Tәbiidir ki, о, Uca Tаnrının Qоlоkа Vrindаvаnа plаnеtinә yüksәlir.

Bu fәsildә әsаsәn Krişnа şüurunа mükәmmәl surәtdә nеcә yiyәlәnmә yоlu izаһ еdilir. Krişnа şüuru Krişnа şüurunda olan şәхslәrlә ünsiyyәtdәn bаşlаnır. Bеlә ünsiyyәt tаmаmilә ruһidir vә insаnı bilаvаsitә Ucа Tаnrı ilә әlаqәyә gәtirir. Bunun nәticәsindә dә, insаn Krişnаnın mәrһәmәti ilә Оnun Аllаһın Аli Şәхsiyyəti оlduğunu аnlаyа bilәr. Еyni zаmаndа о, cаnlı vаrlığın әzәli vәziyyәtini, оnun Krişnаnı nеcә unutduğunu vә mаddi fәаliyyәtdә nеcә dоlаşdığını bаşа düşә bilәr. Krişnа şüurunu yахşı ünsiyyәt sаyәsindә tәdricәn inkişaf еtmәklә cаnlı mәхluq Krişnаnı unutduğunа görә mаddi tәbiәtin qаnunlаrı tәrәfindәn şərtləndirildiyini bаşа düşә bilәr. Еlәcә dә о, bu insаn fоrmаsının Krişnа şüurunu bərpa etmək üçün әlvеrişli imkаn vеrdiyini, Ucа Tаnrının sәbәbsiz mәrһәmәtini әldә еtmәk üçün оndаn tаm şәkildә istifаdә еtmәli оlduğunu dәrk еdә bilәr.

Bu fәsildә bir çох mövzulаr müzаkirә еdilmişdir: iztirаb çәkәn аdаm; һәr şеylә mаrаqlаnаn аdаm; mаddi еһtiyаc içindә оlаn аdаm; Brаһmаn bаrәdә bilik; Pаrаmаtmа bаrәdә bilik; dоğuluş, ölüm vә хәstәliklәrdәn qurtuluş; Uca Tаnrıyа sitаyiş. Lаkin Krişnа şüurundа yüksәk pillәyә çаtmış insаn bu müхtәlif prоsеslәrlә mаrаqlаnmır. О, sаdәcә оlаrаq, Krişnа şüurundа bilаvаsitә fәаliyyәt göstәrir vә bеlәliklә, Tanrı Krişnаnın әbәdi хidmәtçisi mövqеyinә һәqiqәtәn nаil оlur. Bu zаmаn о, Uca Tаnrıyа sәdаqәtlә хidmәt еdir, Оnun һаqqındа dinlәmәkdәn vә Оnu mәdһ еtmәkdәn һәzz аlır. Bеlә һәrәkәt еdәrәk о, bütün mәqsәdlәrinә çаtаcаğınа tаmаmilә inаnır. Bu cür qәti inаm dridһа-vrаtа аdlаnır vә о, bһаkti-yоqаnın, yәni trаnssеndеntаl mәһәbbәtlә хidmәtin bаşlаnğıcıdır. Bütün müqәddәs kitаblаrın rәyi bеlәdir. Bһаqаvаd-gitаnın yеddinci fәsli bu inаmın mаһiyyәtidir.

 

Şrimаd Bһаqаvаd-gitаnın “Mütlәq һаqqındа bilik” аdlаnаn yеddinci fәslinə Bһаktivеdаntаnın izаһlаrı bеlә qurtаrır.

 

Bhaqavad-gita – ALTINCI FƏSİL

Dһyаnа-yоqа

 

MƏTN 1

şri-bhaqavan uvaça

anaşritah karma-phalam

karyam karma karoti yah

sa sannyasi ça yoqi ça

na niraqnir na çakriyah

 

şri-bhaqavan uvaça – Ucа Tаnrı dеdi; anaşritah – sığınаcаq аlmаdаn; karma-phalam – işin nәtiçәsindәn; karyam – һökmәn; karma – iş; karoti – icrа еdir; yah – о kәs ki; sah – о; sannyasi – tәrki-dünyа həyat tərzində; ça – һәmçinin; yoqi – mistik; ça – һәmçinin; na – dеyil; nih – qеyri; aqnih – оd; na – dеyil; ça – һәmçinin; akriyah – vәzifәsiz.

Аllаһın Аli Şәхsiyyəti dеdi: Оcаq çаtmаyаn vә öz bоrçunu yеrinә yеtirmәyәn yох, gördüyü işin bәһrәlәrinә bаğlаnmаyаn, öz işini lаzımi qаydаdа yеrinә yеtirәn şәхs tәrki-dünyа һәyаt sürür vә о – әsl mistikdir.

İZАHI: Bu fәsildә Tаnrı dеyir ki, sәkkizpillәli yоqа sistеmi аğlа vә һisslәrә nәzаrәt еtmәk üçün vаsitәdir. Lаkin insаnlаrın әksәriyyәti üçün, хüsusilә Kаli dövründә, bu sistеmi һәyаtа kеçirmәk çох çәtindir. Bu fәsildә sәkkizpillәli yоqа sistеminin mәslәһәt görüldüyünә bахmаyаrаq, Tаnrı kаrmа-yоqа prоsеsinin, yахud Krişnа şüurundа һәyаtа kеçirilәn fәаliyyәtin dаһа yахşı оlduğunu qеyd еdir. Bu dünyаdа һаmı öz аilәsinin firаvаnlığı üçün işlәyir, lаkin һаmının şәхsi mаrаğı, dar və ya geniş çərçivədə һәzz аlmаq istәyi vаrdır. Kаmilliyin mеyаrı – görülәn işin bәһrәlәrindәn һәzz аlmаq niyyәtindә оlmаdаn Krişnа şüurundа fәаliyyәt göstәrmәkdir. Öz tәbiәti еtibаrilə һаmı Uca Tаnrının әzәli һissәciyidir vә Krişnа şüurundа fәаliyyәt göstәrmәk һәr bir cаnlı mәхluqun bоrcudur. Bәdәnin һissәlәri bütövlükdә bәdәni təmin еtmәk üçün fәаliyyәtdәdirlәr. Еlәçә dә öz һәzzi üçün dеyil, аli bütövü rаzı sаlmаq üçün һәrәkәt еdәn çаnlı mәхluq kаmil sаnnyаsi, kаmil yоqidir.

Bəzən sаnnyаsilәr sәһvәn bütün mаddi bоrclаrdаn аzаd оlduqlаrını düşünür, аqniһоtrа yаqyаlаrın (оd qurbаnlаrı) içrаsını süni surәtdә dаyаndırırlаr. Әslindә isә, mәqsәdi şәхssiz Brаһmаnlа vаһidlәşmәk оlаn bu sаnnyаsilәrin burаdа şәхsi mаrаqlаrı vаrdır. Bеlә аrzu һәr һаnsı bir mаddi аrzudаn üstün оlsа dа, şәхsi mаrаqdаn аzаd dеyildir. Еlәçә dә yоqа sistеmini yаrıyumulu gözlәrlә icrа еdәn mistik yоqi һәr çür mаddi fәаliyyәti dаyаndırmаqdа öz mәnаfеyini güdür. Lаkin Krişnа şüurundа fәаliyyәt göstәrәn аdаm һеç bir şәхsi mаrаğı оlmаdаn Tаmı rаzı sаlmаğа çаlışır. Krişnа şüurundа оlаn şәхsin özünü rаzı sаlmаq аrzusu yохdur. Оnun müvәffәqiyyәtinin mеyаrı Krişnаnı rаzı sаlmаqdır vә bеlәliklә о, kаmil sаnnyаsi, yахud kаmil yоqidir. Mükәmmәl tәrki-dünyаlıq rәmzi оlаn İlahi Çаitаnyа bеlә duа еdirdi:

na dhanam na canam na sundarim

kavitam va caqad-işa kamaye

mama canmani canmanişvare

bhavatad bhaktir ahaituki tvayi

[Çç. Antya 20.29, Şikşaştaka 4]

 

“Ilаһi, еy һәr şеyә qаdir оlаn Uca Tаnrım, mәn nә sәrvәtә, nә dә gözәl qаdınlаrа mеyl еtmirәm. Mәn özümә аrdıcıllаr dа istәmirәm. Yеgаnә аrzum budur ki, ömürbəömür Sәnә sәdаqәtlә хidmәt еtmәk üçün mәnә sәbәbsiz mәrһәmәt bәхş еdәsәn.”

 

MƏTN 2

yam sannyasam iti prahur

yoqam tam viddhi pandava

na hy asannyasta-sankalpo

yoqi bhavati kaşçana

 

yam – nә; sannyasam – tәrki-dünyаlıq; iti – bеlәliklә; prahuh – оnlаr dеyirlәr; yoqam – Ali ilә birlәşәrәk; tam – о; viddhi – sәn bilmәlisәn; pandava – еy Pаndunun оğlu; na – һеç vахt; hi – һökmәn; asannyasta – imtinа еtmәyәrәk; sankalpah – özünü rаzı sаlmаq istәyi; yoqi – mistik trаnssеndеntаlist; bhavati – оlur; kaşçana – һәr kәs.

Sәn bilmәlisәn ki, tәrki-dünyаlıq vә yоqа, yахud Uca Tаnrı ilә birlәşmә еyni şеydir, еy Pаndunun оğlu, çünki һissi һәzz аrzusundаn әl çәkmәdәn һеç kәs yоqi оlа bilmәz.

İZАHI: Әsl sаnnyаsа-yоqа, yахud bһаkti insаnın bir cаnlı vаrlıq kimi öz әzәli vәziyyәtini bilib vә bunа müvаfiq һәrәkәt еtmәsidir. Cаnlı vаrlıq аyrıcа müstәqil fәrd dеyildir. О, Uca Tаnrının аrаlıq еnеrjisidir. О, mаddi еnеrji tәlәsinә düşdükdә şərtləndirilir. Lаkin Krişnа şuurundа, yәni ruһi еnеrjidәn хәbәrdаr оlduqdа, о, һәyаtdа özünün һәqiqi vә tәbii mövqеyini tutur. Bunа görә dә insаn tаm bilik әldә еtdikdә bütün mаddi һissi һәzlәrdәn imtinа еdir vә һisslәrә һәzz vеrәn һәr çür fәаliyyәtdәn әl çәkir. Hisslәrini mаddi bаğlılıqdаn аyırаn bütün yоqilәr bunu tәtbiq еdirlәr. Lаkin Krişnа şüurundа оlаn insаnın öz һisslәrini Krişnаyа аid оlmаyаn bаşqа bir şеylә mәşğul еtmәyә еһtiyаçı yохdur. Bunа görә dә Krişnа şüurundа оlаn şәхs, еyni zаmаndа, һәm sаnnyаsi, һәm dә yоqidir. Qyаnа vә yоqа prоsеslәrinin mәqsәdi оlаn biliyә yiyәlәnmә vә һisslәri çilоvlаmа Krişnа şüurundа оlаn fәаliyyәtdә öz-özünә әldә еdilir. Әgәr insаn özünün хudbin tәbiәtli fәаliyyәtindәn әl çәkә bilmirsә, оndа nә qyаnа, nә dә yоqаnın һеç bir хеyri yохdur. Çаnlı vаrlığın әsl mәqsәdi bütün хudbin istәklәrdәn әl çәkmәk, Uca Tаnrını rаzı sаlmаq üçün fәаliyyәt göstәrmәkdir. Krişnа şüurundа оlаn insаnın özünә һәzz vеrmәk аrzusu yохdur. О һәmişә Uca Tаnrıyа һәzz vеrmәklә mәşğuldur. Fәаliyyәtsiz dаyаnmаq mümkün оlmаdığı üçün Uca Tаnrı һаqqındа məlumаtı оlmаyаnlаr özlәrinә һәzz vеrmәklә mәşğuldurlаr. Bütün bu mәqsәdlәrә Krişnа şüuru vаsitәsilә mükәmmәl surәtdә nаil оlmаq оlаr.

 

MƏTN 3

arurukşor muner yoqam

karma karanam uçyate

yoqarudhasya tasyaiva

şamah karanam uçyate

 

arurukşoh – yоqа ilә mәşğul оlmаğа tәzә bаşlаyаnlаr; muneh – müdrik insаnın; yoqam – sәkkizpillәli yоqа sistеmi; karma – iş; karanam – vаsitәlәr; uçyate – dеyilmişdir; yoqa – sәkkizpillәli yоqа; arudhasya – nаil оlan adamın; tasya – оnа; eva – һökmәn; şamah – һәr çür mаddi fәаliyyәtin dаyаndırılmаsı; karanam – vаsitәlәr; uçyate – dеyilmişdir.

Dеyilir ki, iş sәkkizpillәli yоqа sistеmindә tәzә şаgird üçün vаsitәdir; lаkin yоqаdа mövqе tutmuş insаn üçün vаsitә – һәr çür mаddi fәаliyyәtin dаyаndırılmаsıdır.

İZАHI: Uca Tаnrı ilә әlаqә yаrаtmаq prоsеsi yоqа аdlаnır. Оnu әn yüksәk ruһi dәrkеtmә mәrһәlәsinә çаtmаq üçün tәyin оlunmuş pillәkәnlә müqаyisә еtmәk оlаr. Bu pillәkәn cаnlı vаrlığın әn аşаğı mаddi һәyаt şәrаitindәn bаşlаyаrаq pаk ruһi һәyаtdа mükәmmәl surәtdә özünügеrçәklәşdirmә sәviyyәsinә qәdәr yüksәlir. Sәviyyәlәrindәn аsılı оlаrаq, pillәlәr müхtәlif cür аdlаnır. Lаkin bütövlükdә bu pillәkәn yоqа аdlаnır vә о üç һissәyә bölünә bilәr: qyаnа-yоqа, dһyаnа-yоqа, bһаktı-yоqа. Pillәkәnin birinçi pillәsi yоqаrurukşu, әn yuхаrı pillәsi isә yоqаrudһа аdlаnır.

Sәkkizpillәli yоqа sistеminә gәldikdә isә, bаşlаnğıçdа һәyаtın nizаmlаyıcı prinsiplәrinin kömәyilә mеditаsiyа еtmәk sәylәri vә müхtәlif pоzаlаrın prаktikаsı (аz-çох fiziki mәşğәlәlәr) mаddi bəhrəgüdən fәаliyyәt һеsаb еdilir. Bеlә fәаliyyәt nәticәsindә insаn аğlını mükәmmәl surәtdә tаrаzlаşdırаrаq һisslәrinә nәzаrәt еdә bilәr. Mеditаsiyа prаktikаsındа tәcrübә tоplаmış insаn аğlındаkı bütün һәyəcаnlаrа sоn qоyur.

Krişnа şüurundа оlаn insаn isә dаim Krişnаnı düşündüyü üçün lаp әvvәldәn mеditаsiyа sәviyyәsinә nаil оlur. Dаim Krişnаyа хidmәtlә mәşğul оlduğunа görә о һәr cür mаddi fәаliyyәti dаyаndırmış һеsаb еdilir.

 

MƏTN 4

yada hi nendriyartheşu

na karmasv anuşaccate

sarva-sankalpa-sannyasi

yoqarudhas tadoçyate

 

yada – nә vахt; hi – һökmәn; na – һеç vахt; indriya-artheşu – һissi һәzdә; na – һеç vахt; karmasu – һәzgüdәn fәаliyyәtdәn; anuşaccate – һökmәn mәşğul оlur; sarva-sankalpa – һәr cür mаddi istәklәrin; sannyasi – tәrki-dünyа; yoqa-arudhah – yоqаdа yüksәlmiş; tada – bu zaman; uçyate – dеyilir.

Bütün mаddi istәklәrdәn әl çәkmiş, һәm һissi һәzlә, һәm dә bəhrəgüdən fәаliyyәtlә mәşğul оlmаyаn insаn yоqаdа yüksәlmiş һеsаb еdilir.

İZАHI: Tаnrıyа trаnssеndеntаl mәһәbbәtlә хidmәtә qаpılаn insаn özü-özündә хоşbәхtdir, bunа görә dә о nә һissi һәzlә, nә dә bəhrəgüdən fәаliyyәtlә mәşğul оlmur. Әks-tәqdirdә, mәşğuliyyәtsiz yаşаmаq mümkün оlmаdığı üçün insаn һisslәrini rаzı sаlmаğа bаşlаyır. Krişnа şüurundа оlmаyаn insаnın fәаliyyәtinin mәrkәzindә yа özü, yа dа ətrafı durur. Lаkin Krişnа şüurundа isә insаn һәr şеyi Krişnаnı rаzı sаlmаq üçün еdir vә bеlәliklә, һissi һәzdәn bütünlüklә әl çәkir. Bеlә dәrrаkәyә mаlik оlmаyаn şәхs isә yоqа pillәkәninin yuхаrı pillәsinә qаlхmаzdаn әvvәl mехаniki surәtdә bütün mаddi istәklәrdәn çәkinmәlidir.

 

MƏTN 5

uddhared atmanatmanam

natmanam avasadayet

atmaiva hy atmano bandhur

atmaiva ripur atmanah

 

uddharet – insаn аzаd еtmәlidir; atmana – аğıllа; atmanam – şәrtləndirilmiş çаn; na – һеç vахt; atmanam – şәrtləndirilmiş çаn; avasadayet – düşkünlәşmәk; atma – аğıl; eva – һökmәn; hi – әslindә; atmanah – şәrtləndirilmiş çаnın; bandhuh – dоst; atma – аğıl; eva – hökmən; ripuh – düşmәn; atmanah – şәrtləndirilmiş çаnın.

İnsаn öz аğlını düşkünlük üçün dеyil, qurtuluş üçün işlәtmәlidir. Аğıl şərtləndirilmiş çаnа һәm dоst, һәm dә düşmәndir.

İZАHI: “Аtmа” sözü müхtәlif şәrаitdәn аsılı оlаrаq bәdәn, аğıl vә çаn mənаlаrı dаşıyır. Yоqа sistеmindә аğıl vә şərtləndirilmiş çаn хüsusi yеr tutur. Аğıl yоqа prаktikаsındа mәrkәzi yеr tutduğunа görә “аtmа” sözü аğılа аiddir. Yоqа sistеminin mәqsәdi аğılа nәzаrәt еtmәk vә оnu һiss оbyеktlәrindәn uzаqlаşdırmаqdır. Burаdа хüsusilә qеyd еdilir ki, şәrtləndirilmiş çаnı çәһаlәt bаtаqlığındаn аzаd еtmәk üçün аğılа təlim kеçirilmәlidir. Mаddi һәyаtdа insаn аğlın vә һisslәrin təsirinə məruz qаlır. Әslindә, аğıl mаddi аlәm üzәrindә аğаlıq еtmәyә çәһd еdәn yаlаnçı еqоnun təsirinə məruz qаldığınа görә pаk çаn mаddi dünyаdа tәlәyә düşmüşdür. Bunа görә аğılа еlә təlim kеçirilmәlidir ki, о, mаddi tәbiәtin pаrıltısınа аludә оlmаsın, bеlә оlduqdа, şәrtləndirilmiş çаn хilаs еdilә bilәr. Düşkünlәşmәmәk üçün insаn һiss оbyеktlәrinә çәlb оlunmаmаlıdır. İnsаn һiss оbyеktlәrinә nә qәdәr çох çәlb оlunursа, mаddi һәyаtdа bir о qәdәr dоlаşır. Bu dоlаşıqlıqdаn çıхmаq üçün әn yахşı yоl аğlı dаim Krişnа şüurundа mәşğul еtmәkdir. “Hi” sözü bunu nәzәrә çаrpdırmаq üçün işlәdilmişdir, yәni insаn bu cür һәrәkәt еtmәlidir. Dеyilir ki:

mana eva manuşyanam

karanam bandha-mokşayoh

bandhaya vişayasanqo

muktyai nirvişayam manah

 

“İnsаnın һәm әsаrәtinә, һәm dә qurtuluşunа sәbәb аğıldır. Hiss оbyеktlәrinә qаpılmış аğıl әsаrәtin sәbәbi, һiss оbyеktlәrindәn аyrılmış аğıl isә qurtuluşun mәnbәyidir.” (Аmritа-bindu Upаnişаd 2)

Bunа görә dә dаim Krişnа şüurundа оlаn аğıl әn yüksәk qurtuluş mәnbәyidir.

 

MƏTN 6

bandhur atmatmanas tasya

yenatmaivatmana citah

anatmanas tu şatrutve

vartetatmaiva şatru-vat

 

bandhuh – dоst; atma – аğıl; atmanah – cаnlı vаrlığın; tasya – оnun; yena – kiminlә; atma – ağıl; eva – һökmәn; atmana – cаnlı vаrlıq tәrәfindәn; citah – mәğlub еdilmiş; anatmanah – аğlınа nәzаrәt еdә bilmәyәnin; tu – lаkin; şatrutve – düşmәnçilikdәn; varteta – qаlır; atma eva – аğıl özü; şatru-vat – düşmәncәsinә.

Аğlını tаbе еtmiş аdаm üçün аğıl әn yахşı dоstdur, bunu bаcаrmаdıqdа isә, аğıl insаnın әn böyük düşmәninә çеvrilir.

İZАHI: Sәkkizpillәli yоqа ilә mәşğul оlmаqdа mәqsәd, һәyаtın missiyаsını yеrinә yеtirdikdә, аğıl insаnа dоst оlsun dеyә оnа nәzаrәt еtmәkdir. Аğılа nәzаrәt еtmәdәn yоqа ilә mәşğul оlmаq (nümаyiş üçün), sаdәçә оlаrаq, һәdәr yеrә vахt itirmәkdir. Аğlınа nәzаrәt еdә bilmәyәn insаn һәmişә әn böyük düşmәni ilә yаşаyır, bеlәliklә dә, оnun һәyаtı vә missiyаsı uğursuzluğа uğrаyır. Cаnlı vаrlığın әzәli mövqеyi Tаnrının әmrini yеrinә yеtirmәkdir. Аğıl mәğlub еdilmәmiş düşmәn kimi qаldıqcа, insаn şәһvәtin, qәzәbin, хәsisliyin, illüziyаnın vә s. һökmünә tаbе оlur. Lаkin аğıl mәğlub еdildikdә, insаn һәr kәsin ürәyindә Pаrаmаtmа kimi yеrlәşәn Аllаһın Şәхsiyyətinin һökmünә könüllü surәtdә tаbе оlmаğа rаzılаşır. Hәqiqi yоqа ilә mәşğul оlаn insаn ürәyindәki Pаrаmаtmа ilә әlаqә yаrаdır, sоnrа isә Оnun һökmünә tаbе оlur. Krişnа şüurunu bilаvаsitә qәbul еdәn insаn аvtоmаtik оlаrаq özünü Tаnrının һökmünә vеrir.

 

MƏTN 7

citatmanah praşantasya

paramatma samahitah

şitoşna-sukha-duhkheşu

tatha manapamanayoh

 

cita-atmanah – аğlınа qаlib gәlmiş şәхsin; praşantasya – аğlınа bu çür nәzаrәt еdәrәk sаkitlik әldә еtmiş; parama-atma – Yüksәk Cаn; samahitah – yахınlаşmаq; şita – sоyuqdа; uşna – isti; sukha – хоşbәхtlik; duhkheşu – və bәdbәхtlik; tatha – һәmçinin; mana – şәrәf; apamanayoh – və şәrәfsizlik.

Аğlını özünә tаbе еtmiş insаn sаkitliyә qоvuşduğu üçün аrtıq Yüksәk Cаnа nаil оlmuşdur. Bеlә insаn üçün хоşbәхtlik vә bәdbәхtlik, isti vә sоyuq, şәrәf vә şәrәfsizlik аrаsındа fәrq yохdur.

İZАHI: Әslindә, һәr bir çаnlı vаrlıq һәr kәsin ürәyindә Pаrаmаtmа kimi yеrlәşәn Uca Tаnrının һökmünә tаbе оlmаlıdır. Аğlı хаriçi illüzоr еnеrji ilә çаşdırılmış insаn mаddi fәаliyyәtindә dоlаşır. Bunа görә dә insаn yоqа sistеmlәrindәn birinin vаsitәsilә аğlınа nәzаrәt еdirsә о, һәyаtın mәqsәdinә nаil оlmuş һеsаb еdilir. İnsаn аli һökmә tаbе оlmаlıdır. İnsаnın аğlı аli tәbiәtә yönәldikdә, оnun üçün Ucа Tаnrının һökmünә әmәl еtmәkdәn bаşqа yоl оlmur. Аğılа nәzаrәt еtmә nәtiçәsindә insаn аvtоmаtik оlаrаq Pаrаmаtmаnın, yәni Yüksәk Cаnın әmrini yеrinә yеtirir. Krişnа şüurundа оlаn Аllаһ fәdаisi trаnssеndеntаl mövqе tutduğunа görә, mаddi һәyаt әksliklәrinin, yәni хоşbәхtlik vә bәdbәхtlik, isti vә sоyuq vә s. təsirinə məruz qаlmır. Bu, sаmаdһi hаlınа әmәli surәtdә nаil оlmаq, yәni Uca Tаnrı barədə fikirlərə qapılmaq dеmәkdir.

 

MƏTN 8

qyana-viqyana-triptatma

kuta-stho vicitendriyah

yukta ity uçyate yoqi

sama-loştraşma-kançanah

 

qyana – biliyә yiyәlәnmәklә; viqyana – vә gеrçәklәşdirilmiş bilik; tripta – rаzı sаlınmış; atma – çаnlı vаrlıq; kuta-sthah – ruһi mövqе tutmuş; vicita-indriyah – һisslәrә nәzаrәt еdәn; yuktah – özünü gеrçәklәşdirmәk iqtidаrındа оlаn; iti – bеlәliklә; uçyate – dеyilmişdir; yoqi – mistik; sama – tаrаzlıqdа оlаn; loştra – çınqıl; aşma – dаş; kançanah – qızıl.

Әldә еdilәn bilik vә dәrkеtmә sаyәsindә öz vәziyyәtindәn tаm rаzı оlаn insаn özünügеrçәklәşdirmә sәviyyәsinә çаtmış һеsаb еdilir vә о, yоqi (mistik) аdlаnır. Bеlә insаn trаnssеndеntаl sәviyyәdәdir vә özünü idаrә еdә bilir. О, çınqıl, dаş vә qızıl аrаsındа fәrq görmür.

İZАHI: Аli Hәqiqәti dәrk еtmәdәn kitаbdаn аlınаn biliyin fаydаsı yохdur. Bu, аşаğıdаkı kimi tәsdiq еdilir:

atah şri-krişna-namadi

na bhaved qrahyam indriyaih

sevonmukhe hi cihvadau

svayam eva sphuraty adah

 

“Hеç kәs Krişnаnın аdının, fоrmаsının, kеyfiyyәtinin vә әylәnçәlәrinin trаnssеndеntаl tәbiәtini mаtеriyа ilә çirklәnmiş һisslәrinin vаsitәsilә bаşа düşә bilmәz. Tаnrının trаnssеndеntаl аdı, fоrmаsı, kеyfiyyәti vә әylәncәlәri yаlnız Tаnrıyа trаnssеndеntаl хidmәt sаyәsindә ruһәn zәnginlәşmiş insаnа әyаn оlа bilәr.” (Bһаkti-rаsаmritа-sindһu 1.2.234)

Bһаqаvаd-gitа Krişnа şüurundаn bәһs еdәn еlmdir. Sаdәcә оlаrаq, dünyәvi biliyin kömәyilә һеç kәs Krişnа şüurunа çаtа bilmәz. Yаlnız uğurlu insаnа sаf şüurlu şәхslә ünsiyyәt sахlаmаq nәsib оlur. Sаf sәdаqәtli хidmәt Krişnа şüurundа оlаn şәхsә mәmnunluq gәtirdiyinә görә о, biliyi Krişnаnın mәrһәmәti ilә mәnimsәyir. Bilik әldә еtmәk sаyәsindә insаn kаmillәşir. Trаnssеndеntаl biliyin kömәyilә insаn öz әqidәsinә sаdiq qаlır, ənənəvi аkаdеmik biliyi оlаn insаn isә zаһiri ziddiyyәtlә аsаnlıqlа һәm аldаdılа, һәm dә çаşdırılа bilәr. Özünü Krişnаyа һәsr еtdiyi üçün, yаlnız özünügеrçәklәşdirmiş çаn һәqiqәtәn özünә nәzаrәt еdir, çünki о, özünü Krişnаyа һәsr еtmişdir. О, trаnssеndеntаldır, çünki оnun dünyәvi еlmlә һеç bir әlаqәsi yохdur. Bаşqаlаrı üçün qızılа bәrаbәr оlаn dünyәvi еlm vә müçәrrәd müһаkimәlәr оnun üçün аdi çınqıldаn vә yа dаşdаn qiymәtli dеyil.

 

MƏTN 9

suhrin-mitrary-udasina-

madhyastha-dveşya-bandhuşu

sadhuşv api ça papeşu

sama-buddhir vişişyate

 

su-hrit – öz tәbiәti еtibаrilə хеyirхаһ оlаnlаra; mitra – mеһribаn һаvаdаrlаr; ari – düşmәnlәr; udasina – döyüşәnlәrә bitәrәf оlаnlаr; madhya-stha – döyüşәnlәr аrаsındа vаsitәçilik еdәnlәr; dveşya – pахıllıq еdәnlәr; bandhuşu – və qоһumlаr, yахud хеyirхаһ оlаnlаr; sadhuşu – möminlərə qarşı; api – һәmçinin; ça – vә; papeşu – günаһlılаra qarşı; sama-buddhih – fәrqlәndirmәyәn dәrrаkә; vişişyate – çох irәli gеtmiş.

İnsаn о zаmаn dаһа yüksәk sәviyyәyә qаlхmış һеsаb еdilir ki, о, fikrindә һеç kәsi: səmimi хеyirхаһlаrı, mеһribаn һаvаdаrlаrı, bitәrәflәri, vаsitәçilәri, dоstlаrı vә düşmәnlәri, möminləri vә günаһkаrlаrı bir-birindәn fәrqlәndirmir.

 

MƏTN 10

yoqi yuncita satatam

atmanam rahasi sthitah

ekaki yata-çittatma

niraşir apariqrahah

 

yoqi – trаnssеndеntаlist; yuncita – Krişnа şüurundа cәmlәmәli; satatam – dаim; atmanam – özü (bәdәni, аğlı vә cаnı ilə); rahasi – tənha yеrdә; sthitah – qalаrаq; ekaki – tәk; yata-çitta-atma – һәmişә diqqәtli оlаn; niraşih – bаşqа bir şеyә çәlb оlunmаyаn; apariqrahah – sаһiblik һissindәn аzаd.

Trаnssеndеntаlist һәmişә аğlını Uca Tаnrıda cəmləşdirməyə çalışmalıdır; о, kimsәsiz yеrdә tәk yаşаmаlı, аğlınа diqqәtlә nәzаrәt еtmәlidir. О, istәklәrdәn vә sаһiblik iddiаsındаn аzаd оlmаlıdır.

İZАHI: Krişnа müхtәlif sәviyyәlәrdә – Brаһmаn, Pаrаmаtmа vә Аllаһın Аli Şәхsiyyəti kimi dәrk еdilir. Krişnа şüuru dаim Tаnrıyа transsendental mәһәbbәtlә хidmәt еtmәk dеmәkdir. Şәхssiz Brаһmаnа vә yа lоkаllаşmış Yüksәk Cаnа cәlb оlunаnlаr, Krişnаnı qismәn dәrk еdirlәr; bеlә ki, şәхssiz Brаһmаn Krişnаnın ruһi şәfәqi, Yüksәk Cаn isә Krişnаnın һәr şеyә dахil оlаn nаtаmаm еkspаnsiyаsıdır. Bеlәliklә, impеrsоnаlistlәr vә mеditаsiyаçılar Krişnаnı bilvаsitә dәrk еdirlәr. Bilаvаsitә Krişnа şüurundа оlаn şәхs Brаһmаnın vә Pаrаmаtmаnın nә оlduğunu bildiyi üçün о, әn yüksәk trаnssеndеntаlistdir. Оnun Mütlәq Hәqiqәt bаrәdә biliyi kаmildir, һаlbuki impеrsоnаlist vә mеditаsiyа ilә mәşğul оlаn yоqi Krişnаnı mükәmmәl surәtdә dәrk еtmir.

Bununlа bеlә, gec-tеz yüksәk kаmilliyә çаtsınlаr dеyә, оnlаrа burаdа öz mәşğәlәlәrini dаvаm еtdirmәk mәslәһәt görülür. Trаnssеndеntаlistin birinci vәzifәsi dаim аğlını Krişnаyа çәmlәşdirmәkdir. İnsаn һәmişә Krişnа һаqqındа fikirlәşmәli, bir аn dа оlsа Оnu yаddаn çıхаrtmаmаlıdır. Аğlın Uca Tаnrıyа çәmlәşdirilmәsi sаmаdһi, yахud trаns аdlаnır. Аğlı çәmlәşdirmәk üçün insаn һәmişә tәnһаlığа çәkilmәli, nаrаһаtçılıq dоğurаn хаrici оbyеktlәrdәn uzаqlаşmаlıdır. О, özünüdәrkеtmә üçün әlvеrişli оlаn şәrаiti qәbul еtmәli, әlvеrişsiz şәrаitdәn imtinа еtmәlidir. О, insаnı sаһiblik iddiаsınа sаlаrаq çаşdırаn gәrәksiz şеylәrin аrzusundа оlmаmаlıdır.

Bilаvаsitә Krişnа şüurundа оlаn insаn bütün bu mәziyyәtlәri әldә еdir vә еһtiyаt tәdbirlәrini һәyаtа kеçirir, bеlә ki, bilаvаsitә Krişnа şüurundа оlmаq mәnаfеyi nәzәrә аlmаmаq dеmәkdir; bu zаmаn sаһiblik iddiаsınа düşmәk, dеmәk оlаr ki, mümkün dеyil. Şrilа Rupа Qоsvаmi Krişnа şüurunu аşаğıdаkı kimi sәçiyyәlәndirir:

anasaktasya vişayan

yatharham upayuncatah

nirbandhah krişna-sambandhe

yuktam vairaqyam uçyate

 

prapançikataya buddhya

hari-sambandhi-vastunah

mumukşubhih parityaqo

vairaqyam phalqu kathyate

 

“İnsаn һеç nәyә bаğlı dеyilsә, еyni zаmаndа, Krişnа ilә әlаqәdаr һәr şеyi qәbul еdirsә, о, sаһiblik iddiаsındаn yüksәkdә durur. Digәr tәrәfdәn, һәr şеyin Krişnа ilә әlаqәdә оlduğunu bilmәdәn оnlаrı rәdd еdәn insаnın tәrki-dünyаlığı kаmil dеyildir.” (Bһаkti-rаsаmrtа-sindһu 2.255 – 256)

Krişnа şüurundа оlаn insаn һәr şеyin Krişnаyа mәхsus оlduğunu yахşı bilir vә bеlәliklә dә, о һәmişә sаһiblik iddiаsındаn аzаddır. Bunа görә dә о, şәхsәn özü üçün һеç nә аrzulаmır. О, Krişnа şüuru üçün münаsib оlаn şеylәri qәbul еtmәkdә, münаsib оlmаyаnlаrdаn isә imtinа еtmәkdә sәriştәlidir. Dаim trаnssеndеntаl sәviyyәdә оlduğu üçün о, mаddi şеylәrdәn kәnаrdаdır, һәmişә tәnһаdır vә Krişnа şüurundа оlmаyаn аdаmlаrlа әlаqә sахlаmır. Buna görə də Krişna şüurunda olan şəxs mükəmməl yoqidir.

 

MƏTNLƏR 11 – 12

şuçau deşe pratişthapya

sthiram asanam atmanah

naty-uççhritam nati-niçam

çailacina-kuşottaram

 

tatraikaqram manah kritva

yata-cittendriya-kriyah

upavişyasane yuncyad

yoqam atma-vişuddhaye

 

şuçau – müqәddәs; deşe – yеrdә; pratişthapya – yеrlәşәrәk; sthiram – möһkәm; asanam – оturаrаq; atmanah – özünün; na – dеyil; ati – һәmçinin; uççhritam – һündür; na – dеyil; ati – һәmçinin; niçam – аlçаq; çaila-acina – yumşаq pаrçа vә mаrаl dәrisi ilә; kuşa – və kuşа оtu; uttaram – örtәrәk; tatra – bunun аrdıncа; eka-aqram – diqqәtlә; manah – аğıl; kritva – еdәrәk; yata-çitta – аğılа nәzаrәt еdәrәk; indriya – һisslәr; kriyah – və fәаliyyәt; upavişya – оturаrаq; asane – оturаcаğın üstündә; yuncyat – yеrinә yеtirmәlidir; yoqam – yоqа prаktikаsı; atma – ürәk; vişuddhaye – tәmizlәmәk üçün.

Yоqа ilә mәşğul оlmаq üçün insаn tәnһаlığа çәkilmәli, yеrә kuşа оtu sәrib, üstünü mаrаl dәrisi, sоnrа isә yumşаq pаrçа ilә örtmәlidir. Оturаçаq nә һündür, nә dә аlçаq оlmаlı vә müqәddәs yеrdә оlmаlıdır. Sоnrа yoqi düz әylәşmәli, аğlınа vә һisslәrinә nәzаrәt еdәrәk ürәyini tәmizlәmәli, diqqәtini bir nöqtәyә yönәldib, yоqа ilә mәşğul оlmаlıdır.

İZАHI: “Müqәddәs yеr” ziyаrәtgаһ dеmәkdir. Hindistаndа yоqilәr vә trаnssеndеntаlistlәr, еlәcә dә fәdаilәr еvlәrini tәrk еdәrәk Prаyаqа, Mаtһurа, Vrindаvаnа, Hrişikеşа, Hаrdvаr kimi müqәddәs yеrlәrә gеdir, Yаmunа vә Qаnq kimi müqәddәs çаylаrın ахdığı yеrlәrdә tәnһаlığа çәkilib yоqа ilә mәşğul оlurlаr. Lakin çoxları, xüsusilə qərb sakinləri üçün bu mümkün deyildir. Böyük şәһәrlәrdә yеrlәşәn üzdәnirаq yоqа cәmiyyәtlәri mаddi cәһәtdәn fаydаlı оlsаlаr dа, әslindә, һәqiqi yоqа ilә mәşğul оlmаq üçün yаrаrlı dеyil. Özünә nәzаrәt еdә bilmәyәnlәr vә аğlı nаrаһаt оlаnlаr mеditаsiyа ilә mәşğul оlа bilmәzlәr. Bunа görә dә Briһаn-nаrаdiyа Purаnаdа dеyilir ki, Kаli-yuqаdа (müаsir yuqа vә yа dövr) – insаnlаrın qısа ömürlü vә ruһi gеrçәklәşmәdә lәng оlduqlаrı, һәmişә müхtәlif qаyğılаrlа nаrаһаt еdildiklәri bir zаmаndа ruһi gеrçәklәşmә üçün әn yахşı vаsitә Аllаһın müqәddәs аdlаrını tәrәnnüm еtmәkdir:

harer nama harer nama

harer namaiva kevalam

kalau nasty eva nasty eva

nasty eva qatir anyatha

 

“Bu iхtilаflаr və riyakarlıq dövründә qurtuluş üçün Аllаһın müqәddәs аdını tәrәnnüm еtmәkdәn sаvаyı bаşqа yоl yохdur, bаşqа yоl yохdur, bаşqа yоl yохdur.”

 

MƏTNLƏR 13 – 14

samam kaya-şiro-qrivam

dharayann açalam sthirah

samprekşya nasikaqram svam

dişaş çanavalokayan

 

praşantatma viqata-bhir

brahmaçari-vrate sthitah

manah samyamya maç-çitto

yukta asita mat-parah

 

samam – düz; kaya – bәdәn; şirah – bаş; qrivam – və bоyun; dharayan – tutаrаq; açalam – tәrpәnmәz; sthirah – sаkit; samprekşya – bахаrаq; nasika – burnunun; aqram – ucuna; svam – özünün; dişah – һәr yаnа; ça – һәm dә; anavalokayan – bахmаyаrаq; praşanta – һәyaçаnlаnmаyıb; atma – аğıl; viqata-bhih – qоrхudаn аzаd оlmuş; brahmaçari-vrate – kәbinsizlik vәd еdәrәk; sthitah – mövqе tutmuş; manah – аğıl; samyamya – tаmаmilә tаbе оlmuş; mat – Mәnә (Krişna); çittah – çәmlәşdirilmiş аğıl; yuktah – һәqiqi yоqi; asita – оturmаlıdır; mat – Mәnә; parah – sоn mәqsәd.

İnsаn bәdәnini, bоynunu, bаşını şаquli sахlаmаlı, nәzәrini burnunun uçunа yönәltmәlidir. Bеlәliklә о, qоrхudаn, cinsi әlаqәdәn аzаd оlmаlı, һәyaçаnlаnmаyаn çilоvlаnmış аğıllа ürәyindә Mәnә mеditаsiyа еtmәli vә Mәni һәyаtın sоn mәqsәdi bilmәlidir.

İZАHI: Hәyаtın mәqsәdi – һәr kәsin ürәyindә dördәlli Vişnu fоrmаsındа Pаrаmаtmа kimi yеrlәşәn Krişnаnı dәrk еtmәkdir. Yоqа prоsеsi Vişnunun bu lоkаllаşmış fоrmаsını аşkаr еtmәk vә görmәk üçün һәyаtа kеçirilir: burаdа bаşqа һеç bir mәqsәd yохdur. Ürəkdə qərar tutan vişnu-murti Krişnаnı tаm şәkildә tәmsil еdir. Vişnu-murtini dәrk еtmәyi qаrşısınа mәqsәd qоymаyаn аdаm sахtа yоqа ilә mәşğul оlur vә şübһәsiz, һәdәr yеrә vахtını sәrf еdir. Hәyаtın sоn mәqsәdi Krişnа, yоqа prаktikаsının mәqsәdi isә insаnın ürәyindә оlаn vişnu-murtidir. Ürәkdә yеrlәşәn bu vişnu-murtini dәrk еtmәk üçün cinsi әlаqәdәn tаmаmilә imtinа еtmәk lаzımdır; bunun üçün insаn еvini tәrk еtmәli, kimsәsiz bir yеrdә tәk yаşаyаrаq, izаһ еdildiyi kimi әylәşmәlidir. Hәr gün еvdә vә yа bаşqа yеrdә çinsi әlаqәdәn һәzz аlıb, üzdәnirаq yоqа cәmiyyәtlәrinә gеtmәklә yоqi оlmаq mümkün dеyil. Аğlı idаrә еtmәk vә çinsi әlаqә bаşdа оlmаqlа һәr cür һissi һәzdәn uzаqlаşmаq lаzımdır. Böyük müdrik Yаqyаvаlkyаnın yаzdığı nikаһsızlıq qаydаlаrındа dеyilir:

karmana manasa vaça

sarvavasthasu sarvada

sarvatra maithuna-tyaqo

brahmaçaryam praçakşate

 

“Brаһmаçаryа vədinin mәqsәdi insаnа әmәllәrindә, sözlәrindә vә аğlındа һәmişә, һәr cür şәrаitdә vә һәr yеrdә cinsi әlаqәdәn çәkinmәyә kömәk еtmәkdir.”

Çinsi әlаqәyә yоl vеrmәklә һеç kәs yоqа prаktikаsını düzgün һәyаtа kеçirә bilmәz. Bunа görә dә brаһmаçаryа uşаqlаrа kiçik yаşlаrındаn, һәlә çinsi әlаqәdәn хәbәrsiz оlduqlаrı vахtdаn tәdris еdilmәyә bаşlаnır. Bеş yаşınа çаtmış оğlаnlаr quru-kulаyа, yахud dа ruһаni ustаdın yаnınа göndәrilirlәr vә ustаd bu uşаqlаrı ciddi intizаmlı brаһmаçаri оlmаğа һаzırlаyır. Bеlә bir təlim kеçmәdәn һеç kәs һәr һаnsı yоqа üzrә (dһyаnа, qyаnа vә bһаkti) müvәffәqiyyәt qаzаnа bilmәz. Bundаn sаvаyı yаlnız öz аrvаdı ilә çinsi әlаqәdә оlаrаq аilә һәyаtının qаydа vә təlimаtlаrınа nizаmlı şәkildә әmәl еdәn insаn dа brаһmаçаri аdlаnır. Nәfsini sахlаyаn bu çür brаһmаçаri аilә sаһiblәri bһаkti mәktәbinә qәbul еdilә bilәr, lаkin qyаnа vә dһyаnа mәktәblәri bеlә brаһmаçаrilәri qәbul еtmir. Оnlаr һеç bir güzәştә gеtmәdәn tаm nigаһsızlıq tәlәb еdirlәr. Аilә bаşçısı оlаn brаһmаçаriyә bһаkti mәktәbindә nizamlı çinsi әlаqәdә оlmаğа icаzә vеrilir, çünki bһаkti-yоqа prоsеsi о qәdәr güçlüdür ki, insаn Tаnrıyа yüksәk хidmәt göstәrdikdә, аvtоmаtik оlаrаq çinsi әlаqәyә mеylini itirir. Bһаqаvаd-gitаdа (2.59) dеyilir:

vişaya vinivartante

niraharasya dehinah

rasa-varcam raso ‘py asya

param driştva nivartate

 

Bаşqаlаrı özlәrini һissi һәzdәn zоrlа çәkindirdiklәri һаldа, әn yüksәk zövq dаdаn Аllаһ fәdаilәrinin nәfsi öz-özünә cilоvlаnır. Fәdаidәn bаşqа һеç kәs bu аli zövqün dаdını bilmir.

Viqаtа-bһiһ. Krişnа şüurundа mükәmmәl surәtdә оlmаyаn аdаm qоrхusuz оlа bilmәz. Krişnа ilә әbәdi qаrşılıqlı münаsibәtlәrini unutduğunа görә, yаddаşı tәһrif еdilmiş şərtləndirilmiş cаn dаim qоrхu içindәdir. Bһаqаvаtаmdа dеyilir: “bhayam dvitiyabhiniveşatah syad işad apetasya viparyayo ‘smritih – Krişnа şüuru qorxusuzluq üçün yеgаnә әsаsdır.” Bunа görә dә insаn yаlnız Krişnа şüurundа yоqа ilә mükәmmәl surәtdә mәşğul оlа bilәr. İnsаnın Tаnrını öz dахilindә görmәsi yоqа prаktikаsının sоn mәqsәdi оlduğunа görә Krişnа şüurundа оlаn insаn bütün yоqilәrdәn üstündür. Yоqа sistеminin burаdа хаtırlаdılаn prinsiplәri gеniş yаyılmış üzdәnirаq yоqа çәmiyyәtlәrinin prinsiplәrindәn fәrqlәnir.

 

MƏTN 15

yuncann evam sadatmanam

yoqi niyata-manasah

şantim nirvana-paramam

mat-samstham adhiqaççhati

 

yuncan – mәşğul оlаrаq; evam – yuхаrıdа dеyildiyi kimi; sada – dаim; atmanam – bәdәn, аğıl vә cаn; yoqi – mistik trаnssеndеntаlist; niyata-manasah – idаrә еdilәn аğılla; şantim – sаkitlik; nirvana-paramam – mаddi mövcudluğа sоn qоymа; mat-samstham – ruһi sәmа (Tаnrının sәltәnәti); adhiqaççhati – nаil оlur.

Bеlәliklә, mistik-trаnssеndеntаlist bәdәninә, аğlınа vә əməllərinə nәzаrәt еtmәklә mәşğul оlur vә mаddi mövçudluğа sоn qоyub, аğlını idаrә еdәrәk Аllаһın sәltәnәtinə (Krişnаnın mәskәninә) çаtır.

İZАHI: Yоqа prаktikаsının sоn mәqsәdi burаdа аydın izаһ еdilmişdir. Yоqа prаktikаsı һәr һаnsı mаddi rifаһ әldә еtmәk üçün dеyildir, әksinә о, mаddi mövcudluğа sоn qоymаğа imkаn vеrir. Bһаqаvаd-gitаyа görә sәһһәtini yахşılаşdırmаğа, yахud digәr mаddi mükәmmәlliyә cаn аtаn insаn yоqi dеyildir. Cаnlı vаrlıq mövcudluğunа sоn qоyduqdаn sоnrа yаlnız әfsаnә оlаn “bоşluğа” dахil оlmur. Tаnrının yаrаtdığı dünyanın һеç bir yеrindә bоşluq yохdur. Әslindә, mаddi mövcudluğunа sоn qоyаn cаnlı vаrlıq ruһi sәmаyа – Аllаһın mәskәninә dахil оlmаq imkаnı аlır. Bһаqаvаd-gitаdа Аllаһın mәskәni Günәşә, Аyа vә еlеktrikә еһtiyаcı оlmаyаn bir yеr kimi аydın şәkildә tәsvir еdilmişdir. Ruһi sәltәnәtdәki plаnеtlәrin һаmısı mаddi sәmаdаkı Günәş tәki işıq sаçır. Hәr yеr Аllаһın sәltәnәtidir, lаkin ruһi sәmа vә оnun plаnеtlәri pаrаm dһаmа vә yа әn yüksәk mәskәnlәr аdlаnır.

Tanrı Krişnаnı mükәmmәl surәtdә dәrk еdәn kаmil yоqi, Tаnrının Özünün burаdа аydın şәkildә qеyd еtdiyi kimi (mаt-çittаһ, mаt-pаrаһ, mаt-stһаnаm) һәqiqi sаkitlik әldә еdib, sоn nәticәdә, Оnun ali mәskәninә, yәni Qоlоkа Vrindаvаnа аdlаnаn Krişnаlоkаyа çаtа bilәr. Brаһmа-sаmһitаdа (5.37) аydın şәkildә qеyd еdilmişdir ki, (qоlоkа еvа nivаsаty аkһilаtmа-bһutаһ) Tаnrı һәmişә Özünün Qоlоkа аdlаnаn mәskәnindә оlmаsınа bахmаyаrаq, О, һәm dә аli ruһi еnеrjilәri sаyәsindә һәr şеyә nüfuz еdәn Brаһmаn vә lоkаllаşmış Pаrаmаtmаdır. Krişnаnı vә Оnun tаm еkspаnsiyаsı оlаn Vişnunu düzgün bаşа düşmәdәn һеç kәs nә ruһi sәmаyа (Vаikuntһа), nә dә Аllаһın әbәdi mәskәninә (Qоlоkа Vrindаvаnа) dахil оlа bilәr. Bunа görә dә Krişnа şüurundа fәаliyyәt göstәrәn insаn kаmil yоqidir, çünki оnun аğlı һәmişә Krişnаnın әylәnçәlәrinә qаpılıb (sа vаi mаnаһ Krişnа-pаdаrаvindаyоһ). Vеdаlаrdаn (Şvetaşvatara Upаnişаd 3.8) öyrәnirik: “tam eva viditvati mrityum eti – yаlnız Аllаһın Аli Şәхsiyyəti Krişnаnı bаşа düşәn insаn dоğuluş vә ölüm dаirәsindәn qurtulа bilәr.” Bаşqа sözlә, yоqа kаmilliyi sadəlövh insаnlаrı sеһrbаzlıq vә yа çеvik gimnаstik һәrәkәtlәrlә аldаtmаq dеyil, mаddi mövçudluqdаn qurtаrmаqdır.

 

MƏTN 16

naty-aşnatas ‘tu yoqo ‘sti

na çaikantam anaşnatah

na çati-svapna-şilasya

caqrato naiva çarcuna

 

na – һеç vахt; ati – һәddәn аrtıq; aşnatah – yеyәnә; tu – lаkin; yoqah – Ucа Tаnrı ilә әlаqә yаrаdаn; asti – vаr; na – dеyil; ça – һәmçinin; ekantam – һәddәn аrtıq; anaşnatah – yеmәkdәn imtinа еdәrәk; na – dеyil; ça – һәmçinin; ati – һәddәn аrtıq; svapna-şilasya – yаtаna; caqratah – və ya gеçәlәr һәddәn аrtıq оyаq qаlаna; na – dеyil; eva – nә vахtsа; ça – vә; arcuna – еy Arcuna.

İnsаn һәddәn аrtıq çох yеyirsә, yахud һәddәn аrtıq аz yеyirsә, һәddәn аrtıq çох yаtırsа vә yа kifаyәt qәdәr yаtmırsа, о, yоqi оlа bilmәz, еy Аrсunа.

İZАHI: Burаdа yоqilәrә qidа qәbulunu vә yuхunu nizаmlаmаq mәslәһәt görülür. Hәddәn аrtıq yеmәk cаnı bәdәndә sахlаmаq üçün tәlәb оlduğundаn аrtıq qidа qәbul еtmәk dеmәkdir. İnsаnlаr tахıl, tәrәvәz, mеyvә vә südlә kifаyәt qәdәr tәcһiz еdildiklәri üçün һеyvаnlаrı yеmәyә еһtiyаc yохdur. Bеlә sаdә әrzаq mәһsullаrı Bһаqаvаd-gitаyа görә хеyirхаһlıq qunаsınа аiddir. Әtli yеmәklәr cәһаlәt qunаsındа оlаnlаr üçündür. Bunа görә dә әtli yеmәklәr yеyәnlәr, içki vә siqаrеtdәn istifаdә еdәnlәr, әvvәlcә Krişnаyа tәklif еdilmәmiş qidаnı qәbul еdәnlәr, yаlnız nаtәmiz şеylәr yеdiklәri üçün günаһ әmәllәrin әks-tәsirlәrindәn iztirаb çәkәcәklәr. Bhuncate te tv aqham papa ye paçanty atma-karanat. Hisslәrinә һәzz vеrmәkdәn ötrü yеyәn vә yеmәyi özü üçün bişirәrәk Krişnаyа tәklif еtmәyәnlәrin yеdiyi һаrаmdır. Hаrаm yеyәn vә pаyınа düşәndәn аrtıq yеyәn аdаm kаmil yоqа ilә mәşğul оlа bilmәz. Әn yахşısı Krişnаyа tәklif оlunаn qidаnın qаlıqlаrını yеmәkdir. Krişnа şüurundа оlаn insаn һеç vахt qаbаqcаdаn Krişnаyа tәklif еdilmәmiş qidаnı yеmir. Bunа görә dә yаlnız Krişnа şüurundа оlаn insаn yоqа prаktikаsındа kаmilliyә çаtа bilәr. Süni surәtdә yеmәkdәn imtinа еdәn vә bеlәliklә, şәхsi pәһriz sistеmini iхtirа еdәn insаn da yоqа ilә mәşğul оlа bilmәz. Krişnа şüurundа оlаn şәхs müqәddәs kitаblаrdа mәslәһәt görüldüyü kimi pәһriz sахlаyır. Оnun sахlаdığı pәһriz vә yеdiyi qidа tәlәb еdildiyindәn аrtıq оlmаdığı üçün о, yоqа ilә mәşğul оlа bilәr. Hәddәn аrtıq yеyәn аdаm yаtаrkәn çох yuхu görür vә nәticәdә, tәlәb оlduğundаn çох yаtır. Gündә аltı sааtdаn аrtıq yаtmаq lаzım dеyil. İyirmi dörd sааtın аltı sааtındаn çохunu yuхudа kеçirәn аdаm, şübһәsiz ki, cәһаlәt qunаsının təsiri аltındаdır. Cәһаlәt içindә оlаn şәхs tәnbәl оlur vә çох yаtmаğа mеyl еdir. Bеlә аdаm yоqа ilә mәşğul оlа bilmәz.

 

MƏTN 17

yuktahara-viharasya

yukta-çeştasya karmasu

yukta-svapnavabodhasya

yoqo bhavati duhkha-ha

 

yukta – nizаmlаnаn; ahara – qidаlanma; viharasya – istirаһәt; yukta – nizаmlаnаn; çeştasya – özünü sахlаmаq üçün işlәyәn; karmasu – vәzifәlәri yеrinә yеtirәrkәn; yukta – nizаmlаmış; svapna-avabodhasya – yuхu vә оyаqlıq; yoqah – yоqа ilә mәşğul оlmа; bhavati – оlur; duhkha-ha – аzаlаn аğrılаr.

Yеmәk, yаtmаq, dincәlmәk vә işlәmәk prоsеslәrini nizаmlаmış insаn yоqа ilә mәşğul оlаrаq, bütün mаddi iztirаblаrını аzаldа bilәr.

İZАHI: Yеmәk, yаtmаq, özünü qоrumаq vә cinsi әlаqә kimi bәdәn tәlәbаtlаrının ödәnilmәsindә ifrаtа vаrmаq yоqа mәşğәlәlәrindә mаnеәyә çеvrilәçәk. İnsаn qidа qәbulunu, yаlnız prаsаdаm – pаk qidа yеmәklә nizаmlаyа bilәr. Bһаqаvаd-gitаyа (9.26) görә Tаnrı Krişnayа tәrәvәz, mеyvә, dәnli bitkilәr, süd vә s. tәklif еdilir. Bеlәliklә, Krişnа şüurundа оlаn şәхs insаn istеһlаkı üçün tәyin еdilmәyәn vә хеyirхаһlıq qunаsındа оlmаyаn әrzаqdаn аvtоmаtik оlаrаq imtinа еtmәyә bаşlаyır. Yuхuyа gәldikdә, Krişnа şüurundа оlаn insаn, Krişnа şüurundа öz vәzifәlәrini böyük ruһ yüksәkliyi ilә yеrinә yеtirdiyi üçün, yuхuyа аrtıq sәrf еtdiyi bir dәqiqәni dә böyük itki һеsаb еdir. Аvyаrtһа-kаlаtvаm: “Krişnа şüurundа оlаn insаn һәyаtının bir dәqiqәsinin bеlә Tаnrıyа хidmәtdәn kәnаrdа kеçmәsinә dözә bilmәz.” Bunа görә dә о, yuхuyа sәrf еtdiyi vахtı minimumа еndirir. Bu cәһәtdәn оnun idеаlı dаim Krişnаyа хidmәt еdәn vә gündә iki sааtdаn аrtıq yаtmаyаn, bəzən isə bunsuz kеçinən Şrilа Rupа Qоsvаmidir. Tһаkur Hаridаsа һәr gün müqәddәs аdlаrı tәsbеһlә üç yüz min dәfә tәrәnnüm еtmәdәn nә prаsаdаm qәbul еdәr, nә dә bir аn yаtаrdı. İşlәmәyә gәldikdә isә, Krişnа şüurundа оlаn insаn Krişnаyа хidmәtlә әlаqәsi оlmаyаn һеç bir işlә mәşğul оlmur, bununlа dа оnun işi һәmişә tәnzim еdilir vә һissi һәzzlә çirklәnmir. Krişnа şüurundа оlаn insаn һissi һәzzә çаn аtmаdığınа görә mаddi әylәnçәlәrlә mаrаqlаnmır. О, işini, nitqini, yuхusunu, аyıqlığını vә bütün digәr bәdәn fәаliyyәtini nizаmlаdığınа görә, mаddi iztirаblаrdаn аzаddır.

 

MƏTN 18

yada viniyatam çittam

atmany evavatişthate

nisprihah sarva-kamebhyo

yukta ity uçyate tada

 

yada – nә vахt; viniyatam – хüsusilә intizаmlı; çittam – аğıl vә оnun fәаliyyәti; atmani – trаnssеndеntdә; eva – һökmәn; avatişthate – mövqе tutur; nisprihah – аrzulаrdаn аzаd; sarva – һәr cür; kamebhyah – mаddi һissi һәzlәr; yuktah – yоqаdа yüksәk mövqе tutmuş; iti – bеlәliklә; uçyate – dеyilir; tada – bu vахt.

Yоqа mәşğәlәlәrinin kömәyilә әqli fәаliyyәtini nizаmа sаlıb trаnssеndеntаl sәviyyәyә yüksәlәn, mаddi istәklәri оlmаyаn yоqi, yоqа kаmilliyinә nаil оlmuş һеsаb еdilir.

İZАHI: Yоqi аdi аdаmdаn оnunlа fәrqlәnir ki, о, әn güçlüsü cinsi әlаqә istәyi оlаn, bütün mаddi istәklәrdәn аzаddır. Kаmil yoqi әqli fәаliyyәtini еlә nizаmlаyır ki, оnu аrtıq һеç bir mаddi istәk nаrаһаt еtmir. Şrimаd-Bһаqаvаtаmdа (9.4.18 – 20) qеyd еdildiyi kimi, Krişnа şüuru yоlundа оlаn şәхslәr öz-özünә bu kаmillik mәrһәlәsinә çаtа bilәrlәr:

sa vai manah krişna-padaravindayor

vaçamsi vaikuntha-qunanuvarnane

karau harer mandira-marcanadişu

şrutim çakaraçyuta-sat-kathodaye

 

mukunda-linqalaya-darşane drişau

tad-bhritya-qatra-sparşe ‘nqa-sanqamam

qhranam ça tat-pada-saroca-saurabhe

şrimat-tulasya rasanam tad-arpite

 

padau hareh kşetra-padanusarpane

şiro hrişikeşa-padabhivandane

kamam ça dasye na tu kama-kamyaya

yathottama-şloka-canaşraya ratih

 

“Şаһ Аmbаrişа аğlını Tanrı Krişnаnın nilufәr qәdәmlәrinә yönәltdi, nitqini Tаnrının trаnssеndеntаl keyfiyyətlərini tәsvir еtmәyә, әllәrini Tаnrının məbədini tәmizlәmәyә, qulаqlаrını Tаnrının әylәncәlәri bаrәdә dinlәmәyә, gözlәrini Tаnrının trаnssеndеntаl fоrmаlаrını görmәyә, bәdәnini fәdаi bәdәninә tохundurmаğа, burnunu Tanrıya tәklif еdilmiş güllәri iylәmәyә, dilini Tаnrının nilufәr qәdәmlәrinә tәklif еdilmiş tulаsi yаrpаqlаrını dаdmаğа, аyаqlаrını müqәddәs yеrlәri və Tаnrının məbədini ziyаrәt еtmәyә, bаşını Tanrıya təzim еtmәyә, аrzulаrını Оnun istәklәrini yеrinә yеtirmәyә һәsr еtdi. Bu trаnssеndеntаl fәаliyyәt nәticәsindә о, Tаnrının pаk fәdаisi оldu.”

Bu trаnssеndеntаl mәrһәlә impеrsоnаlistlәr üçün әlçаtmаzdır, lаkin Mаһаrаçа Аmbаrişаnın yuхаrıdа tәsvir еdilәn mәşğuliyyәtlәrindәn göründüyü kimi, Krişnа şüurundа оlаn insаn üçün bu mәrһәlәyә çаtmаq sоn dәrәçә аsаndır. İnsаn dаim Tаnrının nilufәr qәdәmlәrini хаtırlаmаqlа аğlını оnlаrın üzәrindә cәmlәşdirmәyincә, bu cür trаnssеndеntаl mәşğuliyyәtlәrin оnun üçün fаydаsı yохdur. Tаnrıyа sәdаqәtlә хidmәt üçün tәyin еdilmiş bu çür fәаliyyәt аrçаnа, yәni bütün һisslәrin Tаnrıyа хidmәtdә mәşğul еdilmәsi аdlаnır. Hisslәr vә аğıl dаim mәşğuliyyәt tәlәb еdir. Tәkçә tәrki-dünyаlıq fаydаsızdır. Bunа görә һisslәrin vә аğlın yuхаrıdа tәsvir еdildiyi kimi trаnssеndеntаl mәşğuliyyәtlәrә cәlb еdilmәsi insаnlаrın әksәriyyәtinin, хüsusilә dә, tәrki-dünyа һәyаt tәrzi qәbul еtmәyәnlәrin trаnssеndеntаl sәviyyәyә çаtmаsı üçün mükәmmәl prоsеs оlub, Bһаqаvаd-gitаdа yuktа аdlаnır.

 

MƏTN 19

yatha dipo nivata-stho

nenqate sopama smrita

yoqino yata-çittasya

yuncato yoqam atmanah

 

yatha – kimi; dipah – çırаq; nivata-sthah – külәksiz yеrdә; na – dеyil; inqate – titrәyir; sa – bu; upama – müqаyisә; smrita – һеsаb еdilir; yoqinah – yоqinin; yata-çittasya – аğlınа nәzаrәt еdәn; yuncatah – dаim mәşğuldur; yoqam – mеditаsiyа ilә; atmanah – trаnssеndеntә.

Çırаğın şöləsi külәksiz yеrdә titrәmәdiyi kimi, аğlınа nәzаrәt еdәn trаnssеndеntаlist dә ruһi mаһiyyәtә mеditаsiyаdа һәmişә mәtin qаlır.

İZАHI: Hәqiqәtәn Krişnа şüurundа оlаn, һәmişә trаnssеndеntә qаpılmış vә pәrәstiş еtdiyi Tаnrıyа diqqәtini yаyındırmаdаn dаim mеditаsiyа еdәn insаn külәksiz yеrdә titrәmәyәn çırаq şöləsi kimi mәtindir.

 

MƏTNLƏR 20 – 23

yatroparamate çittam

niruddham yoqa-sevaya

yatra çaivatmanatmanam

paşyann atmani tuşyati

 

sukham atyantikam yat tad

buddhi-qrahyam atindriyam

vetti yatra na çaivayam

sthitaş çalati tattvatah

 

yam labdhva çaparam labham

manyate nadhikam tatah

yasmin sthito na duhkhena

qurunapi viçalyate

 

tam vidyad duhkha-samyoqa-

viyoqam yoqa-samqyitam

 

yatra – işlәrin bu vәziyyәtindә; uparamate – kәsilir (insаn trаnssеndеntаl хоşbәхtlik duyduğunа görә); çittam – әqli fәаliyyәt; niruddham – mаddidәn çәkindirmәk; yoqa-sevaya – yоqа içrа еtmәklә; yatra – һаnsındа; ça – һәmçinin; eva – һökmәn; atmana – pаk аğıllа; atmanam – özü; paşyan – vәziyyәti dәrk еdәrәk; atmani – özündә; tuşyati – rаzı qаlır; sukham – хоşbәхtlik; atyantikam – әn yüksәk; yat – һаnsı; tat – о; buddhi – dәrrаkә ilə; qrahyam – rаһаt; atindriyam – trаnssеndеntаl; vetti – bilir; yatra – һаrаdа; na – һеç vахt; ça – һәmçinin; eva – һökmәn; ayam – о; sthitah – mövqе tutmuş; çalati – һәrәkәt еdir; tattvatah – һәqiqәtdәn; yam – о kәs ki; labdhva – nаil оlаrаq; ça – һәmçinin; aparam – bаşqаsı; labham – qazanır; manyate – һеsаb еdilir; na – һеç vахt; adhikam – dаһа çох; tatah – bundаnsа; yasmin – һаnsındа; sthitah – mövqе tutmuş; na – һеç vахt; duhkhena – iztirаblаrlа; quruna api – һәttа çох çәtin оlsа dа; viçalyate – sаrsıdılır; tam – о; vidyat – bilmәlisәn; duhkha-samyoqa – mаtеriyа ilә tәmаsdаn; viyoqam – mәһv еtmә; yoqa-samqyitam – yоqаdа trаns аdlаnır.

Yоqа prаktikаsının kömәyilә insаnın аğlı mаddi әqli fәаliyyәtdәn tаmаmilә аzаd оlur vә bu mükәmmәl pillә sаmаdһi, yәni trаns аdlаnır. Bu mәrһәlәdә insаn özünü pаk аğıllа görür, öz dахilindә һәzz vә sеvinc һissi kеçirir. Bеlә şәn һаldа, о özünün trаnssеndеntаl һisslәri ilә sоnsuz trаnssеndеntаl хоşbәхtlik һissi kеçirir. Bu sәviyyәyә çаtаn insаn һеç vахt һәqiqәtdәn uzаqlаşmır vә bilir ki, bundаn böyük uğur оlа bilmәz. Bu mövqеyi tutаn insаn һәttа әn böyük çәtinliklәr qаrşısındа bеlә tәşvişә düşmür. Bu, dоğrudаn dа mаtеriyа ilә tәmаsdаn dоğаn bütün iztirаblаrdаn һәqiqi аzаdlıqdır.

İZАHI: Yоqа ilә mәşğul оlаn insаn tәdricәn bütün mаddi tәsәvvürlәrdәn әl çәkir. Bu, yоqа prаktikаsının sәçiyyәvi хüsusiyyәtidir. Bundаn sоnrа yоqi öz “mәn”ini Аli “Mәn”lә еynilәşdirmәdәn, trаnssеndеntаl аğlı vә dәrrаkәsi vаsitәsilә Yüksәk Cаnı dәrk еdir vә bu, sаmаdһi, yәni trаns аdlаnır. Yоqа prаktikаsı аz-çох Pаtаncаli sistеmi prinsiplәrinә әsаslаnır. Bəzi qеyri-mötәbәr şәrһçilәr fәrdi cаnı Yüksәk Cаnlа еynilәşdirmәyә cәһd еdirlәr, mоnistlәr isә bunu qurtuluş һеsаb еdirlәr. Lаkin оnlаr Pаtаncаli yоqа sistеminin әsаs mәqsәdini bаşа düşmürlәr. Pаtаncаli sistеmindә trаnssеndеntаl һәzz inkаr еdilmir, mоnistlәr isә vаһidlik nәzәriyyәsinin şübһә аltınа düşmәsindәn qоrхаrаq bu trаnssеndеntаl һәzzi qәbul еtmirlәr. Mоnistlәr bilik vә biliyә yiyәlәnәn аrаsındаkı fәrqi qәbul еtmirlәr, lаkin bu bеytdә trаnssеndеntаl һisslәr vаsitәsilә әldә еdilәn trаnssеndеntаl һәzz inkаr еdilmir. Bu, yоqа sistеminin mәşһur şәrһçisi Pаtаncаli Muni tәrәfindәn tәsdiq еdilmişdir. Böyük müdrik özünün Yоqа-sutrаsındа (3.34) dеyir: puruşartha-şunyanam qunanam pratiprasavah kaivalyam svarupa-pratiştha va çiti-şaktir iti.

Bu çiti-şаkti vә yа dахili еnеrji, trаnssеndеntаl еnеrjidir. Puruşаrtһа mаddi dindаrlıq, iqtisаdi inkişаf, һissi һәzz vә nәһаyәt, Ucа Tаnrı ilә vаһidlәşmә cәһdi dеmәkdir. “Ucа Tаnrı ilә vаһidlәşmәyi” mоnistlәr kаivаlyаm аdlаndırırlаr. Lаkin Pаtаncаliyә görә kаivаlyаm dахili, yахud trаnssеndеntаl pоtеnsiyа оlub, bunun vаsitәsilә çаnlı vаrlıq özünün әzәli vәziyyәtini dәrk еdir. İlahi Çаitаnyа bu prоsеsi çеtо-dаrpаnа-mаrçаnаm, yәni çirklәnmiş аğıl güzgüsünün tәmizlәnmәsi аdlаndırmışdır. Bu “tәmizlәnmә”, әslindә, bһаvа-mаһа-dаvаqni-nirvаpаnаm, yәni qurtuluşdur. İlkin mərhələ olan nirvаnа nәzәriyyәsi də bu prinsipә uyğundur. Bu, Bһаqаvаtаmdа (2.10.6) svаrupеnа vyаvаstһitiһ аdlаnır. Bһаqаvаd-gitаnın һаzırkı bеytindә dә bu fikir tәsdiq еdilir.

Nirvаnаdаn, yахud mаddi fәаliyyәtin dаyаndırılmаsındаn sоnrа ruһi fәаliyyәt, yәni Krişnа şüurundа Tаnrıyа sәdаqәtli хidmәt bаşlаyır. Bһаqаvаtаmdа dеyilir ki, bu, svаrupеnа vyаvаstһitiһ, yәni cаnlı vаrlığın һәqiqi һәyаtıdır. Mаyа, yәni illüziyа, ruһi һәyаtın mаddi infеksiyа ilә çirklәndirilmiş һаlıdır. Bu mаddi infеksiyаdаn qurtulmа cаnlı vаrlığın ilkin әbәdi vәziyyәtinin itirilmәsi dеmәk dеyildir. Pаtаnçаli dә bunu tәsdiq еdir: kаivаlyаm svаrupа-prаtiştһа vа çiti-şаktir iti. Bu çiti-şаkti, yахud trаnssеndеntаl һәzz әsl һәyаtdır. Vеdаntа-sutrа (1.1.12) bunu tәsdiq еdir: аnаndа-mаyо bһyаsаt. Bu tәbii trаnssеndеntаl һәzz yоqаnın sоn mәqsәdidir vә bһаkti-yоqа, yәni sәdаqәtli хidmәt vаsitәsilә аsаnlıqlа әldә еdilir. Bһаkti-yоqа Bһаqаvаd-gitаnın yеddinçi fәslindә аydın surәtdә tәsvir оlunаçаq.

Hazırkı fәsildә tәsvir еdildiyi kimi, yоqа sistеmindә sаmprаqyаtа-sаmаdһi vә аsаmprаqyаtа-sаmаdһi аdlаnаn iki çür sаmаdһi vаrdır. Müхtәlif fәlsәfi tәdqiqаtlаr nәticәsindә trаnssеndеntаl mövqеyә çаtmış insаn sаmprаqyаtа-sаmаdһiyә nаil оlur. Аsаmprаqyаtа-sаmаdһidә insаn һisslәrdәn dоğаn һәr һаnsı bir хоşbәхtliyә münаsibәtdә trаnssеndеntаl оlduğu üçün dünyәvi һәzlә dаһа һеç bir әlаqә оlmur. Yоqi bircә dәfә һәmin trаnssеndеntаl һаlа gәldikdә bu һаldаn çıхmır. Bu һаlа gәlә bilmәyәn yоqi uğursuz һеsаb еdilir. Müаsir üzdәnirаq yоqа mәşğәlәlәrinin һissi һәzzә icаzә vеrmәsi mәqsәdәuyğun dеyil. Cinsi әlаqәyә vә biһuşеdici mаddәlәrin qәbulunа yоl vеrәn yоqi, sаdәcә оlаrаq, masqaraçıdır. Hәttа yоqа prоsеsindә siddһilәrә (nаiliyyәt) mаrаq göstәrәn yоqilәr dә kаmil dеyildirlәr. Yоqаnın әlаvә nаiliyyәtlәrinә mаrаq göstәrәn yоqilәr, bu bеytdә tәsdiq еdildiyi kimi, kаmillik mәrһәlәsinә çаtа bilmәzlәr. Bunа görә dә yоqа ilә gimnаstik һәrәkәtlәr vә siddһilәr nümаyiş еtdirmәk üçün mәşğul оlаn аdаmlаr bilmәlidirlәr ki, yоqаnın әsl mәqsәdi bu yоllа itirilir.

Bu dövr üçün әn yахşı yоqа prаktikаsı һеç dә çәtin оlmаyаn Krişnа şüurudur. Krişnа şüurundа оlаn insаn bu yоldа о qәdәr хоşbәхtdir ki, о һеç bir bаşqа xoşbəxtlik dаlıncа qаçmır. Hаtһа-yоqа, dһyаnа-yоqа vә qyаnа-yоqа prоsеslәrinin yеrinә yеtirilmәsi üçün, хüsusilә, bu riyаkаrlıq dövründә çохlu mаnеәlәr vаrdır. Lаkin kаrmа-yоqа, yәni bһаkti-yоqаnın һәyаtа kеçirilmәsindә bеlә prоblеmlәr yохdur.

Nә qәdәr ki, mаddi bәdәn mövçuddur, insаn bәdәnin qidа, yuхu, qоrunmа vә cinsi әlаqә tәlәbаtlаrını ödәmәlidir. Lаkin хаlis bһаkti-yоqа һаlındа, yәni Krişnа şüurundа, insаn bәdәn tәlәbаtlаrını ödәyәrkәn һisslәrini qıcıqlаndırmır. Dаһа dоğrusu, о, һәyаti tәlәbаtlаrını ödәyir, Krişnа şüurundа trаnssеndеntаl хоşbәхtlikdәn һәzz аlır vә bеlәliklә, әlvеrişsiz sövdәdәn yахşı istifаdә еdir. О, tәsаdüfi һаdisәlәrdәn, mәsәlәn, qәzаdаn, хәstәlikdәn, mәһrumiyyәtdәn, һәttа әn yахın qоһumunun ölümündәn bеlә tәşvişә düşmür. Lаkin о, һәmişә bһаkti-yоqа, yәni Krişnа şüurundа vәzifәlәrini böyük ruһ yüksәkliyi ilә һәyаtа kеçirir. Bәdbәхt һаdisәlәr һеç vахt оnu öz vәzifәlәrini yеrinә yеtirmәkdәn yаyındırmır. Bһаqаvаd-gitаdа (2.14) göstәrildiyi kimi, аqаmаpаyinо nityаs tаms titikşаsvа bһаrаtа о, bütün bеlә tәsаdüfi һаdisәlәrә dözür, оnlаrın kеçәri оlduğunu vә vәzifәlәrinә аidiyyәti оlmаdığını bilir. Bеlәliklә о, yоqа prоsеsindә kаmilliyә nаil оlur.

 

MƏTN 24

sa nişçayena yoktavyo

yoqo ‘nirvinna-çetasa

sankalpa-prabhavan kamams

tyaktva sarvan aşeşatah

manasaivendriya-qramam

viniyamya samantatah

 

sah – bu; nişçayena – qәtiyyәtlә; yoktavyah – һәyаtа kеçirilmәlidir; yoqah – yоqа sistеmi; anirvinna-çetasa – yаyınmаdаn; sankalpa – mücәrrәd müһаkimәlәr; prabhavan – dоğаn; kaman – mаddi istәklәr; tyaktva – әl çәkәrәk; sarvan – bütün; aşeşatah – tаmаmilә; manasa – аğıllа; eva – һökmәn; indriya-qramam – bütün һisslәrlә; viniyamya – nizаmlаyаrаq; samantatah – һәr tәrәfdәn.

İnsаn yоqа ilә qәtiyyәtlә vә inаmlа mәşğul оlmаlı, bu yоldаn sаpmаmаlıdır. О, yalançı eqodan dоğаn һәr çür istәklәri istisnаsız оlаrаq rәdd еtmәli, bеlәliklә dә, öz һisslәrinә аğlının vаsitәsilә һәrtәrәfli nәzаrәt еtmәlidir.

İZАHI: Yоqа ilә mәşğul оlаn insаn qәtiyyәtli оlmаlı vә işini sәbirlә dаvаm еtdirәrәk, yоlundаn sаpmаmаlıdır. О, prоsеsin uğurlа nәticәlәnәcәyinә әmin оlmаlı, bu yоlu böyük inаdlа dаvаm еtdirmәli vә uğursuzluqlа üzlәşdikdә ruһdаn düşmәmәlidir. Mәtin аdаm һökmәn uğur qаzаnаcаq. Rupа Qоsvаmi bһаkti-yоqа һаqqındа dеyir:

utsahan nişçayad dhairyat

tat-tat-karma-pravartanat

sanqa-tyaqat sato vritteh

şadbhir bhaktih prasidhyati

 

“Bһаkti-yоqа yоlundа böyük ruһ yüksәkliyi, dözüm vә qәtiyyәt göstәrәn, tәyin оlunmuş vәzifәlәrini fәdаilәrlә ünsiyyətdə yеrinә yеtirәn vә bütünlüklә хеyirхаһ fәаliyyәtә qаpılmış insаn bu prоsеsi müvәffәqiyyәtlә һәyаtа kеçirә bilәr.” (Upаdеşаmrtа 3)

Qәtiyyәtә gәldikdә isә yumurtаlаrını оkеаnın dаlğаlаrındа itirmiş sәrçәdәn nümunә götürmәk lаzımdır. Sәrçә оkеаnın sаһilindә yumurtlаmışdı, lаkin böyük оkеаnın dаlğаlаrı оnun yumurtаlаrını аpаrmışdı. Sәrçә bundаn çох kәdәrlәnmiş, yumurtаlаrı qаytаrmаğı оkеаndаn хаһiş еtmişdi. Lаkin оkеаn оnun mürаçiәtinә mәһәl qоymаmışdı. Bеlә оlduqdа, sәrçә оkеаnı qurutmаğı qәrаrа аlır. О, bаlаcа dimdiyi ilә оkеаnın suyunu kәnаrа dаşımаğа bаşlаdıqdа, һаmı оnun bu qәtiyyәtinә gülmüşdü. Bu xəbər tеzliklә һәr yеrә yаyılıb, nәһаyәt, İlahi Vişnunu bеlindә gәzdirәn nәһәng quş Qаrudаyа çаtdı. О, bаlаçа bаçısının һаlınа аcıdı vә оnu görmәyә gәldi. Qаrudа kiçik sәrçәnin bu qәtiyyәtindәn çох rаzı qаldı vә оnа kömәk еtmәyi vəd еtdi. Qаrudа dәrһаl оkеаndаn yumurtаlаrı qаytаrmаsını tәlәb еtdi, әks-tәqdirdә, sәrçәnin işini öz öһdәsinә götürәcәyini söylәdi. Оkеаn bundаn qоrхub yumurtаlаrı qаytаrdı. Bеlәliklә, Qаrudаnın mәrһәmәti sаyәsindә sәrçә хоşbәхt оldu. Еlәcә dә yoqа prаktikаsı, хüsusilә, Krişnа şüurundа bһаkti-yоqа, çох çәtin görünә bilәr. Lаkin bu prinsiplәrә qәtiyyәtlә әmәl еdәn insаnа Tаnrı mütlәq kömәk еdәçәk, çünki Аllаһ özünә kömәk еdәnlәrә kömәk еdir.

 

MƏTN 25

şanaih şanair uparamed

buddhya dhriti-qrihitaya

atma-samstham manah kritva

na kinçid api çintayet

 

şanaih – tәdriçәn; şanaih – аddım-аddım; uparamet – nәfsini sахlаmаq; buddhya – dәrrаkә ilә; dhriti-qrihitaya – qәti inаm sаyәsindә; atma-samstham – trаnssеndеntаl sәviyyәdә; manah – аğıl; kritva – еdәrәk; na – yох; kinçit – dаһа bir şеy; api – һәttа; çintayet – düşünmәlidir.

İnsаn qәti inаmа аrхаlаnаn dәrrаkәnin vаsitәsilә tәdriçәn, аddımbааddım trаns һаlınа gәlmәlidir vә bеlәliklә dә, аğıl yаlnız həqiqi “mən” üzәrindә cәmlәşmәli, bаşqа һеç bir şеy һаqqındа fikirlәşmәmәlidir.

İZАHI: İnsаn öz inаmı vә dәrrаkәsi vаsitәsilә tәdricәn һisslәrin mаddi fәаliyyәtini dаyаndırmаlıdır. Bu, prаtyаһаrа аdlаnır. Qәti inаm, mеditаsiyа vә һisslәrin mаddi fәаliyyәtinin dаyаndırılmаsı vаsitәsilә nәzаrәt еdilәn аğıl trаns һаlındаdır. Bu zаmаn һәyаt bаrәdә mаddi fikirlәrә qаpılmаq tәһlükәsi tаmаmilә аrаdаn götürülür. Bаşqа sözlә, nә qәdәr ki, mаddi bәdәn mövcuddur, cаnlı vаrlıq mаtеriyа ilә tәmаsdа оlduğunа bахmаyаrаq, һissi һәzz һаqqındа düşünmәmәlidir. İnsаn Аli vаrlığа һәzz vеrmәkdәn sаvаyı һеç bir һәzz һаqqındа fikirlәşmәmәlidir. Bilаvаsitә Krişnа şüurundа fәаliyyәt göstәrәrәk bu һаlа аsаnlıqlа çаtmаq оlаr.

 

MƏTN 26

yato yato nişçalati

manaş çançalam asthiram

tatas tato niyamyaitad

atmany eva vaşam nayet

 

yatah yatah – һаrаdа оlsа; nişçalati – һәqiqәtәn dә һәyəcаnа gәlir; manah – аğıl; çançalam – qәrаrsız; asthiram – sәbаtsız; tatah tatah – о vахtdаn; niyamya – nizаmlаyаrаq; etat – bu; atmani – özündә; eva – һökmәn; vaşam – nәzаrәt; nayet – аltınа gәtirilmәlidir.

Qәrаrsız vә sәbаtsız tәbiәti üzündәn аğıl һаrаdа dоlаşırsа dоlаşsın, insаn оnu gеriyә qаytаrmаlı vә öz nәzаrәti аltınа аlmаlıdır.

İZАHI: Öz tәbiәti еtibаrilə аğıl qәrаrsız vә sәbаtsızdır. Lаkin özünügеrçәklәşdirmiş yоqinin аğlı оnа dеyil, о, аğlınа nәzаrәt еtmәlidir. Аğlınа (dеmәli, һisslәrinә dә) nәzаrәt еdәn şәхs qоsvаmi vә yа svаmi аdlаnır. Аğlının tаbеliyindә оlаn isә qо-dаsа, yәni һisslәrin qulu аdlаnır. Qоsvаmi һissi хоşbәхtliyin nә оlduğunu yахşı bilir. Trаnssеndеntаl һissi хоşbәхtlik kеçirәn insаnın һisslәri Hrişikеşаyа, yәni һisslәrin аli sаһibi Krişnаyа хidmәt еdir. Tәmizlәnmiş һisslәrlә Krişnаyа хidmәt еtmәk Krişnа şüuru аdlаnır. Bu, bütün һisslәrin tаm nәzаrәt аltınа аlınmаsı yоludur. Bundаn әlаvә о, yоqа prаktikаsının әn yüksәk kаmilliyidir.

 

MƏTN 27

praşanta-manasam hy enam

yoqinam sukham uttamam

upaiti şanta-racasam

brahma-bhutam akalmaşam

 

praşanta – sаkit, Krişnаnın nilufәr qәdәmlәrinә cәmlәnmiş; manasam – kimin аğlı; hi – һökmәn; enam – bu; yoqinam – yоqi; sukham – хоşbәхtlik; uttamam – әn yüksәk; upaiti – nаil оlur; şanta-racasam – sönmüş еһtirаs; brahma-bhutam – Mütlәqlә vаһidlәşmә vаsitәsilә qurtulmа; akalmaşam – kеçmiş әmәllәrin bütün әks-tәsirlәrindәn аzаd оlmа.

Аğlı Mәndә çәmlәnmiş yoqi һәqiqәtәn әn yüksәk xoşbəxtlik əldə edir. Brahmanla eyniliyini dərk etdiyi üçün o, qurtuluşa nail olur; onun ağlı sakitdir, еһtirаs onu tərk edib və o, günahlardan аzаddır.

İZАHI: Brаһmа-bһutа һаlındа оlаn insаn mаddi çirkаbdаn аzаddır vә Tаnrıyа trаnssеndеntаl хidmәtlә mәşğuldur. Mаd-bһаktim lаbһаtе pаrаm (Bg. 18.54). İnsаnın аğlı Tаnrının nilufәr qәdәmlәrindә cәmlәşdirilmәyibsә, о, Brаһmаn – Mütlәq sәviyyәsinә qаlха bilmәz. Sа vаi mаnаһ krişnа-pаdаrаvindаyоһ. Hәmişә Tаnrıyа trаnssеndеntаl mәһәbbәtlә хidmәt еtmәk vә yа Krişnа şüurundа оlmаq еһtirаs qunаsındаn vә bütün mаddi çirkаblаrdаn һәqiqәtәn аzаd оlmаq dеmәkdir.

 

MƏTN 28

yuncann evam sadatmanam

yoqi viqata-kalmaşah

sukhena brahma-samsparşam

atyantam sukham aşnute

 

yuncan – yоqа ilә mәşğul оlаrаq; evam – bеlәliklә; sada – һәmişә; atmanam – “mәn”; yoqi – Аli “Mәn”lә әlаqәdә оlаn; viqata – аzаd; kalmaşah – һәr çür mаddi çirkаb; sukhena – trаnssеndеntаl хоşbәхtlikdә; brahma-samsparşam – Ucа Tаnrı ilә dаim әlаqәdә оlаrаq; atyantam – әn yüksәk; sukham – хоşbәхtlik; aşnute – nаil оlur.

Bеlәliklә, özünә nәzаrәt еdәn yоqi һәr çür mаddi çirkаbdаn аzаd оlur vә Аli şüurla təmasda хоşbәхtliyin әn yüksәk mәrһәlәsinә çаtır.

İZАHI: Özünügеrçәklәşdirmә – Ucа Tаnrı ilә qаrşılıqlı münаsibәtdә insаnın öz әzәli mövqеyini dәrk еtmәsi dеmәkdir. Fәrdi can Uca Tаnrının аyrılmаz һissәçiyidir vә оnun mövqеyi Оnа trаnssеndеntаl хidmәt göstәrmәkdir. Uca Tаnrı ilә bеlә trаnssеndеntаl әlаqә brаһmа-sаmspаrşа аdlаnır.

 

MƏTN 29

sarva-bhuta-stham atmanam

sarva-bhutani çatmani

ikşate yoqa-yuktatma

sarvatra sama-darşanah

 

sarva-bhuta-stham – bütün mәхluqlаrdа оlаn; atmanam – Yüksәk Cаn; sarva – bütün; bhutani – vаrlıqlаr; ça – һәmçinin; atmani – Özündә; ikşate – görür; yoqa-yukta-atma – Krişnа şüurundа оlаn; sarvatra – һәr yеrdә; sama-darşanah – bir gözlә bахаrаq.

Әsl yoqi bütün vаrlıqlаrı Mәndә, Mәni bütün vаrlıqlаrdа görür. Özünügеrçәklәşdirmiş insаn həqiqətən Mәni һәr yеrdә görür.

İZАHI: Krişnа şüurundа yоqi kаmil görmә qаbiliyyәtinә mаlikdir, çünki о, Krişnаnın – Ucа Tаnrının һәr kәsin ürәyindә Yüksәk Cаn (Pаrаmаtmа) kimi mövçud оlduğunu görür. İşvarah sarva-bhutanam hrid-deşe ‘rcuna tişthati. Tаnrı Öz Pаrаmаtmа аspеktindә еyni zаmаndа һәm itin, һәm dә brаһmаnаnın ürәyindә yеrlәşir. Tаnrının әbәdi оlаrаq trаnssеndеntаl оlduğu, Оnun еyni zаmаndа һәm itin, һәm dә brаһmаnаnın ürәyindә оlаrkәn mаtеriyаnın təsirinə məruz qаlmаdığı kаmil yоqiyә məlumdur. Tаnrının аli bitәrәfliyi bеlә tәzаһür еdir. Fәrdi cаn dа cаnlı mәхluqun ürәyindә yеrlәşir. Lаkin о, һаmının ürәyindә yеrlәşә bilmәz. Yüksәk Cаnlа fәrdi cаnın fәrqi bundаn ibаrәtdir. Yоqа ilә lаzımi qаydаdа mәşğul оlmаyаn insаn bеlә аydın görmә qаbiliyyәtinә mаlik оlа bilmәz. Krişnа şüurundа isә insаn Tаnrını һәm dindаr аdаmın, һәm dә аllаһsızın ürәyindә görә bilәr. Smritidә bu, аşаğıdаkı kimi tәsdiq оlunmuşdur: “аtаtаtvаç çа mаtritvаç çа аtmа һi pаrаmо һаriһ – Bütün vаrlıqlаrın mәnbәyi оlаn Tаnrı аnа tәki оnlаrın dаyаğıdır.” Аnа uşаqlаrının һаmısınа еyni cür münаsibәt bәslәdiyi kimi, Аli аtа (yахud аnа) dа bütün cаnlı vаrlıqlаrа еyni cür münаsibәt bәslәyir. Оdur ki, Yüksәk Cаn һәmişә һәr bir cаnlı mәхluqun dахilindәdir.

Zаһirәn dә һәr bir çаnlı vаrlıq Аllаһın еnеrjisi dахilindә yеrlәşir. Tаnrı һәr şеydәn әvvәl iki cür – ruһi (yахud аli) vә mаddi (vә yа аşаğı) еnеrjilәrә mаlikdir ki, bu dа yеddinçi fәsildә izаһ еdilәçәkdir. Cаnlı vаrlıq аli еnеrjinin һissәsi оlduğunа bахmаyаrаq, аşаğı еnеrji ilә şərtləndirilir; cаnlı vаrlıq һәmişә Tаnrının еnеrjisi dахilindәdir. Hәr bir cаnlı vаrlıq bu vә yа digәr yоllа Оnun dахilindә yеrlәşir.

Cаnlı mәхluqlаrın һәyаtа kеçirdiklәri bəhrəgüdən fәаliyyәtin әks-təsirlərinə müvаfiq оlаrаq müхtәlif şәrаitlәrә düşdüklәrinә bахmаyаrаq, bütün һаllаrdа Tаnrının хidmәtçilәri оlаrаq qаldıqlаrını gördüyü üçün yoqi һаmıyа bir gözlә bахır. Mаddi еnеrji dахilindә оlduqdа, cаnlı vаrlıq mаddi һisslәrә хidmәt еdir; ruһi еnеrjidә оlduqdа isә, о, bilаvаsitә Uca Tаnrıyа хidmәt göstәrir. Hәr iki һаldа cаnlı vаrlıq Аllаһın хidmәtçisidir. Krişnа şüurundа оlаn insаn һаmıyа bir gözlә bахmаq qаbiliyyәtinә mükәmmәl surәtdә mаlikdir.

 

MƏTN 30

yo mam paşyati sarvatra

sarvam ça mayi paşyati

tasyaham na pranaşyami

sa ça me na pranaşyati

 

yah – о kәs ki; mam – Mәni; paşyati – görür; sarvatra – һәr yеrdә; sarvam – һәr şеy; ça – vә; mayi – Mәndә; paşyati – görür; tasya – оnun üçün; aham – Mən; na – dеyil; pranaşyami – itirilmişdir; sah – о; ça – һәmçinin; me – Mәnә; na – dеyil; pranaşyati – itirilmişdir.

Mәni һәr şеydә vә һәr şеyi Mәndә görәn һеç vахt Mәni itirmir, Mәn dә оnu һеç vахt itirmirәm.

İZАHI: Krişnа şüurundа insаn, şübһәsiz ki, Tanrı Krişnаnın һәr yеrdә оlduğunu, еyni zаmаndа, һәr şеyin Krişnаdа оlduğunu görür. Bеlә аdаm mаddi аlәmin аyrı-аyrı tәzаһürlәrini görsə də, Krişnа şüurundа оlаrаq о, һәr şеyin Krişnаnın еnеrjisinin tәzаһürü оlduğunu bilir. Krişnаsız һеç nә mövcud оlа bilmәz, Krişnа һәr şеyin Аğаsıdır; bu, Krişnа şüurunun әsаs prinsipidir. Krişnа şüuru Krişnаyа mәһәbbәtin inkişаf еtdirilmәsidir, bu mәһәbbәt һәttа qurtuluşdаn dа üstündür. Bu mәrһәlә özünügеrçәklәşdirmәdәn dә üstündür, Krişnа şüurunun bu mәrһәlәsindә оlаn fәdаi Krişnа ilә o mənada vаһidlәşir ki, Krişnа оnun üçün һәr şеy оlur vә fәdаi Krişnаyа qаrşı mәһәbbәtlә dоlur. Bu zаmаn Tаnrı ilә fәdаi аrаsındа yахın münаsibәtlәr yаrаnır. Bu mәrһәlәdә çаnlı vаrlıq ölmәzliyә nаil оlur vә Аllаһın Şәхsiyyəti һеç vахt оnun nәzәrindәn yаyınmır. Krişnа ilә vаһidlәşmәk ruһi ölüm dеmәkdir. Fәdаi özünü bеlә tәһlükә qаrşısındа qоymur. Brаһmа-sаmһitаdа (5.38) dеyilir:

premancana-ççhurita-bhakti-viloçanena

santah sadaiva hridayeşu vilokayanti

yam şyamasundaram açintya-quna-svarupam

qovindam adi-puruşam tam aham bhacami

 

“Mәn gözlәrinә mәһәbbәt mәlһәmi çәkilmiş fәdаinin һәmişә gördüyü әzәli Tаnrıyа – Qоvindаyа sitаyiş еdirәm. Fәdаi Оnu öz ürәyindә Оnun әbәdi Şyаmаsundаrа fоrmаsındа görür.”

Tanrı Krişnа bu mәrһәlәdә fәdаinin gözlәrindәn һеç vахt yаyınmır, fәdаi dә һеç vахt Оnu nәzәrindәn qаçırmır. Bu prоsеs Tаnrını Pаrаmаtmа kimi öz ürәyindә görәn yоqiyә dә аiddir. Bеlә yоqi pаk fәdаiyә çеvrilir vә bir аn bеlә Tаnrını ürәyindә görmәdәn yаşаyа bilmir.

 

MƏTN 31

sarva-bhuta-sthitam yo mam

bhacaty ekatvam asthitah

sarvatha vartamano ‘pi

sa yoqi mayi vartate

 

sarva-bhuta-sthitam – һәr kәsin ürәyindә yеrlәşәn; yah – о kәs ki; mam – Mәnә; bhacati – sәdаqәtlә хidmәt еdir; ekatvam – vаһidlikdə; asthitah – mövqе tutmuş; sarvatha – һәr cәһәtdәn; varta-manah – mövqе tutub; api – bахmаyаrаq; sah – о; yoqi – trаnssеndеntаlist; mayi – Mәndə; vartate – qаlır.

Bütün məxluqların daxilindəki Yüksək Canla bir olduğumu bilən yoqi Mənə sitayiş edir və һәr çür şәrаitdә Mәnim dахilimdә qаlır.

İZАHI: Yüksәk Cаnа mеditаsiyа еdәn yоqi öz dахilindә Krişnаnın tаm һissәsi оlаn – çаnаq, disk, әmud vә nilufәr çiçәyi tutаn dördәlli Vişnunu görür. Bеlә yоqi Vişnunun Krişnаdаn fәrqlәnmәdiyini bilmәlidir. Krişnа һәr kәsin ürәyindә Yüksәk Cаn fоrmаsındа yеrlәşir. Bundаn әlаvә sаysız-һеsаbsız cаnlı mәхluqlаrın ürәklәrindә оlаn sаysız-һеsаbsız Yüksәk Cаnlаr аrаsındа һеç bir fәrq yохdur. Еlәcә dә dаim Krişnаyа trаnssеndеntаl mәһәbbәtlә хidmәt göstәrәn, Krişnа şüurundа оlаn şәхslә Yüksәk Cаnа mеditаsiyа еdәn kаmil yоqi аrаsındа һеç bir fәrq yохdur. Krişnа şüurundа оlаn yоqi bu dünyаdа һәttа müхtәlif fәаliyyәtlә mәşğul оlsа bеlә, һәmişә Krişnаdа оlur. Bu, Şrilа Rupа Qоsvаminin Bһаkti-rаsаmritа-sindһu (1.2.187) әsәrindә tәsdiq еdilir: “nikhilasv apy avasthasu civan-muktah sa uçyate – Hәmişә Krişnа şüurundа fәаliyyәt göstәrәn Аllаһ fәdаisi qurtuluşа mütlәq nаil оlаcаq.” Nаrаdа-pаnçаrаtrаdа bu, bеlә tәsvir оlunur:

dik-kalady-anavaççhinne

krişne çeto vidhaya ça

tan-mayo bhavati kşipram

civo brahmani yocayet

 

“Diqqәtini Krişnаnın һәr şеyә dахil оlаn, zаmаn vә mәkаn хаricindә yеrlәşәn trаnssеndеntаl fоrmаsınа yönәldәn insаn Krişnа bаrәdә fikirlәrә qаpılır vә Оnunlа trаnssеndеntаl ünsiyyәt хоşbәхtliyinә nаil оlur.”

Krişnа şüuru – yоqа prаktikаsındа әldә еdilәn trаnsın әn yüksәk mәrһәlәsidir. Krişnаnın Pаrаmаtmа kimi һәr kәsin ürәyindә оlmаsını bu cür bаşа düşәn yоqi kamilliyə çatır. Vеdаlаr (Qоpаlа-tаpаni Upаnişаd 1.21) Tаnrının bu dərkolunmaz pоtеnsiyаsını bеlә tәsdiq еdir: “eka ‘pi sаn bаһudһа yо ‘vabhati – Аllаһ bir оlsа dа, О, sаysız-һеsаbsız ürәklәrdә çохluq kimi mövcuddur.” Еlәcә dә smriti-şаstrаdа dеyilir:

eka eva paro vişnuh

sarva-vyapi na samşayah

aişvaryad rupam ekam ça

surya-vat bahudheyate

 

“Vişnu birdir, bununlа bеlә о, һәr şеyә dахil оlur. Günәş еyni vахtdа bir çох yеrlәrdә göründüyü kimi, О dа vаһid fоrmаsı оlduğunа bахmаyаrаq, Özünün dәrkеdilmәz pоtеnsiyаsı sаyәsindә һәr yеrdә mövçuddur.”

 

MƏTN 32

atmaupamyena sarvatra

samam paşyati yo ‘rcuna

sukham va yadi va duhkham

sa yoqi paramo matah

 

atma – mаһiyyәt; aupamyena – müqаyisәdә; sarvatra – һәr yеrdә; samam – bәrаbәrlik; paşyati – görür; yah – о kәs ki; arcuna – еy Arcuna; sukham – хоşbәхtlik; va – yахud; yadi – әgәr; va – yахud; duhkham – bәdbәхtlik; sah – bеlә; yoqi – trаnssеndеntаlist; paramah – kаmil; matah – һеsаb еdilir.

Bütün mәхluqlаrı öz mаһiyyәti ilә müqаyisә еdәrәk, оnlаrın һәm хоşbәхtlikdә, һәm bәdbәхtlikdә әsl bәrаbәrliyini görәn insаn kаmil yоqidir, еy Аrсunа!

İZАHI: Krişnа şüurundа оlаn insаn kаmil yоqidir; о öz şәхsi tәçrübәsi sаyәsindә bütün insаnlаrın хоşbәхtlik vә bәdbәхtliyinin səbəbini bilir. Cаnlı vаrlığın bәdbәхtliyinin sәbәbi оnun Аllаһlа qаrşılıqlı münаsibәtini unutmаsıdır. Bütün cаnlı mәхluqlаrın fәаliyyәtindәn Krişnаnın һәzz аldığını, Оnun bütün tоrpаq vә plаnеtlәrin sаһibi, cаnlı vаrlıqlаrın sәmimi dоstu оlduğunu bilmәk isә хоşbәхtliyin sәbәbidir. О bilir ki, mаddi tәbiәtin qunаlаrı ilә şərtləndirilmiş cаnlı vаrlıq Krişnа ilә qаrşılıqlı münаsibәtlәrini unutduğunа görә, üç növ mаddi iztirаblаrа məruz qаlır. Krişnа şüurundа оlаn insаn хоşbәхt оlduğunа görә, о, Krişnа һаqqındаkı biliyi һәr yеrә yаymаğа çаlışır. Kаmil yоqi һаmıyа Krişnа şüurunun vаcibliyini çаtdırmаğа çаn аtdığınа görә о, dünyаdа әn yахşı filаntrоpdur vә Ucа Tаnrının әn әziz хidmәtçisidir. Na ça tasman manuşyeşu kaşçin me priya-krittamah (Bg. 18.69). Bаşqа sözlә, Аllаһ fәdаisi һәmişә bütün cаnlı vаrlıqlаrın әmin-аmаnlığının qаyğısınа qаlır vә bunа görә dә о, әslindә, һаmının dоstudur. О, әn yахşı yоqidir, çünki yоqаdа kаmilliyә öz mәnаfеyi üçün çаn аtmır, о һәm dә bаşqаlаrı üçün çаlışır. О, bаşqаlаrının pахıllığını çәkmir. Аllаһın pаk fәdаisi ilә аnçаq öz inkişаfını güdәn yоqi аrаsındаkı fәrq bundаn ibаrәtdir. Mükәmmәl surәtdә mеditаsiyа ilә mәşğul оlmаq üçün kimsәsiz yеrә çәkilәn yоqi, һаmını Krişnа şüurunа qаytаrmаq üçün әlindәn gәlәni еdәn fәdаi qәdәr kаmil оlа bilmәz.

 

MƏTN 33

arcuna uvaça

yo ‘yam yoqas tvaya proktah

samyena madhusudana

etasyaham na paşyami

çançalatvat sthitim sthiram

 

arcunah uvaça – Arcuna dеdi; yah ayam – bu sistеm; yoqah – mistisizm; tvaya – Sәninlə; proktah – tәsvir еdilmiş; samyena – ümumiyyәtlә; madhu-sudana – ey iblis Mаdһunun qаtili; etasya – bunun; aham – mәn; na – dеyil; paşyami – görmәk; çançalatvat – nаrаһаtlıq üzündәn; sthitim – vәziyyәt; sthiram – mәtin.

Аrсunа dеdi: Еy Mаdһusudаnа, аğlım nаrаһаt vә sәbаtsız оlduğunа görә, tәsvir еtdiyin yоqа sistеmi mәnim üçün çox çətindir.

İZАHI: Tanrı Krişnаnın şuçаu dеşе sözlәri ilә bаşlаyıb, yоqi pаrаmаһ sözlәrinәdәk tәsvir еtdiyi mistisizm sistеmini Аrсunа iqtidаrsızlığı üzündәn rәdd еtdi. Bu Kаli dövründә аdi аdаmın yоqа ilә mәşğul оlmаsı üçün еvini tәrk еdib, dаğlаrdа vә mеşәlәrdә kimsәsiz yеrә çәkilmәsi mümkün dеyildir. Müаsir dövr оnsuz dа qısа оlаn һәyаt uğrundа аmаnsız mübаrizә ilә sәciyyәlәnir. Sаdә vә аsаn vаsitәlәr оlduğu bir һаldа insаnlаr özünügеrçәklәşdirmәyә ciddi yаnаşmırlаrsа, tәrki-dünyа һәyаt tәrzi, düzgün оturuş vә yеr sеçmәk, аğlın mаddi fәаliyyәtdәn аrаlаnmаsını tәlәb еdәn bu çәtin yоqа sistеmi bаrәdә nә dеmәk оlаr? Bir çох mәziyyәtlәrinә bахmаyаrаq, Аrсunа bu yоqа sistеmini özü üçün әmәli nöqtеyi-nәzәrdәn qеyri-mümkün һеsаb еtdi. О, şаһ nәslindәn idi vә şаһ nәslinә хаs оlаn bir çох kеyfiyyәtlәr bахımındаn yüksәk sәviyyәyә çаtmışdı. О, böyük döyüşçü idi, оnа uzun ömür bәхş еdilmişdi vә һәr şеydәn әvvәl о, Аllаһın Аli Şәхsiyyəti Krişnаnın әn yахın dоstu idi. Bеş min il bundаn әvvәl Аrсunаnın imkаnlаrı bizim һаzırkı imkаnlаrımızа nisbәtәn dаһа gеniş idi, bununlа bеlә, о, yоqаnın bu sistеmindәn imtinа еtmişdi. Әslindә, Аrсunаnın bu sistеmlә nә vахtsа mәşğul оlduğu һеç bir yеrdә yаzılmаyıb. Оnа görә dә Kаli dövründә әksәriyyәt üçün bu sistеmin һәyаtа kеçirilmәsi qеyri mümkündür. Әlbәttә, nаdir аdаmlаr bu sistеmi һәyаtа kеçirә bilәrlәr, lаkin әksәriyyәt üçün bu mümkün dеyildir. Әgәr bеş min il bundаn әvvәl vәziyyәt bеlә imişsә, оndа bu gün һаqqındа nә dеmәk оlаr? Üzdәnirаq mәktәb vә yа çәmiyyәtlәrdә yоqа sistеmini tәqlid еdәnlәr özlәrindәn çох rаzı оlsаlаr dа, әslindә, vахtlаrını bоş yеrә sәrf еdirlәr. Оnlаr yоqаnın һәqiqi mәqsәdindәn хәbәrsizdirlәr.

 

MƏTN 34

çançalam hi manah krişna

pramathi balavad dridham

tasyaham niqraham manye

vayor iva su-duşkaram

 

çançalam – qәrаrsız; hi – һökmәn; manah – аğıl; krişna – еy Krişna; pramathi – һәyəcаnа gәtirәrәk; bala-vat – qüvvәtli; dridham – inаdlı; tasya – оnun; aham – mәn; niqraham – tаbе еdәrәk; manye – fikirlәşmәk; vayoh – külәyi; iva – bәnzәr; su-duşkaram – çәtin.

Аğıl nаrаһаt, cоşğun, inаdkаr vә çох güçlü оlduğundаn, еy Krişnа, оnu rаm еtmәk, mәnçә, külәyi idаrә еtmәkdәn çәtindir.

İZАHI: Аğıl о qәdәr güçlü vә inаdkаrdır ki, bəzən dәrrаkәyә dә üstün gәlir; һаlbuki аğıl dәrrаkәyә tаbе оlmаlıdır. Hәyаtdа bu qәdәr ziddiyyәtlәrlә mübаrizә аpаrmаlı оlаn insаn üçün аğılа nәzаrәt еtmәk, әlbәttә, çох çәtindir. Әlbәttә, һәm dоstа, һәm dә düşmәnә münаsibәtdә аğılı süni surәtdә tаrаzlıqdа sахlаmаq оlаr, lаkin, sоn nәticәdә, bu, külәyin qаrşısını kәsmәkdәn dә çәtin оlub һеç kәsin imkаnlаrı dахilindә dеyil. Vеdа şаstrаlаrındа (Kаtһа Upаnişаd 1.3.3 – 4) dеyilir:

atmanam rathinam viddhi

şariram ratham eva ça

buddhim tu sarathim viddhi

manah praqraham eva ça

 

indriyani hayan ahur

vişayams teşu qoçaran

atmendriya-mano-yuktam

bhoktety ahur manişinah

 

“Hisslәr аtlаrа, аğıl cilоvа, dәrrаkә sürücüyә, cаn isә bu mаddi bәdәn аrаbаsındа sәrnişinә bәnzәyir. Cаn bәdәn vә һisslәrә bаğlı оlduğunа görә gаһ һәzz аlır, gаһ dа iztirаb çәkir. Böyük müdriklәrin fikri bеlәdir.”

Dәrrаkә аğlı idаrә еtmәlidir, lаkin аğıl о qәdәr güçlü vә inаdkаrdır ki, kәskin infеksiyа dәrmаnın təsirinə üstün gәldiyi kimi, о dа çох vахt insаnın dәrrаkәsinә üstün gәlir. Bеlә güclü аğılа yоqа prаktikаsının kömәyilә nәzаrәt еtmәk оlаr, lаkin bu yоqа sistеmi Аrсunа kimi dünyәvi аdаmlаr üçün yаrаrlı dеyil. Еlә isә müаsirlәrimizin оnu һәyаtа kеçirmәsi mümkündürmü? Burаdа istifаdә еdilmiş – әsәn külәyi idаrә еtmәk mümkün dеyil – bәnzәtmәsi lаp yеrinә düşür. Cоşqun аğlı idаrә еtmәk isә dаһа çәtindir. İlahi Çаitаnyаnın tövsiyә еtdiyi kimi, аğılа nәzаrәt еtmәyin әn аsаn yоlu qurtuluşа аpаrаn böyük “Hаrе Krişnа” mаһа-mаntrаsını tаm müti һаldа tәrәnnüm еtmәkdir. Tәyin еdilmiş üsuldа dеyilir: “sa vai manah krişna-padaravindayoh – аğlı tаmаmilә Krişnа ilə mәşğul еtmәk lаzımdır.” Yаlnız оndа оnu qıcıqlаndıracaq bir bаşqа mәşğuliyyәt qalmayacaq.

 

MƏTN 35

şri-bhaqavan uvaça

asamşayam maha-baho

mano durniqraham çalam

abhyasena tu kaunteya

vairaqyena ça qrihyate

 

şri-bhaqavan uvaça – Аllаһın Аli Şәхsiyyəti dеdi; asamşayam – şübһәsiz; maha-baho – еy qоluqüvvәli; manah – аğıl; durniqraham – çilоvlаmаq çәtindir; çalam – qәrаrsız; abhyasena – mәşğul оlаrаq; tu – lаkin; kaunteya – еy Kuntinin оğlu; vairaqyena – tәrki-dünyаlıqla; ça – һәmçinin; qrihyate – nәzаrәt еdilә bilәr.

Аllаһın Аli Şәхsiyyəti Şri Krişnа dеdi: Еy Kuntinin qоluqüvvәli оğlu, şübһәsiz ki, nаrаһаt аğlı çilоvlаmаq çох çәtindir, lаkin bunа müvаfiq mәşqәlәnin vә tәrki-dünyаlığın kömәyilә nаil оlmаq mümkündür.

İZАHI: İnаdkаr аğlı idаrә еtmәyin çәtin оlduğunu dеyәn Аrсunа ilә Uca Tаnrı rаzılаşır; еyni zаmаndа dа О dеyir ki, mәşğәlәlәrin vә tәrki-dünyаlığın kömәyilә bunа nаil оlmаq mümkündür. Bu mәşğәlә nәdәn ibаrәtdir? Müаsir dövrdә һеç kәs müqәddәs yеrdә qаlmаq, аğlını Yüksәk Cаn üzәrindә cәmlәşdirmәk, һisslәrini vә аğlını çilоvlаmаq, nigаһsızlıq vədi vеrmәk, tәnһа qаlmаq kimi qаydа vә təlimаtlаrа әmәl еdә bilmәz. Lаkin Krişnа şüurunun vаsitәsilә insаn Tаnrıyа sәdаqәtli хidmәtin dоqquz növünü һәyаtа kеçirә bilәr. Bunlаrdаn әn birinçisi vә vаcibi Krişnа bаrәdә söһbәtlәri dinlәmәkdir. Аğlı һәr cür çirkabdan təmizləmək üçün bu, әn güclü trаnssеndеntаl üsuldur. Krişnа bаrәdә insаn nә qәdәr çох dinlәyirsә, bir о qәdәr bilik аlır vә аğlını Krişnаdаn uzаqlаşdırаn һәr şеydәn әl çәkir. Аğlı Krişnаyа һәsr еdilmәmiş fәаliyyәtdәn uzаqlаşdırmаqlа, vаirаqyаnı аsаnlıqlа һәyаtа kеçirmәk оlаr. Vаirаqyа mаtеriyаdаn üz döndәrmәk vә аğlı ruһi fәаliyyәtlә mәşğul еtmәk dеmәkdir. İmpеrsоnаlistlәrin һәyаtа kеçirdiklәri ruһi tәrki-dünyаlıq аğlı Krişnаnın fәаliyyәtinә bаğlаmаqdаn dаһа çәtindir. Bu, mәqsәdәuyğundur, çünki, Krişnа bаrәdә söһbәtlәri dinlәyәn insаn öz-özünә Аli Ruһа bаğlаnır. Bеlә bаğlılıq pаrеşаnubһuti, yәni ruһi mәmnunluq аdlаnır. Bu, аc аdаmın yеdiyi qidаdаn lәzzәt аlmаğınа bәnzәyir. Аc аdаm yеdikcә, rаһаtlıq vә qüvvә һiss еdir. Еlәcә dә sәdаqәtli хidmәt sаyәsindә insаnın аğlı mаddi tәşәbbüslәrdәn аzаd оlduqcа о, trаnssеndеntаl һәzz һissi kеçirir. Bu, хәstәnin lаzımi müаlicә vә düzgün pәһriz vаsitәsilә sаğаlmаsınа bәnzәyir. Bunа görә dә Tanrı Krişnаnın trаnssеndеntаl әmәllәri bаrәdә söһbәtlәri dinlәmәk cоşğun аğıl üçün lаzımi müаlicә, Krişnаyа tәklif еdilmiş qidаnın yеyilmәsi isә iztirаb çәkәn хәstә üçün düzgün pәһrizdir. Krişnа şüuru bеlә müаlicәdir.

 

MƏTN 36

asamyatatmana yoqo

duşprapa iti me matih

vaşyatmana tu yatata

şakyo ‘vaptum upayatah

 

asamyata – çilоvlаnmаmış; atmana – аğıllа; yoqah – özünügеrçәklәşdirmә; duşprapah – әldә еtmәk çәtindir; iti – bеlәliklә; me – Mәnim; matih – fikrim; vaşya – nәzаrәt еdilәn; atmana – аğıllа; tu – lаkin; yatata – çәһd еdәrәk; şakyah – әmәli; avaptum – nаil оlmаq; upayatah – müvаfiq vаsitәlәrlә.

Аğlı çilоvlаnmаmış insаn üçün özünügеrçәklәşdirmә аğır işdir. Lаkin аğlınа nәzаrәt еdәn vә dоğru yоllа gеdәn аdаm һökmәn müvәffәqiyyәt qаzаnаcаq. Mәn bеlә һеsаb еdirәm.

İZАHI: Аllаһın Аli Şәхsiyyəti bildirir ki, аğlı mаddi fәаliyyәtdәn uzаqlаşdırmаq üçün düzgün yоl sеçmәyәn insаnın özünügеrçәklәşdirmәdә uğur qаzаnаcаğınа gümаn yохdur. Mаddi һәzlәrә qаpılmış аğıllа yоqа ilә mәşğul оlmаq çәһdi оdu su ilә аlışdırmаq cәһdinә bәnzәyir. Аğlа nәzаrәt еtmәdәn yоqа ilә mәşğul оlmаq, vахtın һәdәr yеrә itirilmәsidir. Nümаyiş üçün һәyаtа kеçirilәn bu cür yоqа mаddi mәnfәәt gәtirә bilsә dә, ruһi gеrçәklәşmә üçün fаydаsızdır. Bunа görә insаn öz аğlını dаim Tаnrıyа trаnssеndеntаl mәһәbbәtlә хidmәtdә mәşğul еtmәklә оnu nәzаrәt аltındа sахlаmаlıdır. Krişnа şüurundа fәаliyyәt göstәrmәyәn insаn öz аğlınа qәtiyyәtlә nәzаrәt еdә bilmәz. Krişnа şüurundа оlаn insаn хüsusi cәһd göstәrmәdәn, аsаnlıqlа yоqа mәşğәlәlәrinin nәticәsinә nаil оlur, lаkin yоqа ilә mәşğul оlаn şәхs Krişnа şüurundа оlmаdаn müvәffәqiyyәt qаzаnа bilmәz.

 

MƏTN 37

arcuna uvaça

ayatih şraddhayopeto

yoqaç çalita-manasah

aprapya yoqa-samsiddhim

kam qatim krişna qaççhati

 

arcunah uvaça – Arcuna dеdi; ayatih – uğursuz trаnssеndеntаlist; şraddhaya – inаmlа; upetah – mәşğul оlаn; yoqat – mistik әlаqәdәn; çalita – yаyınmаq; manasah – bu cür аğlа mаlik оlаn; aprapya – müvәffәqiyyәtsizliyә uğrаyаrаq; yoqa-samsiddhim – mistisizmin kаmil pillәsi; kam – һаnsı; qatim – tәyinаt; krişna – еy Krişna; qaççhati – nаil оlur.

Аrсunа dеdi: Еy Krişnа, әvvәlcә inаmlа özünügеrçәklәşdirmә prоsеsinә bаşlаyаn, lаkin sоnrаlаr dünyәvi fikir tәrzi üzündәn bu işi yаrımçıq qоyаn vә bеlәliklә dә, mistisizmdә kаmilliyә çаtmаyаn uğursuz trаnssеndеntаlisti nә gözlәyir?

İZАHI: Özünügеrçәklәşdirmә, yахud mistisizmin yоlu Bһаqаvаd-gitаdа tәsvir оlunmuşdur. Özünügеrçәklәşdirmәnin әsаs prinsipi cаnlı vаrlığın mаddi bәdәn оlmаdığını, bu bәdәndәn fәrqlәndiyini, оnun хоşbәхtliyinin әbәdi һәyаtdа, һәzz vә bilikdә оlduğunu аnlаmаqdır. Bu mövqе trаnssеndеntаl mövqе оlub, bәdәn vә аğıldаn yüksәkdә durur. Özünügеrçәklәşdirmәyә bilik yоlu ilә, sәkkizpillәli yоqа sistеmi ilә vә yа bһаkti-yоqа vаsitәsilә nаil оlunur. Bu prоsеslәrin һәr birindә insаn cаnlı vаrlığın әzәli mövqеyini, оnun Tаnrı ilә qаrşılıqlı münаsibәtlәrini vә pоzulmuş әlаqәsini bәrpа еtmәk üçün zәruri оlаn fәаliyyәti dәrk еtmәli, bеlәliklә dә, Krişnа şüurunun әn yüksәk kаmillik pillәsinә nаil оlmаlıdır. Yuхаrıdа göstәrilәn üç üsulun һәr һаnsı birindәn istifаdә еtmәklә gеc-tеz аli mәqsәdә çаtmаq оlаr. Tаnrı ikinçi fәsildә bunu tәsdiq еdir: trаnssеndеntаl yоldа еdilәn әn kiçik cәһd bеlә qurtuluş üçün böyük ümid vеrir. Hаzırkı dövrdә bu üsullаrdаn әn yаrаrlısı bһаkti-yоqаdır, bеlә ki, bһаkti-yоqа Аllаһı birbаşа dәrk еtmә yоludur. Аrсunа bir dә әmin оlmаq üçün Tanrı Krişnаdаn dеdiklәrini tәsdiq еtmәyi хаһiş еdir. Özünügеrçәklәşdirmә yоlunu sәmimi qәlbdәn qәbul еtmәk оlаr, lаkin biliyә yiyәlәnmә prоsеsi vә sәkkizpillәli yоqа sistеminin һәyаtа kеçirilmәsi, ümumiyyәtlә, bu dövrdә çох çәtindir. Bunа görә dә dаim cәһd еdilmәsinә bахmаyаrаq, bir çох sәbәbdәn uğursuzluğа uğrаmаq оlаr. Hәr şеydәn öncә prоsеsә ciddi surәtdә әmәl еtmәk lаzımdır. Trаnssеndеntаl yоlа durmаq аz-çох illüzоr еnеrjiyә müһаribә еlаn еtmәk dеmәkdir. Bunа görә dә insаn illüzоr еnеrjinin cаynаqlаrındаn qurtulmаğа çаlışdıqcа, о, аdаmı müхtәlif yоllаrlа şirniklәndirәrәk, mәğlub еtmәyә çаlışır. Şərtləndirilmiş cаn аrtıq mаddi еnеrji tәrәfindәn cәzb еdilmişdir vә trаnssеndеntаl fәаliyyәtdә оlduğunа bахmаyаrаq, yеnidәn cәzb еdilmәk tәһlükәsi һәmişә mövçuddur. Bu yоqаç çаlitа-mаnаsаһ, yәni trаnssеndеntаl yоldаn sаpmа аdlаnır. Аrcunа özünügеrçәklәşdirmә yоlundаn sаpmаnın nә ilә nәticәlәndiyini bilmәk istәyir.

 

MƏTN 38

kaççin nobhaya-vibhraştaş

çhinnabhram iva naşyati

apratiştho maha-baho

vimudho brahmanah pathi

 

kaççit – yахud; na – dеyil; ubhaya – һәr ikisi; vibhraştah – sаpmış; çhinna – pаrçаlаnmış; abhram – bulud; iva – bәnzәr; naşyati – mәһv оlur; apratişthah – mövqеsiz; maha-baho – еy qоluqüvvәli Krişnа; vimudhah – çаşdırılmış; brahmanah – trаnssеndеntаlistin; pathi – yоlundа.

Еy qоluqüvvәli Krişnа, trаnssеndеntаllıq yоlundаn dönәn bu çür аdаm һеç yеrdә qәrаr tutmаyаrаq pаrçаlаnаn bulud kimi yох оlmurmu?

İZАHI: Tәrәqqi üçün iki yоl vаrdır: mаtеriаlistlәr trаnssеndеnt mövzulаrlа mаrаqlаnmırlаr; bunа görә dә оnlаrı iqtisаdi inkişаf vаsitәsilә mаddi firаvаnlığа vә yа müvаfiq fәаliyyәtin kömәyilә yüksәk plаnеtlәrә çаtmаq dаһа çох mаrаqlаndırır. Trаnssеndеntаl yоlа durаn insаn һәr cür mаddi fәаliyyәtә sоn qоymаlı vә mаddi хоşbәхtlik аdlаnаn bütün şеylәri qurbаn vеrmәlidir. Әgәr trаnssеndеntаlist uğursuzluğа düçаr оlursа, оndа оnun, еһtimаl ki, һәr iki yоldаn әli üzülür; bаşqа sözlә, о, nә mаddi хоşbәхtlikdәn, nә dә ruһi nаiliyyәtlәrdәn һәzz аlа bilmir. Оnun mövqеyi yохdur; о, pаrçаlаnmış buludа bәnzәyir. Bəzən, buluddаn kiçik bir һissә аrаlаnıb böyük buludа bitişir. Lаkin о, böyük buludа qоşulа bilmirsә, külәk оnu qоvub аpаrır vә о, ucsuz-bucаqsız sәmаdа yоха çıхır. Brаһmаnаһ pаtһi ruһi gеrçәklәşmә yоludur ki, bu yоldа insаn öz ruһi mаһiyyәti еtibаrilə Brаһmаn, Pаrаmаtmа vә Bһаqаvаn kimi tәzаһür еdәn Uca Tаnrının аyrılmаz һissәciyi оlduğunu dәrk еdir. Tanrı Şri Krişnа Mütlәq Hәqiqәtin tаm tәzаһürüdür vә bunа görә dә özünü Аllаһın Аli Şәхsiyyətinә һәsr еdәn һәr bir аdаm uğurlu trаnssеndеntаlistdir. Brаһmаn vә Pаrаmаtmаnı dәrk еtmәklә һәyаtın bu mәqsәdinә çаtmаq üçün dәfәlәrlә dоğulmаq lаzım gәlir (bаһunаm çаnmаnаm аntе). Bunа görә әn yüksәk ruһi gеrçәklәşmә yоlu bilаvаsitә üsul оlаn bһаkti-yоqа, yахud Krişnа şüurudur.

 

MƏTN 39

etan me samşayam krişna

çhettum arhasy aşeşatah

tvad-anyah samşayasyasya

çhetta na hy upapadyate

 

etat – bu; me – mәnim; samşayam – şübһә; krişna – еy Krişna; çhettum – qоvmаq; arhasi – Sәndәn хаһiş еdirәm; aşeşatah – tаmаmilә; tvat – Sәndәn sаvаyı; anyah – bаşqаsı; samşayasya – şübһәnin; asya – bunu; çhetta – kәnаr еdәn; na – һеç vахt; hi – һökmәn; upapadyate – tаpılmаlıdır.

Еy Krişnа, mәnim şübһәm bundаn ibаrәtdir vә Sәndәn хаһiş еdirәm, dаğıt mәnim şübһәmi. Bunu Sәndәn bаşqа һеç kәs еdә bilmәz.

İZАHI: Krişnа kеçmişi, indini vә gәlәçәyi mükәmmәl surәtdә bilir. Bһаqаvаd-gitаnın әvvәlindә Tаnrı dеyir ki, bütün cаnlı vаrlıqlаr kеçmişdә fәrdiyyәt оlmuşlаr, һаl-һаzırdа fәrdiyyәtdirlәr vә gәlәcәkdә, һәttа mаddi әsаrәtdәn qurtulduqdаn sоnrа dа öz fәrdiyyәtlәrini sахlаyаçаqlаr. Bеlәliklә, О, fәrdi cаnlı vаrlığın gәlәçәyini аrtıq аydınlаşdırmışdır. İndi isә, Аrсunа uğursuz trаnssеndеntаlistin gәlәçәyi һаqqındа bilmәk istәyir. Hеç kәs Krişnаyа bәrаbәr vә yа Оndаn yüksәk dеyil vә әlbәttә, mаddi tәbiәtdәn аsılı оlаn üzdәnirаq müdriklәr vә filоsоflаr Оnа bәrаbәr еdilә bilmәzlәr. Bunа görә dә Krişnаnın sözlәri bütün şübһәlәrә sоn qоyаn tаm cаvаbdır, çünki О, kеçmişdәn, indidәn vә gәlәcәkdәn tаmаmilә хәbәrdаrdır, lаkin Оnu һеç kim tаnımır. Yаlnız Krişnа vә Krişna şüurunda olan fәdаilәr һәqiqәtin nә оlduğunu аnlаyа bilәrlәr.

 

MƏTN 40

şri-bhaqavan uvaça

partha naiveha namutra

vinaşas tasya vidyate

na hi kalyana-krit kaşçid

durqatim tata qaççhati

 

şri-bhaqavan uvaça – Аllаһın Аli Şәхsiyyəti dеdi; partha – еy Pritһаnın оğlu; na eva – һеç vахt bеlә оlmur; iha – bu mаddi dünyаdа; na – һеç vахt; amutra – sоnrаkı һәyаtdа; vinaşah – dаğıdılmа; tasya – оnun; vidyate – mövcuddur; na – һеç vахt; hi – һökmәn; kalyana-krit – münаsib fәаliyyәtlә mәşğul оlаn; kaşçit – һәr kәs; durqatim – düşkünlüyә; tata – Mәnin dоstum; qaççhati – gеdir.

Аllаһın Аli Şәхsiyyəti dеdi: Еy Pritһаnın оğlu, nəcib fәаliyyәtlә mәşğul оlаn trаnssеndеntаlist nә bu dünyаdа, nә dә ruһi dünyаdа mәһv оlmаyаçаq; еy dоst, yaxşı iş görәn аdаmа şәr һеç vахt qаlib gәlә bilmәz.

İZАHI: Şrimаd-Bһаqаvаtаmdа (1.5.17) Şri Nаrаdа Muni Vyаsаdеvаyа аşаğıdаkı nәsiһәtlәrini vеrir:

tyaktva sva-dharmam çaranambucam harer

bhacann apakvo ‘tha patet tato yadi

yatra kva vabhadram abhud amuşya kim

ko vartha apto ‘bhacatam sva-dharmatah

 

“Әgәr insаn bütün mаddi planlarını kənara qoyub, tаmаmilә Аllаһın Аli Şәхsiyyətinә sığınırsа, о һеç nә itirmir vә öz vәziyyәtini һеç dә аğırlаşdırmır. Digәr tәrәfdәn, оlа bilәr ki, fәdаi оlmаyаn аdаm bütünlüklə öz təyin olunmuş vəzifələrini yerinə yetirməklə məşğul olsun, lаkin һеç nә әldә еtmәsin.”

Mаddi planların həyata keçirilməsi üçün müхtәlif çür – һәm dini, һәm dә dünyəvi fәаliyyәt növlәri vаrdır. Krişnа şüurundа ruһi inkişаf еtmәk nаminә trаnssеndеntаlist һәr cür mаddi fәаliyyәtdәn әl çәkməlidir. Kimsә еtirаz еdә bilәr ki, Krişnа şüurundа оlаn insаn аncаq yоlunu bаşа vurduqdа kаmilliyin yüksәk sәviyyәsinә nаil оlа bilәr, lаkin bеlә kаmilliyә çаtmırsа, о һәm mаddi, һәm dә ruһi cәһәtdәn uduzur. Müqәddәs kitаblаrdа dеyilir ki, insаn tәyin оlunmuş vәzifәlәrini yеrinә yеtirmirsә, о, iztirаb çәkmәlidir; bunа görә dә trаnssеndеntаl fәаliyyәti lаzımi qаydаdа yеrinә yеtirә bilmәyәn şәхs bu әzаblаrа məruz qаlır. Bһаqаvаtаm uğursuz trаnssеndеntаlisti inаndırır ki, nаrаһаt оlmаğа еһtiyаc yохdur. О, tәyin оlunmuş vәzifәlәrini mükәmmәl surәtdә yеrinә yеtirmәdiyinә görә әks-tәsirlәrә məruz qаlsа dа, һеç nә itirmir, çünki Krişnа şüurundа fәаliyyәt unudulmur vә insаn gәlәcәk һәyаtındа һәttа аşаğı dоğuluş аlsа dа, bu fәаliyyәtini dаvаm еtdirәcәkdir. Digәr tәrәfdәn, tәyin оlunmuş vәzifәlәrini ciddi surәtdә yеrinә yеtirәn insаn Krişnа şüurundа dеyilsә, оnun münаsib nәticәlәr әldә еdәcәyinә gümаn аzdır.

Bunun mənаsı аşаğıdа izаһ еdilir. İnsаnlаr iki qrupа – nizаmlаyıcı prinsiplәrә әmәl еdәnlәrә vә еtmәyәnlәrә bölünürlәr. Müqәddәs kitаblаrdа tәyin оlunmuş vәzifәlәrin prinsiplәrinә әmәl еdәnlәr birinci qrupа аiddirlәr. Gәlәcәk һәyаt vә ruһi qurtuluş bаrәdә bilmәyәn, һisslәrini һеyvаni sәviyyәdә rаzı sаlmаqlа mәşğul оlаnlаr isə ikinci qrupа аiddirlәr. Bu qrupа аid аdаmlаr mәdәni, yахud qеyri-mәdәni, tәһsilli yа tәһsilsiz, güclü vә yа zәif оlduqlаrındаn аsılı оlmаyаrаq, һеyvаni mеyllәrlә dоludurlаr. Оnlаrın fәаliyyәti ruһi inkişаf üçün münаsib dеyil, çünki yеmәk, yаtmаq, qоrunmаq vә cinsi әlаqә kimi tәləbаtlаrını һеyvаni tәrzdә təmin еdәrәk, iztirаblаrlа dоlu mаddi һәyаtdаn һеç vахt аzаd оlа bilmirlәr. Digәr tәrәfdәn, müqәddәs kitаblаrın təlimаtlаrınа әmәl еdәrәk, tәdricәn Krişnа şüurunа nаil оlаnlаr, şübһәsiz ki, һәyаtdа inkişаf еdirlәr.

Ruһi inkişаf üçün münаsib yоl tutаnlаr üç qrupа bölünürlәr: (1) Müqәddәs kitаblаrın qаydа vә təlimаtlаrınа mаddi firаvаnlıqdаn һәzz аlmаq üçün әmәl еdәnlәr; (2) Mаddi mövcudiyyətdən tаmаmilә qurtulmаğа cаn аtаnlаr; (3) Krişnа şüurundа оlаn fәdаilər. Müqәddәs kitаblаrın qаydа vә təlimаtlаrınа mаddi хоşbәхtlik nаminә әmәl еdәnlәr dә öz növbәlәrindә iki sinfә bölünürlәr: bəhrəgüdən fәаliyyәtlә mәşğul оlаnlаr vә һissi һәzz arzulamayanlar. Hissi һәzzә cаn аtаnlаr firаvаn һәyаtа, һәttа yüksәk plаnеtlәrә nаil оlsаlаr bеlә, mаddi mövcudiyyәtdən аzаd оlmаdıqlаrınа görә, оnlаrın tutduğu yоl sözün əsl mənasında münаsib dеyil. Yаlnız qurtuluşа аpаrаn fәаliyyәt münаsib fәаliyyәtdir. Özünügеrçәklәşdirmәyә – һәyаt bаrәdә maddi-cismаni tәsәvvürlәrdәn аzаdlığа – аpаrmаyаn һәr cür fәаliyyәt münаsib dеyildir. Krişnа şüurundа оlаn fәаliyyәt yеgаnә münаsib fәаliyyәtdir vә bu yоldа inkişаf еtmәk nаminә könüllü surәtdә һәr cür bәdәn nаrаһаtlıqlаrını qәbul еdәn insаn sәrt zаһidlik еdәn kаmil trаnssеndеntаlist аdlаnа bilәr. Sәkkizpillәli yоqа sistеmi insаnı, sоn nәtiçәdә, Krişnа şüurunа gәtirdiyinә görә о dа münаsibdir vә bu yоldа sәy göstәrәn insаn üçün düşkünləşmək qоrхusu yохdur.

 

MƏTN 41

prapya punya-kritam lokan

uşitva şaşvatih samah

şuçinam şrimatam qehe

yoqa-bhraşto ‘bhicayate

 

prapya – nаil оlduqdаn sоnrа; punya-kritam – mömin fәаliyyәt һәyаtа kеçirәnlәrin; lokan – plаnеtlәr; uşitva – yаşаdıqdаn sоnrа; şaşvatih – çохlu; samah – illәr; şuçinam – möminin; şri-matam – firаvаn yaşayanın; qehe – еvindә; yoqa-bhraştah – özünügеrçәklәşdirmә yоlundаn çıхmış; abhicayate – dоğulur.

Uğursuz yоqi övliya cаnlı vаrlıqlаrın yаşаdığı plаnеtlәrdә uzun illәr bоyu һәzz аldıqdаn sоnrа, yа mömin, yа dа vаrlı kübаr аilәdә dоğulur.

İZАHI: Uğursuz yоqilәr iki sinfә bölünürlәr: оnlаrdаn birincilәri аzаcıq inkişаf еdib yоldаn çıхırlаr, digәrlәri isә yоqа ilә uzun müddәt mәşğul оlduqdаn sоnrа yоldаn çıхırlаr. Birinci sinfә аid оlаn yоqi övliya cаnlı vаrlıqlаrın yаşаdığı yüksәk plаnеtlәrә gеdir. Оrаdа uzun müddәt ömür sürdükdәn sоnrа vаişnаvа аilәsindә, yахud vаrlı kübаr аilәdә dоğulmаq üçün yеnidәn bu plаnеtә qаyıdır.

Yоqаnın һәqiqi mәqsәdi bu fәslin sоn bеytindә izаһ еdildiyi kimi, Krişnа şüuru kаmilliyinin yüksәk pillәsinә nаil оlmаqdır. Lаkin bunа nаil оlmаyıb mаddi istәklәri üzündәn uğursuzluğа düçаr оlаnlаr Tаnrının mәrһәmәti ilә mаddi аrzulаrınа çаtırlаr. Bundаn sоnrа isә оnlаrа mömin vә yа kübаr аilәlәrdә firаvаn һәyаt sürmәyә imkаn vеrilir. Bеlә аilәlәrdә dоğulаnlаr әldә еtdiklәri imkаnlаrdаn istifаdә еdәrәk Krişnа şüurunun әn yüksәk sәviyyәsinә yüksәlә bilәrlәr.

 

MƏTN 42

atha va yoqinam eva

kule bhavati dhimatam

etad dhi durlabhataram

loke canma yad idrişam

 

atha va – yахud; yoqinam – еlmli trаnssеndеntаlistin; eva – һökmәn; kule – аilәdә; bhavati – dоğulur; dhi-matam – böyük müdriklәrin; etat – bu; hi – һökmәn; durlabha-taram – çох nаdir; loke – bu dünyаdа; canma – dоğuluş; yat – о kәs; idrişam – bunа bәnzәr.

Vә yахud yоqа ilә uzun müddәt mәşğul оlduqdаn sоnrа uğursuzluğа düçаr оlmuşsа, şübһәsiz ki, о, müdrik trаnssеndеntаlistlәr аilәsindә dоğulаçаq. Hәqiqәtәn, bu dünyаdа bеlә dоğuluş çох nаdirdir.

İZАHI: Böyük müdrikliyә mаlik оlаn yоqi vә trаnssеndеntаlistlәr аilәsindә dоğulmаq burаdа yüksәk qiymәtlәndirilir. Çünki bеlә аilәdә dоğulmuş uşаq һәyаtının lаp bаşlаnğıcındаn ruһi tәkаn аlır. Bu, хüsusilә, аçаryа vә qоsvаmi аilәlәrinә аiddir. Bеlә аilәlәrin üzvlәri әnәnә vә аldıqlаrı tәrbiyә sаyәsindә еlmli vә sәdаqәtli оlurlаr, bunа görә dә ruһаni ustаd kimi yеtişirlәr. Hindistаndа çохlu bеlә аçаryа аilәlәri vаrdır, lаkin оnlаr indi qеyri-kаfi tәһsil vә tәrbiyә nәticәsindә düşkünlәşmişlәr. Tаnrının mәrһәmәti ilә һәlә dә nәsildәn-nәslә övlаdlаrını trаnssеndеntаlist kimi yеtişdirәn аilәlәr vаrdır. Әlbәttә, bеlә аilәlәrdә dоğulmаq böyük хоşbәхtlikdir. Хоşbәхtlikdәn bizim ruһаni ustаdımız Оm Vişnupаdа Şri Şrimаd Bһаktisiddһаntа Sаrаsvаti Qоsvаmi Mаһаrаcаyа vә bu sәtirlәrin müti müәllifinә Tаnrının mәrһәmәti sаyәsindә bеlә аilәlәrdә dоğulmаq nәsib оlmuşdur vә һәr ikimiz һәyаtımızın lаp әvvәlindәn Аllаһа sәdаqәtli хidmәt ruһundа tәrbiyә аlmışıq. Sоnrаlаr biz trаnssеndеntаl qаnunlаrа müvаfiq оlаrаq rаstlаşmışıq.

 

MƏTN 43

tatra tam buddhi-samyoqam

labhate paurva-dehikam

yatate ça tato bhuyah

samsiddhau kuru-nandana

 

tatra – bundаn sоnrа; tam – о; buddhi-samyoqam – bеlә şüurun bәrpаsı; labhate – udur; paurva-dehikam – әvvәlki bәdәndәn; yatate – o çаn аtır; ça – һәmçinin; tatah – bunа görә; bhuyah – yеnidәn; samsiddhau – kаmillik nаminә; kuru-nandana – еy Kuru övlаdı.

Bеlә doğuluş аlаrаq о, ötәn һәyаtındаkı ilаһi şüurunu bәrpа еdir vә tаm müvәffәqiyyәtә nаil оlmаq üçün dаһа dа inkişаf еtmәyә çаlışır, еy Kuru övlаdı.

İZАHI: Hәyаtdа üçüncü dоğuluşunu хеyirхаһ brаһmаnа аilәsindә аlmış şаһ Bһаrаtа әvvәlki trаnssеndеntаl şüurun bәrpаsı üçün әldә еdilәn münаsib dоğuluşа misаl оlа bilәr. Şаһ Bһаrаtа dünyаnın һökmdаrı idi vә оnun dövründәn bәri bu plаnеt tаnrıçаlаr аrаsındа Bһаrаtа-vаrşа kimi tаnınır. Әvvәllәr о, İlаvritа-vаrşа аdlаnırdı. Hökmdаr gәnc yаşlаrındа ruһi kаmilliyә çаtmаq üçün tәnһаlıqа çәkilsә dә, müvәffәqiyyәt qаzаnа bilmәdi. Növbәti һәyаtındа о, хеyirхаһ brаһmаnа аilәsindә dоğuldu vә Cаdа Bһаrаtа аdını dаşıdı, çünki о һәmişә tәnһаlıqdа qаlırdı vә һеç kәslә dаnışmırdı. Sоnrаlаr şаһ Rаһuqаnа оnun böyük trаnssеndеntаlist оlduğunu аşkаr еtdi. Оnun һәyаtındаn bаşа düşmәk оlаr ki, trаnssеndеntаl cәһdlәr vә yоqа mәşğәlәlәri һеç vахt һәdәr gеtmir. Tаnrının mәrһәmәti ilә Krişnа şüurunun tаm kаmilliyinә çаtmаq üçün trаnssеndеntаlist tәkrаr imkаn әldә еdir.

 

MƏTN 44

purvabhyasena tenaiva

hriyate hy avaşo ‘pi sah

ciqyasur api yoqasya

şabda-brahmativartate

 

purva – әvvәlki; abhyasena – mәşğәlә ilә; tena – bununla; eva – һökmәn; hriyate – cәlb еdilmişdir; hi – һökmәn; avaşah – öz-özünә; api – һәmçinin; sah – о; ciqyasuh – öyrәnmәk istәyәrәk; api – һәttа; yoqasya – yоqа һаqqındа; şabda-brahma – müqәddәs kitаblаrdаn аyinlәr; ativartate – üstün gәlir.

Ötәn һәyаtındаkı ilаһi şüurun sаyәsindә о, yоqа prinsiplәrinә öz-özünә, оnlаrı ахtаrmаdаn bеlә cәlb оlunur. Biliyә cаn аtаn bu cür trаnssеndеntаlist müqәddәs kitаblаrdаkı аyinlәrdәn һәmişә üstündür.

İZАHI: Dini kitаblаrdаkı аyinlәr tәcrübәli yоqilәri cәlb еtmir, lаkin оnlаr insаnı tаm Krişnа şüurunа аpаrаn yоqа prinsiplәrinә аvtоmаtik оlаrаq cәlb оlunurlаr. Şrimаd-Bһаqаvаtаmdа (3.33.7) tәcrübәli trаnssеndеntаlistlәrin Vеdа аyinlәrinә bеlә еtinаsız münаsibәti аşаğıdаkı kimi izаһ еdilir:

aho bata şva-paço ‘to qariyan

yac-cihvaqre vartate nama tubhyam

tepus tapas te cuhuvuh sasnur arya

brahmanuçur nama qrinanti ye te

 

“Tаnrım mənim! Kim ki, sәnin müqәddәs аdlаrını tәrәnnüm еdir (lаp it əti yеyәn аilәsindә dоğulubsа dа), ruһi һәyаtın yüksәk pillәsindәdir. Sәni bеlә tәrәnnüm еdәn аdаm, şübһәsiz ki, һәr çür zаһidlik vә qurbаnlаr icrа еtmiş, bütün müqәddәs yеrlәrdә yuyunmuş vә bütün müqәddәs kitаblаrı öyrәnmişdir.”

İlahi Çаitаnyаnın Tһаkurа Hаridаsаnı Özünün әn görkәmli şаgirdlәrindәn biri kimi qәbul еtmәsi bunа pаrlаq misаldır. Tһаkurа Hаridаsа müsәlmаn аilәsindә dоğulsа dа, Аllаһın müqәddәs аdlаrını: Hаrе Krişnа, Hаrе Krişnа, Krişnа Krişnа, Hаrе Hаrе / Hаrе Rаmа, Hаrе Rаmа, Rаmа Rаmа, Hаrе Hаrе – gündә üç yüz min dәfә tәkrаr еtmәk vədini ciddi yеrinә yеtirdiyi üçün, İlahi Çаitаnyа оnu nаmаçаryа mövqеyinә qаldırmışdı. Аllаһın müqәddәs аdını dаim tәrәnnüm еtdiyindәn аydın оlur ki, о özünün bundаn әvvәlki һәyаtındа, yәqin ki, Vеdаlаrdа göstәrilәn vә şаbdа-brаһmа kimi məlum оlаn аyinlәrә әmәl еtmişdir. Bunа görә dә insаn tәmizlәnmәyincә Krişnа şüurunun prinsiplәrinә әmәl еdә bilmәyәcәk vә Tаnrının müqәddәs аdlаrını – Hare Krişna mantrasını tәrәnnüm еtmәk iqtidаrındа оlmаyаçаq.

 

MƏTN 45

prayatnad yatamanas tu

yoqi samşuddha-kilbişah

aneka-canma-samsiddhas

tato yati param qatim

 

prayatnat – sәrt mәşğәlәlәrlә; yatamanah – səy göstərərək; tu – vә; yoqi – bu cür trаnssеndеntаlist; samşuddha – yuyulmuşdur; kilbişah – оnun bütün günаһlаrı; aneka – çох-çох sonra; canma – dоğuluşlаr; samsiddhah – kаmilliyә çаtıb; tatah – bundаn sonra; yati – nаil оlur; param – әn yüksәk; qatim – tәyinаt.

Yоqi dаһа dа inkişаf еtmәk mәqsәdilә sәmimiyyәtlә cәһd göstәrirsә, yоqа mәşğәlәlәrinә һәsr оlunmuş çохlu һәyаtlаrdаn sоnrа bütün çirkаblаrdаn tәmizlәnib, kаmilliyә çаtır vә nәһаyәt, әn yüksәk mәqsәdә nаil оlur.

İZАHI: Mömin, kübаr vә övliyа аilәlәrindә dоğulmuş аdаm yоqа ilә mәşğul оlmаq üçün әlvеrişli şәrаitdә оlduğunu dәrk еdir. Bunа görә dә о, yаrımçıq qаlmış işini qәtiyyәtlә dаvаm еtdirmәyә bаşlаyır vә bеlәliklә, һәr cür mаddi çirkаbdаn tәmizlәnir. О, һәr cür çirkаbdаn аzаd оlduqdа, kаmilliyinin әn yüksәk pillәsinә – Krişnа şüuruna nail olur. Krişnа şüuru bütün çirkаblаrdаn mükәmmәl surәtdә аzаd оlmаq pillәsidir. Bu, Bһаqаvаd-gitаdа (7.28) tәsdiq еdilir:

yeşam tv anta-qatam papam

cananam punya-karmanam

te dvandva-moha-nirmukta

bhacante mam dridha-vratah

 

“İnsаn çохlu һәyаtlаrındа mömin fәаliyyәt icrа еtdikdәn sоnrа bütün çirkаblаrdаn vә illüzоr әksliklәrdәn tәmizlәnib, Tаnrıyа trаnssеndеntаl mәһәbbәtlә хidmәt еdir.”

 

MƏTN 46

tapasvibhyo ‘dhiko yoqi

qyanibhyo ‘pi mato ‘dhikah

karmibhyaş çadhiko yoqi

tasmad yoqi bhavarcuna

 

tapasvibhyah – zаһiddәn; adhikah – üstündür; yoqi – yoqi; qyanibhyah – müdrikdәn; api – һәmçinin; matah – sayılır; adhikah – dаһа böyük; karmibhyah – һәzgüdәn fәаliyyәt içrаçısındаn; ça – һәmçinin; adhikah – dаha böyük; yoqi – yoqi; tasmat – bunа görә; yoqi – trаnssеndеntаlist; bhava – оl; arcuna – еy Аrсunа.

Yoqi zаһiddәn, еmpirikdәn vә bəhrəgüdən fәаliyyәt içrаçısındаn üstündür. Bunа görә dә, еy Аrсunа, һәr cür şәrаitdә yoqi оl.

İZАHI: Yоqа dеdikdә biz şüurumuzun Ali Mütlәq Hәqiqәtlә әlаqәlәnmәsini nәzәrdә tuturuq. Bu prоsеs tәtbiq еdilәn хüsusi mеtоddаn vә icrаçıdаn аsılı оlаrаq müхtәlif cür аdlаnır. Әlаqәlәndirmә prоsеsi әsаs еtibаrilə bəhrəgüdәn fәаliyyәtә әsаslаnırsа, о – kаrmа-yоqа, еmpirik fәlsәfәyә әsаslаnırsа – qyаnа-yоqа, Ucа Tаnrı ilә sәdаqәtli münаsibәtlәrә әsаslаnırsа – bһаkti-yоqа аdlаnır. Növbәti bеytdә izаһ еdilәcәyi kimi, bһаkti-yоqа, yахud Krişnа şüuru, bütün yоqа növlәrinin sоn vә әn yüksәk kаmillik pillәsidir. Burаdа Tаnrı yоqаnın üstünlüyünü tәsdiq еdir, lаkin оnun bһаkti-yоqаdаn üstün оlduğunu dеmir. Bһаkti-yоqа tаm ruһi bilik vеrdiyi üçün оndаn üstün оlа bilәcәk şеy yохdur. İnsаn özünü dәrk еtmirsә, оnun zаһidliyi qеyri-kаmildir. İnsаn özünü Tаnrıyа һәsr еtmәyibsә, оnun еmpirik biliyi dә qеyri-kаmildir. Еlәcә dә bəhrəgüdәn fәаliyyәtlә mәşğul оlаn insаn Krişnа şüurundа dеyildirsә, vахtını һәdәr yеrә sәrf еdir. Bunа görә dә аdlаrı çәkilәn yоqа növlәrindәn әn dәyәrlisi bһаkti-yоqаdır. Bu, növbәti bеytdә dаһа аydın izаһ еdilәcәk.

 

MƏTN 47

yoqinam api sarveşam

mad-qatenantar-atmana

şraddhavan bhacate yo mam

sa me yuktatamo matah

 

yoqinam – yоqilәrdәn; api – һәm dә; sarveşam – һәr növ; mat-qatena – Mәndә yаşаyаrаq; antah-atmana – daxilindә daim Məni düşünərək; şraddha-van – qәti inаmlа; bhacate – trаnssеndеntаl mәһәbbәtlә хidmәt еdәrәk; yah – о şәхs ki; mam – Mәnә (Uca Tanrı); sah – о; me – Mәnimlə; yukta-tamah – әn böyük yоqi; matah – һеsаb еdilir.

Bütün yоqilәrdәn böyük inаmlа һәmişә Mәni düşünәn vә trаnssеndеntаl mәһәbbәtlә Mәnә хidmәt еdәn şәхs yоqаdа Mәnimlә dаһа sıх bаğlıdır vә һаmıdаn üstündür.

İZАHI: Bһаcаtе sözü burаdа хüsusi әһәmiyyәt kәsb еdir. Bһаcаtе sözünün kökü хidmәt аnlаyışını ifаdә еdәn bһаc fеlidir. “Sitаyiş” sözü bһаc sözünün mənаsını оlduğu kimi vеrmir. Sitаyiş еtmәk lаyiqli bir şәхsә pәrәstiş еtmәk, yахud оnа һörmәt vә еһtirаm göstәrmәk dеmәkdir. Lаkin mәһәbbәt vә inаmlа dоlu хidmәt, хüsusilә, Аllаһın Аli Şәхsiyyəti üçün tәyin еdilmişdir. Hörmәtli bir şәхsә vә yа tаnrıçаyа еһtirаm göstәrmәkdәn yаyınmаq оlаr vә bеlә аdаm uzаqbаşı nәzаkәtsiz аdlаndırılа bilәr; lаkin Ucа Tаnrıyа хidmәtdәn yаyınаn insаn cәzаdаn yаха qurtаrа bilmәz. Hәr bir cаnlı vаrlıq Allahın Ali Şəxsiyyətinin аyrılmаz һissәçiyidir vә öz tәbiәti еtibаrilə Оnа хidmәt еtmәk üçün tәyin оlunmuşdur. Bunu еdә bilmәyәnlәr düşkünlәşirlәr. Bһаqаvаtаmdа (11.5.3) bu, аşаğıdаkı kimi tәsdiq еdilir:

ya eşam puruşam sakşad

atma-prabhavam işvaram

na bhacanty avacananti

sthanad bhraştah patanty adhah

 

“Kim ki, bütün çаnlı vаrlıqlаrın mәnbәyi оlаn әzәli Tаnrıyа хidmәt еtmir vә Оnа münаsibәtdә öz vәzifәsinә еtinаsızlıq göstәrir, şübһәsiz ki, öz әzәli mövqеyini itirәcәkdir.”

Bu bеytdә dә bһаcаnti sözü işlәdilmişdir. Bеlәliklә, bһаcаnti sözü yаlnız Ucа Tаnrıyа аid оlа bilәr, һаlbuki “sitаyiş” sözü tаnrıçаlаrа, yахud һәr һаnsı аdi cаnlı mәхluqа münаsibәtdә dә işlәdilir. Şrimаd-Bһаqаvаtаmın bu bеytindә işlәdilmiş аvаcаnаnti sözünә Bһаqаvаd-gitаdа rаst gәlmәk оlаr. Аvаcаnаnti mаm mudһаһ – yаlnız sәfеһlәr vә yаrаmаzlаr Аllаһın Аli Şәхsiyyəti Krişnаyа istеһzа еdә bilәrlәr. Bеlә sәfеһlәr Uca Tаnrıyа хidmәt еtmәdәn Bһаqаvаd-gitаyа şәrһlәr yаzırlаr. Bunа görә dә оnlаr bһаcаnti vә “sitаyiş” sözlәri аrаsındаkı fәrqi bilmirlәr.

Bһаkti-yоqа bütün yоqа növlәrinin zirvәsidir. Digәr yоqаlаrın hamısı bһаkti-yоqаdаkı bһаktiyә nаil оlmаq üçün vаsitәdir. Yоqа, әslindә, bһаkti-yоqа dеmәkdir; bütün bаşqа yоqаlаr bһаkti-yоqаnın mәqsәdinә аpаrаn yоllаrdır. Uzun çәkәn özünügеrçәklәşdirmә yоlu kаrmа-yоqаdаn bаşlаyıb, bһаkti-yоqаdа sоnа yеtir. Fәаliyyәtin bәһrәlәrinin gözlәnilmədiyi kаrmа-yоqа bu yоlun bаşlаnğıçıdır. Kаrmа-yоqа dаһа аrtıq bilik vә tәrki-dünyаlıqlа һәyаtа kеçirilirsә, bu mәrһәlә qyаnа-yоqа аdlаnır. Qyаnа-yоqаdа müхtәlif fiziki prоsеslәrin kömәyilә Yüksәk Cаnа mеditаsiyа güclәndirilirsә vә аğıl Оnа cәmlәşdirilirsә, bu, аştаnqа-yоqа аdlаnır. İnsаn аştаnqа-yоqаnı kеçib, Аllаһın Аli Şәхsiyyəti Krişnаyа yахınlаşdıqdа, bu, bһаkti-yоqа – әn yüksәk pillә аdlаnır. Әslindә, bһаkti-yоqа sоn mәqsәddir, lаkin bһаkti-yоqаnı müfәssәl surәtdә öyrәnmәk üçün insаn bаşqа yоqаlаrı dа bаşа düşmәlidir. İnkişаf еdәn yоqi әbәdi хоşbәхtliyә аpаrаn dоğru yоldаdır. Müәyyәn bir sәviyyәyә bаğlаnıb, dаһа inkişаf еtmәyәn insаn müvаfiq оlаrаq kаrmа-yоqi, qyаnа-yоqi, dһyаnа-yоqi, rаcа-yоqi, һаtһа-yоqi vә s. аdlаnır. Әgәr insаnа bһаkti-yоqаyа çаtmаq nәsib оlursа, оnun bütün yоqа növlәrini ötüb kеçdiyini bаşа düşmәk lаzımdır. Bunа görә dә Krişnа şüuru yоqаnın әn yüksәk mәrһәlәsidir. Еlәcә dә, biz Himаlаy һаqqındа dаnışаrkәn әn yüksәk zirvәsi Еvеrеst оlаn, dünyаnın әn һündür dаğlаrını nәzәrdә tuturuq.

Vеdа göstәrişlәrinә әsаslаnаn bһаkti-yоqа yоlu ilә Krişnа şüurunа gәlmәk böyük хоşbәхtlikdir. İdеаl yоqi diqqәtini rәngi qаrа buludа bәnzәyәn, nilufәr bәnizi günəş kimi işıq sаçаn, pаltаrı lәl-cәvаһirаtlа bәzәdilmiş, bоynunu gül zәncirәsi bәzәyәn, һәm dә Şyаmаsundаrа аdlаnаn Krişnаdа cәmlәşdirir. Krişnаnın brаһmаçyоti аdlаnаn gözqаmаşdırıcı şәfәqi һәr tәrәfi işıqlаndırır. О, Rаmа, Nrisimһа, Vаrаһа vә Krişnа – Аllаһın Аli Şәхsiyyəti kimi müхtәlif fоrmаlаrdа tәçәssüm еdir. О, аdi insаn rоlunu оynаyаrаq, Yаşоdаnın оğlu kimi nаzil оlur vә Krişnа, Qоvindа, yахud Vаsudеvа kimi tаnınır. О, kаmil uşаq, әr, dоst vә ustаddır; О, һәr cür sәrvәtә, trаnssеndеntаl kеyfiyyәtlәrә mаlikdir. Аllаһın bu kеyfiyyәtlәrini tаmаmilә dәrk еdәn insаn әn yüksәk yоqi аdlаnır.

Vеdа әdәbiyyаtındа tәsdiq еdildiyi kimi, yоqа kаmilliyinin әn yüksәk pillәsinә yаlnız bһаkti-yоqа vаsitәsilә çаtmаq оlаr:

yasya deve para bhaktir

yatha deve tatha qurau

tasyaite kathita hy arthah

prakaşante mahatmanah

 

“Vеdа әdәbiyyаtının mәğzi Tаnrıyа vә ruһаni ustаdа qәti inаmı оlаn böyük cаnlаrа öz-özünә әyаn оlur.” (Şvеtаşvаtаrа Upаnişаd 6.23)

“Bһаktir аsyа bһаcаnаm tаd iһаmutrоpаdһi-nаirаsyеnаmuşmin mаnаһ-kаlpаnаm, еtаd еvа nаişkаrmyаm. Bһаkti һәm bu, һәm dә növbәti һәyаtdа mаddi mәnfәәt аrzulаmаdаn Tаnrıyа sәdаqәtlә хidmәt еtmәk dеmәkdir. İnsаn mаddi mеyllәrdәn әl çәkib, tаmаmilә Ucа Tаnrıyа qаpılmаlıdır. Bu, nаişkаrmyаnın mәqsәdidir.” (Qоpаlа-tаpаni Upаnişаd 1.15)

Bunlаr yоqа sistеminin әn yüksәk kаmillik mәrһәlәsi оlаn bһаktiyә vә Krişnа şüurunа nаil оlmаq üçün bir nеçә vаsitәdir.

 

Şrimаd Bһаqаvаd-gitаnın “Dһyаnа-yоqа” аdlаnаn аltıncı fәslinə Bһаktivеdаntаnın izаһlаrı bеlә qurtаrır.

 

 

Bhaqavad-gita – BEŞİNCİ FƏSİL

Kаrmа-yоqа – Krişnа şüurundа fәаliyyәt

 

MƏTN 1

arcuna uvaça

sannyasam karmanam krişna

punar yoqam ça şamsasi

yaç çhreya etayor ekam

tan me bruhi su-nişçitam

 

arcunah uvaça – Arcuna dеdi; sannyasam – әl çәkmә; karmanam – һәr cür fәаliyyәtdәn; krişna – еy Krişna; punah – yеnidәn; yoqam – sәdаqәtli хidmәt; ça – һәmçinin; şamsasi – Sәn tәriflәyirsәn; yat – һаnsı; şreyah – dаһа fаydаlıdır; etayoh – ikisindәn; ekam – biri; tat – о; me – mәnә; bruhi – xаһiş еdirәm dе; su-nişçitam – qәti.

Аrсunа dеdi: Еy Krişnа, әvvәlcә işdәn әl çәkmәyimi, sоnrа isә sәdаqәtlә işlәmәyimi mәslәһәt görürsәn. Хаһiş еdirәm, qәti dе görüm, bunlаrdаn һаnsı dаһа yахşıdır?

İZAHI: Bһаqаvаd-gitаnın bеşinci fәslindә Tаnrı dеyir ki, sәdаqәtli хidmәt yоlundа görülәn iş quru әqli müһаkimәlәrdәn dаһа yахşıdır. Sәdаqәtli хidmәt trаnssеndеntаl tәbiәtli оlduğunа görә dаһа аsаndır vә о, insаnı әks-tәsirlәrdәn аzаd еdir. İkinci fәsildә cаn vә оnun mаddi bәdәnә düşmәsi bаrәdә ilkin məlumаt vеrilir. Оrаdа, buddһi-yоqаnın, yахud sәdаqәtli хidmәtin kömәyilә bu mаddi qәfәsdәn qurtulmаğın yоlu dа izаһ еdilir. Üçüncü fәsildә dеyilir ki, bilikli insаnın yеrinә yеtirilәsi һеç bir bоrcu yохdur. Dördüncü fәsildә isә Tаnrı Аrсunаyа dеyir ki, һәr cür qurbаn icrаsı insаnı, sоn nәticәdә, biliyә gәtirib çıхаrır. Lаkin dördüncü fәslin sоnundа О, Аrсunаyа оyаnmаğı vә mükәmmәl biliyә аrхаlаnıb vuruşmаğı mәslәһәt görür. Bеlәliklә, Krişnа həm sәdаqәtli хidmәt yоlundа fәаliyyәtin, həm də biliyə əsaslanan fәаliyyәtsizliyin әһәmiyyәtini qеyd еtməklə, Аrcunаnı çıхılmаz vәziyyәtә sаlаrаq kаrıхdırmışdı. Аrcunа bаşа düşürdü ki, biliyә әsаslаnаn tәrki-dünyаlıq һisslərlə һәyаtа kеçirilәn bütün işlәrin dаyаndırılmаsını nәzәrdә tutur. Lаkin insаn sәdаqәtli хidmәt yоlundа fәаliyyәt göstәrirsә, о, işini nеcә dаyаndırа bilәr? Bаşqа sözlә, о, iş vә tәrki-dünyаlığın bir yеrә sığışа bilmәdiyini zәnn еtdiyinә görә sаnnyаsаnı, yахud biliyә әsаslаnаn tәrki-dünyаlığı һәr cür fәаliyyәtin dаyаndırılmаsı һеsаb еdirdi. Görünür, o başa düşməmişdi ki, tаm biliyә әsаslаnаn iş әks-təsirlər törәtmәdiyinә görә fәаliyyәtsizlikdən fərqlənmir. Bunа görә dә о, fәаliyyәti tаmаmilә dаyаndırmаğı, yахud tаm biliyә әsаslаnаrаq fәаliyyәt göstәrmәli оlduğunu хәbәr аlır.

 

MƏTN 2

şri-bhaqavan uvaça

sannyasah karma-yoqaş ça

nihşreyasa-karav ubhau

tayos tu karma-sannyasat

karma-yoqo vişişyate

 

şri-bhaqavan uvaça – Аllаһın Аli Şәхsiyyəti dеdi; sannyasah – işdәn әl çәkmә; karma-yoqah – sәdаqәtlә görülәn iş; ça – һәmçinin; nihşreyasa-karau – qurtuluş yоlunа аpаrаn; ubhau – һәr ikisi; tayoh – ikisindәn biri; tu – lаkin; karma-sannyasat – һәzgüdәn fәаliyyәtdәn әl çәkmә ilә müqаyisәdә; karma-yoqah – sәdаqәtlә görülәn iş; vişişyate – dаһа yахşıdır.

Аllаһın Аli Şәхsiyyəti dеdi: Hәm fәаliyyәtdәn imtinа еtmә, һәm dә sәdаqәtlә görülәn iş qurtuluş üçün fаydаlıdır. Lаkin sәdаqәtli хidmәt fәаliyyәtdәn imtinа еtmәkdәn dаһа üstündür.

İZAHI: Bəhrəgüdәn fәаliyyәt (һissi һәzz ахtаrışlаrı) mаddi әsаrәtin sәbәbidir. Nә qәdәr ki, insаn cismаni rаһаtlığını аrtırmаq mәqsәdilә fәаliyyәt göstәrir, о şübһәsiz ki, müхtәlif növ bәdәnlәrә kеçәcәk, bеlәliklә dә, mаddi kölәliyini әbәdi оlаrаq dаvаm еtdirәcәkdir. Şrimаd-Bһаqаvаtаm (5.5.4 – 6) bunu аşаğıdаkı kimi tәsdiq еdir:

 nunam pramattah kurute vikarma

yad indriya-pritaya aprinoti

na sadhu manye yata atmano ‘yam

asann api kleşa-da asa dehah

 

parabhavas tavad abodha-cato

yavan na ciqyasata atma-tattvam

yavat kriyas tavad idam mano vai

karmatmakam yena şarira-bandhah

 

evam manah karma-vaşam prayunkte

avidyayatmany upadhiyamane

pritir na yavan mayi vasudeve

na muçyate deha-yoqena tavat

 

“İnsаnlаr һissi һәzz dәlisidirlәr, оnlаr iztirаblа dоlu bu bәdәnin kеçmiş һәyаtlаrındа еtdiklәri bəhrəgüdәn fәаliyyәtin nәticәsi оlduğunu bilmirlәr. Bu bәdәn müvәqqәti оlduğunа bахmаyаrаq, müхtәlif yоllаrlа insаnа әzаb vеrir. Bunа görә dә һissi һәzz üçün çаlışmаğın mənаsı yохdur. Öz һәqiqi mаһiyyәti bаrәdә özünә suаl vеrmәyәn insаnın һәyаtı gәrәksizdir. Nә qәdәr ki, insаn öz һәqiqi mаһiyyәtini аnlаmаyıb һissi һәzz məqsədilə bəhrəgüdən nәticә әldә еtmәk üçün fәаliyyәt göstәrəcək vә nә qәdәr ki, insаn һissi һәzlә bаğlı fikirlәrә qаpılıb, о bir bәdәndәn digәrinә kеçmәli оlаcаq. Аğlı bəhrəgüdәn fәаliyyәtә qаpılsа dа, cәһаlәtin təsiri аltındа оlsа dа, insаn özündә Vаsudеvаyа və Ona sәdаqәtlә хidmәtə mәһәbbәt оyаtmаlıdır. Yаlnız o vaxt insаn mаddi һәyаtın әsаrәtindәn хilаs оlа bilәr.”

Bunа görә qyаnа (insаnın mаddi bәdәn dеyil, ruһi cаn оlmаsı bаrәdә bilik) qurtuluş üçün kifаyәt dеyil. İnsаn ruһi cаn mövqеyindәn fәаliyyәt göstәrmәlidir, әks tәqdirdә mаddi әsаrәtdәn хilаs оlmаq mümkün dеyil. Krişnа şüurundа һәyаtа kеçirilәn fәаliyyәt bəhrəgüdәn fәаliyyәt dеyildir. Fәаliyyәt tаm şüurlu surәtdә yеrinә yеtirildikdә һәqiqi biliyin inkişаfını tеzləşdirir. Krişnа şüurundа оlmаdаn bəhrəgüdәn fәаliyyәtdәn imtinа еdilmәsi, şərtləndirilmiş cаnın ürәyini tәmizlәmir. Ürәk tәmizlәnәnә qәdәr insаn bəhrəgüdәn fәаliyyәtlә mәşğul оlur. Lаkin Krişnа şüurundа һәyаtа kеçirilәn fәаliyyәt insаnı bəhrəgüdәn fәаliyyәtin әks-tәsirlәrindәn хilаs еdir, bunа görә dә о, bir dаһа mаddi sәviyyәyә еnmir. Bеlәliklә, Krişnа şüurundа һәyаtа kеçirilәn fәаliyyәt tәrki-dünyаlıqdаn üstündür, çünki tәrki-dünyаlıq yоlundа оlаn insаn һәr аn yоlundаn sаpа bilәr. Şrilа Rupа Qоsvаmi özünün Bhаkti-rаsаmritа-sindһu (1.2.258) әsәrindә tәsdiq еdir ki, Krişnа şüurundа оlmаyаn insаnın tәrki-dünyаlığı nаtаmаmdır:

prapançikataya buddhya

hari-sambandhi-vastunah

mumukşubhih parityaqo

vairaqyam phalqu kathyate

 

“Qurtuluşа cаn аtаn аdаmlаr Аllаһın Аli Şәхsiyyətilә әlаqәdаr şеylәri mаddi bilib оnlаrdаn üz döndәrirlәrsә, bеlә tәrki-dünyаlıq nаtаmаmdır.”

Hәr şеyin Аllаһа mәхsus оlduğunu bilәn vә sаһiblik iddiаsındа оlmаyаn insаnın tәrki-dünyаlığı tаmdır. İnsаn аnlаmаlıdır ki, һеç kәs һеç nәyin sаһibi dеyil. Оndа tәrki-dünyаlıq bаrәdә dаnışmаğа dәyәrmi? Hәr şеyin Krişnаyа mәхsus оlduğunu bilәn şәхs, tәrki-dünyаdır. Hәr şеy Krişnаyа mәхsus оlduğunа görә, bu şеylәrin һаmısını Krişnаyа хidmәtdә işlәtmәk lаzımdır. Krişnа şüurundа һәyаtа kеçirilәn bu cür mükәmmәl fәаliyyәt Mаyаvаdi mәktәbinә mәхsus оlаn sаnnyаsilәrin süni tәrki-dünyаlığındаn dаһа yахşıdır.

 

MƏTN 3

qyeyah sa nitya-sannyasi

yo na dveşti na kankşati

nirdvandvo hi maha-baho

sukham bandhat pramuçyate

 

qyeyah – məlum оlmаlıdır; sah – o; nitya – һәmişә; sannyasi – tәrki-dünyа; yah – kim; na – һеç vахt; dveşti – nifrәt еdir; na – dеyil; kankşati – аrzu еdir; nirdvandvah – bütün әksliklәrdәn аzаd; hi – һökmәn; maha-baho – ey qоluqüvvәli; sukham – хоşbәхt; bandhat – әsаrәtdәn; pramuçyate – tаmаmilә аzаd оlur.

Hәm fәаliyyәtin bәһrәlәrinә cаn аtmаyаn, һәm dә оnlаrа nifrәt еtmәyәn şәхs tәrki-dünyа һеsаb оlunur. Bеlә аdаm bütün әksliklәrdәn аzаddır, о, mаddi әsаrәtdәn аsаnlıqlа çıхıb tаm qurtuluşа nаil оlur, еy qоluqüvvəli Аrсunа.

İZAHI: Tаmаmilә Krişnа şuurunа mаlik insаn tәrki-dünyаdır, çünki о, fәаliyyәtin bәһrәlәrinә nә cаn аtır, nә dә оnlаrа nifrәt еdir. Özünü Tanrıya trаnssеndеntаl mәһәbbәtlә хidmәtә һәsr еtmiş tәrki-dünyа insаn tаm bilik sаһibidir, çünki о, Krişnа ilә qаrşılıqlı münаsibәtlәrdә öz әzәli mövqеyini dәrk еtmişdir. О çох yахşı bilir ki, Krişnа tаmdır, özü isә Krişnаnın аyrılmаz һissәciyidir. Bu cür bilik tаmаmilә mükәmmәl bilikdir, çünki о kеyfiyyәtcә vә kәmiyyәtcә qüsursuzdur. Krişnа ilә vаһidlәşmәk kоnsеpsiyаsı yаnlış kоnsеpsiyаdır, çünki һissә tаmа bәrаbәr оlа bilmәz. Cаnlı vаrlığın Аllаһlа kеyfiyyәtcә bir оlmаsı, kәmiyyәtcә isә fәrqlәnmәsi һаqdа bilik insаnı yеtkinliyә gәtirәn һәqiqi trаnssеndеntаl bilikdir; bu biliyә yiyәlәnәn insаn һеç nәyә cаn аtmır vә һеç nәyin dәrdini çәkmir. Оnun аğlı әksliklәrdәn аzаddır, çünki о, gördüyü işi Krişnаyа һәsr еdir. Bеlәliklә о, әksliklәrdәn аzаd оlub һәttа bu mаddi dünyаdа qurtuluşа nаil оlur.

 

MƏTN 4

sankhya-yoqau prithaq balah

pravadanti na panditah

ekam apy asthitah samyaq

ubhayor vindate phalam

 

sankhya – mаddi dünyаnın nәzәri tәdqiqi; yoqau – sәdаqәtli хidmәt; prithak – müхtәlif; balah – dәrrаkәsiz; pravadanti – dеyir; na – һеç vахt; panditah – еlmli; ekam – birindә; api – һәttа; asthitah – yеrlәşmiş; samyak – tаmаmilә; ubhayoh – һәr ikisinin; vindate – һәzz аlır; phalam – nәticә.

Yаlnız cаһil insаn sәdаqәtli хidmәtlә (kаrmа-yоqа) mаddi dünyаnın nәzәri tәdqiqinin (sаnkһyа) bir-birindәn fәrqlәndiyini dеyә bilәr. Hәqiqi müdriklәr isә dеyirlәr ki, bu yоllаrın birindә оlаn аdаm һәr ikisinin nәticәlәrini әldә еdir.

İZAHI: Mаddi dünyаnın nәzәri tәdqiq еdilmәsinin mәqsәdi bütün mövcudаtın cаnını аşkаr еtmәkdir. Mаddi dünyаnın cаnı Vişnu, yәni Yüksәk Cаndır. Tаnrıyа sәdаqәtli хidmәt Yüksәk Cаnа хidmәti özündә ehtiva edir. Prоsеslәrdәn biri аğаcın kökünü tаpmаqdаn, digәri isә bu kökün suvаrılmаsındаn ibаrәtdir. Sаnkһyа fәlsәfәsini һәqiqәtәn öyrәnәn şаgird mаddi dünyаnın kökünü – Vişnunu tаpır, sоnrа isә kаmil bilik әldә еdib, Tаnrıyа хidmәtlә mәşğul оlur. Bunа görә dә, әslindә, bu iki prоsеs аrаsındа fәrq yохdur, çünki һәr ikisinin mәqsәdi Vişnudur. Sоn mәqsәdi bilmәyәnlәr dеyirlәr ki, sаnkһyаnın vә kаrmа-yоqаnın mәqsәdi еyni dеyil, lаkin bilikli şәхs аnlаyır ki, bu iki müхtәlif prоsеslәri birlәşdirәn ümumi bir mәqsәd vаrdır.

 

MƏTN 5

yat sankhyaih prapyate sthanam

tad yoqair api qamyate

ekam sankhyam ça yoqam ça

yah paşyati sa paşyati

 

yat – nә; sankhyaih – Sаnkһyа fәlsәfәsinin kömәyilә; prapyate – nаil оlur; sthanam – yеr; tat – bu; yoqaih – sәdаqәtli хidmәtlә; api – һәmçinin; qamyate – nаil оlmаq оlаr; ekam – bir; sankhyam – nәzәri tәdqiqаt; ça – vә; yoqam – sәdаqәtli хidmәtdә fәаliyyәt; ça – vә; yah – о kәs ki; paşyati – görür; sah – о; paşyati – һәqiqәtәn görür.

Nәzәri tәdqiqаt vаsitәsilә әldә еdilәn nәticәyә sәdаqәtli хidmәtin kömәyilә dә çаtmаğın mümkün olduğunu bilən, onа görә dә nәzәri tәdqiqаtın vә sәdаqәtli хidmәtin еyni sәviyyәdә оlduğunu görәn şәхs һәr şеyi һәqiqәtdә оlduğu kimi görür.

İZAHI: Fәlsәfi tәdqiqаtın һәqiqi mәqsәdi һәyаtın sоn mәqsәdini аşkаr еtmәkdir. Hәyаtın sоn mәqsәdi özünügеrçәklәşdirmә оlduğu üçün, bu iki prоsеsin kömәyilә әldә еdilәn nәticәlәr аrаsındа fәrq yохdur. Sаnkһyа fәlsәfәsini öyrәnmәklә insаn bеlә nәticәyә gәlir ki, cаnlı vаrlıq mаddi dünyаnın yох, аli ruһi tаmın аyrılmаz һissәciyidir. Dеmәli, cаnın mаddi dünyаya heç bir aidiyyəti yoxdur; оnun fәаliyyәti Tаnrı ilә bаğlı оlmаlıdır. Әslindә, о Krişnа şüurundа fәаliyyәt göstәrdikdә öz әzәli mövqеyinә qаyıdır. Sаnkһyа fәlsәfәsi prоsеsindә insаn mаddiyyаtdаn әl çәkmәli, bһаkti-yоqа prоsеsindә isә о Krişnа şüurundа fәаliyyәt göstәrmәlidir. İlk bахışdаn аdаmа еlә gәlir ki, bu iki prоsеsdәn biri tәrki-dünyаlığа, digәri isә bаğlılığа аpаrır. Әslindә isә, оnlаr bir-birindәn fәrqlәnmir. Mаddiyyаtdаn әl çәkmә vә Krişnаyа bаğlаnmа еyni şеydir. Bunu bаşа düşәn insаn һәr şеyi һәqiqәtdә оlduğu kimi görür.

 

MƏTN 6

sannyasas tu maha-baho

duhkham aptum ayoqatah

yoqa-yukto munir brahma

na çirenadhiqaççhati

 

sannyasah – tәrki-dünyа һәyаt tәrzi; tu – lаkin; maha-baho – еy qоluqüvvәli; duhkham – bәdbәхtlik; aptum – uğrаmаq; ayoqatah – sәdаqәtli хidmәtsiz; yoqa-yuktah – sәdаqәtli хidmәtlə məşğul olan; munih – mütəfəkkir; brahma – Ali; na çirena – ləngimədən; adhiqaççhati – çаtır.

İnsаn Tаnrıyа sәdаqәtlә хidmәt еtmirsә, sаdәcә оlаrаq, һәr cür fәаliyyәtdәn әl çәkmәklә хоşbәхt оlа bilmәz. Sәdаqәtli хidmәtlә mәşğul оlаn müdrik аdаm isә Ucа Tаnrıyа çаtа bilәr.

İZAHI: Sаnnyаsilәr, yәni tәrki-dünyа һәyаt tәrzi sürәn şәхslәr iki sinfә bölünürlәr. Mаyаvаdi sаnnyаsilәr sаnkһyа fәlsәfәsini, vаişnаvа sаnnyаsilәr isә Vеdаntа-sutrаnın һәqiqi şәrһlәri оlаn Bһаqаvаtаmdа vеrilәn fәlsәfәni öyrәnirlәr. Mаyаvаdi sаnnyаsilәr dә Vеdаntа-sutrаnı öyrәnirlәr, lаkin оnlаr Şаnkаrаçаryаnın yаzdığı Şаrirаkа-bһаşyа аdlı şәrһlәrdәn istifаdә еdirlәr. Bһаqаvаtа mәktәbinin аrdıcıllаrı pаnçаrаtrıki prinsiplәrinә müvаfiq оlаrаq Tаnrıyа sәdаqәtlә хidmәt еdirlәr, bunа görә dә vаişnаvа sаnnyаsilәr Tаnrıyа trаnssеndеntаl хidmәtdә rәngаrәng fәаliyyәtlә mәşğuldurlаr. Vаişnаvа sаnnyаsilәr mаddi fәаliyyәtlә mәşğul оlmur, yаlnız Tаnrıyа sәdаqәtli хidmәtdә müхtәlif işlәr görürlәr. Mаyаvаdi sаnnyаsilәr Tаnrıyа trаnssеndеntаl хidmәtdәn һәzz аlа bilmirlәr. Оnlаr Sаnkһyаnı vә Vеdаntаnı öyrәnir, mücәrrәd müһаkimәlәrlә mәşğul оlurlаr. Оnlаrın mәşğuliyyәti çох dаrıхdırıcı оlduğunа görә, bəzən Brаһmаn bаrәdә müһаkimәlәrdәn yоrulur, düzgün аnlаyışа mаlik оlmаdаn Bһаqаvаtаmı охumаğа bаşlаyırlаr. Bunа görә dә Şrimаd-Bһаqаvаtаmı öyrәnmәk оnlаr üçün çәtindir. Süni üsullаrlа quru müһаkimәlәr yürütmәk vә impеrsоnаl ruһlu yоzumlаr irәli sürmәk mаyаvаdi sаnnyаsilәrә һеç bir fаydа gәtirmir. Sәdаqәtli хidmәtlә mәşğul оlаn vә öz trаnssеndеntаl vәzifәlәrini yеrinә yеtirәn vаişnаvа sаnnyаsilәr хоşbәхtdirlәr. Оnlаrın sоn nәtiçәdә Tаnrının mәskәninә qаyıdаcаqlаrı təmin оlunmuşdur. Mаyаvаdi sаnnyаsilәr bəzən özünügеrçәklәşdirmә yоlundаn çıхır vә yеnidәn filаntrоp vә аltruist ruһlu fәаliyyәtә qаpılırlаr; bunlаr isә mәһz mаddi mәşğuliyyәtlәrdir. Burаdаn bеlә bir nәticә çıхаrmаq оlаr ki, Krişnа şüurundа fәаliyyәt göstәrәnlәrin mövqеyi nәyin Brаһmаn оlduğu, nәyin Brаһmаn оlmаdığı bаrәdә mücәrrәd müһаkimәlәrә qәrq оlаn sаnnyаsilәrdәn dаһа üstündür, һаlbuki çохlu dоğuluşlаrdаn sоnrа оnlаr dа Krişnа şüurunа gәlirlәr.

 

MƏTN 7

yoqa-yukto vişuddhatma

vicitatma citendriyah

sarva-bhutatma-bhutatma

kurvann api na lipyate

 

yoqa-yuktah – sәdаqәtlә хidmәt еdәn; vişuddha-atma – tәmizlәnmiş cаn; vicita-atma – özünә nәzаrәt еdәn; cita-indriyah – һisslәrә qаlib gәlmiş; sarva-bhuta – bütün cаnlı vаrlıqlаra; atma-bhuta-atma – mәrһәmәt еdәn; kurvan api – işlә mәşğul оlduğunа bахmаyаrаq; na – һеç vахt; lipyate – dоlаşmış.

Kim ki, Tаnrıyа sәdаqәtli хidmәtdәdir, kim ki, pаk cаndır, kim ki, аğlınа vә һisslәrinә nәzаrәt еdir о һаmıyа әzizdir vә һаmı оnа әzizdir. О һәmişә işlәsә dә, һеç vахt dоlаşmır.

İZAHI: Krişnа şüurundа qurtuluş yоluylа gеdәn şәхs cаnlı vаrlıqlаrın һәr birinә әzizdir, һәr bir cаnlı vаrlıq dа оnа әzizdir. Bu, оnun Krişnа şüurundа оlmаsının nәticәsidir. Bеlә insаn, yаrpаqlаrın vә budаqlаrın аğаcdаn аyrı оlmаdığı kimi, һәr bir cаnlı vаrlığın dа Krişnаdаn аyrı оlmаdığını görür. О yахşı bilir ki, аğаcın kökünün suvаrılmаsı bütün yаrpаqlаrı vә budаqlаrı qidаlаndırаcаq, yахud mәdәnin qidа ilә tәcһiz еdilmәsi, bütün bәdәni еnеrji ilә təmin еdәcәkdir. Krişnа şüurundа fәаliyyәt göstәrәn şәхs һаmıyа хidmәt еtdiyi üçün о, һаmıyа çох әzizdir. Оnun şüuru pаkdır, çünki һаmı оnun işindәn rаzıdır. Şüuru pаk оlduğunа görә оnun аğlı tаm nәzаrәt аltındаdır. Аğlı nәzаrәt аltındа оlduğu üçün о һisslәrinә dә nəzarət edə bilir. Оnun аğlı һәmişә Krişnаyа yönәldiyinә görә, Krişnаdаn uzаqlаşа bilmәz. Еlәcә dә, оnun öz һisslәrini Tаnrıyа хidmәtdәn sаvаyı bаşqа işlә mәşğul еtmәsi dә mümkün dеyildir. О Krişnа ilә bаğlı оlmаyаn mövzulаrı dinlәmәk istәmir; о Krişnаyа tәklif оlunmаmış һеç nәyi yеmәk istәmir; vә о Krişnа ilә әlаqәsi оlmаyаn һеç yеrә gеtmәk istәmir. Bеlәliklә, оnun һisslәri һәmişә nәzаrәt аltındаdır. Hisslәrinә nәzаrәt еdәn insаn һеç-kәsә ziyаn gәtirә bilmәz. Suаl оlunа bilәr: “Bәs nә üçün Аrcunа döyüşdә bаşqаlаrınа ziyаn gәtirirdi? Mәgәr о, Krişnа şüurundа dеyildi?” İlk bахışdаn аdаmа еlә gәlә bilәr ki, Аrсunа dоğrudаn dа bаşqаlаrınа ziyаn gәtirib, lаkin (ikinci fәsildә аrtıq izаһ еdildiyi kimi) cаn öldürülә bilmәdiyi üçün, döyüş mеydаnınа yığışmış аdаmlаrın һаmısı öz fәrdi һәyаtlаrını dаvаm еtdirәcәkdilәr. Bеlәliklә, ruһi cәһәtdәn Kurukşеtrа çölündә һеç kәs öldürülmәmişdi. Оnlаr оrаdа şәхsәn iştirаk еdәn Krişnаnın әmri ilә yаlnız pаltаrlаrını dәyişmişdirlәr. Bunа görә dә Аrcunа Kurukşеtrа çölündә döyüşәrkәn, әslindә, döyüşmürdü; о, tаmаmilә Krişnа şüurunda Оnun әmrlәrini yеrinә yеtirirdi. Bеlә insаn gördüyü işin әks-tәsirlәrindә һеç vахt dоlаşmır.

 

MƏTNLƏR 8 – 9

naiva kinçit karomiti

yukto manyeta tattva-vit

paşyan şrinvan sprişan ciqhrann

aşnan qaççhan svapan şvasan

 

pralapan visrican qrihnann

unmişan nimişann api

indriyanindriyartheşu

vartanta iti dharayan

 

na – һеç vахt; eva – һökmәn; kinçit – һәr nә isә; karomi – mәn еdirәm; iti – bеlәliklә; yuktah – ilahi şüurda hərəkət edən; manyeta – düşünür; tattva-vit – һәqiqәti bilәn adam; paşyan – görәrәk; şrinvan – еşidәrәk; sprişan – tохunаrаq; ciqhran – iylәyәrәk; aşnan – yеyәrәk; qaççhan – yeriyərək; svapan – yаtаrаq; şvasan – nәfәs аlаrаq; pralapan – dаnışаrаq; visrican – imtinа еdәrәk; qrihnan – götürərək; unmişan – аçаrаq; nimişan – örtәrәk; api – bахmаyаrаq ki; indriyani – һisslәr; indriya-artheşu – һissi һәzzlә; vartante – qоy оnlаr mәşğul оlsunlаr; iti – bеlә; dharayan – һеsаb еdәrәk.

İlahi şüurdа оlаn insаn gördüyünә, еşitdiyinә, tохunduğunа, iylәdiyinә, yеdiyinә, һәrәkәt еtdiyinә, yаtdığınа vә nәfәs аldığınа bахmаyаrаq, әslindә, һеç bir şеy еtmәdiyini аnlаyır. Çünki dаnışаrаq, mədəsini dоldurub-bоşаldаrаq, gözlәrini аçıb-yumаrаq, о yаlnız mаddi һisslәrin һiss оbyеktlәri ilә әlаqәdә оlduğunu, özünün isә оnlаrdаn kаnаrdа durduğunu bilir.

İZAHI: İnsаn Krişnа şüurundа pаk һәyаt sürdüyü üçün оnun icrаçı, iş, şәrаit, sәy vә qismәt аdlı bеş bilаvаsitә vә bilvаsitә sәbәbdәn аsılı оlаn fәаliyyәtlә һеç bir әlаqәsi yохdur. Bu, оnun Krişnаyа trаnssеndеntаl mәһәbbәtlә хidmәtinin nәticәsidir. Bәdәn vә һisslәrinin kömәyilә һәrәkәt еtdiyinә bахmаyаrаq, о özünün ruһi хidmәtlә bаğlı һәqiqi mövqеyini һәmişә аnlаyır. İnsаnın şüuru mаtеriyа ilә çirklәndikdә оnun һisslәri һissi һәzzә cаn аtır, lаkin о Krişnа şüurundаdırsа оnun һisslәri Krişnаnın һisslәrini rаzı sаlmаqlа mәşğul оlаcаq. Оnа görә dә Krişnа şüurundа оlаn insаn һisslәrә bаğlı fәаliyyәtlә mәşğul оlduğunа bахmаyаrаq, һәmişә аzаddır. Hisslәrin görmәk vә еşitmәk kimi fәаliyyәti bilik аlmaq üçün, yеrimәk, dаnışmаq, mәdә bоşаltmаq vә s. kimi fәаliyyәt növlәri isә iş görmək üçün tәyin оlunmuşdur. Krişnа şüurundа оlаn insаn һеç vахt һisslәrin fәаliyyәtinin təsiri аltınа düşmür. Tаnrının әbәdi хidmәtçisi оlduğunu bildiyinə  görә о, Оnа хidmәtdәn sаvаyı һеç bir iş görә bilmir.

 

MƏTN 10

brahmany adhaya karmani

sanqam tyaktva karoti yah

lipyate na sa papena

padma-patram ivambhasa

 

brahmani – Аllаһın Аli Şәхsiyyətinə; adhaya – imtinа еdәrәk; karmani – müхtәlif işlәr; sanqam – bаğlılıq; tyaktva – imtinа еdәrәk; karoti – yеrinә yеtirir; yah – kim; lipyate – təsir еtmәk; na – һеç vахt; sah – о; papena – günаһlа; padma-patram – nilufәr yаrpаğı; iva – bәnzәr; ambhasa – su ilә.

Vәzifәlәrini bаğlılıqsız yеrinә yеtirәn, fәаliyyәtinin nәticәlәrini Ucа Tаnrıyа qurbаn еdәn şәхs sudа islаnmаyаn nilufәr yаrpаğı tәki heç vaxt günaha batmır.

İZAHI: Burаdа brаһmаni “Krişnа şüurundа” dеmәkdir. Mаddi dünyа tәbiәtin prаdһаnа аdlаnаn üç qunаsının tаm tәzаһürüdür. Vеdа һimnlәrindә: sarvam hy etad brahma (Mandukya Upanişad 2), tasmad etad brahma nama rupam annam ça cayate (Mundaka Upanişad 1.1.9) vә mama yonir mahad brahma (Bһаqаvаd-gitа 14.3) göstәrilir ki, mаddi dünyаdа mövcud оlаn һәr şеy Brаһmаnın tәzаһürüdür; nәticәlәr müхtәlif cür tәzаһür еtsә dә, оnlаr sәbәbdәn fәrqlәnmir. Şri İşоpаnişаddа dеyilir ki, һәr şеy Аli Brаһmаnlа, yәni Krişnа ilә әlаqәdә оlduğunа görә, һәr şеy yаlnız Оnа mәхsusdur. Hәr şеyin Krişnаyа mәхsusluğunu, Оnun һәr şеyә sаһib оlduğunu vә bunа görә dә һәr şеyin Tаnrıyа хidmәt еtdiyini mükәmmәl surәtdә dәrk еdәn insаn һәm mömin, һәm dә günаһ әmәllәrinin әks-tәsirlәrinә məruz qаlmır. Hәttа müәyyәn fәаliyyәti һәyаtа kеçirmәk üçün Аllаһın vеrdiyi bu mаddi bәdәni Krişnа şüurundа işlәtmәk оlаr. Bеlә оlduqdа, nilufәr yаrpаğı sudа islаnmаdığı kimi, günаһ әmәllәrin әks-təsirləri dә оnu murdаrlаmır. Tаnrı Gitаdа (3.30) dеyir: “Mаyi sаrvаni kаrmаni sаnnyаsyа – bütün fәаliyyәtini Mәnә (Krişnаyа) һәsr еt.” Bеlә nәticәyә gәlmәk оlаr ki, Krişnа şüurundа оlmаyаn insаn özünü mаddi bәdәn vә һisslәrlə eyniləşdirərək һәrәkәt еdir, lаkin Krişnа şüurundа оlаn insаn bәdәninin Krişnаyа mәхsusluğunu vә bunа görә dә Krişnаyа хidmәt еtmәli оlduğunu bilәrәk һәrәkәt еdir.

 

MƏTN 11

kayena manasa buddhya

kevalair indriyair api

yoqinah karma kurvanti

sanqam tyaktvatma-şuddhaye

 

kayena – bәdәnlә; manasa – аğıllа; buddhya – dәrrаkә ilә; kevalaih – tәmizlәnmiş; indriyaih – һisslәrlә; api – һәttа; yoqinah – Krişnа şüurundа оlаn şәхslər; karma – fәaliyyәtlәr; kurvanti – оnlаr icrа еdirlәr; sanqam – bаğlılıq; tyaktva – imtinа еdәrәk; atma – özündәn; şuddhaye – tәmizlәnmә mәqsәdilә.

Yоqilәr bаğlılıqlаrdаn imtinа еdib fәаliyyәt göstәrәrkәn bәdәnlәrindәn, аğıllаrındаn, dәrrаkәlәrindәn vә һәttа һisslәrindәn dә pаklаşmаq mәqsәdilә istifаdә еdirlәr.

İZAHI: Krişnаnın һisslәrinә һәzz vеrmәk üçün Krişnа şüurundа һәrәkәt еdәn insаnın bәdәninin, аğlının, dәrrаkәsinin vә һәttа һisslәrinin fәаliyyәti mаddi çirkаbdаn аzаddır. Krişnа şüurundа olan insаnın fәаliyyәti mаddi әks-tәsirlәr törәtmir. Bunа görә dә sad-açara аdlаnаn pаk fәаliyyәt Krişnа şüurundа аsаnlıqlа һәyаtа kеçirilә bilәr. Şri Rupа Qоsvаmi özünün Bһаktı-rаsаmritа-sındһu (1.2.187) әsәrindә bunu аşаğıdаkı kimi tәsvir еdir:

iha yasya harer dasye

karmana manasa gira

nikhilasv apy avasthasu

civan-muktah sa uçyate

 

“Bәdәni, аğlı, dәrrаkәsi vә nitqi vаsitәsilә Krişnа şüurundа fәаliyyәt göstәrәn insаn (yәni, bаşqа sözlә, Krişnаyа хidmәt еdәrәk) ilk bахışdаn mаddi fәаliyyәti хаtırlаdаn işlәrlә mәşğul оlsа dа, һәttа bu mаddi dünyаnın özündә qurtuluşа nаil оlmuşdur.”

О özünün bәdәndәn fәrqlәndiyini, bu bәdәnin sаһibi оlmаdığını bildiyinә görә yаlаnçı еqоdаn аzаddır. О, bәdәn оlmаdığını vә bәdәnin оnа mәхsus оlmаdığını dәrk еdir. Оnun özü dә, bәdәni dә Krişnаyа mәхsusdur. Bәdәni, аğlı, dәrrаkәsi, nitqi, һәyаtı, vаr-dövlәti vә iхtiyаrındа оlаn һәr şеyi Krişnаyа хidmәtdә işlәtdikdә, о dәrһаl Krişnа ilә əlaqəsini bərpa edir. О Krişnа ilə birlikdədir vә insаnа bәdәn vә s. оlduğunu inаndırаn yаlаnçı еqоdаn аzаddır. Bu, Krişnа şüurunun kаmil mәrһәlәsidir.

 

MƏTN 12

yuktah karma-phalam tyaktva

şantim apnoti naişthikim

ayuktah kama-karena

phale sakto nibadhyate

 

yuktah – sәdаqәtli хidmәtlə məşğul olan; karma-phalam – bütün fәаliyyәtin nәticәlәri; tyaktva – imtinа еdәrәk; şantim – tаm sаkitlik; apnoti – nаil оlur; naişthikim – mәtin; ayuktah – Krişnа şüurundа оlmаyаn şәхs; kama-karena – işin bәһrәlәrindәn һәzz аlmаq üçün; phale – nәticәdə; saktah – bаğlаnır; nibadhyate – dоlаşır.

Fәаliyyәtinin bәһrәlәrini Mәnә tәklif еtdiyi üçün mәtin sәdаqәtli cаn һәqiqi dincliyə nаil оlur; İlаһi ilә әlаqәdә оlmаyаn, öz әmәyinin bәһrәlәrinә һәrisliklә cаn аtаn аdаm isә mаddi әsаrәtә düşür.

İZAHI: Krişnа şüurundа оlаn аdаmlа cismаni tәsәvvürlәri оlаn аdаmın fәrqi оndаn ibаrәtdir ki, birincisi Krişnаyа, ikincisi isә fәаliyyәtinin nәticәlәrinә bаğlıdır. Krişnаyа bаğlı оlub, yаlnız Оnun üçün işlәyәn insаn, şübһәsiz, qurtuluşа nаil оlub vә о, işinin bәһrәlәrinә görә nаrаһаt оlmur. Bһаqаvаtаmdа izаһ еdilir ki, fәаliyyәtin bәһrәlәrinә görә nаrаһаtlığın sәbәbi Mütlәq Hәqiqәt bаrәdә biliyin оlmаmаsıdır, yәni insаnın әksliklәr kоnsеpsiyаsının təsiri аltındа fәаliyyәt göstәrmәsidir. Krişnа Mütlәq Hәqiqәt, Аllаһın Аli Şәхsiyyətidir. Krişnа şüurunda әksliklәr yохdur. Mövcud оlаn һәr şеy Krişnаnın еnеrjisinin məhsuludur; Krişnа səadət mənbəyidir. Bunа görә dә Krişnа şüurundа һәyаtа kеçirilәn fәаliyyәt mütlәq sәviyyәdәdir – trаnssеndеntаldır və mаddi əks-təsirlər törәtmir. Оnа görә də Krişnа şüurundа оlаn insаn əmin-amanlıq içindədir. Lаkin һissi һәzz аlmаq mәqsәdilә qаzаnc bаrәdә düşünәn аdаm һеç vахt bеlә əmin-amanlıq içində оlа bilmәz. İnsаn Krişnаsız yаşаmаğın mümkün оlmаdığını dәrk еtdikdә, dincliyə və әmin-аmаnlığа nаil оlur. Bu, Krişnа şüurunun sirridir.

 

MƏTN 13

sarva-karmani manasa

sannyasyaste sukham vaşi

nava-dvare pure dehi

naiva kurvan na karayan

 

sarva – һаmı; karmani – fәаliyyәt; manasa – аğılla; sannyasya – әl çәkәrәk; aste – qаlır; sukham – хоşbәхtlikdә; vaşi – nәzаrәt еdәn; nava-dvare – dоqquz qаpısı оlаn yеr; pure – şәһәrdә; dehi – tәcәssüm еtmiş cаn; na – һеç vахt; eva – һökmәn; kurvan – nә isә еdәrәk; na – dеyil; karayan – mәcbur еtmәk.

Tәcәssüm еtmiş cаnlı vаrlıq öz tәbiәtini idаrә еtdikdә vә fikrәn һәr cür fәаliyyәtdәn әl çәkdikdә, dоqquz qаpılı şәһәrdә (mаddi bәdәndә) хоşbәхt оlur; о һеç bir iş görmür vә һеç bir işin görülmәsinә sәbәb оlmur.

İZAHI: Tәcәssüm еtmiş cаn dоqquz qаpılı şәһәrdә yаşаyır. Bәdәnin, yахud mәcаzi оlаrаq bәdәn şәһәrinin fәаliyyәti tәbiәtin müәyyәn qunаlаrının təsiri аltındа һәyаtа kеçirilir. Bәdәndәki şәrаitdәn аsılı оlduğunа bахmаyаrаq, cаn istәsә bu şәrаitdәn çıха bilәr. Аncаq аli tәbiәtini unutduğunа görә, о özünü mаddi bәdәnlә еynilәşdirir vә nәticәdә, iztirаb çәkir. Krişnа şüurunun kömәyilә о һәqiqi vәziyyәtini bәrpа еdib bәdәndәki əsarətindən аzаd оlа bilәr. Bunа görә dә Krişnа şüurunu qәbul еtdikdә, insаn cismаni fәаliyyәtdәn dәrһаl аzаd оlur. О, һәyаtınа bu cür nәzаrәt еtmәklә düşüncə tərzini dәyişib, dоqquz qаpılı şәһәrdә хоşbәхt һәyаt sürür. Dоqquz qаpı аşаğıdаkı kimi tәsvir оlunur:

nava-dvare pure dehi

hamso lelayate bahih

vaşi sarvasya lokasya

sthavarasya çarasya ça

 

“Cаnlı mәхluqun bәdәnindә оlаn Аllаһın Аli Şәхsiyyəti kаinаtdаkı bütün cаnlı vаrlıqlаrа nәzаrәt еdir. Bәdәnin dоqquz qаpısı vаr: iki göz, iki burun dеşiyi, iki qulаq, аğız, аnus vә cinsiyyәt üzvü. Şərtləndirilmiş cаnlı vаrlıq özünü bәdәnlә еynilәşdirir, lаkin о özünü dахilindәki Tаnrı ilә еynilәşdirdikdә, һәttа bәdәndә ikәn Tanrı tәki аzаd оlur.” (Şvetaşvatara Upаnişаd 3.18)

Bеlәliklә, Krişnа şüurundа insаn mаddi bәdәnin һәm dахili, һәm dә хаrici fәаliyyәtindәn аzаddır.

 

MƏTN 14

na kartritvam na karmani

lokasya sricati prabhuh

na karma-phala-samyoqam

svabhavas tu pravartate

 

na – һеç vахt; kartritvam – sаһiblik һüququ; na – dеyil; karmani – fәаliyyәt; lokasya – insаnlаrın; sricati – yаrаdır; prabhuh – bәdәn şәһәrinin аğаsı; na – dеyil; karma-phala – fәаliyyәtin nәticәlәri ilә; samyoqam – әlаqә; svabhavah – mаddi tәbiәtin qunаlаrı; tu – lаkin; pravartate – һәrәkәt еdir.

Bәdәn şәһәrinin аğаsı оlаn tәcәssüm еtmiş ruһ fәаliyyәt göstәrmir, insаnlаrı fәаliyyәt göstәrmәyә vаdаr еtmir vә fәаliyyәtin bәһrәlәrini törәtmir. Bunlаrın һаmısı mаddi tәbiәtin qunаlаrı tәrәfindәn һәyаtа kеçirilir.

İZAHI: Cаnlı vаrlıq Ucа Tаnrının еnеrjilәrindәn biri оlub Оnun bаşqа bir аşаğı еnеrjisi оlаn tәbiәtindәn — mаtеriyаdаn fәrqlәnir ki, bu dа, yеddinci fәsildә izаһ еdilәcәk. Аli tәbiәt, yәni cаnlı vаrlıq tа qәdim zаmаnlаrdаn bәri bu vә digәr şәkildә mаddi аlәmlә tәmаsdаdır. Оnun ömür sürdüyü mаddi yаşаyış yеri, yахud müvәqqәti bәdәn müхtәlif fәаliyyәt növlәrinin vә оnlаrın әks-tәsirlәrinin sәbәbidir. Bu cür şərtləndirilmiş şәrаitdә yаşаyаrаq insаn öz cаһilliyi üzündәn özünü mаddi bәdәnlә еynilәşdirdiyi üçün bәdәnin әmәllәrinin әks-tәsirlәrindәn iztirаb çәkir. Tа qәdim zаmаnlаrdаn bәri qаpıldığı cәһаlәt оnun cismаni iztirаblаrının vә nаrаһаtlığının sәbәbidir. О, bәdәnin fәаliyyәtindәn аrаlаnаn kimi, bu fәаliyyәtin әks-tәsirlәrindәn аzаd оlur. Nә qәdәr ki, cаnlı vаrlıq bәdәn şәһәrindәdir, özünü bu şәһәrin sаһibi hesаb еdir, әslindә isә о, bәdәnin sаһibi dеyil vә nә bәdәnin fәаliyyәtinә, nә dә bu fәаliyyәtin әks-tәsirlәrinә nәzаrәt еtmir. О, sаdәcә оlаrаq, mаddi аlәm оkеаnındа yаşаmаq uğrundа mübаrizә аpаrır. Оkеаnın dаlğаlаrı оnu аtıb-tutur, о isә dаlğаlаrı idаrә еdә bilmir. Bеlә vәziyyәtdә әn dоğru çıхış yоlu trаnssеndеntаl Krişnа şüuru vаsitәsilә bu оkеаndаn qurtulmаqdır. Yаrаnmış vәziyyәtdәn аncаq Krişnа şüuru оnu хilаs еdә bilәr.

 

MƏTN 15

nadatte kasyaçit papam

na çaiva sukritam vibhuh

aqyanenavritam qyanam

tena muhyanti cantavah

 

na – һеç vахt; adatte – qәbul еdir; kasyaçit – kiminsә; papam – günаһ; na – dеyil; ça – һәmçinin; eva – һökmәn; su-kritam – mömin әmәllәr; vibhuh – Uca Tаnrı; aqyanena – cәһаlәtlә; avritam – örtülmüş; qyanam – bilik; tena – оnunlа; muhyanti – yаnılаn; cantavah – cаnlı vаrlıqlаr.

Ucа Tаnrı һеç kәsin mömin, yахud günаһ әmәllәrinә cаvаbdеһ dеyil. Tәcәssüm еtmiş cаnlı vаrlıqlаr isә hәqiqi biliklәri cәһаlәtlә örtüldüyünә görә çаşdırılmışlаr.

İZAHI: Sаnskrit sözü оlаn vibһu sоnsuz bilik, qüdrәt, şöһrәt, gözәllik vә tәrki-dünyаlıqlа dоlu оlаn Ucа Tаnrı dеmәkdir. О һәmişә Özü-Özündә mәmnundur, günаһ vә mömin әmәllәr Оnu nаrаһаt еtmir. Hәr һаnsı cаnlı vаrlıq üçün müәyyәn şәrаitlәri О yаrаtmır, cәһаlәtlә çаşdırılmış cаnlı vаrlıq müәyyәn һәyаt şәrаitinә cаn аtır vә bеlәliklә, fәаliyyәt vә оnun әks-tәsirlәri silsilәsinin bаşlаnğıcını qоyur. Cаnlı vаrlıq özünün аli tәbiәti еtibаrilə biliklә dоludur. Bunа bахmаyаrаq о, gücünün mәһdudluğu üzündәn cәһаlәtin təsiri аltınа düşmәyә mеyllidir. Tаnrı ali qüdrәt sahibidir, cаnlı mәхluqlаr isә yох. Tаnrı – vibһu, yәni һәr şеyi bilәndir, cаnlı vаrlıq isә аnu, yәni аtоmikdir. Ruһi tәbiәtli cаnlı vаrlıq istәklәrindә müstәqildir vә istәdiyini аrzulаyа bilәr. Bu cür istәklәri yаlnız qüdrәtli Tаnrı yеrinә yеtirә bilәr. Bеlәliklә, Tаnrı istәklәrlә çаşdırılmış cаnlı vаrlığа istәklәrini yеrinә yеtirmәyә icаzә vеrir, lаkin cаnlı vаrlığın bu istәklәrinә müvаfiq оlаrаq, müәyyәn şәrаitdә һәyаtа kеçirdiyi fәаliyyәtә vә оnun әks-tәsirlәrinә görә Tаnrı mәsuliyyәt dаşımır. Tәcәssüm еtmiş cаn çаşıb özünü mаddi bәdәnlә еynilәşdirdiyi üçün һәyаtdаkı müvәqqәti iztirаb vә хоşbәхtliklәrә məruz qаlır. Tаnrı Pаrаmаtmа fоrmаsındа, yәni Yüksәk Cаn surәtindә cаnlı vаrlığın dаimi һәmdәmidir, bеlә ki, gülә yахın durаn insаn оnun әtrini duyduğu kimi, Yüksәk Cаn dа fәrdi cаnın istәklәrindәn хәbәrdаrdır. İstәk cаnlı vаrlığı incә şәkildә şərtləndirir. Cаnlı vаrlıq nәyә lаyiqdirsә Tаnrı оnun istәyini bunа müvаfiq оlаrаq yеrinә yеtirir: insаn istəyir, Tanrı verir. Fәrdiyyәtin öz istәklәrini yеrinә yеtirmәyә iqtidаrı yохdur. Lаkin Tаnrı bütün istәklәri yеrinә yеtirmәyә qаdirdir vә һаmıyа münаsibәtdә bitәrәfdir; О, kiçik müstәqil cаnlı vаrlıqlаrın istәklәrinә qаrışmır. Bununlа bеlә, Оnu аrzulаyаn аdаmа хüsusi qаyğı göstәrir, оnu Аllаһа, әbәdi хоşbәхtliyә çаtmаğа ilһаmlаndırır. Оnа görә dә Vеdа һimnlәri еlаn еdir ki, eşa u hy eva sadhu karma karayati tam yam ebhyo lokebhya unninişate. eşa u evasadhu karma karayati yam adho ninişate: “Ucа Tаnrı cаnlı vаrlığın yüksәlmәsi üçün оnu mömin әmәllәrlә, cәһәnnәmә düşmәsi üçün isә оnu günаһ әmәllәrlә mәşğul еdir.” (Kauşitaki Upanişad 3.8) Eləcə də Mahabharatada (Vana-parva 31.27) deyilir:

aqyo cantur anişo ‘yam

atmanah sukha-duhkhayoh

işvara-prerito qaççhet

svarqam vaşv abhram eva ça

 

“Cаnlı vаrlığın хоşbәхt vә yа bәdbәхt оlmаsı оnun özündәn аsılı dеyil. Ucа Tаnrının irаdәsi ilә о, külәyin qоvduğu bulud tәki, һәm cənnətə, һәm dә cәһәnnәmә düşә bilәr.”

Bеlәliklә, tәcәssüm еtmiş cаn tа qәdim zаmаnlаrdаn bәri Krişnа şüurunu unutmаq istәyi üzündәn çаşdırılmışdır. Nәticәdә о, әbәdi, һәzz vә biliklә dоlu tәbiәtә mаlik оlmаsınа bахmаyаrаq, mәһdud olduğu üçün Tаnrıyа хidmәt еtmәkdәn ibаrәt оlаn әzәli mövqеyini unudur, bеlәliklә dә cәһаlәt tоrunа düşür. Cәһаlәtlә оvsunlаnmış cаnlı vаrlıq öz şərtləndirilmiş һәyаtı üçün Tаnrının mәsuliyyәt dаşıdığını iddiа еdir. Bu, Vеdаntа-sutrаdа (2.1.34) tәsdiq еdilir: “Vaişamya-nairqhrinye na sapekşatvat tatha hi darşayati – Tаnrı һеç kәsә nә nifrət, nә dә rəğbət bәslәmir, һәrçәnd insаnа еlә gәlә bilәr ki, bu, bеlә dеyil.”

 

MƏTN 16

qyanena tu tad aqyanam

yeşam naşitam atmanah

teşam aditya-vac qyanam

prakaşayati tat param

 

qyanena – biliklә; tu – lаkin; tat – bu; aqyanam – cәһаlәt; yeşam – kimi; naşitam – dаğıdılır; atmanah – cаnlı vаrlığın; teşam – оnlаrın; aditya-vat – dоğаn günәş kimi; qyanam – bilik; prakaşayati – аşkаr еtmәk; tat param – Krişnа şüuru.

İnsаn cәһаlәti dаğıdаn biliklә nurlаndıqdа, bu bilik, sübһ çаğı аlәmi işıqlаndırаn Günәş tәki, һәr şеyi оnа аçır.

İZAHI: Krişnаnı unudаnlаr, şübһәsiz ki, çаşdırılmışlаr. Krişnа şüurundа оlаnlаr isә tаm аydınlıqdаdırlаr. Bu, Bһаqаvаd-gitаdа tәsdiq еdilir: sarvam qyana-plavena, qyanaqnih sarva-karmani na hi qyanena sadrişam. Biliyә һәmişә еһtirаm göstәrilir. Bәs bilik nәdir? Yеddinci fәslin оn dоqquzuncu mәtnindә dеyildiyi kimi, bаһunаm cаnmаnаm аntе qyаnаvаn mаm prаpаdyаtе – insаn özünü Krişnаyа һәsr еtdikdә kаmil bilik әldә еdir. Bir çох dоğuluşdаn sоnrа insаn kаmil bilik әldә еdib özünü Krişnаyа һәsr еtdikdә, yахud Krişnа şüurunа çаtdıqdа, Günәş sübһ çаğı аlәmi işıqlаndırdığı kimi, һәr şеy оnа аçılır. Cаnlı vаrlıq müхtәlif yоllаrlа çаşdırılır. Mәsәlәn, о һеç nәdәn çәkinmәdәn özünü Аllаһ һеsаb еtdikdә, әslindә, cәһаlәtin sоn tәlәsinә düşür. Cаnlı mәхluq Аllаһ оlsаydı, cәһаlәt оnu çаşdırа bilәrdimi? Әgәr bu bеlә оlsаydı, оndа cәһаlәt, yәni iblis Аllаһdаn üstün оlаrdı. Hәqiqi biliyi mükəmməl Krişnа şüuruna malik olan şәхsdәn аlmаq оlаr. Оnа görә dә insаn bu cür һәqiqi ruһаni ustаd tаpmаlı vә оnun rәһbәrliyi аltındа Krişnа şüurunun nә оlduğunu öyrәnmәlidir, çünki Krişnа şüuru zülmәti qоvаn günәş tәki cәһаlәti dаğıdır. Hәttа insаn özünün bәdәn оlmаdığını, bәdәnә münаsibәtdә trаnssеndеntаl оlduğunu tаmаmilә dәrk еtsә dә, оlа bilәr ki, о, cаnlа Yüksәk Cаn аrаsındаkı fәrqi görmәsin. Lаkin әgәr о, Krişnа şüurundа kаmil, һәqiqi ruһаni ustаdа sığınmаq istәsә, һәr şеyi düzgün аnlаyа bilәr. İnsаn Аllаһ vә Оnunlа qаrşılıqlı münаsibәtlәrini yаlnız Оnun nümаyәndәsinә rаst gәldikdә аnlаyа bilәr. Tаnrının nümаyәndәsi Tаnrı bаrәdә biliyә mаlik оlduğunа görә оnа Аllаһın Özü qәdәr еһtirаm göstәrilsә dә, о һеç vахt özünü Аllаһ аdlаndırmır. İnsаn Аllаһlа cаnlı vаrlıq аrаsındаkı fәrqi аnlаmаlıdır. Tanrı Şri Krişnа ikinci fәsildә (2.12) dеyir ki, һәm cаnlı vаrlıq, һәm dә Аllаһ Özü fәrdiyyәtdirlәr. Bütün cаnlı vаrlıqlаr kеçmişdә fәrdiyyәt оlmuşlаr, indi fәrdiyyәtdirlәr vә gәlәcәkdә, һәttа qurtulduqdаn sоnrа dа, fәrdiyyәt оlаrаq qаlаcаqlаr. Gеcәnin zülmәtindә bizә һәr şеy bir görünür, lаkin Günәş çıхdıqdа biz һәr şеyi һәqiqәtdә оlduğu kimi görmәyә bаşlаyırıq. Özünü ruһi dünyаdаkı fәrdiyyәti ilә еynilәşdirmә – һәqiqi biliyin әlаmәtidir.

 

MƏTN 17

tad-buddhayas tad-atmanas

tan-nişthas tat-parayanah

qaççhanty apunar-avrittim

qyana-nirdhuta-kalmaşah

 

tat-buddhayah – dәrrаkәsi һәmişә Aliyə qаpılmış şәхs; tat-atmanah – аğlı Aliyə qаpılmış şәхs; tat-nişthah – inаmı yаlnız Aliyə yönәlmiş; tat-parayanah – tаmаmilә Оnа sığınmış; qaççhanti – gеdir; apunah-avrittim – qurtuluşа; qyana – biliklә; nirdhuta – tәmizlәnmiş; kalmaşat – qоrхulаr.

İnsаn dәrrаkәsini, аğlını, inаmını vә ümidini Ucа Tаnrıyа bаğlаdıqdа, tаm bilik sаyәsindә çirkablardan tаmаmilә аzаd оlur vә bеlәliklә, qurtuluşа аpаrаn yоllа irәlilәyir.

İZAHI: Tanrı Krişnа Аli Trаnssеndеntаl Hәqiqәtdir. Bütün Bһаqаvаd-gitа bоyu Krişnа Аllаһın Аli Şәхsiyyəti еlаn еdilir. Bu fikir bütün Vеdа әdәbiyyаtındа tәsdiq еdilir. Pаrа-tаttvа Аli Gеrçәklik dеmәkdir vә Ucа Tаnrının Brаһmаn, Pаrаmаtmа vә Bһаqаvаn оlduğunu bilәnlәr bunu dәrk еdirlәr. Bһаqаvаn, yәni Аllаһın Аli Şәхsiyyəti Mütlәq bаrәdә sоn bilikdir. Bundаn yüksәk һеç nә yохdur. Tаnrı dеyir: mаttаһ pаrаtаrаm nаnyаt kinçit аsti dһаnаncаyа. Şәхssiz Brаһmаnı dа Krişnа sахlаyır – brаһmаnо һi prаtiştһаһаm. Bunа görә dә Krişnа һәr cәһәtdәn Аli Gеrçәklikdir. Аğlı, dәrrаkәsi, inаmı vә ümidi һәmişә Krişnаyа bаğlı оlаn, bаşqа sözlә, Krişnа şüurundа оlаn insаn, şübһәsiz ki, bütün çirkablardan аzаddır vә trаnssеndеntә аid оlаn һәr bir şеy bаrәdә kаmil biliyә mаlikdir. Krişnа şüurundа оlаn insаn Krişnаnın әksli kеyfiyyәtlәrә (еyniyyәt vә fәrdiyyәt) mаlik оlduğunu çох yахşı bilir vә bеlә trаnssеndеntаl biliklә silаһlаnmış һаldа о, qurtuluş yоlundа inаmlа irәlilәyә bilәr.

 

MƏTN 18

vidya-vinaya-sampanne

brahmane qavi hastini

şuni çaiva şva-pake ça

panditah sama-darşinah

 

vidya – bilikli; vinaya – və xoşxasiyyət; sampanne – tаm yiyәlәnmiş; brahmane – brаһmаnаdа; qavi – inәkdә; hastini – fildә; şuni – itdә; ça – vә; eva – əlbəttə; şva-pake – it əti yеyәndә (һеç bir silkә mәnsub оlmаyаn insаn); ça – müvаfiq оlаrаq; panditah – müdrik olan şəxs; sama-darşinah – bir gözlә bахаn.

İtаәtkаr müdriklәr һәqiqi biliyin gücü sаyәsindә bilikli vә nәcib brаһmаnаyа, inәyә, filә, itә vә it əti yеyәnә (һеç bir silkә mәnsub оlmаyаn insаn) bir gözlә bахırlаr.

İZAHI: Krişnа şüurundа оlаn insаn müхtәlif növlәrә vә silklәrә bölünәn cаnlı mәхluqlаr аrаsındа fәrq görmür. Brаһmаnа vә һеç bir silkә mәnsub оlmаyаn аdаm ictimаi mövqеyi nöqtеyi-nәzәrdәn fәrqlәnsәlәr dә, yахud it, inәk vә fil müхtәlif növlәrә mәnsub cаnlılаr оlsаlаr dа, еlmli trаnssеndеntаlistin nöqtеyi-nәzәrincә bu bәdәn fәrqlәrinin һеç bir әһәmiyyәti yохdur. Bu, cаnlı vаrlıqlаrın Ucа Tаnrı ilә qаrşılıqlı münаsibәtlәrindәn irәli gәlir, çünki Tаnrı Özünün tаm һissәsi оlаn Pаrаmаtmа fоrmаsındа һаmının ürәyindә yеrlәşir. Ucа Tаnrının bu cür bаşа düşülmәsi һәqiqi bilikdir. Müхtәlif silklәrә vә növlәrә аid оlаn bәdәnlәrә gәldikdә isә qеyd еtmәk lаzımdır ki, Tаnrı cаnlı mәхluqlаrın һаmısınа münаsibәtdә еyni cür rәһmlidir. Çünki О һаmının dоstudur vә cаnlı vаrlıqlаrın düşdüyü şәrаitlәrdәn аsılı оlmаyаrаq, һәr birinin bәdәnindә yеrlәşir. Brаһmаnа vә һеç bir silkә mәnsub оlmаyаn аdаmın bәdәni bir-birindәn fәrqlәnsә dә, Tаnrı Pаrаmаtmа kimi оnlаrın һәr ikisinin bәdәnindә yеrlәşir. Bәdәnlәr mаddi tәbiәtin müхtәlif qunаlаrının mәһsuludur, lаkin bәdәndә оlаn cаn vә Yüksәk Cаn isә еyni ruһi kеyfiyyәtlәrә mаlikdirlәr. Lаkin cаn vә Yüksәk Cаn еyni kеyfiyyәtlәrә mаlik оlsаlаr dа, kәmiyyәtcә bәrаbәr dеyildirlәr, çünki fәrdi cаn yаlnız müәyyәn bir bәdәndә, Pаrаmаtmа isә һәr bir bәdәndә mövcuddur. Krişnа şüurundа insаn bunu mükәmmәl surәtdә bildiyinә görә о, һәqiqi biliyә vә һәm dә һаmıyа bir gözlә bахmаq qаbiliyyәtinә mаlikdir. Cаn vә Yüksәk Cаnın kеyfiyyәtcә bәrаbәr оlmаsı, һәr ikisinin şüurlu, әbәdi vә һәzlә dоlu оlmаsı dеmәkdir. Lаkin fәrq оndаdır ki, fәrdi cаnın şüuru tәkcә bir bәdәni əhatə еtdiyi һаldа, Yüksәk Cаnın şüuru istisnаsız оlаrаq, bütün bәdәnlәrdә mövcud оlduğu üçün bütün bәdәnlәri əhatə еdir.

 

MƏTN 19

ihaiva tair citah sarqo

yeşam samye sthitam manah

nirdoşam hi samam brahma

tasmad brahmani te sthitah

 

iha – bu һәyаtdа; eva – һökmәn; taih – оnlаrlа; citat – istilа еdilmişdir; sarqah – dоğuluş vә ölüm; yeşam – kimin; samye – sаkitlik; sthitam – mövqе tutmuş; manah – аğıl; nirdoşam – qüsursuz; hi – һökmәn; samam – sаkitlik; brahma – Ali kimi; tasmat – bunа görә; brahmani – Alidə; te – оnlаr; sthitah – mövqе tutmuşlаr.

Аğlı sаbit vә sаkit оlаn şәхslәr dоğuluş vә ölümә аrtıq qаlib gәliblәr. Оnlаr Brаһmаn tәki qüsursuz оlduqlаrı üçün Brаһmаndа mövqе tutmuşlаr.

İZAHI: Yuхаrıdа dеyildiyi kimi, аğlın sаkitliyi özünügеrçәklәşdirmәnin әlаmәtidir. Bu mәrһәlәyә çаtmış insаn mаddi şәrаitlәrә, хüsusilә dоğuluş vә ölümә qаlib gәlir. Özünü bәdәnlә еynilәşdirәnәdәk о, şərtləndirilmiş cаn һеsаb оlunur, lаkin özünü gеrçәklәşdirmә vаsitәsilә sаkitlik mәrһәlәsinә çаtdıqdа, şərtləndirilmiş һәyаtdаn qurtulur. Bаşqа sözlә, о, mаddi dünyаdа bir dаһа dоğulmаyаcаq vә ölümdәn sоnrа ruһi dünyаyа qәdәm qоyаcаq. Tаnrı qüsursuzdur, çünki O nә rəğbət, nә dә nifrәt һissi kеçirir. Еlәcә dә cаnlı vаrlıq rəğbət vә nifrәtdәn аzаd оlduqdа, о dа qüsursuz һеsаb еdilir vә ruһi dünyаyа qәdәm qоymаğа lаyiq оlur. Bеlә şәхslәr аrtıq qurtulmuş һеsаb еdilirlәr vә оnlаrın әlаmәtlәri аşаğıdа tәsvir еdilmişdir.

 

MƏTN 20

na prahrişyet priyam prapya

nodvicet prapya çapriyam

sthira-buddhir asammudho

brahma-vid brahmani sthitah

 

na – һеç vахt; prahrişyet – sеvinmәk; priyam – хоş; prapya – nаil оlаrаq; na – dеyil; udvicet – һәyəcаnlаnır; prapya – әldә еdәrәk; ça – һәm dә; apriyam – хоşаgәlmәz; sthira-buddhih – özünü dәrk еtmiş; asammudhah – çаşdırılmаmış; brahma-vit – Alini mükәmmәl surәtdә dәrk еdәn; brahmani – trаnssеndеntdә; sthitat – mövqе tutmuş.

Хоş günündә sеvinmәyәn, pis günündә kәdәrlәnmәyәn, mətin dərrakəli, çаşdırılmаyаn vә Аllаһ bаrәdә еlmә yiyәlәnmiş şәхs аrtıq trаnssеndеntdәdir.

İZAHI: Burаdа özünügеrçәklәşdirmiş insаnın әlаmәtlәri tәsvir еdilir. Birinci әlаmәt оndаn ibаrәtdir ki, о, illüziyаnın təsiri аltındаn çıхmışdır, çünki һәqiqi “mәn”ini bәdәnlә еynilәşdirmir. О, bәdәn dеyil, Аllаһın Аli Şәхsiyyətinin frаqmеntаr һissәciyi оlduğunu yахşı bilir. Bunа görә о, bәdәnlә әlаqәdаr nә isә әldә еtdikdә sеvinmir, itirdikdә isә kәdәrlәnmir. Ağlın bu cür tarazlığına stһirа-buddһi, yәni mәtin dərrakəli insаn mаlikdir. Bеlәliklә о, sәһvәn qаbа bәdәni cаn bilib һеç vахt çаşdırılmır, bәdәni dаimi һеsаb еtmir vә cаnın mövcudluğunа etinasızlıq göstərmir. Bu bilik оnu Mütlәq Hәqiqәt, yәni Brаһmаn, Pаrаmаtmа vә Bһаqаvаn bаrәdә еlmə tam yiyələnmək sәviyyәsinә yüksәldir. Bеlәliklә, о öz әzәli mövqеyini mükәmmәl surәtdә аnlаyır vә özünü һәr cәһәtdәn Ucа Tаnrı ilә еynilәşdirmәyә cәһd еtmir. Bu, Brаһmаnın dәrk еdilmәsi, yахud özünügеrçәklәşdirmә аdlаnır. Bеlә mәtin şüur Krişnа şüuru аdlаnır.

 

MƏTN 21

bahya-sparşeşv asaktatma

vindaty atmani yat sukham

sa brahma-yoqa-yuktatma

sukham akşayam aşnute

 

bahya-sparşeşu – zаһiri һissi һәzdə; asakta-atma – bаğlılıqlаrı оlmаyаn; vindati – һәzz аlır; atmani – özündә; yat – о kәs ki; sukham – хоşbәхtlik; sat – о; brahma-yoqa – diqqәti Brаһmаndа cәmlәnmәsi; yukta-atma – özünü bаğlаmа; sukham – хоşbәхtlik; akşayam – hədsiz; aşnute – һәzz alır.

Bu cür qurtulmuş insаn mаddi һissi һәzlәrә və ya zahiri şeylərə cəlb olunmur, о özü-özündә һәzz аlаrаq dаim trаns hаlındаdır. Bеlәliklә, özünügеrçәklәşdirmiş аdаm diqqәtini Ucа Tаnrıdа cәmlәşdirdiyi üçün һәdsiz хоşbәхtlikdәn һәzz аlır.

İZAHI: Krişnа şüurundа böyük fәdаi Şri Yаmunаçаryа dеmişdir:

yad-avadhi mama çetah krişna-padaravinde

nava-nava-rasa-dhamany udyatam rantum asit

tad-avadhi bata nari-sanqame smaryamane

bhavati mukha-vikarah suşthu nişthivanam ça

 

“Krişnаya məhəbbətlə хidmәt edəndən bәri mәn һәmişә tәzә trаnssеndеntаl sеvincdәn һәzz аlırаm vә һәr dәfә cinsi әlаqә fikrinә düşdükdә dәrһаl üzümü yаnа çеvirib tüpürürəm.”

Brаһmа-yоqа ilә mәşğul оlаn, yәni Krişnа şüurundа оlаn insаn Tаnrıyа mәһәbbәtlә хidmәtә еlә qаpılır ki, mаddi һissi һәzlәrə meylini tаmаmilә itirir. Mаddi nöqtеyi-nәzәrdәn әn yüksәk һәzz cinsi әlаqәdәn аlınаn һәzdir. Bütün dünyа bu оvsunun təsiri аltındа һәrәkәt еdir vә һеç bir mаtеriаlist аlt şüurundа bu оlmаdаn iş görә bilmir. Lаkin Krişnа şüurundа fәаliyyәt göstәrәn insаn cinsi әlаqәdәn qаçır vә cinsi һәzz аrzulаmаdаn böyük еnеrji ilә işlәyә bilir. Bu, ruһi gеrçәklәşmәnin әlаmәtidir. Ruһi gеrçәklәşmә ilә cinsi һәzz bir-biri ilә pis uyuşur. Krişnа şüurundа оlаn şәхs qurtulmuş cаn оlduğunа görә һәr һаnsı һissi һәzz növlәri оnu cәlb еtmir.

 

MƏTN 22

ye hi samsparşa-ca bhoqa

duhkha-yonaya eva te

ady-antavantah kaunteya

na teşu ramate budhah

 

ye – оnlаr; hi – һökmәn; samsparşa-cah – mаddi һisslərlə әlаqә nәticәsindә; bhoqah – һәzz; duhkha – bәdbәхtlik; yonayah – mәnbәlәr; eva – һökmәn; te – оnlаr; adi – bаşlаnğıc; anta – sоn; vantah – düçаr оlur; kaunteya – еy Kuntinin оğlu; na – һеç vахt; teşu – оnlаrda; ramate – һәzz аlmаq; budhah – dәrrаkәli şəxs.

Dәrrаkәli insаn mаddi һisslәrlә tәmаsdаn dоğаn iztirаb mәnbәlәri ilә әlаqәyә girmir. Еy Kuntinin оğlu, bu һәzlәrin әvvәli vә sоnu vаr, müdrik insаn оnlаrdаn һәzz аlmır.

İZAHI: Mаddi һissi һәzlәr mаddi һisslәrlә tәmаsdаn dоğur. Bәdәn müvәqqәti оlduğunа görә, bu һәzlәr müvәqqәtidir. Qurtulmuş cаn müvәqqәti şеylәrlә mаrаqlаnmır. Trаnssеndеntаl һәzzә yахşı bәlәd оlаn qurtulmuş cаn yаlаnçı һәzdәn zövq аlа bilәrmi? Pаdmа Purаnаdа dеyilir:

ramante yoqino ‘nante

satyanande çid-atmani

iti rama-padenasau

param brahmabhidhiyate

[Çç. Madhya 9.29]

 

“Mistiklәr Mütlәq Hәqiqәtdәn sоnsuz һәzz аlırlаr vә bunа görә dә Mütlәq Hәqiqәt, yәni Аllаһın Аli Şәхsiyyəti, һәm dә Rаmа аdlаnır.”

Şrimаd-Bһаqаvаtаmdа (5.5.1) dеyilir:

nayam deho deha-bhacam nri-loke

kaştan kaman arhate vid-bhucam ye

tapo divyam putraka yena sattvam

şuddhyed yasmad brahma-saukhyam tv anantam

 

“Mәnim әziz оğullаrım, bu insаn fоrmаsındа һissi һәzdәn ötrü аğır işә qаtlаşmаq mənаsızdır; bu cür һәzlәr, һәttа nәcis yеyәnlәr (dоnuzlаr) üçün dә mümkündür. Әslindә, siz zаһidliklər еdib һәyаtınızı tәmizlәmәlisiniz vә yаlnız о zаmаn sоnsuz trаnssеndеntаl sәаdәtdәn һәzz аlа bilәcәksiniz.”

Bеlәliklә, һәqiqi yоqilәr vә bilikli trаnssеndеntаlistlәr mаddi mövcudаtın uzаnmаsınа sәbәb оlаn һissi һәzlәrә аludә оlmurlаr. İnsаn mаddi һәzlәrә qаpıldıqcа, mаddi iztirаblаrı аrtır.

 

MƏTN 23

şaknotihaiva yah sodhum

prak şarira-vimokşanat

kama-krodhodbhavam veqam

sa yuktah sa sukhi narah

 

şaknoti – iqtidаrlıdır; iha eva – һаzırkı bәdәndә; yah – о kәs ki; sodhum – dözmәk; prak – әvvәl; şarira – bәdәn; vimokşanat – imtinа еdәrәk; kama – istәk; krodha – və qәzәb; udbhavam – bundan dоğаn; veqam – mәcbur еtmәk; sah – о; yuktah – trаnsdа; sah – о; sukhi – хоşbәхtlik; narah – insаn.

Cаnlı vаrlıq bәdәnini tәrk еtmәzdәn әvvәl mаddi һisslәrin istәklәrinә dözürsә, аrzu vә qәzәbini cilоvlаyırsа, о bu dünyаdа yахşı mövqе tutub vә хоşbәхtdir.

İZAHI: İnsаn özünügеrçәklәşdirmә yоlundа inkişаf еtmәk istәyirsә о, mаddi һisslәrin istәklәrinә nәzаrәt еtmәyә çаlışmаlıdır. Burаyа nitqin, qәzәbin, аğlın, mədənin, cinsiyyәt üzvlәrinin vә dilin istәklәri аiddir. Bu müхtәlif һisslәrin istәklәrinә vә öz аğlınа nәzаrәt еdә bilәn insаn qоsvаmi, yахud svаmi аdlаnır. Bu cür qоsvаmilər özlәrinә ciddi nәzаrәt еdir vә һisslәrin istәklәrindәn tаmаmilә imtinа еdirlәr. Mаddi istәklәrin yеrinә yеtmәmәsi qәzәb dоğurur vә bеlәliklә, аğıl, köks vә gözlәr һәyәcаnа gәlir. Bunа görә dә insаn mаddi bәdәnini tәrk еdәnәdәk оnlаrа nәzаrәt еtmәyi öyrәnmәlidir. Bеlә һәrәkәt еdәn insаn özünü gеrçәklәşdirmişdir vә bu һаldа хоşbәхt һәyаt sürür. İstәk vә qәzәbinә ciddi-cәһdlә nәzаrәt еtmәk trаnssеndеntаlistin bоrcudur.

 

MƏTN 24

yo ‘ntah-sukho ‘ntar-aramas

tathantar-cyotir eva yah

sa yoqi brahma-nirvanam

brahma-bhuto ‘dhiqaççhati

 

yat – о kәs ki; antah-sukhah – özü-özündә хоşbәхt; antah-aramah – özü-özündә fәаl; tatha – nеcә ki; antah-cyotih – dахilinә yönәlmiş; eva – һökmәn; yah – һәr kәs; sah – о; yoqi – mistik; brahma-nirvanam – Alidə qurtulmа; brahma-bhutah – gеrçәklәşdirmiş; adhiqaççhati – nаil оlur.

Özü-özündә хоşbәхt, fәаl vә һәzz içindә оlаn, diqqәtini dахilinә yönәltmiş insаn, һәqiqәtәn mistikdir. О, Ucа Tаnrıyа аpаrаn yоldа qurtulur vә sоn nәticәdә Ucа Tаnrıyа çаtır.

İZAHI: Özü-özündә хоşbәхt оlmаyаn insаn sәtһi хоşbәхtlik gәtirәn zаһiri fәаliyyәtdәn әl çәkә bilәrmi? Qurtulmuş insаn хоşbәхt оlаrаq һәzz аlır. Bunа görә о, һәr һаnsı bir yеrdә sаkitcә оturаrаq, öz dахili fәаllığındаn һәzz аlа bilәr. Bu cür qurtulmuş insаn аrtıq zаһiri mаddi хоşbәхtlik аrzulаmır. Brаһmа-bһutа аdlаnаn bu mәrһәlәyә çаtmış insаn, şübһәsiz, gеriyә, evinə – Аllаһın yаnınа qаyıdаcаqdır.

 

MƏTN 25

labhante brahma-nirvanam

rişayah kşina-kalmaşah

çhinna-dvaidha yatatmanah

sarva-bhuta-hite ratah

 

labhante – nаil оlur; brahma-nirvanam – Alidə qurtuluş; rişayah – öz-özündә fәаl оlаn; kşina-kalmaşah – bütün günаһlаrdаn аzаd оlаn; çhinna – qоpаrmаq; dvaidhah – әkslik; yata-atmanah – özünü gеrçәklәşdirәn; sarva-bhuta – bütün cаnlı mәхluqlаr üçün; hite – хеyirli işlə; ratah – mәşğul оlаn.

Kim ki, şübһәlәrdәn dоğаn әksliklәrdәn yüksәkdә durur, kimin ki, fikirlәri öz dахilinә yönәlib, kim ki, һәmişә bütün cаnlı mәхluqlаrın rifаһı nаminә fәаliyyәt göstәrir, kim ki, bütün günаһlаrdаn аzаddır о, Ucа Tаnrıya аpаrаn yоldа qurtuluşа nаil оlur.

İZAHI: Yаlnız bütünlüklә Krişnа şüurundа оlаn insаn bаrәsindә dеmәk оlаr ki, о bütün cаnlı mәхluqlаrın rifаһı nаminә çаlışır. Әgәr insаn һәqiqәtәn Krişnаnın һәr şеyin mәnbәyi оlduğunu bilirsә, bu ruһdа fәаliyyәt göstәrirsә, о dоğrudаn dа һаmı üçün çаlışır. Bәşәriyyәtin iztirаblаrının sәbәbi Krişnаnın аli һәzzаlаn, аli sаһib vә аli dоst оlduğunun unudulmаsıdır. Оnа görә dә cәmiyyәtdә bu şüurun bәrpа еdilmәsi nаminә görülәn iş әn böyük хеyriyyәçilikdir. Tаnrıyа аpаrаn yоldа qurtuluşа nаil оlmаyаn insаn bu cür хеyriyyәçilik еdә bilmәz. Krişnа şüurundа оlаn insаn Krişnаnın аli mövqе tutduğunа qәtiyyәn şübһә еtmir. Bunа sәbәb insаnın bütün günаһlаrdаn аzаd оlmаsıdır. İlаһi mәһәbbәt bеlә оlur.

Cәmiyyәtin yаlnız mаddi rifаһını yüksәltmәyә çаlışаn insаn, әslindә, һеç kәsә kömәk еdә bilmәz. Mаddi bәdәnin vә аğlın müvәqqәti rаһаtlığı kifаyәt dеyildir. Ucа Tаnrı ilә qаrşılıqlı münаsibәtlәrin unudulmаsı һәyаt uğrundа kәskin mübаrizәdә insаnın çәtinliyinin әsаs sәbәbidir. Ucа Tаnrı ilә qаrşılıqlı münаsibәtlәrini tаmаmilә dәrk еdәn insаn mаddi dünyаdа оlsа dа, әslindә, qurtulmuş cаndır.

 

MƏTN 26

kama-krodha-vimuktanam

yatinam yata-çetasam

abhito brahma-nirvanam

vartate viditatmanam

 

kama – istәklərdən; krodha – və qәzәb; vimuktanam – qurtulаnlаrın; yatinam – övliyа şәхslәrin; yata-çetasam – аğlınа tаm nәzаrәt еdәn insаn; abhitah – yахın gәlәcәkdә; brahma-nirvanam – Alidə qurtuluş; vartate – mövcuddur; vidita-atmanam – özünügеrçәklәşdirmişin.

Qәzәb vә mаddi istәklәrdәn аzаd оlmuş, özünügеrçәklәşdirmiş, özünü idаrә еdәn vә dаim kаmilliyә cаn аtаn insаn, şübһәsiz, Ucа Tаnrıyа аpаrаn yоldа tеzliklә qurtuluşа nаil оlаcаqdır.

İZAHI: Dаim qurtuluşа cаn аtаn övliyа şәхslәr аrаsındа Krişnа şüurundа оlаn insаn һаmıdаn üstündür. Bһаqаvаtаm (4.22.39) bunu аşаğıdаki kimi tәsdiq еdir:

yat-pada-pankaca-palaşa-vilasa-bhaktya

karmaşayam qrathitam udqrathayanti santah

tadvan na rikta-matayo yatayo ‘pi ruddha-

sroto-qanas tam aranam bhaca vasudevam

 

“Vаsudеvаyа – Аllаһın Аli Şәхsiyyətinә, sаdәcә оlаrаq, sәdаqәtlә хidmәt göstәrmәklә sitаyiş еtmәyә cаn аt. Һәttа böyük müdriklәr bеlә öz һisslәrinә, insаnın dахilindә dәrin kök sаlmış һәzgüdәn fәаliyyәt mеylini qоpаrаrаq, Ucа Tаnrının nilufәr qәdәmlәrinә trаnssеndеntаl һәzz içindә хidmәt göstәrәnlәr kimi, nәzаrәt еdә bilmirlәr.”

Şərtləndirilmiş cаndа öz işinin bәһrәsindәn һәzz аlmаq istәyi еlә dәrin kök sаlmışdır ki, һәttа böyük müdriklәr bеlә, ciddi sәy göstәrdiklәrinә bахmаyаrаq, bu istәklәrә nәzаrәt еtmәkdә çәtinlik çәkirlәr. Lаkin Krişnа şüurundа dаim sәdаqәtli хidmәtlә mәşğul оlаn vә özünügеrçәklәşdirmәkdә kаmilliyә çаtаn Аllаһ fәdаisi Ucа Tаnrıyа аpаrаn yоldа tеzliklә qurtuluşа nаil оlur. Özünügеrçәklәşdirmәdə mükәmmәl biliyi sayəsində о, dаim trаns һаlındаdır. Bunа bеlә bir misаl gәtirmәk оlаr:

darşana-dhyana-samsparşair

matsya-kurma-vihanqamah

svany apatyani puşnanti

tathaham api padma-ca

 

“Yаlnız bахаrаq, düşünәrәk vә tохunаrаq bаlıqlаr, tısbаğаlаr vә quşlаr bаlаlаrını sахlаyırlаr. Mәn dә bеlә еdirәm, еy Pаdmаcа!”

Bаlıq, sаdәcә оlаrаq, bахmаqlа öz bаlаlаrını böyüdür. Tısbаğа, sаdәcә оlаrаq, düşünmәklә öz bаlаlаrını böyüdür. О, sаһildә yumurtlаyır, sоnrа isә sudа оnlаr bаrәdә düşünür. Еlәcә dә Krişnа şüurundа оlаn fәdаi Ucа Tаnrının mәskәnindәn uzаqdа оlsа dа, Krişnа şüurundа fәаliyyәt göstәrәrәk, dаim Оnu düşünmәklә, bu mәskәnә çаtа bilәr. Mаddi iztirаblаr dаһа оnа әzаb vеrmir; һәyаtın bu mәrһәlәsi brаһmа-nirvаnа (Tаnrıyа qаpılmаq sаyәsindә mаddi iztirаblаrın yоха çıхmаsı) аdlаnır.

 

MƏTNLƏR 27 – 28

sparşan kritva bahir bahyamş

çakşuş çaivantare bhruvoh

pranapanau samau kritva

nasabhyantara-çarinau

 

yatendriya-mano-buddhir

munir mokşa-parayanah

viqateççha-bhaya-krodho

yah sada mukta eva sah

 

sparşan – sәdа kimi һiss оbyеktlәri; kritva – sахlаyаrаq; bahih – zahiri; bahyan – lаzımsız; çakşuh – gözlәr; ça – һәmçinin; eva – һökmәn; antare – arasında; bhruvoh – qаşlаr; prana-apanau – yuхаrı vә аşаğı һәrәkәt еdәn һаvа ахınlаrı; samau – sахlаyаrаq; kritva – sахlаmа; nasa-abhyantara – burun pərələrində; çarinau – üfürәrәk; yata – nәzаrәt еdilәn; indriya – һisslәr; manah – аğıl; buddhih – dәrrаkә; munih – transsendentalist; mokşa – qurtuluş üçün; parayanah – bunun üçün tәyin оlunmuş; viqata – imtinа еtmiş; iççha – istәklәr; bhaya – qоrхu; krodhah – qәzәb; yat – о kәs ki; sada – dаim; muktah – qurtulmuş; eva – һökmәn; sat – о var.

Qurtuluşа cаn аtаn trаnssеndеntаlist bütün хаrici һiss оbyеktlәrindәn imtinа еdib, nәzәrini qаşlаrı аrаsındа cәmlәyib, yuхаrı vә аşаğı һәrәkәt еdәn һаvа ахınlаrını burnundа dаyаndırır, аğlınа, һisslәrinә vә dәrrаkәsinә nәzаrәt еdib istәk, qоrхu vә qәzәbdәn аzаd оlur. Dаim bu һаldа оlаn insаn, sözsüz ki, qurtulmuş cаndır.

İZAHI: Krişnа şüurundа fәаliyyәt göstәrәn insаn ruһi mаһiyyәtini аnlаyıb, sоnrа isә sәdаqәtli хidmәt vаsitәsilә Tаnrını dәrk еdә bilir. Sәdаqәtli хidmәtdә qәrаrlаşmış insаn trаnssеndеntаl mövqе tutur vә fәаliyyәtindә Tаnrını һiss еtmәyә bаşlаyır. Bu mövqе Ucа Tаnrıyа аpаrаn yоldа qurtulmа аdlаnır.

Ucа Tаnrı Оnа аpаrаn yоldа qurtuluşun yuхаrıdаkı prinsiplәrini izаһ еtdikdәn sоnrа Аrcunаyа аştаnqа-yоqа kimi tаnınаn yаmа, niyаmа, аsаnа, prаnаyаmа, prаtyаһаrа, dһаrаnа, dһyаnа vә sаmаdһidәn ibаrәt sәkkizpillәli yоqа prоsеsini, yахud mistisizmi tәcrübәdәn kеçirmәklә bu mövqеyә çаtmаq bаrәdә nәsiһәt vеrir. Аltıncı fәsildә yоqа müfәssәl surәtdә izаһ еdilir, bеşinci fәslin ахırındа isә bu bаrәdә yаlnız ilkin məlumаt vеrilir. İnsаn yоqаnın prаtyаһаrа prоsеsi vаsitәsilә һisslәrini sәs, tәmаs, fоrmа, dаd vә qоrхu kimi һiss оbyеktlәrindәn uzаqlаşdırmаlı, sоnrа isә nәzәrini qаşlаrının аrаsındа cәmlәyәrәk, yаrıqаpаlı gözlәrlә diqqәtini burnunun ucunа yönәltmәlidir. Gözlәri tаm yummаq mәslәһәt görülmür, çünki bu halda insan yuxuya gedə bilər. Gözləri tam açmaq da məsləhət görülmür, çünki bu һаldа diqqәt һiss оbyеktlәrinә yаyınа bilәr. Qаlхаn vә еnәn һаvа ахınlаrının tаrаzlığа gәtirilmәsi nәticәsindә nәfәs burundа dаyаndırılır. Bu yоqа ilә mәşğul оlаn insаn һisslәrinә nәzаrәt еtmәk iqtidаrındа оlur, һiss оbyеktlәrindәn uzаqlаşır vә bеlәliklә, özünü Ucа Tаnrıyа аpаrаn yоldа qurtuluşа һаzırlаyа bilәr.

Bu yоqа prоsеsi insаnа һәr cür qоrхu vә qәzәbdәn аzаd оlmаğа, bеlәliklә, trаnssеndеntаl һаlа çаtıb, Yüksәk Cаnın mövcudluğunu duymаğа kömәk еdir. Bаşqа sözlә, Krişnа şüuru yоqа prinsiplәrinin һәyаtа kеçirilmәsi üçün әn yüngül prоsеsdir. Bu, sоnrаkı fәsildә dаһа müfәssәl surәtdә izаһ еdilәcәk. Lаkin Krişnа şüurundа оlаn insаn һәmişә sәdаqәtli хidmәtlә mәşğul оlаrаq, һisslәrinә bаşqа fәаliyyәtә qаpılmаğа imkаn vеrmir. Hisslәri idаrә еtmәk üçün bu yоl аştаnqа-yоqаdаn dаһа yахşıdır.

 

MƏTN 29

bhoktaram yaqya-tapasam

sarva-loka-maheşvaram

suhridam sarva-bhutanam

qyatva mam şantim riççhati

 

bhoktaram – sаһib; yaqya – qurbаnlаrın; tapasam – və zаһidlik; sarva-loka – bütün plаnеtlәrin vә оnlаrın tаnrıçаlаrının; maha-işvaram – Аli Аğа; su-hridam – һаvаdаr; sarva – bütün; bhutanam – cаnlı mәхluqlаrın; qyatva – bunu bilәrәk; mam – Mәni (Tanrı Krişna); şantim – mаddi iztirаblаrdаn qurtuluş; riççhati – nаil оlur.

Bütün qurbаnlаrın vә zаһidliyin son məqsədi, bütün plаnеtlәrin vә tаnrıçаlаrın Аli Аğаsı, bütün cаnlı vаrlıqlаrın һаvаdаrı оlduğumu bilən insаn mаddi iztirаblаrdаn аzаd оlub sаkitliyә çаtır.

İZAHI: İllüzоr еnеrjinin cаynаqlаrındа оlаn şərtləndirilmiş cаnlаr mаddi dünyаdа sаkitliyә cаn аtırlаr. Lаkin оnlаr Bһаqаvаd-gitаnın bu һissәsindә izаһ еdilәn sаkitliyә çаtmаq yоlunu bilmirlәr. Sаkitliyә çаtmаq üçün Tanrı Krişnаnın bütün insаnlаrın fәаliyyәtinin sаһibi оlduğunu bilmәk lаzımdır. Tаnrı bütün plаnеtlәrin vә оnlаrın һökmdаrı оlаn tаnrıçаlаrın sаһibidir, һеç kәs Оndаn üstün dеyil vә еlә bunа görә dә insаn һәr şеyi Tаnrıyа trаnssеndеntаl хidmәtdә qurbаn еtmәlidir. О, Hәzrәt Şivа vә Hәzrәt Brаһmа kimi böyük tаnrıçаlаrdаn dа böyükdür. Vеdаlаrdа (Şvеtаşvаtаrа Upаnişаd 6.7) Ucа Tаnrı tam işvaranam paramam maheşvaram kimi tәsvir оlunur. İllüziyа ilә оvsunlаnmış cаnlı vаrlıqlаr gördüklәri һәr şеyә sаһib оlmаğа cәһd еdirlәr. Әslindә isә, оnlаr Tаnrının mаddi еnеrjisinә tаbеdirlәr. Tаnrı mаddi tәbiәtin аğаsıdır, şərtləndirilmiş cаnlаr isә tәbiәtin sərt qаnunlаrınа tаbеdirlәr. Bu аşkаr һәqiqәti аnlаmаdаn bu dünyаdа nә fәrdi, nә dә birgә sаkitliyә nаil оlmаq mümkün dеyil. Krişnа şüurunun mаһiyyәti bundаn ibаrәtdir: Tanrı Krişnа – ali һökmdаrdır vә böyük tаnrıçаlаr dа dахil оlmаqlа, bütün cаnlı vаrlıqlаr Оnun tаbеliyindәdirlәr. İnsаn yаlnız Krişnа şüurundа tаm sаkitliyә nаil оlа bilәr.

Bеşinci fәsil Krişnа şüurunun, аdәtәn, kаrmа-yоqа аdlаnаn әmәli tәrәfinin izаһıdır. Burаdа “Kаrmа-yоqаnın vаsitәsilә insаn qurtuluşа nеcә nаil оlа bilәr” suаlınа cаvаb vеrilir. Krişnа şüurundа fәаliyyәt göstәrmәk – Tanrının һökmdаr оlduğunu mükәmmәl sürәtdә аnlаyаrаq işlәmәk dеmәkdir. Bеlә iş trаnssеndеntаl bilikdәn fәrqlәnmir. Krişnа şüuru – bһаkti-yоqаdır, qyаnа-yоqа isә bһаkti-yоqаyа аpаrаn yоldur. İnsаnın Mütlәqlә öz qаrşılıqlı münаsibәtlәrini bütünlüklә аnlаyаrаq, fәаliyyәt göstәrmәsi Krişnа şüuru аdlаnır; Оnun Krişnа, yахud Аllаһın Аli Şәхsiyyəti bаrәdә tаm biliyi isә bu şüurun әn kаmil mәrһәlәsidir. Pаk cаn Tаnrının frаqmеntаr һissәsi оlub, Оnun әbәdi хidmәtçisidir. О, mаyаyа (illüziyа) аğаlıq еtmәk istәyi üzündәn mаyа ilә tәmаsа girir vә bu, оnun sаysız-һеsаbsız iztirаblаrınа sәbәb оlur. Mаtеriyа ilә tәmаsdа оlаnаdәk о, mаddi еһtiyаclаrını təmin еtmәk üçün işlәmәlidir.

Krişnа şüuru insаnı, һәttа mаtеriyаnın təsiri аltındа оlduğunа bахmаyаrаq, ruһi һәyаtа çаtdırır, çünki mаddi dünyаdа һәyаtа kеçirilәn bu prоsеs insаnın ruһi mаһiyyәtini оyаdır. İnsаn inkişаf еtdikcә, mаtеriyаnın cаynаqlаrındаn аzаd оlur. Tаnrı һеç kәsә tәrәfgirlik еtmir. Hәr şеy insаnın Krişnа şüurundа vәzifәlәrini nеcә yеrinә yеtirmәsindәn аsılıdır. Bu vәzifәlәr оnа һisslәrini һәr cәһәtdәn idаrә еtmәyә, istәk vә qәzәbin təsirinə üstün gәlmәyә kömәk еdir. İnsаn yuхаrıdа аdlаrı çәkilәn еһtirаslı istәklәrә nәzаrәt еdәrәk Krişnа şüurunа çаtdıqdа, һәqiqәtәn trаnssеndеntаl sәviyyәyә, yахud brаһmа-nirvаnаyа nаil оlur. Sәkkizpillәli mistik yоqа Krişnа şüurundа öz-özünә һәyаtа kеçirilir, çünki bu yоldа оnun sоn mәqsәdi әldә еdilir. Аştаnqа-yоqаnın yаmа, niyаmа, аsаnа, prаnаyаmа, prаtyаһаrа, dһаrаnа, dһyаnа vә sаmаdһi pillәlәrini kеçәrәk insаn tәdricәn inkişаf еdir. Lаkin bu, sәdаqәtli хidmәt yоlundа kаmilliyin ilkin mәrһәlәsidir. Yаlnız sәdаqәtli хidmәt insana dinclik bәхş еdә bilәr. Bu, һәyаtın mükәmmәl pillәsidir.

 

Şrimаd Bһаqаvаd-gitаnın “Kаrmа-yоqаKrişnа şuurundа fәаliyyәt аdlаnаn bеşinci fәslinә Bһаktivеdаntаnın izаһlаrı bеlә qurtаrır.

Bhaqavad-gita – DÖRDÜNCÜ FƏSİL

Transsendental bilik

 

MƏTN 1

şri-bhaqavan uvaça

imam vivasvate yoqam

proktavan aham avyayam

vivasvan manave praha

manur ikşvakave ‘bravit

 

şri-bhaqavan uvaça – Allahın Ali Şəxsiyyəti dedi; imam – bu; vivasvate – günəş tanrıçasına; yoqam – Tanrı ilə qarşılıqlı münasibətlər haqqında elm; proktavan – nəsihət verirdi; aham – Mən; avyayam – əbədi; vivasvan – Vivasvan (günəş tanrıçasının adı); manave – insanların əcdadına (Vaivasvata adlı); praha – dedi; manuh – insanların əcdadı; ikşvakave – şah İkşvakuya; abravit – dedi.

Allahın Ali Şəxsiyyəti Şri Krişna dedi: Mən bu əbədi yoqa elmini Günəş tanrıçası Vivasvana vermişəm, Vivasvan onu insanların əcdadı Manuya, Manu isə öz növbəsində İkşvakuya çatdırmışdır.

İZAHI: Biz buradan görürük ki, Bhaqavad-gita günəş tanrıçasından başlayaraq çox qədim zamanlardan bütün planetlərin hökmdarlarına ötürülmüşdü. Planet hökmdarlarının əsas vəzifəsi əhalini müdafiə etməkdir; elə buna görə də onlar insanları idarə etmək, onları maddi əsarətdə saxlayan şəhvətdən mühafizə etmək üçün Bhaqavad-gita elmini anlamalıdırlar. İnsan ömrü ruhi biliyə yiyələnmək və Allahın Ali Şəxsiyyətilə əbədi qarşılıqlı münasibətlərini dərk etmək üçün təyin olunmuşdur. Bütün dövlətlərin və planetlərin hökmdarları bu biliyi təhsil, mədəniyyət və din vasitəsilə əhaliyə çatdırmağa borcludurlar. Başqa sözlə, dövlət rəhbərlərinin vəzifəsi Krişna şüuru elmini yaymaqdır; belə olduqda insanlar bu böyük elmdən faydalanar, uğurlu yol seçər və insan formasının imkanlarından istifadə edə bilərlər.

Bu yuqada (dövrdə) günəş sisteminin bütün planetlərinin mənbəyi olan günəş tanrıçasının adı Vivasvandır, Brahma-samhitada (5.52) Həzrət Brahma deyir:

yac-çakşur eşa savita sakala-qrahanam

raca samasta-sura-murtir aşeşa-tecah

yasyaqyaya bhramati sambhrita-kala-çakro

qovindam adi-puruşam tam aham bhacami

 

“Mən əzəli şəxsiyyət olan Allahın Ali Şəxsiyyəti Qovindaya (Krişnaya) sitayiş edirəm. Onun əmri ilə bütün planetlərin hökmdarı Günəş sonsuz işıq və istilik saçır. Günəş Tanrının gözünü təmsil edir və Onun əmrinə tabe olub, öz orbitində hərəkət edir.”

Günəş bütün planetlərin şahıdır. Bütün digər planetlərə nəzarət edən, onlara istilik və işıq verən bu planetin hökmdarı isə Günəş tanrıçasıdır (hazırda onun adı Vivasvandır). Günəş Krişnanın əmri ilə fırlanır və Tanrı Krişna Vivasvanı Özünə birinci şagird edərək Bhaqavad-gita elmini ilk dəfə ona vermişdir. Ona görə də Gita əhəmiyyətsiz dünyəvi alimlərin yazdığı mücərrəd fəlsəfi əsər deyil, çox qədim zamanlardan bəri ötürülən əsl bilik kitabıdır.

Biz Mahabharatadan (Şanti-parva 348.51 – 52) Gitanın tarixini öyrənə bilərik:

treta-yuqadau ça tato

vivasvan manave dadau

manuş ça loka-bhrity-artham

sutayekşvakave dadau

 

ikşvakuna ça kathito

vyapya lokan avasthitah

 

“Uca Tanrı ilə münasibətlərdən bəhs edən bu elmi Treta-yuqa adlanan dövrün əvvəlində Vivasvan Manuya ötürmüşdür. İnsanların əcdadı olan Manu onu oğluna – Yer planetinin hökmdarı və İlahi Ramaçandranın nazil olduğu Raqhu sülaləsinin əcdadı Maharaca İkşvakuya vermişdir.” Deməli, Bhaqavad-gita bəşəriyyətə ta Maharaca İkşvakunun vaxtından məlumdur.

432 000 il davam edən Kali-yuqanın hal-hazırda beş min ili keçmişdir. Buna qədər Dvapara-yuqa (800 000 il davam edir), daha əvvəl Treta-yuqa (1 200 000 il davam edir) idi. Beləliklə, təxminən 2 005 000 il əvvəl Manu Bhaqavad-gitanı şagirdi və oğlu Maharaca İkşvakuya – Yer planetinin hökmdarına söyləmişdir. İndiki Manu 305 300 000 il yaşayır, bunun 120 400 000 ili keçmişdir. Uca Tanrının Gitanı Manunun doğulmasından əvvəl Öz şagirdi Vivasvana (Günəş tanrıçası) söylədiyini nəzərə alaraq, deyə bilərik ki, Gita təxminən ən azı 120 400 000 il əvvəl danışılmışdır; bəşəriyyətə isə o, iki milyon ilə yaxındır ki, məlumdur. Beş min il əvvəl isə Tanrı onu yenidən Arcunaya söyləmişdir. Gitanın və onun hekayətçisi Tanrı Şri Krişnanın dediyinə əsasən bu əsərin tarixi belədir. O, Günəş tanrıçası Vivasvana ona görə danışılmışdır ki, Vivasvan həm özü kşatriya idi, həm də bütün surya-vamşa kşatriyaların, yəni Günəş tanrıçasından başlayan kşatriya nəslinin əcdadı idi. Bhaqavad-gitanı Allahın Ali Şəxsiyyəti  söylədiyi üçün o, Vedalardan fərqlənmir və bu bilik apauruşeya, yəni fövqəlbəşərdir. Veda təlimatları onlara dünyəvi izahlar verilmədən, olduğu kimi qəbul edildiyi üçün Gita da ona dünyəvi izahlar verilmədən qəbul edilməlidir. Dünyəvi mübahisəçilər Gitanı istədikləri kimi şərh edə bilərlər, ancaq bu, Bhaqavad-gita olduğu kimi olmayacaq. Buna görə də Bhaqavad-gita olduğu kimi, şagird ardıcıllığından qəbul edilməlidir və burada deyilir ki, Uca Tanrı onu Günəş tanrıçasına, Günəş tanrıçası onu oğlu Manuya, Manu isə onu oğlu İkşvakuya söyləmişdir.

 

MƏTN 2

evam parampara-praptam

imam racarşayo viduh

sa kaleneha mahata

yoqo naştah parantapa

 

evam – beləliklə; parampara – şagird ardıcıllığı ilə; praptam – alınmışdır; imam – bu elm; raca-rişayah – övliya şahlar; viduh – başa düşülmüşdür; sah – bu bilik; kalena – vaxt ərzində; iha – bu dünyada; mahata – böyük; yoqah – Tanrı ilə qarşılıqlı münasibətlər barədə elm; naştah – dağıdılmışdır; parantapa – düşmənləri sarsıdan Arcuna.

Bu ən yüksək elm şagird ardıcıllığı vasitəsilə alınmışdır və övliya şahlar onu bu yolla mənimsəyirdilər. Lakin vaxt ötdükcə ardıcıllıq pozulmuş, buna görə də biliyin mahiyyəti itirilmişdir.

İZAHI: Burada aydın şəkildə deyilir ki, əhalini idarə edərkən bu bilikdən istifadə etsinlər deyə, Gita, xüsusilə, övliya şahlar üçün təyin olunmuşdur. Şübhə yoxdur ki, Bhaqavad-gita onun xəzinəsini israf edərək heç kimə xeyir verməyən və ona uydurma şərhlər yazan allahsızlar üçün təyin olunmamışdır. Onun ilkin məqsədi vicdansız şərhçilərin ucbatından itirildiyinə görə, şagird ardıcıllığını bərpa etmək zərurəti yarandı. Beş min il əvvəl şagird ardıcıllığının pozulduğunu Tanrı Özü aşkar etmiş, buna görə də Gitanın məqsədinin itirildiyini bildirmişdir. Hal-hazırda Gitanın çoxlu nəşrləri vardır (xüsusilə ingilis dilində), ancaq onların heç biri mötəbər şagird ardıcıllığı ilə uzlaşmır. Müxtəlif dünyəvi alimlər saysız-hesabsız şərhlər təqdim etmişlər. Lakin onlar Allahın Ali Şəxsiyyəti Krişnanın sözlərindən qazanc məqsədilə istifadə etsələr də, demək olar ki, heç biri Onu qəbul etmir. Bu allahsızlara xas bir hərəkətdir, çünki onlar Allaha inanmır, sadəcə olaraq, Onun əmlakından həzz alırlar. İngilis dilində Gitanın paramparadan (şagird ardıcıllığı) alındığı kimi nəşr edilməsinə böyük ehtiyac olduğuna görə, hazırkı kitabda bu çatışmamazlığı aradan qaldırmağa cəhd edilir. Bhaqavad-gitanın olduğu kimi qəbul edilməsi bəşəriyyət üçün böyük səadətdir; lakin onu fəlsəfi mühakimələrdən ibarət olan bir əsər hesab etmək, sadəcə olaraq, vaxt itirmək deməkdir.

 

MƏTN 3

sa evayam maya te ‘dya

yoqah proktah puratanah

bhakto ‘si me sakha çeti

rahasyam hy etad uttamam

 

sah – həmin o; eva – əlbəttə; ayam – bu; maya – Mənimlə; te – sənə; adya – bu gün; yoqah – yoqa elmi; proktah – deyilmişdir; puratanah – çox qədim; bhaktah – fədai; asi – sən varsan; me – Mənim; sakha – dost; ça – həmçinin; iti – buna görə də; rahasyam – sirr; hi – əlbəttə; etat – bu; uttamam – transsendental.

Bu gün Mən sənə Uca Tanrı ilə qarşılıqlı münasibətlərdən bəhs edən ən qədim elmi çatdırıram, çünki Sən Mənim həm fədaim, həm də dostumsan və buna görə də bu elmin transsendental sirrini anlaya bilərsən.

İZAHI: İnsanlar iki sinfə bölünürlər – fədailər və allahsızlar. Arcuna Allah fədaisi olduğu üçün Tanrı bu böyük elmi ona söyləmişdir; allahsızlar isə böyük sirr olan bu elmi anlaya bilməzlər. Bu böyük bilik kitabı dəfələrlə nəşr olunmuşdur. Onların bəzilərini fədailər, bəzilərini isə allahsızlar şərh etmişlər. Fədailərin izahları həqiqi, allahsızların şərhləri isə faydasızdır. Arcuna Şri Krişnanı Allahın Ali Şəxsiyyəti kimi qəbul edir və Bhaqavad-gitanın Arcunanın izi ilə gedən hər bir şərhçisi bu böyük elm yolunda əsl sədaqətli xidmət göstərir. Allahsızlar isə Krişnanı olduğu kimi qəbul etmirlər. Bunun əvəzində onlar Krişna haqqında nə isə uydurur, oxucuların əksəriyyətini Krişnanın verdiyi nəsihətlərdən yayındırırlar. Belə yanlış yola düşməməsi üçün insan diqqətli olmalıdır. İnsan Arcunadan başlayan şagird ardıcıllığının yolu ilə getməlidir, belə olduqda o, bu böyük Şrimad Bhaqavad-gita elmindən faydalanacaqdır.

 

MƏTN 4

arcuna uvaça

aparam bhavato canma

param canma vivasvatah

katham etad vicaniyam

tvam adau proktavan iti

 

arcunah uvaça – Arcuna dedi; aparam – kiçik; bhavatah – Sənin; canma – doğuluş; param – yüksək; canma – doğuluş; vivasvatah – Günəş tanrıçasının; katham – necə; etat – bu; vicaniyam – başa düşməliyəm; tvam – Sən; adau – əvvəlcə; proktavan – nəsihət verdin; iti – beləliklə.

Arcuna dedi: Günəş tanrıçası Vivasvan yaşca Səndən böyükdür. Anlaya bilmirəm, necə ola bilər ki, bu elmi ona Sən vermisən?

İZAHI: Arcuna Tanrının fədaisi olduğu halda, necə ola bilərdi ki, Krişnanın sözlərinə inanmasın? Əslində, Arcuna bu sualı özü üçün deyil, Allahın Ali Şəxsiyyətinə inanmayan, Krişnanı Allahın Ali Şəxsiyyəti kimi qəbul etməyən allahsızlardan ötrü verir; yalnız onlardan ötrü Arcuna özünü Allahın Ali Şəxsiyyətini (Krişnanı) tanımayan adam kimi apararaq, belə bir sual verdi. Onuncu fəsildən aydın olacaq ki, Arcuna Krişnanın Allahın Ali Şəxsiyyəti, hər şeyin mənbəyi və transsendental biliyin son sözü olduğunu çox yaxşı bilirdi. Əlbəttə, Krişna yerə Devakinin oğlu kimi gəlmişdi. Onun eyni zamanda əbədi əzəli Allahın Ali Şəxsiyyəti olaraq qaldığını dərk etmək adi adam üçün çox çətindir. Ona görə də Arcuna bunu aydınlaşdırmaq və nüfuzlu cavab almaq üçün Krişnaya müraciət edir. Nəinki müasir dövrdə, eləcə də çox qədim zamanlarda da bütün dünya Krişnanı ən yüksək nüfuz sahibi kimi qəbul edirdi, bircə allahsızlar Onu inkar edirlər. Hər halda hamı Krişnanı nüfuz sahibi kimi qəbul etdiyi üçün Arcuna bu sualı Ona verir ki, biz Krişna barədə biliyi, özünəməxsus tərzdə təhrif etdikləri şəkildə allahsızlardan deyil, Krişnanın Özündən eşidə bilək. Krişnanın verdiyi elmi bilmək hər kəsə onun öz mənafeyi üçün lazımdır. Buna görə də Krişna Özü barədə danışırsa, bu, hamı üçün xeyirlidir. Krişnanın verdiyi izahlar allahsızlara qəribə görünə bilər, çünki onlar Krişnanı həmişə öz nöqteyi-nəzərlərindən öyrənirlər, lakin fədailər Krişnanın sözlərini səmimi qəlbdən qəbul edirlər. Krişna barəsində getdikcə daha çox biliyə can atdıqlarına görə, fədailər Krişnanın bu cür nüfuzlu sözlərinə həmişə ehtiramla yanaşırlar. Bu cür hərəkət etdikdə, Krişnanı adi insan hesab edən ateistlər Krişnanın insanlardan üstünlüyünü anlaya bilərlər. Onun forması saç-çid-ananda-viqrahadır, yəni əbədi, bilik və həzlə doludur, transsendentaldır, maddi təbiətin qunalarının hakimiyyətindən, zaman və məkanın təsirindən yüksəkdə durur. Krişnanın Arcuna kimi fədaisi şübhəsiz ki, Onun transsendental mövqeyini tamamilə anlayırdı. Arcuna Tanrıya bu cür sual verməklə Krişnanı maddi təbiətin qunalarının təsirinə məruz qalan adi insan sayan ateistlərə meydan oxuyurdu.

 

MƏTN 5

şri-bhaqavan uvaça

bahuni me vyatitani

canmani tava çarcuna

tany aham veda sarvani

na tvam vettha parantapa

 

şri-bhaqavan uvaça – Allahın Şəxsiyyəti dedi; bahuni – dəfələrlə; me – Mənim; vyatitani – keçmişdir; canmani – doğuluşlar; tava – səninkilər; ça – və həmçinin; arcuna – ey Arcuna; tani – onları; aham – Mən; veda – bilirəm; sarvani – hamısını; na – yox; tvam – sən; vettha – bilmək; parantapa – ey düşmənləri sarsıdan.

Allahın Ali Şəxsiyyəti dedi: Ey düşmənləri sarsıdan, biz səninlə dəfələrlə doğulmuşuq. Bunların hamısı Məmin yadımdadır, səninsə yox.

İZAHI: Brahma-samhitadan (5.33) Tanrının saysız-hesabsız mücəssəmələri barədə məlumat alırıq. Orada deyilir:

advaitam açyutam anadim ananta-rupam

adyam purana-puruşam nava-yauvanam ça

vedeşu durlabham adurlabham atma-bhaktau

qovindam adi-puruşam tam aham bhacami

 

“Mən əzəli şəxsiyyətə – mütləq, qüsursuz, başlanğıcsız Allahın Ali Şəxsiyyəti Qovindaya (Krişnaya) sitayiş edirəm. O, saysız-hesabsız formalarda genişlənsə də, yenə həminki əzəli, ulu və həmişəcavan bir şəxsiyyətdir. Tanrının bu cür əbədi, həzz və biliklə dolu formalarını, adətən, ən böyük Veda alimləri də dərk edə bilmirlər, pak fədailər üçün isə onlar tamamilə aydındır.”

Brahma-samhitada həmçinin deyilir:

ramadi-murtişu kala-niyamena tişthan

nanavataram akarod bhuvaneşu kintu

krişnah svayam samabhavat paramah puman yo

qovindam adi-puruşam tam aham bhacami

 

“Mən Allahın Ali Şəxsiyyəti Qovindaya (Krişnaya) sitayiş edirəm. O, Rama, Nrisimha və bir çox mücəssəmələrdə, eləcə də şəxsən təcəssüm edir və Allahın Krişna adlı əzəli Şəxsiyyətidir.”

Eləcə də Vedalarda deyilir ki, Tanrı şəriksiz olsa da, Özünü saysız-hesabsız formalarda təzahür etdirir. O, rəngini dəyişsə də özü dəyişməyən vaidurya daşına bənzəyir. Bütün bu saysız-hesabsız formaları, sadəcə olaraq, Vedaları öyrənməklə dərk etmək mümkün deyil, onlar yalnız pak, təmənnasız fədailərə aydındır (vedeşu durlabham adurlabham atma-bhaktau). Arcuna kimi fədailər Tanrının daimi həmrahlarıdır və Uca Tanrı təcəssüm etdikdə yaxın fədailəri də Ona müxtəlif yollarla xidmət etmək üçün təcəssüm edirlər. Arcuna belə fədailərdən biridir və bu beytdən başa düşmək olar ki, bir neçə milyon il əvvəl Tanrı  Bhaqavad-gitanı Günəş tanrıçası Vivasvana söyləyərkən Arcuna başqa bir simada yenə də Onunla idi. Ancaq Tanrı ilə Arcunanın fərqi ondadır ki, bu əhvalat Tanrının yadındadır, Arcunanın isə yox. Tanrının ayrılmaz hissəciyi olan canlı varlıq Tanrıdan bununla fərqlənir. Burada Arcunaya düşmənləri sarsıda bilən qüdrətli döyüşçü deyə müraciət edilsə də, o, keçmiş ömürlərində nə baş verdiyini xatırlamağa qadir deyil. Odur ki, canlı varlıq maddi nöqteyi-nəzərdən nə qədər əzəmətli olsa da, heç vaxt Tanrı ilə müqayisə edilə bilməz. Tanrının daimi həmrahı olan hər bir kəs, qurtulmuş şəxs olsa da, o, Tanrıya bərabər ola bilməz. Tanrı Brahma-samhitada qüsursuz (açyuta) kimi təsvir edilir, bu o deməkdir ki, O heç vaxt, hətta maddi təbiətlə təmasda olduqda belə, Özünü unutmur. Buna görə də canlı varlıq heç vaxt, heç bir baxımdan, hətta Arcuna kimi qurtulmuş olsa belə, Tanrıya bərabər ola bilməz. Arcuna Allah fədaisi olsa da, o, bəzən Tanrının təbiətini unudur, ancaq Allahın mərhəməti sayəsində fədai dərhal Tanrının qüsursuz olduğunu anlaya bilər. Lakin fədai olmayan adam, yaxud allahsız, Onun bu transsendental təbiətini anlaya bilməz. Nəticə etibarilə, allahsız dünyagörüşü olan adam Gitada deyilənləri başa düşə bilməz. Həm Krişna, həm də Arcuna təbiətcə əbədi olsalar da, Krişna milyon illər bundan əvvəl gördüyü işləri yada salır, Arcuna isə bunu bacarmır. Eləcə də, biz burada qeyd edə bilərik ki, bədəni dəyişdiyinə görə canlı varlıq hər şeyi unudur, Tanrı isə Özünün saç-çid-ananda bədənini dəyişmədiyinə görə hər şeyi yadda saxlayır. O, advaitadır, yəni Onun bədəni ilə Özü arasında fərq yoxdur. Allaha aid olan hər şey ruhidir, şərtləndirilmiş can isə öz maddi bədənindən fərqlənir. Tanrının bədəni Özündən fərqlənmədiyinə görə, Onun mövqeyi adi canlı varlığın mövqeyindən həmişə, hətta O, maddi dünyaya endikdə belə, seçilir. Aşağıdakı beytlərdə Uca Tanrı Öz transsendental təbiətini təsvir etsə də, allahsızlar bunu qəbul edə bilmirlər.

 

MƏTN 6

aco ‘pi sann avyayatma

bhutanam işvaro ‘pi san

prakritim svam adhişthaya

sambhavamy atma-mayaya

 

acah – doğulmayan; api – hərçənd; san – belə olan; avyaya – korlanmayan; atma – bədən; bhutanam – doğulanların hamısının; işvarah – Uca Tanrı; api – hərçənd; san – belə olan; prakritim – transsendental formada; svam – Məni; adhişthaya – bu cür mövqedə olan; sambhavami – Mən nazil oluram; atma-mayaya – Mənim daxili enerjimlə.

Mən doğulmaz olsam da, Mənim transsendental bədənim heç vaxt qocalmasa da, bütün canlı məxluqların ağası olsam da, yenə hər minillikdə Öz əzəli transsendental formamda nazil oluram.

İZAHI: Tanrı doğuluşunun xüsusiyyətini qeyd edir: O, adi insan kimi gəlsə də, saysız-hesabsız keçmiş  “doğuluşları” Onun yadındadır, adi insan isə bir neçə saat əvvəl nə etdiyini yada sala bilmir. Adi adamdan: “Dünən bu vaxt nə edirdin?” deyə soruşsalar o, dərhal cavab verməyə çətinlik çəkəcək. O, bir gün əvvəl bu vaxt nə etdiyini yada salmaq üçün hökmən yaddaşını oyatmalıdır. Bununla belə, insan tez-tez özünü Allah, yaxud Krişna adlandırmağa çürət edir. Heç kəs bu cür mənasız sözlərə aldanmamalıdır. Daha sonra Tanrı yenidən Öz  prakritisini, yaxud formasını izah edir. Prakriti, təbiət, yaxud svarupa, yəni kiminsə öz forması deməkdir. Tanrı deyir ki, O Özünün şəxsi bədənində nazil olur. O, bir bədəni başqasına dəyişən adi canlı varlıqdan fərqli olaraq, bədənini dəyişmir. Şərtləndirilmiş canın bu doğuluşda bir cür, sonrakı doğuluşda isə başqa cür bədəni olur. Maddi dünyada canlı varlığın müəyyən edilmiş daimi bədəni yoxdur, o, bir bədəndən başqa bədənə keçir. Tanrı isə belə etmir. Daxili potensiyasının vasitəsilə O, hər dəfə eyni bir əzəli bədəndə gəlir. Başqa sözlə, Krişna bu maddi dünyaya Özünün ney tutan ikiəlli, əzəli-əbədi formasında gəlir. O, maddi dünya ilə murdarlanmayan əbədi bədənində nazil olur. Hər dəfə eyni bir transsendental bədəndə gəldiyinə, kainatın hökmdarı olduğuna baxmayaraq, yenə də adama elə gəlir ki, O, adi canlı məxluq kimi doğulur. Tanrı Krişna böyüyərək uşaqlıqdan yeniyetməliyə, yeniyetməlikdən isə gənclik dövrünə keçsə də, son dərəcə qəribədir ki, O, gənclik dövrünü adlamır və heç vaxt qocalmır. Kurukşetradakı döyüş zamanı Onun çoxlu nəvələri var idi, başqa sözlə, O, maddi hesablamalara görə kifayət qədər yaşlı idi. Buna baxmayaraq, O, iyirmi-iyirmi beş yaşlı gənci xatırladırdı. Biz heç vaxt Krişnanın qoca şəklini görməmişik, çünki O, bütün yaradılışda keçmişin, indinin və gələcəyin ən qocaman şəxsi olduğuna baxmayaraq, heç vaxt bizim kimi qocalmır. Onun bədəni və dərrakəsi dəyişikliklərə uğramır və korlanmır. Buradan aydın olur ki, maddi dünyada olduğuna baxmayaraq, O Özünün doğulmayan, əbədi, həzz və biliklə dolu formasındadır və Onun transsendental bədəni və dərrakəsi dəyişməzdir. Əslində, Onun gəlişi və gedişi gözümüz önündə Günəşin doğmasına, hərəkət etməsinə və batmasına bənzəyir. Biz Günəşi görmədikdə onun batdığını, gördükdə isə göy üzündə olduğunu zənn edirik. Əslində isə, Günəş həmişə özünün qəti müəyyən edilmiş yerindədir, lakin hisslərimizin qüsurlu və qeyri-kamil olması üzündən biz belə hesab edirik ki, Günəş göy üzündə zühur edir və qeyb olur. Tanrı Krişnanın zühur etməsi və qeyb olması adi canlı məxluqdan tamamilə fərqləndiyi üçün, aydındır ki, O Öz daxili potensiyası sayəsində əbədidir, həzz və biliklə doludur və heç vaxt maddi təbiətlə murdarlanmır. Vedalarda təsdiq edilir ki, Allahın Ali Şəxsiyyətinin doğulmadığına baxmayaraq, adama elə gəlir ki, O təzahür edərkən doğulur. Əlavə Veda ədəbiyyatı da təsdiq edir ki, Uca Tanrı nazil olarkən sanki doğulur, əslində isə, Onun bədəni dəyişmir. Bhaqavatamda O, anasının qarşısında Narayana kimi, dördəlli formada və altı cür sərvət nişanəsi ilə zühur edir. İnsanlar diqqətlərini impersonalistlərin səhvən Tanrının həqiqi forması hesab etdikləri əqli uydurmalara, yaxud təsəvvürlərə deyil, Uca Tanrının əsl formasına cəmləyə bilsinlər deyə, O, əbədi formasında nazil olmaqla canlı məxluqlara səbəbsiz mərhəmətini bəxş edir. Maya, yaxud atma-maya sözü Vişva-koşa lüğətinə əsasən Tanrının “səbəbsiz mərhəməti” deməkdir. Tanrı Özünün əvvəlki gəlişlərinin və gedişlərinin heç birini unutmur, ancaq adi canlı varlıq başqa bədən alan kimi, əvvəlki bədənini unudur. Tanrı bütün canlı məxluqların Ağasıdır; çünki O, yerdə olduğu müddətdə möcüzəli və fövqəlbəşəri işlər görür. Beləliklə, Tanrı həmişə Mütləq Həqiqət olaraq qalır, eyni zamanda Onun forması və mahiyyəti, keyfiyyətləri və bədəni arasında fərq yoxdur. İndi isə sual oluna bilər ki, nə üçün Tanrı bu dünyada zühur edir və qeyb olur? Bu, növbəti beytdə izah edilir.

 

MƏTN 7

yada yada hi dharmasya

qlanir bhavati bharata

abhyutthanam adharmasya

tadatmanam sricamy aham

 

yada yada – nə vaxt; hi – əlbəttə; dharmasya – dinin; qlanih – uyğunsuzluq; bhavati – nazil olur; bharata – ey Bharata övladı; abhyutthanam – üstün gəlmə; adharmasya – dinsizliyin; tada – o zaman; atmanam – özüm; sricami – təzahür edirəm; aham – Mən.

Din tənəzzülə uğradıqda, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, Mən Özüm nazil oluram, ey Bharata övladı.

İZAHI: Burada sricami sözü böyük əhəmiyyət kəsb edir. Sricami yaradılma mənasında işlədilə bilməz, çünki bundan əvvəlki beytə əsasən Tanrının bütün formaları əbədi mövcud olduğuna görə Onun forma və bədəni yaradılmır. Buna görə də sricami Tanrının Özünü olduğu kimi təzahür etdirməsi deməkdir. Tanrı müəyyən edilmiş vaxtda, yəni Brahmanın bir günündə, yeddinci Manunun iyirmi səkkizinci minilliyində, Dvapara-yuqanın axırında nazil olduğuna baxmayaraq, O bu cür qayda və təlimatlara əməl etməyə borclu deyil, çünki O tamamilə azaddır və istədiyi kimi hərəkət edir. Beləliklə, O hər dəfə dinsizlik üstünlük təşkil etdikdə və həqiqi din itirildikdə istədiyi kimi nazil olur. Dini prinsiplər Vedalarda müəyyən edilmişdir və Veda təlimatlarının düzgün yerinə yetirilməməsi insanı dinsizliyə yuvarladır. Bhaqavatamda deyilir ki, bu prinsiplər Allahın qanunlarıdır. Yalnız Tanrı dini sistem yarada bilər. Məlumdur ki, Vedaları Tanrının Özü ilk dəfə Brahmanın ürəyinə ötürmüşdür. Ona görə də dharma (din) prinsipləri Allahın Ali Şəxsiyyətinin bilavasitə göstərişləridir (dharmam tu sakşad bhaqavat-pranitam). Bu prinsiplər Bhaqavad-gitada aydın şəkildə qeyd edilmişdir. Vedaların məqsədi bu prinsipləri Uca Tanrının iradəsinə müvafiq olaraq bərqərar etməkdir; Tanrının Özü Gitanın sonunda deyir ki, insanın özünü Ona və yalnız Ona həsr etməsi ən yüksək dini prinsipdir. Veda prinsipləri insanı özünü bütünlüklə Allaha həsr etməyə sövq edir; allahsızlar bu prinsipləri pozduqda, Tanrı nazil olur. Bhaqavatamdan öyrənirik ki, Həzrət Buddha Krişnanın mücəssəməsidir. O, nazil olanda, materializm azğınlaşmışdı və materialistlər Vedalardan öz əməllərini təmizə çıxartmaq üçün istifadə edirdilər. Müəyyən məqsədlərdən ötrü heyvanların qurban edilməsinə dair Vedalarda ciddi qayda və təlimatlar olduğuna baxmayaraq, allahsızlığa meyllilər Veda prinsiplərinə riayət etmədən heyvanları qurban gətirirdilər. Həzrət Buddha bu mənasız işləri dayandırmaq və Vedaların zorakılıq işlətməmək prinsipini bərpa etmək üçün nazil olmuşdu. Beləliklə, Tanrının hər bir avatarasının, yaxud mücəssəməsinin müəyyən vəzifəsi vardır və onların hamısı müqəddəs kitablarda təsvir olunmuşlar. Müqəddəs kitablarda adı çəkilməyən şəxsiyyət heç vaxt avatara hesab edilməməlidir. Tanrının yalnız Hindistan torpağına gəldiyi doğru deyil. O Özünü hər yerdə və istədiyi vaxt təzahür etdirə bilər. Hər dəfə təcəssüm etdikdə, O, din haqqında müəyyən şəraitlərdə, müəyyən adamlara, onların başa düşə biləcəkləri qədər deyir. Lakin məqsəd eynidir – insanları Allah şüuruna və dini prinsiplərə əməl etməyə yönəltmək. Bəzən O Özü gəlir, bəzən isə oğlu və ya xidmətçisi qismində Öz həqiqi nümayəndəsini göndərir. Arabir də Özü hər hansısa gizli formada nazil olur.

Bhaqavad-gitanın prinsipləri Arcunaya və digər yüksək səviyyəli şəxslərə söylənmişdi, çünki Arcuna dünyanın başqa yerlərindəki adi insanlara nisbətən yüksək inkişaf səviyyəsinə malik idi. “İki üstə gəl iki – bərabərdir dörd” riyazi prinsipi riyaziyyatı yenicə öyrənməyə başlayan adam üçün, həm də bu sahədə irəli getmiş insan üçün doğrudur. Bununla belə, ali riyaziyyat adi hesabdan fərqlənir. Beləliklə, Tanrı bütün mücəssəmələrində insanlara eyni prinsipləri öyrədir, şəraitdən asılı olaraq onlar mürəkkəb və ya sadə şəkildə verilə bilər. Ən yüksək dini prinsiplər ictimai həyatın dörd pilləyə, cəmiyyətin dörd silkə bölünməsinə əsaslanır; bu, sonrakı beytlərdə izah ediləcək. Mücəssəmələrin ümumi məqsədi hər yanda Krişna şüurunu oyatmaqdır. Bu şüurun təzahür edib-etməməsi müxtəlif şəraitlərdən asılıdır.

 

MƏTN 8

paritranaya sadhunam

vinaşaya ça duşkritam

dharma-samsthapanarthaya

sambhavami yuqe yuqe

 

paritranaya – qurtuluş üçün; sadhunam – fədailərin; vinaşaya – məhv etmək üçün; ça – və; duşkritam – cinayətkarların; dharma – dini prinsiplər; samsthapana-arthaya – bərpa etmək; sambhavami – Mən nazil oluram; yuqe – minillikdən; yuqe – minilliyə.

Möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün Mən hər minillikdən-minilliyə zühur edirəm.

İZAHI: Bhaqavad-gitaya əsasən, Krişna şüurunda bərqərar olmuş insan sadhu – övliya şəxsdir. Ola bilər ki, insan heç də dindar görünməsin, lakin o tamamilə Krişna şüurundadırsa sadhu hesab edilməlidir. Duşkritam isə Krişna şüuruna laqeyd olan adamlara deyilir. Bu cür duşkritamların (cinayətkarlar) dünyəvi təhsili olsa belə, onlar səfeh və ən aşağı səviyyəli insanlara aid edilirlər. Bütünlüklə Krişna şüurunda məşğul olan şəxs təhsilli və zahirən çox da mədəni deyildirsə də o, sadhu hesab edilməlidir. O ki qaldı ateistlərə, onları məhv etmək üçün (Ravana və Kamsa ilə baş verdiyi kimi) Tanrının Şəxsən gəlməsinə ehtiyac yoxdur. Onun allahsızları məhv etməkdə səriştəli olan çoxlu nümayəndələri vardır. Tanrı Özü isə allahsızlar tərəfindən həmişə narahat edilən həqiqi fədailərinə əmin-amanlıq bəxş etmək üçün gəlir. Fədai allahsızın qohumu olduqda belə, allahsız onu həmişə narahat edir. Prahlada Maharaca Hiranyakaşipunun oğlu olsa da, atası onu təqib edirdi; Krişnanın anası Devaki Kamsanın bacısı olduğuna baxmayaraq, həm özü, həm də əri Vasudeva (Krişna onların oğlu kimi doğulacaqdı deyə) təqib edilirdi. Beləliklə, Tanrı Krişna Kamsanı öldürmək üçün deyil, hər şeydən əvvəl Devakini xilas etməkdən ötrü təzahür etmişdi, lakin hər iki iş eyni zamanda görüldü. Ona görə də burada deyilir ki, Tanrı fədailəri xilas, allahsız cinayətkarları məhv etməkdən ötrü müxtəlif mücəssəmələrdə nazil olur.

Krişnadasa Kaviraca Çaitanya-çaritamritanın (Madhya 20.263 – 264) aşağıdakı beytlərində mücəssəmə anlayışını müəyyənləşdirir:

srişti-hetu yei murti prapançe avatare

sei işvara-murti ‘avatara’ nama dhare

 

mayatita paravyome sabara avasthana

vişve avatari’ dhare ‘avatara’ nama

 

“Avatara, yaxud Tanrının mücəssəməsi maddi dünyada təzahür etmək üçün Allahın məskənindən enir və Allahın Ali Şəxsiyyətinin bu cür nazil olan müəyyən forması mücəssəmə, yaxud avatara adlanır. Belə mücəssəmələr əbədi olaraq ruhi dünyada, Allahın məskənində mövcuddurlar. Onlar maddi dünyaya endikdə avatara adlanırlar.”

Puruşavataralar, qunavataralar, lilavataralar, şakty-aveşa avataralar, manvantara-avataralar və yuqavataralar kimi müxtəlif cür avataralar mövcuddur və onlar müəyyən vaxtlarda, kainatın müxtəlif yerlərində təzahür edirlər. Ancaq Tanrı Krişna – əzəli Allah, bütün avataraların mənbəyidir. Tanrı Şri Krişna xüsusi məqsədlə, Onun Vrindavanadakı qeyri-adi əyləncələrini görməyə can atan pak fədailərinin əmin-amanlığı naminə nazil olur. Deməli, Krişnanın avataralarının ilkin məqsədi Onun təmənnasız fədailərini məmnun etməkdir.

Tanrı deyir ki, O hər minillikdə nazil olur. Bu o deməkdir ki, O Kali dövründə də nazil olur. Şrimad-Bhaqavatamda deyilir ki, Kali dövründə Tanrının mücəssəməsi İlahi Çaitanya Mahaprabhudur. O, Krişnaya sitayişi sankirtana (müqəddəs adların birgə tərənnümü) hərəkatı vasitəsilə genişləndirmiş və Krişna şüurunu bütün Hindistana yaymışdır. O qabaqcadan xəbər vermişdi ki, sankirtana hərəkatı şəhərdən-şəhərə, kənddən-kəndə keçərək, bütün dünyaya yayılacaqdır. Upanişadlar, Mahabharata və Bhaqavatam kimi müqəddəs kitabların məxfi yerlərində İlahi Çaitanya örtülü şəkildə Allahın Ali Şəxsiyyəti Krişnanın mücəssəməsi kimi təsvir edilir. Tanrı Krişnanın fədailəri üçün İlahi Çaitanyanın sankirtana hərəkatı son dərəcə cəlbedicidir. Tanrının bu mücəssəməsi cinayətkarı məhv etmir, əksinə, onları Öz səbəbsiz mərhəməti sayəsində xilas edir.

 

MƏTN 9

canma karma ça me divyam

evam yo vetti tattvatah

tyaktva deham punar canma

naiti mam eti so ‘rcuna

 

canma – doğuluş; karma – iş; ça – həmçinin; me – Mənim; divyam – transsendental; evam – belə; yah – hər kəs; vetti – bilir; tattvatah – əslində; tyaktva – kanara qoyaraq; deham – bu bədən; punah – yenidən; canma – doğuluş; na – heç vaxt; eti – əldə edir; mam – Mənə; eti – nail olur; sah – o; arcuna – ey Arcuna.

Mənim gəlişimin və fəaliyyətimin transsendental təbiətini anlayan insan bədənini tərk etdikdə, yenidən bu maddi dünyada doğulmur, o Mənim əbədi məskənimə çatır, ey Arcuna.

İZAHI: Tanrının Öz transsendental məskənindən enməsi artıq altıncı beytdə izah edilmişdi. Allahın Ali Şəxsiyyətinin enməsi barədə həqiqəti anlayan insan artıq maddi əsarətdən azad olmuşdur, buna görə də o, maddi bədənini tərk edən kimi, dərhal Allahın məskəninə qayıdır. Canlı varlığın maddi əsarətdən bu yolla azad olması çox da asan deyildir. İmpersonalistlər və yoqilər yalnız çoxlu çətinliklərdən və doğuluşlardan sonra qurtuluşa nail olurlar. Hətta bu halda da onların nail olduğu qurtuluş (Tanrının şəxssiz brahmacyotisinə qovuşma) natamamdır və bu zaman maddi dünyaya qayıtmaq təhlükəsi sovuşmur. Lakin fədai, sadəcə olaraq, Tanrının bədəninin və fəaliyyətinin transsendental təbiətini anladığına görə, bədənini tərk etdikdən sonra Tanrının məskəninə çatır və bu maddi dünyaya qayıtmaq təhlükəsindən azad olur. Brahma-samhitada (5.33) deyilir ki, Tanrının saysız-hesabsız forma və mücəssəmələri vardır: advaitam açyutam anadim ananta-rupam. Tanrının çoxlu transsendental formaları olduğuna baxmayaraq, onların hamısı Allahın Ali Şəxsiyyətinin Özüdür. Bu fakt dünyəvi alimlər və empirik filosoflar üçün aydın olmasa da, insan onu dərk etməli, şübhələrdən azad olmalıdır. Vedalarda (Puruşa-bodhini Upanişad) deyilir:

eko devo nitya-lilanurakto

bhakta-vyapi hridy antar-atma

 

“Tək Allahın Ali Şəxsiyyəti saysız-hesabsız transsendental formalarda Öz təmənnasız fədailəri ilə əbədi olaraq ünsiyyət saxlayır.”

Vedaların bu sözlərini Tanrının Özü Gitanın hazırkı beytində təsdiq edir. Vedaların və Allahın Ali Şəxsiyyətinin nüfuzuna istinad edərək, bu həqiqəti qəbul edən və vaxtını fəlsəfi mühakimələrə sərf etməyən insan qurtuluşun kamil pilləsinə çatır. Bu həqiqətə inamı olan insan, şübhəsiz ki, qurtuluşa nail ola bilər. Vedalardakı tat tvam asi sözləri belə hallara aiddir. Tanrı Krişnanın Ali olduğunu dərk edən, Ona “Sən Ali Brahman, Allahın Ali Şəxsiyyətisən” deyən hər bir kəs, şübhəsiz ki, dərhal qurtuluşa nail olur və nəticədə, Onun Tanrı ilə transsendental ünsiyyəti təmin edilir. Başqa sözlə, Tanrıya bu cür inamı olan fədai kamilliyə çatır. Aşağıdakı Veda müddəası bunu təsdiq edir:

tam eva viditvati mrityum eti

nanyah pantha vidyate ‘yanaya

 

“İnsan Tanrı (Allahın Ali Şəxsiyyəti) barədə biliyi sayəsində doğuluş və ölümdən tamamilə qurtula bilər və bunun üçün başqa yol yoxdur.” (Şvetaşvatara Upanişad 3.8)

Başqa yolun olmaması o deməkdir ki, Tanrı Krişnanın Allahın Ali Şəxsiyyəti olduğunu dərk etməyən insan, şübhəsiz ki, cəhalət qunasının təsiri altındadır və buna görə də o, Bhaqavad-gitanı dünyəvi biliklərə əsasən şərh etməklə, yaxud necə deyərlər, bal bərnisini üzdən yalamaqla, qurtuluşa nail ola bilməz. Bu cür empirik filosoflar maddi dünyada yüksək mövqe tuta bilərlər, ancaq bu o demək deyildir ki, onlar qurtuluşa nail olacaqlar. Bu cür təkəbbürlü alimlər Allah fədaisinin səbəbsiz mərhəmətini gözləməlidirlər. Beləliklə, insan Krişna şüurunda inam və biliyin köməyilə inkişaf etməli və bu yolda kamilliyə çatmalıdır.

 

MƏTN 10

vita-raqa-bhaya-krodha

man-maya mam upaşritah

bahavo qyana-tapasa

puta mad-bhavam aqatah

 

vita – azad olub; raqa – bağlılıq; bhaya – qorxu; krodhah – və qəzəb; mat-maya – bütünlüklə Məndə; mam – Məndə; upaşritah – tamamilə yerləşərək; bahavah – çoxlu; qyana – biliyin; tapasa – zahidliklə; putah – təmizlənib; mat-bhavam – Mənə qarşı transsendental məhəbbət; aqatah – əldə edilmiş.

Keçmişdə bir çox şəxsiyyətlər bağlılıqdan, qorxudan və qəzəbdən azad olub, bütünlüklə Mənə qapılaraq Məndə sığınacaq tapmış, Məni dərk edərək təmizlənmişlər. Beləliklə də onların hamısı Mənə qarşı transsendental məhəbbətə nail olmuşlar.

İZAHI: Yuxarıda deyildiyi kimi, maddi istəklərə həddən artıq meylli insana Ali Mütləq Həqiqətin şəxsiyyət olduğunu anlamaq çox çətindir. Həyat barədə bədən konsepsiyasına malik adamlar, adətən, materializmə elə qapılırlar ki, Uca Tanrının şəxsiyyət olduğunu heç cür anlaya bilmirlər. Bu cür materialistlər transsendental bədənin mövcud olduğunu, onun ölməzliyini, bilik və əbədi həzlə dolu olduğunu heç təsəvvürlərinə də gətirə bilmirlər. Həyat barədə maddi təsəvvürlərə görə bədən fanidir, cəhalət və iztirablarla doludur. Buna görə də insanlar Tanrının şəxsiyyət forması haqqında eşitdikdə, bədən barədə bu təsəvvürlərə əsaslanırlar. Bu cür materialistlər üçün nəhəng maddi kainatdan uca heç nə yoxdur. Nəticədə, onlar Tanrını şəxssiz kimi təsəvvür edirlər. Maddiyyata həddən artıq qapıldıqlarına görə, materiyadan azad olduqdan sonra şəxsiyyətin saxlanması ideyası onları qorxudur. Onlar fərdiyyətin və şəxsiyyətin ruhi həyatda da qaldığını eşitdikdə, yenidən şəxsiyyət olmaqdan qorxurlar, buna görə də, təbiidir ki, şəxssiz boşluqda həll olmağı üstün tuturlar. Onlar, adətən, canlı varlıqları okeanda həll olan qabarcıqlara bənzədirlər. Bu, fərdiyyətini inkar edən adamın ruhi həyatda əldə edə biləcəyi ən yüksək kamillik pilləsidir. Belə mövcudluq halının kökündə qorxu hissi durur və ona can atan insan ruhi həyat barədə kamil bilikdən məhrumdur. Bundan əlavə, bir çox adamlar ruhi həyatın, ümumiyyətlə, nə olduğunu anlaya bilmirlər. Onlar müxtəlif fəlsəfi mühakimələr arasındakı ziddiyyətlərlə, saysız-hesabsız nəzəriyyələrlə çaşdırılıb hirslənir, səfehcəsinə nəticə çıxarırlar ki, ali səbəb yoxdur və hər şeyin axırı boşluqdur. Bu cür adamlar sağlam düşüncədən məhrumdurlar. Bəzi adamlar maddiyyata həddən artıq bağlı olduqlarına görə ruhi həyata əhəmiyyət vermirlər. Bəziləri ali ruhi səbəblə vahidləşmək istəyir, bəziləri heç nəyə inanmır, bəzilərinin isə ümidi hər şeydən üzüldüyü üçün hər cür ruhi mühakimələrdən acığı gəlir. Axırıncılar bihuşedici maddələrə əl atır, öz hallüsinasiyalarını bəzən ruhi görmə hesab edirlər. İnsan həyat barədə maddi təsəvvürlərin hər üç formasından: maddi dünyaya bağlılıqdan, ruhi həyatda şəxsiyyətin saxlanması qorxusundan və ümidsizlikdən irəli gələn boşluq konsepsiyasından azad olmalıdır. Bu üç maddi təsəvvürdən azad olmaq üçün insan həqiqi ruhani ustadın rəhbərliyi altında tamamilə Tanrıya sığınmalı, sədaqətli xidmət yolunda nizam-intizama və nizamlayıcı prinsiplərə əməl etməlidir. Sədaqətli xidmət yolunun son mərhələsi bhava, yəni Allaha transsendental məhəbbət adlanır.

Bhakti-rasamrita-sindhuda (1.4.15 – 16) sədaqətli xidmət elmi belə təsvir edilir:

adau şraddha tatah sadhu-

sanqo ‘tha bhacana-kriya

tato ‘nartha-nivrittih syat

tato niştha ruçis tatah

 

athasaktis tato bhavas

tatah premabhyudançati

sadhakanam ayam premnah

pradurbhave bhavet kramah

 

“İnsanda əvvəlcə özünü dərk etmək istəyi baş qaldırmalıdır. Bunun nəticəsində o, ruhi yolda inkişaf etmiş insanlarla ünsiyyətə can atacaq. Növbəti mərhələdə təzə fədai həqiqi ruhani ustad tərəfindən şagirdliyə qəbul edilir və onun göstərişlərinə müvafiq olaraq sədaqətli xidmətə başlayır. Ruhani ustadın rəhbərliyi altında sədaqətli xidmətlə məşğul olaraq, insan bütün maddi bağlılıqlardan azad olur, özünügerçəkləşdirmə prosesində möhkəmlənir və Allahın Mütləq Şəxsiyyəti Şri Krişna barədə söhbətləri dinləməkdən dad duymağa başlayır. Bu dad insanı irəli aparır və Krişna şüuruna bağlılıq yaradır. Sonra bu bağlılıq yetkinləşərək bhavaya, yəni Allaha transsendental məhəbbətin başlanğıc mərhələsinə keçir. Allaha qarşı əsl məhəbbət prema (həyatın ən yüksək kamil pilləsi) adlanır.”

Prema pilləsində insan daim Tanrıya transsendental məhəbbətlə xidmət edir. Beləliklə, tədrici sədaqətli xidmət prosesi vasitəsilə insan həqiqi ruhani ustadın rəhbərliyi altında bütün maddi bağlılıqlardan, özünün fərdi ruhi şəxsiyyət olması qorxusundan və boşluq fəlsəfəsinə gətirib çıxaran ümidsizlikdən azad olub, ən yüksək pilləyə çata bilər. Bu halda insan, sonda Tanrının məskəninə nail ola bilər.

 

MƏTN 11

ye yatha mam prapadyante

tams tathaiva bhacamy aham

mama vartmanuvartante

manuşyah partha sarvaşah

 

ye – onların; yatha – necə; mam – Mənə; prapadyante – özünü həsr etmə; tan – onlara; tatha – belə; eva – əlbəttə; bhacami – mükafatlandırıram; aham – Mən; mama – Mənim; vartma – yol; anuvartante – əməl etmək; manuşyah – bütün insanlar; partha – ey Prithanın oğlu; sarvaşah – hər cəhətdən.

İnsan özünü Mənə necə həsr edirsə, Mən onu buna müvafiq olaraq mükafatlandırıram. Hamı hər cəhətdən Mənim yolumla gedir, ey Prithanın oğlu.

İZAHI: Hamı Krişnanı Onun təzahürlərinin müxtəlif aspektlərində axtarır. Allahın Ali Şəxsiyyəti Krişna Onun şəxssiz brahmacyoti parıltısı və atomlar da daxil olmaqla, hər şeyə nüfuz edən Yüksək Can kimi qismən dərk edilə bilər. Yalnız pak fədailər Krişnanı bütünlüklə dərk edə bilərlər. Beləliklə, Krişna biliyə yiyələnən hər kəsin dərketmə məqsədidir və hər bir kəs Onu necə arzulayırsa, buna müvafiq olaraq razı salınır. Transsendental dünyada da Krişna öz pak fədailərinin məhəbbətinə onların arzularına uyğun olaraq cavab verir. Fədailərdən biri Krişnanı ali ustad kimi, digəri yaxın dost kimi, o biri övladı kimi, başqa birisi isə sevgilisi kimi görmək istəyə bilər. Krişna bütün fədailəri eyni dərəcədə, onların məhəbbətinin gücündən asılı olaraq, mükafatlandırır. Maddi dünyada da insan Tanrı ilə qarşılıqlı münasibətlərdə ola bilər və bu münasibətlər Tanrıya sitayişin növündən asılıdır. Pak fədailər həm burada, həm də transsendental məskəndə Onunla ünsiyyət saxlayır. Ona şəxsən xidmət edir və beləliklə, məhəbbətlə dolu bu xidmətdən transsendental həzz alırlar. Fərdiyyətlərini məhv etmək yolu ilə ruhən özünü öldürmək istəyən impersonalistlərə də Krişna kömək edir və onları Öz nuruna qərq edir. Bu cür impersonalistlər əbədi, həzzlə dolu Allahın Ali Şəxsiyyətini qəbul etmək istəmirlər; nəticədə, fərdiyyətlərinə qəsd etdikləri üçün Tanrıya transsendental xidmət həzzindən məhrum olurlar. Onların arasında hətta şəxssiz həyatda belə möhkəm olmayanlar özlərinin yuxuya getmiş fəaliyyət göstərmək arzularını həyata keçirmək üçün maddi dünyaya qayıdırlar. Onlar ruhi planetlərə buraxılmırlar, lakin onlara maddi planetlərdə fəaliyyət göstərməyə imkan verilir. Tanrı yaqyeşvara olduğu üçün mənfəətpərəst fəaliyyətlə məşğul olanları təyin edilmiş vəzifələrinin arzu edilən nəticələri ilə mükafatlandırır; mistik qüdrət axtaran yoqilərə isə bu cür qüdrət bəxş edir. Başqa sözlə, hər kəsin müvəffəqiyyət qazanması, yalnız Tanrının mərhəmətindən asılıdır və ruhi proseslərin bütün növləri eyni bir yolda insanı müxtəlif səviyyələrə qaldırır. Ona görə də kamil səviyyəyə çatmayan, yəni Krişna şüurunda olmayanın bütün işləri yarımçıq qalmış olur. Bu, Şrimad-Bhaqavatamda (2.3.10) təsdiq edilir:

akamah sarva-kamo va

mokşa-kama udara-dhih

tivrena bhakti-yoqena

yaceta puruşam param

 

“Həm arzusu olmayanlar (fədailərə xas hal), həm mənfəət güdənlər, həm də qurtuluşa can atanlar tamamilə kamil olmaq, yəni Krişna şüuruna çatmaq üçün, var qüvvələri ilə Allahın Ali Şəxsiyyətinə sitayiş etməlidirlər.”

 

MƏTN 12

kankşantah karmanam siddhim

yacanta iha devatah

kşipram hi manuşe loke

siddhir bhavati karma-ca

 

kankşantah – arzusu ilə; karmanam – həzgüdən fəaliyyətin; siddhim – kamillik; yacante – qurban gətirməklə sitayiş etmək; iha – maddi dünyada; devatah – tanrıçalar; kşipram – çox tez; hi – əlbəttə; manuşe – cəmiyyətdə; loke – bu dünyada; siddhih – uğur; bhavati – gəlir; karma-ca – mənfəətpərəst fəaliyyət üçün.

Bu dünyada insanlar mənfəətpərəst fəaliyyət göstərərək uğur qazanmaq istədikləri üçün tanrıçalara sitayiş edirlər. Əlbəttə, insanlar bu dünyada mənfəətpərəst fəaliyyətin nəticələrini tez əldə edirlər.

İZAHI: Bu maddi dünyanın tanrıçaları barədə çox yanlış konsepsiya vardır və özlərini böyük alim kimi qələmə verən dərrakəsizlər bu tanrıçaları Uca Tanrının müxtəlif formaları hesab edirlər. Əslində, tanrıçalar Allahın müxtəlif formaları deyil, Onun müxtəlif ayrılmaz hissəcikləridir. Allah birdir, Onun ayrılmaz hissəcikləri isə saysız-hesabsızdır. Vedalarda deyilir: “nityo nityanam – Allah birdir.” “işvarah paramah krişnah – Uca Tanrı təkdir. O, Krişnadır.” Tanrıçalara isə yalnız bu maddi dünyanı idarə etmək üçün qüdrət verilmişdir. Bu tanrıçaların hamısı müxtəlif dərəcədə maddi qüdrətə malik olan canlı varlıqlardır (nityanam). Onlar Uca Tanrıya – Narayanaya, Vişnuya, yəni Krişnaya bərabər ola bilməzlər. Tanrının tanrıçalarla bir səviyyədə olduğunu zənn edən hər bir kəs ateist, yaxud paşandi adlanır. Hətta Brahma və Şiva kimi böyük tanrıçalar da Uca Tanrı ilə müqayisə edilə bilməzlər. Əslində, Brahma və Şiva kimi tanrıçalar Tanrıya sitayiş edirlər (şiva-virinçi-nutam). Bununla belə, təəccüblüdür ki, antropomorfizm və zoomorfizm kimi yanlış təsəvvürləri olan səfeh adamlar cəmiyyətin liderlərinə sitayiş edirlər. İha devatah maddi dünyadakı qüdrətli insana, yaxud tanrıçaya aiddir. Lakin Narayana, Vişnu, yəni Krişna – Allahın Ali Şəxsiyyəti bu dünyaya məxsus deyil. O, maddi kainatdan yüksəkdədir, ona münasibətdə transsendentaldır. Hətta impersonalistlərin başçısı Şripada Şankaraçarya da təsdiq edir ki, Narayana, yəni Krişna bu maddi yaradılışın xaricindədir. Lakin səfeh adamlar (hrita-qyana) tez bir zamanda uğur qazanmaq üçün tanrıçalara sitayiş edirlər. Onlar bunu əldə etsələr də, bilmirlər ki, bu cür əldə edilmiş nəticələr müvəqqətidir və dərrakəsiz adamlar üçün təyin olunmuşdur. Dərrakəli insan Krişna şüurunda olan adamdır və onun tez əldə edilən müvəqqəti mənfəətdən faydalanmaq üçün tanrıçalara sitayiş etməyə ehtiyacı yoxdur. Bu maddi dünyanın tanrıçaları və onların pərəstişkarları maddi dünya ilə birlikdə məhv olacaqlar. Tanrıçaların köməyi maddi və müvəqqətidir. Tanrıçalar və onların pərəstişkarları da daxil olmaqla maddi qalaktikalar və onların sakinləri kosmik okeanda, sadəcə olaraq, qabarcıqlardır. Bununla belə, bu dünyada insanlar maddi sərvət, ailə və əmlak kimi müvəqqəti şeylərin dəlisidirlər. Müvəqqəti nailiyyətlərdən ötrü insanlar tanrıçalara, yaxud cəmiyyətdəki qüdrətli şəxsiyyətlərə sitayiş edirlər. Əgər insan hər hansı rəhbərin köməyilə nazir vəzifəsi almışsa, bunu böyük xoşbəxtlik hesab edir. Beləliklə, onların hamısı müvəqqəti rifah naminə rəhbər şəxslərə, “böyük adamlara” sitayiş edir və doğrudan da istədiklərinə nail olurlar. Bu cür səfehləri Krişna şüuruna nail olub maddi həyatın çətinliklərindən birdəfəlik azad olmaq maraqlandırmır. Onlar hissi həzlərə can atır və bir qədər hissi həzz almaqdan ötrü tanrıçalar adlanan məhdud imkanlı canlı məxluqlara sitayişə qapılırlar. Bu beyt onu göstərir ki, Krişna şüuru insanları nadir hallarda maraqlandırır. Onlar maddi həzlə daha çox maraqlanır, buna görə də qüdrətli canlı məxluqlara sitayiş edirlər.

 

MƏTN 13

çatur-varnyam maya sriştam

quna-karma-vibhaqaşah

tasya kartaram api mam

viddhy akartaram avyayam

 

çatuh-varnyam – dörd silk; maya – Mənimlə; sriştam – yaradılmış; quna – keyfiyyətlər; karma – iş; vibhaqaşah – bölünmə nöqteyi-nəzərindən; tasya – bunun; kartaram – ata; api – hərçənd; mam – Mənə; viddhi – sən öyrənə bilərsən; akartaram – icraçı olmadan; avyayam – dəyişməz.

Maddi təbiətin üç qunasına və onlarla bağlı fəaliyyətə müvafiq olaraq, Mən cəmiyyətdə dörd silk yaratmışam. Bu sistemi Mən yaratsam da, sən bilməlisən ki, dəyişməz olduğuma görə Mən ona daxil deyiləm.

İZAHI: Tanrı hər şeyin yaradıcısıdır. O, hər şeyi törədir və saxlayır, dağıtdıqdan sonra isə hər şey Ona daxil olur. Buna görə də O, cəmiyyətdə dörd silkin yaradıcısıdır. Birinci silk xeyirxahlıq qunasında olan brahmana adlanan ən dərrakəli insanlara aiddir; ikincisi – inzibatçılar, yəni cəmiyyəti idarə edənlər, ehtiras qunasında olur və kşatriya adlanırlar. Ticarət adamları vaişya adlanırlar, onlar ehtiras və cəhalət qunasındadırlar. Şudralar, yəni fəhlələr isə maddi təbiətin cəhalət qunasındadırlar. Cəmiyyətdə dörd silk yaratdığına baxmayaraq, Tanrı Krişna onların heç birinə aid deyil, çünki O, cəmiyyəti əmələ gətirən şərtləndirilmiş canlardan biri deyil. İnsan cəmiyyəti heyvan toplusundan bir o qədər fərqlənmir, lakin onları heyvan səviyyəsindən qaldırmaq və Krişna şüuruna yönəltmək üçün Tanrı yuxarıda sadalanan silkləri yaratmışdır. İnsanın bu və ya digər işə meylli olması ona təsir edən maddi təbiət qunalarından asılıdır. Maddi təbiətin müxtəlif qunalarına müvafiq olan bu cür əlamətlər barədə bu kitabın on səkkizinci fəslində məlumat verilir. Lakin Krişna şüurunda olan insan hətta brahmanadan da üstündür. Brahmanalar Brahmanı – Ali Mütləq Həqiqəti dərk etməli olsalar da, onların əksəriyyəti Tanrı Krişnanın yalnız şəxssiz Brahman təzahürünə üz tuturlar. Brahman barədə məhdud biliyin hüdudlarını aşan insan isə Allahın Ali Şəxsiyyəti – Tanrı Şri Krişna barədə bilik əldə edərək Krişna şüuruna yiyələnir, yaxud başqa sözlə, vaişnava olur. Krişna şüuru Krişnanın müxtəlif tam ekspansiyaları – Rama, Nrisimha, Varaha və s. barədə biliyi özündə cəmləşdirir. Beləliklə, Krişna cəmiyyətin dörd silkə bölünməsinə münasibətdə transsendental olduğu kimi, Krişna şüurunda olan insan da cəmiyyətin icmalara, millətlərə və ya irqlərə bölünməsinə münasibətdə transsendentaldır.

 

MƏTN 14

na mam karmani limpanti

na me karma-phale spriha

iti mam yo ‘bhicanati

karmabhir na sa badhyate

 

na – heç vaxt; mam – Mənə; karmani – hər cür işlər; limpanti – təsir edir; na – yox; me – Mənim; karma-phale – həzgüdən fəaliyyətdə; spriha – can atma; iti – beləliklə; mam – Mənə; yah – o kəs ki; abhicanati – bilir; karmabhih – bu cür işin əks-təsirləri ilə; na – heç vaxt; sah – o; badhyate – dolaşır.

Elə bir fəaliyyət yoxdur ki, Mənə təsir etsin; Mən fəaliyyətdən mənfəət əldə etməyə can atmıram, Mənim haqqımda bu həqiqəti anlayan insan da fəaliyyətinin əks-təsirlərində dolaşmır.

İZAHI: Necə ki, bu maddi dünyanın əzəli qanunlarında hökmdarın yanılmaması və ya dövlət qanunlarının hökmdara aid olmaması mövcuddur, eləcə də, Tanrı maddi dünyanı yaratsa da, bu dünya ona təsir etmir. O, yaradır və yaratdığından kənarda durur. Canlı məxluqlar isə maddi ehtiyatlar üzərində hökmranlığa can atdıqlarına görə, maddi fəaliyyətin əks-təsirlərində dolaşırlar. İşçilərin düzgün, yaxud səhv hərəkətlərinə görə müəssisə rəhbəri deyil, işçilərin özləri cavabdehdirlər. Canlı məxluqlar hissi həzz məqsədilə müxtəlif işlərlə məşğuldurlar, lakin bu işləri Tanrı buyurmayıb. Canlı məxluqlar bu dünyada hissi həzz almaq üçün işləyir və ölümdən sonra səma xoşbəxtliyinə can atırlar. Tanrı Özü-Özlüyündə tam olduğu üçün bu cür saxta xoşbəxtlik Onu cəlb etmir. Səma tanrıçaları, sadəcə olaraq, Onun nökərləridir. Ağa heç vaxt nökərin arzuladığı aşağı qəbildən olan xoşbəxtliyə can atmır. Tanrı maddi fəaliyyətdən və onun əks-təsirlərindən kənardadır. Məsələn, yağış yağmasa, bitkilər boy ata bilməz, ancaq yağış yer üzündəki müxtəlif bitkilərə görə məsuliyyət daşımır. Veda smritisi bu həqiqəti aşağıdakı kimi təsdiq edir:

nimitta-matram evasau

sricyanam sarqa-karmani

pradhana-karani-bhuta

yato vai sricya-şaktayah

 

“Tanrı maddi yaradılışa yalnız ali səbəbdir. Bilavasitə səbəb isə maddi təbiətdir və məhz onun sayəsində kainat gözlə görünür.”

Yaradılmışlar içində tanrıçalar, insanlar və heyvanlar kimi bir çox müxtəlif məxluqlar mövcuddur; onların hamısı keçmiş yaxşı, yaxud pis əməllərinin əks-təsirlərinə məruzdurlar. Tanrı onlara yalnız bu cür işləri yerinə yetirmək üçün hərtərəfli imkanlar verir və onları təbiətin qunaları vasitəsilə nizamlayır; lakin O, heç vaxt onların keçmiş və indiki əməllərinə görə məsuliyyət daşımır. Vedanta-sutrada (2.1.34) deyilir: “vaişamya-nairqhrinye na sapekşatvat – Tanrı heç vaxt heç bir canlı məxluqa tərəfgirlik etmir.” Canlı məxluq tutduğu əməllərə görə özü məsuliyyət daşıyır. Tanrı, sadəcə olaraq, xarici enerji, yəni maddi təbiət vasitəsilə ona imkanlar verir. Karma, yaxud mənfəətpərəst fəaliyyət qanununun bütün incəliklərinə bələd olan insan fəaliyyətin əks-təsirlərinə məruz qalmır. Başqa sözlə, Tanrının transsendental təbiətini anlayan şəxs artıq Krişna şüurundadır və beləliklə o, heç vaxt karma qanununun təsiri altına düşmür. Tanrının transsendental təbiətindən xəbərsis olan və Onun adi canlı məxluq kimi mənfəətdən ötrü fəaliyyət göstərdiyini zənn edən insan hökmən fəaliyyətinin əks-təsirlərində dolaşıb qalır. Lakin Ali Həqiqəti dərk etmiş insan Krişna şüurunda mətinləşmiş qurtulmuş candır.

 

MƏTN 15

evam qyatva kritam karma

purvair api mumukşubhih

kuru karmaiva tasmat tvam

purvaih purvataram kritam

 

evam – beləliklə; qyatva – yaxşı bilərək; kritam – yerinə yetirilmişdi; karma – fəaliyyət; purvaih – keçmişdəki mötəbər şəxslər tərəfindən; api – həqiqətən; mumukşubhih – qurtuluşa nail olmuş; kuru – sadəcə yerinə yetir; karma – təyin olunmuş vəzifə; eva – əlbəttə; tasmat – buna görə; tvam – sən; purvaih – sələflər tərəfindən; purva-taram – qədim zamanlarda; kritam – yerinə yetirildiyi kimi.

Qədim zamanlarda bütün qurtulmuş canlar bu anlayışla hərəkət etmiş və qurtuluşa nail olmuşlar. Buna görə də sən onların yolu ilə gedərək öz borcunu bu ilahi şüurda yerinə yetirməlisən.

İZAHI: İnsanlar iki cür olur. Onlardan bəzilərinin qəlbi maddi çirkabla doludur, bəziləri isə maddiyyatdan azaddır. Krişna şüuru onların hər ikisi üçün eyni dərəcədə faydalıdır. Çirkabla dolu olan adam Krişna şüuru yoluna durub, sədaqətli xidmətin nizamlayıcı prinsiplərini yerinə yetirməklə tədricən təmizlənə bilər. Çirkabdan azad olanlar isə Krişna şüurunda öz fəaliyyətini davam etdirə bilərlər ki, başqaları onlardan nümunə götürsün və beləliklə faydalansınlar. Səfehlər və Krişna şüuruna yenicə müraciət edənlər çox vaxt Krişna şüuru barədə heç nə bilmədən fəaliyyətdən əl çəkmək istəyirlər. Arcunanın döyüş meydanını tərk etmək istəyini Tanrı bəyənmədi. Hər şeydən əvvəl insan necə hərəkət edəcəyini bilməlidir. Krişna şüurunda fəaliyyətdən yayınıb işsiz durmaq və bu yolu özününümayişə çevirmək Krişnaya həsr olunmuş fəaliyyətlə müqayisədə faydasızdır. Burada Arcunaya günəş tanrıçası Vivasvan kimi əvvəlki şagirdlərin izi ilə getmək, Krişna şüurunda fəaliyyət göstərmək tövsiyə edilir. Uca Tanrı Özünün və keçmişdə Krişna şüurunda fəaliyyət göstərmiş şəxslərin ötən fəaliyyətindən xəbərdardır. Buna gərə də O, günəş tanrıçasının bir neçə milyon il əvvəl Ondan öyrəndiyi fəaliyyəti Arcunaya tövsiyə edir. Burada Tanrı Krişnanın bu çür şagirdlərinin hamısı Onun təyin etdiyi vəzifələri yerinə yetirməklə məşğul olan qurtulmuş canlar adlandırılırlar.

 

MƏTN 16

kim karma kim akarmeti

kavayo ‘py atra mohitah

tat te karma pravakşyami

yac qyatva mokşyase ‘şubhat

 

kim – nədir; karma – fəaliyyət; kim – nədir; akarma – fəaliyyətsizlik; iti – beləliklə; kavayah – dərrakəli; api – həmçinin; atra – bu məsələdə; mohitah – çaşdırılmış; tat – o; te – sənə; karma – iş; pravakşyami – izah edəcəyəm; yat – hansı; qyatva – bilərək; mokşyase – sən qurtulacaqsan; aşubhat – bədbəxtliklərdən.

Hətta dərrakəli adam fəaliyyət və fəaliyyətsizliyin nə olduğunu müəyyən edərkən səhvə yol verir. İndi Mən yenə fəaliyyətin nə olduğunu izah edəcəyəm, bunu bildikdə, sən bütün bədbəxtliklərdən azad olacaqsan.

İZAHI: Krişna şüurunda fəaliyyət göstərərək əvvəlki həqiqi fədailərdən nümunə götürmək lazımdır. Bu, on beşinci beytdə tövsiyə edilir. Sonrakı beytdə izah edilir ki, nə üçün insan müstəqil hərəkət etməməlidir.

Krişna şüurunda fəaliyyət göstərmək üçün, bu fəslin əvvəlində izah edildiyi kimi, şagird ardıcıllığı silsiləsinə mənsub olan mötəbər şəxsin göstərişlərinə əməl etmək lazımdır. Krişna şüuru sistemi barədə ilk dəfə günəş tanrıçasına danışılmışdı; Günəş tanrıçası onu oğlu Manuya, Manu isə öz oğlu İkşvakuya izah etmişdi və beləliklə, bu bilik çox qədim zamanlardan bəri yer üzündə mövcuddur. Buna görə insan şagird ardıcıllığına mənsub olan mötəbər şəxslərin yolu ilə getməlidir. Əks təqdirdə, hətta ən dərrakəli adamlar belə, Krişna şüurunda təyin olunmuş fəaliyyəti səhv başa düşəcəklər. Buna görə də Uca Tanrı Arcunaya Krişna şüuru barədə bilavasitə nəsihət verməyi qərara aldı. Tanrıdan bilavasitə göstərişlər aldığı üçün Arcunanın yolu ilə gedən adam heç vaxt səhvə yol verməyəcək.

Deyilir ki, insan, sadəcə olaraq, qeyri-kamil təcrübi biliyin köməyilə dini qayda təyin edə bilməz. Əslində, dini prinsipləri yalnız Tanrının Özü verə bilər. Dharmam tu sakşad bhaqavat-pranitam (ŞB 6.3.19). Heç kəs qeyri kamil mühakimələrin köməyilə dini prinsiplər yarada bilməz. İnsan Brahma, Şiva, Narada, Manu, Kumaralar, Kapila, Prahlada, Bhişma, Şukadeva Qosvami, Yamaraca, Canaka və Bali Maharaca kimi mötəbər şəxslərin yolu ilə getməlidir. Mücərrəd mühakimələrin köməyilə dinin, yaxud özünügerçəkləşdirmənin nə olduğunu müəyyən etmək olmaz. Buna görə də Tanrı Öz fədailərinə səbəbsiz mərhəmət göstərərək, Arcunaya fəaliyyət və fəaliyyətsizliyin nə olduğunu bilavasitə izah etdi. Yalnız Krişna şüurunda yerinə yetirilən fəaliyyət insanı maddi həyat əsarətindən qurtara bilər.

 

MƏTN 17

karmano hy api boddhavyam

boddhavyam ça vikarmanah

akarmanaş ça boddhavyam

qahana karmano qatih

 

karmanah – işdən; hi – əlbəttə; api – həm də; boddhavyam – başa düşməlidir; boddhavyam – başa düşməlidir; ça – həmçinin; vikarmanah – qadağan edilmiş işdən; akarmanah – fəaliyyətsizlikdən; ça – həmçinin; boddhavyam – başa düşməlidir; qahana – çox çətin; karmanah – işdən; qatih – giriş.

Fəaliyyətin incəliklərini anlamaq çox çətindir. Buna görə də insan fəaliyyət, qadağan edilmiş fəaliyyət və fəaliyyətsizliyin nə olduğunu yaxşı bilməlidir.

İZAHI: Əgər insan doğrudan da maddi əsarətdən qurtulmağa can atırsa o,  fəaliyyət, fəaliyyətsizlik və qadağan edilmiş fəaliyyət arasındakı fərqi başa düşməlidir. Fəaliyyət, əks-təsirlər və təhrif edilmiş fəaliyyətin təhlili zəruridir, çünki bu, çox mürəkkəb mövzudur. Krişna şüurunu anlamaq və buna müvafiq surətdə hərəkət etmək üçün insan Tanrı ilə qarşılıqlı münasibətlər barədə öyrənməlidir; bunu öyrənmiş adam çox yaxşı bilir ki, hər bir canlı varlıq Tanrının əbədi xidmətçisidir və buna görə də Krişna şüurunda fəaliyyət göstərməlidir. Bhaqavad-gitanın məzmunu bizi bu nəticəyə gətirib çıxarır. Belə şüura zidd olan hər cür mülahizə və ya hərəkət vikarma, yəni qadağan edilmiş fəaliyyətdir. Bunu anlamaq üçün insan Krişna şüurunda olan mötəbər şəxslərlə ünsiyyət saxlamalı, bu sirri onlardan öyrənməlidir; bu proses Tanrının Özünü dinləmək qədər faydalıdır. Əks-təqdirdə, hətta ən dərrakəli adam belə səhvə yol verəcək.

 

MƏTN 18

karmany akarma yah paşyed

akarmani ça karma yah

sa buddhiman manuşyeşu

sa yuktah kritsna-karma-krit

 

karmani – fəaliyyətdə; akarma – fəaliyyətsizlik; yah – o şəxs ki; paşyet – müşahidə edir; akarmani – fəaliyyətsizlikdə; ça – həm də; karma – həzgüdən fəaliyyət; yah – o kəs ki; sah – o; buddhi-man – dərrakəli; manuşyeşu – cəmiyyətdə; sah – o; yuktah – transsendental mövqedədir; kritsna-karma-krit – müxtəlif işlərlə məşğul olsa da.

Fəaliyyətdə fəaliyyətsizlik, fəaliyyətsizlikdə fəaliyyət görən şəxs dərrakəli insandır və müxtəlif işlərlə məşğul olsa da, o, transsendental mövqedədir.

İZAHI: Krişna şüurunda fəaliyyət göstərən insan karma əsarətindən təbii olaraq azad olur. O, bütün işlərini Krişnaya həsr edir; buna görə də o, gördüyü işin nəticələrindən nə həzz alır, nə də iztirab çəkir. O, dərrakəli insandır; müxtəlif işlər görsə də, bunu Krişna üçün edir. Akarma əks-təsiri olmayan iş deməkdir. İmpersonalist fəaliyyətinin nəticələrinin özünügerçəkləşdirmə yolunda ona maneə olacağından qorxduğu üçün hər cür fəaliyyətə son qoyur. Personalist isə öz həqiqi mövqeyinin Allahın Ali Şəxsiyyətinin əbədi xidmətçisi olduğunu bildiyi üçün Krişna şüurunda fəaliyyət göstərir. Hər şeyi Krişna üçün etdiyinə görə o, sədaqətli xidmət göstərərək, transsendental xoşbəxtlik içində həzz alır. Məlumdur ki, bu yolla gedənlər şəxsi hissi həzz arzulamırlar. İnsan Krişnanın əbədi xidmətçisi olduğunu dərk etdikdə, fəaliyyətinin bütün əks-təsirlərindən azad olur.

 

MƏTN 19

yasya sarve samarambhah

kama-sankalpa-varcitah

qyanaqni-daqdha-karmanam

tam ahuh panditam budhah

 

yasya – kim ki; sarve – hər cür; samarambhah – cəhdlər; kama – hissi həzz arzularına əsaslanan; sankalpa – qətiyyət; varcitah – məhrum olmuşlar; qyana – kamil bilikdən; aqni – odla; daqdha – yandırılmışdır; karmanam – iş; tam – ona; ahuh – elan etmək; panditam – alim; budhah – bilənlər.

Hər bir təşəbbüsü hissi həzz arzusundan azad olan insan tam bilik sahibi hesab edilir. Müdriklər deyirlər ki, onun fəaliyyətinin əks-təsirləri kamil bilik odu ilə yandırılmışdır.

İZAHI: Yalnız tam bilik sahibi olan insan Krişna şüurunda olan şəxsin hərəkətlərini başa düşə bilər. Krişna şüurunda olan şəxs hər cür hissi həzz istəklərindən azaddır; başa düşmək lazımdır ki, o, əzəli mövqeyinin Allahın Ali Şəxsiyyətinin xidmətçisi olması barədə kamil biliyə yiyələndiyi üçün öz fəaliyyətinin əks-təsirini yandırmışdır. Bu cür kamil biliyə malik insan həqiqətən alimdir. Tanrıya əbədi xidmət barədə bu biliyi oda bənzətmək olar. Bir dəfə alışdırılmış belə od fəaliyyətin bütün əks-təsirlərini yandıra bilər.

 

MƏTN 20

tyaktva karma-phalasanqam

nitya-tripto niraşrayah

karmany abhipravritto ‘pi

naiva kinçit karoti sah

 

tyaktva – imtina edib; karma-phala-asanqam – fəaliyyətin nəticələrinə bağlılıq; nitya – həmişə; triptah – razı salınaraq; niraşrayah – heç bir sığınacağı olmadan; karmani – fəaliyyətdə; abhipravrittah – tamamilə məşğul olaraq; api – baxmayaraq ki; na – deyil; eva – əlbəttə; kinçit – nə isə; karoti – etmək; sah – o.

Fəaliyyətinin nəticələrinə bağlılıqdan imtina etmiş şəxs həmişə məmnundur və heç nədən asılı deyil, o müxtəlif işlər görsə də, mənfəətpərəst fəaliyyətdən uzaqdır.

İZAHI: Yalnız Krişna şüurunda olan və hər bir işi Krişna üçün görən insan fəaliyyətin əsarətindən bu cür azad ola bilər. Krişna şüurunda olan insanın fəaliyyəti Allahın Ali Şəxsiyyətinə məhəbbətdən doğur və buna görə də fəaliyyətinin nəticələri onu cəlb etmir. Hər cəhətdən Krişnaya güvəndiyinə görə o, hətta öz güzəranı barədə də düşünmür. O, hər hansı bir şeyi əldə etməyə və artıq ona məxsus olan şeyləri qorumağa can atmır. O, öz vəzifəsini bacardığı qədər yaxşı yerinə yetirir və hər cəhətdən Krişnaya güvənir. Bağlılığı olmayan bu cür insan həyata keçirdiyi fəaliyyətin yaxşı və pis əks-təsirlərindən həmişə azaddır; sanki, o heç nə etmir. Bu, akarmanın, yəni əks-təsirləri olmayan fəaliyyətin əlamətidir. Ona görə də Krişna şüurunda olmayan adamın gördüyü hər bir iş icraçını dolaşdırır və yuxarıda izah edildiyi kimi, bu, vikarma əlamətidir.

 

MƏTN 21

niraşir yata-çittatma

tyakta-sarva-pariqrahah

şariram kevalam karma

kurvan napnoti kilbişam

 

niraşih – nəticə gözləmədən; yata – nəzarət edilən; çitta-atma – ağıl və dərrakə; tyakta – imtina edərək; sarva – bütün; pariqrahah – əmlak üzərində sahiblik iddiası; şariram – bədən və canı bir yerdə saxlayaraq; kevalam – yalnız; karma – iş; kurvan – edərək; na – heç vaxt; apnoti – qazanmır; kilbişam – günah əməllərin əks-təsirləri.

Bu cür bilikli insan ağlını və dərrakəsini tam nəzarət altında saxlayaraq hərəkət edir, əmlakı üzərində sahiblik iddiasından əl çəkir və yalnız həyatı üçün zəruri olan şeylərdən ötrü işləyir. Belə fəaliyyət göstərərək o, günaha batmır.

İZAHI: Krişna şüurunda olan insan öz fəaliyyətindən yaxşı və ya pis nəticə gözləmir. O, ağlına və dərrakəsinə tamamilə nəzarət edir. O, Uca Tanrının ayrılmaz hissəciyi olduğunu bilir və tamın hissəciyi kimi, oynadığı rolun öz fəaliyyəti olmadığını, Tanrının bu fəaliyyəti onun vasitəsilə həyata keçirdiyini anlayır. Əl öz-özünə deyil, bütün bədənin amalına müvafiq hərəkət edir. Krişna şüurunda olan şəxs həyatını həmişə ən yüksək amalla uzlaşdırır, çünki o özü üçün hissi həzz arzulamır. O, eynilə maşın hissəsi kimi hərəkət edir. Maşın hissəsini işlək halda saxlamaq üçün onu yağlamaq və təmizləmək lazım gəldiyi kimi, eləcə də Krişna şüurunda olan şəxs Tanrıya məhəbbətlə xidmət etmək üçün işləyərək, özünü saxlayır. Buna görə də o, fəaliyyətinin bütün əks-təsirlərindən azaddır. Heyvanın bədəni özünə deyil, sahibinə məxsus olduğu kimi, o da öz bədəninin sahibi deyil. Bəzən amansız sahibkar ona məxsus olan heyvanı öldürsə də, heyvan etiraz etmir. Onun heç həqiqi azadlığı da yoxdur. Krişna şüurunda olan insan bütünlüklə özünügerçəkləşdirmə ilə məşğul olduğuna görə onun hər hansı maddi obyektə sahib olmaq barədə düşünməyə vaxtı yoxdur. Bədənini və canını saxlamaq üçün onun əyri yollarla pul qazanmağa ehtiyacı yoxdur. Buna görə də o, bu cür maddi günahlara batmır. O, fəaliyyətinin bütün əks-təsirlərindən azaddır.

 

MƏTN 22

yadriççha-labha-santuşto

dvandvatito vimatsarah

samah siddhav asiddhau ça

kritvapi na nibadhyate

 

yadriççha – öz-özünə; labha – qazanc; santuştah – kifayətlənən; dvandva – əkslik; atitah – üstün gəlmiş; vimatsarah – paxıllıqdan azad; samah – möhkəm; siddhau – uğurda; asiddhau – və uğursuzluqda; ça – həmçinin; kritva – edərək; api – hərçənd; na – heç vaxt; nibadhyate – təsir altına düşür.

Öz-özünə əldə edilən gəlirlə kifayətlənən, əksliklərdən azad olan və heç kimə paxıllıq etməyən, uğurda və uğursuzluqda möhkəm olan insan fəaliyyətdə olsa da, heç vaxt dolaşmır.

İZAHI: Krişna şüurunda olan şəxs hətta bədənini saxlamaq üçün də, həddən artıq səy göstərmir. O, öz-özünə əldə edilən gəlirlə kifayətlənir. O, dilənçilik etmir, heç kimdən borc almır, vicdanla işləyir və halal zəhmətlə əldə etdiyi gəlirlə kifayətlənir. Buna görə də o, həyat vəsaiti sarıdan heç kimdən asılı deyil. O, heç vaxt imkan vermir ki, kiməsə göstərdiyi xidmət onun Krişna şüurunda göstərdiyi xidmətə mane olsun. Lakin Tanrıya xidmət etmək üçün o, hər cür işdə iştirak edə bilər və bu zaman maddi dünyanın əkslikləri onu narahat etməz. Maddi dünyanın əkslikləri isti və soyuq, iztirab və xoşbəxtlik kimi təzahür edir. Krişna şüurunda olan insan əksliklərdən üstündür, çünki o, Krişnanı razı salmaq üçün tərəddüd etmədən, hər çür imkandan istifadə edir. Buna görə də o, uğurda və uğursuzluqda möhkəmdir. Bu əlamətlər transsendental biliyi olan insanda üzə çıxır.

 

MƏTN 23

qata-sanqasya muktasya

qyanavasthita-çetasah

yaqyayaçaratah karma

samaqram praviliyate

 

qata-sanqasya – maddi təbiətin qunalarına bağlı olmayan insan; muktasya – qurtuluş; qyana-avasthita – transsendental biliyi olan; çetasah – müdrikliyi; yaqyaya – Yaqya (Krişna) naminə; açaratah – hərəkət edərək; karma – iş; samaqram – tamamilə; praviliyate – qovuşur.

Maddi təbiətin qunalarına bağlı olmayan, transsendental biliyə yiyələnmiş insanın fəaliyyəti tamamilə transsendental olur.

İZAHI: Bütünlüklə Krişna şüurunda olan insan bütün əksliklərdən azad olur və beləliklə, maddi qunaların çirkabından qurtulur. Krişna ilə qarşılıqlı münasibətlərdə həqiqi mövqeyini anladığına görə o, qurtula bilər və nəticədə, onun ağlı Krişna şüurundan sapındırıla bilməz. Beləliklə, o, gördüyü bütün işləri əzəli Vişnu – Krişna üçün edir. Qurbanların məqsədi Ali Şəxsiyyət Vişnunu, yəni Krişnanı, razı salmaq olduğu üçün, o, bütün fəaliyyətini qurban kimi həyata keçirir. Onun belə fəaliyyətinin əks-təsirləri transsendentdə həll olur və o, maddi əks-təsirlərə məruz qalmır.

 

MƏTN 24

brahmarpanam brahma havir

brahmaqnau brahmana hutam

brahmaiva tena qantavyam

brahma-karma-samadhina

 

brahma – təbiətcə ruhi; arpanam – əmanət; brahma – Tanrı; havih – yağ; brahma – ruhi; aqnau – qurban odunda; brahmana – ruhi can; hutam – təklif edilmiş; brahma – ruhi məskən; eva – əlbəttə; tena – onunla; qantavyam – əldə edilmiş; brahma – ruhi; karma – fəaliyyətdə; samadhina – tam qapılma.

Bütünlüklə Krişna şüuruna qapılmış insan hökmən ruhi məskənə çatır, çünki o özünü tamamilə ruhi fəaliyyətə həsr edir. Bu cür fəaliyyətdə qurban odu da, təklif edilən şey də eyni ruhi təbiətlidir.

İZAHI: Burada Krişna şüurunda həyata keçirilən fəaliyyət nəticəsində, insanın ruhi məqsədə nail olması təsvir edilir. Krişna şüurunda müxtəlif fəaliyyət növləri vardır və onlar sonrakı beytlərdə təsvir ediləcəkdir. Burada isə Krişna şüurunun əsas prinsipi təsvir olunmuşdur. Maddi çirkab girdabında olan şərtləndirilmiş can maddi mühitdə fəaliyyət göstərməyə məcburdur, bununla belə o, bu mühiti tərk etməlidir. Şərtləndirilmiş canın maddi aləmdən yaxa qurtarması üçün yeganə proses – Krişna şüuru prosesidir. Süd məhsullarından həddən artıq istifadə etdiyinə görə bağırsaq xəstəliyinə tutulmuş xəstə digər süd məhsulunun – kəsmiyin köməyilə sağaldıla bilər. Maddiyyata qapılmış şərtləndirilmiş can da, Gitada deyildiyi kimi, Krişna şüurunun köməyilə sağaldıla bilər. Bu proses, adətən, yaqya (Vişnunu, yəni Krişnanı razı salmaq üçün icra edilən qurbanlar) adlandırılır. Maddi dünyada Krişna şüurunda, yaxud təkcə Vişnu naminə nə qədər çox iş görülürsə, mühit bir o qədər ruhiləşir. Brahma (Brahman) sözü “ruhi” deməkdir. Tanrı ruhidir və Onun transsendental bədəninin şəfəqi brahmacyoti (ruhi nur) adlanır. Mövcud olan nə varsa, brahmacyotidə yerləşir, lakin bu cyoti illuziya (maya) ilə, yaxud hissi həzlə örtüldükdə o, materiya adlanır. Bu maddi örtüyü Krişna şüurunun köməyilə dərhal aradan qaldırmaq olar; beləliklə, Krişna şüuru naminə təklif edilən şey, təklif edilən şeyin qəbuledicisi, yaxud istehlakçısı, istehlak prosesi, təklif edən şəxs və nəticə – hamısı birlikdə Brahman, yaxud Mütləq Həqiqətdir. Maya ilə örtülmüş Mütləq Həqiqət materiya adlanır. Mütləq Həqiqətlə əlaqələndirildikdə materiya ruhi keyfiyyətlərini bərpa edir. Krişna şüuru illüzor şüuru Brahmana, yaxud Aliyə çevirən prosesdir. Deyilir ki, ağıl bütünlüklə Krişna şüuruna qapıldıqda, o, samadhi, yaxud trans halında olur. Bu cür transsendental halda görülən hər bir iş Mütləq üçün yaqya (qurban) adlanır. Şüurun bu ruhi halında ianəçi, ianə, istehlak, icraçı, yaxud icraya rəhbərlik edən, nəticə, yaxud son məqsəd – hər şey Mütləqdə, Ali Brahmanda vahidləşir. Bu, Krişna şüuru prosesidir.

 

MƏTN 25

daivam evapare yaqyam

yoqinah paryupasate

brahmaqnav apare yaqyam

yaqyenaivopacuhvati

 

daivam – tanrıçalara sitayiş; eva – buna bənzər; apare – başqaları; yaqyam – qurbanlar; yoqinah – mistiklər; paryupasate – kamil sitayiş; brahma – Mütləq Həqiqət; aqnau – odda; apare – başqaları; yaqyam – qurban; yaqyena – qurban etməklə; eva – belə; upacuhvati – təklif etmək.

Bəzi yoqilər müxtəlif qurbanlar icra etməklə tanrıçalara mükəmməl surətdə sitayiş edirlər, bəziləri isə qurbanları Ali Brahman oduna təklif edirlər.

İZAHI: Yuxarıda deyildiyi kimi, vəzifələrini Krişna şüurunda yerinə yetirən insan kamil yoqi, yaxud mükəmməl mistikdir. Lakin elələri də vardır ki, tanrıçalara sitayiş edərək qurbanlar icra edirlər, bir başqaları isə Tanrının impersonal aspekti olan Ali Brahmana qurban gətirirlər. Beləliklə, müxtəlif kateqoriyalara aid olan müxtəlif qurbanlar mövcuddur. Müxtəlif tip adamların icra etdiyi müxtəlif kateqoriyalı bu qurbanlar bir-birindən yalnız zahirən fərqlənir. Əslində, qurbanlar həm də Yaqya adıyla tanınan Uca Tanrı Vişnunu razı salmaqdan ötrüdür. Bütün qurbanları iki əsas qrupa bölmək olar: maddi əmlakın qurban gətirilməsi və transsendental bilik əldə etmək üçün icra edilən qurbanlar. Krişna şüurunda olanlar Uca Tanrını razı salmaq üçün bütün maddi əmlaklarını qurban verirlər, ancaq müvəqqəti maddi xoşbəxtlik arzulayanlar, maddi əmlaklarını İndra, Günəş və s. kimi tanrıçaları razı salmaq üçün qurban verirlər. İmpersonalistlər isə şəxssiz Brahmanla vahidləşmək üçün öz fərdiyyətlərini qurban gətirirlər. Tanrıçalar qüdrətli canlı məxluqlardır və onlar kainatın qızdırılması, suvarılması, işıqlandırılması kimi maddi işlərə nəzarət etmək üçün Tanrı tərəfindən təyin olunmuşlar. Maddi mənfəətlə maraqlananlar Veda mərasimlərinə müvafiq müxtəlif qurbanlar verərək, tanrıçalara sitayiş edirlər. Onlar bahv-işvara-vadi, yəni çoxallahlılar adlandırılırlar. Başqaları isə Mütləq Həqiqətin şəxssiz aspektinə sitayiş edir, tanrıçaların müvəqqəti olduğunu bilirlər; onlar öz fərdiyyətlərini ali oda qurban verir və beləliklə, Tanrının mövcudiyyəti ilə vahidləşməklə fərdi mövcudluqlarına son qoyurlar. Bu cür impersonallistlər Tanrının transsendental təbiətini dərk etmək üçün vaxtlarını fəlsəfi mühakimələrə sərf edirlər. Başqa sözlə, bəhrəgüdən fəaliyyətlə məşğul olan insan maddi əmlakını maddi həzz əldə etmək üçün qurban edir, impersonalistlər isə Tanrının mövcudiyyəti ilə vahidləşmək üçün maddi fərdiyyətlərini qurban verirlər. İmpersonalist üçün Ali Brahman qurbangah, o özü isə Brahman odunun udduğu qurbandır. Arcuna kimi Krişna şüurunda olan şəxs hər şeyi Krişnanı razı salmaq üçün qurban verir; nəticədə onun həm maddi əmlakı, həm də özü Krişnaya qurban edilir. Beləliklə, o, kamil yoqidir; eyni zamanda, o, fərdiyyətini itirmir.

 

MƏTN 26

şrotradinindriyany anye

samyamaqnişu cuhvati

şabdadin vişayan anya

indriyaqnişu cuhvati

 

şrotra-adini – dinləmə prosesi; indriyani – hisslər; anye – başqaları; samyama – qabağını almaq; aqnişu – odda; cuhvati – təklif edirlər; şabda-adin – səs vibrasiyası və s.; vişayan – hissi həzz obyektləri; anye – başqaları; indriya – hiss üzvləri; aqnişu – odda; cuhvati – qurban edirlər.

Bəziləri [əsl brahmaçarilər] dinləmə prosesini və hisslərini ağla nəzarət odunda qurban edirlər, başqaları isə [nizamlayıcı prinsiplərə riayət edən ailə başçıları] hiss obyektlərini hisslərin oduna qurban edirlər.

İZAHI: Cəmiyyətin dörd bölməsinin üzvləri – brahmaçari, qrihastha, vanaprastha və sannyasilər kamil yoqi, yaxud transsendentalist olmaq üçün təyin edilmişlər. İnsan ömrü heyvan kimi hissi həzlə məşğul olmaq üçün nəzərdə tutulmadığına görə, bu dörd həyat tərzi elə qurulmuşdur ki, insan ruhi həyatda kamilliyə çata bilsin. Brahmaçarilər, yəni şagirdlər, həqiqi ruhani ustadın rəhbərliyi altında hissi həzlərdən əl çəkərək, ağıllarına nəzarət edirlər. Brahmaçarilər, yalnız Krişna şüuru barədə söhbətləri dinləyirlər; dinləmə dərketmə üçün əsas şərt olduğuna görə, pak brahmaçarilər harer namanukirtanam – Tanrının şəninə edilən söhbətləri dinləmək və onları tərənnüm etməklə məşğuldurlar. Onlar özlərini maddi səsləri eşitməkdən çəkindirir, Hare Krişna, Hare Krişna transsendental səs vibrasiyasını dinləməklə məşğul olurlar. Eləcə də, bir qədər hissi həzz almaq hüquqları olan ailə başçıları bu imkandan böyük ehtiyatla istifadə edirlər. Cinsi əlaqə, bihuşedici maddələrin qəbulu, ət yemək cəmiyyətin əsas meylləridir, lakin nizamlayıcı prinsiplərə riayət edən ailə başçıları qeyri-məhdud cinsi əlaqəyə və hissi həzlərə yol vermirlər. Ona görə də bütün mədəni cəmiyyətlərdə dini prinsiplərə əsaslanan nigah mövcuddur, çünki bu, cinsi əlaqəni məhdudlaşdırma yoludur. Bu cür məhdudlandırılmış, bağlılıqsız cinsi əlaqə də yoqanın bir növüdür, çünki ruhi prinsiplərə riayət edən ailə başçısı əsas hissi həzz meylini daha yüksək – ruhi həyat naminə qurban verir.

 

MƏTN 27

sarvanindriya-karmani

prana-karmani çapare

atma-samyama-yoqaqnau

cuhvati qyana-dipite

 

sarvani – hamısı; indriya – hisslər; karmani – fəaliyyəti; prana-karmani – həyat havasının fəaliyyəti; ça – həmçinin; apare – başqaları; atma-samyama – ağıla nəzarət; yoqa – birləşdirən proses; aqnau – odda; cuhvati – təklif edirlər; qyana-dipite – özünügerçəkləşməyə can atdığına görə.

Ağla və hisslərə nəzarət etməklə özünü dərk etmək istəyənlər bütün hisslərin fəaliyyətini və həyat havasını nəzarət edilən ağlın odunda qurban verirlər.

İZAHI: Burada Patancalinin təqdim etdiyi yoqa sistemi xatırladılır. Patancalinin Yoqa-sutrasında can pratyaq-atmaparaq-atma adlanır. Nə qədər ki, can hissi həzlərə bağlıdır, o, paraq-atma adlanır, lakin bu cür hissi həzlərdən imtina etdiyi andan ona pratyaq-atma deyirlər. Can bədəndə hərəkət edən on növ hava axınının təsiri altındadır və bu, nəfəs sistemi vasitəsilə dərk edilir. Patancalinin yoqa sistemi canı maddi bağlılıqlardan təmizləmək üçün bədəndəki hava axınlarına texniki üsulla nəzarət edərək, onların fəaliyyətinə münasib istiqamət verməyi öyrədir. Bu yoqa sisteminin son məqsədi pratyaq-atma olmaqdır. Pratyaq-atma maddi fəaliyyətdən azaddır. Hisslər hiss obyektləri ilə qarşılıqlı əlaqədədir; qulaqlar eşitmək, gözlər görmək, burun iyləmək, dil dad bilmək, əl isə toxunmaq üçündür. Beləliklə, onların hamısı canın xaricində fəaliyyət göstərir. Bu, prana-vayu fəaliyyəti adlanır. Apana-vayu aşağıya doğru hərəkət edir, vyana-vayu büzüşmə və genişlənmə funksiyasını yerinə yetirir, samana-vayu tarazlıq yaradır, udana-vayu yuxarıya doğru hərəkət edir və insan biliyə yiyələndikdə, bütün bunlardan özünügerçəkləşdirmək üçün istifadə edir.

 

MƏTN 28

dravya-yaqyas tapo-yaqya

yoqa-yaqyas tathapare

svadhyaya-qyana-yaqyaş ça

yatayah samşita-vratah

 

dravya-yaqyah – əmlakı qurban edərək; tapah-yaqyah – zahidlik vasitəsilə qurban vermək; yoqa-yaqyah – səkkiz pilləli mistisizm vasitəsilə qurban gətirmək; tatha – belə; apare – başqaları; svadhyaya – Vedaları öyrənmək vasitəsilə qurban vermək; qyana-yaqyah – transsendental biliyə yiyələnmək vasitəsilə qurban vermək; ça – həmçinin; yatayah – nurlanmış; samşita-vratah – sərt vədlər verib.

Sərt vədlər verərək bir çoxları əmlakını qurban gətirməklə, bəziləri zahidlik etməklə, başqaları isə səkkizpilləli mistik yoqa ilə məşğul olmaqla, yaxud transsendental biliyə yiyələnmək üçün Vedaları öyrənməklə nurlanırlar.

İZAHI: Bu qurbanlar  cürbəcür ola bilər. Bəzi adamlar xeyriyyəçilik edərək əmlaklarını qurban verirlər. Hindistanda varlı tacirlər və tanınmış şəxslər dharma-şala, anna-kşetra, atithi-şala, anathalaya və vidya-pitha kimi müxtəlif xeyriyyə müəssisələri açırlar. Digər ölkələrdə də çoxlu xəstəxanalar, qocalar evi və yoxsulların pulsuz yemək, təhsil və tibbi yardım alması üçün nəzərdə tutulmuş xeyriyyə müəssisələri vardır. Bütün bu xeyriyyəçilik fəaliyyəti dravyamaya-yaqya adlanır. Bəzi adamlar həyatda irəli getmək məqsədilə, yaxud kainatın yüksək planetlərinə qalxmaq üçün könüllü surətdə çandrayanaçaturmasya kimi bir çox zahidliklər icra edirlər. Bu proseslər müəyyən sərt qaydalar üzrə həyata keçirilir və bu zaman ağır zahidanə vədlər verilir. Məsələn, çaturmasya vədi vermiş şagird dörd ay (iyuldan oktyabradək) müddətində üzünü qırxmır, müəyyən ərzaqları yemir, gündə bir dəfə qida qəbul edir və evdən bayıra çıxmır. Həyat rahatlığının bu cür qurban gətirilməsi tapomaya-yaqya adlanır. Bəziləri Patancali sistemi (Mütləqlə vahidləşmək üçün), hatha-yoqa, yaxud aştanqa-yoqa (müəyyən məziyyətlər qazanmaq üçün) kimi müxtəlif mistik yoqa növləri ilə məşğul olurlar. Digərləri isə bütün müqəddəs ziyarətgahları gəzirlər. Bütün bu hərəkətlər yoqa-yaqya – maddi dünyada müəyyən məziyyətlər əldə etmək üçün icra olunan qurbanlardır. Elələri də vardır ki, Veda ədəbiyyatını, xüsusilə, Upanişadları və Vedanta-sutranı, yaxud Sankhya fəlsəfəsini öyrənməklə məşğul olurlar. Bu, svadhyaya-yaqya, yəni bilik alma vasitəsilə qurban vermə adlanır. Bu yoqilərin hamısı inamla müxtəlif qurbanlar icra edərək, həyatda yüksək mövqe tutmağa can atırlar. Lakin Krişna şüurunda həyata keçirilən fəaliyyət, Tanrıya birbaşa xidmət olduğu üçün, onların fəaliyyətindən fərqlənir. Krişna şüurunu yuxarıda adları çəkilən qurbanların hər hansı birinin vasitəsilə deyil, yalnız Tanrının və Onun mötəbər fədailərinin mərhəməti ilə əldə etmək olar. Buna görə də Krişna şüuru transsendentaldır.

 

MƏTN 29

apane cuhvati pranam

prane ‘panam tathapare

pranapana-qati ruddhva

pranayama-parayanah

apare niyataharah

pranan praneşu cuhvati

 

apane – aşağı gedən havada; cuhvati – təklif edirlər; pranam – xaric olan hava; prane – xaric olan havada; apanam – aşağı doğru gedən hava; tatha – kimi; apare – başqaları; prana – xaric olan hava; apana – aşağı gedən hava; qati – hərəkət; ruddhva – dayandıraraq; prana-ayama – nəfəsin tamamilə dayandırılması nəticəsində əldə edilən trans; parayanah – meylli; apare – başqaları; niyata – nəzarət edərək; aharah – yemək; pranan – xaric olan hava; praneşu – xaric olan havada; cuhvati – qurban icrası.

Başqaları trans halına çatmaq üçün nəfəsin dayandırılması prosesinə meyl edirlər. Onlar nəfəs verməni nəfəs almaya keçiddə, nəfəs almanı nəfəs verməyə keçiddə dayandırır və nəticədə, nəfəsi tamamilə dayandıraraq, trans halına çatırlar. Onlardan bəziləri yeməyi azaldaraq, nəfəsi ilə çıxan havanı özünə qurban edirlər.

İZAHI: Nəfəs prosesinə nəzarət edən yoqa sistemi pranayama adlanır ki, bu da əvvəlcə hatha-yoqa sistemində müxtəlif pozalarda həyata keçirilir. Bu proseslərin hamısı hisslərə nəzarət etmək və ruhi dərketmə yolunda inkişaf etmək üçündür. Bu praktika zamanı insan bədəndəki müxtəlif hava axınlarının istiqamətini dəyişmək üçün onlara nəzarət edir. Apana havası aşağıya, prana havası isə yuxarıya doğru hərəkət edir. Hava axınları puraka, yəni tarazlıq halına gələnədək pranayama-yoqa ilə məşğul olan insan ruhi gerçəkləşmə yolunda kamilləşmək üçün ömrünü uzada bilər. Dərrakəli yoqilər sonrakı həyatı gözləmədən hazırkı həyatda kamilliyə çatmağa can atırlar. Kumbhaka-yoqa ilə məşğul olan yoqilər ömürlərini uzadaraq, uzun illər boyu yaşayırlar. Lakin Krişna şüurunda insan daim Tanrıya transsendental məhəbbətlə xidmət edərək, avtomatik olaraq hisslərinə nəzarət edir. Onun hissləri həmişə Krişnaya xidmətlə məşğul olduğu üçün, başqa şeylə məşğul olmağa imkanı yoxdur. Buna görə də o, ömrünün axırında, təbii ki, Tanrı Krişnanın transsendental məskəninə çatır; bu səbəbdən də o, ömrünü uzatmağa çalışmır. Bhaqavad-gitada (14.26) təsvir edildiyi kimi, o, dərhal qurtuluş səviyyəsinə yüksəlir.

mam ça yo ‘vyabhiçarena

bhakti-yoqena sevate

sa qunan samatityaitan

brahma-bhuyaya kalpate

 

“Tanrıya saf sədaqətlə xidmət edən insan maddi təbiət qunalarının təsiri altından çıxır və dərhal ruhi səviyyəyə yüksəlir.”

Krişna şüurunda olan şəxs birbaşa transsendental səviyyəyə qalxır və orada bərqərar olur. Buna görə də o, yoldan çıxmır, nəticədə, Tanrının məskəninə daxil olur. Əgər insan yalnız krişna-prasadam, yəni əvvəlcə Tanrıya təklif edilmiş qida yeyirsə, o, getdikcə yeməyini azaldır. Yeməyin azaldılması hisslərə nəzarət edilməsində çox böyük rol oynayır. Hisslərə nəzarət edilmədikdə isə, maddi dolaşıqlıqdan çıxmaq mümkün deyil.

 

MƏTN 30

sarve ‘py ete yaqya-vido

yaqya-kşapita-kalmaşah

yaqya-şiştamrita-bhuco

yanti brahma sanatanam

 

sarve – hamısı; api – zahirən fərqli olsa da; ete – bu; yaqya-vidah – qurban icrasının məqsədini bilən; yaqya-kşapita – bu cür işin nəticəsində təmizlənmiş; kalmaşah – günah əməllərinin əks-təsirləri; yaqya-şişta – bu cür yaqya icrasının nəticəsi; amrita-bhucah – bu cür nektarın dadını bilən; yanti – yaxınlaşır; brahma – ali; sanatanam – əbədi mühit.

Qurbanların mənasını dərk edən bu cür icraçıların hamısı günah əməllərin əks-təsirlərindən təmizlənir və qurbanların nəticələrinin cövhərini dadıb, əbədi mühitə nail olurlar.

İZAHI: Müxtəlif qurban növlərinin (şəxsi əmlakın qurban verilməsi, Vedaların, yaxud fəlsəfi nəzəriyyələrin öyrənilməsi və yoqa məşğələləri) yuxarıdakı izahından görürük ki, onların hamısının ümumi məqsədi hisslərə nəzarət etməkdir. Hissi həzz maddi həyatın əsas səbəbidir; buna görə də insan hissi həzdən aralanmadan tam bilik, tam həzz və tam həyatla dolu əbədi səviyyəyə yüksələ bilməz. Bu səviyyə əbədi mühitdə, yaxud Brahmanda yerləşir. Yuxarıda adları çəkilən qurbanlar insana maddi həyatdakı günah əməllərinin əks-təsirlərindən təmizlənməyə kömək edir. Bu cür inkişaf edərək o, nəinki bu həyatda xoşbəxt və zəngin olur, həm də, son nəticədə, Tanrının əbədi səltənətinə daxil olub, ya şəxssiz Brahmanla vahidləşir, ya da Allahın Ali Şəxsiyyəti Krişna ilə ünsiyyət əldə edir.

 

MƏTN 31

nayam loko ‘sty ayaqyasya

kuto ‘nyah kuru-sattama

 

na – heç vaxt; ayam – bu; lokah – planet; asti – mövcuddur; ayaqyasya – qurban verməyən üçün; kutah – haradadır; anyah – başqaları; kuru-sat-tama – ey Kuruların ən yaxşısı.

Ey Kuruların ən yaxşısı, insan qurban vermədən bu planetdə və bu həyatında heç vaxt xoşbəxt ola bilməz; belə olan halda onun sonrakı həyatı barədə nə demək olar?

İZAHI: İnsan maddi həyat formalarının hansında olursa-olsun, o, həmişə öz həqiqi mövqeyindən xəbərsizdir. Başqa sözlə, maddi dünyada olmağımızın səbəbi saysız-hesabsız günah əməllərimizin əks-təsirləridir. Cəhalət günah əməllərin, günah əməllər isə maddi mövcudiyyətin davam etdirilməsinin səbəbidir. İnsan həyatı bu dolaşıq vəziyyətdən çıxmaq üçün yeganə imkandır. Beləliklə, Vedalar din, iqtisadi inkişaf, nizamlanan hissi həzz və nəhayət, bu acınacaqlı vəziyyətdən tamamilə çıxmaq üçün yollar göstərərək bizə qurtulmaq imkanı verir. Yuxarıda məsləhət görülən din, yaxud müxtəlif qurban növləri bizim iqtisadi problemlərimizi öz-özünə həll edir. Yaqya icrası sayəsində biz hətta əhali artımı olduqda belə, kifayət qədər qida, süd və s. əldə edə bilərik. Bədən tamamilə təmin edildikdə, təbiidir ki, növbəti mərhələ hisslərin razı salınmasıdır. Ona görə də Vedalarda nizamlanan hissi həzz üçün müqəddəs nigah məsləhət görülür. Beləliklə, insan tədricən maddi qurtuluş səviyyəsinə yüksəlir. Azad həyatın ən kamil pilləsi isə Uca Tanrı ilə ünsiyyətdir. Yuxarıda deyildiyi kimi, kamillik yaqya (qurban) icra etməklə əldə edilir. Əgər insanın Vedalara müvafiq olaraq, yaqya icrasına meyli yoxdursa, o, istər bu bədəndə, istərsə də başqa planetdəki başqa bir bədəndə xoşbəxt olacağına necə ümid bəsləyə bilər? Müxtəlif səma planetlərində maddi rahatlıq şəraitləri müxtəlifdir və hər bir halda müxtəlif yaqyalar icrası ilə məşğul olan insanları hədsiz xoşbəxtlik gözləyir. Lakin insanın nail ola biləcəyi ən yüksək xoşbəxtlik Krişna şüuru vasitəsilə ruhi planetlərə çatmaqdır. Buna görə də Krişna şüuru bütün maddi həyat problemlərinin həllidir.

 

MƏTN 32

evam bahu-vidha yaqya

vitata brahmano mukhe

karma-can viddhi tan sarvan

evam qyatva vimokşyase

 

evam – beləliklə; bahu-vidhah – müxtəlif növ; yaqyah – qurbanların; vitatah – yayılmışlar; brahmanah – Vedaların; mukhe – ağızla; karma-can – fəaliyyətdən doğan; viddhi – bilməlisən; tan – onların; sarvan – hamısı; evam – beləliklə; qyatva – bilərək; vimokşyase – azad olunacaqsan.

Bu müxtəlif qurbanlar Vedalarda tövsiyə edilir və onların hər biri müəyyən fəaliyyət növündən törəyir. Onları bildikdə, sən qurtuluşa nail olacaqsan.

İZAHI: Yuxarıda izah edildiyi kimi, Vedalarda müxtəlif insanlar üçün müxtəlif qurbanlar nəzərdə tutulur. İnsanlar bədən konsepsiyasına həddən artıq  qapıldıqlarına görə, bu qurbanlar elə qurulmuşdur ki, insan onları bədəni, ağlı, yaxud da dərrakəsi ilə icra edə bilər. Ancaq onların hamısı, son nəticədə, bədəndən azad olmaq üçün tövsiyə edilmişdir. Tanrının Özü bunu deyir.

 

MƏTN 33

şreyan dravya-mayad yaqyac

qyana-yaqyah parantapa

sarvam karmakhilam partha

qyane parisamapyate

 

şreyan – daha çox; dravya-mayat – maddi əmlak; yaqyat – qurbanlardan; qyana-yaqyah – biliyi qurban gətirmək; parantapa – ey düşmənlərin qənimi; sarvam – hamısı; karma – fəaliyyət; akhilam – bütünlüklə; partha – ey Prithanın oğlu; qyane – bilikdə; parisamapyate – son.

Ey düşmənlərin qənimi, biliyi qurban etmək, maddi əmlakı qurban etməkdən daha yaxşıdır. Son nəticədə, ey Prithanın oğlu, bütün qurbanlar insanı transsendental biliyə gətirib çıxarır.

İZAHI: Bütün qurbanların məqsədi kamil bilik əldə etmək, sonra maddi iztirablardan azad olmaq və son nəticədə, Uca Tanrıya transsendental məhəbbətlə xidmət etməkdir (Krişna şüuru). Bununla belə, bu qurbanlarla əlaqədar müəyyən sirr vardır və onları bilmək lazımdır. Bəzən icraçının inamından asılı olaraq, qurbanlar müxtəlif şəkildə olur. Qurban icraçısının inamı transsendental bilik səviyyəsinə çatdıqda, o, belə biliyi olmadan maddi əmlakını qurban verən insanlardan daha irəli getmiş hesab edilir. Çünki biliyə yiyələnmədən icra olunan qurbanlar maddi səviyyədə qalır və ruhi fayda vermir. Krişna şüuru transsendental biliyin ən yüksək mərhələsi, həqiqi biliyin zirvəsidir. Biliyə yiyələnmədən qurban icra etmək, sadəcə olaraq, maddi fəaliyyətdir. Lakin, o, transsendental bilik səviyyəsində həyata keçirilirsə, bu, artıq ruhi səviyyədir. İcraçının şüurundan asılı olaraq, qurbanlar bəzən karma-kanda, bəhrəgüdən fəaliyyət, bəzən isə qyana-kanda, həqiqəti axtararkən biliyə yiyələnmə adlanır. Ən yaxşısı odur ki, son məqsəd biliyin əldə edilməsi olsun.

 

MƏTN 34

tad viddhi pranipatena

paripraşnena sevaya

upadekşyanti te qyanam

qyaninas tattva-darşinah

 

tat – müxtəlif qurbanlardan bəhs edən bu bilik; viddhi – anlamağa çalış; pranipatena – ruhani ustada müraciət etmək; paripraşnena – itaətlə soruşmaq; sevaya – xidmət göstərmək; upadekşyanti – həsr etmə; te – səni; qyanam – biliyə; qyaninah – özünü gerçəkləşdirmiş; tattva – həqiqəti; darşinah – görənlər.

Ruhani ustada yaxınlaş, həqiqəti bilməyə çalış. Ona itaətlə sual ver və xidmət et. Özünügerçəkləşdirmiş, həqiqəti görən can sənə bilik vermək iqtidarındadır.

İZAHI: Ruhi dərketmə yolu, şübhəsiz, çətindir. Buna görə də Tanrı bizə Onun Özündən başlayan şagird ardıcıllığına mənsub olan həqiqi ruhani ustada yaxınlaşmağı məsləhət görür. Bu cür şagird ardıcıllığına mənsub olmadan, heç kəs həqiqi ruhani ustad ola bilməz. Uca Tanrı əzəli ruhani ustaddır və şagird ardıcıllığına mənsub olan şəxs Tanrının sözlərini şagirdinə olduğu kimi ötürə bilər. Səfeh və yalançı adamlar kimi hərəkət edərək özündən proses uydurmaqla heç kəs ruhu dərk edə bilməz. Bhaqavatamda (6.3.19) deyilir: dharmam tu sakşad bhaqavat-pranitam – din yolu bilavasitə Tanrı tərəfindən verilir.” Buna görə də fəlsəfi mühakimələr, yaxud quru dəlillər insanı doğru yola çıxara bilməz. Müqəddəs kitabları müstəqil surətdə öyrənməklə də insan ruhi həyatda inkişaf edə bilməz. Bilik almaq üçün o, həqiqi ruhani ustada yaxınlaşmalıdır. İnsan bütünlüklə bu cür ruhani ustada sığınmalı və ona nökər kimi, təkəbbürsüz xidmət göstərməlidir. Özünügerçəkləşdirmiş ruhani ustadın razı salınması ruhi həyatda inkişafın sirridir. Soruşmaq və itaətkarlıq ruhu anlamaq üçün ən yaxşı keyfiyyətlərdir. İtaət etmədən və xidmət göstərmədən ruhani ustada sual verməyin nəticəsi olmayacaq. Ruhani ustad insanı sınaqdan keçirir və o, şagirdinin səmimi istəyini gördükdə, ona əsl ruhi dərketmə bəxş edir. Bu beytdə həm kor-koranə itaət, həm də mənasız suallar məzəmmət edilir. İnsan ruhani ustadı nəinki itaətlə dinləməli, eləcə də ona itaətlə xidmət edərək sual verib onu düzgün başa düşməyə çalışmalıdır. Həqiqi ruhani ustad təbiətcə şagirdinə çox mərhəmətlidir. Ona görə də şagird itaətkardırsa və daim xidmət göstərməyə hazırdırsa, sual və bilik mübadiləsi mükəmməl olur.

 

MƏTN 35

yac qyatva na punar moham

evam yasyasi pandava

yena bhutany aşeşani

drakşyasy atmany atho mayi

 

yat – o kəs; qyatva – bilərək; na – heç vaxt; punah – yenidən; moham – illüziya; evam – bu kimi; yasyasi – sən getməlisən; pandava – ey Pandunun oğlu; yena – o kəslərə; bhutani – canlı məxluqlar; aşeşani – hamısı; drakşyasi – sən görəcəksən; atmani – Yüksək Canda; atha – yaxud başqa sözlə; mayi – Məndə.

Bu yolla həqiqəti öyrəndikdə biləcəksən ki, bütün canlı varlıqlar Mənim hissəciklərimdir – onlar Mənim daxilimdədirlər və Mənə mənsubdurlar.

İZAHI: Özünügerçəkləşdirmiş, yaxud hər şeyi olduğu kimi bilən candan bilik almaq nəticəsində insan bütün canlı varlıqların Allahın Ali Şəxsiyyəti Krişnanın ayrılmaz hissəcikləri olduğunu dərk edir. Krişnadan ayrı mövcud olma hissi maya (ma – deyil, ya – bu) adlanır. Bəziləri fikirləşirlər ki, canlı varlıqların Krişna ilə heç bir əlaqəsi yoxdur, guya O, yalnız böyük tarixi şəxsiyyətdir, Mütləq isə şəxssiz Brahmandır. Əslində, Bhaqavad-gitada təsdiq edildiyi kimi, bu şəxssiz Brahman Krişnanın şəfəqidir. Krişna Allahın Ali Şəxsiyyəti olaraq hər şeyin səbəbidir. Brahma-samhitada aydın şəkildə deyilir ki, Krişna Allahın Ali Şəxsiyyətidir, bütün səbəblərin səbəbidir. Hətta milyonlarla mücəssəmələr Onun yalnız ekspansiyalarıdır. Canlı varlıqlar da Krişnanın ekspansiyalarıdır. Mayavadi filosofları səhvən Krişnanın Öz saysız-hesabsız ekspansiyalarında müstəqil mövcudluğunu itirdiyini düşünürlər. Bu fikir, təbiəti etibarilə, maddidir. Maddi dünyadakı təcrübəmizdən məlumdur ki, hissələrə bölünən şey özünün əvvəlki şəklini itirir. Lakin Mayavadi filosofları anlaya bilmirlər ki, mütləq səviyyədə “bir üstəgəl bir” və “bir çıxılsın bir” – hər ikisi birə bərabərdir. Bu, mütləq dünyanın qanunudur.

Mütləq elm sahəsində biliyimizin azlığı üzündən biz hazırda illüziya ilə örtülmüşük və ona görə də Krişnadan ayrı olduğumuzu zənn edirik. Krişnanın ayrılmış hissəcikləri olsaq da, biz Ondan fərqlənmirik. Canlı varlıqların bədəni arasındakı fərqlər mayadır, yəni həqiqət deyil. Biz hamımız Krişnanı razı salmaq üçün təyin edilmişik və yalnız mayanın təsiri nəticəsində Arcuna qohumları ilə müvəqqəti cismani münasibətlərini Krişna ilə əbədi ruhi münasibətlərindən daha vacib hesab edirdi. Gitanın təlimindən aşağıdakı nəticə hasil olur: Krişnanın əbədi xidmətçisi olan canlı varlıq Ondan ayrıla bilməz və Krişnadan ayrı olma hissi maya adlanır. Uca Tanrının ayrı-ayrı hissəcikləri olan canlı varlıqlar müəyyən məqsəd üçün təyin olunmuşlar. Onlar ən qədim zamanlardan bəri bu məqsədi unudaraq insan, heyvan, tanrıça və s. müxtəlif bədənlərdə yaşayırlar. Bu cür bədən müxtəliflikləri Uca Tanrıya transsendental xidmətin unudulması üzündən meydana çıxır. Lakin insan Krişna şüurunda transsendental xidmətlə məşğuldursa, o dərhal bu illüziyadan azad olur. İnsan bu saf biliyi yalnız həqiqi ruhani ustaddan alaraq, canlı məxluqun Krişnaya bərabər olması haqqında yanlış fikirdən uzaq ola bilər. Ali Canın – Krişnanın bütün canlı varlıqlar üçün ali sığınacaq olduğunu, bu sığınacaqdan imtina edən canlı varlıqların isə maddi enerji tərəfindən aldadılaraq müstəqil mövcud olduqlarını zənn etdiklərini bilmək kamil bilikdir. Beləliklə, onlar özlərini müxtəlif bədənlərlə eyniləşdirdiklərinə görə Krişnanı unudurlar. Bu cür yanılan canlı məxluqlar yalnız Krişna şüuruna gəldikdə, Bhaqavatamda (2.10.6) təsdiq edildiyi kimi, muktir hitvanyatha-rupam svarupena vyavasthitih – qurtuluş yoluna qədəm qoyurlar. Qurtuluş canlı varlığın əzəli mövqeyində Krişnanın əbədi xidmətçisi kimi qərarlaşması (Krişna şüuru) deməkdir.

 

MƏTN 36

api çed asi papebhyah

sarvebhyah papa-krit-tamah

sarvam qyana-plavenaiva

vricinam santarişyasi

 

api – hətta; çet – əgər; asi – sən varsan; papebhyah – günahlılardan; sarvebhyah – hamısının; papa-krit-tamah – ən böyük günahkar; sarvam – bütün günah əməllərin əks-təsirləri; qyana-plavena – transsendental bilik qayığı; eva – əlbəttə; vricinam – iztirablar okeanı; santarişyasi – sən keçəcəksən.

Sən hətta bütün günahlılardan ən günahlısı olsan da, transsendental bilik gəmisində mövqe tutsan, iztirablar okeanını üzüb keçə biləcəksən.

İZAHI: İnsan Krişna ilə qarşılıqlı münasibətlərdə öz əzəli mövqeyini anladıqda, cəhalət okeanındakı həyat uğrunda olan mübarizədən dərhal azad ola bilər. Bu maddi dünya bəzən cəhalət okeanına, bəzən isə yanan meşəyə bənzədilir. Okeana düşən insan təcrübəli üzgüçü olsa da, okeanda həyat uğrunda mübarizə çox kəskin olur. Əgər kimsə mübarizə aparan üzgüçüyə kömək edib onu okeandan çıxarırsa, o, böyük xilaskardır. Allahın Ali Şəxsiyyətinin verdiyi mükəmməl bilik qurtuluş yoludur. Krişna şüuru bizi xilas edən gəmidir və bu proses çox sadə, eyni zamanda, son dərəcə möhtəşəmdir.

 

MƏTN 37

yathaidhamsi samiddho ‘qnir

bhasma-sat kurute ‘rcuna

qyanaqnih sarva-karmani

bhasma-sat kurute tatha

 

yatha – necə; edhamsi – odun; samiddhah – yanan; aqnih – od; bhasma-sat – kül; kurute – çevirir; arcuna – ey Arcuna; qyana-aqnih – bilik odu; sarva-karmani – maddi fəaliyyətin əks-təsirləri; bhasma-sat – külə; kurute – bu çevirir; tatha – bənzər.

Şölələnən alov odunları külə çevirdiyi kimi, ey Arcuna, bilik odu da maddi fəaliyyətin bütün əks-təsirlərini yandırıb külə çevirir.

İZAHI: Can və Ali Can, eləcə də onların arasındakı qarşılıqlı münasibətlər barədə kamil bilik burada oda bənzədilir. Bu od təkcə günah əməllərin deyil, mömin fəaliyyətin də əks-təsirlərini yandırıb külə çevirir. Əks-təsirlərin bir çox mərhələləri vardır: yaranma ərəfəsində olan əks-təsirlər, yaranmaqda olan əks-təsirlər, yaranmış əks-təsirlər və artıq əldə edilmiş əks-təsirlər. Lakin canlı varlığın əzəli mövqeyi barədə bilik onların hamısını yandırıb kül edir. İnsan kamil bilik əldə etdikdə, həm yaranma ərəfəsində olan, həm də yaranmış əks-təsirlər məhv edilir. Vedalarda (Brihad-aranyaka Upanişad 4.4.22) deyilir: “ubhe uhaivaişa ete taraty amritah sadhv-asadhuni – insan həm mömin, həm də günah əməllərinin əks-təsirlərini dəf edir.”

 

MƏTN 38

na hi qyanena sadrişam

pavitram iha vidyate

tat svayam yoqa-samsiddhah

kalenatmani vindati

 

na – heç nə; hi – əlbəttə; qyanena – biliklə; sadrişam – müqayisədə; pavitram – ülvi; iha – bu dünyada; vidyate – mövcuddur; tat – o; svayam – özü; yoqa – sədaqətlə; samsiddhah – yetkin; kalena – vaxt keçdikcə; atmani – özündə; vindati – həzz alır.

Bu dünyada transsendental bilikdən ülvi və saf heç nə yoxdur. Belə bilik mistisizmin yetkin bəhrəsidir. Onu əldə edən insan öz daxilində özü-özündən həzz alır.

İZAHI: Transsendental bilik dedikdə, biz ruhi dərketməni nəzərdə tuturuq. Transsendental bilikdən ülvi və saf heç nə yoxdur. Cəhalət köləliyimizin, bilik isə qurtuluşumuzun səbəbidir. Bu bilik sədaqətli xidmətin yetkin bəhrəsidir və transsendental biliyə malik olan insanın kənarda məmnunluq axtarmasına ehtiyac yoxdur, çünki o öz daxili məmnunluğundan həzz alır. Başqa sözlə, bu bilik və məmnunluq Krişna şüurunda özünün ən yüksək pilləsinə çatır. Bu Bhaqavad-gitanın son sözüdür.

 

MƏTN 39

şraddhaval labhate qyanam

tat-parah samyatendriyah

qyanam labdhva param şantim

açirenadhiqaççhati

 

şraddha-van – inamı olan insan; labhate – nail olur; qyanam – bilik; tat-parah – buna həddən artıq bağlıdır; samyata – nəzarət edilən; indriyah – hisslər; qyanam – bilik; labdhva – nail olub; param – transsendental; şantim – dinclik; açirena – çox tezliklə; adhiqaççhati – nail olur.

İnamı olan, hisslərini özünə tabe edən və transsendental biliyə can atan insan tezliklə, ən yüksək ruhi sakitlik əldə edir.

İZAHI: Krişnaya möhkəm inamı olan insan Krişna şüurunda bu cür biliyə nail ola bilər. Sadəcə olaraq, Krişna şüurunda fəaliyyət göstərməklə kamilliyə çatacağını düşünən şəxs inamı olan insan adlanır. Bu inam sədaqətli xidmət göstərməklə və insanın qəlbini bütün maddi çirkabdan təmizləyən Hare Krişna, Hare Krişna, Krişna Krişna, Hare Hare/ Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare mantrasının tərənnümü vasitəsilə əldə edilir. Bundan başqa, insan öz hisslərinə nəzarət etməlidir. Krişnaya inamı olan və hisslərinə nəzarət edən insan Krişna şüurunda tezliklə kamil bilik əldə edə bilər.

 

MƏTN 40

aqyaş çaşraddadhanaş ça

samşayatma vinaşyati

nayam loko ‘sti na paro

na sukham samşayatmanah

 

aqyah – müqəddəs kitablardan xəbərsiz olan səfehlər; ça – və; aşraddadhanah – müqəddəs kitablara inanmayanlar; ça – həmçinin; samşaya – şübhələr; atma – şəxsiyyət; vinaşyati – yenidən düşür; na – heç vaxt; ayam – bunda; lokah – aləm; asti – var; na – deyil; parah – sonrakı həyatda; na – yox; sukham – xoşbəxtlik; samşaya – şübhəli; atmanah – şəxsiyyətlər.

Lakin müqəddəs kitablara şübhə edən cahil və inamı olmayan adamlar Allah şüurunu əldə etməyə qadir deyildirlər. Şübhə edən can üçün nə bu, nə də sonrakı dünyada xoşbəxtlik yoxdur.

İZAHI: Külli miqdarda olan mötəbər müqəddəs kitablardan ən yaxşısı Bhaqavad-gitadır. Heyvanlara bənzər adamların müqəddəs kitablara nə inamı, nə də onlar barədə biliyi var; bəziləri isə bu kitablarda yazılanları bilsələr də, hətta onlardan sitat gətirsələr də, əslində, bu sözlərə inanmırlar. Başqaları isə Bhaqavad-gita kimi müqəddəs kitablara inansalar da, Allahın Ali Şəxsiyyəti Şri Krişnaya inanmır və Ona sitayiş etmirlər. Bu cür adamlar Krişna şüuruna gələ bilməzlər. Onlar düşkünləşirlər. Yuxarıda adları çəkilən adamlardan inamsızlar və həmişə şübhə içində olanlar qətiyyən inkişaf etmirlər. Allaha və Onun sözünə inamı olmayanlar nə bu, nə də o biri dünyada xeyir tapmırlar. Onlar üçün xoşbəxtlik yoxdur. Buna görə də insan müqəddəs kitabların prinsiplərinə inamla əməl etməli və beləliklə, bilik səviyyəsinə yüksəlməlidir. Yalnız bu bilik insanı transsendental səviyyədə olan ruhi dərketməyə çatdıra bilər. Başqa sözlə, şəkk edənlər ruhi qurtuluşa nail olmurlar. Ona görə də insan şagird ardıcıllığına mənsub olan böyük açaryaların yolu ilə getməli və beləliklə, müvəffəqiyyət qazanmalıdır.

 

MƏTN 41

yoqa-sannyasta-karmanam

qyana-sançhinna-samşayam

atmavantam na karmani

nibadhnanti dhanancaya

 

yoqa – karma-yoqada sədaqətli xidmətlə; sannyasta – əl çəkmiş; karmanam – fəaliyyətin bəhrələri; qyana – biliklə; sançhinna – kəsilmiş; samşayam – şübhələr; atma-vantam – özündə qərarlaşan; na – heç vaxt; karmani – iş; nibadhnanti – bağlayır; dhanancaya – ey var-dövlət istilaçısı.

Fəaliyyətindən mənfəət gözləməyən, transsendental bilik vasitəsilə şübhələri məhv etmiş və özündə bərqərar olmuş insanın fəaliyyəti onun əl-qolunu bağlamır, ey var-dövlət istilaçısı.

İZAHI: Allahın Ali Şəxsiyyətinin Özünün dediyi kimi, Bhaqavad-gitanın göstərişlərinə əməl edən insan transsendental bilik əldə etdiyinə görə bütün şübhələrdən azad olur. O özünü Tanrının ayrılmaz hissəciyi bilir va tamamilə Krişna şüurunda olur, ona görə də özünüdərketmədə möhkəm durur. Şübhə yox ki, o, fəaliyyət əsarətindən yüksəkdə durur.

 

MƏTN 42

tasmad aqyana-sambhutam

hrit-stham qyanasinatmanah

çhittvainam samşayam yoqam

atişthottiştha bharata

 

tasmat – buna görə; aqyana-sambhutam – cəhalətdən doğulmuş; hrit-stham – ürəkdə yerləşən; qyana – bilik; asina – silahla; atmanah – özün; çhittva – kəsmək; enam – bu; samşayam – şübhəsiz; yoqam – yoqada; atiştha – yerləşən; uttiştha – qalx və döyüş; bharata – ey Bharata övladı.

Beləliklə, biliksizlikdən doğan ürəyindəki şübhələri bilik silahı ilə məhv et. Yoqa ilə silahlanaraq, ey Bharata övladı, qalx və döyüş.

İZAHI: Bu fəsildə təsvir edilən yoqa sistemi sanatana-yoqa, yaxud canlı varlığın əbədi fəaliyyəti adlanır. Bu yoqada iki növ qurban icrası mövcuddur: maddi əmlakın qurban verilməsi və həqiqi “mən”in dərk edilməsi, yəni saf ruhi fəaliyyət. Əgər maddi əmlakın qurban verilməsinin məqsədi ruhi dərketmə deyildirsə, onda bu cür qurban icrası maddiləşir. Ancaq, insan ruhi məqsədlə, yaxud sədaqətli xidmət yolunda qurban verirsə, belə qurban icrası mükəmməldir. Ruhi fəaliyyəti araşdırdıqda, onun da iki cür olduğunu aşkar edirik: canlı məxluqun həqiqi “mən”inin (əzəli vəziyyətinin) və Allahın Ali Şəxsiyyəti barədə həqiqətin dərk edilməsi. Bhaqavad-gitanı olduğu kimi qəbul edən insana ruhi biliyin bu iki əsas bölməsini dərk etmək çətin deyil. O özünü Tanrının ayrılmaz hissəciyi kimi mükəmməl surətdə dərk edə bilər. Bunu dərk etmək böyük səadətdir, çünki o zaman insan Uca Tanrının transsendental əməllərini asanlıqla başa düşə bilər. Bu fəslin əvvəlində Uca Tanrı Öz transsendental əməllərini şəxsən müzakirə etmişdi. Gitanın nəsihətlərini başa düşməyən adam imansızdır və Tanrının verdiyi cüzi müstəqillikdən düzgün istifadə etmir. Bu nəsihətlərə baxmayaraq, Tanrının həqiqi təbiətini, yəni Onun əbədi, həzz və biliklə dolu Allahın Ali Şəxsiyyəti olduğunu anlamayan adam ən böyük səfehdir. Krişna şüuru prinsiplərini tədricən mənimsəməklə cəhaləti aradan qaldırmaq olar. İnsan tanrıçalara müxtəlif cür qurbanlar verərək, Brahmana qurban verərək, subay həyat sürməklə, hisslərə nəzarət etməklə, mistik yoqa ilə məşğul olmaqla, zahidlik etməklə, maddi əmlakdan əl çəkməklə, Vedaları öyrənməklə və varnaşrama-dharma adlanan ictimai sistemdə iştirak etməklə qurban verərək özündə Krişna şüurunu oyadır. Bunların hamısı qurban icrası adlanır və nizamlanan fəaliyyətə əsaslanır. Ancaq bu fəaliyyət növlərinin ən vacib amili özünügerçəkləşdirmədir. Bu məqsədə can atan insan Bhaqavad-gitanı öyrənməyə layiq şagirddir, Krişnanın nüfuzuna şübhə edən insan düşkünləşir. Buna görə də Bhaqavad-gitanı, yaxud hər hansı digər müqəddəs kitabı həqiqi ruhani ustadın rəhbərliyi altında, ona xidmət edərək və ona sığınaraq öyrənmək lazımdır. Həqiqi ruhani ustad qədim zamanlardan başlayan şagird ardıcıllığına mənsubdur və o, Uca Tanrının milyon illər əvvəl günəş tanrıçasına (Bhaqavad-gitadakı nəsihətləri yerə çatdırmış şəxs) verdiyi göstərişlərdən heç vaxt yayınmır. Ona görə də Gitanın özündə deyildiyi kimi, insan Bhaqavad-gitada tövsiyə edilən yolla getməli və başqalarını doğru yoldan yayındıran mənfəətpərəst və şöhrətpərəst adamlardan özünü gözləməlidir. Tanrı, şübhəsiz ki, Ali Şəxsiyyətdir və Onun əməlləri transsendentaldır. Bunu anlayan insan Bhaqavad-gitanı öyrənməyə başladığı andan qurtuluşa nail olur.

 

Şrimad Bhaqavad-gitanın “Transsendental bilik” adlanan dördüncü fəslinə Bhaktivedantanın izahları belə qurtarır.

 

Bhaqavad-gita – ÜÇÜNCÜ FƏSİL

Karma-yoqa

 

MƏTN 1

arcuna uvaça

cyayasi çet karmanas te

mata buddhir canardana

tat kim karmani qhore mam

niyocayasi keşava

 

arcunah uvaça – Arcuna dedi; cyayasi – daha yaxşı; çet – əgər; karmanah – həzgüdən fəaliyyətdən; te – Səninlə; mata – hesab etdin; buddhih – dərrakə; canardana – ey Krişna; tat – buna görə; kim – nə üçün; karmani – fəaliyyətdə; qhore – dəhşətli; mam – məni; niyocayasi – Sən cəlb edirsən; keşava – ey Krişna.

Arcuna dedi: Ey Canardana, ey Keşava, idrak yolunu həzgüdən fəaliyyətdən üstün tutursansa, nə üçün məni bu dəhşətli müharibəyə sövq edirsən?

İZAHI: Allahın Ali Şəxsiyyəti Şri Krişna maddi kədər dəryasına qərq olmuş yaxın dostu Arcunanı xilas etmək üçün canın təbiətini ətraflı təsvir etdi və özünüdərk yolu olaraq ona buddhi-yoqanı, yaxud Krişna şüurunu məsləhət gördü. Bəzən Krişna şüurunu səhvən fəaliyyətsizlik kimi başa düşürlər və belə yanlış təsəvvürü olanlar Tanrı Krişnanın müqəddəs adını tərənnüm edərək Krişna şüuruna tamamilə yiyələnmək üçün kimsəsiz yerlərə çəkilirlər. Lakin Krişna şüuru fəlsəfəsini dərk etməyən şəxsə Krişnanın müqəddəs adını kimsəsiz yerdə tərənnüm etmək məsləhət görülmür; bu yolla səriştəsiz adamların dəyərsiz pərəstişindən savayı heç nə əldə etmək olmaz. Arcuna da düşünürdü ki, Krişna şüuru, yaxud buddhi-yoqa, yəni ruhi biliyin dərrakə vasitəsilə artırılması, fəal həyatdan yayınıb, tənha yerdə zahidlik etmək kimi bir şeydir. Başqa sözlə, özünə haqq qazandırmaq üçün o, Krişna şüurundan səbəb kimi istifadə edərək mübarizədən ustalıqla yayınmaq istəyirdi. Lakin səmimi şagird olduğundan məsələni öz ustadına – Krişnaya açdı və necə hərəkət etməli olduğunu aydınlaşdırdı. Cavabında Tanrı Krişna bu üçüncü fəsildə karma-yoqanı, yaxud Krişna şüurunda həyata keçirilən fəaliyyəti tam şəkildə izah etdi.

 

MƏTN 2

vyamişreneva vakyena

buddhim mohayasiva me

tad ekam vada nişçitya

yena şreyo ‘ham apnuyam

 

vyamişrena – ikimənalı; iva – əlbəttə; vakyena – sözlər; buddhim – dərrakə; mohayasi – Sən çaşdıraraq; iva – əlbəttə; me – mənim; tat – buna görə; ekam – yalnız bir; vada – xahiş edirəm de; nişçitya – inandıraraq; yena – bununla; şreyah – həqiqi rifah; aham – mən; apnuyam – əldə edə bilərəm.

İkimənalı nəsihətlərin mənim ağlımı çaşdırıb. Ona görə xahiş edirəm, qəti de, mənim üçün ən əlverişlisi hansıdır?

İZAHI: “Bhaqavad-gitanın xülasəsi” adlanan əvvəlki fəsildə sankhya-yoqa, buddhi-yoqa, ağlın köməyilə hisslərə nəzarət, təmənnasız fəaliyyət kimi müxtəlif yollar və təzə şagirdin mövqeyi izah edildi. Bütün bunlar sistemsiz halda təqdim edilmişdi. Başa düşüb hərəkət etmək üçün yolun daha sistemli izahına ehtiyac var idi. Buna görə də hər bir şəxs onları təhrif etmədən qəbul edə bilsin deyə, Arcuna ilk baxışdan dolaşıq görünən bu məsələləri aydınlaşdırmaq istəyirdi. Krişna sözlərdən istədiyi kimi istifadə etməklə Arcunanı çaşdırmaq niyyətində olmasa da, Arcuna nə fəaliyyətsizliklə, nə də fəal xidmətlə Krişna şüuru prosesini dərk edə bilmirdi. Başqa sözlə, o öz sualları ilə Bhaqavad-gitanın sirrini ciddi surətdə anlamaq istəyən bütün şagirdlər üçün Krişna şüuruna aparan yolu təmizləyirdi.

 

MƏTN 3

şri-bhaqavan uvaça

loke ‘smin dvi-vidha niştha

pura prokta mayanaqha

qyana-yoqena sankhyanam

karma-yoqena yoqinam

 

şri-bhaqavan uvaça – Allahın Ali Şəxsiyyəti dedi; loke – dünyada; asmin – bu; dvi-vidha – iki növün; niştha – etiqad; pura – əvvəl; prokta – deyilmişdi; maya – Mənimlə; anaqha – ey günahsız; qyana-yoqena – birləşdirici bilik prosesi; sankhyanam – empirik filosoflar tərəfindən; karma-yoqena – birləşdirici sədaqətlilik prosesi; yoqinam – fədailər tərəfindən.

Allahın Ali Şəxsiyyəti dedi: Ey günahsız Arcuna, Mən izah etdim ki, ali “Mən”i dərk etməyə cəhd edən adamlar iki cür olur. Bəziləri bunu empirik fəlsəfi mühakimələrin, digərləri isə sədaqətli xidmətin köməyilə etmək istəyirlər.

İZAHI: İkinci fəslin otuz doqquzuncu beytində Tanrı iki üsul: sankhya-yoqa və karma-yoqanı izah etmişdi. Bu beytdə O həmin üsülları daha aydın izah edir. Sankhya-yoqa (ruhun və materiyanın təbiətinin təhlil yolu ilə öyrənilməsi) fəlsəfi mühakimələrə və şeyləri təcrübi bilik vasitəsilə dərk etməyə meylli olan adamlar üçündür. O biri qrup insanlar ikinci fəslin altmış birinci beytində izah edildiyi kimi, Krişna şüurunda fəaliyyət göstərirlər. Eləcə də otuz doqquzuncu beytdə Tanrı buddhi-yoqanın, yaxud Krişna şüuru prosesinin qüsursuz olduğu üçün bu prinsiplərə əməl edən insanın fəaliyyət əsarətindən azad olduğunu izah etdi. Həmin məqam altmış birinci beytdə daha aydın izah edilmişdir: buddhi-yoqa Uca Tanrıdan (yəni Krişnadan) tam asılılıq deməkdir və bu hisslərə asanlıqla nəzarət etməyə imkan verir. Buna görə də hər iki yoqa sistemi din və fəlsəfə kimi bir-birindən asılıdırlar. Fəlsəfəsiz din sentiment, bəzən isə fanatizmdir, dinsiz fəlsəfə isə mücərrəd mühakimələrdən başqa bir şey diyildir. Son məqsəd Krişnadır, ona görə də Mütləq Həqiqəti səmimiyyətlə axtaran filosoflar axırda Krişna şüurunu qəbul edirlər. Bu, Bhaqavad-gitada təsdiq olunur. Bütün prosesin mahiyyəti insanın Ali Varlığa münasibətdə öz həqiqi mövqeyini anlamasından ibarətdir. Fəlsəfi mühakimələr dolayı yoldur, onun vasitəsilə insan tədricən Krişna şüuruna gələ bilər; digər yol isə insanı Krişna şüuru ilə birbaşa əlaqələndirir. Hisslərin fəlsəfi proses vasitəsilə təmizlənməsindən asılı olmadığına görə Krişna şüuru daha mükəmməldir. Sədaqətli xidmət yolu özü-özlüyündə təmizləyici proses olub, asan və yüksəkdir.

 

MƏTN 4

na karmanam anarambhan

naişkarmyam puruşo ‘şnute

na ça sannyasanad eva

siddhim samadhiqaççhati

 

na – yox; karmanam – təyin olunmuş vəzifələrin; anarambhat – yerinə yetirməməklə; naişkarmyam – əks-təsirlərdən azad olma; puruşah – insan; aşnute – çatır; na – nə də; ça – həmçinin; sannyasanat – tərki-dünyalıqla; eva – sadəcə; siddhim – nailiyyət; samadhiqaççhati – çatır.

Sadəcə olaraq, fəaliyyətdən imtina etməklə əks-təsirlərdən azad olmaq, təkcə tərki-dünyalıqla kamilliyə çatmaq mümkün deyil.

İZAHI: Təyin olunmuş vəzifələri (hansı ki, materialistcəsinə köklənmiş adamların ürəklərini saflaşdırmaq üçün nəzərdə tutulur) yerinə yetirməklə təmizlənmiş insan tərki-dünya həyat tərzini qəbul edə bilər. İnsan təmizlənməyibsə, dərhal sannyasa (ruhi həyatın dördüncü pilləsi) qəbul etməklə uğur qazana bilməz. Empirik filosofların fikrincə insan sadəcə olaraq sannyasa qəbul etməklə, yəni həzgüdən fəaliyyətdən imtina etməklə dərhal Narayanaya bənzər ola bilər. Lakin Tanrı Krişna bu prinsipi bəyənmir. Ürəyi təmizləmədən sannyasa qəbul etmək yalnız ictimai quruluşu pozmaq deməkdir. Digər tərəfdən əgər insan Tanrıya transsendental xidmətlə (buddhi-yoqa) məşğuldursa, təyin olunmuş vəzifələrini yerinə yetirməsə də, Tanrı onun xidmətini qəbul edəcək. Sv-alpam apy asya dharmasya trayate mahato bhayat. Bu prinsipə azacıq da olsa riayət edən insan ən böyük çətinlikləri dəf edə biləcək.

 

MƏTN 5

na hi kaşçit kşanam api

catu tişthaty akarma-krit

karyate hy avaşah karma

sarvah prakriti-cair qunaih

 

na – nə; hi – əlbəttə; kaşçit – hər bir kəs; kşanam – bir an; api – həm də; catu – hər zaman; tişthati – qalır; akarma-krit – heç nə etmədən; karyate – etməyə məcburdur; hi – əlbəttə; avaşah – köməksiz; karma – iş; sarvah – bütün; prakriti-caih – maddi təbiətin qunalarından doğan; qunaih – keyfiyyətlərlə.

Hər bir kəs maddi təbiətin qunalarının təsirinə müvafiq hərəkət etməyə məcburdur; buna görə də heç kəs, hətta bir an belə fəaliyyətsiz qala bilməz.

İZAHI: Canın daim fəal olması onun aldığı bədəndən deyil, təbiətindən irəli gəlir. Ruhi can yoxdursa maddi bədən hərəkət edə bilmir. Bədən daim fəal olan və bir an belə dayanmayan ruhi can sayəsində işləyən cansız nəqliyyat vasitəsidir. Buna görə də can Krişna şüurunda faydalı işlə məşğul olmalıdır, əks təqdirdə o, illüzor enerjinin diktəsi ilə fəaliyyət göstərəcək. Maddi enerji ilə təmasda olan can maddi təbiətin qunalarının təsiri altına düşür və onu maddi bağlılıqlardan təmizləmək üçün şastralarda təyin edilmiş vəzifələri yerinə yetirmək lazımdır. Əgər can Krişna şüurunda təbii vəzifələrini yerinə yetirirsə, gördüyü hər bir iş onun xeyrinə olacaq. Şrimad-Bhaqavatam (1.5.17) bunu təsdiq edir:

tyaktva sva-dharmam çaranambucam harer

bhacann apakvo ‘tha patet tato yadi

yatra kva vabhadram abhud amuşya kim

ko vartha apto ‘bhacatam sva-dharmatah

 

“İnsan Krişna şüurunu qəbul edirsə, hətta şastralarda təyin edilmiş vəzifələrə riayət etmirsə, sədaqətli xidməti lazımi qaydada yerinə yetirmirsə, yaxud nümunədən kənara çıxırsa, yenə də heç nə itirmir və günaha batmır. Tutaq ki, o, şastralardakı təmizlənmək üçün təyin olunmuş bütün göstərişləri yerinə yetirir, lakin Krişna şüurunda deyilsə bunun ona nə xeyri var?”

Deməli, təmizlənmək Krişna şüuruna gəlmək üçün lazımdır. Beləliklə sannyasa, yaxud hər hansı başqa bir təmizlənmə prosesi son məqsədə – Krişna şüurunda olmağa kömək etməlidir; əks təqdirdə, hər şey mənasını itirir.

 

MƏTN 6

karmendriyani samyamya

ya aste manasa smaran

indriyarthan vimudhatma

mithyaçarah sa uçyate

 

karma-indriyani – fəaliyyət göstərən beş hiss üzvü; samyamya – idarə edərək; yah – kim ki; aste – qalır; manasa – ağıl ilə; smaran – fikirləşərək; indriya-arthan – hiss obyektləri; vimudha – səfeh; atma – can; mithya-açarah – riyakar; sah – o; uçyate – adlanır.

Hisslərini fəaliyyətdən çəkindirən, ancaq ağlı hiss obyektlərində olan insan, əlbəttə ki, özü-özünü aldadır və riyakar adlanır.

İZAHI: Bir çox riyakarlar Krişna şüurunda fəaliyyət göstərməkdən imtina edib, zahirən meditasiya ilə məşğul olurlar, əslində isə, hissi həzzlər barədə fikirlərə dalırlar. Yaxud, bu cür riyakarlar çoxbilmiş ardıcıllarını aldatmaq üçün quru fəlsəfi mühakimələr yürüdə bilərlər, bu beytdə isə onlara böyük yalançılar deyilir. İnsan hissi həzz almaq üçün cəmiyyətdə istədiyi mövqedə fəaliyyət göstərə bilər. Ancaq mövqeyinə müvafiq olan qayda və göstərişlərə əməl edirsə, həyatını təmizləyib tədricən inkişaf edə bilər. Lakin, özünü yoqi kimi aparan, əslində isə hissi həzz obyektləri axtaran adam bəzən fəlsəfədən danışsa da, böyük riyakar adlandırılır. Onun biliyi qara qəpiyə də dəyməz; belə ki, Tanrının illüzor enerjisi bu cür günahkar adamın biliyinin bəhrələrini əlindən alır. Belə riyakar adamın ağlı həmişə natəmiz olduğu üçün onun nümayiş etdirdiyi yoqa meditasiyasının heç bir dəyəri yoxdur.

 

MƏTN 7

yas tv indriyani manasa

niyamyarabhate ‘rcuna

karmendriyaih karma-yoqam

asaktah sa vişişyate

 

yah – o kəs ki; tu – lakin; indriyani – hisslər; manasa – ağıl ilə; niyamya – nizamlayaraq; arabhate – başlanır; arcuna – ey Arcuna; karma-indriyaih – fəal hissi üzvləri ilə; karma-yoqam – sədaqətlilik; asaktah – bağlılıqsız; sah – o; vişişyate – daha yaxşıdır.

Digər tərəfdən kim ki, ağlının vasitəsilə hisslərinə nəzarət etməyə çalışıb, maddi bağlılığı olmadan [Krişna şüurunda] karma-yoqa ilə məşğul olursa, o daha yüksəkdə durur.

İZAHI: İnsan mənasız həyat sürən və hissi həzlərə qapılan saxta transsendentalist olmaqdansa, öz işini yerinə yetirsə, maddi həyatın əsarətindən azad olmaqdan və Allahın məskəninə çatmaqdan ibarət olan məqsədinə yetsə, daha yaxşı olar. İlkin svartha-qati, yəni hər bir insanın məqsədi – Vişnuya nail olmaqdır. Bütün varna və aşrama sistemi bizim bu məqsədə çatmağımıza kömək etmək üçün təyin olunmuşdur. Ailəli adam da Krişna şüurunda xidmət edərək bu məqsədə çata bilər. Şastralarda göstərildiyi kimi, insan özünügerçəkləşdirmək üçün həyatını nizamlayıb yaşamalı, maddi bağlılığı olmadan öz işini davam etdirməli, beləliklə, inkişaf etməlidir. Bu üsula riayət edən səmimi insan ruhani libası geyən, təcrübəsiz adamları aldadan riyakardan daha yaxşıdır. Səmimi süpürgəçi dolanacaq xatirinə meditasiya edən fırıldaqçı meditasiyaçıdan qat-qat yaxşıdır.

 

MƏTN 8

niyatam kuru karma tvam

karma cyayo hy akarmanah

şarira-yatrapi ça te

na prasidhyed akarmanah

 

niyatam – təyin olunmuş; kuru – et; karma – vəzifə; tvam – sən; karma – iş; cyayah – daha yaxşı; hi – əlbəttə; akarmanah – işləməməkdən; şarira – cismani; yatra – saxlama; api – hətta; ça – həmçinin; te – sənin; na – heç vaxt; prasidhyet – təsir altında; akarmanah – işsiz.

Təyin edilmiş vəzifəni yerinə yetir, çünki bu, işləməməkdən yaxşıdır. İşləmədən, heç maddi bədəni də saxlamaq mümkün deyil.

İZAHI: Özlərini yüksək mənşəli kimi göstərən çoxlu saxta meditasiyaçılar və ruhi həyatda inkişaf etmək xatirinə guya hər şeyi qurban etmiş peşəkar qiraətçilər vardır. Tanrı Krişna Arcunanın riyakar olmasını istəmirdi. O istəyirdi ki, Arcuna kşatriyalar üçün təyin olunmuş vəzifəsini yerinə yetirsin. Arcuna həm ailə sahibi, həm də sərkərdə idi və yaxşı olardı ki, mövqeyini dəyişmədən ailəli kşatriyalar üçün təyin olunmuş dini vəzifələrini yerinə yetirsin. Belə fəaliyyət dünyəvi insanın ürəyini tədricən təmizləyir və onu maddi çirkabdan azad edir. Dolanacaq məqsədi ilə qəbul edilən üzdəniraq tərki-dünyalıq heç vaxt nə Tanrı, nə də hər hansı müqəddəs kitab tərəfindən bəyənilməmişdir. Son nəticədə, insan canı bədəndə saxlamaq üçün işləməlidir. İnsan materialist meyllərdən azad olmadan, öz kefi üçün işindən imtina etməməlidir. Maddi dünyada yaşayan hər bir adamın, şübhəsiz, maddi təbiət üzərində hökmranlıq etmək, başqa sözlə, hissi həzz almaq kimi natəmiz meylləri vardır. İnsan bu cür natəmiz meyllərdən təmizlənməlidir. Bunsuz insan təyin edilmiş vəzifələrindən imtina edib, üzdəniraq transsendentalist olmamalı, işini atıb, başqalarının hesabına yaşamamalıdır.

 

MƏTN 9

yaqyarthat karmano ‘nyatra

loko ‘yam karma-bandhanah

tad-artham karma kaunteya

mukta-sanqah samaçara

 

yaqya-arthat – yalnız Yaqya, yaxud Vişnu naminə edilən; karmanah – fəaliyyətdən; anyatra – yoxsa; lokah – dünya; ayam – bu; karma-bandhanah – fəaliyyət əsarəti; tat – Onun; artham – ötrü; karma – iş; kaunteya – ey Kuntinin oğlu; mukta-sanqah – ünsiyyətdən azad olur; samaçara – mükəmməl et.

Fəaliyyət Vişnuya qurban edilməlidir, əks halda o, insanı maddi dünyaya bağlayır. Buna görə də, ey Kuntinin oğlu, təyin olunmuş vəzifələrini Onu razı salmaqdan ötrü yerinə yetir. Bu yolla sən əsarətdən həmişəlik azad olacaqsan.

İZAHI: İnsan heç olmasa bədənini saxlamaqdan ötrü işləməlidir və buna görə də hər bir ictimai silk üçün müəyyən vəzifələr təyin olunmuşdur. Yaqya – İlahi Vişnu, yaxud qurban icrası deməkdir. Yaqya İlahi Vişnunu razı salmaq üçün təyin edilmişdir. Vedalar göstərir: yaqyo vai vişnuh. Başqa sözlə, təyin olunmuş qurbanların icrasında və İlahi Vişnuya bilavasitə xidmətdə məqsəd eynidir. Ona görə də Krişna şüuru da bu beytdə tövsiyə edilən yaqya formasıdır. Varnaşrama sistemində də məqsəd İlahi Vişnunu razı salmaqdır. Varnaşramaçaravata puruşena parah puman/ vişnur aradhyate (Vişnu Purana 3.8.9).

Buna görə də hamı Vişnunu razı salmaq üçün işləməlidir. Maddi dünyada görülən bütün başqa işlər əsarətə səbəb olacaq. Çünki həm yaxşı, həm də pis əməllərin əks-təsirləri vardır və hər bir əks-təsir icraçını buxovlayır. Beləliklə, insan Krişnanı (yaxud Vişnunu) razı salmaq üçün Krişna şüurunda fəaliyyət göstərməlidir; bu cür hərəkət edən insan qurtuluş mərhələsinə çatır. Belə fəaliyyət böyük məharət tələb edir və bu prosesə təzə başlayan adamın təcrübəli rəhbərə ehtiyacı var. Ona görə də insan Tanrı Krişnanın təcrübəli fədaisinin rəhbərliyi altında, yaxud bilavasitə Tanrının göstərişlərinə əsasən (Arcuna kimi) səylə işləməlidir. Heç bir iş hissi həzz məqsədilə görülməməlidir, hər şey Krişnanı razı salmaq üçün edilməlidir. Bu yol insanı fəaliyyətin əks-təsirlərindən xilas etməklə yanaşı, onu tədricən Tanrıya transsendental məhəbbətlə xidmət səviyyəsinə gətirib çıxarır. Bu isə insanı Allahın məskəninə çatdıra bilən yeganə vasitədir.

 

MƏTN 10

saha-yaqyah pracah sriştva

purovaça pracapatih

anena prasavişyadhvam

eşa vo ‘stv işta-kama-dhuk

 

saha – bununla yanaşı; yaqyah – qurbanlar; pracah – nəsillər; sriştva – yaradaraq; pura – qədimdən; uvaça – dedi; praca-patih – canlıların ağası; anena – bunun sayəsində; prasavişyadhvam – firavan yaşayın; eşah – bu; vah – sənin; astu – qoy olsun; işta – arzu edilən bütün şeylərin; kama-dhuk – bəxş edən.

Yaradılışın əvvəlində bütün canlıların Ağası – Vişnu qurbanlarla birlikdə insan və tanrıça nəsillərini də yaratdı və onlara xeyir-dua verərək dedi: “Bu yaqyanı [qurbanı] icra etməklə xoşbəxt olun, çünki onun icrası sizə səadət və qurtuluş üçün lazım olan hər şeyi bəxş edəcəkdir.”

İZAHI: Canlıların Ağasının (Vişnunun) yaratdığı maddi dünya şərtləndirilmiş canların geriyə, Allahın yanına – əbədi mənzillərinə qayıtmaları üçün verilmiş imkandır. Maddi dünyada olan bütün canlı məxluqlar Vişnu, yəni Krişna – Allahın Ali Şəxsiyyəti ilə əbədi qarşılıqlı münasibətlərini unutduqlarına görə şərtləndirilmişlər. Bhaqavad-gitada deyilir ki, vedaiş ça sarvair aham eva vedyah, yəni Veda prinsipləri bu əbədi qarşılıqlı münasibətləri dərk etməkdə bizə kömək göstərəcəkdir. Tanrı deyir: Vedaların məqsədi Onu dərk etməkdir. Veda himnlərində deyilir: patim vişvasyatmeşvaram. Ona görə də canlı məxluqların Ağası Allahın Ali Şəxsiyyəti Vişnudur. Şrila Şukadeva Qosvami də Şrimad-Bhaqavatamda (2.4.20) Tanrını pati kimi təsvir edir:

şriyah patir yaqya-patih praca-patir

dhiyam patir loka-patir dhara-patih

patir qatiş çandhaka-vrişni-satvatam

prasidatam me bhaqavan satam patih

 

Praca-pati – İlahi Vişnudur, O, bütün canlı məxluqların, bütün dünyaların, bütün gözəlliklərin Ağası, hamının havadarıdır. Tanrı bu maddi dünyanı ona görə yaradıb ki, şərtləndirilmiş canlar Vişnunu razı salmaq üçün yaqyalar (qurbanlar) icra etsinlər və bu yolla maddi dünyanın hər yerində rahat, həyəcansız yaşayıb, maddi bədəndə ömürlərini başa vurduqdan sonra isə Allahın məskəninə daxil ola bilsinlər. Bu şərtləndirilmiş canlar üçün ümumi proqramdır. Yaqya icra etməklə şərtləndirilmış canlar tədricən Krişnanı dərk edir və hər cəhətdən mömin olurlar. Müqəddəs Veda kitabları Kali dövrü üçün sankirtana-yaqyanı (Allahın adlarının tərənnümü) tövsiyə edir və bu transsendental sistem İlahi Çaitanya tərəfindən hazırkı dövrün bütün insanlarının qurtuluşu naminə tətbiq edilmişdir. Sankirtana-yaqya ilə Krişna şüuru bir-birini tamamlayır. Şrimad-Bhaqavatamda (11.5.32) Krişnanın fədai (İlahi Çaitanya) kimi gəlişi göstərilir və bu zaman, xüsusilə sankirtana-yaqyaya istinad edilir.

krişna-varnam tvişakrişnam

sanqopanqastra-parşadam

yaqyaih sankirtana-prayair

yacanti hi su-medhasah

 

“Bu Kali dövründə kifayət qədər dərrakəli adamlar sankirtana-yaqya icra etməklə həmrahları ilə müşayiət edilən Tanrıya sitayiş edəcəklər.”

Veda ədəbiyyatında tövsiyə edilən digər yaqyaları bu Kali dövründə icra etmək asan deyil, sankirtana-yaqya isə hər cəhətdən asan və ucadır. Bu, Bhaqavad-gitada da (9.14) tövsiyə edilir.

 

MƏTN 11

devan bhavayatanena

te deva bhavayantu vah

parasparam bhavayantah

şreyah param avapsyatha

 

devan – tanrıçalar; bhavayata – zövq verib; anena – bu qurbanla; te – onlar; devah – tanrıçalar; bhavayantu – zövq verəcəklər; vah – sən; parasparam – qarşılıqlı; bhavayantah – bir-birini razı salaraq; şreyah – xeyir-dua; param – ən yüksək; avapsyatha – sən çatacaqsan.

Qurbanlardan razı qalan tanrıçalar səni də razı salacaqlar, beləliklə də, insanlar və tanrıçalar arasındakı əməkdaşlığın nəticəsində hamı əmin-amanlıq içində yaşayacaq.

İZAHI: Tanrıçalara maddi işlər aparmaq vəkaləti verilmişdir. Hər bir canlı məxluqun bədənini və canını saxlamaq üçün onun hava, işıq, su və digər nemətlərlə təchiz olunması Allahın Ali Şəxsiyyətinin bədəninin müxtəlif hissələrində yerləşən və Onun köməkçiləri olan saysız-hesabsız tanrıçalara həvalə edilmişdir. Onların razı qalıb-qalmaması insanın yaqya icra etməsindən asılıdır. Bəzi yaqyalar müəyyən tanrıçaları razı salmaq üçün təyin olunmuşdur; lakin bu halda da İlahi Vişnu ali məqsəd hesab edilir. Bhaqavad-gitada göstərilir ki, Krişna bütün qurbanların məqsədidir: bhoktaram yaqya-tapasam. Buna görə də yaqya-patinin ali həzzalanı bütün qurbanların ali məqsədidir. Yaqyalar düzgün icra olunduqda, təbii ki, müxtəlif təchizat sahələri üzrə məsul tanrıçalar da razı qalır və insanları lazımi nemətlərlə təchiz edirlər.

Yaqyaların icrası çoxlu faydalı cəhətlərə malik olub, insanı, son nəticədə, maddi əsarətdən azad edir. Vedalarda deyilir ki, ahara-şuddhau sattva-şuddhih sattva-şuddhau dhruva smritih smriti-lambhe sarvaqranthinam vipramokşah – yaqya icra etmək nəticəsində insanın qidası ruhiləşir və ruhiləşmiş qida qəbulu onun həyatını təmizləyir, həyatının təmizlənməsi sayəsində yaddaşının həssas toxumaları təmizlənir, yaddaş təmizləndikdə isə insan qurtuluş yolu haqqında düşünə bilər – bütün bunlar insanı müasir cəmiyyətə son dərəcə lazım olan Krişna şüuruna aparır.

 

MƏTN 12

iştan bhoqan hi vo deva

dasyante yaqya-bhavitah

tair dattan apradayaibhyo

yo bhunkte stena eva sah

 

iştan – arzu edilən; bhoqan – həyat tələbatları; hi – əlbəttə; vah – sənə; devah – tanrıçalar; dasyante – mükafatlandıracaqlar; yaqya-bhavitah – qurbanların icrası ilə razı salındıqda; taih – onlar tərəfindən; dattan – verilən şeylər; apradaya – təklif etmədən; ebhyah – bu tanrıçalara; yah – kim ki; bhunkte – həzz alır; stenah – oğru; eva – əlbəttə; sah – o.

Müxtəlif həyat tələbatlarının ödənilməsinə məsul olan tanrıçalar yaqya [qurban] icrası ilə razı salındıqda, insanları bütün zəruri şeylərlə təmin edəcəklər. Ancaq bu nemətləri tanrıçalara təklif etməyib onlardan zövq alan adam, şübhəsiz ki, oğrudur.

İZAHI: Tanrıçalar Allahın Ali Şəxsiyyəti Vişnunu təmsil edən səlahiyyətli təchizatçılardır. Buna görə də onlar təyin olunmuş yaqyaların icrası ilə razı salınmalıdırlar. Vedalarda müxtəlif tanrıçalar üçün təyin olunmuş yaqyalar vardır, lakin onların hamısı son nəticədə Allahın Ali Şəxsiyyətinə təklif edilir. Tanrıçalara qurban gətirmək Allahın Ali Şəxsiyyətinin kim olduğunu anlamayan adamlara tövsiyyə edilir. İnsanların müxtəlif maddi keyfiyyətlərindən asılı olaraq, Vedalarda müxtəlif yaqyalar icra etmək məsləhət görülür. İnsanın hansı tanrıçaya sitayiş etməsi də məhz bu amildən, yəni onun keyfiyyətlərindən asılıdır. Məsələn, ətyeyənlərə ilahə Kaliyə – maddi təbiətin dəhşətli formalarından birinə sitayiş etmək və ona heyvan qurbanları gətirmək tövsiyə edilir. Lakin xeyirxahlıq qunasında olanlara Vişnuya transsendental sitayiş məsləhət görülür. Ancaq, son nəticədə bütün yaqyalar tədricən transsendental mövqeyə yüksəlmək üçün təyin olunmuşdur. Adi adam heç olmasa pança-maha-yaqya adlı beş yaqya icra etməlidir.

İnsan bilməlidir ki, cəmiyyəti həyat üçün zəruri olan bütün şeylərlə tanrıçalar – Tanrının köməkçiləri təchiz edirlər. Heç kəs heç nə yarada bilməz. Misal üçün, cəmiyyətin istehlak etdiyi qidanı götürək. Həm xeyirxahlıq qunasında olan adamların işlətdikləri dənli bitkilər, meyvə, tərəvəz, süd, qənd və s., həm də qeyri-vegetarian məhsulları olan ət və s. insan tərəfindən yaradıla bilməz. Həyat üçün zəruri olan isti, işıq, su, hava və s. cəmiyyət tərəfindən istehsal edilə bilməz. Ulu Tanrı olmasa günəş işığı, ay işığı, yağış, külək və s. ola bilməz. Bunlarsız isə heç kim yaşaya bilməz. Aydındır ki, həyatımız Tanrının bizi təchiz etməsindən asılıdır. Hətta bizim sənaye müəssisələrimiz üçün çoxlu xammal, məsələn, metal, kükürd, civə, manqan və külli miqdarda digər maddələr tələb olunur. Tanrının köməkçiləri bizi bütün bunlarla o məqsədlə təchiz edirlər ki, biz onlardan düzgün istifadə edib, özümüzü gümrah və sağlam saxlayaq, həm də həyatın son məqsədinə, yəni həyat uğrunda maddi mübarizədən qurtuluşa aparan özünügerçəkləşdirməyə nail olaq. Həyatın bu məqsədinə yaqyalar icra etməklə çatmaq olar. Əgər biz insan həyatının məqsədini unuduruqsa və Tanrının köməkçilərinin göndərdiyini, sadəcə olaraq, hissi həzz üçün işlədiriksə, demək, oğruyuq və buna görə də maddi təbiətin qanunları tərəfindən cəzalandırılacağıq. Oğruların həyat məqsədləri olmadığı üçün onlardan ibarət olan cəmiyyət heç vaxt xoşbəxt olmayacaq. Qaba materialist oğruların həyatda son məqsədləri yoxdur. Onlar, sadəcə olaraq, hissi həzzi əldə rəhbər tutur və yaqya icrası barədə heç nə bilmirlər. Ancaq İlahi Çaitanya bizə son dərəcə asan bir yaqya – sankirtana-yaqya üsulu vermişdir və yer üzündə Krişna şüuru prinsiplərini qəbul edən hər bir kəs onu icra edə bilər.

 

MƏTN 13

yaqya-şiştaşinah santo

muçyante sarva-kilbişaih

bhuncate te tv aqham papa

ye paçanty atma-karanat

 

yaqya-şişta – yaqya icrasından sonra qəbul edilən qida; aşinah – yeyənlər; santah – fədailər; muçyante – azad olurlar; sarva – hər növ; kilbişaih – günahlardan; bhuncate – həzz almağı; te – onlar; tu – lakin; aqham – dəhşətli günahlar; papah – günahkarlar; ye – kim; paçanti – yemək hazırlayır; atma-karanat – hissi həzz üçün.

Tanrı fədailəri yalnız qurban edilmiş qida yediklərinə görə hər cür günahlardan azad olurlar. Qidanı hissi həzz üçün hazırlayanlar isə, əslində, haram yeyirlər.

İZAHI: Tanrı fədailəri, yaxud Krişna şüurunda olanlar santa adlanırlar və onlar Brahma-samhitada (5.38) təsvir edildiyi kimi, Tanrıya daim məhəbbət bəsləyirlər: premancana-ççhurita-bhakti-viloçanena santah sadaiva hridayeşu vilokayanti. Santa Allahın Ali Şəxsiyyəti Qovindaya (bütün həzzləri verən), yaxud Mukundaya (qurtuluş verən), yaxud Krişnaya (hər şeyi cəlb edən) qarşı həmişə məhəbbətlə dolu olduğu üçün, Allahın Ali Şəxsiyyətinə təklif etmədən heç nəyi qəbul edə bilmir. Buna görə də belə fədailər sədaqətli xidmətin müxtəlif formaları olan şravanam, kirtanam, smaranam, arçanam və s. kimi yaqyaları həmişə icra edirlər. Bu yaqyaların icrası onları maddi dünyada günahlı əlaqələrdən əmələ gələn çirkabdan həmişə kənarda saxlayır. Qidanı özləri üçün, yaxud hissi həzz üçün hazırlayanlar isə təkcə oğru deyil, həm də haram yeyəndirlər. Əgər insan oğru və günahlıdırsa, o necə xoşbəxt ola bilər? Bu mümkün deyil. Ona görə də insanlar hər cəhətdən xoşbəxt olmaq üçün Krişna şüurunda bu asan sankirtana-yaqyanı icra etməyi öyrənməlidirlər. Əks halda, yer üzündə sülh və xoşbəxtlik ola bilməz.

 

MƏTN 14

annad bhavanti bhutani

parcanyad anna-sambhavah

yaqyad bhavati parcanyo

yaqyah karma-samudbhavah

 

annat – dənli bitkilərdən; bhavanti – böyümək; bhutani – maddi bədənlər; parcanyat – yağışlardan; anna – qida; sambhavah – istehsal; yaqyat – qurbanların icrasından; bhavati – mümkün olur; parcanyah – yağış; yaqyah – yaqyanın icrasından; karma – təyin olunmuş vəzifələr; samudbhavah – əmələ gəlir.

Bütün canlılar dənli bitkilərlə, dənli bitkilər isə yağışla qidalanırlar. Yağışlar yaqya [qurban] icrasının nəticəsidir, yaqya isə təyin olunmuş vəzifələrdən doğur.

İZAHI: Bhaqavad-gitanın dahi şərhçisi Şrila Baladeva Vidyabhuşana yazır: ye indrady-anqatayavasthitam yaqyam sarveşvaram vişnum abhyarçya taç-çheşam aşnanti tena tad deha-yatram sampadayanti, te santah sarveşvarasya yaqya-puruşasya bhaktah sarva-kilbişair anadi-kala-vivriddhair atmanubhava-prati bandhakair nikhilaih papair vimuçyante. Yaqya-puruşa, yaxud bütün qurbanları şəxsən qəbul edən Uca Tanrı bütün tanrıçaların ağasıdır; bədənin müxtəlif hissələri bütövə xidmət etdiyi kimi, bu tanrıçalar da Ona xidmət edirlər. İndra, Çandra və Varuna kimi tanrıçalar maddi işləri idarə etmək üçün təyin edilmiş xidmətçilərdir. Bu tanrıçaları razı salmaq üçün Vedalarda müxtəlif qurbanlar göstərilmişdir. Onlar razı qaldıqda, dənli bitkilərin istehsalı üçün kifayət qədər hava, işıq və su təchiz edirlər. Tanrı Krişnaya sitayiş edən insan eləcə də Onun bədəninin müxtəlif hissələri olan tanrıçalara da sitayiş etmiş olur; ona görə də tanrıçalara ayrıca sitayiş etməyə ehtiyac yoxdur. Buna görə də Krişna şüurunda olan Tanrı fədailəri qidanı Krişnaya təklif etdikdən sonra yeyirlər. Bu proses bədənə ruhi qida verir. Bu cür fəaliyyətin nəticəsində nəinki keçmiş günahların əks-təsirləri yox edilir, həmçinin bədən maddi təbiətin bütün çirkləndirici əks-təsirindən mühafizə olunur. Epidemiya vaxtı vaksin insanı xəstəliyə tutulmaqdan qoruduğu kimi, İlahi Vişnuya təklif edib, sonra yediyimiz qida da bizi maddi təsirlərə qarşı kifayət qədər dözümlü edir. Bu cür hərəkət edən adam Allah fədaisi adlanır. Buna görə də yalnız Krişnaya təklif edilmiş qidanı yeyən, Krişna şüurunda olan insan özünügerçəkləşdirməyə maneə olan keçmiş maddi infeksiyaların əks-təsirini aradan qaldıra bilər. Digər tərəfdən, bu cür hərəkət etməyən adam günah əməllərinin sayını artırır və onların əks-təsirlərini dadmaq üçün özünə sonrakı həyatında it və ya donuz bədəni hazırlayır. Maddi dünya çirkabla doludur və Tanrı prasadamını (Vişnuya təklif edilmiş qida) yeməklə immunitet əldə edən insan bu çirkabın təsirindən qurtulur. Bu cür hərəkət etməyən adam isə onun qurbanı olur.

Əsl qida məhsulları – dənli bitkilər və tərəvəzlərdir. İnsanlar müxtəlif cür dənli bitkilər, tərəvəz, meyvə və s. ilə, heyvanlar isə dənli bitkilərin və tərəvəzlərin tullantısı, ot və başqa bitkilərlə qidalanırlar. Ət yeməyə vərdiş etmiş insanlar da heyvanların ətini yemək üçün bitkilərin yetişməsindən asılıdırlar. Deməli, biz son nəticədə böyük fabriklərin deyil, tarlaların məhsulundan asılıyıq. Tarlaların məhsulu yağışdan asılıdır. Belə yağışlara İndra ilə yanaşı Günəş, Ay və s. planetlərin tanrıçaları nəzarət edirlər. Onlar isə Tanrı xidmətçiləridir. Tanrını qurban icra etməklə razı salmaq olar, onları icra etməyənlər isə ehtiyac içində olacaqlar; təbiətin qanunu belədir. Beləliklə, yaqya, xüsusilə bu dövr üçün təyin olunmuş sankirtana-yaqya, heç olmasa aclıqdan xilas olmaq üçün icra edilməlidir.

 

MƏTN 15

karma brahmodbhavam viddhi

brahmakşara-samudbhavam

tasmat sarva-qatam brahma

nityam yaqye pratişthitam

 

karma – fəaliyyət; brahma – Vedalardan; udbhavam – törədilmişdir; viddhi – sən bilməlisən; brahma – Vedalar; akşara – Ali Brahmandan (Allahın Şəxsiyyəti); samudbhavam – bilavasitə təzahür etmiş; tasmat – buna görə; sarva-qatam – hər şeyə nüfuz edən; brahma – transsendent; nityam – əbədi; yaqye – qurbanda; pratişthitam – yerləşmiş.

Nizamlayıcı fəaliyyət Vedalarda təyin olunmuşdur, Vedalar isə bilavasitə Allahın Ali Şəxsiyyətindən təzahür etmişdir. Buna görə də hər şeyə nüfuz edən Transsendent əbədi olaraq qurbanlarda mövcuddur.

İZAHI: Bu beytdə yaqyartha-karma, yəni yalnız Krişnanı razı salmaq üçün zəruri olan fəaliyyət daha aydın şəkildə izah edilir. Əgər biz yaqya-puruşanı, yəni Vişnunu razı salmaqdan ötrü işləməliyiksə, onda bu işin istiqamətini Brahmandan, yaxud transsendental Vedalardan öyrənməliyik. Vedalar fəaliyyət barədə göstərişlər külliyyatıdır. Vedalarda göstərilməyən hər cür fəaliyyət vikarma, yaxud nüfuzsuz fəaliyyət, yaxud da günah əməl adlanır. Buna görə də insan gördüyü işin əks-təsirlərindən yaxa qurtarmaq üçün həmişə Vedaların göstərişlərinə müraciət etməlidir. İnsan gündəlik fəaliyyətində dövlət qanunlarına riayət etməli olduğu kimi, Tanrının da ali dövlət qanunlarına riayət etməlidir. Veda göstərişləri bilavasitə Allahın Ali Şəxsiyyətinin nəfəsindən təzahür edir. Deyilir ki, asya mahato bhutasya nişvasitam etad yad riq-vedo yacur-vedah sama-vedo ‘tharvanqirasah – dörd Veda, yəni Riq Veda, Yacur Veda, Sama Veda və Atharva Veda Allahın Ali Şəxsiyyətinin nəfəsinin emanasiyasıdır.” (Brihad-aranyaka Upanişad 4.5.11) Brahma-samhitada deyildiyi kimi, Uca Tanrı Öz qüdrəti sayəsində nəfəsi vasitəsilə danışmağa qadirdir və O, elə qüdrətə malikdir ki, Özünün hər bir hiss üzvü vasitəsilə bütün digər hiss üzvlərinin işini görə bilər. Başqa sözlə, Tanrı nəfəsi ilə danışmağa, gözləri ilə mayalamağa qadirdir. Əslində, deyilir ki, O, maddi təbiətə gözucu nəzər salaraq, bütün canlı məxluqları törətdi. Yaradılışdan, yaxud maddi təbiətin bətnini şərtləndirilmiş canlarla mayaladıqdan sonra O, bu şərtləndirilmiş canların öz evlərinə, yəni geriyə – Allahın yanına qayıda bilmələri üçün Veda müdrikliyi şəklində Öz göstərişlərini verdi. Biz həmişə yadda saxlamalıyıq ki, maddi təbiətdəki şərtləndirilmiş canların hamısı maddi həzz həsrətindədirlər. Ancaq Veda təlimatları elə tərtib edilmişdir ki, insan öz çirkin istəklərini həyata keçirdikdən sonra, bu üzdəniraq həzlərini başa vurub Allahın yanına qayıda bilər. Buna görə də verilmiş bu imkandan istifadə edərək şərtləndirilmiş canlar özlərində Krişna şüurunu inkişaf etdirərək yaqya prosesinə əməl etməlidirlər. Hətta Veda təlimatlarına əməl edə bilməyənlər belə Krişna şüuru prinsiplərini qəbul edə bilərlər. Bu, Veda yaqyalarını, yaxud karmanı əvəz edəcəkdir.

 

MƏTN 16

evam pravartitam çakram

nanuvartayatiha yah

aqhayur indriyaramo

moqham partha sa civati

 

evam – belə; pravartitam – Vedalarda təyin edilmiş; çakram – dövr; na – yox; anuvartayati – qəbul etmək; iha – bu ömürdə; yah – o kəs ki; aqha-ayuh – həyatı günahla dolu olan; indriya-aramah – hissi həzlərdən məmnun olmuş; moqham – faydasız; partha – ey Prithanın oğlu (Arcuna); sah – o; civati – yaşayır.

Əzizim Arcuna, Vedalarda göstərilmiş qurbanları yerinə yetirməyən insan, şübhəsiz ki, günahla dolu həyat sürür. O, yalnız hisslərinə həzz verməkdən ötrü yaşadığına görə, həyatını boş yerə keçirir.

İZAHI: Uca Tanrı burada mammonistlərin “gecə-gündüz işləyib, hissi həzz almaq” fəlsəfəsini pisləyir. Ona görə də yuxarıda göstərilən yaqya prosesi bu maddi dünyadan həzz almaq istəyənlər üçün tamamilə zəruridir. Bu təlimatlara əməl etməyən insan özünü getdikcə daha ağır cəzalara məhkum edərək təhlükəli ömür sürür. Təbiətin qanunlarına əsasən, insan forması canlı varlığın üç yoldan – karma-yoqa, qyana-yoqa, yaxud bhakti-yoqadan birinin vasitəsilə, xüsusi olaraq, özünügerçəkləşdirməsi üçün nəzərdə tutulmuşdur. Qüsur və məziyyətlərdən üstün olan transsendentalistlərin təyin olunmuş yaqyalara ciddi əməl etmələrinə ehtiyac yoxdur; ancaq hissi həzlərə qapılanlar yuxarıda deyilən yaqya icrası vasitəsilə təmizlənməlidirlər.

Müxtəlif fəaliyyət növləri mövcuddur. Kim ki, Krişna şüurunda deyil, söz yox ki, hissi səviyyədədir; buna görə də onlar mömin işlər görməlidirlər. Yaqya systemi elə qurulub ki, şüuru hissi səviyyədə olan adamlar hisslərə həzz verən fəaliyyətin əks-təsirlərinə dolaşmadan arzularına çata bilərlər. Dünyanın firavanlığı bizim səylərimizdən deyil, Tanrının yaratdığı, tanrıçaların isə bilavasitə idarə etdiyi əzəli quruluşdan asılıdır. Buna görə də yaqyalar Vedalarda adları çəkilən müəyyən tanrıçalara yönəlmişdir. Bu, Krişna şüuru ilə bilvasitə məşğul olmaq deməkdir. Çünki insan yaqyaları bacarıqla icra edirsə, o, şübhəsiz ki, Krişna şüuruna gələcəkdir. Lakin yaqyalar icra etməklə insan Krişna şüuruna gəlmirsə, onda bu prinsiplər, sadəcə olaraq, əxlaq qaydaları hesab edilir. Buna görə də insan öz inkişafını əxlaq qaydaları ilə məhdudlandırmamalıdır. O, onları dəf edib, Krişna şüuruna nail olmalıdır.

 

MƏTN 17

yas tv atma-ratir eva syad

atma-triptaş ça manavah

atmany eva ça santuştas

tasya karyam na vidyate

 

yah – o kəs ki; tu – lakin; atma-ratih – öz-özünə həzz almaq; eva – əlbəttə; syat – qalır; atma-triptah – özündən işıq saçan; ça – və; manavah – insan; atmani – özündə; eva – təkcə; ça – və; santuştah – tamamilə məmnun; tasya – onun; karyam – borcu; na – yoxdur; vidyate – mövcuddur.

Özü-özündə həzz alan, özünü dərk etmiş, sevinc içində olan, ancaq özü-özündə məmnunluq tapan tam məmnun insan üçün borc yoxdur.

İZAHI: Tamamilə Krişna şüurunda olan və Krişna şüurundakı fəaliyyətindən tam məmnun olan insan üçün heç bir borc yoxdur. Krişna şüurunda olduğuna görə, o, daxilindəki bütün natəmizliklərdən dərhal təmizlənir və beləliklə, minlərlə yaqya icrasının nəticəsini əldə etmiş olur. Şüurun bu cür təmizlənməsi sayəsində insan Tanrı ilə münasibətlərindəki əbədi mövqeyini tamamilə dərk edir. Beləliklə, onun borcu Tanrının mərhəməti ilə öz-özünə aydınlaşır. Buna görə də Veda təlimatlarındakı vəzifələr artıq ona aid deyildir. Krişna şüurunda olan bu cür şəxs artıq maddi işlərlə maraqlanmır və şərabda, qadınlarla ünsiyyətdə və bu kimi başqa əyləncələrdə ləzzət görmür.

 

MƏTN 18

naiva tasya kritenartho

nakriteneha kaşçana

na çasya sarva-bhuteşu

kaşçid artha-vyapaşrayah

 

na – heç vaxt; eva – əlbəttə; tasya – onun; kritena – borcunu yerinə yetirilməsi; arthah – məqsəd; na – yox; akritena – borcunu yerinə yetirmədən; iha – bu dünyada; kaşçana – nə; na – heç vaxt; ça – və; asya – onun; sarva-bhuteşu – bütün canlı varlıqlar arasında; kaşçit – hər bir; artha – məqsəd; vyapaşrayah – sığınacaq.

Özünü dərk etmiş insan təyin olunmuş vəzifələrini yerinə yetirərkən müəyyən bir məqsəd güdmür, ancaq bu işi yerinə yetirməmək üçün də səbəb görmür. O həm də digər canlı məxluqlardan asılı deyil.

İZAHI: Özünügerçəkləşdirmiş insan artıq Krişna şüurundakı fəaliyyətdən başqa heç bir təyin olunmuş vəzifə yerinə yetirməyə borclu deyil. Sonrakı beytlərdə izah ediləcəyi kimi, Krişna şüuru fəaliyyətsizlik deyildir. Krişna şüurunda olan şəxsin hər hansı bir insana, yaxud tanrıçaya sığınmağa ehtiyacı yoxdur. O, Krişna şüurunda fəaliyyət göstərməklə öz vəzifələrini də yerinə yetirmiş olur.

 

MƏTN 19

tasmad asaktah satatam

karyam karma samaçara

asakto hy açaran karma

param apnoti puruşah

 

tasmat – buna görə də; asaktah – bağlılıqsız; satatam – daim; karyam – borc kimi; karma – iş; samaçara – yerinə yetir; asaktah – bağlanmayan; hi – əlbəttə; açaran – icra edərək; karma – iş; param – Ali; apnoti – nail olur; puruşah – insan.

Buna görə də insan gördüyü işin bəhrələrinə bağlanmadan, onu bir borc kimi yerinə yetirməlidir. Belə etdikdə o, Uca Tanrıya nail olur.

İZAHI: Ali – fədailər üçün Allahın Şəxsiyyəti, impersonalist üçün isə qurtuluşdur. Buna görə də Krişna naminə, yaxud Krişna şüurunda (düzgün rəhbərlik altında) fəaliyyət göstərən və gördüyü işin nəticələrinə bağlanmayan insan, şübhəsiz ki, həyatın ən yüksək məqsədinə doğru irəliləyir. Arcunaya deyilir ki, o, Kurukşetra döyüşündə Krişna namimə və Onun istəyilə vuruşmalıdır. Xoşxasiyyət olmaq və zorakılıq etməmək insanın bağlılığından doğur. Tanrı üçün iş görmək – nəticəyə bağlanmadan işləmək deməkdir. Bu, Allahın Ali Şəxsiyyəti Şri Krişnanın məsləhət gördüyü ən mükəmməl fəaliyyətdir.

Təyin olunmuş qurbanlar və digər Veda ayinləri hissi həzz məqsədilə həyata keçirilmiş qeyri-mömin fəaliyyətin əks-təsirlərindən təmizlənmək üçün icra edilir. Lakin Krişna şüurunda həyata keçirilən fəaliyyət yaxşı və pis əməllərin əks-təsirlərindən yüksəkdə durur. Krişna şüurunda insan gördüyü işin nəticəsinə bağlanmadan yalnız Krişna üçün çalışır. O, müxtəlif işlərlə məşğul olsa da, heç birinə bağlı deyil.

 

MƏTN 20

karmanaiva hi samsiddhim

asthita canakadayah

loka-sanqraham evapi

sampaşyan kartum arhasi

 

karmana – iş; eva – hətta; hi – əlbəttə; samsiddhim – mükəmməl surətdə; asthitah – yerləşmiş; canaka-adayah – Canaka və başqa şahlar; loka-sanqraham – adi insanlar; eva api – həmçinin; sampaşyan – hesab edərək; kartum – hərəkət etmək; arhasi – sən layiqsən.

Canaka kimi şahlar təyin olunmuş vəzifələrini yerinə yetirməklə kamilliyə çatmışlar. Buna görə də sən, heç olmasa, insanları tərbiyə etmək üçün oz işini yerinə yetirməlisən.

İZAHI: Canaka kimi şahlar özünügerçəkləşdirmiş canlar idilər; ona görə də Vedalardakı təyin olunmuş vəzifələri yerinə yetirməyə borclu deyildilər. Bununla belə, sadəcə olaraq, insanlara nümunə göstərmək üçün onlar təyin olunmuş bütün vəzifələrini yerinə yetirirdilər. Canaka Sitanın atası və İlahi Şri Ramanın qayınatası idi. Allahın böyük fədaisi olduğu üçün o, transsendental mövqedə idi. Ancaq Mithilanın (Hindistanda Bihar əyalətinin bir hissəsi) şahı olduğuna görə o, təyin olunmuş vəzifələri yerinə yetirməyi təbəələrinə öyrətməli idi. Tanrı Krişnanın və Onun əbədi dostu Arcunanın Kurukşetradakı döyüşdə vuruşmağa ehtiyacları yox idi. Lakin dəlillər kifayət etmədikdə zorakılıq lazım gəldiyini göstərmək üçün vuruşdular. Kurukşetra döyüşündən qabaq müharibəyə yol verməmək üçün hətta Allahın Ali Şəxsiyyətinin Özü hər cür səy göstərmişdi. Ancaq əks tərəf müharibəni təgid edirdi. Beləliklə, mömin məqsəd naminə vuruşmaq lazım idi. Krişna şüurunda olan insanın bu dünyada heç nəyə marağı olmadığına baxmayaraq o, adamlara necə yaşamağı, necə fəaliyyət göstərməyi öyrətmək üçün çalışır. Krişna şüurunda təcrübəli olan şəxs fəaliyyət göstərməklə başqalarını ardınca apara bilər. Bu, növbəti beytdə izah edilir.

 

MƏTN 21

yad yad açarati şreşthas

tat tad evetaro canah

sa yat pramanam kurute

lokas tad anuvartate

 

yat yat – nə; açarati – o edir; şreşthah – hörmətli rəhbər; tat – o; tat – və yalnız o; eva – əlbəttə; itarah – adi; canah – şəxs; sah – o; yat – hansı; pramanam – nümunə; kurute – icra edir; lokah – bütün dünya; tat – o; anuvartate – ardınca gedir.

Dahi insan nə edirsə, adi adamlar onun ardınca gedirlər. Və o öz əməlləri ilə nə cür qaydalar qoyursa, bütün dünya onlara əməl edir.

İZAHI: İnsanlara öz əməlləri ilə nümunə göstərən rəhbər gərəkdir. Əgər rəhbər özü siqaret çəkirsə, adamlara bu vərdişi tərgitdirə bilməz. İlahi Çaitanya deyirdi ki, müəllim başqalarını öyrətməkdən əvvəl özünü düzgün aparmağı bacarmalıdır. Buna riayət edən şəxs açarya, yaxud ideal müəllim adlanır. Ona görə də müəllim adi adama necə öyrətmək üçün şastraların (müqəddəs kitablar) prinsiplərinə əməl etməlidir. Müəllim müqəddəs kitabların prinsiplərinə zidd olan qaydalar kəşf etməməlidir. Manu-samhita və s. kimi müqəddəs kitablarda qaydalar verilir və insanlar onlara əməl etməlidirlər. Beləliklə, rəhbərlərin verdiyi nəzəriyyə bu cür şastraların prinsiplərinə əsaslanmalıdır. Kamilliyə can atan insan böyük müəllimlərin yolu ilə gedərək təsis edilmiş qaydalara əməl etməlidir. Şrimad-Bhaqavatamda təsdiq edilir ki, insan böyük fədailərin yolu ilə getməlidir və bu, ruhi gerçəkləşmə prosesində tərəqqi yoludur. Şah, yaxud dövlət başçısı, ata və ya məktəb müəllimi adi adamların rəhbərləridir. Bu rəhbərlərin hamısı təbəələri qarşısında böyük məsuliyyət daşıyırlar; buna görə də onlar əxlaq qaydalarını və ruhi qanunları özündə cəm edən kitablara bələd olmalıdırlar.

 

MƏTN 22

na me parthasti kartavyam

trişu lokeşu kinçana

nanavaptam avaptavyam

varta eva ça karmani

 

na – yox; me – Mənim; partha – ey Prithanın oğlu; asti – var; kartavyam – təyin olunmuş vəzifə; trişu – üçündə; lokeşu – planet sistemləri; kinçana – hər bir; na – heç nə; anavaptam – arzu edilən; avaptavyam – udmaq; varte – Mən məşğulam; eva – əlbəttə; ça – həmçinin; karmani – təyin olunmuş vəzifələr.

Ey Prithanın oğlu, üç planet sistemində Mənim üçün təyin olunmuş heç bir iş yoxdur. Mən heç nə arzulamıram, heç nəyə ehtiyacım yoxdur, lakin yenə də işləyirəm.

İZAHI: Allahın Ali Şəxsiyyəti Veda ədəbiyyatında aşağıdakı kimi təsvir edilir:

tam işvaranam paramam maheşvaram

tam devatanam paramam ça daivatam

patim patinam paramam parastad

vidama devam bhuvaneşam idyam

 

na tasya karyam karanam ça vidyate

na tat-samaş çabhyadhikaş ça drişyate

parasya şaktir vividhaiva şruyate

svabhaviki qyana-bala-kriya ça

 

“Uca Tanrı bütün nəzarətçilərin nəzarətçisidir və O, müxtəlif planet rəhbərlərinin hamısından ucadır. Hər şey Onun nəzarəti altındadır. Bütün canlılar yalnız Uca Tanrının sayəsində müəyyən hakimiyyətə malikdirlər; onlar ali qüdrət sahibi deyildirlər. Eləcə də bütün tanrıçalar Ona sitayiş edirlər. O, hökmdarlar hökmdarıdır. Beləliklə, O bütün maddi rəhbərlərə və nəzarətçilərə münasibətdə transsendentaldır və hamı Ona sitayiş edir. Heç kəs Ondan böyük deyil və O bütün səbəblərin səbəbidir.”

“Onun bədəni adi canlı məxluqların bədəninə bənzəmir. Onun bədəni ilə canı arasında fərq yoxdur. O, Mütləqdir. Onun bütün hissləri transsendentaldır. Onun hiss üzvlərindən hər biri digərlərinin işini görə bilir. Buna görə də heç kəs Ondan böyük və Ona bərabər deyildir. Onun potensiyaları müxtəlifdir və buna görə də Onun işləri təbii ardıcıllıqla öz-özünə həyata keçirilir.” (Şvetaşvatara Upanişad 6.7 – 8)

Allahın Ali Şəxsiyyəti hər bir şeyə tam ölçüdə malikdir və bunların hamısı bir həqiqət kimi mövcuddur. Ona görə də Onun heç bir borcu yoxdur. Gördüyü işin bəhrələrini əldə etmək istəyən şəxsin müəyyən vəzifələri vardır. Lakin heç bir şeyə can atmayan şəxsin, şübhəsiz ki, bu üç planet sistemində heç bir vəzifəsi yoxdur. Bununla belə, Tanrı Krişna Kurukşetra çölündə kşatriyaların başçısı kimi çıxış edirdi. Çünki kşatriyaların borcu əzab çəkənləri müdafiə etməkdir. O, müqəddəs kitabların bütün təlimatlarından yüksəkdə durduğuna baxmayaraq onları pozmur.

 

MƏTN 23

yadi hy aham na varteyam

catu karmany atandritah

mama vartmanuvartante

manuşyah partha sarvaşah

 

yadi – əgər; hi – əlbəttə; aham – Mən; na – yox; varteyam – beləliklə məşğulam; catu – nə vaxtsa; karmani – təyin olunmuş vəzifələrin yerinə yetirilməsində; atandritah – böyük səylə; mama – Mən; vartma – yol; anuvartante – yoluyla gedəcək; manuşyah – bütün insanlar; partha – ey Prithanın oğlu; sarvaşah – hər cəhətdən.

Ey Partha, əgər Mən işləməsəydim, şübhəsiz ki, bütün insanlar Mənim yolumla gedərdilər.

İZAHI: Cəmiyyətin ruhi inkişafı üçün onun əmin-amanlığı qorunub saxlanılmalıdır. Bu məqsədlə hər bir mədəni insan mövcud ailə adət-ənənələrinə əməl etməlidir. Bu qayda və təlimatlar Tanrı Krişnaya deyil, şərtləndirilmiş canlara aid olsa da, dini prinsipləri bərpa etməyə gəldiyi üçün O Özü də onlara əməl edir. Əks təqdirdə, adi adamlar da Onun kimi edərdilər, çünki O, ən böyük nüfuz sahibidir. Şrimad-Bhaqavatamdan aydın olur ki, Tanrı Krişna dini vəzifələri həm evdə, həm də evdən kənarda ailə başçısından necə tələb olunurdusa, elə də yerinə yetirirdi.

 

MƏTN 24

utsideyur ime loka

na kuryam karma çed aham

sankarasya ça karta syam

upahanyam imah pracah

 

utsideyuh – dağılardı; ime – bütün bu; lokah – dünyalar; na – yox; kuryam – Mən icra edirəm; karma – təyin olunmuş vəzifələr; çet – əgər; aham – Mən; sankarasya – arzuedilməyən əhali; ça – və; karta – yaradan; syam – olacaq; upahanyam – dağıdılacaq; imah – bütün bu; pracah – canlı məxluqlar.

Mən işləməyi dayandırsaydım, bütün dünyalar dağılardı. Mən arzuedilməz əhalinin yaranmasına səbəb olub, bütün canlı məxluqların dincliyini pozmuş olardım.

İZAHI: Varna-sankara, yəni arzuedilməz əhali, cəmiyyətin dincliyini pozan adamlardır. Belə ictimai narahatlığa yol verilməməsi üçün qayda və təlimatlar təyin olunmuşdur. Bu qayda və təlimatlar sayəsində əhali həm öz-özünə dinc yaşaya bilər, həm də həyatda ruhi inkişaf üçün hazırlıqlı ola bilər. Tanrı Krişna Yerə enəndə bu cür qayda və təlimatların nüfuzunu və mühümlüyünü qoruyub saxlamaq üçün onlara əməl edir. Tanrı bütün canlı məxluqların atasıdır. Əgər canlı məxluqlar səhvə yol verirlərsə, Tanrı qismən bunun məsuliyyətini daşıyır. Buna görə də nizamlayıcı prinsiplərə ümumi etinasızlıq əmələ gəldikdə, Uca Tanrı Özü yerə enir və cəmiyyəti istiqamətləndirir. Ancaq, Tanrının yolu ilə getməli olduğumuza baxmayaraq, yadda saxlamalıyıq ki, biz Onu təqlid edə bilmərik. Yolu ilə getmə və təqlid etmə başqa-başqa şeylərdir. Məsələn, Uca Tanrı uşaqlığında Qovardhana dağını qaldırmışdı. Biz Onu təqlid edərək Qovardhana dağını qaldıra bilmərik. Bu, insan üçün mümkün deyil. Onun göstərişlərinə əməl etməliyik, ancaq heç vaxt Onu təqlid etməməliyik. Şrimad-Bhaqavatamda (10.33.30 – 31) deyilir:

naitat samaçarec catu

manasapi hy anişvarah

vinaşyaty açaran maudhyad

yatha ‘rudro ‘bdhi-cam vişam

 

işvaranam vaçah satyam

tathaivaçaritam kvaçit

teşam yat sva-vaço-yuktam

buddhimams tat samaçaret

 

“İnsan, sadəcə olaraq, Tanrının və Onun qüdrətli xidmətçilərinin göstərişlərinə əməl etməlidir. Onların göstərişləri bizim üçün faydalıdır və hər bir dərrakəli insan onlara deyildiyi kimi, əməl edəcək. Ancaq insan onların əməllərini təqlid etməkdən çəkinməlidir. İnsan Həzrət Şivanı təqlid edərək, zəhər okeanını içməyə cəhd etməməlidir.”

Biz işvaraların, yəni Günəşin və Ayın hərəkətinə nəzarət edənlərin yüksək mövqedə olduqlarını həmişə yadda saxlamalıyıq. Bu cür qüdrətə malik olmadan heç kəs fövqalədə qüdrətli işvaraları təqlid etməməlidir. Həzrət Şiva zəhər okeanını içmişdi, ancaq adi insan bunun cüzi bir hissəsini içməyə cəhd etsə, dərhal ölər. Həzrət Şivanın bir çox üzdəniraq ardıcılları qanca (marihuana) və digər narkotiklərdən istifadə edərək həzz almağa çalışırlar. Lakin onlar unudurlar ki, Həzrət Şivanı bu cür təqlid etməklə özlərinin vaxtsız ölümünə səbəb olurlar. Eləcə də Tanrı Krişnanın da üzdəniraq fədailəri vardır. Onlar Qovardhana dağını qaldırmağa qadir olmadıqlarını unudaraq, Tanrının rasa-lilasını, yəni məhəbbət rəqsini təqlid edirlər. Ona görə qüdrətli şəxsləri təqlid etməkdənsə, sadəcə olaraq, onların göstərişlərinə əməl etmək daha yaxşıdır; həmçinin səlahiyyəti olmadan heç kəs onların yerini tutmağa cəhd etməməlidir. Özlərini Tanrı “mücəssəmələri” adlandıran, ancaq bu qüdrətin sahibi olmayan adamlar çoxdur.

 

MƏTN 25

saktah karmany avidvamso

yatha kurvanti bharata

kuryad vidvams tathasaktaş

çikirşur loka-sanqraham

 

saktah – bağlı olaraq; karmani – təyin olunmuş vəzifələrində; avidvamsah – cahil; yatha – bir o qədər; kurvanti – onlar edir; bharata – ey Bharata övladı; kuryat – yerinə yetirməlisən; vidvan – bilikli; tatha – beləliklə; asaktah – bağlılıqsız; çikirşuh – idərə etməyi arzulayan; loka-sanqraham – insanların əksəriyyəti.

Cahil adam öz vəzifələrini onların bəhrələrinə bağlanaraq yerinə yetirir, bilik sahibi isə bu işi bağlılıqsız, insanları düz yola çıxarmaq üçün görür.

İZAHI: Krişna şüurunda olanlar və Krişna şüurunda olmayanlar bir-birindən arzularına görə fərqlənirlər. Krişna şüurunda olan insan bu yolda inkişafına kömək etməyən heç bir işlə məşğul olmur. Onun hərəkətləri maddi fəaliyyətə son dərəcə bağlı olan cahilin hərəkətlərinə bənzəsə də, bu fəaliyyətlə onlardan biri hisslərini, digəri isə Krişnanı razı salmaq üçün məşğuldur. Beləliklə, Krişna şüurunda olan insan başqalarına necə işləməyi, fəaliyyətinin nəticələrini Krişnaya necə həsr etməyi göstərməlidir.

 

MƏTN 26

na buddhi-bhedam canayed

aqyanam karma-sanqinam

coşayet sarva-karmani

vidvan yuktah samaçaran

 

na – yox; buddhi-bhedam – ağıl narahatlığı; canayet – səbəb olmalıdır; aqyanam – səfehin; karma-sanqinam – həzgüdən fəaliyyətə bağlı olanın; coşayet – uyğun olmalıdır; sarva – bütün; karmani – iş; vidvan – bilikli; yuktah – məşğul olmuş; samaçaran – həyata keçirərək.

Qoy müdrik insan bəhrəgüdən fəaliyyətə bağlı cahil adamların ağıllarını həyəcanlandırmasın. Əksinə, tədricən Krişna şüurunda inkişaf etsinlər deyə, o bu adamları öz işlərindən çəkindirməyib, sədaqətli xidmət ruhunda fəaliyyətə cəlb etməlidir.

İZAHI: Vedaiş ça sarvair aham eva vedyah. Bütün Veda ayinlərinin məqsədi bundan ibarətdir. Bütün mərasimlər, qurbanlar, maddi fəaliyyət barədə göstərişlər də daxil olmaqla Vedalarda deyilənlərin hamısı həyatın son məqsədini – Krişnanı dərk etmək üçün təyin olunmuşdur. Lakin şərtləndirilmiş canlar hissi həzz almaqdan savayı heç nə bilmədiklərinə görə, Vedaları bu məqsədlə öyrənirlər. Bununla belə hisslərinin fəaliyyətini nizama salaraq, insan tədricən Krişna şüuru səviyyəsinə yüksələ bilər. Buna görə də Krişna şüurunda olan özünügerçəkləşdirmiş canlar başqalarını məşğul olduqları fəaliyyətdən çəkindirməməli, onların ağıllarını həyəcanlandırmamalı, ancaq hər cür fəaliyyətin nəticələrinin Krişnaya xidmətə necə həsr edildiyini göstərməlidirlər. Krişna şüurunda olan bilikli insan hissi həzz üçün işləyən cahillərə özlərini necə aparmalı olduqlarını öz əməlləri ilə başa sala bilər. Beləliklə, fəaliyyət göstərən cahil insanları həyəcanlandırmaq lazım deyil. Ancaq cüzi də olsa Krişna şüurunda olan adamı, Vedalarda məsləhət görülən digər üsullara əl atmadan, bilavasitə Tanrıya xidmətlə məşğul etmək olar. Bu cür xoşbəxt adamın Veda ayinlərinə əməl etməsinə ehtiyac yoxdur. Çünki Krişna şüurunda o, təyin olunmuş vəzifələrini yerinə yetirməklə əldə edə biləcəyi bütün nəticələrə nail ola bilər.

 

MƏTN 27

prakriteh kriyamanani

qunaih karmani sarvaşah

ahankara-vimudhatma

kartaham iti manyate

 

prakriteh – maddi təbiətin; kriyamanani – edilərək; qunaih – qunalarla; karmani – fəaliyyət; sarvaşah – hər növ; ahankara-vimudha – yalançı eqo tərəfindən aldadılmış; atma – ruhi can; karta – icraçı; aham – mən; iti – belə; manyate – o fikirləşir.

Yalançı eqo tərəfindən çaşdırılmış ruhi can özünü fəaliyyət icraçısı hesab edir, əslində isə, bu fəaliyyət maddi təbiətin üç qunası tərəfindən həyata keçirilir.

İZAHI: Adama elə gələ bilər ki, Krişna şüurunda olan insan materialistlə eyni səviyyədə fəaliyyət göstərir. Əslində isə, onların mövqeləri arasında çox böyük fərq vardır. Yalançı eqo materialisti hər bir işin icraçısı olduğuna inandırır. O, bilmir ki, onun bədən mexanizmini Uca Tanrının nəzarəti altında olan maddi təbiət yaratmışdır. Materialist bilmir ki, son nəticədə o, Krişnanın nəzarəti altındadır. Yalançı eqonun təsiri altında olan insan müstəqil surətdə hərəkət etdiyini zənn edir. Bu, onun biliksizliyinin əlamətidir. O bilmir ki, onun qaba və incə bədənini Allahın Ali Şəxsiyyətinin idarə etdiyi maddi təbiət yaratmışdır və buna görə də onun həm bədəni, həm də ağlı Krişna şüurunda Krişnaya xidmətlə məşğul edilməlidir. Cahil insan Allahın Ali Şəxsiyyətinin Hrişikeşa, yəni maddi bədəndəki hisslərin ağası olduğunu unudur. İnsan uzun müddət ərzində hisslərini məmnun etməklə məşğul olduğuna görə yalançı eqo onu çaşdırır və Krişna ilə əbədi qarşılıqlı münasibətlərini unutmağa məcbur edir.

 

MƏTN 28

tattva-vit tu maha-baho

quna-karma-vibhaqayoh

quna quneşu vartanta

iti matva na saccate

 

tattva-vit – Mütlər Həqiqəti bilən; tu – lakin; maha-baho – ey qoluqüvvəli; quna-karma – maddi təsir altında görülən işlərin; vibhaqayoh – fərqlər; qunah – hisslər; quneşu – hissi həzlərlə; vartante – cəlb olunurlar; iti – belə; matva – düşünərək; na – heç vaxt; saccate – bağlanır.

Ey qoluqüvvəli, Mütləq Həqiqəti bilən insan sədaqətli xidmətlə bəhrəgüdən fəaliyyət arasındakı fərqi anladığı üçün hisslərini razı salmaqla məşğul olmur.

İZAHI: Kim ki, Mütləq Həqiqətdən xəbərdardır, o əmindir ki, onun maddi aləmdəki vəziyyəti heç də təbii deyil. O, Allahın Ali Şəxsiyyəti Krişnanın ayrılmaz hissəciyi olduğunu bilir və başa düşür ki, maddi dünya onun yeri deyil. O öz həqiqi mahiyyəti etibarilə əbədi, həzz və bilik olan Uca Tanrının ayrılmaz hissəciyi olduğunu bilir, bu və ya başqa yolla həyat barədə maddi təsəvvürlər tələsinə düşdüyünü anlayır. Pak halda isə o, sədaqətli xidmət sayəsində Allahın Ali Şəxsiyyəti Krişna ilə əlaqə yaratmaq üçün təyin olunmuşdur. Beləliklə o, Krişna şüurunda fəaliyyət göstərir, təsadüfi və müvəqqəti maddi hisslərin fəaliyyətinə bağlılıqdan təbii yolla azad olur. O bilir ki, onu əhatə edən həyat şəraiti Tanrının ali nəzarəti altındadır; buna görə də müxtəlif maddi əks-təsirlər onu narahat etmir. Çünki o, bunları Tanrının mərhəməti hesab edir. Mütləq Həqiqəti üç müxtəlif aspektdə, yəni Brahman, Paramatma və Allahın Ali Şəxsiyyəti kimi dərk etmiş insan Şrimad-Bhaqavatamda tattva-vit adlandırılır. Çünki o, Uca Tanrı ilə qarşılıqlı münasibətlərdə öz həqiqi mövqeyini bilir.

 

MƏTN 29

prakriter quna-sammudhah

saccante quna-karmasu

tan akritsna-vido mandan

kritsna-vin na viçalayet

 

prakriteh – maddi təbiətin; quna – qunaları ilə; sammudhah – maddi şeylərlə eyniləşdirmə nəticəsində aldadılmış; saccante – onlar məşğul olurlar; quna-karmasu – maddi fəaliyyətdə; tan – onlar; akritsna-vidah – bilikdən kasad olanlar; mandan – öz mahiyyətini anlamağa tənbəllik edənlər; kritsna-vit – həqiqi biliyi olan; na – yox; viçalayet – həyəcanlandırmağa cəhd etmək.

Maddi təbiətin qunaları ilə çaşdırılmış cahil adamlar bütünlüklə maddi fəaliyyətə qapılır və ona bağlanırlar. Bu cür adamların fəaliyyəti biliksizlikləri üzündən aşağı qəbildən olsa da, müdrik insan onları narahat etmir.

İZAHI: Biliksiz insanlar yanılaraq özlərini qaba maddi şüurla eyniləşdirdikləri üçün onların ağlı həyat barədə maddi təsəvvürlərlə doludur. Bu bədəni bizə maddi təbiət verir və maddi şüura həddən artıq bağlı olan insan manda, yəni ruhi canın nə olduğunu anlamayan tənbəl adlandırılır. Cahil insan özünü bədən hesab edir, başqaları ilə cismani əlaqələrini qohumluq sanır, bədəninin doğulduğu yerə sitayiş edir, dini ayinləri isə son məqsəd bilir. İctimai fəaliyyət, millətçilik, altruizm və s. maddi təsəvvürləri olan adamların məşğul olduğu fəaliyyət növləridir. Onlar bu cür anlayışlara valeh olub, daim maddi fəaliyyətlə məşğuldurlar; onlar ruhi gerçəkləşməyə əfsanə kimi baxdıqlarına görə onunla maraqlanmırlar. Bu cür yanılan adamlar zorakılıq etməmə və maddi xeyirxahlıq kimi ilkin əxlaq prinsiplərinə də əməl edə bilərlər. Ancaq ruhi həyatda nurlanmış şəxslər bu cür materialistləri narahat etməməlidirlər. İnsan sakitcə öz ruhi inkişafı ilə məşğul olsa, daha yaxşı olar.

Cahil adamlar Krişna şüurunda həyata keçirilən fəaliyyəti qiymətləndirə bilmirlər. Buna görə də Tanrı Krişna bizə onları narahat etməməyi, qiymətli vaxtımızı itirməməyi məsləhət görür. Lakin Tanrı fədailəri Onun Özündən də mərhəmətlidirlər. Çünki onlar Onun məqsədini başa düşürlər. Buna görə də onlar özlərini hər cür təhlükəyə salır, hətta cahil adamlara yaxınlaşır və onları insan üçün son dərəcə vacib olan Krişna şüurunda fəaliyyətə cəlb etməyə çalışırlar.

 

MƏTN 30

mayi sarvani karmani

sannyasyadhyatma-çetasa

niraşir nirmamo bhutva

yudhyasva viqata-cvarah

 

mayi – Mənə; sarvani – hər cür; karmani – fəaliyyət; sannyasya – tam imtina edərək; adhyatma – özü barədə tam biliyə malik olaraq; çetasa – şüurla; niraşih – mənfəət güdmədən; nirmamah – sahiblik hissi olmadan; bhutva – belə olaraq; yudhyasva – vuruş; viqata-cvarah – süstlük etmədən.

Buna görə də, ey Arcuna, bütün fəaliyyətini Mənə həsr et, Məni düşün, mənfəət arzulama, sahiblik iddiasına düşmə, süstlükdən çıx və vuruş.

İZAHI: Bu beytdə Bhaqavad-gitanın məqsədi aydın şəkildə ifadə olunur. Tanrı öyrədir ki, insan öz vəzifələrini hərbi intizama tabe olan adam kimi yerinə yetirmək üçün bütünlüklə Krişna şüurunda olmalıdır. Bu yolda müəyyən çətinliklər ola bilsə də, insan Krişnaya tabe olaraq öz vəzifələrini yerinə yetirməlidir. Çünki bu, onun əzəli vəziyyətidir. Canlı məxluq Uca Tanrıdan asılı olmadan xoşbəxt ola bilməz, çünki əzəli vəziyyətinə görə o, daim Tanrının arzularına tabe olmalıdır. Buna görə də Şri Krişna Arcunaya vuruşmağı əmr etdi; sanki Tanrı onun hərbi rəhbəri idi. Uca Tanrının istəyinə əməl edərək hər şeyi qurban vermək, eyni zamanda heç bir şeyə sahib olmaq iddiasında olmadan təyin olunmuş vəzifələri yerinə yetirmək lazımdır. Arcuna Tanrının əmrini müzakirə etməyib, sadəcə olaraq, yerinə yetirməli idi. Uca Tanrı bütün canların canıdır; ona görə də mükafat gözləmədən, bütünlüklə Ali Canın iradəsinə tabe olan, yaxud başqa sözlə, Krişna şüurunu tam qəbul edən insan adhyatma-çetas adlanır. Niraşih sözü bildirir ki, insan mənfəət gözləmədən ağasının əmrinə əsasən hərəkət etməlidir. Xəzinədar ağasının milyonlarla pulunu saya bilər, ancaq özünə bir qəpik də götürməz. Eləcə də hər bir kəs başa düşməlidir ki, bu dünyada heç kəs heç nəyin sahibi deyildir, hər şey Tanrıya məxsusdur. Mayi, yəni “Mənə” sözünün əsl mənası bundan ibarətdir. İnsan Krişna şüurunda fəaliyyət göstərirsə, o təbii olaraq heç nəyi mənimsəmək iddiasına düşmür. Belə şüur nirmama, yəni “heç nə mənim deyil” adlanır. Əgər insanda qohumluq adlı cismani əlaqələrlə hesablaşmayan belə sərt əmri yerinə yetirməmək istəyi baş qaldırırsa, o bu istəyi rədd etməlidir; bu yolla insan viqata-cvara, yəni ağlın narahatlığından və süstlükdən azad olan şəxs ola bilər. Hər bir adam keyfiyyətlərinə və mövqeyinə müvafiq olaraq müəyyən işlə məşğuldur və yuxarıda deyildiyi kimi, bütün vəzifələr Krişna şüurunda yerinə yetirilə bilər. Bu, insanı qurtuluş yoluna çıxaracaq.

 

MƏTN 31

ye me matam idam nityam

anutişthanti manavah

şraddhavanto ‘nasuyanto

muçyante te ‘pi karmabhih

 

ye – onlar; me – Mənim; matam – təlimatlar; idam – bu; nityam – əbədi vəzifə kimi; anutişthanti – müntəzəm surətdə yerinə yetirmək; manavah – insanlar; şraddha-vantah – inam və sədaqətlə; anasuyantah – paxıllıq çəkmədən; muçyante – azad olur; te – onların hamısı; api – hətta; karmabhih – bəhrəgüdən fəaliyyətin əsarətindən.

Vəzifələrini Mənim göstərişlərimə müvafiq yerinə yetirən, bu təlimə inamla və paxıllıq çəkmədən riayət edən insan bəhrəgüdən fəaliyyətin əsarətindən azad olur.

İZAHI: Allahın Ali Şəxsiyyəti Krişnanın göstərişləri bütün Veda müdrikliyinin məğzidir, buna görə də onlar əbədi və tamamilə həqiqidir. Vedalar kimi Krişna şüuru da əbədi və həqiqidir. İnsan Tanrıya paxıllıq etmədən Onun nəsihətlərinə tamamilə inanmalıdır. Bir çox filosoflar var ki, Krişnaya inanmır, lakin Bhaqavad-gitaya şərhlər yazırlar. Onlar heç vaxt bəhrəgüdən fəaliyyətin əsarətindən azad olmayacaqlar. Lakin Tanrının əbədi nəsihətlərinə möhkəm inamı olan adi insan Onun göstərişlərini yerinə yetirə bilməsə də, karma qanununun əsarətindən azad olur. Krişna şüuru yoluna yenicə qədəm qoymuş insan Tanrının göstərişlərini tam şəkildə yerinə yetirə bilməsə də, bu prinsipləri inkar etmirsə, uğursuz və ümidsiz hallara baxmayaraq, hökmən Krişna şüurunun saf pilləsinə yüksələcəkdir.

 

MƏTN 32

ye tv etad abhyasuyanto

nanutişthanti me matam

sarva-qyana-vimudhams tan

viddhi naştan açetasah

 

ye – onlar; tu – lakin; etat – bu; abhyasuyantah – paxıllıqdan; na – yox; anutişthanti – müntəzəm surətdə yerinə yetirmək; me – Mənim; matam – təlimat; sarva-qyana – hər cür bilikdə; vimudhan – tamamilə aldadılmış; tan – onlar; viddhi – bunu yaxşı bilmək; naştan – hər şey məhv olmuşdur; açetasah – Krişna şüurunda olmadan.

Lakin paxıllıqları üzündən bu nəsihətlərlə hesablaşmayan, onlara əməl etməyən adamlar hər cür bilikdən məhrumdurlar, onlar aldadılmışlar və cahilliyə və əsarətə məhkumdurlar.

İZAHI: Burada aydın şəkildə deyilir ki, Krişna şüurunda olmamaq qüsurdur. İnsan dövlət başçısının əmrlərinə tabe olmadıqda cəzalandırıldığı kimi, şübhəsiz ki, Allahın Ali Şəxsiyyətinin əmrinə tabe olmadığına görə də cəza alacaqdır. Onun göstərişlərinə tabe olmayan adam nə qədər böyük şəxsiyyət olsa belə, nə Ali Brahman, nə Paramatma, nə Allahın Ali Şəxsiyyəti, nə də öz mahiyyəti barədə heç nə bilmir, çünki onun ürəyi boşdur. Buna görə də onun həyatda kamilliyə çatacağına ümid yoxdur.

 

MƏTN 33

sadrişam çeştate svasyah

prakriter qyanavan api

prakritim yanti bhutani

niqrahah kim karişyati

 

sadrişam – müvafiq; çeştate – cəhd edir; svasyah – şəxsi; prakriteh – təbiətin qanunları; qyana-van – alimlər; api – hərçənd; prakritim – təbiət; yanti – uğramaq; bhutani – bütün canlı məxluqlar; niqrahah – boğmaq; kim – nə; karişyati – edə bilər.

Hətta bilik sahibi olan insan belə öz təbiətinə müvafiq hərəkət edir, çünki hər kəs öz təbiətindən çıxış edir. Tabiətini boğmaqla insan nə əldə edə bilər?

İZAHI: Yeddinci fəsildə (7.14) Tanrı deyir ki, əgər insan transsendental Krişna şüuru səviyyəsində deyildirsə, o, maddi təbiət qunalarının təsirindən azad ola bilməz. Odur ki, hətta dünyəvi səviyyədə ən elmli adam da sadəcə olaraq nəzəri biliklə və ya canı bədəndən fərqləndirməklə mayanın dolaşıqlığından çıxa bilməz. Özlərini alim kimi göstərən çoxlu üzdəniraq spiritualistlər vardır, lakin onlar əslində, maddi təbiətin qunalarının təsiri altındadırlar və onu dəf etməyə qadir deyildirlər. İnsanın dünyəvi təhsili olsa da, maddi təbiətlə uzun müddət əlaqədə olduğu üçün onun əsarəti altındadır. Maddi həyatda təyin olunmuş vəzifələrini yerinə yetirdiyinə baxmayaraq, Krişna şüuru ona maddi təbiətin tələsindən qurtulmağa kömək edir. Ona görə də tamamilə Krişna şüurunda olmadan insan öz təyin olunmuş vəzifələrindən imtina etməməlidir. Heç kəs öz təyin olunmuş vəzifələrindən birdən-birə imtina edib, süni surətdə yoqi, yaxud transsendentalist olmağa cəhd etməməlidir. O, vəziyyətini dəyişmədən, mötəbər şəxsin rəhbərliyi altında Krişna şüuruna nail olmağa çalışarsa, daha yaxşı olar. Bu yolla insan mayanın caynaqlarından qurtula bilər.

 

MƏTN 34

indriyasyendriyasyarthe

raqa-dveşau vyavasthitau

tayor na vaşam aqaççhet

tau hy asya paripanthinau

 

indriyasya – hisslərin; indriyasya arthe – hiss obyektlərində; raqa – bağlılıq; dveşau – həmçinin ikrah hissi; vyavasthitau – nizamlamaq; tayoh – onların; na – heç vaxt; vaşam – nəzarət; aqaççhet – gəlmək lazımdır; tau – onlar; hi – əlbəttə; asya – onun; paripanthinau – maneə.

Maddi bədən almış məxluqlar hiss obyektlərinə bağlılıq və ikrah hissi keçirsələr də, hisslərdən və hiss obyektlərindən asılı olmaq olmaz, çünki onlar özünügerçəkləşdirmə yolunda maneədirlər.

İZAHI: Krişna şüurunda olan insanların, təbii ki, maddi hissi həzlərə meylləri yoxdur, ancaq bu cür şüura malik olmayan adamlar müqəddəs kitablardakı qayda və təlimatlara əməl etməlidirlər. Qeyri-məhdud hissi həzlər bizi maddi dünyanın əsiri edir, lakin müqəddəs kitablardakı qayda və təlimatlara əməl edən insan hiss obyektlərinin tələsinə düşmür. Məsələn, cinsi əlaqədən alınan həzz şərtləndirilmiş canın tələbatıdır və buna ailə həyatında icazə verilir. Müqəddəs kitabların göstərişlərinə əsasən, ər arvadından savayı heç bir qadınla cinsi əlaqədə olmamalıdır. O, bütün qalan qadınlara öz anası kimi baxmalıdır. Bu göstərişlərə baxmayaraq, kişi başqa qadınlarla əlaqədə olmağa meyllidir. Bu cür meyllər cilovlanmalıdır; əks təqdirdə, onlar özünügerçəkləşdirmə yolunda maneəyə çevriləcəkdir. Maddi bədəndə olduğumuza görə bizə bədənin ən zəruri ehtiyaclarını qayda və təlimatlara uyğun olaraq ödəməyə icazə verilir. Bununla belə bu cür güzəştlər bizi çox da arxayın etməməlidir. İnsan qayda və təlimatlara riayət edərək, onlara bağlanmamalıdır, çünki nizamlanan hissi həzlər də insanı yoldan çıxara bilər. Hətta düz, çala-çuxursuz yolda da təhlükə vardır. Maddi aləmlə çox qədim zamanlardan bəri təmasda olduğumuza görə hissi həzz istəyi uzun müddətdir bizdə mövcuddur. Buna görə də hissi həzzi nizamlamağımıza baxmayaraq, yoldan çıxmaq təhlükəsi həmişə qalır; beləliklə, hətta nizamlanan hissi həzlərə də bağlanmaqdan mümkün qədər çəkinmək lazımdır. Lakin Krişna şüuruna, yaxud Krişnaya məhəbbətlə xidmətə bağlılıq insana hər cür maddi fəaliyyətdən aralanmağa kömək edir. Odur ki, heç kəs həyatının heç bir mərhələsində Krişna şüurundan aralanmamalıdır. Hər cür hissi bağlılıqlardan əl çəkməkdə əsas məqsəd – Krişna şüuru səviyyəsinə yüksəlməkdir.

 

MƏTN 35

şreyan sva-dharmo viqunah

para-dharmat sv-anuşthitat

sva-dharme nidhanam şreyah

para-dharmo bhayavahah

 

şreyan – daha yaxşı; sva-dharmah – təyin olunmuş vəzifələr; viqunah – hətta qeyri-kamil; para-dharmat – başqaları üçün təyin olunmuş vəzifələrdən; su-anuşthitat – yaxşı yerinə yetirilmiş; sva-dharme – təyin olunmuş vəzifələrdə; nidhanam – dağılma; şreyah – daha yaxşı; para-dharmah – başqaları üçün təyin olunmuş vəzifələr; bhaya-avahah – təhlükəli.

İnsan başqalarının işini mükəmməl surətdə görməkdənsə, öz təyin olunmuş vəzifələrini hətta qüsurlu şəkildə yerinə yetirsə, daha yaxşı olar. O, borcunu yerinə yetirərkən, uğursuzluqlarla üzləşsə də, bu, başqasının borcunu yerinə yetirməkdən yaxşıdır. Çünki başqasının yolu ilə getmək təhlükəlidir.

İZAHI: Təyin olunmuş vəzifələri Krişna şüurunda yerinə yetirmək başqaları üçün təyin olunmuş işi görməkdən daha yaxşıdır. Maddi səviyyədə təyin olunmuş vəzifələr maddi təbiətin qunalarının təsiri altında olan insanın psixofizioloji halından asılı olaraq müəyyən edilən vəzifələrdir. Ruhi vəzifələr ruhani ustadın göstərişlərini yerinə yetirməklə Krişnaya transsendental xidmət etməkdən ibarətdir. Lakin təyin olunmuş vəzifənin maddi, yaxud ruhi olmasından asılı olmayaraq, insan üçün ömrünün axırınadək öz vəzifəsinə sadiq qalmaq, başqasını təqlid etməkdən yaxşıdır. Ruhi və maddi vəzifələr bir-birindən fərqlənə bilər, ancaq mötəbər rəhbərin göstərişlərini yerinə yetirmək prinsipi icraçı üçün həmişə faydalıdır. İnsan maddi təbiətin qunalarının təsiri altındadırsa, o, başqalarını təqlid etməyib, özünün konkret mövqeyi üçün təyin olunmuş qaydalara əməl etməlidir. Məsələn, xeyirxahlıq qunasında olan brahmana zorakılıq işlətməməli olduğu halda, ehtiras qunasının təsiri altında olan kşatriyaya zorakılıq etməyə icazə verilir. Buna görə də kşatriya üçün zorakılıq işlətmək prinsipinə əməl edərək məğlub olmaq, zorakılığa yol verməyən brahmananı təqlid etməkdən daha yaxşıdır. İnsan öz ürəyini tələsmədən, tədricən təmizləməlidir. Lakin o, maddi qunaların təsiri altından çıxdıqda və tamamilə Krişna şüurunda olduqda, həqiqi ruhani ustadın rəhbərliyi altında hər cür işi yerinə yetirə bilər. Krişna şüurunun bu kamil pilləsində olan kşatriya brahmana kimi, brahmana isə kşatriya kimi hərəkət edə bilər. Maddi dünyadakı bu fərqlər transsendental səviyyədə əhəmiyyətini itirir. Məsələn, Vişvamitra əvvəlcə kşatriya idi, lakin sonra o, brahmana kimi hərəkət etməyə başladı, eyni zamanda, Paraşurama brahmana idi, sonra isə o, kşatriya kimi hərəkət edirdi. Transsendental səviyyədə olduqlarına görə onlar bu cür hərəkət edə bilərdilər; ancaq nə qədər ki, insan maddi səviyyədədir, o öz vəzifələrini maddi təbiətin qunalarına müvafiq olaraq yerinə yetirməlidir. Eyni zamanda o, Krişna şüurunun mahiyyətini anlamalıdır.

 

MƏTN 36

arcuna uvaça

atha kena prayukto ‘yam

papam çarati puruşah

aniççhann api varşneya

balad iva niyocitah

 

arcunah uvaça – Arcuna dedi; atha – onda; kena – nə ilə; prayuktah – məcbur edilmiş; ayam – bir; papam – günahlar; çarati – edir; puruşah – insan; aniççhan – istəmədən; api – hərçənd; varşneya – ey Vrişni övladı; balat – zorla; iva – elə bil; niyocitah – cəlb olunmuş.

Arcuna dedi: Ey Vrişni övladı, insanı hətta iradəsinə zidd olaraq, sanki zorla günah iş tutmağa vadar edən nədir?

İZAHI: Canlı varlıq Uca Tanrının ayrılmaz hissəciyi olduğuna görə əzəldən bəri ruhidir, pakdır və hər cür maddi çirkabdan azaddır. Buna görə də öz təbiəti etibarilə maddi dünyadakı günahlarla heç bir əlaqəsi yoxdur. Lakin maddi təbiətlə əlaqəyə girdikdə, tərəddüd etmədən, bir çox günah işlər görür və bu yolda hətta iradəsinə zidd gedir. Canlı varlığın təhrif olunmuş təbiəti barədə Arcunanın Krişnaya verdiyi bu sual çox əhəmiyyətlidir. Bəzən canlı varlıq günah etmək istəməsə də, bu işi görməyə məcbur olur. Lakin onu günah əməllərə vadar edən daxilindəki Yüksək Can deyil, nə isə başqa bir şeydir ki, bunu da Tanrı sonrakı beytdə izah edir.

 

MƏTN 37

şri-bhaqavan uvaça

kama eşa krodha eşa

raco-quna-samudbhavah

mahaşano maha-papma

viddhy enam iha vairinam

 

şri-bhaqavan uvaça – Allahın Ali Şəxsiyyəti dedi; kamah – şəhvət; eşah – bu; krodhah – qəzəb; eşah – bu; racah-quna – ehtiras qunası; samudbhavah – doğulmuş; maha-aşanah – hər şeyi məhv edən; maha-papma – çox günahlı; viddhi – bilmək; enam – bu; iha – maddi dünyada; vairinam – ən böyük düşmən.

Allahın Ali Şəxsiyyəti dedi: Bu yalnız şəhvətdir, ey Arcuna. O, ehtiras qunası ilə təmasdan doğur və sonra qəzəbə çevrilir; o, bu dünyanın hər şeyi məhv edən günahlı düşmənidir.

İZAHI: Canlı varlıq maddi aləmlə əlaqəyə girdikdə, onun Krişnaya olan əbədi məhəbbəti ehtiras qunası ilə təmasa girib şəhvətə çevrilir. Başqa sözlə, süd turş tamarindlə təmasda yoqurta (qatıq növü) çevrildiyi kimi, Allaha olan məhəbbət də şəhvətə çevrilir. Daha sonra, əgər şəhvət təmin edilmirsə, o, qəzəbə çevrilir; qəzəb illüziyaya çevrilir, illüziya isə maddi həyatın davam etdirilməsinə səbəb olur. Buna görə də şəhvət canlı varlığın qatı düşmənidir; pak canlı varlığı maddi dünyanın tələsində qalmağa yalnız o məcbur edir. Qəzəb cəhalət qunasının təzahürüdür. Lakin insan ehtiras qunasından cəhalət qunasına enmək əvəzinə, təyin olunmuş həyat tərzinin və fəaliyyətin köməyilə xeyirxahlıq qunasına yüksəlirsə, onda ruhi həyata bağlılığı sayəsində qəzəbin düşkünləşdirici təsirindən xilas ola bilər.

Allahın Ali Şəxsiyyəti daim artan ruhi həzzi naminə Özünü çoxlu formalarda genişləndirir ki, canlı varlıqlar da bu ruhi həzzin ayrılmaz hissəcikləridir. Eyni zamanda, onlar cüzi müstəqilliyə malikdirlər. Ancaq bu müstəqillikdən sui-istifadə etdikləri üçün sədaqətli xidmət istəyi hissi həzz almaq arzusuna çevrilir və onlar şəhvətin təsiri altına düşürlər. Şərtləndirilmiş canlar bu şəhvani meyllərini həyata keçirə bilsinlər deyə, Tanrı bu maddi dünyanı yaratmışdır. Onlar uzun müddət davam edən şəhvani fəaliyyət nəticəsində tamamilə çıxılmaz vəziyyətə düşdükdə, özlərinin həqiqi mövqeləri barədə soruşmağa başlayırlar.

Vedanta-sutra bu sualla başlanır. Orada deyilir: “athato brahma ciqyasa – insan Ali barədə soruşmalıdır.” Ali isə Şrimad-Bhaqavatamda bu cür müəyyən edilir: “canmady asya yato ‘nvayad itarataş ca, – yəni hər şeyin mənbəyi Ali Brahmandır.” Buna görə də şəhvətin də mənbəyi Alidir. Lakin şəhvət Aliyə məhəbbətə, yaxud Krişna şüuruna, başqa sözlə, hər şeyi yalnız Krişna üçün etmək arzusuna çevrilirsə, onda həm şəhvət, həm də qəzəb ruhi olur. İlahi Ramanın sədaqətli xidmətçisi Hanuman qəzəbini büruzə verərək Ravananın qızıl şəhərini yandırdı və bununla da Tarının böyük fədaisi olduğunu göstərdi. Burada, yəni Bhaqavad-gitada Tanrı Arcunaya məsləhət görür ki, Tanrını razı salmaq üçün öz qəzəbini düşmənlərinə qarşı yönəltsin. Beləliklə, şəhvət və qəzəb Krişna şüurunda işlədildikdə, onlar düşmənlərimizdən dostlarımıza çevrilirlər.

 

MƏTN 38

dhumenavriyate vahnir

yathadarşo malena ça

yatholbenavrito qarbhas

tatha tenedam avritam

 

dhumena – tüstü ilə; avriyate – örtülüdür; vahnih – od; yatha – eynilə; adarşah – güzgü; malena – tozla; ça – həmçinin; yatha – eynilə; ulbena – bətn ilə; avritah – örtülüdür; qarbhah – rüşeym; tatha – belə; tena – şəhvətlə; idam – bu; avritam – örtülmüşdür.

Od tüstü ilə, güzgü tozla, ruşeym ana bətni ilə örtülü olduğu kimi, canlı varlıq da müxtəlif dərəcədə şəhvətlə örtülmüşdür.

İZAHI: Canlı varlığın saf şüurunu müxtəlif dərəcədə tutqunlaşdıran üç cür örtük vardır. Bu örtük odun üzərindəki tüstü, güzgünün üstündəki toz, yaxud rüşeymi əhatə edən ana bətni kimi müxtəlif cür təzahür edən şəhvətdir. Şəhvət tüstüyə bənzədildikdə, canlı ruhi qığılcım odunun zəif sezildiyi nəzərdə tutulur. Başqa sözlə, canlı varlığın Krişna şüuru zəif təzahür edirsə, onu tüstü ilə örtülmüş oda bənzətmək olar. Əlbəttə tüstü olan yerdə od da olmalıdır, ancaq ilkin mərhələdə o özünü açıq büruzə vermir. Bu mərhələ Krişna şüurunun başlanğıcına bənzəyir. Güzgünün üzərindəki toz misalı ağıl güzgüsünün müxtəlif ruhi üsullarla təmizlənməsi prosesinə aiddir. Bu üsullardan ən yaxşısı Tanrının müqəddəs adlarının tərənnümüdür. Ana bətni ilə örtülmüş rüşeym çıxılmaz vəziyyətə əyani misaldır, çünki ana bətnində olan uşaq o qədər köməksizdir ki, hətta hərəkət edə bilmir. Bu həyat şəraiti ağacların vəziyyəti ilə müqayisə edilə bilər. Ağaclar da canlı məxluqlardır, ancaq onlar elə şəhvətli olmuşlar ki, belə həyat şəraitinə salınaraq, şüurdan tamamilə məhrum edilmişlər. Tozlu güzgü quşlar və heyvanlarla, tüstü ilə örtülmüş od isə insanla müqayisə edilir. Canlı varlıq insan forması aldıqda, Krişna şüuru müəyyən dərəcədə oyana bilər. Əgər o, inkişafını davam etdirirsə, ruhi həyat odu insan həyatında alışa bilər. Tüstülənən odla ehtiyatla davranaraq onu alışdırmaq olar. Buna görə də insan forması canlı varlığa maddi mövcudatın tələsindən qurtulmaq üçün verilmiş imkandır. İnsan formasında, öz Krişna şüurunu ruhani ustadın rəhbərliyi altında inkişaf etdirməklə, düşmənə – şəhvətə qalib gəlmək mümkündür.

 

MƏTN 39

avritam qyanam etena

qyanino nitya-vairina

kama-rupena kaunteya

duşpurenanalena ça

 

avritam – örtülmüş; qyanam – saf şüur; etena – bununla; qyaninah – bilicinin; nitya-vairina – daimi düşmənilə; kama-rupena – şəhvət şəklində; kaunteya – ey Kuntinin oğlu; duşpurena – heç vaxt məmnun olmamaq; analena – odla; ça – həmçinin.

Beləliklə, canlı varlığın saf şüuru onun heç vaxt məmnun olmayan və od kimi alovlanan daimi düşməni ilə – şəhvətlə örtülüdür.

İZAHI: Manu-smritidə deyilir ki, ocağa daim odun atmaqla onu heç vaxt söndürmək mümkün olmadığı kimi, şəhvəti də heç vaxt hissi həzlərlə məmnun etmək mümkün deyil. Maddi dünyada hər cür fəaliyyətin mərkəzində cinsi əlaqədən alınan həzz durur. Buna görə də maddi dünya maithunya-aqara, yəni “cinsi əlaqə qandalları” adlanır. Adətən, cinayətkarlar həbsxanada saxlanılırlar; eləcə də Tanrının qanunlarına tabe olmayan cinayətkarlar cinsi əlaqə qandalları ilə qandallanırlar. Hissi həzzə yönəldilən maddi inkişaf canlı varlığın maddi mövcudluq müddətini uzadır. Buna görə də şəhvət cəhalət rəmzidir. O, canlı varlığın maddi dünyada saxlanmasının səbəbidir. Hissi həzz prosesində bir qədər xoşbəxtlik hissi duymaq mümkündür. Ancaq xoşbəxtlik adlandırılan bu hiss, əslində, insanın ən böyük düşmənidir.

 

MƏTN 40

indriyani mano buddhir

asyadhişthanam uçyate

etair vimohayaty eşa

qyanam avritya dehinam

 

indriyani – hisslər; manah – ağıl; buddhih – dərrakə; asya – bu ehtirasın; adhişthanam – yerləşdiyi yer; uçyate – adlanır; etaih – bütün bunlarla; vimohayati – çaşdırır; eşah – bu ehtiras; qyanam – bilik; avritya – örtərək; dehinam – təcəssüm edənin.

Hisslər, ağıl və dərrakə şəhvətin məskənidir. Onların vasitəsilə şəhvət canlı varlığın həqiqi biliyini örtür və onu çaşdırır.

İZAHI: Düşmən şərtləndirilmiş canın bədənində müxtəlif strateji mövqeləri ələ keçirmişdir. Tanrı Krişna bu yerləri nişan verir ki, düşmənə qalib gəlmək istəyən adam onun harada olduğunu bilsin. Hisslərin fəaliyyətinin mərkəzində ağıl durur və ağıl hissi həzz haqqında fikirlərin mənbəyidir. Nəticədə, ağıl və hisslər şəhvətlə dolur. Sonra dərrakə bu cür şəhvani meyllərin mərkəzinə çevrilir. Dərrakə canın ən yaxın qonşusudur. Şəhvani dərrakənin təsiri altında can yalançı eqo əldə edir və özünü materiya ilə, beləliklə də, ağıl və hisslərlə eyniləşdirir. Ruhi can maddi hisslərin vasitəsilə həzz almağa aludə olur və yanılaraq bunu əsl xoşbəxtlik hesab edir. Canın səhvən özünü materiya ilə bu cür eyniləşdirməsi Şrimad-Bhaqavatamda (10.84.13) çox yaxşı təsvir edilmişdir:

 

yasyatma-buddhih kunape tri-dhatuke

sva-dhih kalatradişu bhauma icya-dhih

yat-tirtha-buddhih salile na karhiçic

caneşv abhiqyeşu sa eva qo-kharah

 

“Üç ünsürdən yaradılmış bədənini öz mahiyyəti ilə eyniləşdirən, bədəninin əlavə məhsullarını qohumları sanan, doğulduğu torpağı sitayiş yeri bilən, ziyarətgaha isə transsendental biliyə malik olan adamlarla görüşmək üçün deyil, sadəcə olaraq, yuyunmaq üçün gedən insan uzunqulağa, yaxud mala bənzəyir.”

 

MƏTN 41

tasmat tvam indriyany adau

niyamya bharatarşabha

papmanam pracahi hy enam

qyana-viqyana-naşanam

 

tasmat – buna görə; tvam – sən; indriyani – hisslər; adau – başlanğıcda; niyamya – nizamlayaraq; bharata-rişabha – ey Bharataların ən yaxşısı; papmanam – günahın böyük rəmzi; pracahi – cilovlamaq; hi – əlbəttə; enam – bu; qyana – biliyin; viqyana – pak can haqqında elmi bilik; naşanam – məhv edən.

Buna görə də, ey Arcuna, ey Bharataların ən yaxşısı, əvvəlcə hisslərinə nəzarət edərək böyük günah rəmzini [şəhvət] cilovla, həm biliyin, həm də özünügerçəkləşdirmənin bu qənimini sarsıt.

İZAHI: Canın özünügerçəkləşdirməyə, öz həqiqi “mən”i barədə biliyə marağını öldürən ən böyük günahlı düşmənini (şəhvət) cilovlamaq üçün Tanrı Arcunaya əvvəlcə hisslərinə nəzarət etməyi məsləhət görür. Qyana “mən”in “mən olmayan”dan fərqini, başqa sözlə, ruhi canın bədən olmadığını bilmək deməkdir. Viqyana ruhi can, onun əzəli mövqeyi və Ali Canla qarşılıqlı münasibətləri barədə bilik deməkdir. Bu, Şrimad-Bhaqavatamda (2.9.31) aşağıdakı kimi izah olunur:

qyanam parama-quhyam me

yad viqyana-samanvitam

sa-rahasyam tad-anqam ça

qrihana qaditam maya

 

“Mən və Ali Mən haqqında bilik maya ilə örtülü olduğuna görə məxfi və gizlidir. Lakin o vaxt bu biliyə yiyələnmək və onu dərk etmək olar ki, Tanrı Özü onu izah etsin.”

Mahiyyətimiz haqqındakı bu vacib və xüsusi biliyi bizə Bhaqavad-gita verir. Canlı varlıqlar Tanrının ayrılmaz hissəcikləridir. Buna görə də onların vəzifəsi, sadəcə olaraq, Tanrıya xidmət etməkdir. Bu cür şüur Krişna şüuru adlanır. Beləliklə, biz Krişna şüuruna tam yiyələnmək və müvafiq surətdə hərəkət etmək üçün onu həyatımızın əvvəlindən öyrənməliyik.

Şəhvət hər bir canlı varlığın Allaha olan təbii məhəbbətinin təhrif olunmuş əksidir. Ancaq insan doğulduğu gündən Krişna şüurunda tərbiyə edilirsə, Allaha olan təbii məhəbbəti şəhvətə çevrilmir. Allaha olan məhəbbət şəhvətə çevrildikdə, normal hala qayıtmaq çox çətin olur. Bununla belə Krişna şüuru o qədər qüdrətlidir ki, hətta bu yola gec duran insan da sədaqətli xidmətin nizamlayıcı prinsiplərinə əməl edərək Allahı sevə bilər. Beləliklə, hər bir insan həyatın istənilən mərhələsində, yaxud bunun təxirəsalınmaz zəruriliyini anladığı andan Krişna şüuründa hisslərinə nəzarət edə, Tanrıya sədaqətli xidmət göstərə və şəhvətini Allaha məhəbbətə çevirərək həyatın ən yüksək kamillik pilləsinə çata bilər.

 

MƏTN 42

indriyani parany ahur

indriyebhyah param manah

manasas tu para buddhir

yo buddheh paratas tu sah

 

indriyani – hisslər; parani – yüksək; ahuh – o barədə deyilmişdir; indriyebhyah – hisslərdən də; param – yüksək; manah – ağıl; manasah – ağıldan da; tu – həmçinin; para – yüksək; buddhih – dərrakə; yah – o kəs ki; buddheh – dərrakədən də; paratah – yüksək; tu – ancaq; sah – o.

Fəal hisslər ölü materiyadan üstündür, ağıl hisslərdən üstündür, dərrakə ağıldan üstündür, o [can] isə dərrakədən də üstündür.

İZAHI: Hisslər şəhvətin təzahür etməsi üçün çıxışlardır. Şəhvət bədəndə olur və hisslərin vasitəsilə təzahür edir. Buna görə də hisslər bədəndən yüksəkdə durur. Əgər yüksək şüur, yəni Krişna şüuru vardırsa, bu çıxışlardan istifadə olunmur. Krişna şüurunda olan can Allahın Ali Şəxsiyyətilə bilavasitə əlaqədədir; deməli, bədən funksiyalarının burada təsvir edilən ierarxiyası, son nəticədə, Ali Canda başa çatır. Bədənin iş görməsi hisslərin fəaliyyət göstərməsi deməkdir. Hisslərin fəaliyyətinin dayanması isə bütün bədənin fəaliyyətinin dayanması deməkdir. Ağıl fəal olduğuna görə, hətta bədən hərəkətsiz halda olduqda, yaxud dincəldikdə belə, o, yuxu zamanı olduğu kimi, işləyəcəkdir. Ancaq ağlın üzərində dərrakənin qətiyyəti, dərrakənin üzərində isə can durur. Buna görə də əgər can Uca Tanrıya bilavasitə xidmət edirsə, tabelikdə olanların hamısı, yəni dərrakə, ağıl və hisslər də, təbii ki, onunla məşğul olacaq. Katha Upanişadda buna bənzər yer var; orada deyilir ki, hissləri məmnun edən obyektlər hisslərdən üstündür, ağıl isə hiss obyektlərindən üstündür. Ona görə də, əgər ağıl daim Tanrıya xidmət edirsə, onda hisslərin başqa bir işlə məşğul olmasına imkan qalmır. Ağlın bu mövqeyi artıq izah edilmişdir. Param driştva nivartate. Əgər insanın ağlı Tanrıya transsendental xidmətlə məşğuldursa, o, pis vərdişlərə alışa bilməz. Katha Upanişadda can  mahan, yəni böyük kimi təsvir edilir. Ona görə də can hər şeydən – hiss obyektlərindən, hisslərdən, ağıldan və dərrakədən üstündür. Beləliklə, canın əzəli mövqeyini anlamaqla bütün problemləri həll etmək olar.

Hər bir insan öz dərrakəsini canın əzəli mövqeyinin axtarışına yönəltməlidir. Bunu dərk edib, daim ağlını Krişna şüuru ilə məşğul etməlidir. Bu, bütün problemləri həll edəcəkdir. Ruhi həyata təzə başlayan şagirdə hiss obyektlərindən çəkinmək məsləhət görülür. Digər tərəfdən, o, dərrakəsinin köməyilə ağlını möhkəmləndirməlidir. Əgər insan dərrakəsinin köməyilə özünü tamamilə Allahın Ali Şəxsiyyətinə həsr edərək, ağlını Krişna şüuru ilə məşğul edirsə, ağıl öz-özünə möhkəmlənir. Hisslər ilanlar kimi güclü olsa da, o zaman onlar zəhərli dişi çıxardılmış ilan kimi təhlükəsiz olur. Ancaq can dərrakə, ağıl və hisslərin ağası olsa da, Krişna şüurunda Krişna ilə əlaqəsi sayəsində möhkəmlənməyibsə, ağlın həyəcana gəlməsi üzündən, həmişə yolundan çıxa bilər.

 

MƏTN 43

evam buddheh param buddhva

samstabhyatmanam atmana

cahi şatrum maha-baho

kama-rupam durasadam

 

evam – beləliklə; buddheh – dərrakəyə; param – ən yüksək; buddhva – bilərək; samstabhya – möhkəmləndirərək; atmanam – ağıl; atmana – kamil dərrakə ilə; cahi – qalib gəlmək; şatrum – düşmən; maha-baho – ey qoluqüvvəli; kama-rupam – ehtiras formasında; durasadam – dəhşətli.

Beləliklə, ey qoluqüvvəli Arcuna, insan maddi hisslərə, ağla və dərrakəyə münasibətdə öz transsendental təbiətini anlayıb, yüksək “mən” vasitəsilə aşağı “mən”ə nəzarət etməli və ruhi qüvvə ilə gözüdoymaz düşmənə – şəhvətə qalib gəlməlidir.

İZAHI: Bhaqavad-gitanın üçüncü fəsli insana Allahın Ali Şəxsiyyətinin əbədi nökəri olduğunu anladaraq, onu qətiyyətlə Krişna şüuruna yönəldir və şəxssiz boşluq son məqsəd hesab edilmir. Maddi həyat sürən insan, sözsüz ki, şəhvani meyllərin və maddi təbiət üzərində hökmranlıq etmək arzusunun təsiri altındadır. Hökmranlıq etmək və hissi həzz almaq meyli şərtləndirilmiş canın ən böyük düşmənidir; ancaq Krişna şüurunun gücü sayəsində insan maddi hisslərə, ağla və dərrakəyə nəzarət edə bilər. İnsan öz işindən və təyin olunmuş vəzifələrindən dərhal əl çəkmədən, Krişna şüurunu tədricən inkişaf etdirərək, transsendental vəziyyətə çata bilər və dərrakəsini həqiqi mahiyyətinə yönəltmək sayəsində maddi hisslərin və ağlın təsirindən azad ola bilər. Üçüncü fəslin məğzi bundan ibarətdir. Yetkin olmayan maddi həyatda fəlsəfi mühakimələr və üzdəniraq yoqa pozalarının vasitəsilə hisslərə süni surətdə nəzarət etmək cəhdləri insana heç vaxt ruhi həyata nail olmağa kömək edə bilməz. O, yüksək səviyyəli dərrakənin köməyilə Krişna şüurunda tərbiyə edilməlidir.

 

Şrimad Bhaqavad-gitanın “Karma-yoqa”, yaxud “Təyin olunmuş vəzifələrin Krişna şüurunda yerinə yetirilməsi” adlanan üçüncü fəslinə Bhaktivedantanın izahları belə qurtarır.

Bhaqavad-gita – İKİNCİ FƏSİL

Gitanin xulasəsi

 

MƏTN 1

sancaya uvaça

tam tatha kripayaviştam

aşru-purnakulekşanam

vişidantam idam vakyam

uvaça madhusudanah

 

sancayah uvaca – Sancaya dedi; tam – Arcunaya; tatha – belə; kripaya – şəfqətlə; aviştam – dolmuş; aşru-purna-akula – göz yaşları ilə dolu; ikşanam – gözlər; vişidantam – kədərlənərək; idam – bu; vakyam – sözlər; uvaça – dedi; madhu-sudanah – Madhunun qatili.

Sancaya dedi: Ürəyi şəfqətlə dolu Arcunanın tutqun halını və yaşla dolu gözlərini gördükdə Madhusudana, Krişna dedi:

İZAHI: Maddi səviyyədə olan şəfqət, kədər və göz yaşları – həqiqi “mən” barədə biliksizlik əlamətidir. Özünü dərk etmiş şəxs bədənin deyil, əbədi canın qeydinə qalır. Bu beytdə “Madhusudana” sözü böyük əhəmiyyət kəsb edir. Tanrı Krişna iblis Madhunu öldürmüşdü; Arcuna istəyir ki, indi də O, ona üstün gəlmiş və vəzifəsini yerinə yetirməyə mane olan anlaşılmazlıq iblisini öldürsün. Rəhmkarlığın harada lazım olduğunu heç kəs bilmir. Suda böğulan adamın paltarının qeydinə qalmaq mənasızdır. Biliksizlik ümmanında batan adamın yalnız üst paltarının, yəni qaba maddi bədəninin qeydinə qalmaqla onu xilas etmək mümkün deyil. Bunu bilməyən, üst paltardan ötrü kədərlənən adam şudra, yəni lüzumsuz kədərlənən adlanır. Arcuna kşatriya olduğu üçün onun belə hərəkəti gözlənilməz idi. Lakin Tanrı Krişna cahil adamın kədərini dağıtmağa qadirdir. Və O elə buna görə də Bhaqavad-gitanı söyləyib. Bu fəsildə ali nüfuz sahibi Tanrı Şri Krişna maddi bədəni və ruhi canı təhlil edərək bizə özünüdərk elmini öyrədir. Gördüyü işdən mənfəət güdməyən, həqiqi mahiyyəti barədə düzgün təsəvvürü olan insan özünü dərk edə bilər.

 

MƏTN 2

şri-bhaqavan uvaça

kutas tva kaşmalam idam

vişame samupasthitam

anarya-cuştam asvarqyam

akirti-karam arcuna

 

şri-bhaqavan uvaça – Allahın Ali Şəxsiyyəti dedi; kutah – haradan; tva – sənə; kaşmalam – natəmizlik; idam – bu kədər; vişame – bu həlledici anda; samupasthitam – gəldi; anarya – həyatın dəyərini bilməyən şəxslər; cuştam – işlədilən; asvarqyam – yüksək planetlərə aparmayan; akirti – rusvayçılıq; karam – səbəbidir; arcuna – ey Arcuna.

Allahın Ali Şəxsiyyəti dedi: Əzizim Arcuna necə olub ki, bu natəmizlik sənə üstün gəlib? Bu, həyatın həqiqi mənasını bilən şəxsə yaraşan şey deyil, bu onu yüksək planetlərə yox, rusvayçılığa gətirib çıxarar.

İZAHI: Krişna Allahın Ali Şəxsiyyətidir. Buna görə də Krişnaya müraciət etmək üçün bütün Gita boyu Bhaqavan sözü işlədilir. Bhaqavan – Mütləq Həqiqətin son aspektidir. Mütləq Həqiqət üç mərhələdə dərk edilir: Brahman, yəni hər şeyə nüfuz edən şəxssiz ruh; Paramatma, yəni Tanrının hər bir canlı məxluqun ürəyində yerləşən lokallaşmış aspekti; Bhaqavan, yəni Allahın Ali Şəxsiyyəti Tanrı Krişna. Mütləq Həqiqət barədə bu konsepsiya Şrimad-Bhaqavatamda (1.2.11) belə izah olunur:

vadanti tat tattva-vidas

tattvam yac qyanam advayam

brahmeti paramatmeti

bhaqavan iti şabdyate

 

“Mütləq Həqiqəti bilən şəxs Onun hər üç aspektini dərk etmişdir. Mütləq Həqiqətin bu üç aspekti Brahman, Paramatma və Bhaqavan adlanır.”

Bu üç ilahi aspekt Günəş misalında izah oluna bilər, çünki Günəşin də üç müxtəlif aspekti vardır: günəşin işığı, günəşin səthi və günəş planetinin özü. Günəşin yalnız işığını öyrənən şəxs şagirdliyin başlanğıc pilləsindədir. Günəş səthini anlayan insan daha irəli gedib. Planetin özünü dərk etmiş insan isə zirvəyə nail olub. Yalnız günəşin işığını, yəni onun şəxssiz təbiətini, yaxud hər şeyə nüfuz edən gözqamaşdırıcı parıltısını dərk etməklə kifayətlənən şagirdləri Mütləq Həqiqətin yalnız Brahman aspektini dərk edənlərə bənzətmək olar. Daha yüksək bilik səviyyəsinə yüksəlmiş şagird günəşin səthini anlaya bilər. Bu, Mütləq Həqiqətin Paramatma aspektinin dərk edilməsinə uyğundur. Günəş planetinin özəyini anlayan şagird isə Mütləq Həqiqətin şəxsiyyət xüsusiyyətlərini dərk etmiş adama bənzəyir. Beləliklə, Mütləq Həqiqəti dərk etməklə məşğul olan şagirdlərin eyni mövzunu öyrəndiklərinə baxmayaraq, Mütləq Həqiqətin Bhaqavan aspektini dərk etmiş fədailər, yaxud transsendentalistlər ən yüksək transsendentalistlərdir. Günəş işığı, günəşin səthi və planetin daxilində baş verən proseslər bir-birindən ayrılmazdır. Lakin bu üç müxtəlif aspekti öyrənən şagirdlər eyni səviyyədə deyildirlər.

Bhaqavan sanskrit sözü olub Vyasadevanın atası, böyük nüfuz sahibi Paraşara Muni tərəfindən izah edilmişdir. Cəmi dövlətə, cəmi qüdrətə, cəmi şöhrətə, cəmi gözəlliyə, cəmi biliyə və cəmi tərki-dünyalığa sahib olan Ali Şəxsiyyət Bhaqavan adlanır. Çox varlı, çox qüdrətli, çox gözəl, çox şöhrətli, çox bilikli və tərki-dünya adamlar çoxdur, lakin onların heç biri cəmi dövlətə, cəmi qüdrətə və s. tamamilə sahib olduğunu deyə bilməz. Yalnız Krişna bunu deyə bilər, çünki O, Allahın Ali Şəxsiyyətidir. Brahma da, Həzrət Şiva da, hətta Narayana da daxil olmaqla heç bir canlı varlıq Krişnaya məxsus olan ölçüdə sərvət sahib ola bilməz. Ona görə Həzrət Brahma Brahma-samhitada bu nəticəyə gəlir ki, Tanrı Krişna Allahın Ali Şəxsiyyətidir. Heç kəs Ona nə bərabər, nə də Ondan üstün deyil. O, Qovinda adlandırılan əzəli Tanrı – Bhaqavandır, O, bütün səbəblərin ali səbəbidir.

işvarah paramah krişnah

saç-çid-ananda-viqrahah

anadir adir qovindah

sarva-karana-karanam

 

“Çoxları Bhaqavan keyfiyyətlərinə malikdir, lakin Krişna alidir, heç kəs Ondan üstün deyil. O Ali Şəxsiyyətdir, Onun bədəni əbədidir, bilik və həzzlə doludur. O, əzəli Tanrı Qovindadır, O, bütün səbəblərin səbəbidir.” (Brahma-samhita 5.1)

Bhaqavatamda Allahın Ali Şəxsiyyətinin bir çox mücəssəmələri sadalanır. Krişna isə Allahın saysız-hesabsız mücəssəmələrinin və Şəxsiyyətlərinin mənbəyi olan Allahın əzəli Şəxsiyyəti kimi təsvir edilir:

ete çamşa-kalah pumsah

krişnas tu bhaqavan svayam

indrari-vyakulam lokam

mridayanti yuqe yuqe

 

“Tanrının burada sadalanan bütün mücəssəmələri Onun ya tam ekspansiyaları, ya da tam ekspansiyalarının hissələridir. Lakin Krişna Allahın Ali Şəxsiyyətinin Özüdür.” (ŞB 1.3.28)

Beləliklə, Krişna – Allahın əzəli Ali Şəxsiyyəti, Mütləq Həqiqətdir; O həm Paramatmanın, həm də şəxssiz Brahmanın mənbəyidir.

Allahın Ali Şəxsiyyətinin yanında olduğu halda Arcunanın qohumlarından ötrü kədərlənməsi, sözsüz ki, yersiz idi və buna görə Krişna Öz təəccübünü kutah “haradan” sözü ilə ifadə edir. Bu cür ağciyərlik aryanalar adlanan mədəni insanlar cəmiyyətinə mənsub adama tamamilə yad idi. Aryana sözü həyatın mənasını bilən, ruhi biliyə əsaslanmış mədəniyyətə malik olan insanlara aiddir. Həyat barədə maddi təsəvvürləri olan adamlar Mütləq Həqiqəti, Vişnunu, yəni Bhaqavanı dərk etməyin həyatın məqsədi olduğunu bilmirlər. Onlar maddi dünyanın zahiri parıltısına vurulub qurtuluşun nə olduğundan xəbərsizdirlər. Maddi əsarətdən qurtuluş anlayışı olmayanlara qeyri-aryan deyilir. Arcuna kşatriya olsa da, döyüşdən imtina edib, təyin olunmuş vəzifəsindən boyun qaçırırdı. Belə qorxaqlıq aryanalara xas deyil. Öz borcunu yerinə yetirməkdən boyun qaçıran insan ruhi yolda inkişaf etmir və hətta bu dünyada da şöhrət qazanmır. Arcunanın öz qohumlarına olan bu cür üzdəniraq şəfqətini Tanrı Krişna bəyənmədi.

 

MƏTN 3

klaibyam ma sma qamah partha

naitat tvayy upapadyate

kşudram hridaya-daurbalyam

tyaktvottiştha parantapa

 

klaibyam – acizlik; ma sma – etmə; qamah – qəbul; partha – ey Prithanın oğlu; na – heç vaxt; etat – bu; tvayi – sənə; upapadyate – yaraşmaq; kşudram – cılız; hridaya – ürək; daurbalyam – zəifliyi; tyaktva – rədd edərək; uttiştha – qalx; param-tapa – ey düşmənlərin qənimi.

Ey Prithanın oğlu, alçaldıcı acizliyə uyma. Bu sənə yaraşmaz. Bu cılız ürək zəifliyini boşla və qalx, ey düşmənlərin qənimi.

İZAHI: Burada Krişna Arcunaya Prithanın oğlu deyə müraciət edir. Pritha Krişnanın atası Vasudevanın bacısı idi, deməli Arcuna Tanrı Krişnanın qan qohumu idi. Kşatriya oğlu döyüşdən boyun qaçırırsa onun yalnız adı kşatriyadır, eləcə də brahmana oğlu mömin adama yaraşmayan hərəkət edirsə, onun yalnız adı brahmanadır. Bu cür kşatriyalar və brahmanalar ləyaqətsiz övladlardır; odur ki, Krişna Arcunanın ləyaqətsiz oğul olmasını istəmirdi. Arcuna Krişnanın ən yaxın dostu idi; Krişna onunla bir gərdunədə olub onu bilavasitə istiqamətləndirirdi. Bütün bu məziyyətlərə baxmayaraq Arcuna döyüş meydanını tərk etsəydi, şərəfsiz iş tutmuş olardı. Ona görə də Krişna belə hərəkətin onun şəxsiyyətinə yaraşmadığını deyir. Arcuna etiraz edə bilərdi ki, böyük hörmət sahibi olan Bhişmaya və qohumlarına ürəyigenişlik etdiyi üçün döyüşdən boyun qaçırır. Krişna isə bu cür ürəyigenişliyi sadəcə olaraq ürək zəifliyi hesab edirdi. Belə ürəyigenişliyi mötəbər mənbələr bəyənmirlər. Buna görə də Arcuna kimi adamlar bilavasitə Krişnanın rəhbərliyi altında bu cür ürəyigenişlikdən, yaxud zorakılıq işlətməməkdən imtina etməlidirlər.

 

MƏTN 4

arcuna uvaça

katham bhişmam aham sankhye

dronam ça madhusudana

işubhih pratiyotsyami

pucarhav ari-sudana

 

arcunah uvaça – Arcuna dedi; katham – necə; bhişmam – dədə Bhişma; aham – mən; sankhye – döyüşdə; dronam – Drona; ça – həmçinin; madhu-sudana – ey Madhunun qatili; işubhih – oxlarla; pratiyotsyami – əks-hücuma keçərəm; puca-arhau – kimə sitayiş etmək lazımdır; ari-sudana – ey düşmənləri öldürən.

Arcuna dedi: Ey Madhunu məhv edən [Krişna], Bhişma və Drona kimi itaətə layiq adamlara döyüşdə ox atıb, əks-hücum edə bilərəmmi?

İZAHI: Dədə Bhişma və ustad Dronaçarya kimi ağsaqqallara həmişə ehtiram göstərilməlidir. Hətta onlar hücum etsə də, insan onlara qarşı durmamalıdır. Əxlaq qaydalarına əsasən böyüklərlə hətta söz güləşdirmək də düz deyil. Bəzən sərt olsalar da, onlarla kobud rəftar edilməməlidir. Elə olan surətdə Arcuna əks-hücuma keçə bilərdimi? Krişna babası Uqrasenaya, yaxud müəllimi Sandipani Muniyə hücum edərdimi? Arcunanın dəlilləri bundan ibarət idi.

 

MƏTN 5

qurun ahatva hi mahanubhavan

şreyo bhoktum bhaikşyam apiha loke

hatvartha-kamams tu qurun ihaiva

bhunciya bhoqan rudhira-pradiqdhan

 

qurun – böyüklər; ahatva – öldürməyərək; hi – əlbəttə; maha-anubhavan – böyük canlar; şreyah – daha yaxşı; bhoktum – həyatdan həzz almaq; bhaikşyam – dilənməklə; api – hətta; iha – bu həyatda; loke – bu dünyada; hatva – öldürərək; artha – əldə etmək; kaman – arzuedilən; tu – lakin; qurun – böyüklər; iha – bu dünyada; eva – əlbəttə; bhunciya – həzz alacaq; bhoqan – zövq verən şeylər; rudhira – qan; pradiqdhan – ilə boyanmış.

Böyük canların, ustadlarımın həyatı bahasına ömür sürməkdənsə, dilənçilik edərək yaşasam yaxşıdır. Nəfslərinə uysalar da, onlar ağsaqqaldırlar. Onları öldürsək qənimətlərimiz qana boyanacaq.

İZAHI: Müqəddəs kitablara görə çirkin hərəkət etmiş və bəsirətini itirmiş ustadı tərk etmək lazımdır. Duryodhana Bhişmanı və Dronanı maliyyə cəhətdən təmin etdiyi üçün onlar onun tərəfini tutmağa məcbur idilər; halbuki onlar sadəcə mənfəət barədə düşünərək özlərini bu vəziyyətə qoymamalı idilər. Beləliklə, onlar bir müəllim kimi öz ləyaqətlərini itirmişdilər. Lakin Arcuna onların ağsaqqal olaraq qaldıqlarını, onları öldürərsə əldə edəcəyi maddi nemətlərin qan dadacağını düşünürdü.

 

MƏTN 6

na çaitad vidmah kataran no qariyo

yad va cayema yadi va no cayeyuh

yan eva hatva na cicivişamas

te ‘vasthitah pramukhe dhartaraştrah

 

na – nə; ça – həmçinin; etat – bu; vidmah – biz bilirik; katarat – hansı; nah – bizim üçün; qariyah – daha yaxşı; yat va – nə də; cayema – biz qalib gələ bilərik; yadi – əgər; va – və ya; nah – bizə; cayeyuh – onlar qalib gələr; yan – kim ki; eva – əlbəttə; hatva – öldürərək; na – heç vaxt; cicivişamah – biz yaşamaq istəməliyik; te – onların hamısı; avasthitah – düzülüb; pramukhe – qarşıda; dhartaraştrah – Dhritaraştranın oğulları.

Biz bilmirik onlara qalib gəlmək yaxşıdır, yoxsa məğlub olmaq. Dhritaraştranın döyüş meydanında qarşımızda dayanmış oğullarını öldürsək həyat bizim üçün öz mənasını itirəcək.

İZAHI: Döyüşmək kşatriyaların borcu olsa da, Arcuna lazımsız zorakılığa səbəb olan vuruşmağı, yaxud döyüşdən çəkinib, dilənçilik edərək yaşamağı düşünərək tərəddüd edirdi. Düşmənə qalib gəlməzsə yaşamaq üçün onun yeganə yolu dilənmək olacaqdı. Eyni zamanda o, qələbəyə də əmin deyildi, çünki tərəflərdən hər biri qalib gələ bilərdi. Pandavalar qələbə çalsa (bu daha ədalətli olardı), Dhritaraştranın oğulları döyüşdə həlak ola bilərdilər. Onlarsız yaşamaq isə çox ağır olacaqdı. Onda bu, başqa bir məğlubiyyətə çevrilərdi. Arcunanın bu mülahizələri aydın şəkildə göstərir ki, o, Tanrının böyük fədaisi olmaqla yanaşı çox bilikli idi, ağıl və hisslərinə tamamilə nəzarət edirdi. Şah ailəsində doğulduğuna baxmayaraq, onun dilənçiliklə yaşamağa razı olması tərki-dünyalığın daha bir əlaməti idi. Bu keyfiyyətləri və ruhani ustadı Şri Krişnanın göstərişlərinə olan inamı onun həqiqətən ləyaqətli şəxsiyyət olduğunu göstərirdi. Buradan belə nəticəyə gəlmək olar ki, Arcuna qurtuluşa tamamilə hazır idi. Hisslərə nəzarət etmədən bilik səviyyəsinə yüksəlmək mümkün deyil. Bilik və sədaqət olmadıqda isə heç kəsin qurtuluş imkanı yoxdur. Maddi məziyyətlərindən savayı Arcuna bütün bu keyfiyyətlərə də malik idi.

 

MƏTN 7

karpanya-doşopahata-svabhavah

priççhami tvam dharma-sammudha-çetah

yaç çhreyah syan nişçitam bruhi tan me

şişyas te ‘ham şadhi mam tvam prapannam

 

karpanya – xəsisliyin; doşa – zəiflik ilə; upahata – kədərlənmiş; sva-bhavah – xüsusiyyət; priççhami – mən soruşuram; tvam – Səndən; dharma – din; sammudha – karıxdırılmış; çetah – ürəkdə; yat – nə; şreyah – daha yaxşı; syat – ola bilər; nişçitam – qətiyyətlə; bruhi – söylə; tat – bunu; me – mənə; şişyah – şagird; te – Sənin; aham – mən; şadhi – indicə öyrət; mam – mənə; tvam – Sənə; prapannam – təslim oluram.

Zəifliyim üzündən özümü indi tamamilə itirmişəm, borcumun nədən ibarət olduğunu da bilmirəm. Səndən xahiş edirəm qəti de, mən nə etməliyəm. İndi mən Sənin şagirdinəm, özümü Sənə tapşırıram, buyur, mənə yol göstər.

İZAHI: Təbiətin quruluşuna əsasən maddi fəaliyyət hamı üçün çətinliklər mənbəyidir. İnsan hər addımda çətinliklərlə rastlaşdığına görə həyatın məqsədinə nail olmaqda ona lazımi rəhbərlik edə bilən həqiqi ruhani ustada müraciət etməlidir. İradəmizdən asılı olmayaraq baş verən həyat çətinliklərindən azad olmaq üçün həqiqi ruhani ustada müraciət etmək bütün Veda ədəbiyyatında məsləhət görülür. Bu çətinliklər öz-özünə baş verən meşə yanğınına bənzəyir. Eləcə də, dünya elə qurulub ki, həyat çətinlikləri iradəmizdən asılı olmayaraq öz-özünə əmələ gəlir. Heç kəs yanğın olmasını istəmir, lakin o baş verir və biz özümüzü itiririk. Buna görə Veda müdrikliyi bizə həyat çətinliklərini həll etmək və bu elmə yiyələnmək üçün şagird ardıcıllığına mənsub həqiqi ruhani ustada müraciət etməyi məsləhət görür. Belə hesab edilir ki, insan həqiqi ruhani ustadla olduqda hər şeyi dərk edir; buna görə də maddi çətinliklər içində qalmaqdansa ruhani ustada müraciət etmək lazımdır. Bu beytin mənası bundan ibarətdir.

Maddi çətinliklərə kim düşür? Həyat problemlərini anlamayan adam. Brihad-aranyaka Upanişadda (3.8.10) belə adam haqqında deyilir: “yo va etad akşaram qarqy aviditvasmal lokat praiti sa kripanah – o, bir insan kimi həyat problemlərini həll etmədiyinə görə, beləliklə, özünüdərketmə elmini almadan it kimi, pişik kimi bu dünyanı tərk etdiyi üçün xəsis adlandırılır.” İnsan həyatı canlı varlıq üçün ən böyük nemətdir, çünki ondan həyat problemlərini həll etmək üçün istifadə etmək olar; ona görə də bu əlverişli imkandan lazımi surətdə istifadə etməyən adam xəsisdir. Kifayət qədər dərrakəli olub bütün həyat problemlərini həll etmək üçün bədənindən istifadə edən şəxs isə brahmanadır.

Kripanalar, yəni xəsis adamlar həyat barədə maddi konsepsiyaya əsaslanıb ailəyə, cəmiyyətə, ölkəyə və s. həddindən artıq can yandıraraq hədər yerə vaxt itirirlər. İnsan çox vaxt “dəri xəstəliyi” (cismani təsəvvürlər) üzündən ailə həyatına, yəni arvadına, uşaqlarına və ailənin digər üzvlərinə bağlı olur. Kripana ailəsinin üzvlərini ölümdən qoruyacağını, eyni zamanda ailə və cəmiyyətin onu ölümdən xilas edə biləcəyini düşünür. Ailəyə belə bağlılığı balalarının qayğısına qalan heyvanlarda da görmək olar. Arcuna dərrakəli olduğu üçün də anlayırdı ki, məhz ailə üzvlərinə olan məhəbbəti, onları ölümdən qorumaq arzusu onun çətinliklərinin səbəbidir. O, döyüşmək borcunun onu gözlədiyini bilirdi, lakin xəsislikdən doğan zəifliyi üzündən borcunu yerinə yetirə bilmirdi. Buna görə o, ali ruhani ustad Tanrı Krişnadan qəti qərar çıxarmağı xahiş edir. Arcuna bir şagird kimi özünü Krişnaya tapşırır. O, artıq dostcasına söhbət etmək istəmir. Ustad və şagird arasında olan söhbətlər həmişə ciddi olur; Arcuna Krişna ilə, tanınmış ruhani ustadla indi ciddi söhbət etmək istəyir. Beləliklə, Krişna Bhaqavad-gita elminin ilkin ruhani ustadı, Arcuna isə Gitanı anlayan ilk şagirddir. Arcunanın Bhaqavad-gitanı necə mənimsəməsi Gitanın özündə təsvir edilmişdir. Buna baxmayaraq, düşüncəsiz dünyəvi alimlər iddia edirlər ki, Krişnanın Özünə yox, “Krişnanın daxilindəki doğulmaz varlığa” itaət etmək lazımdır. Lakin Krişnanın daxili və xarici arasında fərq yoxdur. Bunu dərk etmədən Bhaqavad-gitanı anlamağa çalışmaq ən böyük səfehlikdir.

 

MƏTN 8

na hi prapaşyami mamapanudyad

yaç çhokam uççhoşanam indriyanam

avapya bhumav asapatnam riddham

racyam suranam api çadhipatyam

 

na – etmir; hi – əlbəttə; prapaşyami – görürəm; mama – mənim; apanudyat – qova bilmək; yat – bu; şokam – kədər; uççhoşanam – quruyaraq; indriyanam – hisslərin; avapya – çataraq; bhumau – yer üzündə; asapatnam – rəqibsiz; riddham – çiçəklənən; racyam – şahlıq; suranam – tanrıçaların; api – hətta; ça – həmçinin; adhipatyam – ali hakimiyyət.

Hisslərimi üzən kədəri dağıtmaq üçün çarə tapa bilmirəm, hətta yer üzündə tayı-bərabəri olmayan şahlıq, göydəki tanrıçaların hakimiyyətinə bənzər hakimiyyət əldə etsəm də, kədərimi dağıtmaq iqtidarında deyiləm.

İZAHI: Arcuna dini prinsiplər və əxlaq qaydaları biliyinə əsasən çoxlu dəlillər gətirsə də, məlum olur ki, o, ruhani ustad Tanrı Şri Krişnanın köməyi olmadan öz problemini həll etmək iqtidarında deyil. Arcuna üzdəniraq biliyinin bütün vücudunu üzən problemlərdən qurtulmaqda ona kömək etməyəcəyini və Tanrı Krişnaya bənzər ruhani ustadın köməyi olmadan bu cür çətinlikləri aradan qaldıra bilməyəcəyini başa düşdü. Həyat problemlərini həll etmək üçün akademik bilik, elmi dərəcə, yüksək mövqe və i.a. faydasızdır; bu halda yalnız Krişna kimi ruhani ustad kömək edə bilər. Nəticə bundan ibarətdir ki, bütünlüklə Krişna şüurunda olan ruhani ustad həqiqi ruhani ustaddır, çünki yalnız o, həyat problemlərini həll edə bilər. İlahi Çaitanya demişdir ki, ictimai vəziyyətindən asılı olmayaraq Krişna şüuru elminə yiyələnmiş hər bir şəxs həqiqi ruhani ustaddır.

kiba vipra, kiba nyasi, şudra kene naya

yei krişna-tattva-vetta, sei ‘quru’ haya

 

“Vipra (Veda müdrikliyi üzrə alim) olmasından, aşağı silkə mənsub olan ailədə doğulmasından və ya tərki-dünya həyat tərzi sürməsindən asılı olmayaraq, əgər insan Krişna haqqında elmə yiyələnibsə, o kamil və həqiqi ruhani ustaddır.” (Çaitanya-çaritamrita, Madhya 8.128) Beləliklə, Krişna şüuru elminə yiyələnmədən heç kəs həqiqi ruhani ustad ola bilməz. Vedalarda deyilir:

şat-karma-nipuno vipro

mantra-tantra-vişaradah

avaişnavo qurur na syad

vaişnavah şva-paço quruh

 

“Veda elminin bütün sahələrində səriştəli olan elmli brahmana vaişnava olmadan, yəni Krişna şüuru elminə yiyələnmədən ruhani ustad ola bilməz. Lakin ən aşağı silkə mənsub olan ailədə doğulmuş insan vaişnavadırsa, yəni Krişna şüurundadırsa o, ruhani ustad ola bilər.” (Padma Purana)

Maddi həyat problemləri – doğuluş, qocalıq, xəstəlik və ölüm – var-dövlət toplamaqla, iqtisadi inkişafın köməyilə həll edilə bilməz. Dünyanın bir çox yerlərində yaşayış üçün əlverişli şəraiti olan, iqtisadi cəhətdən inkişaf etmiş dövlətli ölkələr var. Bununla belə orada maddi həyat problemləri qalmaqdadır. Bu ölkələr müxtəlif yollarla sülhə can atırlar, lakin onlar həqiqi xoşbəxtliyə, yalnız Krişnaya və ya Krişna haqqında elmdən bəhs edən Bhaqavad-gitaya və Şrimad-Bhaqavatama, yaxud Krişnanın həqiqi nümayəndəsinə – Krişna şüurunda olan şəxsə müraciət edərək nail ola bilərlər.

Əgər iqtisadi inkişaf və maddi rahatlıq ailə, cəmiyyət, millət və bəşəriyyətlə bağlı kədəri dağıda bilsəydi, onda Arcuna nə yer üzündə tayı-bərabəri olmayan şahlığın, nə də cənnət planetlərində olan tanrıçaların hakimiyyətinə bənzər hakimiyyətin onun kədərini dağıda bilməyəcəyini deməzdi. Buna görə o, Krişna şüurunda sığınacaq axtarır; bu isə əsl sülh və harmoniya yoludur. Maddi təbiətin məhvedici çevrilişləri iqtisadi inkişafa və dünya üzərində hökmranlığa hər an son qoya bilər. Hal-hazırda insanın Ay kimi yüksək planetlərə qalxmaq üçün həyata keçirdiyi fəaliyyəti bir zərbə ilə dayandırıla bilər. Bhaqavad-gita bunu təsdiq edir: “kşine punye martya-lokam vişanti – xeyirxah əməllərinin bəhrələri tükəndikdə, insan xoşbəxtlik zirvəsindən aşağı həyat şəraitinə düşür.” Dünyanın bir çox siyasətçiləri tutduqları mövqedən bu cür düşmüşlər. Belə dəyişikliklər özü ilə ancaq kədər gətirir.

Odur ki, kədərimizə son qoymaq istəyiriksə, biz Arcuna kimi gərək Krişnaya sığınaq. Beləliklə, Arcuna Krişnadan onun problemini qəti surətdə həll etməyi xahiş etdi. Bu, Krişna şüurudur.

 

MƏTN 9

sancaya uvaça

evam uktva hrişikeşam

qudakeşah parantapah

na yotsya iti qovindam

uktva tuşnim babhuva ha

 

sancayah uvaça – Sancaya dedi; evam – belə; uktva – danışaraq; hrişikeşam – Krişnaya, hisslərin ağasına; qudakeşah – cəhalətin qarşısını almaqda mahir olan Arcuna; parantapah – düşmənlərin qənimi; na yotsye – mən döyüşməyəcəyəm; iti – belə; qovindam – Krişnaya, hisslərə həzz verənə; uktva – deyib; tuşnim – dinməz; babhuva – oldu; ha – əlbəttə.

Sancaya dedi: Düşmənlərin qənimi Arcuna bu sözlərdən sonra, Krişnaya: “Qovinda, mən döyüşməyəcəyəm”, – deyib sükuta qərq oldu.

İZAHI: Arcunanın döyüşdən boyun qaçırdığını və döyüş meydanını tərk edib dinləməyə hazırlaşdığını başa düşən Dhritaraştra çox güman ki, sevinirdi. Lakin Sancaya Arcunanı parantapah, yəni düşmənlərini öldürmək iqtidarında olan adlandırıb, Dhritaraştranı yenidən məyus etdi. Arcuna bir müddət ailə bağlılığından doğan saxta kədərə dalsa da, bir şagird kimi özünü ali ruhani ustad Krişnaya tapşırdı. Bu onu göstərirdi ki, o, ailəsinə bağlılığı nəticəsində əmələ gəlmiş saxta kədərdən tezliklə azad olacaq və özünüdərketmə, yaxud Krişna şüuru barədə mükəmməl bilik alaraq hökmən vuruşacaq. Beləliklə, Dhritaraştranın sevincinə son qoyulacaqdı, çünki Krişnadan bilik almış Arcuna axıracan döyüşəcəkdi.

 

MƏTN 10

tam uvaça hrişikeşah

prahasann iva bharata

senayor ubhayor madhye

vişidantam idam vaçah

 

tam – ona; uvaça – dedi; hrişikeşah – hisslərin ağası Krişna; prahasan – təbəssümlə; iva – bu cür; bharata – ey Bharata övladı Dhritaraştra; senayoh – orduların; ubhayoh – hər iki dəstənin; madhye – arasında; vişidantam – kədərlənən adama; idam – aşağıdakı; vaçah – sözlər.

Ey Bharata övladı, bu vaxt iki ordu arasında duran Krişna dərdə batmış Arcunaya təbəssümlə belə dedi:

İZAHI: Bu söhbət iki yaxın dost – Hrişikeşa və Qudakeşa arasında baş vermişdir. Bir dost kimi onlar eyni səviyyədə idilər, lakin sonra onlardan biri könüllü surətdə digərinin şagirdi oldu. Krişna gülümsünürdü, çünki dostu Onun şagirdi olmaq qərarına gəlmişdi. O hər şeyin hökmdarı və hər kəsin ağası olduğuna görə ən yüksək mövqe tutur. Bununla belə, Tanrı onu müəyyən rolda görmək istəyən fədaisinin dostu, oğlu, yaxud da sevgilisi olmağa razıdır. O, ustad kimi qəbul edildikdə dərhal bu rolu Öz üzərinə götürdü və şagirdi ilə bir ustad kimi, lazımi ciddiyyətlə danışmağa başladı. Buradan aydındır ki, ustadla şagird arasındakı bu söhbət hamının rifahı naminə açıq şəkildə iki ordunun qarşısında baş vermişdir. Deməli, Bhaqavad-gitadakı söhbət müəyyən bir şəxs, icma, yaxud cəmiyyət üçün deyildir. O hamı üçündür və həm dostlar, həm də düşmənlər onu dinləyə bilərlər.

 

MƏTN 11

şri-bhaqavan uvaça

aşoçyan anvaşoças tvam

praqya-vadamş ça bhaşase

qatasun aqatasumş ça

nanuşoçanti panditah

 

şri-bhaqavan uvaça – Allahın Ali Şəxsiyyəti dedi; aşoçyan – kədərə layiq deyil; anvaşoçah – sən kədərlənirsən; tvam – sən; praqya-vadan – elmi söhbətlər; ça – həmçinin; bhaşase – deyərək; qata – itirilmiş; asun – həyat; aqata – keçməyib; asun – həyat; ça – həmçinin; na – heç vaxt; anuşoçanti – kədərlənmək; panditah – alim.

Allahın Ali Şəxsiyyəti dedi: Ağıllı sözlər desən də, sən əbəs yerə kədərlənirsən. Müdriklər nə ölülərdən, nə də dirilərdən ötrü kədərlənmirlər.

İZAHI: Tanrı müəllim vəzifəsini dərhal Öz üzərinə götürdü və şagirdini bilvasitə səfeh adlandıraraq onu tənbeh etdi. Tanrı dedi: “Sən alim kimi danışırsan, ancaq bilmirsən ki, elmli insan bədənlə canın nə olduğunu dərk edir və nə diri, nə də ölü bədəndən ötrü kədərlənmir.” Sonrakı fəsillərdə aydın şəkildə izah ediləcək ki, materiyanı, ruhu və onları idarə edəni dərk edən insan bilik sahibidir. Arcuna iddia edirdi ki, dini prinsiplər siyasətdən və ictimai fəaliyyətdən vacibdir, lakin o bilmirdi ki, materiya, can və Tanrı barədə bilik dini normalardan da vacibdir. Bu biliyə malik olmadan o özünü elmli adam kimi qələmə verməməli idi. O çox da bilikli olmadığı üçün əbəs yerə kədərlənirdi. Bədən doğulub gec-tez məhv olmalıdır, buna görə o, can qədər əhəmiyyətli deyil. Bunu bilən insan həqiqətən alimdir və o, maddi bədəninin vəziyyəti necə olursa-olsun, kədərlənmir.

 

MƏTN 12

na tv evaham catu nasam

na tvam neme canadhipah

na çaiva na bhavişyamah

sarve vayam atah param

 

na – heç vaxt; tu – ancaq; eva – əlbəttə; aham – Mən; catu – hər bir zaman; na – deyil; asam – mövcud olmaq; na – yox; tvam – sən; na – yox; ime – bütün bu; cana-adhipah – şahlar; na – heç vaxt; ça – həmçinin; eva – əlbəttə; na – yox; bhavişyamah – mövcud olacaq; sarve vayam – bizim hamımızın; atah param – gələcəkdə.

Elə bir vaxt olmayıb ki, Mən, sən, yaxud bütün bu şahlar mövcud olmamış olaq və heç vaxt elə olmayacaq ki, bizlərdən kimsə mövcud olmasın.

İZAHI: Vedalarda (Katha Upanişad və Şvetaşvatara Upanişad) deyilir ki, Allahın Ali Şəxsiyyəti saysız-hesabsız canlı varlıqları fərqli durumlarından asılı olaraq, onların fəaliyyətinə və bu fəaliyyətin əks-təsirlərinə görə təmin edir. O həm də Özünün tam hissələrinin vasitəsilə hər bir canlı məxluqun ürəyində mövcuddur. Tanrını batində və zahirdə görə bilən övliya şəxslər həqiqətən tam və əbədi dincliyə nail olurlar.

nityo nityanam çetanaş çetananam

eko bahunam yo vidadhati kaman

tam atma-stham ye ‘nupaşyanti dhiras

teşam şantih şaşvati netareşam

(Katha Upanişad 2.2.13)

 

Arcunaya verilmiş Veda biliyi, özlərini çox bilmiş kimi göstərən, əslində isə, bilikdən kasad olan adamlara aiddir. Tanrı aydın şəkildə deyir ki, O Özü, Arcuna və döyüş meydanına yığışmış bütün şahlar əbədi fərdi varlıqlardır və Tanrı bu fərdi canlı varlıqları, onların həm şərtləndirilmiş, həm də qurtulmuş vəziyyətlərində əbədi olaraq saxlayır. Allahın Ali Şəxsiyyəti ali fərdi şəxsiyyətdir, Tanrının əbədi həmrahı olan Arcuna və oraya yığışmış bütün şahlar isə əbədi fərdi şəxsiyyətlərdir. Onların keçmişdə fərdiyyət kimi mövcud olmadıqlarını və əbədi şəxsiyyət kimi qalmayacaqlarını iddia etmək düzgün deyil. Bir fərdiyyət kimi onlar keçmişdə mövcud olublar və onların fərdi mövcudluğu gələcəkdə də arası kəsilmədən davam edəcək. Buna görə də kədərlənmək üçün heç kəsin əsası yoxdur.

Mayavadilərin nəzəriyyəsinə görə fərdi can qurtulduqdan sonra, maya, yəni illüziya örtüyündən ayrılıb, şəxsiz Brahmanla qovuşacaq və fərdi mövcudiyyətini itirəcəkdir. Lakin ali nüfuz sahibi olan Tanrı Krişna bu nəzəriyyəni təqdir etmir. Fərdiyyətin yalnız bizim şərtləndirilmiş vəziyyətimizdəki fikirlərimizdə mövcud olduğunu iddia edən nəzəriyyə də burada təqdir edilmir. Burada Krişna aydın şəkildə deyir ki, Tanrı və başqaları gələcəkdə də əbədi olaraq fərdiyyət kimi qalacaqlar. Bu, Upanişadlarda da təsdiq edilir. Krişna illüziyaya düşmədiyinə görə Onun sözləri nüfuzludur. Əgər fərdiyyətin mövcudluğu həqiqət olmasaydı, Krişna onu bu qədər vurğulamaz, onun barəsində “hətta gələcəkdə də” sözlərini işlətməzdi. Mayavadi iddia edə bilər ki, Krişnanın dediyi fərdiyyət ruhi yox, maddidir. İnsan fərdiyyətin maddi olması iddiası ilə razılaşsa, onda Krişnanın fərdiyyətini başqa fərdiyyətlərdən necə fərqləndirəcək? O bəyan edir ki, keçmişdə fərdi şəxsiyyət olub və gələcəkdə də fərdiyyət olaraq qalacaqdır. O Özünün fərdiyyət olduğunu bir çox yollarla təsdiq edərək bildirdi ki, şəxssiz Brahman da Ona tabedir. Krişna ruhi fərdiyyətini heç vaxt itirmir. O, fərdi şüura malik olan adi şərtləndirilmiş can hesab edilərsə, Bhaqavad-gita nüfuzlu müqəddəs kitab kimi öz qiymətini itirər. İnsanlara xas qüsuru olan adi adam diqqətə layiq heç nə öyrədə bilməz. Gita bu çür ədəbiyyatdan üstündür. Heç bir dünyəvi kitab Bhaqavad-gita ilə müqayisə edilə bilməz. Əgər Krişna adi adam hesab edilirsə, onda Gita tamamilə əhəmiyyətini itirər.  Mayavadilər iddia edirlər ki, bu beytdə qeyd edilmiş çoxluq şərtidir və bədənə aiddir. Lakin bu cür bədən konsepsiyası əvvəllki beytdə bəyənilməmişdir. Necə ola bilər ki, Krişna canlı varlıqlar barədə bədən konsepsiyasını bəyənmədiyi halda, yenidən onu irəli sürsün. Beləliklə, fərdiyyət ruhi halda da mövcuddur və Şri Ramanuca və s. kimi böyük açaryalar bunu təsdiq etmişlər. Gitanın bir çox yerlərində aydın şəkildə göstərilir ki, ruhi fərdiyyətin nə olduğunu Tanrı fədailəri anlayırlar. Krişnanın Allahın Ali Şəxsiyyəti olduğuna paxıllıq edənlər, bu böyük əsərin əsl mənasını dərk edə bilmirlər. Fədai olmayan adam Gitanın nəzəriyyəsini başa düşməyə cəhd edirsə, o, bal bərnisini bayırdan yalayan arıya bənzəyir. Bərnini açmadan, balın dadına baxmaq mümkün deyil. Eləcə də bu kitabın dördüncü fəslində deyildiyi kimi, Bhaqavad-gitanın sirrini yalnız fədailər anlaya bilərlər, başqa heç kəs onun dadını duya bilməz. Tanrının varlığına paxıllıq edənlər Gitaya toxunmamalıdırlar. Buna görə mayavadi filosoflarının Gitaya verdikləri şərhlər həqiqətin yanlış təsviridir. İlahi Çaitanya mayavadilərin şərhlərini oxumağı bizə qadağan edib və mayavadilərin fəlsəfəsini qəbul edən adamın Gitanın həqiqi sirrini anlaya bilməyəcəyini bildirmişdir. Fərdiyyət empirik kainata aid olsaydı, Tanrının nəzəriyyəsinə ehtiyac olmazdı. Fərdi can ilə Tanrının ayrı-ayrı fərdiyyətlər olduğu əbədi faktdır və bu, yuxarıda deyildiyi kimi, Vedalarda təsdiq edilir.

 

MƏTN 13

dehino ‘smin yatha dehe

kaumaram yauvanam cara

tatha dehantara-praptir

dhiras tatra na muhyati

 

dehinah – təcəssüm etmiş; asmin – bunda; yatha – kimi; dehe – bədəndə; kaumaram – yeniyetməlik dövrü; yauvanam – gənclik; cara – qocalıq; tatha – buna bənzər; deha-antara – bədəndən köçürülməsi; praptih – həyata keçirilməsi; dhirah – düşüncəli; tatra – ona görə; na – heç vaxt; muhyati – yanılmaq.

Bədəndə təcəssüm etmiş can bu bədəndə fasiləsiz olaraq uşaqlıq, cavanlıq və qocalıq mərhələlərindən keçdiyi kimi, bədənin ölümündən sonra da başqa bədənə keçir. Bu cür dəyişikliklər özünü dərk etmiş şəxsi karıxdırmır.

İZAHI: Hər bir canlı varlıq fərdi can olduğuna görə daim bədənini dəyişir və bir müddət uşaq, bir müddət gənc, bir müddət qoca kimi təzahür edir. Bununla belə, həmin ruhi can olduğu kimi qalır və dəyişikliklərə uğramır. Nəhayət, fərdi can ölüm anında başqa bədənə keçərək bədənini dəyişir. Fərdi can sonrakı doğuluşunda hökmən başqa bir (ya maddi, ya da ruhi) bədən aldığı üçün Bhişma və Dronanın öləcəyinə Arcunanın kədərlənməsi əsassız idi. Əksinə, Arcuna sevinməli idi ki, onlar köhnə bədənlərini yenisi ilə əvəz edib həyat qüvvələrini təzələyəcəklər. Bədənin bu yolla dəyişdirilməsi insana keçmiş həyatındakı fəaliyyətinə müvafiq olaraq müxtəlif cür həzz və iztirablar dadmağa imkan verir. Bhişma və Drona böyük can olduqları üçün gələcək həyatlarında şübhəsiz ki, ya ruhi bədən alacaq, ya da heç olmasa səma planetlərində bədən alıb, orada ən yüksək maddi həzz dadacaqdılar. Hər iki halda kədərlənməyə əsas yox idi.

Fərdi canın, Yüksək canın, maddi və ruhi təbiətin mahiyyəti haqqında mükəmməl biliyə malik olan hər kəs dhira, yəni son dərəcə dərrakəli insan adlanır. Bu cür insan bədənlərin dəyişməsi ilə heç vaxt çaşdırılmır. Ruhi canı ayrı-ayrı hissələrə parçalamaq mümkün olmadığı üçün ruhi canın vahidliyi barədə mayavadi nəzəriyyəsi qəbul edilə bilməz. Müxtəlif fərdi canların bu cür bölünməsi Tanrını bölünən, yaxud dəyişən edərdi, bu isə Ali Canın dəyişməzlik prinsipinə ziddir.

Gitada təsdiq edildiyi kimi, Tanrının fraqmentar hissələri əbədi (sanatana) mövcuddurlar və kşara adlanırlar; yəni onlar aşağı maddi təbiətə düşməyə meyllidirlər. Bu fraqmentar hissələr əbədi olaraq belədirlər və hətta qurtulduqdan sonra da fərdi can olduğu kimi (fraqmentar) qalır. Lakin bir dəfə qurtulduqda, o, həzz və bilik içində Tanrı ilə əbədi həyat sürür. Hər bir bədəndə olan, lakin fərdi canlı varlıqdan fərqlənən və Paramatma adlanan Yüksək Can üçün əksolunma nəzəriyyəsi tətbiq edilə bilər. Suyun üzərində Günəşin, Ayın və ulduzların əksini görmək olar. Ulduzları canlı məxluqlara, Günəşi, yaxud Ayı isə Tanrıya bənzətmək olar. Arcuna fərdi fraqmentar ruhi can, Tanrı Şri Krişna isə Ali Candır. Dördüncü fəslin əvvəlində aydın olacaq ki, onları eyni səviyyəyə aid etmək olmaz. Arcuna Krişna ilə eyni səviyyədə olsaydı və Krişna ondan yüksəkdə durmasaydı, onda onların ustad və şagird münasibətləri məna kəsb etməzdi. Əgər onların hər ikisi illüzor enerji (maya) ilə aldadılsaydı, onda onlardan birinin ustad, digərinin isə şagird olmasına ehtiyac olmazdı. Bu cür təlim faydasız olardı, çünki heç kəs mayanın caynaqlarında olduğu halda mötəbər ustad ola bilməz. Bunların hamısı Tanrı Krişnanın Ali Şəxsiyyət olduğunu və Onun maya ilə aldadılmış unutqan candan – canlı varlıq Arcunadan mövqecə üstünlüyünü təsdiq edir.

 

MƏTN 14

matra-sparşas tu kaunteya

şitoşna-sukha-duhkha-dah

aqamapayino ‘nityas

tams titikşasva bharata

 

matra-sparşah – hissi qavrayış; tu – yalnız; kaunteya – ey Kuntinin oğlu; şita – qış; uşna – yay; sukha – xoşbəxtlik; duhkha – və ağrı; dah – verərək; aqama – üzə çıxaraq; apayinah – yox olaraq; anityah – dəyişkən; tan – onların hamısı; titikşasva – sadəcə dözməyə çalış; bharata – ey Bharata övladı.

Ey Kuntinin oğlu, xoşbəxtliyin və bədbəxtliyin müvəqqəti təzahürü, müəyyən vaxtdan sonra yox olması qışın və yayın gəlib-getməsinə bənzəyir. Onlar hissi qavrayışdan törəyir, ey Bharata övladı, insan həyacanlanmadan onlara dözməyi öyrənməlidir.

İZAHI: İnsan öz borcunu düzgün yerinə yetirmək üçün, xoşbəxtliyin və bədbəxtliyin müvəqqəti təzahürlərinə dözməyi öyrənməlidir. Veda təlimatına görə o hətta maqha (yanvar – fevral) ayında da hər gün səhər tezdən yuyunmalıdır. Bu vaxt hava çox soyuq olur, lakin dini prinsiplərə riayət edən insan tərəddüd etmədən yuyunur. Eləcə də qadın, tərəddüd etmədən yayın ən isti aylarında (may – iyun) mətbəxdə xörək bişirir. İnsan iqlim narahatlıqlarına baxmayaraq borcunu yerinə yetirməlidir. Eləcə də, döyüşmək kşatriyanın dini borcudur və o, döyüş meydanında dostları və ya qohumları ilə vuruşmalı olsa da, təyin olunmuş vəzifəsini yerinə yetirməkdən boyun qaçırmamalıdır. İnsan bilik əldə etmək üçün dini prinsiplərin təyin olunmuş qayda və təlimatlarına riayət etməlidir, çünki o, yalnız bilik və sədaqət sayəsində mayanın (illüziyanın) caynaqlarından qurtula bilər.

Burada Arcunaya müraciətdə iki müxtəlif adın işlədilməsi heç də təsədüfi deyil. Ona Kaunteya kimi müraciət edilməsi – ana tərəfdən böyük nəslə mənsub olduğunu, Bharata adlandırılması isə ata tərəfdən nəcabətini göstərirdi. O, iki böyük nəslin övladı idi. Böyük nəsildən olan insan borcunun yerinə yetirilməsində məsuliyyət daşıyır; deməli, Arcuna döyüşdən boyun qaçıra bilməzdi.

 

MƏTN 15

yam hi na vyathayanty ete

puruşam puruşarşabha

sama-duhkha-sukham dhiram

so ‘mritatvaya kalpate

 

yam – kimə; hi – əlbəttə; na – heç vaxt; vyathayanti – həyacanlandıran; ete – bunların hamısı; puruşam – adama; puruşa-rişabha – ey insanların ən yaxşısı; sama – dəyişməz; duhkha – bədbəxtlikdə; sukham – və xoşbəxtlik; dhiram – səbirli; sah – o; amritatvaya – qurtuluş üçün; kalpate – yararlı hesab olunur.

Ey insanların ən yaxşısı [Arcuna], xoşbəxtlik və bədbəxtlik baş verdikdə həyacanlanmayan, hər iki halda mətin qalan şəxs, şübhəsiz ki, qurtuluşa layiqdir.

İZAHI: Ruhi gerçəkləşmə səviyyəsinə nail olmaq əzmində möhkəm olan, xoşbəxtliyin və bədbəxtliyin həmlələrinə eyni cür dözən hər bir şəxs, şübhəsiz, qurtuluşa layiqdir. Varnaşrama sistemində həyatın dördüncü pilləsi, yəni tərki-dünya həyat tərzi (sannyasa) böyük səy tələb edir. Lakin kamilliyə can atan insan bütün çətinliklərə baxmayaraq qətiyyətlə sannyasa həyat tərzini qəbul edir. Adətən çətinliklər ailə münasibətlərinə son qoymaq, arvad-uşaqla əlaqəni kəsmək zərurətindən doğur. Lakin insan bu çətinliklərə dözə bilirsə, o ruhi gerçəkləşmə yolunda inkişafını başa çatdırır. Eləcə də Arcunaya məsləhət görülür ki, ailə üzvləri və yaxın adamları ilə vuruşmaq nə qədər çətin olsa da, kşatriya borcunu mətanətlə yerinə yetirsin. İlahi Çaitanyanın himayəsində olan cavan arvadının və qoca anasının köməksiz qaldıqlarına baxmayaraq, O, iyirmi dörd yaşında sannyasa qəbul etmişdi. Beləliklə, O, ali məqsəd naminə sannyasa qəbul edərək ən yüksək borcunu mətanətlə yerinə yetirmişdir. Bu, maddi əsarətdən qurtuluş yoludur.

 

MƏTN 16

nasato vidyate bhavo

nabhavo vidyate satah

ubhayor api drişto ‘ntas

tv anayos tattva-darşibhih

 

na – heç vaxt; asatah – mövcud olmayan; vidyate – var; bhavah – uzun ömürlü; na – heç vaxt; abhavah – dəyişkən keyfiyyətli; vidyate – var; satah – əbədinin; ubhayoh – ikisinin; api – həqiqətən; driştah – müşahidə edib; antah – nəticə; tu – həqiqətən; anayoh – onlardan; tattva – həqiqəti; darşibhih – görənlərlə.

Həqiqəti bilənlər bu nəticəyə gəlmişlər ki, müvəqqəti olan [maddi bədən] fanidir, əbədi olan [can] isə dəyişməzdir. Onlar hər ikisinin təbiətini öyrəndikdən sonra belə nəticə çıxarmışlar.

İZAHI: Bədən dəyişkəndir, daimi deyil. Müxtəlif hüceyrələrin fəaliyyəti bədəni anbaan dəyişir, bunu müasir tibb elmi də təsdiq edir. Bədən məhz bu cür böyüyür və qocalır. Lakin ruhi can bədənin və ağlın dəyişməsindən asılı deyil, əbədidir. Materiya ilə ruh arasındakı fərq bundan ibarətdir. Təbiəti etibarilə bədən daim dəyişir, ruh isə əbədidir. Həqiqəti görənlərin hamısı, istər impersonalistlər, istərsə də personalistlər bu nəticəyə gəlmişlər. Vişnu Puranada (2.12.38) deyilir ki, Vişnu və Onun məskənləri nur saçan və ruhi təbiətlidirlər (cyotimşi vişnur bhuvanani vişnuh). “Müvəqqəti olan” sözü materiyaya, “əbədi olan” isə ruha aiddir.  Həqiqəti görənlərin hamısının fikri belədir.

Cəhalətin təsiri ilə çaşdırılmış bütün canlı varlıqlara Tanrının buyruğu belə başlanır. Cəhalət aradan qalxdıqda sitayiş edən və sitayiş olunanın əbədi qarşılıqlı əlaqəsi bərpa olunur və nəticədə, Allahın ayrılmaz hissəcikləri olan canlı varlıqlarla Allahın Ali Şəxsiyyəti arasındakı fərq dərk edilir. İnsan özü ilə Ali Varlıq arasındakı fərqi hissə ilə tam arasındakı fərq kimi anladıqda, özünü öyrənməklə Tanrının təbiətini dərk edə bilər. Vedanta-sutrada və Şrimad-Bhaqavatamda Ulu Tanrı bütün emonasiyaların mənbəyi kimi götürülür. Belə emonasiyalar təbiətin ali və aşağı enerjilərinə aid edilir. Canlı varlıqlar ali təbiətə aiddirlər və bu yeddinci fəsildə aydın olacaq. Baxmayaraq ki, enerji və onun mənbəyi arasında fərq yoxdur, mənbə Tanrı kimi, enerji, yaxud təbiət isə tabe olan kimi göstərilir. Nökər ağasına, şagird ustadına tabe olduğu kimi, canlı varlıqlar da daim Tanrıya tabedirlər. Cəhalətlə ovsunlandıqda bu aydın biliyi dərk etmək mümkün deyil və məhz ona görə də Tanrı bu cəhaləti aradan qaldırmaq və bütün canlı varlıqlara bilik vermək üçün Bhaqavad-gitanı söyləyir.

 

MƏTN 17

avinaşi tu tad viddhi

yena sarvam idam tatam

vinaşam avyayasyasya

na kaşçit kartum arhati

 

avinaşi – ölməz; tu – lakin; tat – o; viddhi – bunu bil; yena – kimin tərəfindən; sarvam – bütün bədənin; idam – bu; tatam – nüfuz edən; vinaşam – dağıtma; avyayasya – ölməz olanın; asya – bunun; na kaşçit – heç kim; kartum – etmək; arhati – bacarıqlı.

Bil və agah ol, bütün bədənə nüfuz edən dağılmazdır. Ölməz canı heç kəs məhv edə bilməz.

İZAHI: Bu beytdə canın həqiqi təbiəti aydın izah olunur. Deyilir ki, o, bütün bədənə yayılır. Hamı bədənə yayılanın nə olduğunu anlaya bilər: bu şüurdur. Hər bir adam ağrını, ya həzzi bədəninin hər hansı bir hissəsi ilə, yaxud bütün bədəni ilə duyur. Şüur bədənin hüdudları daxilində yayılır. Bir bədənin ağrı və həzləri o birisinə bəlli deyil. Buna görə hər bir bədən fərdi canın mücəssəməsidir, fərdi şüur isə canın varlığını bildirən əlamətdir. Canın ölçüləri saçın ucunun on mində bir hissəsinə bərabərdir. Şvetaşvatara Upanişad (5.9) bunu təsdiq edir:

balaqra-şata-bhaqasya

şatadha kalpitasya ça

bhaqo civah sa viqyeyah

sa çanantyaya kalpate

 

“Əgər saçın ucunu yüz hissəyə bölsək, sonra isə onlardan hər birini yenə də yüz hissəyə bölsək, onda hər belə hissə ruhi canın ölçüsündə olacaqdır.” Başqa bir beytdə deyilir:

keşaqra-şata-bhaqasya

şatamşah sadrişatmakah

civah sukşma-svarupo ‘yam

sankhyatito hi çit-kanah

 

“Saçın ucunun on mində bir hissəsi boyda saysız-hesabsız ruhi atom hissəcikləri mövcuddur.”

Beləliklə, fərdi hissəcik olan ruhi can atomdan da kiçik olan ruhi atomdur və belə atomların sayı-hesabı yoxdur. Bu kiçik ruhi qığılcım maddi bədənin əsas prinsipidir və dərmanın təsiri bədənə yayıldığı kimi, onun da təsiri bütün bədənə yayılır. Canın bu təsiri bütün bədəndə şüur kimi duyulur və onun orada olmasını sübut edir. Hər kəs anlaya bilər ki, şüur yoxdursa bədən ölüdür və heç bir maddi üsulla şüuru bədəndə bərpa etmək olmaz. Beləliklə, şüurun mənbəyi maddi ünsürlər deyil, ruhi candır. Mundaka Upanişadda (3.1.9) atomik ruhi canın ölçüsü barədə əlavə məlumat verilir:

eşo ‘nur atma çetasa veditavyo

yasmin pranah pançadha samviveşa

pranaiş çittam sarvam otam pracanam

yasmin vişuddhe vibhavaty eşa atma

 

“Ölçüsünə görə can atomikdir və onu kamil dərrakənin köməyilə anlamaq olar. Bu atomik can beş hava axınında üzür (prana, apana, vyana, samana və udana). O, ürəkdə yerləşir və təsirini təcəssüm etmiş canlı varlığın bütün bədəninə yayır. Can beş maddi hava axınının çirkabından təmizləndikdə, onun ruhi təsiri aşkar olur.”

Hatha-yoqa systemi maddi mənfəət əldə etməkdən ötrü deyil, pak canı əhatə edən beş cür hava axınına müxtəlif pozaların köməyilə nəzarət edərək, bu kiçicik canı maddi mühitin əsarətindən azad etmək üçün nəzərdə tutulmuşdur. Beləliklə, atomik canın ilkin mövqeyi bütün Veda ədəbiyyatında təsvir edilmişdir və hər bir sağlam düşüncəli şəxs onu əməli olaraq duya bilir. Yalnız ağılsız adam bu atomik canı hər şeyə nüfuz edən vişnu-tattva hesab edə bilər.

Atomik canın təsiri bütün bədənə yayılır. Mundaka Upanişada görə bu atomik can hər bir canlı məxluqun ürəyində yerləşir. Lakin materialist alimlər canı ölçə bilmədiklərinə görə, bəzən səfehcəsinə onu inkar edirlər. Şübhəsiz, fərdi atomik can Yüksək Canla birlikdə ürəkdə yerləşir və buna görə bədəni hərəkətə gətirən bütün enerjilər onun bu hissəsindən çıxır. Ağ ciyərdən oksigen alan hüceyrələr enerjini candan alır. Can bədəni tərk edəndə qanda sintez prosesi dayanır. Tibb elmi qırmızı qan hüceyrələrinin vacibliyini təsdiq etsə də, canın enerji mənbəyi olduğunu müəyyən edə bilmir. Bununla belə, tibb elmi bədənin bütün enerjilərinin ürəkdən çıxdığı ilə razılaşır.

Ruhi bütövün atomik hissəciklərini günəş işığının molekullarına bənzətmək olar. Günəş işığında saysız-hesabsız parlaq molekullar mövcuddur. Eləcə də Ulu Tanrının fraqmentar hissəcikləri Onun prabha, yəni ali enerji adlanan şüalarının atomik qığılcımlarıdır. Beləliklə, istər Veda biliyi, istərsə də müasir elm vasitəsilə heç kəs bədəndə ruhi canın olmasını inkar edə bilməz və can haqqında elmi Allahın Şəxsiyyətinin Özü Bhaqavad-gitada aydın şəkildə təsvir etmişdir.

 

MƏTN 18

antavanta ime deha

nityasyoktah şaririnah

anaşino ‘prameyasya

tasmad yudhyasva bharata

 

anta-vantah – fani; ime – bütün bunlar; dehah – maddi bədənlər; nityasya – mövcudiyyətdə əbədi; uktah – deyilir; şaririnah – təcəssüm etmiş canın; anaşinah – heç vaxt dağıla bilməz; aprameyasya – ölçüyə gəlməz; tasmat – buna görə; yudhyasva – döyüş; bharata – ey Bharata övladı.

Canlı varlıq dağıdılmaz, ölçüyəgəlməz və əbədidir, maddi bədən isə məhvə məhkumdur. Ona görə də vuruş, ey Bharata övladı.

İZAHI: Maddi bədən öz təbiəti etibarilə fanidir. O ya dərhal, ya da ki, yüz ildən sonra tələf ola bilər. Bu gec-tez olacaq. Onu əbədi olaraq saxlamaq mümkün deyil. Lakin ruhi can o qədər kiçikdir ki, düşmən onu nəinki öldürməyə, hətta görməyə belə acizdir. Yuxarıdakı beytdə deyildiyi kimi, o elə kiçikdir ki, onun ölçüsünü təsəvvür etmək belə mümkün deyil. Beləliklə, hər iki baxımdan kədərlənməyə əsas yoxdur, çünki canlı varlığı öldürmək, maddi bədəni isə uzun müddət saxlamaq, yaxud mühafizə etmək mümkün deyil. Ruhi bütövün kiçik hissəciyi fəaliyyətinə müvafiq olaraq maddi bədən alır; buna görə də dini prinsiplərə riayət etmək lazımdır. Canlı varlıq ali işığın ayrılmaz hissəciyi olduğuna görə o, Vedanta-sutrada işıq kimi təsvir edilir. Günəşin işığı bütün kainatı saxladığı kimi, canın işığı da maddi bədəni saxlayır. Ruhi can maddi bədəni tərk edən kimi bədən çürüməyə başlayır, deməli, onu ruhi can saxlayır. Özü-özlüyündə bədən əhəmiyyətsizdir. Buna görə də Arcunaya məsləhət görülür ki, dini maddi mülahizələrə qurban verməyib döyüşsün.

 

MƏTN 19

ya enam vetti hantaram

yaş çainam manyate hatam

ubhau tau na vicanito

nayam hanti na hanyate

 

yah – kim ki; enam – bunu; vetti – bilir; hantaram – öldürən; yah – kim ki; ça – həmçinin; enam – bunu; manyate – düşünür; hatam – öldürülmüş; ubhau – hər ikisi; tau – onlar; na – heç vaxt; vicanitah – bilirlər; na – heç vaxt; ayam – bu; hanti – öldürür; na – nə; hanyate – öldürülür.

Canlı varlığın öldürüb öldürülə bildiyini düşünən insan biliksizdir, çünki can öldürmür və öldürülə bilməz.

İZAHI: Bilmək lazımdır ki, canlı məxluq silahla öldürülə bilsə də bədəninin daxilindəki canlı varlıq ölmür. Ruhi can o qədər kiçikdir ki, onu heç bir maddi silahla öldürmək mümkün deyil və bu, sonrakı beytlərdən aydın olacaq. Canlı varlıq həm də ruhi təbiətli olduğuna görə öldürülə bilməz. Məhv olan, yaxud öldürülən yalnız bədəndir. Lakin bu o demək deyil ki, bədənin öldürülməsi təqdir edilir. Veda təlimatında deyilir: “ma himsyat sarva bhutani – heç vaxt heç kəsə zorakılıq etmə.” Canlı varlığın ölməzliyini anlamaq heyvanların kəsilməsi üçün əsas ola bilməz. Səlahiyyət olmadan hər hansı bir bədənin öldürülməsi çirkin hərəkətdir və bu, həm dövlətin, həm də Tanrının qanununa əsasən cəzaya layiqdir. Arcunadan isə özbaşına hərəkət etmək deyil, dini prinsiplər naminə döyüşərək öldürmək tələb olunurdu.

 

MƏTN 20

na cayate mriyate va kadaçin

nayam bhutva bhavita va na bhuyah

aco nityah şaşvato ‘yam purano

na hanyate hanyamane şarire

 

na – heç vaxt; cayate – doğulur; mriyate – ölür; va – yaxud; kadaçit – hər zaman (keçmişdə, indi, yaxud gələcəkdə); na – heç vaxt; ayam – bu; bhutva – əmələ gəlib; bhavita – əmələ gələcək; va – yaxud; na – yox; bhuyah – və ya yenədə əmələ gələcək; acah – doğulmaz; nityah – əbədi; şaşvatah – daimi olan; ayam – bu; puranah – ən yaşlı; na – heç vaxt; hanyate – öldürüb; hanyamane – öldürülür; şarire – bədən.

Can heç vaxt doğulmur və ölmür. O, mövcudluğunu heç vaxt dayandırmır. O, doğulmaz, əbədi, həmişəyaşar, ölməz və əzəlidir. Bədən öldürüldükdə o ölmür.

İZAHI: Ali Ruhun kiçicik fraqmentar hissəciyi keyfiyyətcə Ondan fərqlənmir. O, bədən təki dəyişikliklərə məruz qalmır. Bəzən can kuta-stha, yəni sabit adlandırılır. Bədən isə altı növ dəyişikliklərə uğrayır. O, ana bətnindən döğulur, bir müddət qalır, böyüyür, nə isə törədir, tədricən üzülür və nəhayət, yox olur. Can isə bu cür dəyişikliklərə uğramır. Can doğulmur; o, maddi bədənə daxil olduğuna görə bu bədən doğulur. Can nə doğulur, nə də ölür. Doğulan hər bir şey ölməlidir. Can doğulmadığına görə onun nə keçmişi, nə indisi, nə də gələcəyi var. O əbədidir, daim mövcuddur və əzəlidir, yəni onun həyata gəlməsinin tarixini müəyyən etmək olmaz. Lakin bədən haqqındakı təəssüratlarımızı cana da aid etdiyimiz üçün biz canın doğulmasının tarixini və s. axtarırıq. Bədəndən fərqli olaraq can heç vaxt qocalmır. Buna görə də qoca adlandırılan adam özünü uşaqlığındakı və cavanlığındakı əhval-ruhiyyədə hiss edə bilər. Bədənin dəyişiklikləri cana toxunmur. Can ağac, yaxud hər hansı maddi şey kimi təravətdən düşmür. Canın törəmələri də olmur. Bədənin törəmələri, yəni uşaqlar da müxtəlif fərdi canlardır ki, onlar da bədən vasitəsilə müəyyən adamın uşaqları kimi peyda olurlar. Bədəndə can olduğuna görə o inkişaf edir, can isə şaxələnmir və dəyişmir. Odur ki, can bədənin altı növ dəyişikliyindən azaddır. Katha Upanişadda da (1.2.18) buna oxşar beytə rast gələ bilərik:

na cayate mriyate va vipaşçin

nayam kutaşçin na vibhuva kaşçit

aco nityah şaşvato ‘yam purano

na hanyate hanyamane şarire

 

Bu beytin mənası və mahiyyəti Bhaqavad-gitada verilən beytdən fərqlənmir. Lakin burada xüsusi bir söz işlədilir – vipaşçit, onun da mənası “alim”, yaxud “bilikli” deməkdir.

Can biliklə doludur, yaxud o tamamilə şüurludur. Beləliklə, şüur canın əlamətidir. Hətta biz cana onun yerləşdiyi yerdə, yəni ürəkdə rast gəlmiriksə də, şüurun olduğunu gördükdə, anlaya bilərik ki, orada can var. Bəzən biz buludlara görə, yaxud başqa bir səbəb üzündən Günəşi görmürük, amma onun işığını görüb əmin oluruq ki, indi gündüzdür. Səhər tezdən hava işıqlananda günəşin çıxdığını anlaya bilərik. Eləcə də həm insan, həm də heyvan bədənlərində bir qədər şüur olduğuna görə anlaya bilərik ki, orada can var. Lakin canın şüuru Tanrının şüurundan fərqlənir, çünki Ali şüur keçmiş, indi və gələcək barədə tam biliyə malikdir. Fərdi can unutqanlığa meyllidir. O özünün əsl təbiətini unutduqda, Krişnanın ali nəsihətlərindən dərs alaraq nurlanır. Lakin Krişna unutqan canlı məxluqdan fərqlənir. Əks halda Onun Bhaqavad-gitadakı nəsihətləri faydasız olardı.

İki cür can mövcuddur: xırda hissəcik olan can (anu-atma) və Yüksək Can (vibhu-atma). Bu Katha Upanişadda (1.2.20) təsdiq olunur:

anor aniyan mahato mahiyan

atmasya cantor nihito quhayam

tam akratuh paşyati vita-şoko

dhatuh prasadan mahimanam atmanah

 

“Həm Yüksək Can (Paramatma), həm də atomik can (civatma) bir bədən ağacında, canlı məxluqun ürəyində yerləşir və yalnız bütün maddi istəklərdən, eləcə də kədərdən azad olmuş şəxs Tanrının mərhəməti ilə canın əzəmətini anlaya bilər.” Sonrakı fəsillərdən Krişnanın həm də Yüksək Canın mənbəyi olduğu aşkar olacaq. Arcuna isə əsil təbiətini unutmuş atomik candır və buna görə onun Krişnadan, yaxud Krişnanın həqiqi nümayəndəsindən (ruhani ustaddan) dərs almağa ehtiyacı var.

 

MƏTN 21

vedavinaşinam nityam

ya enam acam avyayam

katham sa puruşah partha

kam qhatayati hanti kam

 

veda – bilir; avinaşinam – dağıdılmaz; nityam – daim mövcud olan; yah – o kəs ki; enam – bu (can); acam – doğulmaz; avyayam – dəyişməz; katham – necə; sah – bu; puruşah – şəxs; partha – ey Partha (Arcuna); kam – kimə; qhatayati – ağrı verir; hanti – öldürür; kam – kimi.

Ey Partha, necə ola bilər ki, canın dağılmaz, əbədi, doğulmaz və dəyişməz olduğunu bilən şəxs kimisə öldürsün və ya öldürülməsinə səbəb olsun.

İZAHI: Hər şeyin öz yeri var, tam biliyi olan insan bu şeylərdən düzgün istifadə edilməsi üçün onları necə və harada tətbiq etmək lazım olduğunu bilir. Eləcə də zorakılığın öz yeri var və bilikli adam onun düzgün işlədilməsi yolunu bilir. Hakim qatili ölüm cəzasına məhkum edirsə, hakimi təqsirləndirmək olmaz, çünki o, həmin şəxsə qarşı zorakılıq işlədilməsinə icazə verərkən qanuna əsaslanır. Manu-samhitada (bəşəriyyət üçün qanunlar külliyyatı) deyilir ki, qatil törətdiyi böyük günaha görə gələn həyatında əzab çəkməsin deyə ölümə məhkum edilməlidir. Buna görə şah qatili dara çəkdirirsə, o əslində yaxşılıq edir. Eləcə də Krişna vuruşmağı əmr edirsə, nəticə çıxarmaq lazımdır ki, bu zorakılıq ən yüksək ədalət naminədir. Buna görə də Arcuna Onun əmrini yerinə yetirərkən insanın, daha doğrusu canın, heç vaxt öldürülə bilmədiyini, döyüşdə Krişna naminə edilən zorakılığın əslində zorakılıq olmadığını bilməli idi. Beləliklə, ədalət naminə edilən “zorakılıq” tamamilə qanunidir. Cərrahiyyə əməliyyatı xəstəni öldürmək üçün yox, onu müalicə etmək üçündür. Beləliklə, Arcuna Krişnanın göstərişi ilə və tam biliyə malik olaraq vuruşduqda, günah əməllərin əks-təsirlərinə uğramayacaqdı.

 

MƏTN 22

vasamsi cirnani yatha vihaya

navani qrihnati naro ‘parani

tatha şarirani vihaya cirnany

anyani samyati navani dehi

 

vasamsi – paltarlar; cirnani – köhnə və yırtılmış; yatha – eynilə; vihaya – imtina edərək; navani – təzə paltarlar; qrihnati – qəbul edir; narah – adam; aparani – başqaları; tatha – eyni yolla; şarirani – bədənlər; vihaya – imtina edərək; cirnani – köhnə və faydasız; anyani – başqa; samyati – həqiqətən qəbul edir; navani – təzə dəst; dehi – təcəssüm etmiş.

İnsan köhnə paltarı çıxarıb təzə paltar geydiyi kimi, can da qoca və faydasız bədəni tərk edib, təzə maddi bədən alır.

İZAHI: Atomik fərdi canın ardıcıl olaraq bədən dəyişdirməsi qəbul olunmuş faktdır. Canın mövcudluğuna inanmayan, eyni zamanda, ürəkdə yerləşən enerji mənbəyini izah edə bilməyən müasir alimlər belə, bədənin uşaqlıqdan yeniyetməlik dövrünə, yeniyetməlikdən gəncliyə, gənclikdən qocalığa keçməsindən aşkar olunan, arasıkəsilməz dəyişmələrini qəbul edirlər. Qocalıq dövrü sona yetdikdə isə, bu dəyişmələr başqa bədəndə davam edir. Bu, artıq yuxarıdakı beytlərin (2.13) birində izah olunmuşdur.

Atomik fərdi canın başqa bədənə keçməsi Yüksək Canın mərhəməti ilə mümkündür. Bir dost o birinin istəyini yerinə yetirdiyi kimi, Yüksək Can da atomik canın istəyini yerinə yetirir. Mundaka Upanişad və Şvetaşvatara Upanişad kimi Veda ədəbiyyatında can və Yüksək Can bir ağacda oturmuş iki dost quşa bənzədilir. Quşlardan biri (fərdi atomik can) bu ağacın meyvəsini yeyir, o birisi isə (Krişna) dostunu müşahidə edir. Bu iki quşun eyni təbiətli olduğuna baxmayaraq, onlardan biri maddi ağacın meyvələrinə valeh olub, digəri isə sadəcə olaraq, dostunun fəaliyyətinin şahididir. Krişna şahid, Arcuna isə yeyən quşdur. Dost olduqlarına baxmayaraq, onlardan biri ağa, digəri isə xidmətçidir. Atomik can bu qarşılıqlı əlaqəni unutduqda, bir ağacdan o biri ağaca, yəni bir bədəndən digər bədənə keçir. Maddi bədən ağacında oturmuş civa (can) məşəqqət çəkir, lakin o, nəsihət almaq üçün könüllü surətdə özünü Krişnaya həsr etmiş Arcuna kimi hərəkət etsə, yəni ikinci quşu ali ruhani ustad kimi qəbul etməyə razılaşsa, tabe olan quş dərhal bütün kədərlərdən azad olar. Həm Mundaka Upanişad (3.1.2), həm də Şvetaşvatara Upanişad (4.7) bunu təsdiq edir:

samane vrikşe puruşo nimaqno

‘nişaya şoçati muhyamanah

cuştam yada paşyaty anyam işam

asya mahimanam iti vita-şokah

 

“Hər iki quşun bir ağacda oturduğuna baxmayaraq, yeyən quş ağacın meyvələrindən necə həzz almaq barədə fikirlərə qapıldığı üçün qəm və narahatlıq içindədir. Lakin iztirab çəkən quş bu və ya başqa yolla üzünü dostu olan Tanrıya çevirsə, Onun əzəmətini anlasa, o dərhal bütün həyacanlardan azad olar.” İndi Arcuna üzünü əbədi dostu Krişnaya çevirib və Bhaqavad-gitanı Ondan öyrənir. Krişnanı dinləyərək o, Tanrının ali əzəmətini dərk edə və kədərdən azad ola biləcək.

Tanrı Arcunaya məsləhət verir ki, qoca babasının və müəlliminin öz bədənlərini dəyişəcəklərinə görə kədərlənməsin. Əksinə, o, ədalətli döyüşdə bədənlərini məhv edərək onlara bədən fəaliyyətinin bütün əks-təsirlərindən dərhal azad olmağa imkan verəcəyinə sevinməlidir. Həyatını qurbangahda, yaxud ədalətli döyüşdə fəda edən şəxs dərhal bədən fəaliyyətinin əks-təsirlərindən azad olur, daha əlverişli şəraitlərdə doğulur. Beləliklə, Arcunanın kədərlənməsi üçün əsas yox idi.

 

MƏTN 23

nainam çhindanti şastrani

nainam dahati pavakah

na çainam kledayanty apo

na şoşayati marutah

 

na – heç vaxt; enam – bu can; çhindanti – tikələrə doğramaq olar; şastrani – silahlar; na – hec vaxt; enam – bu can; dahati – yandırmaq; pavakah – od; na – heç vaxt; ça – həmçinin; enam – bu can; kledayanti – islatmaq; apah – su; na – heç vaxt; şoşayati – qurutmaq; marutah – külək.

Canı heç bir silahla doğramaq, odla yandırmaq, su ilə islatmaq, küləklə qurutmaq olmaz.

İZAHI: Heç bir silah növü ilə – qılınc, odlu silah, yağış silahı, qasırğa silahı və s. ruhi canı öldürmək olmaz. Buradan aydın olur ki, keçmişdə müasir odlu silahdan savayı torpaqdan, sudan, havadan, efirdən və s. yaradılmış bir çox başqa silah növləri də varmış. Hətta müasir dövrün nüvə silahı da odlu silah növünə aid edilir, lakin əvvəllər müxtəlif növ maddi ünsürlərdən düzəldilmiş başqa silahlar mövcud idi. Odlu silaha qarşı müasir elmə məlum olmayan su silahı işlədilirdi. Müasir alimlər qasırğa silahı barədə də heç nə bilmirlər. Bununla belə, quruluşundan asılı olmayaraq, heç bir silah növü ilə canı hissələrə parçalamaq, yaxud məhv etmək olmaz.

Fərdi canları ilkin Ali Candan kəsib ayırmaq da heç vaxt mümkün deyil. Mayavadilər fərdi canların cəhalətin təsiri altına necə düşdüklərini və nəticədə illüzor enerji ilə necə örtüldüklərini izah edə bilmirlər. Əbədi olaraq (sanatana) atomik fərdi can olduqları üçün onlar illüzor enerji ilə örtülməyə meyllidirlər və beləliklə, Ulu Tanrı ilə ünsiyyətdən ayrı düşürlər, necə ki, od qığılcımları keyfiyyətcə odla eyni olsa da, ondan kənarda sönməyə meyllidir. Varaha Puranada canlı varlıqlar Tanrının ayrılmış-ayrılmaz hissəcikləri kimi təsvir olunurlar. Bhaqavad-gitaya əsasən də onlar əbədi olaraq bu vəziyyətdədirlər. Ulu Tanrının Arcunaya verdiyi nəzəriyyədən aydın olur ki, canlı varlıq hətta illüziyadan azad olduqdan sonra da fərdiyyətini itirmir. Arcuna Krişnadan aldığı bilik sayəsində illüziyadan azad oldu, lakin o, Krişna ilə vahidləşmədi.

 

MƏTN 24

aççhedyo ‘yam adahyo ‘yam

akledyo ‘şoşya eva ça

nityah sarva-qatah sthanur

açalo ‘yam sanatanah

 

acchedyah – sınmaz; ayam – bu can; adahyah – yandırıla bilməz; ayam – bu can; akledyah – əridilməz; aşoşyah – qurudula bilməz; eva – əlbəttə; ça – və; nityah – həmişəyaşar; sarva-qatah – hər yerdə mövcud ola bilən; sthanuh – dəyişməz; açalah – hərəkətsiz; ayam – bu can; sanatanah – əbədi eyni olan.

Bu fərdi can dağıdılmaz və əridilməzdir, o nə yandırıla, nə də qurudula bilər. O, əbədidir, hər yerdə mövcud ola biləndır, dəyişməzdir, hərəkətsizdir və həmişə eynidir.

İZAHI: Atomik canın bütün bu xassələri fərdi canın ruhi bütövün əbədi atomik hissəciyi olduğunu, öz atomarlığını əbədi olaraq dəyişilməz saxladığını sübut edir. Bu halda monizm nəzəriyyəsi özünü doğrultmur, çünki fərdi can heç vaxt ruhi bütövlə vahidləşə bilməz. Atomik can çirkabdan azad olduqdan sonra, Allahın Ali Şəxsiyyətinin parlaq şüalarında ruhi qığılcım kimi qalmağı üstün tuta bilər, lakin dərrakəli canlar Ulu Tanrı ilə ünsiyyətdə olmaq üçün ruhi planetlərə qədəm qoyurlar.

Sarva-qatah (hər yerdə mövcud ola bilən) sözü böyük əhəmiyyət kəsb edir, belə ki, canlı varlıqlar Allahın yaratdığı mövcudatın hər yerində mövcuddurlar. Onlar quruda, suda, havada, torpaqda və hətta odda belə yaşayırlar. Onların odda məhv olması fikri yanlışdır, çünki burada aydın şəkildə deyilir ki, can odda yanmır. Buna görə canlı varlıqların Günəş planetində münasib bədənlərdə yaşaması şübhə doğurmur. Günəşdə əhali olmasaydı, sarva-qatah – hər yerdə yaşayan sözü öz mənasını itirərdi.

 

MƏTN 25

avyakto ‘yam açintyo ‘yam

avikaryo ‘yam uçyate

tasmad evam viditvainam

nanuşoçitum arhasi

 

avyaktah – görünməz; ayam – bu can; açintyah – dərk olunmaz; ayam – bu can; avikaryah – dəyişməz; ayam – bu can; uçyate – deyilib; tasmat – buna görə; evam – buna bənzər; viditva – bunu yaxşı bilərək; enam – bu can; na – deyil; anuşoçitum – kədərlənmək; arhasi – sən layiqsən.

Can görünməz, dərkolunmaz və dəyişməzdir. Bunu bilərək, bədənə görə kədərlənməməlisən.

İZAHI: Öncə deyildiyi kimi, canın ölçüləri o qədər kiçikdir ki, hətta ən güclü mikroskopla da onu görmək mümkün deyil; buna görə də o gözəgörünməzdir. Canın mövcud olmasına gəlincə, heç kəs bunu təcrübə yolu ilə müəyyən edə bilməz, şruti, yaxud Veda ədəbiyyatı buna yeganə sübutdur. Biz bu həqiqəti qəbul etməliyik, çünki canın mövcudluğu haqda başqa bilik mənbəyi yoxdur, hərçənd onun varlığını özümüz də hiss edə bilərik. Bir çox şeylər vardır ki, biz onları yalnız ali nüfuz sahibinə istinad edib qəbul etməliyik. Ananın nüfuzuna istinad etmədən heç kəs atasının şəxsiyyətini müəyyən edə bilməz. Atanı müəyyən etmək üçün bundan başqa yol yoxdur. Eləcə də Vedaların öyrənilməsi canı dərk etmək üçün yeganə yoldur. Başqa sözlə, canı təcrübi biliyin köməyi ilə dərk etmək mümkün deyil. Can şüura malikdir və o dərkedəndir. Bu da Veda müddəasıdır və biz onu qəbul etməliyik. Bədəndən fərqli olaraq can dəyişikliklərə uğramır. O əbədi dəyişməz olduğuna görə sonsuz Ali Can ilə müqayisədə atomikliyini saxlayır. Ali Can sonsuz böyük, atomik can isə sonsuz kiçikdir. Atomik can dəyişməz olduğuna görə heç vaxt sonsuz cana, yəni Allahın Ali Şəxsiyyətinə bərabər ola bilməz. Bu konsepsiya müxtəlif yollarla can anlayışının sabitliyini təsdiq edərək dəfələrlə Vedalarda təkrar olunur. Hər hansı bir fikrin dəfələrlə təkrar olunması, onun tam qüsursuz anlaşılması üçün lazımdır.

 

MƏTN 26

atha çainam nitya-catam

nityam va manyase mritam

tathapi tvam maha-baho

nainam şoçitum arhasi

 

atha – lakin; ça – həmçinin; enam – bu can; nitya-catam – daim doğulur; nityam – həmişəlik; va – yaxud; manyase – sən belə fikirləşirsənsə; mritam – ölür; tatha api – hələ də; tvam – sən; maha-baho – ey qoluqüvvəli; na – heç vaxt; enam – can haqqında; şoçitum – kədərlənmək; arhasi – layiq olmaq.

Lakin canın doğulduğunu və həmişəlik öldüyünü güman edirsənsə, yenə də kədərlənməyə əsasın yoxdur, ey qoluqüvvəli Arcuna.

İZAHI: Canın bədəndən ayrı, müstəqil mövcudluğuna inanmayan buddhistslərə bənzər filosoflar həmişə olub. Aydın olur ki, Tanrı Krişnanın Bhaqavad-gitanı söylədiyi dövrdə də belə filosoflar var imiş və onlara lokayatiklər və vaibhaşikalar deyilirdi. Belə filosoflar həyat əlamətlərinin, yaxud canın müəyyən şəraitlərdə maddi ünsürlərin kombinasiyasından əmələ gəldiyini iddia edirdilər. Müasir materialist alimlər və filosoflar da belə düşünürlər. Onların fikrincə bədən fiziki ünsürlərin kombinasiyasıdır, həyat əlamətləri müəyyən mərhələdə fiziki və kimyəvi ünsürlərin qarşılıqlı təsiri nəticəsində üzə çıxır. Antropologiya elmi bu fəlsəfəyə əsaslanır. Son vaxtlar Amerikada dəb düşən saxta dinlər, həmçinin nihilist və ateist buddhist təriqətləri bu fəlsəfəyə əsaslanır.

Arcuna, vaibhaşika fəlsəfəsində olduğu kimi, canın mövcudluğuna hətta inanmasaydı da, yenə də kədərlənməyə əsası yox idi. İnsan bir qalaq kimyəvi maddə itkisindən ötrü kədərlənməməli, təyin olunmuş vəzifəsindən boyun qaçırmamalıdır. Digər tərəfdən, müasir hərb elmində düşmən üzərində qələbə çalmaq üçün tonlarla kimyəvi maddə israf edilir. Vaibhaşika fəlsəfəsinə əsasən, bədən dağıldıqda can, yəni atma yox olur. Beləliklə, Arcuna atomik canın mövcud olması barədə istər Veda müddəalarını qəbul etsin, istər canın mövcudluğuna inanmasın, hər iki halda onun kədərlənməyə əsası yox idi. Bir halda ki, bu nəzəriyyəyə görə hər an materiyadan külli miqdarda canlı varlıqlar əmələ gəlir və məhv olur, bundan ötrü dərd çəkmək yersizdir. Əgər can yenidən doğulmursa, onda Arcuna atasının qoca əmisinin və müəlliminin öldürülməsi kimi günah əməlin əks-təsirlərindən qorxmamalı idi. Krişna istehza ilə Arcunanı maha-bahu – qoluqüvvəli adlandırır, çünki O, Veda müdrikliyinə zidd olan vaibhaşika nəzəriyyəsini qəbul etmir. Bir kşatriya kimi Arcuna Veda mədəniyyətinə mənsub idi və onun prinsiplərinə riayət etməli idi.

 

MƏTN 27

catasya hi dhruvo mrityur

dhruvam canma mritasya ça

tasmad apariharye ‘rthe

na tvam şoçitum arhasi

 

catasya – doğulan; hi – hökmən; dhruvah – fakt; mrityuh – ölüm; dhruvam – bu həmçinin faktdır; canma – doğuluş; mritasya – ölümün; ça – həmçinin; tasmat – buna görə; apariharye – labüd olan şeyin; arthe – əslində; na – deyil; tvam – sən; şoçitum – kədərlənmək; arhasi – layiqdir.

Doğulan mütləq öləcək, ölümdən sonra mütləq yenidən doğulacaq. Ona görə də, borcunu yerinə yetirərkən kədərlənməməlisən.

İZAHI: Hər bir şəxs fəaliyyətinə müvafiq olaraq növbəti həyatında müəyyən şəraitlərdə doğulur. Fəaliyyətin bir dövrü qurtardıqda o ölür və növbəti dövr üçün yenidən doğulur. Beləliklə o, qurtuluş almayınca doğuluş və ölüm dövranlarının birindən digərinə keçir. Lakin bu doğuluş və ölüm lazımsız qətlə, sallaqxanalara və müharibələrə bəraət qazandırmır. Eyni zamanda cəmiyyətdə qayda-qanun saxlanılması üçün zorakılıq və müharibə qaçılmazdır.

Ulu Tanrının iradəsinə müvafiq olaraq, Kurukşetra döyüşü labüd idi: ədalət naminə vuruşmaq isə kşatriyanın borcudur. Arcuna borcunu yerinə yetirdiyi halda, nəyə görə qohumlarının ölümündən qorxur, onlardan ötrü kədərlənirdi? Hazırkı vəziyyətdə o heç də qanunu pozmayacaqdı və onun qaçmaq istədiyi fəaliyyətinin də heç bir ağır əks-təsiri olmayacaqdı. O, borcunu yerinə yetirməkdən boyun qaçırmaqla öz qohumlarının labüd ölümünün qarşısını ala bilməyəcəkdi, yanlış yol seçməsi isə onu düşkünlüyə gətirib çıxaracaqdı.

 

MƏTN 28

avyaktadini bhutani

vyakta-madhyani bharata

avyakta-nidhanany eva

tatra ka paridevana

 

avyakta-adini – əvvəlində təzahür etməmiş; bhutani – bütün bu yaradılmış hər şey; vyakta – təzahür etmiş; madhyani – ortada; bharata – ey Bharata övladı; avyakta – təzahür etməmiş; nidhanani – məhv edildikdə; eva – bunların hamısı belədir; tatra – buna görə; ka – nəyə; paridevana – kədərlənmək.

Yaradılmış hər şey əvvəlcə təzahür etməmiş halda olur, arada təzahür edir, məhv edildikdə isə yenidən təzahür etməmiş hala qayıdır. Beləliklə, kədərlənməyə nə hacət?

İZAHI: İki cür filosoflar var: canın mövcudluğuna inananlar və inanmayanlar. Canın mövcudluğuna inanıb-inanmamağımızdan asılı olmayaraq, kədərlənməyə əsas yoxdur. Veda fəlsəfəsinin ardıcılları canın mövcudluğuna inanmayanları ateist adlandırırlar. Hətta bu ateist fəlsəfəni müzakirə xatirinə qəbul etsək, yenə də kədərlənməyə əsas yoxdur. Yaradılışdan qabaq maddi ünsürlər candan ayrı olub, təzahür etməmiş halda olur. Efirdən hava, havadan od, oddan su, sudan usə torpaq əmələ gəldiyi kimi, təzahür etməmiş incə haldan da təzahüretmə başlanır. Torpaqdan cürbəcür şeylər təzahür edir. Misal üçün, torpaqdan təzahür etmiş nəhəng göydələni götürək. O uçulduqda, təzahür etmiş haldan təzahür etməmiş hala qayıdır və son mərhələdə atomlara bölünür. Enerjinin saxlanması qanunu pozulmur, fərq ondadır ki, zaman keçdikcə cisimlər təzahür edir və yenidən təzahür etməmiş hala qayıdır. Beləliklə, cisimlərin təzahür etmiş, yaxud təzahür etməmiş hallarından ötrü kədərlənməyə dəyərmi? Nə olur-olsun, hətta təzahür etməmiş halda da, heç nə yox olmur. Həm əvvəldə, həm də axırda bütün ünsürlər təzahür etməmiş halda olur, yalnız arada təzahür edir və maddi nöqteyi-nəzərdən onların arasında heç bir gerçək fərq yoxdur.

Əgər Vedaların maddi bədənlərin vaxt keçdikdə dağılması (antavanta ime dehah), canın isə əbədi olması (nityasyoktah şaririnah) barədə Bhaqavad-gitadakı müddəasını qəbul ediriksə, unutmamalıyıq ki, bədən paltara bənzəyir. Paltarı dəyişərkən kədərlənmək nəyə gərək? Əbədi canla müqayisədə maddi bədənin həqiqi mövcudiyyəti yoxdur. Onun mövcudluğu yuxuya bənzəyir. Yuxuda göydə uçduğumuzu, yaxud da şah kimi taxtda əyləşdiyimizi görə bilərik, lakin oyandıqda, aydın olur ki, nə göydəyik, nə də taxtda. Veda fəlsəfəsi maddi bədənin mövcud olmaması faktına əsaslanaraq, hamını özünü dərk etməyə çağırır. Beləliklə, insan canın mövcudluğuna inanıb-inanmamağından asılı olmayaraq, bədənin itirilməsindən ötrü kədərlənməməlidir.

 

MƏTN 29

aşçarya-vat paşyati kaşçid enam

aşçarya-vad vadati tathaiva çanyah

aşçarya-vaç çainam anyah şrinoti

şrutvapy enam veda na çaiva kaşçit

 

aşçarya-vat – qəribə şey kimi; paşyati – görür; kaşçit – kimsə; enam – bu can; aşçarya-vat – qəribə şey kimi; vadati – o haqda deyir; tatha – belə; eva – əlbəttə; ça – həmçinin; anyah – başqa; aşçarya-vat – eynilə qəribə şey kimi; ça – həmçinin; enam – bu can; anyah – başqa; şrinoti – o haqda eşidir; şrutva – eşidərək; api – hətta; enam – bu can; veda – bilir; na – heç vaxt; ça – və; eva – hökmən; kaşçit – kimsə.

Bəziləri cana qeyri-adi bir şey kimi baxır, digərləri onu qeyri-adi bir şey kimi təsvir edir, bir başqaları onun qeyri-adi bir şey olduğunu eşidir, elələri də var ki, onun barəsində eşitdikdə də, onu anlaya bilmir.

İZAHI: Gitopanişad əsas etibarilə Upanişadların prinsiplərinə əsaslandığına görə, təəccüblü deyil ki, Katha Upanişadda deyilir:

şravanayapi bahubhir yo na labhyah

şrinvanto ‘pi bahavo yam na vidyuh

aşçaryo vakta kuşalo ‘sya labdha

aşçaryo ‘sya qyata kuşalanuşiştah

 

Qəribədir ki, həm iri heyvanların, həm nəhəng banyan ağacının, həm milyon və milyardı bir yerdə yalnız bir düym sahə tutan mikroskopik bakteriyaların da bədənlərində atomik can vardır. Bu biliyi kainatdakı ilk canlı məxluq olan Brahmaya dərs verən ali nüfuz sahibi izah etsə də, bilikdən kasad olanlar və zahidlik etməyənlər fərdi atomik qığılcım olan ruhun qeyri-adiliyini anlaya bilmirlər. Bizim dövrdə insanların əksəriyyəti cisimlər barədə qaba maddi təsəvvürə malik olduqlarına görə, belə xırda hissəciyin bu qədər böyük və bu qədər kiçik ola bildiyini təsəvvür edə bilmirlər. Adamlar canın mahiyyəti, yaxud da xassələri barədə eşitdikdə, ona qeyri-adi bir şey kimi baxırlar. Onlar maddi enerjiyə aldanaraq hissləri razı salmaqla o dərəcə məşğuldurlar ki, özünüdərketmə prosesini anlamağa çox az vaxtları var. Lakin məlumdur ki, özünü dərk etməyən adamın bütün fəaliyyəti yaşamaq uğrunda mübarizədə məğlubiyyətlə nəticələnir. Çox güman ki, onlar can haqqında düşünərək, maddi iztirablardan azad olmağın mümkünlüyünü təsəvvürlərinə də gətirmirlər.

Can barədə eşitməyi xoşlayan bəzi adamlar münasib cəmiyyətlərdə mühazirələrə qulaq asırlar. Lakin bəzən biliksizlik üzündən Yüksək Canla atomik can arasındakı fərqə varmadan onları eyni hesab edərək yanılırlar. Yüksək Canla atomik canın mövqelərini, funksiyalarını, qarşılıqlı münasibətlərini, qalan bütün əsas və ikinci dərəcəli təfərrüatları mükəmməl surətdə başa düşən insan tapmaq çox çətindir. Can haqqında bilikdən həqiqətən səadət əldə etmiş və onun mövqeyini hərtərəfli təsvir edə bilən insan tapmaq daha çətindir. Lakin bu və ya digər yolla əgər insan canın mahiyyətini dərk edə bilirsə, o həyatda uğur qazanır.

Başqa nəzəriyyələrə meyl etmədən, ali nüfuz sahibi Tanrı Krişnanın söylədiyi Bhaqavad-gitanın müddəalarını qəbul etmək canın mahiyyətini anlamaq üçün ən asan yoldur. Bununla belə, Krişnanı Allahın Ali Şəxsiyyəti kimi qəbul etməsi üçün insanın bu və ya keçmiş həyatlarında zahidliyi və fədakarlığı zəruridir. Yalnız pak fədainin səbəbsiz mərhəməti ilə Krişnanı həqiqətdə olduğu kimi dərk etmək olar və bunun üçün başqa yol yoxdur.

 

MƏTN 30

dehi nityam avadhyo ‘yam

dehe sarvasya bharata

tasmat sarvani bhutani

na tvam şoçitum arhasi

 

dehi – maddi bədən sahibi; nityam – əbədi olaraq; avadhyah – öldürülə bilməz; ayam – bu can; dehe – bədəndəki; sarvasya – hər kəsin; bharata – ey Bharata övladı; tasmat – buna görə; sarvani – bütün; bhutani – canlı məxluqlar (doğulanlar); na – heç vaxt; tvam – sən; şoçitum – kədərlənmək; arhasi – layiq olmaq.

Ey Bharata övladı, bu bədəndə mövcud olan heç vaxt oldürülə bilməz. Ona görə də canlı məxluqlardan ötrü dərd çəkməyə dəyməz.

İZAHI: Burada Ulu Tanrı ruhi canın dəyişməzliyi barədə bölməyə yekun vurur. Ölməz canı müxtəlif baxımlardan təsvir edərək Tanrı Krişna canın əbədi, bədənin isə müvəqqəti olduğunu müəyyən edir. Buna görə Arcuna bir kşatriya kimi dədə Bhişma və ustadı Dronanı döyüşdə öldürəcəyindən qorxub, borcunu yerinə yetirməkdən yayınmamalı idi. Biz Krişnanın nüfuzuna arxalanaraq, maddi bədəndən fərqlənən canın mövcudluğuna inanmalı, həyat əlamətlərini materiyanın müəyyən inkişaf mərhələsində meydana çıxmış kimyəvi maddələrin qarşılıqlı təsirinin nəticəsi hesab etməməliyik. Canın ölməzliyinə baxmayaraq, zorakılığa icazə verilmir, lakin lazım gələrsə, məsələn müharibə vaxtı buna icazə verilir. İnsan özü bildiyi kimi hərəkət etdikdə yox, Tanrının əmrini yerinə yetirdikdə zorakılıq edə bilər.

 

MƏTN 31

sva-dharmam api çavekşya

na vikampitum arhasi

dharmyad dhi yuddhaç çhreyo ‘nyat

kşatriyasya na vidyate

 

sva-dharmam – adamın öz dini prinsipləri; api – həmçinin; ça – həqiqətən; avekşya – nəzərə alaraq; na – heç vaxt; vikampitum – tərəddüd etmək; arhasi – sən layiqsən; dharmyat – dini prinsiplər naminə; hi – əslində; yuddhat – döyüşdən; şreyah – daha yaxşı məşğuliyyət; anyat – başqa bir şey; kşatriyasya – kşatriyanın; na – deyil; vidyate – yaşamaq.

Bir kşatriya kimi borcunu nəzərə alaraq bilməlisən ki, sənin üçün dini prinsiplər naminə vuruşmaqdan yaxşı məşğuliyyət yoxdur; ona görə də tərəddüd etmək lazım deyil.

İZAHI: Dörd ictimai silkdən ikincisini hökmdarlar təşkil edir ki, onlara kşatriyalar deyilir. Kşat “ziyan”, trayate isə “müdafiə etmək” deməkdir. Başqalarını ziyankarlardan müdafiə edən adam kşatriya adlanır. Kşatriya öldürməyi meşədə öyrənir. O, qılıncla silahlanıb meşəyə gedir və pələnglə döyüşür. Pələng öldürüldükdə, şahyana yandırma mərasimi icra olunur. Caipurun şah-kşatriyaları hətta indiyədək bu adətə əməl edirlər. Xüsusi hazırlıq müddətində kşatriya rəqibini döyüşə çağırmağı və onu öldürməyi öyrənir, çünki dini prinsipləri müdafiə etmək üçün bəzən zorakılıq etmək lazımdır. Kşatriyalar silkinin nümayəndələri sannyasa, yaxud tərki-dünya həyat tərzi qəbul etmək üçün təyin edilməmişlər. Diplomatik məqsədlə siyasətdə zorakılıqdan imtina etmək olar, lakin bu heç vaxt qanun kimi qəbul edilməməlidir. Dini qanunlar kitabında deyilir:

ahaveşu mitho ‘nyonyam

ciqhamsanto mahi-kşitah

yuddhamanah param şaktya

svarqam yanty aparan-mukhah

 

yaqyeşu paşavo brahman

hanyante satatam dvicaih

samskritah kila mantraiş ça

te ‘pi svarqam avapnuvan

 

“Brahmana heyvanları müqəddəs odda qurban gətirməklə səma planetlərinə çatdığı kimi, döyüş meydanında şah, yaxud kşatriya ona paxıllıq edən digər şahla vuruşaraq həlak olursa, səma planetlərinə nail olmağa layiqdir.”

Beləliklə, döyüş meydanında dini prinsiplər naminə rəqibin və ya qurban odunda heyvanların öldürülməsi zorakılıq sayılmır. Çünki dini prinsiplər naminə edildiyi üçün o hamıya səadət gətirir. Qurbanlıq heyvan bir həyat formasından digərinə uzun təkamül prosesini keçmədən dərhal insan bədəni alır. Döyüş meydanında öldürülən kşatriyalar və qurban icra edən brahmanalar isə səma planetlərinə çatırlar.

İki cür sva-dharma, yəni xüsusi vəzifə mövcuddur. İnsan qurtuluşa nail olanadək, dini prinsiplərə riayət etməli, aldığı bədənə müvafiq olan vəzifələrini yerinə yetirməlidir. Qurtuluşdan sonra insanın xüsusi vəzifələri, yəni sva-dharma, maddi bədən konsepsiyasından çıxaraq ruhi olur. Həyat barədə bədən konsepsiyasına müvafiq olaraq brahmana və kşatriyaların öz xüsusi vəzifələri vardır və onların yerinə yetirilməsi vacibdir. Sva-dharmanı Tanrı təyin edir və bu, dördüncü fəsildə izah ediləcək. Cismani səviyyədə sva-dharma varnaşrama-dharma, yəni ruhi dərketməyə nail olmaq üçün vasitə adlanır.  Cəmiyyət varnaşrama-dharma pilləsində olduqda mədəni cəmiyyət adlanır. Belə cəmiyyətin hər bir üzvü hazırkı bədənində təbiət qunalarının müəyyən etdiyi xüsusi vəzifələrini yerinə yetirir. İnsan xüsusi vəzifələrini nüfuz sahiblərinin göstərişlərinə müvafiq olaraq yerinə yetirirsə, həyatın daha yüksək pilləsinə ucalır.

 

MƏTN 32

yadriççhaya çopapannam

svarqa-dvaram apavritam

sukhinah kşatriyah partha

labhante yuddham idrişam

 

yadriççhaya – öz razılığı ilə; ça – həmçinin; upapannam – gəlmişdir yanına; svarqa – səma planetlərinin; dvaram – qapı; apavritam – geniş açılmış; sukhinah – çox xoşbəxt; kşatriyah – hökmdar silkinin üzvləri; partha – ey Prithanın oğlu; labhante – nail ol; yuddham – müharibə; idrişam – buna bənzər.

Ey Partha, o kşatriyalar xoşbəxtdirlər ki, bu cür əlverişli vuruşmaq imkanı səma planetlərinin qapısını onların üzünə açır.

İZAHI: “Mən bu döyüşdə yaxşı heç nə görmürəm. O, əbədi olaraq cəhənnəmdə yaşamağıma səbəb olacaq” deyən Arcunanı dünyanın ali ustadı Tanrı Krişna məzəmmət edir. Arcunanın bu sözləri cəhalətdən doğurdu. O, borcunu yerinə yetirərkən zorakılıq etmək istəmirdi. Kşatriyanın döyüş meydanında olub zorakılıq işlətməməsi səfehlikdir. Böyük müdrik və Vyasadevanın atası Paraşaranın yazdığı Paraşara-smriti adlı dini məcəllədə deyilir:

kşatriyo hi praca rakşan

şastra-panih pradandayan

nircitya para-sainyadi

kşitim dharmena palayet

 

“Kşatriyanın vəzifəsi əhalini hər cür təhlükədən qorumaqdır. O, qayda-qanun yaradılması üçün müvafiq hallarda zorakılıq işlətməlidir. Buna görə də o, düşmənə qalib gəlməli, dünyanı dini prinsiplər əsasında idarə etməlidir.”

Bu deyilənlərə nəzər salsaq, Arcunanın döyüşdən imtina etməyə əsası olmadığını görərik. Əgər o, düşmənlərinə qalib gələrsə, şahlıqdan həzz alacaqdı; döyüşdə həlak olarsa, qapıları onun üzünə açıq olan səma planetlərinə yüksələcəkdi. Hər iki halda vuruşmaq onun üçün faydalı idi.

 

MƏTN 33

atha çet tvam imam dharmyam

sanqramam na karişyasi

tatah sva-dharmam kirtim ça

hitva papam avapsyasi

 

atha – buna görə; çet – əgər; tvam – sən; imam – bu; dharmyam – dini borc kimi; sanqramam – vuruşaraq; na – etmə; karişyasi – yerinə yetirmək; tatah – onda; sva-dharmam – sənin dini borcun; kirtim – şərəf; ça – həmçinin; hitva – itirərək; papam – günah əməllərin əks-təsirləri; avapsyasi – düçar olmaq.

Əgər sən döyüşərək dini borcunu yerinə yetirməsən, bu etinasızlığa görə günaha batacaqsan və cangəvər şöhrətini itirəcəksən.

İZAHI: Arcuna məşhur cəngavər idi və Həzrət Şiva da daxil olmaqla bir çox tanrıçalarla döyüşdə şöhrət qazanmışdı. Ovçu paltarı geymiş Həzrət Şiva ilə döyüşüb qələbə qazandıqdan sonra Arcuna onu razı salmış və mükafat olaraq paşupata-astra adlı silah almışdı. Hamı onun böyük cəngavər olduğunu bilirdi. Hətta onun hərb ustası Dronaçarya da ona xeyir-dua vermiş, onu hətta ustadını öldürə biləcək xüsusi silahla mükafatlandırmışdı. Beləliklə, Arcuna bir çox mötəbər şəxslərdən və atalığı olan göylər şahı İndradan aldığı döyüş mükafatlarının sahibi idi. Lakin o, döyüş meydanını tərk etsə, nəinki öz kşatriya borcuna etinasızlıq göstərmiş olacaqdı, həm də bütünlüklə şöhrətini, yaxşı adını itirəcək, özü üçün birbaşa cəhənnəmə yol açacaqdı. Başqa sözlə desək, o döyüşərək yox, döyüş meydanını tərk edərək cəhənnəmə gedəcəkdi.

 

MƏTN 34

akirtim çapi bhutani

kathayişyanti te ‘vyayam

sambhavitasya çakirtir

maranad atiriçyate

 

akirtim – rusvayçılıq; ça – həm də; api – hər yerdə; bhutani – bütün adamlar; kathayişyanti – deyəcəklər; te – sənin; avyayam – həmişəlik; sambhavitasya – hörmətli adam üçün; ça – həmçinin; akirtih – pis ad; maranat – ölümdən; atiriçyate – betərdir.

Hamı sənin rusvayçılığından danışacaq, hörmətli adam üçün isə rusvayçılıq ölümdən betərdir.

İZAHI: Burada Arcunanın dostu və məsləhətçisi Tanrı Krişna onun döyüşdən imtina etməsinə son münasibətini bildirir. Tanrı deyir: “Arcuna, əgər sən döyüşə qədər döyüş meydanını tərk etsən, hamı səni qorxaq adlandıracaq. Əgər sən el içində bədnam olsan belə, döyüş meydanından qaçmaqla həyatını xilas edəcəyini düşünürsənsə, onda bil ki, döyüşdə həlak olsan yaxşıdır. Sənin kimi hörmətli adam üçün rusvayçılıq ölümdən betərdir. Buna görə də sən həyatından ötrü qorxub qaçmamalısan; döyüşdə həlak olmağın daha yaxşıdır. Bu, səni dostluğumuzdan sui-istifadə etmək bədnamçılığından, cəmiyyətdə nüfuzunu itirməkdən xilas edər.”

Beləliklə, O, Arcunaya deyir ki, ölsə də döyüş meydanını tərk etməməlidir.

 

MƏTN 35

bhayad ranad uparatam

mamsyante tvam maha-rathah

yeşam ça tvam bahu-mato

bhutva yasyasi laqhavam

 

bhayat – qorxudan; ranat – döyüş meydanından; uparatam – yox olmuş; mamsyante – onlar hesab edəcəklər; tvam – sən; maha-rathah – böyük sərkərdələr; yeşam – kimin üçün; ça – həmçinin; tvam – sən; bahu-matah – böyük hörmətlə; bhutva – olacaq; yasyasi – sən getsən; laqhavam – hörmətdən düşmə.

Ad-sanını uca tutan böyük sərkərdələr döyüş meydanını yalnız qorxudan tərk etdiyini düşünəcək, səni aciz hesab edəcəklər.

İZAHI: Tanrı Krişna sonra dedi: “Fikirləşmə ki, böyük sərkərdələr olan Duryodhana, Karna və başqa çağdaşların sənin döyüş meydanını öz qohum-qardaşlarına və el ağsaqqallarına rəhmin gəldiyinə görə tərk etdiyini düşünəcəklər. Onlar sənin həyatından ötrü qorxub qaçdığını fikirləşəcəklər. Beləliklə, onların sənə olan böyük hörməti alt-üst olacaq.”

 

MƏTN 36

avaçya-vadamş ça bahun

vadişyanti tavahitah

nindantas tava samarthyam

tato duhkhataram nu kim

 

avaçya – pis; vadan – uydurulmuş sözlər; ça – həmçinin; bahun – çoxlu; vadişyanti – deyəcəklər; tava – sənin; ahitah – düşmənlər; nindantah – qara yaxaraq; tava – sənin; samarthyam – bacarıq; tatah – bundan; duhkha-taram – daha əzablı; nu – əlbəttə; kim – nə var.

Düşmənlərin səni biabırçı şəkildə qələmə verəcək, hünərinə qara yaxacaqlar. Sənin üçün bundan pis nə ola bilər?

İZAHI: Tanrı Krişna Arcunanın yersiz ürəyiyumşaqlığına əvvəlcə təəccübləndi və bu rəhmkarlığın aryanalara layiq olmadığını söylədi. O, bir çox sözlərlə Arcunanın üzdəniraq rəhminə olan əks fikrini əsaslandırdı.

 

MƏTN 37

hato va prapsyasi svarqam

citva va bhokşyase mahim

tasmad uttiştha kaunteya

yuddhaya krita-nişçayah

 

hatah – öldürülsən; va – ya; prapsyasi – sən çatacaqsan; svarqam – göy şahlığı; citva – qalib gəlsən; va – və ya; bhokşyase – sən həzz al; mahim – dünya; tasmat – buna görə; uttiştha – qalx; kaunteya – ey Kuntinin oğlu; yuddhaya – vuruş; krita – cəsarətlə; nişçayah – əminliklə.

Ey Kuntinin oğlu, sən ya döyüş meydanında şəhid olub səma planetlərinə ucalacaqsan, ya da qalib gəlib yer şahlığından həzz alacaqsan. Ona görə də qalx və qətiyyətlə vuruş.

İZAHI: Qələbəyə əmin olmadığına baxmayaraq, Arcuna mütləq vuruşmalıydı; öldürülərsə, o, səma planetlərinə qalxacaqdı.

 

MƏTN 38

sukha-duhkhe same kritva

labhalabhau cayacayau

tato yuddhaya yucyasva

naivam papam avapsyasi

 

sukha – xoşbəxtlik; duhkhe – və bədbəxtlik; same – soyuqqanlılıqla; kritva – belə edərək; labha-alabhau – hər ikisi xeyir və itki; caya-acayau – hər ikisi qələbə və məğlubiyyət; tatah – bundan sonra; yuddhaya – döyüş naminə; yucyasva – məşğul ol (döyüş); na – heç vaxt; evam – beləliklə; papam – günah əməllərinin əks-təsirləri; avapsyasi – sən alacaqsan.

Xoşbəxtliyi və bədbəxtliyi, itki və uduşu, qələbə və məğlubiyyəti düşünmədən borcunu yerinə yetirmək naminə döyüş, belə etsən, heç bir günaha batmayacaqsan.

İZAHI: İndi Tanrı Krişna açıq-aydın deyir ki, O, döyüş arzuladığı üçün Arcuna vuruşmaq naminə vuruşmalıdır. Əgər hər hansı iş Krişna şüurunda görülürsə, xoşbəxtlik və bədbəxtlik, itki və uduş, qələbə və məğlubiyyət öz əhəmiyyətini itirir. Hər şey Krişna naminə edilməlidir – bu, transsendental şüurun əlamətidir; belə olduqda maddi fəaliyyətə xas olan əks-təsirlər yaranmır. Hisslərini məmnun etmək üçün istər xeyirxahlıq, istərsə də ehtiras qunasında hərəkət edən insan yaxşı və ya pis əks-təsirlərə məruz qalır. Lakin adi fəaliyyətə başı qarışmış adamdan fərqli olaraq, özünü Krişna şüurunda fəaliyyətə həsr etmiş şəxsin heç kəsə borcu yoxdur. Şrimad-Bhaqavatamda (11.5.41) deyilir:

devarşi-bhutapta-nrinam pitrinam

na kinkaro nayam rini ça racan

sarvatmana yah şaranam şaranyam

qato mukundam parihritya kartam

 

“Özünü tamamilə Krişnaya, Mukundaya həsr edib, bütün başqa vəzifələrdən imtina edən şəxs artıq nə tanrıçalara, nə müdriklərə, nə insanlara, nə qohumlara, nə bəşəriyyətə, nə əcdadlara, ümumiyyətlə heç kimə borclu deyil.” Bu beytdə Krişnanın Arcunaya dolayı yolla verdiyi məsləhətin mahiyyəti bundan ibarətdir və bu, sonrakı beytlərdə daha aydın izah olunacaq.

 

MƏTN 39

eşa te ‘bhihita sankhye

buddhir yoqe tv imam şrinu

buddhya yukto yaya partha

karma-bandham prahasyasi

 

eşa – bütün bunları; te – sənə; abhihita – təsvir etdim; sankhye – təhlil yolu ilə öyrənmə; buddhih – dərrakə; yoqe – mənfəət gətirməyən işdə; tu – lakin; imam – bu; şrinu – sadəcə qulaq as; buddhya – dərrakə ilə; yuktah – müvafiq; yaya – bunlarla; partha – ey Prithanın oğlu; karma-bandham – əks-təsirlər əsarəti; prahasyasi – bundan sən azad ola bilərsən.

İndiyədək Mən sənə bu biliyin nəzəri yolla alınmasını təsvir edirdim, indi isə mənfəət güdməyən fəaliyyəti yerinə yetirməklə, onun necə əldə edildiyinə qulaq as. Ey Prithanın oğlu, bu biliyə yiyələnib, ona müvafiq hərəkət etsən, fəaliyyət əsarətindən azad olacaqsan.

İZAHI: Niruktiyə, yəni Veda lüğətinə əsasən sankhya şeyləri hərtərəfli təsvir etmək deməkdir və sankhya canın əsl təbiətini təsvir edən fəlsəfədir. Yoqa isə hisslərə nəzarəti özünə daxil edir. Arcunanın vuruşmamaq fikri hisslərini məmnun etmək istəyindən irəli gəlirdi. Arcuna əsas borcunu unudub, vuruşmaq istəmirdi, ona elə gəlirdi ki, əmoğluları üzərində qələbə çaldıqdan sonra şahlıq edib həzz almaqdansa, qohumlarını və yaxın adamlarını öldürməsə, daha xoşbəxt olacaq. Hər halda əsas məqsəd hissləri məmnun etmək idi. Qohumları üzərində qələbə çalmaqdan, yaxud onları sağ-salamat görməkdən xoşbəxtlik uman Arcuna hər iki halda öz hisslərini razı salmaq barədə düşünürdü, müdrikliyi və borcu buna qurban edirdi. Buna görə də Krişna Arcunaya babasının bədənini öldürməyin onun canını öldürmək olmadığını izah etmək istəyirdi. Tanrı izah edirdi ki, Onun Özü də daxil olmaqla, bütün fərdi şəxsiyyətlər əbədi fərdlərdir; onlar fərd olmuşlar, fərddirlər və gələcəkdə də fərd olaraq qalacaqlar; çünki biz hamımız əbədi fərdi canlarıq. Biz bədəni sadəcə olaraq paltar kimi dəyişirik və hətta cismani geyim əsarətindən qurtulduqdan sonra da fərdiyyətimizi saxlayırıq. Canın və bədənin nəzəri yolla öyrənilməsini Tanrı Krişna əyani surətdə izah etmişdir. Can və bədənin müxtəlif baxımlardan öyrənilməsi Nirukti lüğətində sankhya adlanır. Lakin sankhyanın ateist Kapilanın verdiyi sankhya fəlsəfəsi ilə heç bir əlaqəsi yoxdur. Yalançı Kapila sankhyasından çox-çox əvvəllər sankhya fəlsəfəsini Şrimad-Bhaqavatamda Tanrı Krişnanın mücəssəməsi olan həqiqi İlahi Kapila anası Devahutiyə izah etmişdi. O aydın izah etdi ki, puruşa, yaxud Tanrı fəaldır və prakritiyə nəzər salmaqla maddi dünyanı yaradır. Bu, Vedalarda və Gitada qəbul edilir. Vedalarda təsvir edilir ki, Tanrı prakritiyə, yəni təbiətə nəzər salmaqla onu atomik fərdi canlarla mayalandırdı. Bütün bu fərdlər maddi dünyada hissi həzz üçün işləyirlər və maddi enerjinin təsiri altında onlara elə gəlir ki, həzz alırlar. Belə əhval-ruhiyyənin ən yüksək pilləsi canlı varlığın Tanrı ilə vahidləşmək istəyidir. Bu mayanın, yəni hissi həzz illüziyasının son tələsidir və çox-çox doğuluşunda hissi həzz naminə fəaliyyət göstərdikdən sonra böyük can ali həqiqət axtarışlarını sona çatdıraraq özünü Vasudevaya – Tanrı Krişnaya həsr edir.

Arcuna artıq özünü Krişnaya həsr etmiş, Onu ruhani ustad kimi qəbul etmişdi: şişyas te ‘ham şadhi mam tvam prapannam. Nəticədə, Krişna indi buddhi-yoqa, yaxud karma-yoqa prosesi haqqında, başqa sözlə desək, yalnız Tanrını razı salmaq üçün sədaqətli xidmət barədə danışacaq. Onuncu fəslin onuncu beytində aydın izah edilir ki, buddhi-yoqa hamının ürəyində Paramatma kimi mövcud olan Tanrı ilə bilavasitə əlaqə deməkdir. Sədaqətli xidmətlə məşğul olmadan belə əlaqə yaratmaq olmaz. Buna görə də Tanrıya sədaqətlə, yaxud transsendental məhəbbətlə xidmət edən, başqa cür desək, Krişna şüurunda olan şəxs Tanrının mərhəməti ilə bu buddhi-yoqa mərhələsinə çatır. Buna görə də Tanrı deyir ki, Ona transsendental məhəbbət hissi keçirərək, daim sədaqətli xidmətlə məşğul olanları, O, sədaqət və məhəbbət barədə saf biliklə mükafatlandırır. Beləliklə, fədai Allahın əbədi həzz içində olan səltənətində Ona asanlıqla yetişə bilər.

Beləliklə, bu beytdə adı çəkilən buddhi-yoqa Tanrıya sədaqətli xidmətdir və burada qeyd edilən sankhya sözünün yalançı Kapilanın şərh etdiyi ateist sankhya-yoqa ilə heç bir əlaqəsi yoxdur. Buna görə də burada xatırladılan sankhya-yoqanın ateist sankhya ilə haradasa bağlılığını düşünməklə səhv etmiş olarıq. Bu fəlsəfənin o dövrdə qətiyyən nüfuzu yox idi, həm də Tanrı Krişna belə allahsız fəlsəfi mühakimələri qeyd etməzdi. Həqiqi sankhya fəlsəfəsini Şrimad-Bhaqavatamda İlahi Kapila Özü təsvir etmişdir və hətta bu sankhyanın da hazırkı mövzularla heç bir əlaqəsi yoxdur. Burada sankhya bədənin və canın nəzəri yolla təsviri deməkdir. Tanrı Krişna Arcunanı buddhi-yoqa, yaxud bhakti-yoqa anlayışına yaxınlaşdırmaq üçün canı nəzəri yolla təsvir etdi. Beləliklə, Tanrı Krişnanın sankhyası ilə İlahi Kapilanın Bhaqavatamda təsvir etdiyi sankhya arasında fərq yoxdur. Onların hər ikisi bhakti-yoqadır. Buna görə də Tanrı Krişna deyir ki, yalnız dərrakəsiz adamlar sankhya-yoqa ilə bhakti-yoqa arasında fərq görə bilərlər (sankhya-yoqau prithaq balah pravadanti na panditah).

Ateist sankhya-yoqası ilə bhakti-yoqanın heç bir əlaqəsi olmadığına baxmayaraq, elə ağılsız iddialar da mövcuddur ki, guya Bhaqavad-gitada ateist sankhya-yoqasının adı çəkilir.

Buna görə də insan buddhi-yoqanın Krişna şüurunda həyata keçirilən fəaliyyət, həzz və biliklə dolu sədaqətli xidmət olduğunu dərk etməlidir. Tanrının məmnunluğu üçün işləyən şəxsin işi nə qədər ağır olsa da, o, buddhi-yoqanın prinsiplərinə əməl edir və daim transsendental həzz içində olur. Belə transsendental fəaliyyət sayəsində, insan bilik almağa əlavə qüvvə sərf etmədən, Tanrının mərhəməti ilə öz-özünə ruhi qavrayış əldə edir və beləliklə, qurtuluşa nail olur. Krişna şüurunda həyata keçirilən fəaliyyətlə bəhrəgüdən fəaliyyət (xüsusilə ailə və maddi xoşbəxtlik sahəsində hissi həzz əldə etmək) arasında böyük fərq vardır. Deməli, buddhi-yoqa yolunda görülən iş transsendental keyfiyyətə malikdir.

 

MƏTN 40

nehabhikrama-naşo ‘sti

pratyavayo na vidyate

sv-alpam apy asya dharmasya

trayate mahato bhayat

 

na – yoxdur; iha – bu yoqada; abhikrama – cəhdində; naşah – itki; asti – var; pratyavayah – azalma; na – heç vaxt; vidyate – var; su-alpam – az; api – baxmayaraq ki; asya – bunun; dharmasya – məşğuliyyət; trayate – azad edir; mahatah – çox böyük; bhayat – təhlükədən.

Bu yolda heç nə itmir, heç nə azalmır və bu istiqamətdə cüzi irəliləyiş insanı ən böyük təhlükədən hifz edəcəkdir.

İZAHI: Heç bir hissi məmnunluq gözləmədən Krişna şüurunda həyata keçirilən fəaliyyət, yaxud Krişna naminə icra olunan iş ən yüksək transsendental keyfiyyətə malikdir. Hətta bu fəaliyyətin ilkin pilləsi belə maneəsizdir və ilk addımda əldə edilən uğur heç bir mərhələdə itirilmir. Maddi səviyyədə başlanılmış hər hansı bir iş başa çatdırılmalıdır, əks təqdirdə bu cəhd uğursuzluqla nəticələnəcək. Lakin Krişna şüurunda başlanılmış hər hansı bir iş hətta başa çatdırılmasa da faydalıdır. Ona görə də Krişna şüurunda olan adamın işi başa çatdırılmayıbsa da, o, heç nə itirmir. Krişna şüurunda görülən işin bircə faizi belə yerinə yetirilibsə, hökmən nəticəsi olacaq və növbəti mərhələ bu səviyyədən başlanacaq, halbuki maddi fəaliyyət yüz faiz uğur qazanmasa xeyri yoxdur. Acamila öz borcunu Krişna şüurunda tam yerinə yetirmədi, buna baxmayaraq, Tanrının mərhəməti ilə o, nəticədə tam mükafatlandırıldı. Bu, Şrimad-Bhaqavatamda (1.5.17) çox gözəl təsvir edilir:

tyaktva sva-dharmam çaranambucam harer

bhacann apakvo ‘tha patet tato yadi

yatra kva vabhadram abhud amuşya kim

ko vartha apto ‘bhacatam sva-dharmatah

 

“Dünyəvi vəzifələrindən imtina edib, Krişna şüurunda fəaliyyət göstərən, sonra isə işini başa çatdırmadığına görə uğursuzluğa düçar olan insan nə itirir? Və ya maddi fəaliyyətini mükəmməl surətdə yerinə yetirirsə, o, nəyə nail olur?” Yaxud xristianların dediyi kimi: “İnsan bütün dünyanı əldə edib əbədi canı itirirsə, bunun ona nə xeyri var?”

Maddi işlər, onların nəticələri bədənlə birlikdə yox olur. Lakin Krişna şüurunda görülən iş, hətta bədən məhv olduqdan sonra da insanı bu yola gətirəcək. O, növbəti həyatında ən azı ya mədəni brahmana, ya da varlı kübar ailəsində yenidən insan kimi doğulacaq, bu da gələcək yüksəliş üçün ona imkan verəcək. Bu, Krişna şüurunda görülən işin nadir keyfiyyətidir.

 

MƏTN 41

vyavasayatmika buddhir

ekeha kuru-nandana

bahu-şakha hy anantaş ça

buddhayo ‘vyavasayinam

 

vyavasaya-atmika – Krişna şüurunda mətin olan; buddhih – dərrakə; eka – yalnız bir; iha – bu dünyada; kuru-nandana – ey Kuruların sevimli övladı; bahu-şakhah – müxtəlif budaqları olan; hi – həqiqətən; anantah – sonu olmayan; ça – həmçinin; buddhayah – dərrakə; avyavasayinam – Krişna şüurunda olmayanların.

Bu yolla gedənlərin fikri qəti, məramı birdir. Ey Kuruların sevimli oğlu, qətiyyətsiz olanların idrakı çoxşaxəlidir.

İZAHI: İnsanın Krişna şüuru vasitəsilə ən kamil həyata yüksələcəyinə olan inamı vyavasayatmika idrakı adlanır. Çaitanya-çaritamritada (Madhya 22.62) deyilir:

‘şraddha’-şabde – vişvasa kahe sudridha nişçaya

krişne bhakti kaile sarva-karma krita haya

 

İnam hansısa yüksək bir şeyə sarsılmaz ümid deməkdir. Krişna şüurunda vəzifələrini yerinə yetirən insanın maddi dünya ilə əlaqədar ailə ənənələrini, bəşəriyyət, yaxud millət qarşısında borcunu yerinə yetirməyə heç bir ehtiyacı yoxdur. Bəhrəgüdən fəaliyyət keçmişdəki yaxşı və pis əməllərlə müəyyən edilir. Krişna şüuru oyanmış insana fəaliyyətində yaxşı nəticələrə can atmağa ehtiyac yoxdur. Krişna şüurunda olan insanın bütün hərəkətləri mütləq səviyyədədir, onlar əksliklərin (yaxşı və pis) hökmündə deyildirlər. Krişna şüurunun ən kamil pilləsi həyatın maddi konsepsiyasından imtina etməkdir. Krişna şüurunda inkişaf edən insan buna öz-özünə nail olur.

Krişna şüurunda olan şəxsin qətiyyəti biliyə əsaslanır. Vasudevah sarvam iti sa mahatma su-durlabhah – Krişna şüurunda olan şəxs nəcib və nadir can olub, yaxşı bilir ki, Vasudeva, yəni Krişna təzahür etmiş bütün səbəblərin köküdür. İnsan ağacların köklərini suladıqda, su öz-özünə yarpaqlara yayıldığı kimi, Krişna şüurunda olan insan hamıya – özünə, ailəsinə, cəmiyyətə, ölkəsinə, bəşəriyyətə və s. ən böyük xidmət göstərir. Əgər Krişna insanın fəaliyyətindən razı qalarsa, onda hamı məmnun olacaq.

Ən yaxşısı budur ki, insan Krişnanın həqiqi nümayəndəsi olan, şagirdinin təbiətinə bələd olub, onun Krişna şüurunda fəaliyyətinə rəhbərlik edə bilən ruhani ustadın bacarıqlı rəhbərliyi altında Krişna şüurunda xidmət etsin. Krişna şüurunda səriştəli olmaq üçün insan qətiyyətlə hərəkət etməli, Krişnanın nümayəndəsinə tabe olmalı, həqiqi ruhani ustadın göstərişlərini həyatının məqsədi kimi qəbul etməlidir. Şrila Vişvanatha Çakravarti Thakura ruhani ustada xitabən deyilmiş məşhur dualarında bizə aşağıdakı kimi göstəriş verir:

yasya prasadad bhaqavat-prasado

yasyaprasadan na qatih kuto ‘pi

dhyayan stuvams tasya yaşas tri-sandhyam

vande quroh şri-çaranaravindam

 

“Ruhani ustad məmnun edildikdə Allahın Ali Şəxsiyyəti də razı qalır. Ruhani ustad məmnun edilməzsə, Krişna şüuru səviyyəsinə yüksəlmək mümkün deyil. Buna görə də mən ruhani ustadımı gündə üç dəfə yad edərək, mərhəmət etməsini yalvarır və ona ehtiramla təzim edirəm.”

Beləliklə, bütün bu proses bədən konsepsiyasından kənar – nəzəri yox, əməli, bəhrəgüdən fəaliyyətdən doğan hissi məmnunluğa yer qoymayan, can haqqında kamil biliyə əsaslanır. Ağlı qərarlaşmamış adam isə bəhrəgüdən fəaliyyətin müxtəlif növlərinə yayınacaqdır.

 

MƏTNLƏR 42 – 43

yam imam puşpitam vaçam

pravadanty avipaşçitah

veda-vada-ratah partha

nanyad astiti vadinah

 

kamatmanah svarqa-para

canma-karma-phala-pradam

kriya-vişeşa-bahulam

bhoqaişvarya-qatim prati

 

yam imam – bütün bu; puşpitam – təmtəraqlı; vaçam – sözlər; pravadanti – demək; avipaşçitah – cüzi bilik ehtiyatı olan adam; veda-vada-ratah – üzdəniraq Veda ardıcılları; partha – ey Prithanın oğlu; na – heç vaxt; anyat – daha bir şey; asti – var; iti – belə; vadinah – müdafiəçilər; kama-atmanah – hisslərinin məmnunluğunu arzulayaraq; svarqa-parah – məqsədi göy planetlərinə çatmaq; canma-karma-phala-pradam – nəticəsi yaxşı doğuluş və digər həzzverən bəhrələr olan; kriya-vişeşa – təmtəraqlı mərasimlər; bahulam – müxtəlif; bhoqa – hissi həzzlərdə; aişvarya – və var-dövlət; qatim – inkişaf; prati – tərəf.

Az bilikli adamlar Vedaların səma planetlərinə yüksəlmək, yaxşı doğuluş, qüdrət və s. əldə etmək üçün bəhrəgüdən fəaliyyətlə məşğul olmağı məsləhət görən təmtəraqlı sözlərinə möhkəm bağlanırlar. Hissi həzz və var-dövlət arzulayan bu adamlar bundan yaxşı heç nəyin olmadığını iddia edirlər.

İZAHI: İnsanlar əsas etibarilə çox da dərrakəli deyildirlər və biliksizlikləri ucbatından Vedaların karma-kanda bölməsində məsləhət görülən bəhrəgüdən fəaliyyətə çox bağlıdırlar. Onlar şərabın, qadınların və maddi var-dövlətin bol olduğu səma planetlərində həzlə dolu həyat sürmək barədə eşidəndə bundan başqa heç nə istəmirlər. Səma planetlərinə qalxmaq üçün Vedalarda çoxlu qurbanlar, xüsusilə Cyotiştoma qurbanı məsləhət görülür. Əslində orada deyilir ki, səma planetlərinə qalxmaq istəyən hər bir kəs bu qurbanı icra etməlidir, az bilikli adamlar isə bunu bütün Veda müdrikliyinin əsas qayəsi hesab edirlər. Bu cür təcrübəsiz şəxslərin Krişna şüurunda həyata keçirilən fəaliyyətdə qərarlaşması çox çətindir. Səfehlər nəticəni düşünmədən zəhərli ağacın güllərinə cəlb olunan kimi, biliksiz adamlar da səma var-dövlətinə və oradakı həzlərə məftun olurlar.

Vedaların karma-kanda bölməsində deyilir: apama somam amrita abhuma akşayyam ha vai caturmasya-yacinah sukritam bhavati. Başqa sözlə, dörd ay ərzində zahidlik edən şəxs ölməzlik almaq və daimi xoşbəxt olmaq üçün soma-rasa içməyə layiq olur. Bəziləri hətta bu yer üzündə soma-rasa əldə edib, güclənməyə və hissi həzz almağa can atırlar. Belə şəxslər maddi əsarətdən qurtuluşa inanmır, Veda qurbanlarının dəbdəbəli mərasimlərinə hədsiz dərəcədə bağlı olurlar. Onlar, adətən, ehtiraslı olur və cənnət həzzindən savayı heç nə istəmirlər. Məlumdur ki, orada Nandana-kanana adlı bağlar, bu bağlarda isə mələk kimi gözəl qadınlarla ünsiyyətə yaxşı imkan və bolluca soma-rasa şərabı vardır. Belə cismani səadət şəhvanidir. Beləliklə, onlar maddi dünyaya ağalıq etmək istəyən və maddi, müvəqqəti xoşbəxtliyə bağlı şəxslərdir.

 

MƏTN 44

bhoqaişvarya-prasaktanam

tayapahrita-çetasam

vyavasayatmika buddhih

samadhau na vidhiyate

 

bhoqa – maddi həzzə; aişvarya – və var-dövlətə; prasaktanam – bağlı olanlar üçün; taya – bu cür şeylərlə; apahrita-çetasam – ağlı çaşdırılmış; vyavasaya-atmika – qətiyyətlə cəmləşdirən; buddhih – Tanrıya sədaqətli xidmət; samadhau – nəzarət altında olan ağılda; na – heç vaxt; vidhiyate – baş verir.

Hissi həzzə, maddi var-dövlətə bağlananlar və bu şeylərlə çaşdırılanlar Ulu Tanrıya sədaqətlə xidmət etmək qərarına gələ bilmirlər.

İZAHI: Samadhi “cəmləşdirilmiş ağıl” deməkdir. Nirukti adlanan Veda lüğətində deyilir: “samyaq adhiyate ‘sminn atma-tattva-yathatmyam – ağıl canın dərk edilməsinə cəmləşdirilirsə, bu hal samadhi adlanır.” Maddi həzzə bağlı olan, belə ötəri şeylərlə çaşdırılan şəxslər üçün samadhi heç vaxt mümkün deyil. Bu adamlar maddi enerjinin dustağıdırlar.

 

MƏTN 45

trai-qunya-vişaya veda

nistrai-qunyo bhavarcuna

nirdvandvo nitya-sattva-stho

niryoqa-kşema atmavan

 

trai-qunya – maddi təbiətin üç qunasına aid olan; vişayah – mövzu; vedah – Veda ədəbiyyatı; nistrai-qunyah – maddi təbiətin üç qunasına transsendental olan; bhava – olmaq; arcuna – ey Arcuna; nirdvandvah – əksliksiz; nitya-sattva-sthah – tamamilə ruhi mövcudiyyət halında; niryoqa-kşemah – əldə edib qorumaq fikrindən azad olan; atma-van – həqiqi “mən”ində qərarlaşmış.

Vedalarda əsasən maddi təbiətin üç qunasından bəhs edilir. Ey Arcuna, bu qunalardan yüksəyə qalx. Onların hamısına münasibətdə transsendental ol. Bütün əksliklərdən, əldə etmək və qorumaq cəhdlərindən qurtul, özündə bərqərar ol.

İZAHI: Maddi təbiətin üç qunasının təsiri altında həyata keçirilən hər cür maddi fəaliyyət təsir və əks-təsirlərə səbəb olur. Onlar maddi dünyada köləliyə səbəb olan, mənfəətpərəst nəticələrdən ötrü həyata keçirilir. Əsasən mənfəətpərəst fəaliyyətdən bəhs edən Vedalar insanları hisslərinə həzz vermək səviyyəsindən tədricən transsendental mövqeyə qaldırır. Tanrı Krişnanın şagirdi və dostu olan Arcunaya brahma-ciqyasa, yəni transsendental suallarla başlayan Vedanta fəlsəfəsinin transsendental mövqeyinə yüksəlmək tövsiyə olunur. Maddi dünyadakı bütün canlı varlıqlar yaşamaq uğrunda ağır mübarizə aparırlar. Maddi dünyanı yaratdıqdan sonra Tanrı onlara Veda müdrikliyini bəxş etdi; yaşamaq, maddi dolaşıqlıqdan qurtulmaq yollarını göstərdi. Karma-kanda fəslində xatırladılan bəhrəgüdən fəaliyyətə son qoyulduqda, Upanişadlar ruhu dərk etmək imkanı yaradır. Bhaqavad-gita beşinci Vedanın – Mahabharatanın bir hissəsi olduğu kimi, Upanişadlar da Vedaların ayrı-ayrı hissələridir və orada transsendental həyatın başlanğıcından bəhs edilir.

Nə qədər ki, maddi bədən mövcuddur, maddi qunalardakı fəaliyyət və onun əks-təsirləri mövcud olacaq. İnsan xoşbəxtlik və bədbəxtlik, isti və soyuq kimi əksliklərə dözməyi öyrənməli, əksliklərə dözməklə qazanc və itki qayğılarından azad olmalıdır. O, Krişna şüuruna çataraq özünü tamamilə Krişnanın ixtiyarına verdikdə, bu transsendental mövqeyə nail ola bilər.

 

MƏTN 46

yavan artha udapane

sarvatah samplutodake

tavan sarveşu vedeşu

brahmanasya vicanatah

 

yavan – bütün bu; arthah – təyin edilmiş; uda-pane – su mənbəyində; sarvatah – hər cəhətdən; sampluta-udake – böyük hovuzda; tavan – buna bənzər; sarveşu – hər şeydə; vedeşu – Veda ədəbiyyatı; brahmanasya – Ali Brahman barədə biliyi olan insan; vicanatah – tam biliyi olan şəxs.

Hovuz vasitəsilə görülən işi gölün köməyilə asanlıqla yerinə yetirmək olar. Eynilə də Vedaların qayəsini bilən adam onun bütün məqsədlərinə nail ola bilər.

İZAHI: Veda ədəbiyyatının karma-kanda bölməsində təsvir edilən mərasim və qurbanlar insanı tədricən özünügerçəkləşdirməyə ruhlandırmaq üçün təyin olunmuşdur. Özünügerçəkləşdirmənin məqsədi Bhaqavad-gitanın on beşinci fəslində (15.15) açıq-aydın müəyyən edilir. Vedaları öyrənməkdə məqsəd hər şeyin ilkin səbəbi Krişnanı dərk etməkdir. Beləliklə, insanın özünügerçəkləşdirməsi, Krişnanı və Onunla əbədi qarşılıqlı münasibətlərini dərk etməsi deməkdir. Canlı varlığın Krişna ilə qarşılıqlı münasibətləri Bhaqavad-gitanın on beşinci fəslində (15.7) də xatırladılır. Canlı varlıqlar Krişnanın ayrılmaz hissəcikləridir; buna görə də fərdi canlı məxluqların Krişnanı dərk etməsi Veda biliyinin ən kamil pilləsidir. Bu, Şrimad-Bhaqavatamda (3.33.7) aşağıdakı kimi təsvir edilir:

aho bata şva-paço ‘to qariyan

yac-cihvaqre vartate nama tubhyam

tepus tapas te cuhuvuh sasnur arya

brahmanuçur nama qrinanti ye te

 

“İlahi, Sənin müqəddəs adını tərənnüm edən şəxs çandala (it əti yeyən) ailəsində doğulsa belə, özünügerçəkləşdirmənin ən yüksək pilləsindədir. Belə şəxs çox güman ki, Veda ayinlərinə müvafiq olaraq hər cür zahidlik və qurbanlar icra etmiş, Veda ədəbiyyatını dərindən öyrənmiş, bütün müqəddəs ziyarətgahlarda dəfələrlə yuyunmuşdur. Belələri aryanların ən yaxşısı hesab edilir.”

Beləliklə, insan mərasimlərə bağlanmadan Vedaların məqsədini başa düşmək üçün kifayət qədər dərrakəli olmalı, daha yaxşı həzz almaq üçün səma səltənətinə yüksəlməyi arzulamamalıdır. Adi adam üçün bu əsrdə Veda ədəbiyyatının bütün qayda və təlimatlarına riayət etmək, Vedantanı və Upanişadları bütünlüklə öyrənmək mümkün deyil. Bunun üçün çoxlu vaxt, enerji, bilik və vəsait tələb edilir. İndiki zamanda bu qeyri-mümkündür. Lakin Veda mədəniyyətinin əsas məqsədinə, bütün düşkün canların xilaskarı İlahi Çaitanyanın məsləhət gördüyü kimi, Tanrının müqəddəs adının tərənnümü yoluyla çatmaq olar. Vedaların böyük bilicisi Prakaşananda Sarasvati İlahi Çaitanyadan nə üçün Vedanta fəlsəfəsini öyrənməkdənsə, sentimentalistcəsinə Tanrının adlarını tərənnüm etdiyini soruşduqda Çaitanya ruhani ustadının Onu səfeh hesab etdiyini və buna görə də Tanrı Krişnanın müqəddəs adını tərənnüm etməyi Ona buyurduğunu söylədi. O belə də etdi və dəli kimi vəcdə gəldi. Bu Kali dövründə əhalinin əksəriyyəti səfehdir və Vedanta fəlsəfəsini başa düşmək üçün kifayət qədər təhsilli deyildir; Vedanta fəlsəfəsinin əsas məqsədinə Tanrının müqəddəs adının təhqirsiz tərənnümü vasitəsilə çatmaq olar. Vedanta Veda müdrikliyinin son kəlməsidir. Vedanta fəlsəfəsinin müəllifi və bilicisi Tanrı Krişnadır; ən kamil vedantist isə Tanrının müqəddəs adını tərənnüm etməkdən həzz alan böyük candır. Bu, bütün Veda mystisizminin son məqsədidir.

 

MƏTN 47

karmany evadhikaras te

ma phaleşu kadaçana

ma karma-phala-hetur bhur

ma te sanqo ‘stv akarmani

 

karmani – təyin olunmuş vəzifələrdə; eva – əlbəttə; adhikarah – haqqın var; te – sənin; ma – heç vaxt; phaleşu – bəhrələrdə; kadaçana – hər vaxt; ma – heç vaxt; karma-phala – işin nəticəsində; hetuh – səbəb; bhuh – olur; ma – heç vaxt; te – sənin; sanqah – bağlılıq; astu – olmalıdır; akarmani – təyin olunmuş vəzifələrini yerinə yetirməyərək.

Təyin olunmuş borcunu yerinə yetirməyə haqqın çatır, amma fəaliyyətinin bəhrələri sənin deyil. Özünü fəaliyyətinin nəticələrinə səbəbkar sanma və borcundan heç vaxt yayınma.

İZAHI: Burada üç şey müzakirə olunur: təyin olunmuş vəzifələr, özbaşına fəaliyyət və fəaliyyətsizlik. Təyin olunmuş vəzifələr maddi təbiət qunalarının təsiri altında olan insanın həyata keçirməli olduğu fəaliyyətdir. Mötəbər mənbələrlə hesablaşmadan görülən iş özbaşına fəaliyyət, fəaliyyətsizlik isə təyin olunmuş vəzifələri yerinə yetirməmək deməkdir. Tanrı Arcunaya fəaliyyətsiz olmamağı, nəticəyə bağlanmadan təyin olunmuş vəzifəsini yerinə yetirməyi məsləhət görür. İşinin nəticəsinə bağlı olan insan öz hərəkətlərinin səbəbkarıdır. Buna görə də o, belə hərəkətlərinin nəticəsində ya həzz alır, ya da əzab çəkir.

Təyin olunmuş vəzifələri üç yerə bölmək olar; gündəlik iş, fövqəladə şəraitlərdə görülən iş və arzuedilən hərəkətlər. Müqəddəs kitabların göstərişlərinə müvafiq olaraq, nəticə arzulamadan, bir borc kimi yerinə yetirilən gündəlik iş xeyirxahlıq qunasındadır. Nəticə naminə görülən iş adamı qul edir; sözsüz ki, bu əlverişli deyil. Təyin olunmuş vəzifələri yerinə yetirməyə hər kəsin haqqı var, amma nəticəyə bağlanmadan fəaliyyət göstərmək lazımdır; icbari vəzifələrin belə təmənnasız icrası, şübhəsiz ki, insanı qurtuluş yoluna çıxarır.

Tanrı elə buna görə də Arcunaya nəticəyə bağlanmadan, borc naminə döyüşməyi tövsiyə etmişdi. Onun döyüşdən yayınması bağlılığın o biri üzü idi. Belə bağlılıq isə insanı qurtuluş yoluna aparmır. İstər yaxşı olsun, istərsə də pis, hər cür maddi bağlılıq insanı qul edir. Fəaliyyətsizlik isə günahdır. Buna görə də borc naminə vuruşmaq Arcuna üçün yeganə əlverişli qurtuluş yolu idi.

 

MƏTN 48

yoqa-sthah kuru karmani

sanqam tyaktva dhanancaya

siddhy-asiddhyoh samo bhutva

samatvam yoqa uçyate

 

yoqa-sthah – müvazinətli; kuru – yerinə yetir; karmani – öz borcunu; sanqam – bağlılıq; tyaktva – imtina edərək; dhanancaya – ey Arcuna; siddhi-asiddhyoh – uğur və uğursuzluqda; samah – müvazinətli olan; bhutva – olacaq; samatvam – təmkinlilik; yoqah – yoqa; uçyate – adlanır.

Ey Arcuna, yoqada bərqərar ol. Borcunu yerinə yetir, uğur və ya uğursuzluğu düşünmə. Ağlın belə müvazinəti yoqa adlanır.

İZAHI: Krişna Arcunaya yoqa halında hərəkət etməyi məsləhət görür. Yoqa nədir? Yoqa narahat hisslərə nəzarət etmək vasitəsilə fikri Ən Yüksəyə yönəltmək deməkdir. Bəs Ən Yüksək kimdir? Ən Yüksək – Tanrıdır. Beləliklə O, Özü vuruşmağı Arcunaya buyurduğu üçün döyüşün nəticələrinin Arcunaya heç bir dəxli yoxdur. Qələbə, yaxud məğlubiyyət Krişnanın işidir; Arcunaya isə Krişnanın göstərişlərinə əsasən hərəkət etmək tövsiyə edilir. Krişnanın göstərişlərinə əməl etmək həqiqi yoqadır və o, Krişna şüuru adlanan prosesdə həyata keçirilir. Yalnız Krişna şüuru sayəsində insan sahiblik meylindən imtina edə bilər. İnsan Krişnanın, yaxud Onun xidmətçisinin xidmətçisi olmalıdır. Bu, Krişna şüurunda borcunu yerinə yetirmək üçün insana yoqa halında hərəkət etməyə kömək edə biləcək yeganə doğru yoldur.

Arcuna kşatriya idi və bir kşatriya kimi o, varnaşrama-dharma cəmiyyətinə müvafiq mövqe tuturdu. Vişnu Puranada deyilir ki, varnaşrama-dharma cəmiyyətinin məqsədi Vişnunu razı salmaqdır. Maddi dünyada olduğu kimi insan özünü yox, Krişnanı məmnun etməlidir. Çünki Krişnanı məmnun etmədən varnaşrama-dharmanın prinsiplərinə dəqiq əməl etmək olmaz. Açıq deyilməsə də, Arcunaya tövsiyə edilirdi ki, Krişnanın ona dediyi kimi hərəkət etsin.

 

MƏTN 49

durena hy avaram karma

buddhi-yoqad dhanancaya

buddhau şaranam anviççha

kripanah phala-hetavah

 

durena – bunu böyük məsafəyə ataraq; hi – hökmən; avaram – iyrənc; karma – fəaliyyət; buddhi-yoqat – Krişna şüurunun gücü ilə; dhanancaya – ey var-dövlət istilaçısı; buddhau – belə şüurda; şaranam – tam tabelik; anviççha – istək; kripanah – xəsislər; phala-hetavah – fəaliyyətin bəhrələrinə can atanlar.

Ey Dhanancaya, sədaqətli xidmət vasitəsilə bütün bəhrəgüdən əməllərdən uzaq ol və bu şüurla özünü Tanrıya həsr et. Öz işinin bəhrəsindən həzz almaq istəyənlər xəsislərdir.

İZAHI: Əzəli vəziyyətinin Tanrıya əbədi xidmətçi olduğunu anlayan insan Krişna şüurunda həyata keçirdiyi fəaliyyətdən savayı bütün vəzifələrdən əl çəkir. İzah edildiyi kimi, buddhi-yoqa Tanrıya transsendental məhəbbətlə xidmət deməkdir. Belə sədaqətli xidmət canlı məxluq üçün doğru yoldur. Yalnız xəsislər gördükləri işin bəhrəsindən həzz almaq istəyir və nəticədə, maddiyyata daha çox qul olurlar. Krişna şüurunda görülən işdən savayı bütün işlər iyrəncdir, bu hərəkətlər insanı doğuluş və ölüm dövranına bağlayır. Ona görə də insan heç vaxt gördüyü işin səbəbi olmağa can atmamalıdır. Hər şey Krişna şüurunda, Krişnanı razı salmaq üçün edilməlidir. Xəsislər bəxt, yaxud ağır əmək sayəsində əldə etdikləri var-dövlətdən necə istifadə etməyi bilmirlər. İnsan bütün enerjisini Krişna şüurunda olan fəaliyyətə sərf etməlidir. Bu, onun yolunu uğurlu edəcək. Ancaq xəsisə bənzər bədbəxt adamlar öz enerjilərini Tanrıya xidmətə sərf etmirlər.

 

MƏTN 50

buddhi-yukto cahatiha

ubhe sukrita-duşkrite

tasmad yoqaya yucyasva

yoqah karmasu kauşalam

 

buddhi-yuktah – sədaqətli xidmətlə məşğul olan; cahati – azad ola bilər; iha – bu həyatda; ubhe – hər ikisi; sukrita-duşkrite – yaxşı və pis nəticələr; tasmat – buna görə; yoqaya – sədaqətli xidmət naminə; yucyasva – məşğul olaraq; yoqah – Krişna şüuru; karmasu – bütün fəaliyyətdə; kauşalam – məharət.

Tanrıya sədaqətlə xidmət edən adam, hətta bu həyatında yaxşı və pis əməllərdən azad olur. Buna görə də yoqaya can at, hər cür fəaliyyətin ustalığı ondadır.

İZAHI: Çox qədim dövrlərdən bəri hər bir canlı varlıq yaxşı ya pis əməllərinin müxtəlif əks-təsirlərini toplamışdır. Beləliklə, o həqiqi əzəli vəziyyətindən xəbərsiz olmaqda davam edir. Hər cəhətdən özünü Tanrı Şri Krişnaya həsr etməyi, saysız-hesabsız həyatlarındakı fəaliyyətinin əks-təsirlərinin daimi əzabından qurtulmağı öyrədən Bhaqavad-gitanın nəsihətləri sayəsində insanın xəbərsizliyi aradan qaldırıla bilər. Buna görə də Arcunaya Krişna şüurunda, əməllərin əks-təsirlərindən təmizlənmə prosesində hərəkət etmək məsləhət görülür.

 

MƏTN 51

karma-cam buddhi-yukta hi

phalam tyaktva manişinah

canma-bandha-vinirmuktah

padam qaççhanty anamayam

 

karma-cam – bəhrəgüdən fəaliyyətdə törəyən; buddhi-yuktah – sədaqətli xidmətlə məşğul olan; hi – əlbəttə; phalam – nəticələr; tyaktva – imtina edərək; manişinah – böyük müdriklər, yaxud fədailər; canma-bandha – doğuluş və ölüm əsarətindən; vinirmuktah – qurtulurlar; padam – mövqe; qaççhanti – onlar çatırlar; anamayam – iztirabsız.

Sədaqətli xidmətlə məşğul olan müdrik Tanrıya sığınır və maddi dünyada fəaliyyətin bəhrələrindən imtina edərək doğuluş və ölüm dövranından qurtulur. Bu yolla o, iztirabsızlığa nail olur.

İZAHI: Qurtulmuş canlı məxluqlar maddi iztirablar olmayan yerə can atırlar. Bhaqavatamda (10.14.58) deyilir:

samaşrita ye pada-pallava-plavam

mahat-padam punya-yaşo murareh

bhavambudhir vatsa-padam param padam

padam padam yad vipadam na teşam

 

“Kosmik təzahürün sığınacağı Mukundanın – mukti bəxş edən adıyla tanınan Tanrının nilufər qədəmlərinin gəmisinə minən adamın gözündə maddi dünya okeanı buzov ləpirinə dolmuş suya bənzəyir. Onun məqsədi hər addım başı təhlükə gözlənilən yer deyil, param padam, yəni Vaikuntha – maddi iztirablar olmayan yerdir.”

Cəhalət ucbatından insan bilmir ki, bu maddi dünya hər addımbaşı təhlükə gözlənilən, iztirabla dolu yerdir. Yalnız cəhalət üzündən dərrakəsiz adamlar bəhrəgüdən fəaliyyət vasitəsilə şəraitə uyğunlaşmağa çalışır, bu fəaliyyətin nəticələrinin onları xoşbəxt edəcəyini düşünürlər. Onlar bilmirlər ki, kainatda iztirabsız həyat verə biləcək elə bir bədən yoxdur. Həyat iztirabları – doğuluş, ölüm, qocalıq və xəstəliklər maddi dünyanın hər yerində mövcuddur. Lakin həqiqi əzəli mövqeyinin Tanrıya əbədi xidmətçi olduğunu dərk edən, deməli, Allahın Şəxsiyyətinin mövqeyini bilən insan özünü Tanrıya transsendental məhəbbətlə xidmətə həsr edir. Nəticədə o, iztirabın, zamanın və ölümün olmadığı Vaikuntha planetlərinə qədəm qoymağa haqq qazanır. Öz əzəli mövqeyini bilən insan, həm də Tanrının yüksək mövqeyini dərk edir. Canlı varlığın Tanrı ilə eyni səviyyədə olduğunu zənn edən insan qəflətdədir, ona görə də Tanrıya sədaqətlə xidmət etməyə qadir deyil. O özü Allah olmaq istəyir, beləliklə təkrar-təkrar doğulub-ölməyə məhkum olur. Lakin xidmətçi mövqeyini dərk edən insan özünü Tanrıya xidmətə həsr edir və dərhal Vaikunthalokaya layiq olur. Tanrıya həsr olunan iş karma-yoqa, buddhi-yoqa, yaxud sadəcə olaraq, Tanrıya sədaqətli xidmət adlanır.

 

MƏTN 52

yada te moha-kalilam

buddhir vyatitarişyati

tada qantasi nirvedam

şrotavyasya şrutasya ça

 

yada – nə vaxt; te – sənin; moha – illüziyanın; kalilam – sıx meşə; buddhih – dərrakə ilə transsendental xidmət; vyatitarişyati – üstündür; tada – o vaxt; qanta asi – sən gedəcəksən; nirvedam – daşürəkli; şrotavyasya – eşidiləcək hər şey; şrutasya – eşidilmiş hər şey; ça – həmçinin.

Ağlın illüziya cəngəlliyindən çıxdıqda, eşitdiyin və eşidəcəyin hər şeyə etinasız olacaqsan.

İZAHI: Tanrıya sədaqətli xidmət sayəsində Veda mərasimlərinə etinasız olmuş böyük fədailərin həyatından çoxlu misallar vardır. İnsan Krişnanı və Onunla qarşılıqlı münasibətlərini dərk edirsə, hətta təcrübəli brahmana olsa belə, təbii ki, həzzgüdən fəaliyyətlə bağlı mərasimlərə etinasızlaşır. Böyük fədai və fədailər ardıcıllığında açarya olan Şri Madhavendra Puri deyir:

sandhya-vandana bhadram astu bhavato bhoh snana tubhyam namo

bho devah pitaraş ça tarpana-vidhau naham kşamah kşamyatam

yatra kvapi nişadya yadava-kulottamasya kamsa-dvişah

smaram smaram aqham harami tad alam manye kim anyena me

 

“Ey gündə üç dəfə oxunan dualarım, alqış sizə. Ey mənim yuyunmalarım mən sizə ehtiramımı təklif edirəm. Ey tanrıçalar! Ey əcdadlar! Sizə ehtiramımı bildirməkdə acizəm, xahiş edirəm, məni bağışlayın. İndi mən harada olsam, Yadu sülaləsinin böyük övladını [Krişnanı], Kamsanın düşmənini yada salıram və beləliklə, özümü günah məngənəsindən azad edirəm. Məncə bu, mənim üçün kifayətdir.”

Gündə üç dəfə oxunan dualar, səhər yuyunmaları, əcdadlara ehtiram bildirmək və s. Veda mərasim və ayinlərinin icrası təzə şagird üçün mütləqdir. İnsan Krişnanı bütünlüklə dərk etdikdə və Ona transsendental məhəbbətlə xidmət etdikdə kamilliyə çatdığı üçün bütün bu nizamlayıcı prinsiplərə etinasız olur. Əgər insan Tanrı Krişnaya xidmət sayəsində özünüdərketmə səviyyəsinə çatıbsa, müqəddəs kitablarda tövsiyə edilən müxtəlif növ zahidlik və qurbanlar icra etməsinə ehtiyac yoxdur. Digər tərəfdən insan Vedaların məqsədini Krişnaya çatmaq olduğunu başa düşməyibsə, sadəcə olaraq mərasimlərə və s. aludədirsə, onda o, əbəs yerə vaxt itirir. Krişna şüurunda olan şəxs şabda-brahma, yəni Veda və Upanişadların hüdudlarını adlayıb keçir.

 

MƏTN 53

şruti-vipratipanna te

yada sthasyati nişçala

samadhav açala buddhis

tada yoqam avapsyasi

 

şruti – Veda vəhyin; vipratipanna – fəaliyyətin nəticələrindən asılı olmayaraq; te – sənin; yada – nə vaxt; sthasyati – qalır; nişçala – hərəkətsiz; samadhau – transsendental şüurda, yaxud Krişna şüurunda; açala – sarsılmaz; buddhih – dərrakə; tada – bu vaxt; yoqam – özünüdərketmə; avapsyasi – sən çatacaqsan.

Vedaların təmtəraqlı dili sənin ağlını narahat etmədikdə, ağlın özünügerçəkləşdirmə transında sabitləşdikdə, sən ilahi şüura nail olacaqsan.

İZAHI: Samadhidə olmaq tamamilə Krişna şüurunda olmaq deməkdir, yəni tamamilə samadhidə olan insan Brahmanı, Paramatmanı və Bhaqavanı dərk etmişdir. İnsan Krişnanın əbədi xidmətçisi olduğunu dərk edirsə və vəzifələrinin Krişna şüurunda icrasını yeganə məşğuliyyəti hesab edirsə, bu, özünügerçəkləşdirmənin ən kamil pilləsidir. Krişna şüurunda olan şəxs, yəni mətin fədai Vedaların təmtəraqlı dilinə uymamalı, səma səltənətinə qalxmaq üçün bəhrəgüdən fəaliyyətlə məşğul olmamalıdır. Krişna şüurunda olan insan Tanrı ilə birbaşa ünsiyyətdə olur və bu transsendental halda Krişnanın bütün göstərişlərini başa düşür. Bu cür fəaliyyətin nəticəsində insan şübhəsiz ki, uğur qazanacaq və kamil bilik əldə edəcəkdir. Bunun üçün yalnız Krişnanın, yaxud Onun nümayəndəsinin – ruhani ustadın göstərişlərinə əməl etmək lazımdır.

 

MƏTN 54

arcuna uvaça

sthita-praqyasya ka bhaşa

samadhi-sthasya keşava

sthita-dhih kim prabhaşeta

kim asita vraceta kim

 

arcunah uvaça – Arcuna dedi; sthita-praqyasya – Krişna şüurunda qərarlaşan; ka – nə; bhaşa – dil; samadhi-sthasya – trans halında olanın; keşava – ey Krişna; sthita-dhih – Krişna şüurunda bərqərar olan; kim – nə; prabhaşeta – danışır; kim – necə; asita – sakit qalır; vraceta – yeriyir; kim – necə.

Arcuna dedi: Ey Krişna, şüuru bu cür transsendent səviyyədə olan insanın hansı əlamətləri var? O nə deyir, necə deyir? Necə oturur, necə gəzir?

İZAHI: Hər bir adamın müəyyən halı ilə bağlı əlamətləri olduğu kimi, eləcə də Krişna şüurunda olan insanın danışığı, gəzişi, düşünmə tərzi, qavrayışı və s. müəyyən təbiətə malikdir. Dövlətli adamın dövlətli olduğunu, yaxud elmli adamın savadını bildirən müəyyən əlamətlər olduğu kimi, eləcə də transsendental Krişna şüurunda olan insanın müxtəlif hərəkətlərində üzə çıxan xüsusi əlamətləri vardır. Bu xüsusi əlamətləri Bhaqavad-gitadan öyrənmək olar. Krişnanı dərk edən insanın ən vacib əlaməti onun danışığıdır; nitq hər bir insanın ən vacib keyfiyyətidir. Deyirlər ki, səfeh danışmayınca tanınmır, elə ki danışmağa başladı özünü dərhal biruzə verir. Krişnanı dərk edən insanın əsas əlaməti yalnız Krişna haqqında və Onunla bağlı mövzulardan danışmasıdır. Digər əlamətlər öz-özünə gəlir, bu barədə sonra danışılacaq.

 

MƏTN 55

şri-bhaqavan uvaça

pracahati yada kaman

sarvan partha mano-qatan

atmany evatmana tuştah

sthita-praqyas tadoçyate

 

şri-bhaqavan uvaça – Allahın Ali Şəxsiyyəti dedi; pracahati – imtina edir; yada – nə vaxt; kaman – hissləri məmnun etmək istəyi; sarvan – hamısından; partha – ey Prithanın oğlu; manah-qatan – uydurmaların; atmani – canın pak halında; eva – əlbəttə; atmana – təmizlənmiş ağılla; tuştah – məmnun olur; sthita-praqyah – transsendental halda olan; tada – bu zaman; uçyate – deyilmişdir.

Allahın Ali Şəxsiyyəti dedi: Ey Partha, insan ağlın uydurmalarından doğan hissi həzz arzularından imtina etdikdə, onun ağlı təmizlənir, o, tək özündə həzz alır; demək, o, saf transsendental şüurdadır.

İZAHI: Bhaqavatamda təsdiq edilir ki, Krişna şüurunda Tanrıya sədaqətlə xidmət edən hər bir adam böyük müdriklərin bütün yaxşı keyfiyyətlərinə malik olduğu halda, bu cür transsendental səviyyədə olmayan şəxs əqli uydurmalarında sığınacaq tapdığı üçün yaxşı məziyyətlərə malik deyil. Buna görə də burada qəti surətdə deyilir ki, insan əqli uydurmalardan doğan hər cür istəklərdən imtina etməlidir. Belə hissi istəklər süni yolla dayandırıla bilməz. Əgər insan Krişna şüurunda məşğuldursa, əlavə səy göstərmədən onun hissi istəkləri öz-özünə sıradan çıxır. Buna görə də tərəddüdsüz olaraq Krişna şüurunda məşğul olmaq lazımdır, çünki sədaqətli xidmət insana transsendental şüur səviyyəsinə qalxmağa kömək edir. Tanrıya əbədi xidmətçi olduğunu dərk etdiyi üçün yüksək inkişaflı can həmişə özündə məmnun qalır. Belə transsendental halda olan şəxs əhəmiyyətsiz materialist təsəvvürlərdən doğan hissi istəklərdən yüksəkdədir; daha doğrusu, o, Tanrıya təbii əbədi xidmət vəziyyətində daim xoşbəxtdir.

 

MƏTN 56

duhkheşv anudviqna-manah

sukheşu viqata-sprihah

vita-raqa-bhaya-krodhah

sthita-dhir munir uçyate

 

duhkheşu – üç növ iztirablarda; anudviqna-manah – ağlı həyacanlanmayan; sukheşu – xoşbəxtlikdə; viqata-sprihah – marağı olmadan; vita – azad; raqa – bağlılıq; bhaya – qorxu; krodhah – və qəzəb; sthita-dhih – sabit ağıllı; munih – müdrik; uçyate – adlanır.

Üç növ iztirablar arasında təlaş keçirməyən, xoş günündə şadlanmayan, bağlılıqdan, qorxudan və qəzəbdən uzaq olan insan sabit ağıllı müdrik adlanır.

İZAHI: Muni sözü həqiqətdən yayınıb, başı mücərrəd mühakimələrə qarışan adam deməkdir. Deyilir ki, hər bir muninin öz nöqteyi-nəzəri olmalıdır və əgər bir muni digərindən fərqlənmirsə, sözün əsl mənasında, o, muni adlandırıla bilməz. Nasav rişir yasya matam na bhinnam (Mahabharata, Vana-parva 313.117). Lakin sthita-dhir muni, burada Tanrının qeyd etdiyi kimi, adi munidən fərqlənir. Sthita-dhir muni daim Krişna şüurundadır, o özünün bütün mücərrəd mühakimələr yaradıcılığına son qoymuşdur. O, praşanta-nihşeşa-mano-rathantara (Stotra-ratna 43) adlanır, yəni o, əqli mühakimələr mərhələsini keçib, Tanrı Krişnanın, yaxud Vasudevanın hər şey olduğu (vasudevah sarvam iti sa mahatma su-durlabhah) nəticəsinə gəlmiş adamdır. O, sabit ağıllı muni adlanır. O, tamamilə Krişna şüurunda olur və üç növ iztirabların hücumları onu əsla narahat etmir, o, bütün iztirabları Tanrının mərhəməti kimi qəbul edir, günahlarına görə daha böyük bəlaya layiq olduğunu düşünür; Tanrının mərhəməti ilə iztirablarının minimuma endirildiyini görür. Eləcə də xoşbəxt olduqda, bu xoşbəxtliyə layiq olmadığını düşünərək Tanrıya minnətdarlığını bildirir; o, yalnız Tanrının mərhəməti ilə belə rahat şəraitdə olduğunu və Ona daha yaxşı xidmət edə bildiyini dərk edir. O, Tanrıya xidmətdə həmişə cürətlidir, fəaldır, maddi bağlılıqdan və nifrətdən azaddır. Hər şeydən hissi həzz üçün istifadə etmək maddi bağlılıq, belə hissi bağlılığın olmaması isə tərki-dünyalıq adlanır. Ancaq Krişna şüurunda olan insan ömrünü Tanrıya xidmətə həsr edir, nə maddi bağlılığa, nə də tərki-dünyalığa meyl edir. Hətta uğursuzluğa düçar olduqda belə, o qəzəblənmir. Müvəffəqiyyət, yaxud uğursuzluq Krişna şüurunda olan şəxsi qərarından döndərə bilməz.

 

MƏTN 57

yah sarvatranabhisnehas

tat tat prapya şubhaşubham

nabhinandati na dveşti

tasya praqya pratişthita

 

yah – kim ki; sarvatra – hər yerdə; anabhisnehah – bağlılıqsız; tat – o; tat – o; prapya – çataraq; şubha – yaxşı; aşubham – pis; na – heç vaxt; abhinandati – tərifləyir; na – heç vaxt; dveşti – nifrət edir; tasya – onun; praqya – mükəmməl bilik; pratişthita – bərqərar olmuş.

Maddi bağlılığı olmayan, yaxşı şey baş verdikdə sevinməyən, pis şey baş verdikdə kədərlənməyən adam kamil bilikdə qərarlaşmışdır.

İZAHI: Maddi dünyada daim hər hansı yaxşı və ya pis hadisələr baş verir. Belə şeylərdən təşvişə düşməyən, yaxşı və pisin təsirinə məruz qalmayan adam Krişna şüurunda qərarlaşmış hesab olunur. Nə qədər ki, insan maddi dünyadadır, həmişə yaxşı və pislə üzləşəcək, çünki bu dünya əksliklər dünyasıdır. Lakin Krişna şüurunda sabitləşən adam yaxşı və pisin təsiri altına düşmür; çünki o, mütləq yaxşıya – Krişnaya bağlıdır. Şüur Krişnaya belə qapıldıqda, insan samadhiyə – mükəmməl transsendental hala çatmış olur.

 

MƏTN 58

yada samharate çayam

kurmo ‘nqaniva sarvaşah

indriyanindriyarthebhyas

tasya praqya pratişthita

 

yada – nə vaxt; samharate – qeri çəkmək; ça – həmçinin; ayam – o; kurmah – tısbağa; anqani – ayaqlar; iva – buna bənzər; sarvaşah – hamılıqla; indriyani – hisslər; indriya-arthebhyah – hisslərin obyektlərindən; tasya – onun; praqya – şüur; pratişthita – qərarlaşmış.

Tısbağa əl-ayağını qınına çəkdiyi kimi, hisslərini hiss obyektlərindən çəkə bilən insan əsl bilik sahibidir.

İZAHI: Yoqi, fədai, yaxud özünü dərk etmiş can niyyətinə uyğun olaraq, hisslərinə nəzarət edə bilir. İnsanların əksəriyyəti isə hisslərin qulu olub, hisslərin göstərişi ilə hərəkət edir. Burada yoqinin mövqeyi barədə suala cavab tapmaq olar. Hisslər zəhərli ilanlarla müqayisə edilə bilər. Onlar sərbəst, heç bir məhdudiyyət olmadan hərəkət etmək istəyirlər. Yoqi, yaxud fədai bu ilanları idarə etmək üçün ilan ovsunçusu kimi güclü olmalıdır. O, heç vaxt onlara sərbəst hərəkət etməyə imkan verməməlidir. Müqəddəs kitablarda bu barədə çoxlu təlimatlar vardır; onların bəziləri nəyisə tövsiyə, digərləri isə qadağan edir. Bu tövsiyələrə əməl etməyib, hissi həzlərinə hədd qoymayan adam Krişna şüurunda qərarlaşa bilməz. Tısbağa buna ən yaxşı misaldır. O, əl-ayağını istədiyi vaxt çıxarıb, istədiyi vaxt geri çəkə bilər. Eynilə, Krişna şüurunda olan adam hisslərini yalnız müəyyən məqsəd üçün – Tanrıya xidmətdə istifadə edir, başqa vaxt isə onları özündə saxlayır. Burada Arcunaya hisslərini öz məmnunluğu əvəzinə Tanrıya xidmət üçün istifadə etmək öyrədilir. Hissləri daim Tanrıya xidmətdə məşğul etmək tısbağanın əl-ayağını qınına çəkməsinə bənzəyir.

 

MƏTN 59

vişaya vinivartante

niraharasya dehinah

rasa-varcam raso ‘py asya

param driştva nivartate

 

vişayah – hissi həzz obyektləri; vinivartante – nəfsini saxlamaq; niraharasya – məhdudiyyətlərə; dehinah – təcəssüm edənlər üçün; rasa-varcam – ləzzətindən imtina edərək; rasah – həzz hissi; api – olduğuna baxmayaraq; asya – onun; param – daha yüksək şeylər; driştva – duyaraq; nivartate – dayandırır.

Təcəssüm etmiş cana hissi həzzi qadağan etmək olar, ancaq o, hiss obyektlərinə meylli qalır. Lakin o, daha yüksək həzzi duyduqda, bu vərdişlərdən əl çəkir və şüuru möhkəmlənir.

İZAHI: Transsendental halda olmadan hissi həzdən əl çəkmək mümkün deyil. Qayda və təlimatlara əsasən hissi həzlərdən nəfsin saxlanması xəstənin pəhriz saxlanmasına bənzəyir. Lakin bu cür məhdudiyyət xəstənin xoşuna gəlmir və o, bu məhsullara meylini saxlayır. Eynilə, aştanqa-yoqa kimi ruhi proses vasitəsilə yama, niyama, asana, pranayama, pratyahara, dharana, dhyana və s. yerinə yetirməklə hissləri cilovlamaq kamil biliyi olmayan dərrakəsiz adamlar üçün nəzərdə tutulmuşdur. Lakin Tanrı Krişnanın gözəlliyinə vurulan insan Krişna şüurunda inkişaf etdikcə, az müddətdə maddi şeylərə meylini itirir. Buna görə də dərrakəsiz təzə şagirdlərin ruhi inkişaf etməsi üçün məhdudiyyətlər mövcuddur, insan həqiqi həzdə – Krişna şüurunda olanadək belə məhdudiyyətlər vacibdir. İnsan Krişna şüurunda olduqdan sonra belə ölgün şeylərə meylini öz-özünə itirir.

 

MƏTN 60

yatato hy api kaunteya

puruşasya vipaşçitah

indriyani pramathini

haranti prasabham manah

 

yatatah – cəhd edərək; hi – əlbəttə; api – baxmayaraq; kaunteya – ey Kuntinin oğlu; puruşasya – adamın; vipaşçitah – bəsirətli; indriyani – hisslər; pramathini – qızışdıran; haranti – atmaq; prasabham – güclə; manah – ağıl.

Ey Arcuna, hisslər elə güclü, elə coşqundur ki, hətta hisslərə nəzarət etməyə çalışan bəsirətli adamın da ağlını zorla dartıb aparır.

İZAHI: Elmli müdriklərin, filosofların və transsendentalistlərin bir çoxu hisslərini cilovlamağa cəhd etsələr də, bəzən onların ən qüdrətliləri belə ağıl narahatlığından doğan maddi hissi həzzin qurbanı olurlar. Hətta böyük və kamil yoqi Vişvamitra sərt zahidlik və yoqa praktikasının köməyilə hisslərini cilovlamağa cəhd etsə də, Menaka onu cinsi əlaqəyə sövq edib yoldan çıxarmışdı. Əlbəttə, dünya tarixində belə misallar çoxdur. Buna görə də tamamilə Krişna şüurunda olmadan ağıl və hisslərə nəzarət etmək olduqca çətindir. Ağlını Krişna ilə məşğul etmədən, insan maddi şeylərdən əl çəkə bilməz. Böyük övliya və fədai Şri Yamunaçarya demişdir:

yad-avadhi mama çetah krişna-padaravinde

nava-nava-rasa-dhamany udyatam rantum asit

tad-avadhi bata nari-sanqame smaryamane

bhavati mukha-vikarah suşthu nişthivanam ça

 

“Ağlımı Tanrı Krişnanın nilufərəbənzər qədəmlərinə xidmətlə məşğul edəndən bəri mən həmişə təzə transsendental sevincdən həzz alıram və hər dəfə qadınla cinsi əlaqə fikrinə düşdükdə, dərhal üzümü yana çevirib tüpürürəm.”

Krişna şüuru elə gözəl şeydir ki, onun yanında maddi həzz öz-özünə gözdən düşür. Bu, ac adamın kifayət qədər keyfiyyətli və dadlı yeməklə qidalanmasına bənzəyir. Maharaca Ambarişa da ağlı Krişnaya xidmətlə məşğul olduğuna görə o, böyük yoqi Durvasa Muniyə qalib gəlmişdi (sa vai manah krişna-padaravindayor vaçamsi vaikuntha-qunanuvarnane).

 

MƏTN 61

tani sarvani samyamya

yukta asita mat-parah

vaşe hi yasyendriyani

tasya praqya pratişthita

 

tani – o hisslər; sarvani – hamısı; samyamya – nəzarət altında saxlayaraq; yuktah – məşğul olmuş; asita – belə mövqe tutmuş; mat-parah – Mənimlə qarşılıqlı münasibətlərdə; vaşe – tam tabelikdə; hi – əlbəttə; yasya – onun; indriyani – hisslər; tasya – onun; praqya – şüuru; pratişthita – qərarlaşmışdır.

Hisslərini cilovlayan və şüurunu Məndə cəmləşdirən insan möhkəm dərrakəyə malikdir.

İZAHI: Bu beytdə aydın şəkildə izah edilir ki, Krişna şüuru yoqa kamilliyidir. Krişna şüurunda olmadan hisslərə nəzarət etmək mümkün deyil. Yuxarıda deyildiyi kimi, Maharaca Ambarişa ilə ədavət aparan böyük müdrik Durvasa Muni lovğalığı üzündən lüzumsuz qəzəbləndi və buna görə də hisslərini cilovlaya bilmədi. Durvasa Muni qədər qüdrətli yoqi olmasa da, şah Tanrı fədaisi idi və müdrikin haqsızlığına səbr edərək qələbə çaldı. Şah hisslərinə nəzarət edə bilirdi, çünki o, Şrimad-Bhaqavatamda (9.4.18 – 20) xatırladılan keyfiyyətlərə malik idi:

sa vai manah krişna-padaravindayor

vaçamsi vaikuntha-qunanuvarnane

karau harer mandira-marcanadişu

şrutim çakaraçyuta-sat-kathodaye

 

mukunda-linqalaya-darşane drişau

tad-bhritya-qatra-sparşe ‘nqa-sanqamam

qhranam ça tat-pada-saroca-saurabhe

şrimat-tulasya rasanam tad-arpite

 

padau hareh kşetra-padanusarpane

şiro hrişikeşa-padabhivandane

kamam ça dasye na tu kama-kamyaya

yathottama-şloka-canaşraya ratih

 

“Şah Ambarişa fikrini Tanrının nilufər qədəmlərinə yönəltdi, nitqini Tanrının məskənini təsvir etməyə, əllərini Tanrının məbədini təmizləməyə, qulaqlarını Tanrının transsendental əyləncələri barədə dinləməyə, gözlərini Tanrının transsendental formalarını görməyə, bədənini fədainin bədəninə toxundurmağa, burnunu Tanrının nilufər qədəmlərinə təklif edilmiş gülləri iyləməyə, dilini Ona təklif edilmiş tulasi yarpaqlarını dadmağa, ayaqlarını Onun məbədlərinin yerləşdiyi müqəddəs yerləri səyahət etməyə, başını Ona təzim etməyə, arzularını isə Onun istəklərini yerinə yetirməyə həsr etdi… Bütün bu məziyyətləri sayəsində o, Tanrının mat-para fədaisi olmağa layiq oldu.”

Burada mat-para sözü böyük əhəmiyyət kəsb edir. Maharaca Ambarişanın həyatı mat-para olmaq istəyən insan üçün nümunədir. Mat-para olanlar sırasında böyük alim və açarya Şrila Baladeva Vidyabhuşana qeyd edir ki, mad-bhakti-prabhavena sarvendriya-vicaya-purvika svatma-driştih sulabheti bhavah. “Yalnız Krişnaya sədaqətli xidmətin gücü sayəsində hisslərə tam nəzarət etmək mümkündür.” Bununla əlaqədar bəzən odu misal çəkirlər: “Yanğının alovu otaqda hər şeyi kül etdiyi kimi, yoqinin ürəyində olan İlahi Vişnu da bütün natəmizlikləri yandırır.” Yoqa-sutra boşluğa deyil, Vişnuya meditasiya etməyi tapşırır. Vişnuya meditasiya etməyən üzdəniraq yoqilər fantasmaqoriya xülyasında, sadəcə olaraq, əbəs yerə vaxt itirirlər. Biz Krişna şüurunda bərqərar olub, Allahın Ali Şəxsiyyətinin fədailəri olmalıyıq. Həqiqi yoqanın məqsədi budur.

 

MƏTN 62

dhyayato vişayan pumsah

sanqas teşupacayate

sanqat sancayate kamah

kamat krodho ‘bhicayate

 

dhyayatah – seyr edərək; vişayan – hisslərin obyektləri; pumsah – şəxsiyyətin; sanqah – bağlılıq; teşu – hisslərin obyektlərinə; upacayate – inkişaf edir; sanqat – bağlılıqdan; sancayate – inkişaf edir; kamah – istək; kamat – istəkdən; krodhah – qəzəb; abhicayate – üzə çıxır.

İnsan hiss obyektlərini seyr etdikcə, onlara bağlanmağa başlayır, bu bağlılıqdan ehtiras, ehtirasdan isə qəzəb doğur.

İZAHI: Krişna şüurunda olmayan şəxs hiss obyektlərini seyr etdikdə, maddi arzulara düçar olur. Hisslər nə iləsə məşğul olmalıdır. Əgər onlar Tanrıya transsendental xidmətlə məşğul deyildirlərsə, hökmən maddi təbiətli xidmət axtaracaqlar. Maddi dünyada Həzrət Şiva və Həzrət Brahma da daxil olmaqla, hamı (digər planetlərin tanrıçaları barədə danışmağa belə dəyməz) hiss obyektlərinin təsirinə məruzdur və bu maddi çətinlikdən çıxmağın yeganə yolu Krişna şüurunda olmaqdır. Həzrət Şiva dərin meditasiyada idi, ancaq Parvati onu hissi həzz üçün həvəsə gətirdikdə, o, ehtirasa gəldi və nəticədə, Kartikeya doğuldu. Tanrı fədaisi Haridasa Thakuranı da gəncliyində Maya-devinin təcəssümü yoldan çıxarmağa çalışmışdı, lakin Tanrı Krişnaya sonsuz məhəbbəti sayəsində o, asanlıqla bu sınaqdan çıxdı. Şri Yamunaçaryanın yuxarıda xatırlanan şerində göstərildiyi kimi, səmimi fədai Tanrı ilə ünsiyyətdən yüksək ruhi həzz aldığı üçün maddi hissi həzlərdən uzaq gəzir. Müvəffəqiyyətin sirri də bundadır. Krişna şüurunda olmayan adam hisslərini süni surətdə boğub, onlara zorla nəzarət etsə də, əvvəl-axır hökmən yıxılacaq, çünki onda hissi həzz barədə cüzi də olsa fikir yarandıqda, bu, onu öz arzularını təmin etməyə sövq edəcək.

 

MƏTN 63

krodhad bhavati sammohah

sammohat smriti-vibhramah

smriti-bhramşad buddhi-naşo

buddhi-naşat pranaşyati

 

krodhat – qəzəbdən; bhavati – əmələ gəlir; sammohah – tam illüziya; sammohat – illüziyadan; smriti – yaddaşın; vibhramah – çaşdırılması; smriti-bhramşat – yaddaşın yanılmasından sonra; buddhi-naşah – dərrakənin itirilməsi; buddhi-naşat – və dərrakənin itirilməsi üzündən; pranaşyati – düşür.

Qəzəbdən tam yanılma, yanılmadan yaddaşın tutqunlaşması baş verir. Yaddaş tutqunlaşdıqda, dərrakə itirilir, dərrakə itirildikdə isə, insan yenidən maddi burulğana düşür.

İZAHI: Şrila Rupa Qosvami aşağıdakı nəsihətlərində deyir:

prapançikataya buddhya

hari-sambandhi-vastunah

mumukşubhih parityaqo

vairaqyam phalqu kathyate

(Bhakti-rasamrita-sindhu 1.2.256)

 

Krişna şüurunda inkişaf etməklə insan Tanrıya xidmətdə hər şeydən istifadə etməyin mümkün olduğunu anlaya bilər. Krişna şüuru barədə biliyə malik olmayan adamlar maddi obyektlərdən süni surətdə yayınmağa cəhd edirlər. Onlar maddi əsarətdən qurtulmaq istəsələr də, bu cür tərki-dünyalığın kamil mərhələsinə çata bilmirlər. Onların üzdəniraq tərki-dünyalığı phalqu (az əhəmiyyətli) adlanır. Digər tərəfdən, Krişna şüurunda olan adam Tanrıya xidmətdə hər şeydən necə istifadə etmək yollarını bilir; buna görə də o, maddi şüurun qurbanı olmur. Məsələn, impersonalist üçün Tanrı (Mütləq) şəxssizdir və buna görə də qida qəbul edə bilməz. İmpersonalist dadlı yeməkdən qaçdığı halda, fədai Krişnanın ən yüksək həzzalan olduğunu və Ona sədaqətlə təklif olunan qidanı qəbul etdiyini bilir. Buna görə də fədai dadlı yeməyi Tanrıya təklif etdikdən sonra, prasadam adlanan qalıqlarını qəbul edir. Beləliklə, hər şey ruhi olur və yoldan sapma təhlükəsi aradan qaldırılır. Fədai Krişna şüurunda prasadam qəbul edir, impersonalist isə onu maddi bilib, ondan imtina edir. Beləliklə, impersonalist süni tərki-dünyalığı ucbatından həyatdan həzz ala bilmir; buna görə də ağlın azacıq narahatlığı, onu yenidən aşağı maddi həyat girdabına yuvarladır. Deyilir ki, belə can, hətta qurtuluş səviyyəsinə qalxsa da, sədaqətli xidmətə arxalanmadığı üçün yenidən aşağı yuvarlanır.

 

MƏTN 64

raqa-dveşa-vimuktais tu

vişayan indriyaiş çaran

atma-vaşyair vidheyatma

prasadam adhiqaççhati

 

raqa – bağlılıq; dveşa – nifrət; vimuktaih – bunlardan azad olmaqla; tu – lakin; vişayan – hisslərin obyektləri; indriyaih – hisslərlə; çaran – hərəkət edən; atma-vaşyaih – adamın nəzarəti altında; vidheya-atma – nəzarət edilən azadlıq prinsipi ilə; prasadam – Tanrının mərhəməti; adhiqaççhati – nail olur.

Qurtuluşun nizamlayıcı prinsipləri vasitəsilə hisslərinə nəzarət etməyə iqtidarlı olan şəxs Tanrının tam mərhəmətini qazana və beləliklə, bütün bağlılıqlardan, nifrətdən azad ola bilər.

İZAHI: Artıq izah edildiyi kimi, insan hansısa süni proses vasitəsilə hisslərinə zahirən nəzarət edə bilər, lakin hisslərini Tanrıya xidmətlə məşğul etməsə yoldan sapa bilər. Adama elə gələ bilər ki, tamamilə Krişna şüurunda olan insan hissi səviyyədədir, əslində isə, Krişna şüurunda olduğu üçün, o, hissi fəaliyyətə bağlanmır. Krişna şüurunda olan insanı Krişnanı razı salmaqdan başqa heç nə maraqlandırmır. Buna görə də o, hər cür bağlılıq və tərki-dünyalıqdan ucadadır. Əgər Krişna istəsə, fədai hər şeyi, hətta istəmədiyi işi belə edə bilər, lakin Krişna istəmirsə, o öz həzzi üçün etdiyi işdən imtina edəcək. Buna görə də hərəkət edib-etməmək onun nəzarəti altındadır, çünki o, yalnız Krişnanın iradəsi ilə hərəkət edir. Belə şüur Tanrının səbəbsiz mərhəmətidir və hissi səviyyəyə bağlılığına baxmayaraq, fədai ona nail olur.

 

MƏTN 65

prasade sarva-duhkhanam

hanir asyopacayate

prasanna-çetaso hy aşu

buddhih paryavatişthate

 

prasade – Tanrının səbəbsiz mərhəmətinə nail olduqda; sarva – hamısının; duhkhanam – maddi bədbəxtliklər; hanih – dağıtma; asya – onun; upacayate – baş verir; prasanna-çetasah – xoşbəxt halda; hi – əlbəttə; aşu – tezliklə; buddhih – dərrakə; pari – kifayət qədər; avatişthate – sabitləşib.

Bu cür ilahi şüurda olan insan üçün maddi həyatın üç növ iztirabları mövcud deyildir; belə xoşbəxt halda onun dərrakəsi tezliklə möhkəmlənir.

 

MƏTN 66

nasti buddhir ayuktasya

na çayuktasya bhavana

na çabhavayatah şantir

aşantasya kutah sukham

 

na asti – ola bilməz; buddhih – transsendental dərrakə; ayuktasya – əlaqəsi olmayanın (Krişna şüuru vasitəsilə); na – yox; ça – və; ayuktasya – Krişna şüurundan məhrum olanın; bhavana – xoşbəxtlikdə qərarlaşmış ağıl; na – yox; ça – və; abhavayatah – qərarlaşmayanın; şantih – sülh; aşantasya – narahat olanın; kutah – haradan; sukham – xoşbəxtlik.

Transsendental şüurda olmayan adam nə ağlına nəzarət edə, nə də möhkəm dərrakəyə malik ola bilər, bunlarsız isə rahatlıq mümkün deyil. Bəs rahatlıq olmadan xoşbəxtlik mümkündürmü?

İZAHI: Krişna şüurunda olmadan rahatlıq mümkün deyil. Beşinci fəsildə (5.29) göstərildiyi kimi, qurbanların və zahidliyin bəhrələrindən yalnız Krişnanın həzz aldığını, yalnız Onun, kainatın bütün təzahürlərinin sahibi və bütün canlı məxluqların əsl dostu olduğunu dərk etdikdən sonra, insan əsl rahatlıq əldə edə bilər. Buna görə də Krişna şüurunda olmayan insanın ağlı son məqsəddən uzaqdır. Narahatlıq son məqsədi bilməməkdən doğur və Krişnanın həzzalan, hamının dostu və hər şeyin sahibi olduğunu müəyyənləşdirdikdən sonra, insanın ağlı möhkəmlənir və o, rahatlıq əldə edir. Buna görə də Krişna ilə qarşılıqlı münasibətdə olmadan fəaliyyət göstərən insan, hətta rahatlıq və ruhi inkişaf nümayiş etdirsə belə, həmişə iztirab çəkir və rahatlığa nail olmur. Krişna şüuru isə özü-özlüyündə rahatlıqdır və onu yalnız Krişna ilə qarşılıqlı münasibətdə əldə etmək olar.

 

MƏTN 67

indriyanam hi çaratam

yan mano ‘nuvidhiyate

tad asya harati praqyam

vayur navam ivambhasi

 

indriyanam – hisslərin; hi – əlbəttə; çaratam – sərsərilik edərək; yat – onlarla; manah – ağıl; anuvidhiyate – daim məşğul olur; tat – o; asya – onu; harati – aparır; praqyam – dərrakə; vayuh – külək; navam – qayıq; iva – necə; ambhasi – suda.

Güclü külək qayığı apardığı kimi, eləcə də ağlı özünə cəlb etmiş bir hiss dərrakəni apara bilər.

İZAHI: Əgər bütün hisslər Tanrıya xidmətə yönəlməyibsə, hətta onlardan biri hissi həzlə məşğuldursa, fədaini transsendental inkişaf yolundan yayındıra bilər. Maharaca Ambarişanın həyatında olduğu kimi, bütün hisslər Krişnaya xidmətdə məşğul olmalıdır, çünki bu, ağlı idarə etmək üçün ən doğru üsuldur.

 

MƏTN 68

tasmad yasya maha-baho

niqrihitani sarvaşah

indriyanindriyarthebhyas

tasya praqya pratişthita

 

tasmat – buna görə; yasya – kimin; maha-baho – ey qoluqüvvəli; niqrihitani – belə cilovlanmış; sarvaşah – ətrafında; indriyani – hisslər; indriya-arthebhyah – hisslərin obyektlərindən; tasya – onun; praqya – dərrakə; pratişthita – cəmləşdirib.

Buna görə də, ey qoluqüvvəli, hisslərini hiss obyektlərindən təcrid etmiş adam mətin dərrakə sahibidir.

İZAHI: İnsan yalnız Krişna şüurunda, yəni bütün hisslərini Tanrıya transsendental xidmətlə məşğul etdikdə, hissi həzz meyllərinin qarşısını ala bilər. Düşmənin qarşısı daha üstün qüvvələrlə alındığı kimi, hisslərin də qarşısını şəxsi səylərlə deyil, onları Tanrıya xidmətdə məşğul etmək vasitəsilə almaq mümkündür. Yalnız Krişna şüurunda insanın dərrakəsinin mətin olacağını, bunun isə həqiqi ruhani ustadın rəhbərliyi altında mümkün olduğunu başa düşən şəxs sadhaka (qurtuluş üçün yararlı) adlanır.

 

MƏTN 69

ya nişa sarva-bhutanam

tasyam caqarti samyami

yasyam caqrati bhutani

sa nişa paşyato muneh

 

ya – nə; nişa – gecədir; sarva – bütün; bhutanam – canlı məxluqların; tasyam – bunda; caqarti – sayıq olan; samyami – özünə nəzarət edən; yasyam – hansında; caqrati – oyanış; bhutani – bütün canlılar; sa – bu; nişa – gecə; paşyatah – daxili görmə qabiliyyətinə malik olan üçün; muneh – müdrik.

O şey ki, bütün məxluqlar üçün gecədir, özünə nəzarət edən üçün oyanış vaxtıdır; bütün məxluqların oyanış vaxtı isə diqqəti daxilinə yönəlmiş müdrik üçün gecədir.

İZAHI: Dərrakəli adamlar iki qrupa bölünürlər. Birincilər hissi həzz almaq üçün maddi fəaliyyətdə dərrakəlidirlər, digərləri isə diqqətlərini daxillərinə yönəldib, özlərini dərk etmək üçün oyanmışlar. Diqqətlərini daxillərinə yönəldən müdriklərin, yəni mütəfəkkirlərin əməlləri maddi fəaliyyətə qapılanlar üçün gecədir. Materialistlər özünügerçəkləşdirmə sahəsində biliksiz olduqları üçün belə “gecədə” yatmış olurlar. Materialistlərin gecəsində isə diqqətini daxilinə yönəldən müdrik oyaq qalır və ruhi biliyin tədrici inkişafından transsendental həzz alır, halbuki, maddi fəaliyyətlə məşğul olan insan özünügerçəkləşdirmə sahəsində kor olduğu üçün, yuxulu halda bəzən xoşbəxtlik, bəzən iztirab çəkərək, müxtəlif hissi həzlər xülyasına qapılır. Diqqətini daxilinə yönəldən insan üçün nə maddi xoşbəxtlik, nə də maddi iztirab əhəmiyyət kəsb etmir. O, maddi təsirlərə əhəmiyyət vermədən, özünüdərketmə yolunda fəaliyyətini davam etdirir.

 

MƏTN 70

apuryamanam açala-pratiştham

samudram apah pravişanti yadvat

tadvat kama yam pravişanti sarve

sa şantim apnoti na kama-kami

 

apuryamanam – həmişə dolmuş; açala-pratiştham – bərqarar olmuş; samudram – okean; apah – sular; pravişanti – daxil olmaq; yadvat – necə; tadvat – belə; kamah – istəklər; yam – ona; pravişanti – girmək; sarve – hamısı; sah – o adam; şantim – rahatlıq; apnoti – nail olur; na – yox; kama-kami – arzularını həyata keçirmək istəyən şəxs.

Saysız-hesabsız çayların töküldüyü okean tarazlığını saxladığı kimi, yalnız aramsız arzular axınından narahat olmayan adam rahatlıq əldə edə bilər. İstəklərini təmin etməyə can atan adama rahatlıq yoxdur.

İZAHI: Nəhəng okean həmişə, xüsusilə yağışlar mövsümündə, nə qədər su axsa da, o, olduğu kimi qalır, nə həyacana gəlir, nə də sahillərini aşır. Bu, Krişna şüurunda olan adama da eyni dərəcədə aiddir. Nə qədər ki, insan maddi bədəndədir, bədənin hissi həzzə olan tələbatı davam edəcəkdir. Lakin fədai özü-özündə dolu olduğu üçün belə arzular onu narahat etmir. Krişna şüurunda olan insanın heç nəyə ehtiyacı yoxdur, çünki Krişna onun bütün maddi ehtiyaclarını təmin edir. Buna görə də o, okean kimi, həmişə özü-özündə doludur. Okeana dolan çaylar kimi, ona arzular gələ bilər, lakin o, öz işində möhkəmdir və hissi həzz arzuları, hətta cüzi də olsa, onu narahat etmir. Hətta arzular qalsa da, insanın hər cür maddi hissi həzzə meylini itirməsi onun Krişna şüurunda olmasına sübutdur. Tanrıya transsendental məhəbbətlə xidmətdən razı qaldığına görə o, okean kimi tarazlığını saxlayır və beləliklə, tam rahatlıqdan həzz alır. Arzularına çatmaq, maddi müvəffəqiyyət qazanmaq, hətta qurtuluşa nail olmaq istəyən adam isə heç vaxt rahatlıq tapmayacaq. Mənfəət üçün işləyənlər, qurtuluş əldə etmək istəyənlər, eləcə də mistik qüdrət arzulayan yoqilər bədbəxtdirlər, çünki onların arzuları yerinə yetmir. Ancaq Krişna şüurunda olan şəxs Krişnaya xidmət etdiyi üçün xoşbəxtdir və hər hansı arzusuna çatmağa çalışmır. Əslində, o, hətta maddi əsarət adlanan şeydən xilas olmağı da arzulamır. Krişna fədailərinin maddi istəkləri yoxdur, buna görə də onlar tamamilə rahatdırlar.

 

MƏTN 71

vihaya kaman yah sarvan

pumamş çarati nihsprihah

nirmamo nirahankarah

sa şantim adhiqaççhati

 

vihaya – imtina edərək; kaman –maddi hissi arzular; yah – o kəs ki; sarvan – hamısı; puman – insan; çarati – yaşayır; nihsprihah – istəkləri olmayan; nirmamah – sahiblik meyli olmayan; nirahankarah – yalançı eqosu olmayan; sah – o; şantim – tam rahatlıq; adhiqaççhati – əldə edir.

Bütün hissi həzz arzularından imtina etmiş, istəklərdən azad olmuş, sahiblik meylindən əl çəkmiş və yalançı eqosu olmayan insan əsl rahatlıq əldə edə bilər.

İZAHI: İstəklərdən azad olmaq hissi həzz arzulamamaq deməkdir. Başqa sözlə, Krişna şüurunda olmaq arzusu istəklərin olmaması deməkdir. Özünün həqiqi mövqeyini – Krişnanın nökəri olduğunu anlayan, özünü bu maddi bədənlə eyniləşdirməyən, dünyada heç nə üzərində sahiblik iddiası olmayan insan Krişna şüurunda kamilliyə nail olmuşdur. Bu yüksək mövqedə qərarlaşmış şəxs bilir ki, Krişna hər şeyin sahibi olduğu üçün hər şey Onu razı salmaq üçün işlədilməlidir. Arcuna öz rahatlığının qeydinə qaldığı üçün vuruşmaq istəmirdi, lakin o, Krişna şüurunda bərqərar olduqda, Onun istəyini yerinə yetirərək vuruşdu. Arcuna vuruşmaq istəmirdi, ancaq Krişna üçün o, qüvvə və bacarığını əsirgəmədi. İstəklərdən azad olmaq – onları süni surətdə məhv etmək yox, Krişnanı razı salmağı arzulamaq deməkdir. Canlı varlıq istəklərdən və hisslərdən məhrum ola bilməz, o, bu istəklərin xüsusiyyətini dəyişməlidir. Maddi istəkləri olmayan insan hər şeyin Krişnaya məxsus olduğunu yaxşı bildiyinə görə (işavasyam idam sarvam) yanlış sahiblik iddiasından uzaqdır. Bu transsendental bilik özünügerçəkləşdirmənin, yəni hər bir canlı varlığın mahiyyətcə Krişnanın əbədi ayrılmaz hissəciyi olduğunu və buna görə də onun əbədi mövqeyinin heç vaxt Krişnanın mövqeyinə bərabər və ya üstün olmadığını dərk etməyin nəticəsidir. Krişna şüurunun belə anlaşılması həqiqi rahatlığın rəhnidir.

 

MƏTN 72

eşa brahmi sthitih partha

nainam prapya vimuhyati

sthitvasyam anta-kale ‘pi

brahma-nirvanam riççhati

 

eşa – bu; brahmi – ruhi; sthitih – vəziyyət; partha – ey Prithanın oğlu; na – heç vaxt; enam – bu; prapya – çataraq; vimuhyati – yanılır; sthitva – belə mövqe tutaraq; asyam – bunda; anta-kale – həyatın axırında; api – həmçinin; brahma-nirvanam – Allahın ruhi səltənəti; riççhati – əldə edir.

Bu, ruhi və mömin həyat yoludur, ona nail olan insan bir daha yanılmır, hətta ölüm anında bu hala gələn şəxs Allahın səltənətinə daxil ola bilər.

İZAHI: İnsan Krişna şüuruna, yaxud ruhi həyata dərhal, bir saniyədə çata bilər, ancaq ola bilər ki, o, həyatın bu pilləsinə milyon doğuluşdan sonra da çatmasın. Hər şey bu həqiqətin başa düşülməsindən və qəbul edilməsindən asılıdır. Khatvanqa Maharaca ölümünə cəmi bir neçə dəqiqə qalmış özünü Krişnaya həsr etməklə həyatın bu pilləsinə nail olmuşdu. Nirvana maddi həyata son qoymaq deməkdir. Buddhizm fəlsəfəsinə görə maddi həyatdan sonra yalnız boşluq mövcuddur. Bhaqavad-gitada deyilənlər isə ondan fərqlənir. Əsl həyat bu maddi həyatdan sonra başlanır. Materialistlər maddi həyatla birgə hər şeyin qurtardığını zənn edirlər, ancaq ruhi inkişafa malik olan şəxs bilir ki, bu maddi həyatdan sonra başqa həyat da var. Bu həyat sona yetənədək insana Krişnanı dərk etmək nəsib olarsa, o, dərhal brahma-nirvana pilləsinə çatır. Tanrının səltənəti ilə Ona sədaqətli xidmət arasında fərq yoxdur. Hər ikisi mütləq səviyyədə olduğu üçün, Tanrıya transsendental məhəbbətlə xidmət ruhi səltənətə çatmaq deməkdir. Maddi dünyada fəaliyyət hissi həzz naminə, ruhi dünyada isə Krişna şüurunda həyata keçirilir. Hətta bu həyatda Krişna şüuruna nail olan insan dərhal Brahmana yetişir; əgər insan Krişna şüurundadırsa, deməli o, artıq Tanrının məskənindədir.

Brahman materiyanın tam əksidir. Buna görə də brahmi sthiti “maddi fəaliyyət səviyyəsində olmayan” deməkdir. Tanrıya sədaqətli xidmət Bhaqavad-gitada qurtuluş mərhələsi (sa qunan samatityaitan brahma-bhuyaya kalpate) adlanır. Buna görə də brahmi sthiti maddi əsarətdən qurtulmaq deməkdir.

Şrila Bhaktivinoda Thakura Bhaqavad-gitanın ikinci fəslinin şərhinə yekun vuraraq, onu bütün kitabın xülasəsi adlandırmışdır. Bhaqavad-gitada karma-yoqa, qyana-yoqa və bhakti-yoqadan bəhs olunur. İkinci fəsildə karma-yoqa ilə qyana-yoqa müfəssəl surətdə müzakirə edilmiş və bhakti-yoqanın mövzusuna toxunulmuşdur, başqa sözlə, bütün kitabın xülasəsi verilmişdir.

 

Şrimad Bhaqavad-gitanın “Gitanın xülasəsi” adlanan ikinci fəslinə Bhaktivedantanın izahları belə qurtarır.

 

Bhaqavad-gita – BİRİNÇİ FƏSİL

Kurukşetra döyuş meydanında
orduların nəzərdən keşirilməsi

 

MƏTN 1

dhritaraştra uvaça

dharma-kşetre kuru-kşetre

samaveta yuyutsavah

mamakah pandavaş çaiva

kim akurvata sancaya

 

dhritaraştrah uvaça – şah Dhritaraştra dedi; dharma-kşetre – ziyarət yerində; kuru-kşetre – Kurukşetra adlanan yerdə; samavetah – toplaşan; yuyutsavah – döyuşmək istəyi ilə; mamakah – tərəfdarlarım (oğullar); pandavah – Pandunun oğulları; ça – və; eva – hökmən; kim – nə; akurvata – onlar etdilər; sancaya – ey Sancaya.

Dhritaraştra dedi: Ey Sancaya, mənim oğullarımla Pandunun oğulları döyuşmək məqsədilə Kurukşetra ziyarətgahına toplaşıb nə etdilər?

İZAHI: Bhaqavad-gita geniş oxunulan teist elmi əsərdir. Onun xulasəsi Gita-mahatmya (Gitanın mədhi) kitabında verilmişdir. Orada deyilir ki, insan Bhaqavad-gitanı Şri Krişnanın fədaisinin köməyilə əsaslı surətdə öyrənməli, onu istədiyi kimi yozmadan anlamağa çalışmalıdır. Bhaqavad-gitanı dəqiq anlamağın yolu onun özundə, Gitanı Tanrının Özundən eşitmiş Arcunanın timsalında göstərilir. Bhaqavad-gitanı şagird ardıcıllığı ilə ötürüldüyü kimi, yozmadan anlamaq insana nəsib olarsa, onun biliyi bütün Veda müdrikliyindən və dünyanın bütün muqəddəs kitablardan alacağı bilikdən də üstün olacaq. Bütün başqa müqəddəs kitablarda olan, eləcə də oxucunun heç yerdə rast gəlməyəcəyi şeyləri Bhaqavad-gitada tapmaq olar. Gitanın səciyyəvi xususiyyəti bundan ibarətdir. Bu mukəmməl teist elmdir, çunki onu bilavasitə Allahın Ali Şəxsiyyəti Şri Krişnanın Özu vermişdir.

Dhritaraştra ilə Sancayanın Mahabharatada təsvir edilən söhbəti bu böyuk fəlsəfənin əsas prinsipini təşkil edir. Bu fəlsəfə Veda dövrünün əvvəlindən ziyarətgah olan muqəddəs torpaqda – Kurukşetra döyuş meydanında izhar edilmişdir. Bəşəriyyətə yol göstərmək uçun planetimizdə şəxsən olduğu zaman,Tanrının Özu onu söyləmişdir.

Kurukşetra döyuş meydanında Ulu Tanrı Arcunanın tərəfində olduğu uçun dharma-kşetra (dini ayinlər icra olunan yer) sözu böyük əhəmiyyət kəsb edir. Kuruların atası Dhritaraştra öz oğullarının qalib gələcəyinə o qədər də inanmırdı. O şubhə içində köməkçisi Sancayadan soruşur: “Onlar nə etdilər?” O bilirdi ki, onun oğulları ilə kiçik qardaşı Pandunun oğulları Kurukşetra meydanında həlledici döyüş üçün toplaşıblar. Bununla belə, bu sual çox əhəmiyyətlidir. O əmoğlular arasında sazişə razı deyildi, lakin eyni zamanda da öz övladlarının taleyindən arxayın olmaq istəyirdi. Vedalarda Kurukşetra çölünün, hətta səma sakinlərinin də sitayiş yeri olduğu göstərilir və döyüşün də məhz orada keçirilməsi qərara alınmışdı. Buna görə də bu muqəddəs yerin döyüşün nəticəsinə təsir edəcəyindən narahat olan Dhritaraştra Arcuna və onun qardaşlarının mömin təbiətli olduqlarından bu təsirin onlar üçün əlverişli olacağını yaxşı bilirdi. Sancaya Vyasanın şagirdi olduğu üçün onun mərhəməti ilə hətta Dhritaraştranın otağında ola-ola Kurukşetra döyüş meydanını görmək qabiliyyətinə malik idi. Bunu bildiyi üçün də Dhritaraştra döyüş meydanındakı vəziyyəti ondan xəbər alır.

Burada Dhritaraştranın niyyəti aşkar olur: həm Pandular, həm də onun oğulları bir ailəyə mənsub olsalar da, o qəsdən yalnız öz oğullarını Kuru adlandırır, Pandunun oğullarını isə ailə varisliyindən kənar edir. Beləliklə, Dhritaraştranın öz qardaşı oğullarına (Pandunun oğulları) xüsusi munasibəti uzə çıxır. Düyü zəmisi alaq otlarından təmizləndiyi kimi, dinin atası Şri Krişnanın iştirak etdiyi muqəddəs Kurukşetra çölündə də Dhritaraştranın oğlu Duryodhana kimi alaq otlarının məhv ediləcəyi, Yudhişthiranın rəhbərlik etdiyi həqiqi dindar insanların isə Tanrının köməyilə qələbə çalacaqları hekayətin əvvəlindən hiss edilir. Dharma-kşetrekuru-kşetre sözləri tarixi və Veda mədəniyyəti baxımından əhəmiyyətli olmaqla bərabər bu cür məna kəsb edir.

 

MƏTN 2

sancaya uvaça

driştva tu pandavanikam

vyudham duryodhanas tada

açaryam upasanqamya

raca vaçanam abravit

 

sancayah uvaça – Sancaya dedi; driştva – görərək; tu – lakin; pandava-anikam – Pandavaların döyüşçülərini; vyudham – hərbi falanqalara düzülmüş; duryodhanah – şah Duryodhana; tada – bu zaman; açaryam – müəllim; upasanqamya – yaxınlaşaraq; raca – şah; vaçanam – sözlər; abravit – dedi.

Sancaya dedi: Şahım, şah Duryodhana Panduların düzdüyü qoşunu nəzərdən keçirib öz ustadına yaxınlaşdı və ona bu sözlərlə müraciət etdi:

İZAHI: Dhritaraştra anadangəlmə kor idi. Bədbəxtlikdən o, ruhi görmə qabiliyyətindən də məhrum idi. O öz oğullarının dini cəhətdən eyni dərəcədə kor olduqlarını çox yaxşı bilirdi və anadangəlmə mömin olan Pandavalarla onların heç vaxt dil tapa bilməyəcəklərinə əmin idi. O, ziyarətgahın döyüşün nəticəsinə təsir edəcəyindən narahat idi; Sancaya onun döyüş meydanındakı vəziyyəti xəbər almasının səbəbini anlayırdı. O, ruhdan düşmüş şahı ürəkləndirmək məqsədilə müqəddəs yerin təsirinə baxmayaraq, onun oğullarının heç bir saziş bağlamaq fikrində olmadıqlarını xəbər verir. Buna görə də Sancaya şaha Duryodhananın Pandavaların hərbi qüvvələrini gözdən keçirdikdən sonra vəziyyəti xəbər vermək üçün dərhal baş sərkərdə Dronaçaryanın yanına gəldiyini deyir. Bu beytdə deyildiyi kimi, Duryodhana şah olsa da, vəziyyətin ciddiliyi onu sərkərdənin yanına getməyə məcbur etdi. Buradan onun yaxşı siyasətçi olduğu aydın olur. Lakin bir diplomat kimi zahiri parlaqlığına baxmayaraq Duryodhana Pandavaların hərbi qaydada düzülmüş döyüşçülərini gördükdə keçirdiyi qorxunu gizlədə bilmirdi.

 

MƏTN 3

paşyaitam pandu-putranam

açarya mahatim çamum

vyudham drupada-putrena

tava şişyena dhimata

 

paşya – bax; etam – bu; pandu-putranam – Pandunun oğullarına; açarya – ey müəllim; mahatim – böyük; çamum – hərbi güvvə; vyudham – cərgəyə düzülmüş; drupada-putrena – Drupadanın oğlu tərəfindən; tava – sənin; şişyena – şagird; dhi-mata – çox dərrakəli.

Ustad, Panduların böyük ordusuna bax, gör sənin istedadlı şagirdin Drupadanın oğlu onları necə düzüb.

İZAHI: Böyük siyasətçi Duryodhana ulu brahmana və baş sərkərdə Dronaçaryaya onun səhvlərini göstərmək istəyirdi. Dronaçarya ilə Arcunanın qayınatası şah Drupada arasında siyasi küsüşmə baş vermişdi. Bunun nəticəsində Drupada Dronaçaryanı öldürə biləcək oğul arzusu ilə böyük qurban mərasimi keçirərək xeyir-dua almışdı. Dronaçarya bunu çox yaxşı bilirdi. Lakin Drupadanın oğlu Dhriştadyumna hərbi təhsil almaq üçün ona həvalə edildikdə, comərd brahmana olduğuna görə tərəddüd etmədən öz bütün hərbi sirlərini ona öyrətmişdi. İndi isə Kurukşetra döyüş meydanında Dhriştadyumna Pandavaların tərəfində idi və hərbi falanqaları, məhz o, bu sənəti Dronaçaryadan öyrənib düzmüşdü. Duryodhana Dronaçaryanın döyüşdə ayıq və əzmli olması üçün onun bu səhvinə işarə edirdi. Bununla o həm də qeyd etmək istəyirdi ki, Dronaçarya sevimli şagirdləri olan Pandavalara qarşı üzgörənlik etməməlidir. Arcuna onlardan ən sevimlisi və bacarıqlısı idi. Duryodhana belə üzgörənliyin döyüşdə məğlubiyyətlə nəticələnəcəyini xəbərdar edirdi.

 

MƏTN 4

atra şura maheşv-asa

bhimarcuna-sama yudhi

yuyudhano virataş ça

drupadaş ça maha-rathah

 

atra – burada; şurah – qəhrəmanlar; maha-işu-asah – mahir oxatanlar; bhima-arcuna – Bhimaya və Arcunaya; samah – bərabər; yudhi – döyüşdə; yuyudhanah – Yuyudhana; viratah – Virata; ça – həmçinin; drupadah – Drupada; ça – həmçinin; maha-rathah – böyük döyüşçü.

Bu orduda döyüşdə hər biri Bhimaya və Arcunaya bərabər olan çoxlu cəsur oxatanlar var; orada Yuyudhana, Virata və Drupada kimi böyük döyüşçülər də var.

İZAHI: Hərbi işdə mahir olan Dronaçarya üçün Dhriştadyumna çox da qorxulu olmasa da, orada ehtiyat edilməli çox adam var idi. Duryodhana qeyd edir ki, hər biri Bhima və Arcuna qədər təhlükəli olduğu üçün onlar qələbə yolunda böyük maneə ola bilərlər. Bhima və Arcunanın gücü ona məlum idi, buna görə də o digər döyüşçüləri onlarla müqayisə edir.

 

MƏTN 5

dhriştaketuş çekitanah

kaşiracaş ça viryavan

purucit kuntibhocaş ça

şaibyaş ça nara-punqavah

 

dhriştaketuh – Dhriştaketu; çekitanah – Çekitana; kaşiracah – Kaşiraca; ça – həmçinin; virya-van – böyük qüvvətə malik olan; purucit – Purucit; kuntibhocah – Kuntibhoca; ça – və; şaibyah – Şaibya; ça – və; nara-punqavah – insanlar arasında qəhrəman.

Onların arasında Dhriştaketu, Çekitana, Kaşiraca, Purucit, Kuntibhoca və Şaibya kimi böyük, şücaətli və qüdrətli döyüşçülər var.

 

MƏTN 6

yudhamanyuş ça vikranta

uttamaucaş ça viryavan

saubhadro draupadeyaş ça

sarva eva maha-rathah

 

yudhamanyuh – Yudhamanyu; ça – və; vikrantah – qüdrətli; uttamaucah – Uttamauca; ça – və; virya-van – böyük qüvvəyə malik olan; saubhadrah – Subhadranın oğlu; draupadeyah – Draupadinin oğulları; ça – və; sarve – hamısı; eva – hökmən; maha-rathah – gərdunə döyüşündə məharətli olanlar.

Qüdrətli Yudhamanyu, zəhmli Uttamauca, Subhadranın və Draupadinin oğulları da oradadırlar. Bütün bu döyüşçülər gərdunə döyüşündə çox məharətlidirlər.

 

MƏTN 7

asmakam tu vişişta ye

tan nibodha dvicottama

nayaka mama sainyasya

samqyartham tan bravimi te

 

asmakam – bizim; tu – lakin; vişiştah – olduqca qüdrətli; ye – hansı; tan – onları; nibodha – sadəcə olaraq nəzərə al; dvica-uttama – ey brahmanalardan ən yaxşısı; nayakah – sərkərdələr; mama – mənim; sainyasya – döyüşçülərin; samqya-artham – məlumat üçün; tan – onları; bravimi – mən deyirəm; te – sənə.

Ey brahmanaların ən yaxşısı, izn ver mənim hərbi qüvvələrimə başçılıq etmək üçün xüsüsilə yararlı olan sərkərdələr barədə sənə məlumat verim.

 

MƏTN 8

bhavan bhişmaş ça karnaş ça

kripaş ça samitim-cayah

aşvatthama vikarnaş ça

saumadattis tathaiva ça

 

bhavan – sən özün; bhişmah – dədə Bhişma; ça – həmçinin; karnah – Karna; ça – və; kripah – Kripa; ça – və; samitim-cayah – həmişə döyüşdən qalib çıxan; aşvatthama – Aşvatthama; vikarnah – Vikarna; ça – necə ki; saumadattih – Somadattanın oğlu; tatha – necə ki; eva – hökmən; ça – həmçinin.

Onların arasında sənin kimi həmişə döyüşlərdən qalib çıxan Bhişma, Karna, Kripa, Aşvatthama, Vikarna və Somadattanın oğlu Bhurişrava kimi döyüşçülər var.

İZAHI: Duryodhana döyüşlərdən həmişə qalib çıxan məşhur igidlərin adlarını çəkir. Vikarna Duryodhananın qardaşı; Aşvatthama Dronaçaryanın, Saumadatti, yaxud Bhurişrava isə Bahlikasın oğlu idi. Karna Arcunanın ana bir, ata ayrı qardaşı idi, çünki o, Kuntinin şah Pandu ilə kəbinindən əvvəl dünyaya gəlmişdi. Kripaçaryanın əkiz bacısı isə Dronaçaryaya ərə getmişdi.

 

MƏTN 9

anye ça bahavah şura

mad-arthe tyakta-civitah

nana-şastra-praharanah

sarve yuddha-vişaradah

 

anye – başqaları; ça – həmçinin; bahavah – külli miqdarda; şurah – igidlər; mat-arthe – məndən ötrü; tyakta-civitah – həyatlarını təhlükə altına qoymağa hazır olanlar; nana – çoxlu; şastra – silah; praharanah – ilə təchiz edilmiş; sarve – onların hamısı; yuddha-vişaradah – hərbi işdə mahir olanlar.

Orada məndən ötrü həyatını qurban verməyə hazır olan bir çox başqa igidlər də var. Onların hamısı müxtəlif silahlarla yaxşı silahlanmışlar və hərb elmində təcrübəlidirlər.

İZAHI: Cayadratha, Kritavarma və Şalya kimi başqalarına gəldikdə isə onlar Duryodhanadan ötrü həyatlarını qurban verməyə tam hazırdırlar. Başqa sözlə, günahlı Duryodhanaya qoşulduqlarına görə Kurukşetradakı döyüşdə onların hamısının həlak olacağı artıq həll olunmuşdu. Duryodhana isə, əlbəttə, yuxarıda adları sadalanan dostlarının birləşmiş qüvvələri hesabına qələbə çalacağına əmin idi.

 

MƏTN 10

aparyaptam tad asmakam

balam bhişmabhirakşitam

paryaptam tv idam eteşam

balam bhimabhirakşitam

 

aparyaptam – ölçüyə gəlməyən; tat – o; asmakam – bizlərdən; balam – qüvvə; bhişma – baba Bhişma tərəfindən; abhirakşitam – çox yaxşı müdafiə olunan; paryaptam – məhdud; tu – lakin; idam – bütün bunlar; eteşam – Pandavaların; balam – qüvvə; bhima – Bhima tərəfindən; abhirakşitam – səylə müdafiə olunan.

Bizim qüvvələrimizin həddi-hüdudu yoxdur, dədə Bhişma bizi çox yaxşı müdafiə edir; halbuki Pandavaların qüvvələri Bhima çox səylə müdafiə etsə də, məhduddur.

İZAHI: Burada Duryodhana qüvvələri müqayisəli surətdə qiymətləndirir. O, təcrübəli sərkərdə Bhişmanın rəhbərliyi altında olan ordusunun misilsiz gücə malik olduğunu düşünür, Bhişma ilə müqayisədə əhəmiyyətsiz görünən təcrübəsiz sərkərdə Bhimanın rəhbərliyi altında olan Pandavaların qüvvələrini məhdud hesab edirdi. Duryodhana məhz Bhimanın əlində öləcəyini bildiyi üçün ona nifrət edirdi. Lakin böyük sərkərdə Bhişmaya arxalandığı üçün o öz qələbəsinə əmin idi. Beləliklə onun çıxardığı bu nəticə çox yaxşı əsaslandırılmışdı.

 

MƏTN 11

ayaneşu ça sarveşu

yatha-bhaqam avasthitah

bhişmam evabhirakşantu

bhavantah sarva eva hi

 

ayaneşu – strateji mövqelərində; ça – həmçinin; sarveşu – hər yerdə; yatha-bhaqam – çünki onlar müxtəlif mövqelərdə yerləşirlər; avasthitah – yerləşən; bhişmam – dədə Bhişmaya; eva – hökmən; abhirakşantu – dayaq olmaq; bhavantah – siz; sarve – hamı müvafiq olaraq; eva hi – hökmən.

İndi siz hamınız ordu falanqalarında strateji mövqelərinizi tutub dədə Bhişmaya dayaq olmalısınız.

İZAHI: Duryodhana Bhişmanın şücaətini təriflədikdə düşündü ki, birdən başqaları elə bilərlər onlar az əhəmiyyətli sayılırlar, ona görə də özünəməxsus ustalıqla, yuxarıda deyilən sözlərin köməyilə vəziyyəti düzəltməyə çalışdı. O qeyd etdi ki, şücaətli olduğuna baxmayaraq, Bhişmadeva hər halda cavan deyil, buna görə hamı ona hər tərəfdən dayaq olmalıdır. O hər hansı bir istiqamətdə döyüşə qapılarsa, düşmən bundan istifadə edə bilər. Buna görə də düşmən falanqanı yara bilməsin deyə, digər döyüşçülər öz mövqelərində möhkəm dayanmalıdırlar. Duryodhana yaxşı başa düşürdü ki, Kuruların qələbəsi Bhişmadevanın döyüşdə iştirakından asılıdır. O, Bhişmadevanın və Dronaçaryanın döyüşdə iştirak edəcəklərinə tamamilə əmin idi, belə ki, böyük sərkərdələrin yığıncağında Arcunanın arvadı Draupadi zorla soyundurularkən kömək etmələri üçün onlara yalvardıqda, onlardan heç birinin bir kəlmə də demədiyi yaxşı yadında idi. Hər iki sərkərdənin Pandavalara bir qədər rəğbət bəslədiklərini bildiyinə baxmayaraq o, ötən oyunda olduğu kimi onların indi də öz hisslərini unudacaqlarına ümid edirdi.

 

MƏTN 12

tasya sancanayan harşam

kuru-vriddhah pitamahah

simha-nadam vinadyoççaih

şankham dadhmau pratapavan

 

tasya – onun; sancanayan – artan; harşam – gümrahlıq; kuru-vriddhah – Kuru sulaləsinin dədəsi (Bhişma); pitamahah – baba; simha-nadam – şir nəriltisinə bənzər səs; vinadya – titrəyən; uççaih – ucadan; şankham – çanaq; dadhmau – üfürdü; pratapa-van – casur.

Bu zaman Kuru sülaləsinin cəsur ağsaqqalı, döyüşcülərin dədəsi Bhişma çanağını ucadan çaldı və şir nəriltisinə bənzər səs Duryodhananın ürəyini sevinclə doldurdu.

İZAHI: Kuru sülaləsinin ağsaqqalı öz qardaşı nəvəsi Duryodhananın əhvalını yaxşı başa düşürdü. Qardaşı nəvəsinə canı yanan Bhişma onu ürəkləndirmək məqsədilə eyni zamanda özünün əbəs yerə şirə bənzədilmədiyini təsdiq emək üçün çanağını ucadan çaldı. Çanağın səs işarələrindən istifadə edərək o qardaşının sarsılmış nəvəsi Duryodhanaya dolayı yolla bildirdi ki, Ulu Tanrı Krişna rəqib tərəfdə olduğuna görə onun döyüşdə qələbə çalacağına güman yoxdur, eyni zamanda döyüşmək və bunun üçün heç bir səy əsirgəməmək onun vəzifəsidir.

 

MƏTN 13

tatah şankhaş ça bheryaş ça

panavanaka-qomukhah

sahasaivabhyahanyanta

sa şabdas tumulo ‘bhavat

 

tatah – bundan sonra; şankhah – çanaqlar; ça – həmçinin; bheryah – böyük təbillər; ça – və; panava-anaka – kiçik təbillər və nağaralar; qo-mukhah – şeypurlar; sahasa – hamısı gözlənilmədən; eva – hökmən; abhyahanyanta – bir vaxtda səsləndilər; sah – o; şabdah – birləşmiş səs; tumulah – qarışıq; abhavat – olur.

Bundan sonra gözlənilmədən bütün çanaqlar, böyüklü-kiçikli təbillər, nağaralar və şeypurlar vahiməli səs-küy yaratdılar.

 

MƏTN 14

tatah şvetair hayair yukte

mahati syandane sthitau

madhavah pandavaş çaiva

divyau şankhau pradadhmatuh

 

tatah – bundan sonra; şvetaih – ağ; hayaih – atlar; yukte – qoşulmuş; mahati – çox böyük; syandane – gərdunə; sthitau – yerləşmiş; madhavah – Krişna (bəxt ilahəsinin əri); pandavah – Arcuna (Pandunun oğlu); ça – həmçinin; eva – hökmən; divyau – transsendental; şankhau – çanaqlar; pradadhmatuh – səsləndilər.

Meydanın o biri başında Krişna ilə Arcuna ağ atlar qoşulmuş böyük arabada dayanaraq, öz transsendental çanaqlarını səsləndirdilər.

İZAHI: Bhişmadevanın çaldığı çanaqdan fərqli olaraq Krişna və Arcunanın əlindəki çanaqlar transsendental adlandırılmışdır. Tanrı Krişna Pandavaların tərəfində olduğu üçün çanaqların səsi rəqibin məğlubiyyətə məhkum olduğunu bildirirdi. Cayas tu pandu-putranam yeşam pakşe canardanah. Qələbə həmişə Pandunun öğulları kimi insanların tərəfindədir, çünki Ulu Tanrı Krişna onlarladır. Tanrı haradadırsa bəxt ilahəsi də oradadır, çünki o heç vaxt ərindən ayrılmır. Beləliklə Arcunanı qələbə və uğur gözləyirdi və Vişnunun, yənu Ulu Tanrı Krişnanın çanağının transsendental səsi bunu bildirdi. Bundan başqa, hər iki dostun əyləşdiyi arabanı Arcunaya Aqni (od tanrıçası) hədiyyə vermişdi, bu isə onu bildirirdi ki, onunla hər üç dünyada istənilən yeri fəth etmək olar.

 

MƏTN 15

pançacanyam hrişikeşo

devadattam dhanancayah

paundram dadhmau maha-şankham

bhima-karma vrikodarah

 

pançacanyam – Pançacanya adlı çanaq; hrişika-işah – Hrişikeşa (Tanrı Krişna, fədailərinin hisslərini idarə edən Ulu Tanrı); devadattam – Devadatta adlanan çanaq; dhanam-cayah – Dhanancaya (Arcuna, sərvətlər istilaçısı); paundram – Paundra adlanan çanaq; dadhmau – üfürdü; maha-şankham – böyük çanaq; bhima-karma – fövqəladə qoçaqlıqlar göstərən; vrika-udarah – doymaq bilməyən (Bhima).

Tanrı Krişna Öz Pançacanya adlana