Category: Книги

Vegetarian mətbəxi (ərənlərin qidalanma mədəniyyəti).

Siz kitabı buradan yükləyə bilərsiz

Vegetarian mətbəxi

ərənlərin qidalanma mədəniyyəti

metodik göstərişlər
+tarix
+fəlsəfə
+təbabət
+seçmə reseptlər

 

Bu kitab Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin banisi və açaryası, Onun İlahi Mərhəməti A.Ç.Bhaktivedanta Svami Prabhupadaya ithaf olunur

 

Giriş

Kulinariya kitablarıni çox az adamlar oxuyurlar. Onu bir qayda olaraq, hər hansı qidanı hazırlamağa hazırlaşarkən vərəqləyir, sonra da növbəti anoloji tələbata qədər “unudurlar”. Amma sizə təqdim etdiyimiz bu kitab təyinatına görə adi kulinariya ədəbiyyatından fərqlənir. Sizi yeniliklər və gözlənilməz mənzərələrlə zəngin maraqlı bir səyahətə dəvət edirik. Sevginin, alicənablığın, mərhəmətin, mütiliyin, igidliyin ideal sintezinin istehsalçısı olan ərən mədəniyyətinə — qədim keçmişimizə baş çəkmək istərdinizmi?
Bu səyahət zamanı rastlaşacağınız bəzi görüntülər sizə yad, uzaq kimi görünə bilər. Amma səyahəti yarımçıq qoymasanız, getdikcə qənaətlərinizə düzəlişlər edəcəksiniz.
Sevgi, mərhəmət, mütilik, aqlicənablıq kimi keyfiyyətlərin qida və qidalanma ilə əlaqələndirilməsi yəqin ki, sizi bir qədər təəccüblədirdi. Məsələ bundadır ki, qədim ərən mədəniyyəti və onun özəyini təşkil edən fəlsəfəyə görə insanın qəbul elədiyi qida təkcə onun fiziki durumuna yox, həm də zehni qabiliyyətinə, mənəvi keyfiyyətlərinə də təsir edir. “Nə tökərsən aşına, o da çıxar qaşığına” atalar sözünü yada salın. Qazana tökdüyümüz ərzaq hansı keyfiyyətdədirsə, ondan hazırlanan qida da eyni keyfiyyətdə olacaq, deyilmı? Eynilə, isan orqanizmi də bir qab kimidir. Qəbul etdiyimiz qidanin keyfiyyətləri varlığımıza təsirsiz qala bilərmi? Əsla. Odur ki, ərənlərin dilində “Nə yeyiriksə, ondan ibarətik” – deyimi də var. Bu, adi gəlişigözəl söz deyil. Onun söykəndiyi bilik dağı köklü bir fəlsəfə, sübutlu təbabət və neçə-neçə başqa elm sahələrindən ibarətdir.

Read more ...

BAŞQA PLANETLƏRƏ ASAN SƏYAHƏT

RUHANİ USTADIM

ŞRİ ŞRİMAD BHAKTİSİDDHANTA SARASVATİ QOSVAMİ MAHARACIN XEYİR-DUASI İLƏ

D Ü N Y A     A L İ M L Ə R İ N Ə  İTHAF OLUNUR

 

Canlı varlıq keyfiyyətinə görə para prakritidir (ali-

 

antimaterial enerji). Onun özünü apara prakriti (aşağı maddi enerji) ilə eyniləşdirməsi iztirabların əsas səbəbidir. Müasir illüzor tərəqqi ilə aldadılmış məxluq öz maddi xəstəliynin əsl müalicəsinə əhəmiyyət vermir. Əsl müalicə üsulu kitabda tövsiyyə edilir. Müasir-mədəni cəmiyyət burada göstərilən bhakti-yoqa üsulundan istifadə edərək fayda əldə edə və kamil həyata nail ola bilər.

Read more ...

Şri İşopanişad

                              Śrī  Īśopanişad

 

                            Śrī  Īśopanişad

 

 

İnsаnı Аllаh-Аli Şәхsә — Kṛşṇаya yахınlаşdırаn bilik

 

 

                                                                                            Onun İlahi Mərhəməti

                                                                       А.C. Bhаktivеdаntа Svаmi Prаbhupādа

Bеynәlхаlq Kṛşṇа şüuru cәmiyyətinin banisi və ācāryası

 

 

Giriş

 

Kоnvеy — hоlldа (Lоndоn, İnkiltәrә) Onun İlаhi Mәrhәmәti А.C. Bhаgtivеdаntа Svаmi Prаbhupаdаnın 6 оktyаbr 1969-cu ildә söylәdiyi mühаzirә.

Хаnımlаr vә cәnаblаr, bu günkü mühаzirәmizin mövzusu Vеdа tәlimidir. Vеdаlаr nәdir? Sаnskrit dilinә mәnsub оlаn vеdа sözünә müхtәlif şәrhlәr vеrilsә dә, о, nәticә еtibаri ilә bir mәnа dаşıyır. Vеdа bilik dеmәkdir. Әldә еtdiyimiz hәr cür bilik vеdаdır. Lakin vеdа tәlimi ilkin bilikdir.

Read more ...

 

Харе Кришна

 .
Выберите язык

AZ/RU

Низаминский район, посёлок 8-ой км, рядом со станцией метро Гара Гараев, улица Шарифли 2а

Телефон (+994)(012)422-83-76

Вход



Свежие комментарии